Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-244/2025 14.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Kərimov Tale Suliddin oğlu və X3 ibarət məhkəmə tərkibində, Əsədzadə Əsəd Saməddin oğlunun katibliyi ilə, İddiaçı və onun nümayəndəsi Vəkil2, Cavabdeh və onun nümayəndəsi Vəkil1 Oktay oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 15 iyul 2024-cü il tarixli 2(032)-563/2024 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Nəsirov X2 Səbirə Oqtay qızına qarşı iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 26000 manat və dövlət rüsumu kimi ödədiyi 168 manat məbləğində pul vəsaitinin alınaraq ona verilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Oktay qızı ilə qohumluq münasibəti vardır. Belə ki, həmin şəxs onun gəlinin nənəsidir. Cavabdehin maddi sıxıntıları olduğundan 2021-ci il mart ayında ona borc pul verməyini xahiş etmişdir. O, cavabdehin səmimiliyinə inanaraq 2021-ci ilin mart ayının 14-də ona 26000 manat məbləğində borc vermişdir. Bu barədə onunla göstərilən tarixdə öz aralarında borc müqaviləsi bağlayaraq onun öhdəliyini hüquqi cəhətdən rəsmiləşdirmişlər. Cavabdeh həmin pulu 25 avqust 2021ci il tarixə kimi qaytarmağa söz vermiş və bu müddəti aralarında bağlanan müqaviləyə də daxil etmişlər. Lakin uzun müddət keçməsinə baxmayaraq o, borcu qaytarmamışdır. Müxtəlif bəhanələrlə bundan imtina etmişdir. Göstərilən səbəbdən ağır maddi vəziyyətə düşmüşdür. Cavabdeh Oktay qızı ilə qohumluq münasibəti olduğu üçün uzun müddət ona qarşı pul tələbini məhkəmədən kənar qaydada həll etməyə çalışsa da, heç bir nəticə əldə edə bilməmişdir. Eyni zamanda, cavabdeh ona olan borcunu qaytarmayacağını ifadə edir və onu şərləməklə hədələyir. İddia ərizəsinə əlavə edilən Şirvan şəhər polis şöbəsinin 21 avqust 2022-ci il cinayət işininin başlanmasının rədd edilməsi haqqında qərarının məzmununa əsasən Cavabdeh X5dan DİN-in 102 Xidməti vasitəsi ilə polis orqanlarına şikayət etmiş və iddia etmişdir. X5 müvafiq olaraq Cavabdeh, onun gəlini Ayşən Əliyevaya, onun nəvəsi Şəbnəm Əliyevaya müxtəlif bədən xəsarətləri yetirmişdir. Lakin bu iddialar onun və oğlunun timsalında ailəsini şərləməyi, eyni zamanda ona olan borcundan imtina etməyi ehtiva etmişdir. Belə ki, Məhkəmə Tibbi Eskpertizasının 27 iyul 2022-ci il tarixli “394”, “395” və “396” nömrəli rəylərinə əsasən Cavabdeh, onun gəlini Ayşən Əliyevayada, onun nəvəsi Şəbnəm Əliyevayada heç bir bədən xəsarəti aşkar olunmamışdır. Eyni zamanda, Məhkəmə Tibbi Eskpertizasının 27 iyul 2022-ci il tarixli “397” nömrəli rəyindən görünür ki, oğlu Nəsirov Ağahüseynin bədən səthində aşkar olunan xəsarətlər - boyunun sağ yan səthində və vidaci çuxurundan sıyrıqlar, döş qəfəsinin sol ön hissəsində qançırküt əşya tərəfindən törənmişdir. Cavabdeh və onun ailə üzvləri oğluna bədən xəsarətləri yetirdiyi halda, onlar oğlundan şikayət etmiş, lakin nəticədə onların bu şikayəti onlar barəsində inzibati icraat aparılması üçün əsas olmuşdur. O və oğlu Nəsirov Ağahüseyn dözümlülük nümayiş etdirərək cavabdehin bu hərəkətini bağışlamış və oğlu Nəsirov Ağahüseyn polis orqanlarına gedərək barışıq ərizəsi yazmış və nəticədə onlar barəsində aparılan inzibati icraata xitam verilmişdir. Göründüyü kimi, Cavabdeh ona olan borcunu ödəməkdən uzun müddətdir ki, yayınır. Onunla aralarında olan qohumluq münasibətlərini nəzərə alaraq bu müddət ərzində bu məsələnin həllini öz aralarında həll etməyə çalışsa da, heç bir faydası olmamışdır. İddiaçı iddia tələbinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddianı etiraf etmədi, izahat verərək bildirdi ki, o iddianı qətiyyən qəbul etmir və iddiaçıdan 2021-ci ilin mart ayında heç bir məbləğdə pul almamış və ona borcu yoxdur. İddiaçı tərəfindən iddiasının əsaslandırılması məqsədilə iş materiallarına guya ona borc pul verilməsinə dair 14 mart 2021-ci il tarixli müqavilə əlavə edilmişdir. Lakin həmin müqavilədəki yazı və imzalar ona aid deyildir. Belə ki, Fəxrəddin onu aldadaraq boş kağıza imzalatdırmışdır. İddianın təmin edilməməsini xahiş etmişdir. Şirvan Şəhər Məhkəməsinin 15 iyul 2024-cü il tarixli 2(032)-563/2024 saylı qətnaməsi ilə (hakim Aydan Məmmədli) iddia təmin edilməsini Cavabdeh 26000 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməsini, Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 168 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsi, Cavabdeh ekspertiza xərci qismində 126 manat məbləğində pul vəsaitinin alınaraq dövlət nəfinə keçirilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. İ Ş İ N H A L L A R İ: İşdə olan: xx.xx.2021-ci il tarixli yazılı müqaviləyə görə Cavabdeh xx.xx.2021-ci il tarixdə İddiaçı 26000 manat məbləğdə pul vəsaitini götürməsini, xx.xx.2021-ci il tarixədək qaytaracağını qeyd etmiş və müqaviləni imzası ilə təsdiq etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 4/648 nömrəli məhkəmə-xətşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertrizaya təqdim olunmuş, mülki işin 48-ci vərəqəsində olan İddiaçı ilə Cavabdeh adlarından olan 14 mart 2021-ci il tarixli Borc müqaviləsinin 1-ci və 2-ci səhifələrinin aşağı hissəsində “Müqaviləni oxudum, şərtlərlə və öhdəliklərlə razıyam. Şəxsiyyətimi öz imzamla təsdiq edirəm. Cavabdeh: ”yazıları və “Cavabdeh:” yazıları qarşısındakı imzalar Cavabdeh tərəfindən icra olunmuşdur APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ : Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddianı qəbul etmir, 2021-ci ilin mart ayında heç bir məbləğdə pul almamış və ona borcu yoxdur. İş materiallarına guya ona borc pul verilməsinə dair əlavə edilmiş 14 mart 2021-ci il tarixli müqavilədəki yazı və imzalar ona aid deyil. Belə ki, Fəxrəddin onu aldadaraq boş kağıza imza atdırmışdır. İddiaçının dəlili olaraq göstərilən guya nəvəsinə toy etmək adı ilə borc almağı tamamilə əsassızdır. Çünki, nəvəsinin toyu iddia edilən kimi xx.xx.2021-ci ildə yox, 2021-ci ilin yanvar ayında olmuş və fevral ayının 12-də gəlin köçmüşdür. İmzalarla bağlı xüsusatla razı deyildir. Ona görə ki, ekspertiza düzgün olmayan nəticəyə gəlmiş və əlavə ekspertizanın keçirilməsi zəruridir. İddiaçı Teyyub oğlu ilə qudadır. Nəvəsi Şəhla iddiaçının oğlu Sabutayın arvadıdır. Əvvəllər münasibətləri pis olmayıb. İddiaçı ona böhtan atır. Mən yas mərasimində olan zaman İddiaçı telefonla zəng etmiş və ona deyib ki, “mağazama get işim var”. Həmin vaxt onun mağazasına gedib və İddiaçı dedi: Nəvəm Fəxri üçün Badamdardan villa almışam, onun yanında boş torpaq sahəsi var. Həmin torpaq sahəsini də nəvəm Altay üçün almaq istəyirəm. Həmin torpaq sahəsində 3 mərtəbə ev tikdirəcəm 2-ci, 3-cü mərtəbələrini nəvəm Altaya verəcəm. 1-ci mərtəbəsində “Oba” mağazası açdıracam, oranı da icarəyə verəcəm. Həmin “Oba” market mağazasın iki min manata icarəyə verəcəm. Həmin vaxt Fəxrəddin ona deyib ki, Altay həm də onun nəvəsidir, həmin torpağın pulunu sən verərsən. Həmin vaxt Fəxrəddinə deyib ki, “alırsan çox mübarək, almırsan özün bilərsən.” Həmin vaxt Fəxrəddin ona demişdir ki, Altay onların hər ikisinin nəvəsidir o da pul qoymalıdır. İddiaçı onun iki evimi satdırıb pulunu mənimsəyib. Mütəmadi olaraq onu İxtiyar adlı şəxsin adı ilə qorxuzur, 100000 qızıl polkasını mənimsəyib. O, özünə ev tikdirən vaxt 75000 manat pulunu hissə-hissə alıb mənimsəyib. İddiaçı X1 qızın toyundan 1 ay qabaq ondan 30000 min manat pul istədi, o da iddiaçıya deyib ki, “onda olan pul qızın cehizinin puludur verə bilmərəm”. Həmin vaxt Ağahüseyn ona deyib ki, “sən 30000 min manat pulu mənə ver, mən həmin pulu tezliklə sənə qaytaracağam”, o da inanıb və qızının 30000 min cehiz pulunu iddiaçıya verib. Bundan başqa, iddiaçı gəlini Ayşəni də şantaj edir və deyirdi ki, “Ayşən qoymur sən mənə pul verəsən.” Ayşəni əxlaqsızlıqla şərləyir və üstünə böhtan atırdı. Amma o iddiaçıya deyib ki, Ayşənin üstünə şər atma. Göründüyü kimi, iddiaçı hədə, aldatma və aldatmalarla məşğul olur. Məhz bu məsələlərə görə iddiaçı bu cür iddia qaldırmışdır. Məhkəmə qətnaməsində istinad olunan xətşünaslıq ekspetizasına gəldikdə isə həmin rəy sırf imza məsələsi ilə bağlı keçirilmişdir. Halbuki, borc müqaviləsindəki yazı və imzalar iddiaçıya məxsudur. Lakin bu hallar məhkəmə tərəfindən araşdırma mövzusu olmamışdır. Ümumiyyətlə, iş üzrə sənədlərin texniki və yazı nümunələri üzrə əlavə xətşünaslıq ekspertizaları təyin olunmalı olduğu halda olunmamışdır. Çünki, iddiaçı tərəfindən sübut qismində təqdim olunmuş borc müqaviləsindən açıq şəkildə görünür ki, kserosurət sənəddir və müqavilənin sonunda istənilən dəyişlikliyi və ya əlyazını fotoşop və ya digər proqramlar vasitəsi ilə yerləşdirmək olar. Diqqət yetirdikdə açıq şəkildə bu halı müşahidə etmək olar. İddiaçı vaxtı ilə onun məhkəmələrdəki mübahisələri ilə bağlı zərurətdən irəli gələn imzalayaraq ona verdiyi sənədlərdəki imzalarından istifadə etmiş və saxta müqavilə blankı tərtib etmişdir. Cavabdehin nümayəndəsi məhkəmədə izahat verərək bildirmişdir ki, qətnamədə istinad olunan iddia tələbinin təminində əsas götürülən müqavilədir. Lakin 14 mart 2021-ci il tarixli müqavilənin həqiqiliyi şübhə doğurur. Yazı dəsti-xəttinə baxılanda aydın görünür ki, müqavilə bir şəxs tərəfindən yazılıb. Birinci instansiya məhkəməsi isə yalnız cavabdehin ad, soyad və imza məsələsinə toxunub. Cavabdehin yazılarının həqiqiliyi yoxlanılmayıb. Əlavə olaraq, nə iddia ərizəsində nə də hər hansı bir yerdə pulun harada verilməsi məsələsinə toxunulmayıb. Cavabdeh həmin müqaviləyə imza atmamışdır. Cavabdeh izahatında göstərmişdir ki, iddiaçıdan pul almamışdır. Müqavilədəki yazılar onun deyil. Digər şəxslərlə bağlı pul tələbi ilə məhkəməyə müraciətləri olarkən iddiaçı ona ağ vərəqə imza atdırmışdır. İddiaçı məhkəmədə izahat verərək bildirmişdir ki, cavabdehlə qohumluq əlaqələri mövcuddur. Həmin sözügedən müqaviləni cavabdeh özü yazıb və imzalayıb. Həmin müqavilədə 26 min sözün və bir neçə cümləni özü yazmışdır. Ancaq ekspert rəyindəki sözləri cavabdeh yazmışdır ki, bu da rəylə təsdiq edilmişdir. Cavabdeh ondan 30 min manat borc pul istəsə də, o, cavabdehə 14 mart 2012-ci ildə mağazada 26 min manat məbləğdə pulu vermişdir. İddiaçının nümayəndəsi izahat verərək göstərmişdir ki, apellyasiya şikayəti ilə razı deyil. Birinci instansiya məhkəməsində ekspertiza keçirildiyi üçün yenidən ekspertizanın keçirilməsinə ehtiyac yoxdur. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin halları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmadan, Şirvan Şəhər Məhkəməsinin 15 iyul 2024-cü il tarixli 2(032)-563/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə bu hissədə tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, tərəflər arasında ümumi 26000 manat məbləğində pulun borc verilməsinə dair müqavilə xx.xx.2021-ci il tarixdə imzalandığından, müqavilə imzalandığı andan yəni xx.xx.2021-ci il tarixdən bağlanmış sayılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Göründüyü kimi mülki qanunvericiliyinin tələbinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çox olduqda borc müqaviləsi yazılı formada bağlanmalıdır. İddiaçı qızı Cavabdeh xx.xx.2021-ci il tarixdə 26000 məbləğində borc verməsini təsdiq edən sadə yazılı formada bağlanmış müqaviləni təqdim etmişdir. Belə ki, işdə olan yazılı formada tərtib edilmiş xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə İddiaçı 26000 manat pul götürməsini, xx.xx.2021-ci il tarixədək qaytaracağını qeyd etmişdir. Cavabdeh müqaviləni öz imzası ilə təsdiq etmişdir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Hazırkı halda, cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Hüquqi əsaslandırma: Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinin İ-İV hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun gəlir, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmış, məhkəməyə təqdim olunmuş bütün sübutlara obyektiv qiymət verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Habelə MM-in 740-cı maddəsində göstərilir ki, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Beləliklə, kollegiya qeyd olunanlara əsasən apellyasiya şikayətinin heç bir sübuta əsaslanmayan və formal xarakter daşıyan bütün dəllilərini əsassız hesab edir. Qeyd edilməlidir ki, apellyasiya şikayətində borc müqaviləsindəki yazı və imzaların iddiaçı tərəfindən icra edilməsi göstərilmiş və bu səbəbdən də, iş üzrə əlavə xətşünaslıq ekspertizaları təyin olunmalıdır. Bununla bağlı kollegiya diqqətə çatdırır ki, işdə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 may 2024-cü il tarixli 4/648 nömrəli məhkəmə-xətşünaslıq ekspertizasının rəyi mövcuddur. Adıçəkilən rəydə yalnız imzalar yox, həm də cavabdeh tərəfindən borcun həqiqiliyini təsdiq edən yazıların da məhz cavabdeh tərəfindən icra edilməsi təsdiq edilir. Ona görə də, əlavə xətşünaslıq ekspertizasına zərurət yoxdur. Habelə cavabdehin apellyasiya şikayətində iddiaçı tərəfindən sübut qismində təqdim olunmuş borc müqaviləsinin kserosurət olması barədə dəlili üzrə nəzərə alınmalıdır ki, halhazırkı iş üzrə mötəbər sübut olan xx.xx.2021-ci il tarixli yazılı müqavilənin əsli iş materiallarında (səh. 48) mövcuddur. Həmin sənədin həqiqiliyini şübhə altına alan dəlillər isə formal mülahizə olmaqla hər hansı saxtakarlıq və s. kimi faktı təsdiq etmir. Bundan əlavə, cavabdeh öz izahatlarında iddiaçının onu aldadaraq boş kağıza imza atdırmasını və həmin müqavilənin də onlardan biri olmasını göstərsə də, bunu təsdiq edə bilməmişdir. Kollegiya hesab edir ki, apellyasiya şikayətində göstərilən və heç bir mötəbər sübuta söykənməyən formal dəlillər hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. MPM-in 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, qeyd edilənlərə əsasən Cavabdeh apellyasiya şikayəti təmin edilməməli, Şirvan Şəhər Məhkəməsinin 15 iyul 2024-cü il tarixli 2(032)-563/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Kollegiya məhkəmə xərclərinə dair hesab edir ki, hazırkı iş üzrə qətnamədən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin 15 iyul 2024-cü il tarixli 2(032)-563/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, o, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-244/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-244/2025
14.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver