Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-2474/2022 26.12.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Saatlı Rayon Məhkəməsinin 2(055)-919/2022 saylı, 10 noyabr 2022-ci il tarixli qərardadından İddiaçı ASC tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Saatlı Rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli, 2(055)-919/2022 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 2718,67 manat əsas borc, 439,82 manat faiz borcu və 16 manat cərimə borcu, cəmi 3174,44 manat pulun alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh 54 manat dövlət rüsumunun və 40 qəpik xidmət haqqının alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. Saatlı Rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli, 2(055)-919/2022 saylı qətnaməsindən narazı qalan iddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində həmin qətnamənin cərimə borcunun tutulması hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Saatlı Rayon Məhkəməsinin 2(055)-919/2022 saylı, 10 noyabr 2022-ci il tarixli qərardadı ilə (sədrlik edən hakim Mirlətif Sadıqov) İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Saatlı Rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli, 2(055)-919/2022 saylı qətnaməsindən vermiş olduğu apellyasiya şikayətinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qaytarılması qərara alınmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2 nömrəli Əlavəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin formasına uyğun uyğun tərtib olunmamışdır. Qərardaddan narazı qalan İddiaçı Açıq Səhmdar Cəmiyyəti şikayət vermiş, şikayətində Saatlı Rayon Məhkəməsinin 2(055)-919/2022 saylı, 10 noyabr 2022-ci il tarixli qərardadının ləğv edilməsini və apellyasiya şikayətinin icraata qəbul edilərək baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Saatlı Rayon Məhkəməsinin 2(055)- 919/2022 saylı, 10 noyabr 2022-ci il tarixli qərardadı ilə İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə olunmuş sənədlər Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələbinə uyğun olaraq forma və məzmuna uyğun tərtib olunmadığı üçün geri qaytarılmışdır. Saatlı Rayon Məhkəməsinin 2(055)-919/2022 saylı, 10 noyabr 2022-ci il tarixli qərardadı 22 noyabr 2022-ci il tarixdə İddiaçı ASC-yə poçt vasitəsi ilə daxil olmuşdur. İddiaçı ASC tərəfindən apellyasiya şikayəti verilərkən Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə və apellyasiya şikayətinə əlavənin forma və məzmununa riayət olunmuşdur. Saatlı Rayon Məhkəməsinin 2(055)-919/2022 saylı, 10 noyabr 2022-ci il tarixli qərardadında apellyasiya şikayətini geri qaytararkən “Mülki Prosessual Məcəllənin 2 nömrəli əlavəsinə əsasən apellyasiya şikayəti 14 bölmədən ibarət olmaqla tərtib olunmalı, apellyasiya şikayəti verən tərəf müvafiq bölmələrə dair özünün dəlillərini irəli sürməlidir”ə istinad etmişdir. Lakin İddiaçı ASC tərəfindən apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 2 nömrəli əlavəsinə əsasən tərtib edilmiş və əlavədə göstərilən müvafiq bölmələr əsaslandırılmışdır. Əlavənin 2-ci bəndində “apellyasiya şikayəti verən şəxsin vəkili”, 11-ci bəndində isə “birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlar və onların təqdim edilməsinin əsaslandırılmasına dair dəlillər” əks olunmuşdur. İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti vəkil tərəfindən tərtib edilmədiyindən və yeni sübutlar təqdim olunmadığından həmin bəndlər əlavə edilib əsaslandırılmamışdır. Bu səbəbdən də Saatlı Rayon Məhkəməsi formal mülahizələrə əsasən apellyasiya şikayətini 14 bölmədən ibarət olmaqla tərtib olunmamasını əsas gətirməklə geri qaytarmaqla səhvə yol vermişdir. Saatlı Rayon Məhkəməsinin 2(055)-919/2022 saylı, 05 dekabr 2022-ci il tarixli qərardadı ilə Saatlı Rayon Məhkəməsinin 2(055)-919/2022 saylı, 10 noyabr 2022-ci il tarixli qərardadından idddiaçı İddiaçı ASC tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin 7 gün müddətində işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Saatlı Rayon Məhkəməsinin 2(055)- 919/2022 saylı, 10 noyabr 2022-ci il və 05 dekabr 2022-ci il tarixli qərardadları ləğv edilməli və Saatlı Rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli, 2(055)-919/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə sonrakı prosessual hərəkətlər yerinə yetirilməlidir. Bununla bağlı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır: Saatlı Rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli, 2(055)-919/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulmuş forma və məzmun ilə bağlı tələblərə cavab versə də, birinci instansiya məhkəməsi forma tələblərinə uyğun olmaması ilə əsaslandıraraq apellyasiya şikayətini geri qaytarmaqla yanlış nəticəyə gəlmişdir. Belə ki, iddiaçı apellyasiya şikayətində Mülki Prosessual Məcəllənin 2 nömrəli Əlavəsində qeyd edilən və apellyasiya şikayətində göstərilməsi tələb olunan bütün zəruri məlumatları göstərmiş, hər hansı dəlilinin və ya qeydinin olmadığı qrafaları qeyd etməsə də, apellyasiya şikayətinin forması ilə bağlı tələblərə əməl etmiş, apellyasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillərini, eləcə də, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə dair, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair dəlillərini göstərmiş, öz tələbini dəqiq şəkildə qeyd etmişdir. Sadalananlara əsasən, məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətini MPM-in 363.1.1-1-ci maddəsinə istinad etməklə geri qaytarmaqda haqlı olmamışdır. Beləliklə, məhkəmə kollegiyası bildirir ki, iddiaçının şikayəti təmin edilməli, Saatlı Rayon Məhkəməsinin 2(055)-919/2022 saylı, 10 noyabr 2022-ci il və 05 dekabr 2022-ci il tarixli qərardadları ləğv edilməli və Saatlı Rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli, 2(055)-919/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə sonrakı prosessual hərəkətlər yerinə yetirilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 361, 363, 385.1, 397, 398.0.3 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilsin. Saatlı Rayon Məhkəməsinin 2(055)-919/2022 saylı, 10 noyabr 2022-ci il tarixli və 05 dekabr 2022-ci il tarixli qərardadları ləğv edilsin. Saatlı Rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli, 2(055)-919/2022 saylı qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti üzrə sonrakı prosessual hərəkətlər yerinə yetirilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Samir Mayılov Hakimlər İlham Əsədov Tofiq Heydərov
Məhkəmə qərarları › İş №2(106)-2474/2022
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-2474/2022
26.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver