Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-248/2025 22.01.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Q Ə T N A M Ə S İ İş № 2(106)-248/2025 Açar sözlər: yol-nəqliyyat hadisəsi – vurulmuş maddi ziyanın ödənilməsi Şirvan şəhəri, 22 yanvar 2026-cı il X6 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədli Murad İlham oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, (Cavabdeh və onun nümayəndəsi (vəkili) Vəkil2 kollegiyanın əvvəlki iclaslarında iştirak etmişdir) İddiaçı Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli, 2(050)-931/2024 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək avto qəza hadisəsi nəticəsində ona dəymiş 19652,80 manat dəyərində zərərin, 5250 manat dəyərində pulun, 5000 manat dəyərində mənəvi ziyanın və 180 manat dövlət rüsumunun Cavabdeh alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə, saat 06:50 radələrində **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Azadlıq prospektində sveteforun yaşıl işığında hərkətdə olan zaman yolun sol istiqamətində sfetaforun qadağanedici işarəsi verələrkən adını sonradan bildiyi Cavabdeh idarə etdiyi “Mercedes Benz C230” minik markalı **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobil onun idarə etdiyi avtomobili sol qabaq hissədən vuraraq əzmişdir. Hadisə nəticəsində onun avtomobilinin kapotu, kapotun sağ petləsi, kapotun sol petləsi, qabağ sağ qanadı, qabağ sol qanadı, qabaq sağ qanadın bərkidicisi, qabaq sol qanadın bərkidicisi, radiatorun montaj paneli, qabaq bamperin gücləndiricisi, qabaq sağ fara, qabaq sol fara, qabaq sağ faranın alt dekoru, qabaq sağ faranın alt dekoru, qabaq bamperin üst hissəsi, qabaq bamperin rəngsiz hissəsi, qabaq bamperin alt karbon hissəsi, buksir qabağı, radiatorun üst barmaqlığı, nömrəaltı montaj plankası, qabaq görüntü kamerası, qabaq bamperin alt barmaqlığı, qabaq barmaqlığın sol eynəyi, qabaq barmaqlığın sağ eynəyi, parklama sensorunun kronşteyni, parklama sensorunun kronşteyni, parklama sensorunun kronşteyni, parklama sensorunun kronşteyni, parklama sensorunun kronşteyni, parklama sensorunun kronşteyni, parklama sensoru, parklama sensoru, parklama sensoru, qabaq park sensorlarının elektrik xətti, motorxananın üst sağ dekorativ paneli, motorxananın üst sol dekorativ paneli, kapot kilidinin dekorativ qapağı, duman əlehinə qabaq sol fara, duman əlehinə qabaq sol fara, duman əlehinə qabaq sol faranın qapağı, duman əlehinə qabaq sağ faranın qapağı, qabaq sol qanadüstü kant, qabaq sağ qanadüstü kant, qabaq sol qanadaltı, qabaq sağ qanadaltı, qabaq bamperin sağ kronşteyni, qabaq bamperin sol kronşteyni, pər qabağının sağ örtüyü, pər qabağının sol örtüyü, klipsa, qoruyucular qutusu, sürətlər qutusunun idarəetmə bloku, sürətlər qutusunun elektrik kabeli, motorun sağ yastığı, motor yastığı, motorun arxa yastığı, mühərrik kəməri, kondisoner sisteminin borusu, kondisoner borusu, kondisoner radiatoru, radiator, antifriz, interkuler, soyutma pəri, radiator borusu, soyutma radiatorunun borusu, radiator borusu, genişlənmə çəninin xaricetmə borusu, radiatorun havalandırma borusu, interkuller borusu, interkuller borusu, hava təyziq və temprator sensoru, hava filterinin qutusu, daxiletmə kollektoru, EVAP borusu, hava borusu, su pompasının kəmərinin üst plastmas qapağı, su pompasının kəmərinin üst plastmas qapağı, akkumblyatorun oturacaq kronşteyni, motorxananın alt mühafizə qapağı, qabaq aşağı sol qol, qabaq travers, qabaq sol sapfa, qabaq sol amartizator, turbinanın soyutma borusu, turbinanın yağ borusu, sürətlər qutusunun radiatoru, sürətlər qutusunun radiator kipgəci məhv olmuş, sadaladığı hissələr dəyişilməlidir. Həmin hissələrin ümumi dəyəri 19906 manat təşkil edir. Bu hissələrin düzəldilməsinə görə usta pulu 4746,80 manat təşkil edir. Ümumi avtomobilinə dəyən ziyan 24652,80 manat təşkil edir. Ona dəymiş ziyandan 5000 manatını sığorta şirkətindən almış, yerdə qalan 19652,8 manat ziyanı cavabdeh ona ödəməmişdir. Dəfələrlə cavabdehə ona vurduğu ziyanı ödəməsi barədə müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Onun avtomobili 2021-ci ilin avtomobili olmaqla orta bazar qiyməti 35000-37000 manat civarındadır. Avtomobili təmir edildikdən sonra əvvəlki qiymətində olmayacaqdır. Onun cavabdehdən avtomobilin saz vəziyyətdə olan qiymətinin 15%-ni almaq hüququ vardır. Hesab edir ki, cavabdeh əlavə olaraq ona 5250 manatda ödəməlidir. Həmçinin cavabdehdən ziyanı tələb etdikdə ona dəfələrlə bildirirmiş ki, get ziyanını sığortadan al. Maddi imkanı yetərincə olsa da, ziyanı ödəməyəcəyini bildirir. Cavabdehin bu hərəkətləri onu mənəvi cəhətdən çox sarsıtmış, həmçinin onda əsəb və gərginlik yaratmışdır. Ona görə hesab edir ki, cavabdeh ona mənəvi ziyana görə 5000 manat kompensasiya ödəməlidir. Cavabdeh ona vurmuş olduğu ziyanı ödəmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. İddiaçının nümayəndəsi-vəkili Vəkil1 məhkəmə iclası zamanı iddianı müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclası zamanı iddianı qismən qəbul edərək izahatında göstərdi ki, həqiqətən də, xx.xx.2023-cü il tarixdə idarə etdiyi “Mercedes Benz C 230” minik markalı **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Azadlıq prospektində hərəkətdə olduğu zaman işıqforun qırmızı işığında dayanmaq istədikdə həmin vaxt avtomobildə texniki nasazlıq yarandığı üçün avtomobili dayandıra bilməmiş və nəticədə yolun sağ istiqamətindən gələn İddiaçı idarə etdiyi “Geely Coolray” minik markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Vurulmuş ziyana görə sığorta tərəfindən iddiaçıya 5000 manat ödənilmişdir. İddiaçının hazırda ondan tələb etdiyi məbləğ həddən artıq şişirdilmişdir. Belə ki, iddiaçının avtomobilinə 10000 manat civarında ziyan dəymişdir. Hazırda iddiaçının tələb etdiyi məbləği ödəməyə onun maddi imkanı yoxdur. Göstərilənləri nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli, 2(050)-931/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh vurulmuş zərərə görə 19652.80 manat, mənəvi zərərə görə 300 manat və ödənilmiş dövlət rüsumuna görə 149,86 manat, cəmi 20102 (iyirmi min yüz iki) manat, 66 qəpik məbləğində pul alınaraq İddiaçı verilməsi, həmçinin, ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manatın Cavabdeh tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən araşdırılması üçün Masallı Rayon Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin idarə etdiyi avtomobili iddiaçının idarə etdiyi “GeelyCoolray” minik markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Vurulmuş ziyana görə sığorta tərəfindən iddiaçıya 5000 manat ödənilmişdir. İddiaçının hazırda ondan tələb etdiyi məbləğ həddən artıq şişirdilmişdir. Belə ki, iddiaçının avtomobilinə 10000 manat civarında ziyan dəymişdir. Qətnamədə qeyd edilmişdir ki, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 11 iyul 2024-cü iltarixli, 9/3568 saylırəydən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2021-ci il buraxılışlı “GeelyCoolray” markalı **- BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci hadisə baş verən tarixə təxminən 24652,00 manat müəyyən edilir. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən rəy verilərkən 2021-ciil buraxılışlı “GeelyCoolray” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmədən, iddiaçı tərəfindən təqdim edilmiş “RichMotors” tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsaslanaraq qiymət müəyyənləşdirmişdir. Halbuki, heç müəyyən edilməmişdir ki, qüsur aktında qeyd edilmiş bütün hissələr həmin qəzadan sonra olmuşdur. Ekspert rəyinin iddiaçının təqdimetdiyi materiallara əsaslanması heç də obyektiv olmamışdır. İddiaçı qüsur aktında istədiyi məbləği qeyd etdirmiş, qiymətləri həddindən artıq şişirtmişdir. Məhkəmə qətnaməsini nəzərdən keçirsək, məhkəmənin bu hüquq pozuntusu nəticəsində iddiaçıya vurulan zərərin olub olmaması, yaxud onun həcmini qiymətləndirmək üçün heç bir hüquqi yanaşma qoymadığını, iddia tələbində göstərilən dərəcədə maddi ziyan dəydiyi qənaətinə gəlmişdir. İş materiallarında olan ehtiyat hissələri ilə, ekspert rəyində olan ehtiyat hissələri və faktiki olaraq xarab olmuş, dəyişdirilmiş ehtiyat hissələri arasında ciddi fərq olmasına baxmayaraq məhkəmə bu halı araşdırmaq üçün lazımi tədbir görməmişdir. Məhkəmə iş üzrə qətnamə qəbul edərkən iş materialları və faktları tam araşdırmamış, eyni zamanda təqdim edilmiş sübutları düzgün qiymətləndirməmişdir. Bu səbəbdən də məhkəmə tərəfindən qəbul edilmiş qətnamə əsaslı deyildir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın əvvəlki iclasında çıxış edən cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş və onun təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, vəkillik fəaliyyəti ilə məşğul olmamışdan əvvəl sığorta təşkilatında işləmiş, bu səbəbdən də bu sahəni yaxşı bilir. Göstərmişdir ki, o, məhkəmə sorğusu ilə "xxxx" MMC-dən sonuncu tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktı əsasında təmir işləri aparılıb-aparılmaması barədə rəsmi məlumatı (qəbz və ya digər sənəd) dəfələrlə müraciət etməsinə baxmayaraq əldə edə bilməmişdir. Məhkəmə sorğusunu "xxxx" MMC-yə təqdim etsə də ona bildirmişlər ki, onlar tərəfindən qüsur aktı tərtib edilsə də mübahisəli avtomobil onlar tərəfindən təmir edilməmişdir. Həmçinin qeyd etmişdir ki, "xxxx" MMC-tərəfindən tərtib edilən qüsur aktı şişirdilmişdir. Belə ki, mübahisəli avtomobilin sol hissəsi zədələnsə də tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktında (səh-6-7-9) sağ tərəfin detallarının da dəyişilməli və təmir edilməli olması göstərilmişdir. Buna görə də müstəqil qiymətləndiriciyə müraciət edərək mübahisəli avtomobilə dəyən real zərərin məbləğnin müəyyən edilməsini xahiş etmişdir. Müstəqil qiymətləndirici avtomobilə dair fotoşəkilləri şəxsi əlaqələri əsasında almış və həmin avtomobilə dəyən zərəri təmir xərcləri ilə birlikdə 9995 manat müəyyən etmişdir. (işdə olan müstəqil ekspert rəyinin 5-6-cı səhifələri). Həmçinin müstəqil ekspert "xxxx" MMC tərəfindən tərtib olunan qüsur aktı üzrə qiymətləndirmə də həyata keçirmiş və həmin qüsur aktı üzrə dəymiş zərərin 16645 manat müəyyən etmişdir. (işdə olan müstəqil ekspert rəyinin 2-3-4-cü səhifələri). Halbuki, "xxxx" MMC özü bu rəqəmin 19906 manat civarında müəyyən etmişdir. (i/v səh. 6.7.9) Kollegiyanın əvvəlki iclasında iştirak edən Cavabdeh da apellyasiya şikayətini müdafiə etmiş, onun təmin edilməsini xahiş etmişdir. Kollegiyanın iclasında iştirak edən iddiaçının nümayəndəsi (əri) Nümayəndə apellyasiya şikayətini əsassız hesab etmiş və onun təmin edilməməsini xahiş etmişdir. Bbildirmişdir ki, onlara məxsus “Geely Coolray” minik avtomobili 2021-ci il buraxılışlıdır və hadisə də 1 il sonra 2022-ci ildə olmuşdur. Avtomobili alanda onun getdiyi yürüş məsafəsi 9000 km olmuşdur. Avtomobil hazırda da təmir olunmamış vəziyyətdədir və onu ekspertə təqdim edə bilər. Onlar MEM-nin vermis olduğu 19652.80 manat Rəylə razıdırlar. "xxxx" MMC-nin vermis olduğu 12765 man ziyanlıq məbləği ilə heç cür razı deyildir. Həmçinin qeyd etmişdir ki, social şəbəkədə "xxxx" MMC barəsində mənfi rəylər mövcuddur. Ona görə də həmin rəyin inandırıcı olmadığını bildirir. Həmçinin bundan əvvəlki məhkəmə iclasında mübahisəli avtomobilin təmir olunmamasını bildirsə də həmin avtomobili satdığından avtomobili "xxxx" MMC-yə təqdim edə bilməmişdir. MEM-nin vermis olduğu rəylə razıdır. Buna görə də qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh tərəf məhkəmə iclasının yeri və vaxtı barədə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar apellyasiya baxışına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Lakin cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxaraq apellyasiya şikayətlərinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələbinə əsasən cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə, apellyasiya şikayətlərinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 459.5. Əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarı. “...qanunverici bir sıra normativ hüquqi aktlarda maddi zərərlə yanaşı mənəvi zərərin mövcudluğunu qəbul edir və belə zərəri yetirən şəxsin məsuliyyətini nəzərdə tutur. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini tədqiq edərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən əsaslı olduğundan qətnamə vurulmuş maddi zərərin tutulması hissəsində dəyişdirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamışdır. Belə ki, iş materiallarında olan: -26 mart 2024cü il tarixli TP ******* saylı qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 80 (səksən) manat cərimə edilmişdir. -Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 11 iyul 2024-cü il tarixli, 9/3568 saylı rəydən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2021-ci il buraxılışlı “Geely Coolray” markalı 77- BE-177 dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci hadisə baş verən tarixə təxminən 24652,00 manat müəyyən edilir. Dəyşilməli hissələrin qiyməti-19906,00 manat; Təmir-bərpa işlərinin qiyməti-4746,00 manat. Avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 23091,00 manat müəyyən edilir. O cümlədən. Dəyşilməli hissələrin qiyməti-18345,00 manat; Təmir-bərpa işlərinin qiyməti-4746,00 manat müəyyən edilmişdir. Göründüyü kimi, qəbul edilmiş qətnamədən cavabdeh narazı qalmış və apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlili iddiaçının avtomobilinə dəymiş ziyanın məbləğinin şişirdilməsi, bununla bağlı ekspertiza təyin edilərək müvafiq rəyin əldə edilməməsi ilə bağlıdır. Apellyasiya baxışında şikayətin dəlilləri üzrə qiymətləndirmə təyin edilmiş və müvafiq rəy əldə edilərək iş materiallarına əlavə olunmuşdur.
1. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən X4 Talıblı tərəfindən tərtib edilmiş 27 fevral 2025-ci il tarixli, ME0903 nömrəli müstəqil ekspert rəyində qeyd olunmuşdur: Birinci sual üzrə: Mübahisə predırıeli olan “Geely Coolray’' markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərcləri digər mənbələrə istinadən xx.xx.2023-cü il tarixli qüsur aktında qeyd edilən ehtiyat hissələrinin 2023-cü il tarixə real orta bazar qiyməti siyahı üzrə 16645 (on altı min altı yüz qırx beş) AZN təşkil edir.
İkinci sual üzrə: Təqdim edilmiş fotoşəkillər üzrə “Geely Coolray” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilinin faktiki zərərinin təmir bərpa olunması üçün, “RİCH Motors’’ tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktında qeyd edilən müəyyən ehtiyat hissələrinin alınmasına zərurət yoxdur və bəziləri isə təmirə yararlı ehtiyyat hissələri olduğu üçün, həmin ehtiyat hissələri və işçiliyə 2023-cü ilin dekabr - 2024-cü ilin yanvar-fevral ayları üzrə real orta bazar qiyməti ilə xərc olaraq 10000 (on min) AZN tələb edilir.
Üçüncü sual üzrə: Mübahisə predmeti olan “Geely Coolray” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin buraxılış ili 2019 olan, 2021-ci ilin modeli olaraq real bazar dəyəri ümumi vəziyyətinə və yürüşünə gorə 25000-30500 azn arası qiymət dəyişilir.
2. Həmçinin Kollegiyanın iclasında müstəqil ekspert (mütəxəssis) X1 izahatı alınmışdır. O, göstərmişdir ki, 9 ildir ki, müstəqil ekspert olaraq fəaliyyət göstərir. Qiymətləndirmə Palatasına daxil olan 96 qiymətləndiricidən biridir. Əsasən sığorta şirkətləri ilə işləyirlər. Vermiş olduğu ekspert rəyindəki mübahisəli avtomobilə dair fotoşəkilləri şəxsi əlaqələrindən istifadə edərək "xxxx" MMC-dən almışdır. Qeyd etmişdir ki, mübahisəli avtomobil "xxxx" MMC-yə evakuatorla deyil, sürülərək gətirilib və orada yalnız qüsur aktı tərtib olunub. Yəni, mübahisəli avtomobil "xxxx" MMC-də təmir olunmayıb. Bundan başqa hesab etmişdir ki, "xxxx" MMC tərəfindən tərtib edilmiş qüsur aktı həmin avtomobilə dəymiş real ziyanı əks etdirmir. Bu rəqəm şişirdilmişdir. Belə ki, avtomobildə dəyişilməyə və təmirə ehtiyacı olmayan detallar da qüsur aktına daxil edilmiş və qiymətləndirilmişdir. Fotoşəkillər əsasında Avtomobilə dəymiş real zərəri təmir xərcləri ilə birlikdə hesablamış və ziyanın 9995 manat olmasını müəyyən etmişdir. Həmçinin o, "xxxx" MMC tərəfindən tərtib olunan qüsur aktı üzrə də qiymətləndirmə həyata keçirmiş və dəymiş zərərin 16645 manat olmasını müəyyən etmişdir.
3. Birinci instansiya məhkəməsi zamanı təyin edilmiş və Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 11 iyul 2024-cü il tarixli, 9/3568 saylı rəylə X4 Talıblı tərəfindən tərtib edilmiş 27 fevral 2025-ci il tarixli, ME0903 nömrəli müstəqil ekspert rəyi arasında kəskin ziddiyyət yarandığından Kollegiya tərəfindən yenidən qiymətləndirmə təyin edilmiş və qiymətləndirmə "xxxx" MMC-nə həvalə olunmuşdur. "xxxx" MMC-nin rəyi əldə edilmiş, işə əlavə edilmiş və mülki işin icraatı təzələnmişdir. 13 may 2025-ci il tarixli, UNİ/M 16-233/2025 nömrəli həmin rəyində aşağıdakılar qeyd olunmuşdur:
Birinci sual üzrə: Fotoşəkillər əsasında aparılmış hesablamalar və təhlillərə əsasən “Geely Coolray” minik markalı 77- BE-177 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin real dəyəri (12765,00 manat) "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktında göstərilən 24652,80 manata deyil, xx.xx.2025-ci il tarixli müstəqil ekspert X1 vermiş olduğu RƏY üzrə qüsur aktında yekun olaraq göstərilən 9995,00 manata daha uyğundur. İkinci sual üzrə: “Geely Coolray” minik markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilə aid fotoşəkillər nəzərə alınaraq təmir-bərpa da daxil olmaqla həmin avtomobilə dəymiş zərər 12 765,00 (on iki min yeddi yüz altmış beş) manat təşkil edir.
Üçüncü sual üzrə: "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktında göstərilənlər fotoşəkillər nəzərə alınaraq həmin avtomobilə dəymiş real zərər və həmin ehtiyyat hissələrinin dəyəri real orta bazar qiymətindən artıq hesablanmışdır.
4. Kollegiyanın xx.xx.2025-ci il tarixli iclasında iştirak edən iddiaçının nümayəndəsi (əri) Nümayəndə bildirmişdir ki, onlara məxsus “Geely Coolray” minik avtomobili 2021-ci il buraxılışlıdır və hadisə də 1 il sonra 2022-ci ildə olmuşdur. Avtomobili alanda onun getdiyi yürüş məsafəsi 9000 km olmuşdur. Avtomobil hazırda da təmir olunmamış vəziyyətdədir və onu ekspertə təqdim edə bilər. Qeyd etmişdir ki, avtomobil hazırda təmir olunmayıb və ona real baxış keçirilməklə ziyanlıq müəyyən edilə bilər. Keçirilmiş hər iki qiymətləndirmə avtomobilə real baxış keçirilmədən aparılmışdır. Hesab etmişdir ki, avtomobilə baxış keçirilməklə ona dəymiş ziyanı daha dəqiq müəyyən etmək olar. Buna görə də avtomobilə real baxış keçirilməklə qiymətləndirilməsini xahiş etmişdir. Məhkəmə də qeyd edilənləri nəzərə almaqla avtomobilə baxış keçirilməklə qiymətləndirmə təyin etmişdir. Lakin sonuncu apellyasiya baxışında mübahisəli avtomobili satdığından avtomobili "xxxx" MMC-yə təqdim edə bilməməsini qeyd etmişdir. Bildirmişdir ki, həmin avtomobili təmir olunmamış vəziyyətdə 11000 manata satmışdır.
5. Bu xüsusatları nəzərə alan Kollegiya şikayətinin dəlili üzrə təkrar qiymətləndirmə təyin edilmiş, qiymətləndirmənin aparılması Meyar Ekspertiza MMC-yə həvalə olunmuşdur. Hesabat əldə edilərək işə əlavə edilmiş və mülki işin icraatı təzələnmişdir. Meyar Ekspertiza MMC-dən daxil olmuş 0264 saylı, 12 dekabr 2025-ci il tarixli qiymətləndirmə hesabatında göstərilmişdir ki: Toplanmış məlumatlar, aparılmış təhlil və hesablamalar nəticəsində “Geely Coolray” minik markalı **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə aşınma nəzərə alınmaqla (köhnəlmə) dəymiş maddi ziyanın aradan qaldırılması üçün tələb olunan xərc (mal və xidmətlərə görə ƏDV nəzərə alınmadan) 9880.00 (doqquz min səkkiz yüz səksən) manat kimi müəyyən olunmuşdur.
6. X3 MMC rəyində qeyd etmişdir ki, Qiymətləndirilməsi tələb olunan nəqliyyat vasitəsinin satıldığı müəyyən edildiyindən, mütəxəssislər tərəfindən təqdim edilən sənədlər təhlil edilmiş və həmin sənədlərdə göstərilən görünən və ehtimal edilən zədələnmələr, onların sayı, həmçinin görülməli işlər əsas götürülməklə qiymətləndirmə həyata keçirilmişdir. Qiymətləndirmə prosesi həmçinin bazar araşdırması, internet resursları, bu sahədə nəşr edilən qəzet və jurnallar, daşınar əmlak bazarındakı vəziyyəti xarakterizə edən analoji məlumatlar, habelə etimad doğuran açıq mənbələrdən əldə olunan informasiyalar əsasında aparılmışdır. Nəticə etibarilə, aparılan qiymətləndirmə nəqliyyat vasitəsinin nəzəri qiymətinin müəyyən edilməsinə xidmət etmişdir. Göründüyü kimi Qiymətləndirilməsi tələb olunan nəqliyyat vasitəsi satıldığı üçün iddiaçı tərəfindən qiymətləndiriciyə təqdim edilməmişdir.
7. İş materiallarında olan Geely Azərbaycan "xxxx" MMC-nin 13 mart 2025-ci il tarixli sorğuya cavabında qeyd olunmuşdur ki, müvafiq araşdırma nəticəsində "xxxx" MMC-nin balansında olan servis mərkəzinin elektron sisteminə baxış keçirildikdən sonra müəyyən edilmişdir ki, İddiaçı satılmış, şassi nömrəsi LB37622Z1MX412791 olan “Geely Coolray” markalı avtomobilin texniki xidmət və təmir qeydləri **-BE-*** dövlət qeydiyyat nişanı altında deyil, **-UY-*** dövlət qeydiyyat nişanı altında aparılmışdır. Müvafiq qeydlərə əsasən, tərəflərindən həmin avtomobilə dövri texniki xidmətlər, yəni yağ dəyişmə, texniki baxış və s. az məbləğli digər xidmətlər göstərilmişdir. Bununla yanaşı, qeyd olunan avtomobilə, həmçinin istehsal ili 2021-ci il olan, **-BE-*** dövlət qeydiyyat nişanlı “Geely Coolray” markalı avtomobilə 24 652,80 AZN məbləğində xidmətlərin göstərməsi barədə sistemdə hər hansı məlumat aşkar edilməmişdir.
8. Göründüyü kimi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 11 iyul 2024-cü il tarixli, 9/3568 saylı rəydə köhnəlmə faizi tətbiq edilməklə bəhs olunan avtomobilə vurulmuş maddi ziyanın 23091,00 manat, müstəqil ekspert (mütəxəssis) X2 tərəfindən 9995 manat, "xxxx" MMC tərəfindən 12 765,00 manat və Meyar Ekspertiza MMC tərəfindən isə 9880.00 manat olması müəyyən edilmişdir. Həmçinin müəyyən olunmuşdur ki, istehsal ili 2021-ci il olan, **-BE-*** dövlət qeydiyyat nişanlı “Geely Coolray” markalı avtomobilinə Geely Azərbaycan "xxxx" MMC tərəfindən 24 652,80 AZN məbləğində xidmətlər göstərilməmişdir. Kollegiya yuxarıda qeyd edlən qiymətləndiricilərin hesabatlarını təhlil edərək hesab edir ki, "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə hesabatı olan 12 765,00 manat işin faktiki hallarına uyğun olmaqla vurulmuş maddi ziyanı daha obyektiv xarakterizə edir. Belə ki, cavabdeh izahatında və apellyasiya şiklayətində də iddiaçıya məxsus avtomobilə 10000 manat ziyan dəyə biləcəyini qeyd etmişdir. Belə olduğu halda Kollegiya hesab edir ki, iddiaçıya ödənilmiş 5000 manat sığorta ödənişi 12765 manatdan çıxılmaqla (12765-5000=7765) cəmi 7765 manat ziyan məbləği cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi qətnamənin mübahisələndirilən hissəsi 5000 manatdan çoxdur. Ona görə də qətnamədən kassasiya şikayətinin verilməsi qanunvericiliklə nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3, 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. Masallı Rayon Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli, 2(050)-931/2024 saylı qətnaməsi – “Cavabdeh vurulmuş zərərə görə 19652.80 manat pulun alınaraq İddiaçı verilməsinə dair hissədə” dəyişdirilərək həmin hissədə cavabdehdən tutulacaq maddi ziyan məbləği 7765 (yeddi min yeddi yüz altmış beş) manat müəyyən edilsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya baxışı üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 400 (dörd yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN: **********, Hesab № AZN: AZ77AİİB400600C**********218, Bank: KapitalBank ASC Bravo 3 filialı, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ********************, filialın kodu: 201296; SWİFT kod: AİİBAZ2XXXX) köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.