Məhkəmə qərarları › İş №2(106)-250/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-250/2025

14.01.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-250/2025 14.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X5 (sədrlik edən və məruzəçi), X6 və Kərimov Tale Suliddin oğlundan ibarət məhkəmə tərkibində, Əsədzadə Əsəd Saməddin oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mülkiyyətdə olan evə köçürülmə, mülkiyyət hüququnun həyata keçirilməsinə yaradılan maneənin aradan qaldırılması və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli 2(049)-2194/2024 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Lənkəran Rayon Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli 2(049)-2194/2024 saylı qətnaməsi ilə (hakim Nicat Ağabəyov) İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR PHŞ 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş Çıxarışa (Qeydiyyat nömrəsi: **********, Qeydiyyat tarixi: xx.xx.2024, Reyestr nömrəsi: **********08-05101-093045) əsasən ¼ hissədə mülkiyyətində olan Lənkəran şəhəri X7 küçəsi ev 78/19-da yerləşən 69 saylı (Yeni qaydalarla: AZ4204, Lənkəran şəhəri Əli Məmmədov küçəsi 118, M2, m2) mənzilə köçürülməsi, İddiaçı həmin əmlakdan istifadə hüququna Cavabdeh və digər şəxslər tərəfindən yaradılan maneələrin aradan qaldırılması və Cavabdeh qanunsuz hərəkətlərinə son qoyulması, İddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 100 manat pulun Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılması xahiş edilmişdir. Mülki iş materialları 22 noyabr 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuş xx.xx.2024-cü il tarixli 2(106)-1973/2024 saylı qərardadla iş icraata qəbul edilmiş və onun baxılması 14 yanvar 2025-ci il tarixə saat 14:30-a təyin edilmişdir. Cavabdeh nümayəndəsi Vəkil məhkəmə iclasında izahat verərək bildirmişdir ki, işdə iştirak etməyə cəlb edilməyən lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan şəxs X1 Rayon Məhkəməsinin 2(049)-2194/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən 13 yanvar 2025-ci il tairxdə apellyasiya şiayəti vermişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq həmin apellyasiya şikayətinin Azərbaycan Respublikasının 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün iş Lənkəran Rayon Məhkəməsinə qaytarılmalıdır. Nəzərə alınmalıdır ki, artıq X2 6/1 payının müəyyən edilməsinə dair Çıxarış da mövcuddur. İddiaçı məhkəmə iclasında izahatında göstərmişdir ki, sözügedən çıxarışın mövcudluğundan onun xəbəri yoxdur. Hazırda işin Lənkəran Rayon Məhkəməsinə qaytarılmasına etiraz etmir. Kollegiya hesab edir ki, hazırda Lənkəran Rayon Məhkəməsinin 10 sentyabr 2024cü il tarixli 2(049)-2194/2024 saylı qətnaməsindən X3 tərəfindən də apellyasiya şikayəti daxil olduğundan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə xx.xx.2024-cü il tarixli 2(106)-1973/2024 saylı apellyasiyanın mümkün hesab edilməsi barədə qərardadı ləğv edilməklə iş materialları apellyasiya baxışından çıxarılmaqla Lənkaran Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, MPM-in 364-cü maddəsinə görə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. MPM-in 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. MPM-in 400-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyrimümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 263, 264, 384, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının mülki iş üzrə xx.xx.2024-cü il tarixli 2(106)-1973/2024 saylı apellyasiyanın mümkün hesab edilməsi barədə qərardadı ləğv edilsin və mülki iş apellyasiya baxışından çıxarılsın. Lənkəran Rayon Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli 2(049)-2194/2024 saylı qətnaməsindən X3 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə həmni qətnamənin onun hüquq və vəzifələrinə toxunmasının və apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş materialları Lənkaran Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar