Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-252/2023 25.01.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət məhkəmə tərkibində, məhkəmə iclas katibi Umudov Əliheydər Zeynal oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "istifadə hüququnun tanınması və evə köçürülmə" tələbinə dair iddiası üzrə Astara Rayon Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli 2(018)-43/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: İddiaçı Cavabdeh qarşı "istifadə hüququnun tanınması və evə köçürülmə" tələbinə dair iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, cavabdehə məxsus olmaqla Bakı şəhəri, ünvan 3-ə istifadə hüququnun tanınması və həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Astara Rayon Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli 2(018)-43/2022 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, İddiaçı cavabdehə məxsus Bakı şəhəri, ünvan 3-ə köçürülməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək ləğv olunması və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 05 aprel 2022-ci il tarixli 2(106)-896/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin olunaraq, Astara Rayon Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli 2(018)-43/2022 saylı qətnaməsi ləğv edilmiş və iddianın rədd olunmasına dair yeni qətnamə qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qeyd olunan qətnaməsi iddiaçı tərəfindən kassasiya qaydasında mübahisələndirilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 17 oktyabr 2022-ci il tarixli 2(102)-4065/2022 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin olunaraq, Şirvan Apellyasiya Məhkəməsinin 05 aprel 2022-ci il tarixli 2(106)- 896/2022 saylı qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edib işi yeni apellyasiya baxışına göndərən kassasiya instansiyası məhkəməsinin Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə müvafiq olaraq işə yenidən baxan məhkəmə üçün məcburi göstərişləri aşağıdakılardan ibarət olmuşdur; Hazırkı işdə iddiaçının tələbi Bakı şəhəri, Suraxanı rayonu Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, A yaşayış sahəsi, ev 158-ə istifadə hüququnun tanınması və azyaşlı uşağı ilə birlikdə həmin evə köçürülməsi barədədir. Tələbin əsaslandırıldığı hallardan göründüyü kimi İddiaçı, nikahda olduğu vaxt həmin evdə yaşadığını, birgə təsərrüfat aparmaqla ona istifadə hüququ əldə etdiyini, lakin daşınmaz əşya üzərindəki sahiblikdən məcburiyyət qarşısında məhrum qaldığını bildirərək yaşayış sahəsinə köçürülməsini istəyir, İrəli sürülmüş tələb daşınmaz əşya üzərində iddia olunan sahiblik və istifadə hüquqlarının bərpası ilə bağlı olduğundan, mübahisənin düzgün həlli üçün sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında yuxarıda sadalanan iddialar üzrə hüquqi dəyərləndirmə aparılmalıdır. Belə iddialara isə daşınmaz əşyanın olduğu yerin məhkəməsində baxılması MPMnin 39.1-ci maddəsində açıqca göstərilmişdir, Kollegiya onu da bildirir ki, iddiaçının əşya hüquqlarından, mənzil qanunvericiliyindən və ya faktiki vəziyyətdən irəli gələn qanuni sahibliyinin olub-olmamasına işə mahiyyəti üzrə baxılarkən hüquqi qiymət verilməlidir. İşin ərazi aidiyyətinin həlli mərhələsində bu məsələlər araşdırma predmetini təşkil etmir, Göstərilənlərə əsasən, məhkəmə kollegiyası bu qənaətə gəlir ki, hazırkı iş üzrə mübahisəyə müstəsna aidiyyət qaydasında daşınmaz əşyanın yerləşdiyi yerin məhkəməsində baxılmalı olduğu halda, Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin tələbləri pozularaq, iddiaya Astara Rayon Məhkəməsində baxılmışdır, Şirvan Apellyasiya Məhkəməsi isə bu pozuntuya diqqət yetirmədən özü də işə mahiyyəti üzrə baxmaqla qətnamə çıxarmışdır. Halbuki, işə ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə apellyasiya instansiyası məhkəməsinin qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Məhkəmədə cavabdeh apellyasiya şikayətini müdafiə edib, məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. İddiaçı məhkəməyə yazılı izahatını göndərərək bildirmişdir ki, mübahisəli evdən istifadə hüququ təmin edilməlidir. Bununla yanaşı aidiyyət məsələsinə heç-bir etirazı yoxdur. Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, iş materiallarını tədqiq edib hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilərək mülki iş müstəsna ərazi aidiyyəti üzrə baxılmasından ötrü Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, cavabdehin rəsmi qeydiyyat ünvanı Astara rayonu olsa da, mübahisənin predmeti olmaqla, iddiaçının köçürülmək istədiyi fərdi yaşayış evi Bakı şəhəri, ünvan 3 ünvanında yerləşir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya"nın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Göründüyü kimi qanunverici mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddiaların daşınmaz əşyanın olduğu yerə görə verilməli olmasını müstəsna aidiyyət kimi müəyyən etmişdir. Aidiyyət qaydalarının pozulması yolverilməz olduğundan, cavabdehin Astara rayonunda qeydiyyatda olmasından asılı olmayaraq, müstəsna aidiyyət üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində baxılmalı olan iddianı icraata qəbul edərək, mahiyyəti üzrə baxıb həll etmiş birinci instansiya məhkəməsi kobud prosessual pozuntuya yol vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.1-ci maddəsinə əsasən işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılması şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslardan biridir. Həmin Məcəllənin 387.3-cü maddəsinə müvafiq olaraq Məcəllənin 387.2.1-ci maddəsində göstərilmiş halların mövcudluğu birinci instansiya məhkəməsi tərəfindən prosessual normaların kobud pozulması kimi qiymətləndirilir. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və mülki iş müstəsna ərazi aidiyyəti üzrə baxılmasından ötrü Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2.5-ci maddəsinə əsasən bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadından kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 39.1, 365, 384.0.4, 400, 402.2.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Astara Rayon Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli 2(018)-43/2022 saylı qətnaməsi ləğv olunsun və mülki iş müstəsna aidiyyət üzrə baxılmasından ötrü Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində kassasiya şikayəti verilmədiyi halda, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-252/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-252/2023
25.01.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver