Məhkəmə qərarları › İş №2(106)-253/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-253/2023

07.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-253/2023 07.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), X9 və X3 ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi ilə, iddiaçılar İddiaçı1 və İddiaçı3 Cavabdeh2 qarşı dəymiş maddi ziyana görə 239792 ABŞ dolları, ******* rus rublu məbləğində pulun tutulması tələbinə dair mülki iş üzrə Hacıqabul Rayon Məhkəməsinin 2(071)120/2021 saylı, 16 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı3 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq,, MÜƏYYƏN ETDİ: Hacıqabul Rayon Məhkəməsinin 2(071)120/2021 saylı, 16 mart 2021-ci il tarixli qətnaməsi ilə (Hakim H.Əzizov) ilkin iddianın qismən təmin edilməsi, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 128500 ABŞ dolları məbləğində pul ödəmə gününə manatın dollara olan məzənnəsi ilə tutularaq ilkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı3 verilməsi. iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 ilkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı3 qarşı kəsilmiş boru xəttinin əvəzi kimi 1185 manat, 4988,37 manat real zərər və 18000 manat əldən çıxmış fayda tələbi barədə iddiasının təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçılar İddiaçı1, İddiaçı3 və Cavabdeh2 apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli 2(106)2419/2021 saylı qərardadı ilə, apellyasiya şikayətlərinin qismən təmin edilməsi, Hacıqabul Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(071) 120/2020 saylı qətnaməsinin ləğv edilməsi, İddiaçılar İddiaçı1 və İddiaçı3 cavabdeh, Cavabdeh2 qarşı maddi və mənəvi ziyanın ödənilməsi və iddiaçı “Ramil” X5 cavabdehlər İddiaçı1 və İddiaçı3 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işin mahiyyəti üzrə baxılmaq üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan iddiaçılar İddiaçı1 və İddiaçı3 tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)2017/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı3 kassasiya şikayətinin qismən təmin edilməsi, Şirvan Apellyasiya Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli qərardadı, qismən - iddiaçılar İddiaçı1 və İddiaçı3 Cavabdeh2 qarşı maddi və mənəvi zərərin ödənilməsi barədə ilk iddia tələblərinə məhkəmə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsində baxılmalı olması hissələrində ləğv edilməsi, həmin hissələrdə yeni qərar qəbul edilməsi, iddiaçılar İddiaçı1 və İddiaçı3 Cavabdeh2 qarşı maddi və mənəvi zərərin ödənilməsi barədə ilk iddia tələbinə dair işin baxılması Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi, qərardadın qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)1077/2022 saylı qətnaməsi ilə, iddiaçılar İddiaçı1 və İddiaçı3 nümayəndəsi Vəkil tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, Cavabdeh1 Səfərəli oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsi, Hacıqabul rayon məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(071)-120/2021 saylı qətnaməsi ilk iddianın qismən təmin edilərək ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 128500 ABŞ dolları məbləğində pul ödəmə gününə manatın dollara olan məzənnəsi ilə tutularaq ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı3 verilməsi hissədə ləğv edilmişi, həmin hissədə iddianın rədd edilməsi, qətnamə ilk iddianın qalan hissədə təmin edilməməsi hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçılar kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)5273/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə, kassasiya şikayətinin qismən təmin edilməsi, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1077/2022 nömrəli iş üzrə 19 may 2022-ci il tarixli qətnaməsi qismən - «iddiaçılar İddiaçı1 və İddiaçı3 Cavabdeh1 Səfərəli oğluna qarşı maddi ziyana görə 239.792 ABŞ dolları, 1.377.152 rus rublun tutulmasına dair» iddianın rədd olunan hissədə (həmin hissə üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılan hissəsi daxil olmaqla) ləğv edilməsi və iş həmin hissələrdə yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddia tələbinin təmin edilməsini, Cavabdeh2 İddiaçı1 müxtəlif vaxtlarda “Ramil” KFT-nın təsərrüfatın inkişaf etdirilməsi üçün “Bıstraya poçta” vasitəsi ilə 68500 ABŞ dolları və digər İddiaçı3 60000 ABŞ dolları məbləğində pul aldığını etiraf etməsi ilə əlaqələndirmişdir. Cavabdeh2 nümayəndəsi və vəkili təkrar apellyasiya icraatı zamanı vermiş olduqları apellyasiya şikayətini müdafiə edərək, göstərmişdir ki, iddiaçıların hazırda ondan tələb etdiyi 80.000 ABŞ dolları məbləğindən pulun geri alınması ilə bağlı 2012-ci ildə məhkəmə qətnaməsi olmasına baxmayaraq iddiaçı Ədalət Qənbərov eyni tələbi yenidən irəli sürmüş və Hacıqabul Rayon Məhkəməsinin 2(071)120/2021 saylı, 16 mart 2021-ci il tarixli qətnaməsi ilə, həmin tələb üzrə qətnamə qəbul edilmişdir. Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, eyni tərəf, eyni predmet, eyni əsasla iş üzrə qəbul olunmuş məhkəmə qərarı olduğu halda yenidən həmin tələb üzrə qərar qəbul olunması yolverilməzdir. İş materiallarından görünür ki, Hacıqabul rayon məhkəməsinin (hakim M. Qarayev) 2(071)-16/2012 saylı, 29 fevral 2012-ci il tarixli qətnaməsi ilə ilk iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı3 qarşı “Ramil” KFT-yə dair aidiyyatı sənədlərin təhvil verilməsi, zəbt olunmuş torpaq sahəsinin boşaldılaraq ona qaytarılması tələbinə dair ilk iddiası təmin edilmiş, qarşılıqlı iddia üzrə İddiaçı3 Cavabdeh1 qarşı əqdin etibarsız hesab olunması və 80.000 ABŞ dolları məbləğində pulun qaytarılması tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi MK-nın (sədrlik edən N. Mirzəyev, hakimlər T. Heydərov və M. Allahverdiyev) 2(106)-499/2012 saylı, 4 iyul 2012-ci il tarixli qətnaməsi ilə Ə. Qəmbərovun verdiyi apellyasiya şikayəti qismən təmin olunaraq Hacıqabul rayon məhkəməsinin (hakim M. Qarayev) 2(071)- 16/2012 saylı, 29 fevral 2012-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə ilk və qarşılıqlı iddialar rədd olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın (sədrlik edən Q. Allahverdiyev, hakimlər V. İbayev və İ. Əliyev) 2 (102)-4257/12 saylı, 18 dekabr 2012-ci il tarixli qərarı ilə ilk iddiaçı Cavabdeh1 kassasiya şikayəti təmin olunmadan, apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Hazırda iddiaçılar X7 və X6 cavabdeh X2 qarşı məhz əvvəllər mübahisə predmeti olmuş tələbdən irəli gələn eyni tələblə yəni “Ramil” KFT-ın alınması ilə bağlı verdikləri 80.000 ABŞ dolları məbləğində pulu qaytarılması ilə bağlı məhkəməyə müraciət etmiş və Hacıqabul Rayon məhkəməsi tələb üzrə yenidən qətnamə qəbul etmişdir. Halbuki qanunvericiliyin tələbləri bağımından eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.0-ci maddəsinə əsasən hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa. 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, qeyd edilən faktlara və hüquq normalarına əsasən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti maddi və prosessual hüquq normalarının pozulması hissəsində əsaslı olmaqla qismən təmin edilməli, Hacıqabul Rayon Məhkəməsinin 2(071)120/2021 saylı, 16 mart 2021-ci il tarixli qətnaməsi iddiaçı X4 cavabdeh X1 “Ramil” X5 alınması ilə bağlı 80.000 ABŞ dolları məbləğində pulun qayarılması hissəsində ləğv edilməli, həmin tələb üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 391-ci və 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası” QƏRARA ALDİ: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hacıqabul Rayon Məhkəməsinin 2(071)120/2021 saylı, 16 mart 2021-ci il tarixli qətnaməsi - ilkin iddianın qismən təmin edilməsi, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 128500 ABŞ dolları məbləğində pul ödəmə gününə manatın dollara olan məzənnəsi ilə tutularaq ilkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı3 verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi hissəsində ləğv edilsin. İddiaçı X4 cavabdeh X1 “Ramil” X5 alınması ilə bağlı verdiyi 80.000 ABŞ dolları məbləğində pulun qaytarılması tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar