Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-257/2024 08.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə, Masallı Regional "ASAN Xidmət” Mərkəzində Notariat ofisinə, Masallı rayon İHB-nin Türkoba ərazi nümayəndəliyinə, Cavabdeh4 Maraqlı şəxs qarşı «miras əmlaka vərəsəlik şəhadətnaməsinin verilməsinin, miras əmlaka dair daşınmaz əmlaklara çıxarışların etibarsız hesab edilməsi və alqı-satqı müqaviləsinin ləğv edilməsi» tələbinə dair mülki iş üzrə Açar sözlər: vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığı, əmlaklara dair çıxarışın və alqı-satqı müqaviləsinin ləğv edilməsi Şirvan şəhəri, 08 fevral 2024-cü il X3 (sədrlik edən və məruzəçi), Kərimov Tale Sulidin oğlu və X6 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) X2 (əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh4 nümayəndəsi (vəkili) Vəkil1) iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə, Masallı Regional "ASAN Xidmət” Mərkəzində Notariat ofisinə, Masallı rayon İHB-nin Türkoba ərazi nümayəndəliyinə, Cavabdeh4, Maraqlı şəxs qarşı «miras əmlaka vərəsəlik şəhadətnaməsinin verilməsinin, miras əmlaka dair daşınmaz əmlaklara çıxarışların etibarsız hesab edilməsi və alqı-satqı müqaviləsinin ləğv edilməsi» tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli, 2(050)-913/2023 saylı qətnaməsindən (hakim Zeynal Zeynalov) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Masallı Regional “ASAN-Xidmət” Mərkəzində Notariat Ofisinin Cavabdeh4 miras əmlaka dair vermiş olduğu vərəsəlik şəhadətnaməsinin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş ********** və ********** saylı Çıxarışların, həmin çıxarışlar əsasında bağlanmış alqı-satqı müqaviləsinin və həmin müqaviləyə əsasən verilmiş çıxarışların etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçının doğma əmisi olan X27 xx.xx.2020-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat etmişdir. Əmisi vəfat edənə qədər qanunla birinci növbəli vərəsəsi qalmamışdır. Əmisi vəfat etdikdən sonra nə sağlığında vəsiyyətnamə qoymuş, nə dəki qalmış mirası faktiki qəbul edib sahiblik edən qanuni vərəsələri olmamışdır. Əmisinin ikinci növbəli vərəsəsi kimi o, Rusiya Federasiyasında yaşamışdır. Pandemiyaya görə Rusiyadan Azərbaycana gələ bilməmişdir. Lakin miras əmlak barəsində çoxlu mübahisələri olmuşdur. Bütün bunlara baxmayaraq Masallı rayon İHB-nin Türkoba ərazi nümayəndəliyinin qanunsuz olaraq verdiyi vərəsələrin dairəsi barədə arayışına əsasən Masallı Regional “ASAN-Xidmət” Mərkəzində Notariat Ofisinin Notariusu miras əmlaklara vərəsəlik şəhadətnaməsini yazıb vermişdir. Həmin vərəsəlik barədə verilən şəhadətnaməyə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən maraqlı şəxslərə miras qalmış daşınmaz əmlaklara Dövlət Reyestrindən Çıxarışlar verilmişdir. Həmin çıxarışlara əsaslanaraq daşınmaz əmlaklar ayrı-ayrı şəxsə satılmışdır. X13 miras qalmış əmlakına vərəsəlik barədə verilmiş şəhadətnamə qanunda nəzərdə tutulmuş vərəsə olmayan şəxsə Cavabdeh4 yeganə qanuni tam hüquqlu vərəsə kimi tanınmışdır. Əslində isə Cavabdeh4 miras qoyanın qanuni vərəsəsi kimi tanına bilməz. Çünki, Cavabdeh4 miras qoyan X16 ögəy bacısıdır. Cavabdeh4 anası X8r. X16 anası isə Mehri Rzayevadır. Doğum haqqında şəhadətnamələrdən də açıq-aydın görünür ki, özünü yeganə qanuni vərəsə kimi sayan müxtəlif yollarla vərəsəlik şəhadətnaməsini əldə edən Cavabdeh4 verilmiş vərəsəlik haqqında şəhadətnamə qanun üzrə birinci növbəli vərəsəlik hüququna malik deyildir. Miras qoyanın birinci növbəli vərəsəsi mövcud deyildir. Lakin iddiaçı özü miras qoyanın ikinci növbəli vərəsəsi kimi onun doğma qardaşı oğludur. Mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideyni, yəni X28 09 oktyabr 2009-cu ildə vəfat etmişdir. Ona görə də, qanuni miras qoyanın 2-ci növbəli vərəsəsi hesab olunur. Ümumiyyətlə, istər vərəsələrin dairəsi barədə Türkoba kənd ərazi mümayəndəsinin arayışı, istərsədə Notariat Kontorunun vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsində vərəsələrin vərəsəliyə çağrılmaları üçün əsasların olmasını, qanun üzrə vərəsələrin vərəsəliyə çağrılmaq üçün əsasların olmasını təşkil edən sənədləri tələb etməmişdir. Notariat haqqında Azərbaycan Respublikasının Qanununun 59-cu maddəsini kobud şəkildə pozaraq nəticədə qanunsuz vərəsəlik şəhadətnaməsi verilmişdir. Ona görə də, vərəsələrin gəlməsini gözləmədən qanuni vərəsə olmayan Cavabdeh4 birinci növbəli vərəsəlik barədə şəhadətnamə vermişdir. Həmin şəhadətnamədən istifadə edən Cavabdeh4 əvvəlcə Daşınmaz Əmlak barədə miras əmlaka dair tam mülkiyyət hüququ əldə etmişdir. Daşınmaz Əmlaka dair hüquqları əldə etdikdən sonra həmin əmlaklarını maraqlı şəxslərə bağışlama müqaviləsi ilə 8000 (səkkiz min) manat dəyərində alqı-saqtı etmişdir. Əmisinin ölümündən sonra miras qalmış əmlaklarına vərəsəlik şəhadətnaməsi əsasında Cavabdeh4 adına verilmiş Çıxarışın və həmin Çıxarış əsasında Maraqlı şəxs və X20 adına bağışlama müqavilələri əsasında bağışlanmış daşınmaz əmlaklara dair Çıxarışlar etibarsız hesab edilməlidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində iddiaçının nümayəndəsi (vəkil) X7 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, ərazi nümayəndəliyi tərəfindən verilən vərəsələrin əhatə dairəsi barədə arayış yanlışdır. Belə ki, mərhumun çox sayda vərəsəsi olmasına baxmayaraq arayışda yalnız bir nəfərin adı yazılmışdır. Mərhumun vərəsələrindən olan İddiaçı sağ olmasına baxmayaraq notariusa müraciət zamanı ərazi nümayəndəliyi tərəfindən verilmiş arayışda vərəsə kimi göstərilməmişdir. Odur ki, qeyd edilənlərə əsasən iddianın təmin ediməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs nümayəndəsi (vəkili) Vəkil2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, nümayəndəsi olduğu Maraqlı şəxs əmlakı vicdanlı əldə edən şəxsdir, ona görə də iddia tələbinin əsassız olmasının nəzərə alınaraq rədd edilməsini xahiş etmişdir. Cavabdeh Masallı rayon İHB-nin Türkoba ərazi nümayəndəliyinin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, mərhumun vərəsələrinin müəyyən edilməsi barədə arayış verilərkən heç bir səhvə yol verilməmişdir. Belə ki, Cavabdeh4 mərhumun son bir ayında onun yanında görmüşdür və onun vərəsə olması barədə arayış vermişdir. Odur ki, iddia tələbinin əsassız olmasının nəzərə alınaraq rədd edilməsini xahiş etmişdir. Cavabdeh4 nümayəndəsi Vəkil1 məhkəmə iclasında izahatında iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini xahiş edərək izahatında göstərmişdir ki, iddia tələbi üzrə iddiaçı tərəfindən iddia müddəti buraxılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1272-ci maddəsinə görə mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin aşağıdakı mövqeyini də diqqətə çatdırmağı zəruri hesab edilir. Belə ki, “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 16 mart 2022-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi göstərmişdir ki: "Mülki Məcəllənin 1272-ci maddəsində göstərilmiş müddət mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Göstərilənlərə əsasən iddianın əsassız olması ilə bərabər, həm də bu əsasla rədd edilməsini xahiş etdi. Birinci instansiya məhkəməsində cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinin, Masallı Regional "ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin nümayəndəsi iştirakı etmədiyindən onların mövqeyi bəlli olmamışdır. Masallı Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli, 2(050)-913/2023 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı tərəf apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmə qətnamə qəbul edərkən sübutların düzgün tətbiq etməmişdir (düzgün qiymətləndirilməmişdir). Cavabdeh4 yeganə vərəsə deyil, iddiaçı da əmisi X16 vərəsəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.2-ci maddəsinə əsasən ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Əmisi öldüyü zaman atası sağ olmadığına görə o, atasına çatası paya vərəsə olmuşdur. Lakin vərəsəlik işi açıldığı zaman bu hal nəzərə alınmamışdır. Həmdə Cavabdeh4 mərhum əmisi X16 ögey bacısıdır. Həmçinin onun atalığının müəyyən olunmadığı üçün ilk öncə məhkəmədə atalığın müəyyən olunması barədə iddia qaldırmışdır. (bununla bağlı məhkəmə qətnaməsi vardır). Həmdə əmisi xx.xx.2020-ci ildə vəfat etmişdir. Həmin vaxt isə Covid 19 pandemiyası olmuşdur, o isə həmin vaxt Rusiya Federasiyasında yaşamışdır. Bu səbəbdən də vaxtında iddia tələbi ilə məhkəməyə müraciət edə bilməmişdir. Pandemiyaya görə Rusiyadan Azərbaycana gələ bilməmişdir. Eləcədə əmlakla bağlı şəhadətnamə onlarda olmuşdur. Onlar həmin şəhadətnaməni onlara vermişlər. Əmlakla bağlı ilk Dövlət Reyestrindən Çıxarışda onlarda olmuşdur. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X7 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Göstərmişdir ki, cavabdeh Masallı Regional “ASAN-Xidmət” Mərkəzində Notariat Ofisinin Cavabdeh4 miras əmlaka dair vermiş olduğu vərəsəlik şəhadətnamələri etibarsız hesab edilməli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş ********** və ********** saylı Çıxarışlar, həmin çıxarışlar əsasında bağlanmış alqı-satqı müqaviləsi və həmin müqaviləyə əsasən verilmiş çıxarışlar ləğv edilməlidir. 18 yanvar 2024-cü il tarixdə keçirilən apellyasiya baxışı iclasında iştirak edən Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərinə qarşı etirazlarını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Nümayəndə sonuncu apellyasiya baxışı iclasında iştirak etməmişdir. Digər cavabdehlərə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onların nümayəndələri apellyasiya baxışına gəlməmişlər. Kollegiya işə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məlumat verilmiş, lakin gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda iddiaçı tərəf apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçıya münasibətdə, tam yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətində məhrum edilə bilməz. Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası MM-nin; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə vərəsəlik qanun və ya vəsiyyət üzrə və ya hər iki əsasla həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1151.1-ci maddəsinə əsasən mirasa miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. 1159.1. 1-ci maddəsinə əsasən birinci növbədə -ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsələr sayılırlar. 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1160. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 181.2. Əşyanın verilməsi bunlardır: əşyanın əldə edənin birbaşa sahibliyinə verilməsi, əşyaya dolayı sahibliyin müqavilə üzrə verilməsi, bu zaman əvvəlki mülkiyyətçi birbaşa sahib kimi qala bilər; mülkiyyətçinin üçüncü şəxsdən sahibliyi tələb etmək hüququnu əldə edənə verməsi. 181.4. Mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alqı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Əgər şəxs beş il fasiləsiz daşınar əşyaya öz mülkiyyəti kimi sahiblik etmişdirsə, o həmin əşyaya mülkiyyət hüququ əldə edir (əldə etmə müddəti). Əgər əldə edən əşyaya vicdansız sahiblik edirdisə və ya sonradan əşyanın ona məxsus olmamasını bilmişdirsə, daşınar əşyanın əldə edilməsi yolverilməzdir. 182.1. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. 182.2. Daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsa və ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Bu məhdudiyyətlər auksionda özgəninkiləşdirilmiş pula, sənədli qiymətli kağızlara və əşyalara tətbiq olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir, 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir, 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır, 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir, 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür, 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir, 139-1.1.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. "Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 59-cü maddəsində qeyd edilmişdir ki, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə gəsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə tərəfindən iş üzrə aşagıdakı sənədlər tədqiq edilmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X9 arasında 12 aprel 1984-cü il tarixdə ünvan 1 savetliyində 09 saylı nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Babayeva soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx xxxxxx 1959-cu ildə ünvan 1ində anadan olmuşdur. Atası, anası X10r. İş materiallarında olan ölüm haqqında arayışdan görünür ki, X28 09 oktyabr 2009-cu il tarixdə miokard infarkt səbəbindən Bakı şəhəri, Nəsimi rayonunda ölmüşdür. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, X21 28 aprel 1946-cı ildə Masallı rayonu Mahmudavar kəndində anadan olmuşdur. X15, anası X8r. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, X27 05 may 1935-ci ildə ünvan 1ində anadan olmuşdur. X15, anası X14r. İş materiallarında olan ölüm haqqında arayışdan görünür ki, X27 15 oktyabr 2020-ci il tarixdə ürək çatışmamazlığı səbəbindən ünvan 1inda ölmüşdür. İş materiallarında olan Masallı rayon məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 2(050)-2524/2022 nömrəli qətnaməsindən görünür ki, 14 oktyabr 2009-cu ildə vəfat etmiş X17 xx xxxxxx 1959-cu ildə anadan olmuş İddiaçı atası olmasını etiraf etməsi faktının müəyyən edilməsi, Masallı Rayon Qeydiyyat Şöbəsinə doğum haqqında akt qeydləri kitabında ərizəçinin adı «Daşdəmir», soyadı «Rzayev», atasının adı «Əhməd», anasının adı «Mədinə», valideynləri-atası X28, anası X18, doğulduğu tarix «xx xxxxxx 1959-cu il», doğulduğu yer «Masallı rayonu, Türkoba kəndi» yazılmaqla müvafiq qeyd aparılması qət edilmişdir. İş materiallarında olan Masallı rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(050)- 148/2023 nömrəli qərardadından görünür ki, İddiaçı cavabdehlər "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə, Masallı regional "ASAN xidmət” mərkəzində notariat ofisinə, Masallı RİHB-nın Türkoba kənd ərazi dairəsi üzrə nümayəndəliyinə və Cavabdeh4 qarşı (üçüncü şəxslər X29 və Maraqlı şəxs) "vərəsəlik şəhadətnaməsinin, çıxarışların etibarsız hesab edilməsi və bağışlama müqaviləsinin ləğv edilməsi” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh4 ünvan 1ində xüsusi mülkiyyətlərində 0.15 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, xx.xx.2021-ci il qeydiyyat tarixi ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, xx.xx.2021- ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********20- 10301 reyestr nömrəli çıxarışla ünvan 1i ünvanında Cavabdeh4 mülkiyyətində olan 73.1 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində 39 nömrəli reyestr kitabının 16 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh4 ilə Maraqlı şəxs arasında bağlanmış 16 dekabr 2021-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsindən görünür ki, satıcı Ağayeva X19 rayonu Türkoba kəndi ünvanında yerləşən, ümumi sahəsi 73.1 kv.metr olan fərdi yaşayış evini və onun yerləşdiyi 0.09 ha torpaq sahəsini alıcı Maraqlı şəxs mülkiyyətinə vermişdir. "Satıcı” müqavilənin 4-cü bəndinə əsasən göstərilən əmlakı 8000 (səkkiz min) manata satmış, “Alıcı” isə həmin əmlakı tam dəyərini ödəməklə satın almışdır. İş materiallarında olan JN-091A Kod 80522018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli, 42 nömrəli qərarı ilə X22 və X5 ünvan 1ində 0.09 hektar fərdi yaşayış evi tikintisi üçün torpaq sahəsi verilmişdir. İş materiallarında olan Masallı Rayon "Asan Xidmət” Mərkəzində Notariat ofisinin 01 may 2023-cü il tarixli 393 saylı məktubunda qeyd edilmişdir ki, ünvan 1i ünvanında yaşamış xx.xx.2020-ci il tarixdə vəfat etmiş X16 adına xx.xx.2021-ci il tarixdə vərəsəlik işi rəsmiləşdirilmişdir. İş materiallarında olan 04 iyun 2021-ci il tarixli, 2V-247 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X16 vərəsələri Cavabdeh4dır və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDKY-da DƏDRX-in Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş **********20-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 73.1 kv.m olan fərdi yaşayış evindən X22 düşən paydan ibarətdir. Şəhadətnamə verilən miras əmlak ƏMDKY-da DƏDRX-nin Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş **********20-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.09 ha olan torpaq sahəsindən X22 düşən paydan ibarətdir. İş materiallarında olan 04 iyun 2021-ci il tarixli, 2V-245 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədən görünür ki, xx.xx.2004-cü il tarixdə vəfat etmiş X4 vərəsələri vərəsəliyi qəbul etmiş, lakin vərəsəliyi rəsmiləşdirmədən xx.xx.2020-ci ildə vəfat etmiş əri X16 vərəsəsi Cavabdeh4dır və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDKY-da DƏDRX-in Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə X5 verilmiş **********20-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 73.1 kv.m olan fərdi yaşayış evindən X5 düşən paydan ibarətdir. Şəhadətnamə verilən miras əmlak ƏMDKY-da DƏDRX-nin Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş **********20-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.09 ha olan torpaq sahəsindən X5 düşən paydan ibarətdir. İş materiallarında olan 04 iyun 2021-ci il tarixli, 2V-248 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X16 vərəsələri Cavabdeh4dır və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDKY-da DƏDRX-nin Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş **********31 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.15 ha olan torpaq sahəsindən X22 düşən paydan ibarətdir. İş materiallarında olan JN-360 Kod 80522018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli, 42 nömrəli qərarı ilə X22 və X5 ünvan 1ində 0.17 hektar kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, xx.xx.2021- ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********20- 10301 reyestr nömrəli çıxarışla ünvan 1i ünvanında X16 və X4 mülkiyyətində olan 73.10 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində 39 nömrəli reyestr kitabının 16 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, X22 və X5 ünvan 1ində xüsusi mülkiyyətə 0.15 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, xx.xx.2021-ci il qeydiyyat tarixi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti Başçısının Masallı rayon İHBnin Türkoba kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsinin 29 mart 2021-ci il tarixli, 157 nömrəli arayışında qeyd edilmişdir ki, X27 xx.xx.2020-ci il tarixdə ünvan 1ində vəfat etmişdir. Mərhumun daimi yaşadığı yer ünvan 1i olmuş, ölənədək onunla birlikdə yaşamış və hazırda yaşayan vərəsəsi yoxdur. X1 qeydiyyatdan çıxıb gedən vərəsəsi bacısı Cavabdeh4dır. X1 göstərilən vərəsələrdən başqa vərəsəsi yoxdur. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, X22 və X5 ünvan 1ində xüsusi mülkiyyətə 0.15 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, xx.xx.2021-ci il qeydiyyat tarixi ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixdə elektron informasiya sisteminə Cavabdeh4 nümayəndəsi (vəkili) Vəkil1 tərəfindən ünvanlanmış ərizədə göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Hazırkı iş üzrə miras qoyan xx.xx.2020-ci il tarixdə rəhmətə getmişdir. Ona ölümündən qabaq xəstə olan dövrdə bir neçə ay Cavabdeh4 Mırağa qızı baxmışdır. Bu hal həm onun və Cavabdeh4 tərəfindən verilmiş izahatlar, həm də iddiaçının nümayəndəsi və vəkilinin suallarına Türkoba ərazi nümayəndəliyinin nümayəndəsinin cavabları ilə bir daha öz təsdiqini tapmışdır. Belə ki, həmin nümayəndə bildirmişdir ki, mərhum miras qoyan kənddə çox hörmətli seyid olmuş, hamı onu tanımış və hörmət etmiş, xəstə olan zaman o da digər kənd sakinləri kimi dəfələrlə onu ziyarət etmiş, bu zaman orada həmişə mərhumun bacısı kimi Cavabdeh4 Mırağa qızını görmüş, mərhum özü də bacısının ona çox yaxşı baxdığını, bir bacısı olduğunu və hər şeyini ona vəsiyyət edəcəyini bildirmişdir. Buna görə də mərhum ölən zaman onlar Cavabdeh4 Mırağa qızına vərəsə kimi arayış vermişlər. Çünki iddiaçı heç vaxt həmin mənzildə qeydiyyatda olmamış, onlar iddiaçını görməmişlər və tanımırlar. Beləliklə, göründüyü kimi iddiaçı miras əmlakı nə faktiki, nə də qanuni qəbul etməmişdir. Bununla bağlı iddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında bildirmişdir ki, pandemiya dövrü olduğundan iddiaçı Azərbaycana gələ bilməmiş, həmçinin doğum haqqında şəhadətnaməsində ata qrafasında problem olmuşdur. Bununla bağlı bildiririk ki, iddiaçı qanunla müəyyən edilmiş müddətdə notariat orqanına müraciət etməsi və notariat orqanının da məhz onun doğum haqqında şəhadətnaməsində problem olması əsası ilə notariat hərəkətlərini aparmaqdan imtina etməsinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Digər bir tərəfdən iddiaçı Azərbaycana gələ bilməsə də, Rusiyadan ərizə yazıb göndərə bilərdi. Bundan əlavə, verilmiş vəsatət təmin edilərək sistemdən iddiaçının həyat yoldaşının dövlət sərhəd xidmətindən giriş-çıxışları əldə edilmiş və müəyyən edilmişdir ki, həmin dövrdə xx.xx.2021-ci il tarixdə iddiaçının həyat yoldaşı Azərbaycana giriş etmişdir. Deməli, həmin vaxtı Azərbaycana giriş-çıxış olmuş və iddiaçı da istəsəydi gələrdi, həyat yoldaşı ilə ərizə göndərərdi və sair. Halbuki iddiaçı özü iddia ərizəsində (ərizənin 1 -ci səhifəsinin 1-ci abzasında) göstərmişdir ki, miras əmlak barəsində tərəflərin çoxlu mübahisələri olmuşdur. Bundan başqa, xx.xx.2023-cü il tarixli baxış iclasında iddiaçı tərəfin nümayəndəsi və vəkili iddiaçının, miras qoyanın ölümündən sonra hansı tarixdən miras əmlakın qəbulu ilə bağlı notariusa və ya məhkəməyə müraciət edilməsinin dəqiqləşdirilməsi ilə bağlı verdiyi suallara cavab olaraq bildirmişdir ki: "Miras qoyanın ölümündən sonra elə onun yas mərasimləri zamanı Cavabdeh4 Mırağa qızı mirasa təkcə özünün yiyələnəcəyini açıq şəkildə bəyan etmiş, miras əmlakın ona çatacağını və heç kimə heç nə verməyəcəyini söyləmişdir.” Bu halları bilə-bilə iddiaçının miras əmlak barədə vaxtında hər hansı hərəkət etməməsi qəbul olunmazdır. İddiaçı, cavabdehin əmlakı öz adına keçirdiyini biləndən sonra da vaxtında məhkəməyə müraciət etməmiş, bununla da Mülki Məcəllənin 1272-ci maddəsində nəzərdə tutulmuş iki aylıq müddəti də ötürmüşdür. Bundan əvvəl məhkəməyə təqdim edilmiş iddia müddətinin tətbiqinə dair ərizədə göstərildiyi kimi Konstitusiya Məhkəməsinin məlum Qərarlarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmələr tərəfindən analoji məsələ ilə bağlı qanunda birbaşa nəzərdə tutulan müddət kəsici müddət olmaqla, hər hansı ərizə verilibverilməməsindən asılı olmayaraq, məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınmalıdır. Buna görə də yuxarıda göstərilən müddətlərin iddia və ya kəsici müddətlər olmasından asılı olmayaraq, iddiaçı tərəfindən bütün müddətlər buraxıldığından, buna dair iddia müddətinin tətbiqinə dair ərizə də verildiyindən əsassız iddianın həm də müddətlərin keçməsi əsası ilə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Elektron informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı sərhəddən çıxma tarixi xx.xx.2019-cu il, Nümayəndə1 sərhəddən çıxma tarixi çıxışı xx.xx.2019 - girişi xx.xx.2020, çıxışı xx.xx.2020, girişi xx.xx.2021, çıxışı xx.xx.2021, girişi xx.xx.2023-cü il qeyd edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, mübahisələndirilən 04 iyun 2021ci il tarixli, 2V-247 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə və 04 iyun 2021-ci il tarixli, 2V-245 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilərkən Mülki Məcəllənin və Notariat haqqında Qanunun tələblərinə əməl edildiyi üçün etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilməmişdir və bu əsaslada miras əmlaka dair daşınmaz əmlaklara çıxarışların etibarsız hesab edilməsi, alqı-satqı müqaviləsinin ləğv edilməsi üçün qanuni əsaslar müəyyən edilməmişdir. Bundan başqa iddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığı barədə iddia tələbini irəli sürərkən Mülki Məcəllənin 1272-ci maddəsində müəyyən edilmiş müddəti ötürmüşdür. Belə ki, iş materiallarından görünür ki, Masallı Regional "ASAN Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən 04 iyun 2021-ci il tarixli, 2V-245 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə, 04 iyun 2021-ci il tarixli, 2V-247 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə və 04 iyun 2021-ci il tarixli, 2V-248 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilmişdir. Buna görə də İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə, Masallı Regional "ASAN Xidmət” Mərkəzində Notariat ofisinə, Masallı rayon İHB-nin Türkoba ərazi nümayəndəliyinə, Cavabdeh4, Maraqlı şəxs qarşı «miras əmlaka vərəsəlik şəhadətnaməsinin verilməsinin, miras əmlaka dair daşınmaz əmlaklara çıxarışların etibarsız hesab edilməsi və alqı-satqı müqaviləsinin ləğv edilməsi» tələbinə dair iddiası təmin edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda göstərilən nəticəyə gəlməkdə haqlı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki;
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra mirasın qəbulu məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məhkəmə qaydasında həll edilə bilər.
2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1268.2-ci maddəsinə uyğun olaraq fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli vərəsənin miras əmlakdan imtinası ilə bağlı məhkəməyə müraciət edilməsinə həmin Məcəllənin 1256-cı maddəsində nəzərdə tutulmuş imtina müddəti şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Məhkəmə kollegiyası hazırkı mübahisəyə hüquqi qiymət verərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarlarında şərh edilən və gəlinən nəticələri əsas götürmüşdür. Vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Məhkəmə kollegiyasının iclasında tərəflərin izahatından və təqdim olunmuş sənədlərdən müəyyən edilir ki, miras qoyan X27 xx.xx.2020-ci ildə vəfat etmişdir. Miras qoyan vəsiyyətnamə qoymamışdır. MM-nin 1159.1.1-ci maddəsinə əsasən miras qoyanın vəfatından sonra birinci növbədə vərəsələri olmamışdır. Lakin miras qoyanın ikinci növbə vərəsələri qalmışdır. Miras qoyanın ikinci növbə vərəsələrinin dairəsi isə tam müəyyən edilməmişdir. Lakin müəyyən olunur ki, İddiaçı miras qoyanın qardaşı oğlu və Cavabdeh4 miras qoyanın bacısı olmaqla onun ikinci növbədə vərəsələridir. Miras qoyandan ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 73.1 kv.m olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi ümumi sahəsi 0.09 ha olan torpaq sahəsi və ünvan 1ində 0.15 hektar kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi qalmışdır. Cavabdeh4 miras qoyan X16 bacısıdır. Mərhumun arvadı X11 miras qoyandan əvvəl yəni, xx.xx.2004-cü ildə vəfat edib. Miras qoyanın vəfatından sonra Cavabdeh4 29 mart 2021-ci ildə Notariat Ofisinə ərizə verərək xx.xx.2020-ci ildə ölmüş qardaşı X13 miras qalmış əmlaka Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilməsini xahiş etmişdir. Notarius tərəfindən 04 iyun 2021-ci ildə Miras qoyandan miras qalmış ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 73.1 kv.m olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi ümumi sahəsi 0.09 ha olan torpaq sahəsinə, həmçinin ünvan 1ində 0.15 hektar kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsinə dair 4 iyun 2021-ci il tarixli 2V-245, 2V-247 və 2V-248 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Bundan sonra Cavabdeh4 həmin əmlaklara dair xx.xx.2021 tarixli, ********** qeydiyyat nömrəli (0.15 ha k/t torpaq) və xx.xx.2021 tarixli, ********** qeydiyyat nömrəli (fərdi yaşayış evi və evin yerləşdiyi 0.09 ha torpağa) Çıxarışlar almışdır. Həmçinin Cavabdeh4 ********** qeydiyyat nömrəli Çıxarışla mülkiyyətində olan ünvan 1i ünvanında 0.09 ha olan torpaq sahəsində yerləşən ümumi sahəsi 73.1 kv.m olan fərdi yaşayış evini 16 dekabr 2021-ci il tarixdə Maraqlı şəxs satmışdır. Göründüyü kimi miras qoyanın ölümündən sonra yalnız onun ikinci növbə vərəsələri qalmış və həmin vərəsələrin dairəsi qanunda nəzərdə tutulmuş qaydada müəyyənləşdirilməmişdir. Bu isə sonda qanuna uyğun olmayan qanun üzrə vərəsəlik şəhadətnamələrinin verilməsinə səbəb olmuşdur. Belə ki, MM-nin 1159.2-ci maddəsinə görə ikinci növbədə vərəsələr - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Müəyyən olunur ki, İddiaçı miras qoyanın qardaşı oğlu, Cavabdeh4 isə bacısıdır. Belə olan halda qanun üzrə vərəsəlik şəhadətnaməsi miras qoyanın bütün ikinci növbə vərəsələrinin müəyyən olunaraq qanunvericiliyə uyğun olaraq verilməli olduğu halda, həmin vərəsələrdən yalnız miras qoyanın bacısı vərəsəliyə cəlb edilmiş və ona miras qoyanın bütün əmlakları barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bununla da Notarius tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Buna görə də məhkəmə kollegiyası belə hesab edir ki, Notarius tərəfindən 04 iyun 2021-ci ildə Miras qoyandan miras qalmış ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 73.1 kv.m olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi ümumi sahəsi 0.09 ha olan torpaq sahəsinə, həmçinin ünvan 1ində 0.15 hektar kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsinə dair verilmiş 4 iyun 2021-ci il tarixli 2V-245, 2V-247 və 2V- 248 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilməlidir. Belə ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə müvafiq olaraq, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Həmin Qanunun 60-cı maddəsinə əsasən, notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır. Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də müəyyən etməyə çalışmalıdır. Beləliklə, vərəsəliyə çağırılmış vərəsələr arasında vərəsələrin dairəsi, miras kütləsi, payların həcmi, habelə mirasın bölüşdürülməsi ilə bağlı mübahisə olmadığı təqdirdə mirasın qəbul edilməsi faktının rəsmiləşdirilməsi notariat qaydasında həyata keçirilir. Həmçinin iş materialları ilə müəyyən olunur ki, Cavabdeh4 ********** qeydiyyat nömrəli Çıxarışla mülkiyyətində olan ünvan 1i ünvanında 0.09 ha olan torpaq sahəsində yerləşən ümumi sahəsi 73.1 kv.m olan fərdi yaşayış evini 16 dekabr 2021-ci il tarixdə Maraqlı şəxs satmışdır. İddia tələblərindən biri də Cavabdeh4 tərəfindən reallaşdırılmış alqı-satqı müqaviləsinin ləğv edilməsindən (etibarsızlığı) ibarətdir. Məhkəmə kollegiyası hesab edir ki, Maraqlı şəxs burada vicdanlı əldə edəndir. Belə ki, 182.1-ci maddəsinə əsasən Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə, apelyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. İddiaçının iddia tələbinə nəzər saldıqda müəyyən edilir ki, iddia tələbi “cavabdeh Masallı Regional “ASAN-Xidmət” Mərkəzində Notariat Ofisinin Cavabdeh4 miras əmlaka dair vermiş olduğu vərəsəlik şəhadətnaməsinin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş ********** və ********** saylı Çıxarışların, həmin çıxarışlar əsasında bağlanmış alqı-satqı müqaviləsinin və həmin müqaviləyə əsasən verilmiş çıxarışların etibarsız hesab edilməsi”-ndən ibarətdir. Göründüyü kimi iddiaçı iddia tələbinin xahiş edirəm hissəsində vərəsəlik şəhadətnaməsinin, çıxarışların, həmin çıxarışlar əsasında bağlanmış alqı-satqı müqaviləsinin və həmin müqaviləyə əsasən verilmiş çıxarışların etibarsızlığını xahiş edir. Kollegiya bununla bağlı aşağıdakıları qeyd edir. Belə ki, müliki prosessual hüquqda hakimin tələblə bağlı olması prinsipi hakimi qətiyyən iddiaçının iddia predmetinin termin olaraq hansı hərfi mənanı ifadə etməsindən asılı hala gətirmir. Belə ki, hakimin tələbə bağlı olması prinsipi hakimin iddiaçının istədiyindən çoxunu və ya istədiyindən başqa bir tələbin təmin edə bilməyəcəyini bildirir. Tərəflərin (əsas etibarı ilə də iddiaçının) istəyinin nə olması isə, təkcə iddia ərizəsinin son (“xahiş edirəm”) hissəsindəki termin və sözlərin hərfi mənasına görə deyil, onlann bütövlükdə iddia ərizəsinin ümumi mətni içərisində öz əksini tapan ifadəsinin həqiqi mənasına görə müəyyənləşdirilməlidir. Hakimin tələblə bağlılığı prinsipi hakimin məhz tərəflərin bu qeyd olunan həqiqi məqsəd və istəyini nəzərə almalı olduğu və bu çərçivədə qərar qəbul etməli olduğunu bildirir. Yoxsa, hakimin tərəflərin ərizələrinin ümumi mətni içərəsində öz əksini tapan həqiqi istəklərinə əhəmiyyət vermədən sadəcə ərizədəki ifadələrin hüquq elminə aid terminologiyada onlann həqiqi istəklərindən ayrı bir məna ifadə etməsini əsas gətirib “tələbə bağlılıq prinsipi” adı altında iddiaların rədd olunması və ya mümkünlüyünə dair qərar çıxartması həm haqların (hüquqların) məhkəmə müdafiəsi ilə bağlı təməl konstitusion əsaslara ziddir, həm aşkar ədalətsizlikdir, həm də tələbə bağlılıq prinsipinin sıx bağlı olduğu “prosessual qənaət” prinsipinə ziddir. Bununla bağlı məhkəmə təcrübəsində ən çox qarşılaşılan pozuntu hallarından biri də iddia icraatının aqibətinin iddia ərizələrinin son hissəsində “etibarsızlıq” və “ləğvetmə” ifadələrindən asılı olması ilə bağlı olan səhv bir yanaşmadır. Belə ki, məhkəmə təcrübəsində iddia ərizəsindən faktiki olaraq əqdin etibarsızlıq hallarına istinad edildiyi açıqca məlum olduğu halda sırf ərizəsinin nəticə hissəsində “əqdin ləğv edilməsi” ifadəsi işlədildiyinə görə məhkəmələr tərəfindən etibarsızlıq məsələsi araşdırılmadan yalnız əqdin ləğv edilməsi üçün əsasların olmadığına istinad edilərək iddia tələblərinin rədd olunduğuna şahid olunur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi, həmçinin məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması ilə çıxarıldığından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Masallı Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli, 2(050)-913/2023 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia qismən təmin edilməli, Masallı Regional "ASAN Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən X12 adına verilmiş 04 iyun 2021-ci il tarixli, 2V-245 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə, X12 adına verilmiş 04 iyun 2021-ci il tarixli, 2V- 247 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə və X12 adına verilmiş 04 iyun 2021-ci il tarixli, 2V-248 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilməli, Masallı Rayonu, Türkoba kəndində 0,15 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun qeydiyyata alınmasına dair xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və Masallı Rayonu, Türkoba kəndində 73,1 ha torpaq sahəsinin 0,09 ha hissəsində yerləşən fərdi yaşayış evinin Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun qeydiyyata alınmasına dair xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar ləğv edilməli, iddia qalan hissədə təmin edilməməlidir. İddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 50 manat hissəsinin əvəzi Cavabdeh4 tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Masallı Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli, 2(050)-913/2023 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Masallı Regional "ASAN Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən X12 adına verilmiş 04 iyun 2021-ci il tarixli, 2V-245 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə, X12 adına verilmiş 04 iyun 2021-ci il tarixli, 2V-247 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə və X12 adına verilmiş 04 iyun 2021-ci il tarixli, 2V-248 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilsin. Masallı Rayonu, Türkoba kəndində 0,15 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun qeydiyyata alınmasına dair xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış; Masallı Rayonu, Türkoba kəndində 73,1 ha torpaq sahəsinin 0,09 ha hissəsində yerləşən fərdi yaşayış evinin Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun qeydiyyata alınmasına dair xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi- 50 (əlli) manat Cavabdeh4 tutularaq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə rəsmi qaydada təqdim edildiyi vaxtdan 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.