Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-263/2023 04.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Elvin Nizami oğlu Hüseynovun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh2, onun vəkili Vəkil Çərkəz oğlunun iştirakı ilə, Sabirabad Rayon Məhkəməsinin 01 fevral 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC-nin) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: "xxxx" İKB ASC-nin 8 saylı filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 300 ay müddətinə, illik 7% olmaqla, 76000 manat məbləğində kredit verilmişdir. xx.xx.2018-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Xocahəsən qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən, 5 otaqlı, 125.9 kv.m ümumi, 92.8 kv.m yaşayış sahədən ibarət 104 saylı ünvanda yerləşən fərdi yaşayış evi və 0.037 ha torpaq sahəsi X1 tərəfindən Cavabdeh1 102000 manat pul vəsaiti qarşılığında satılmış, alıcı-ipoteka qoyan bu məbləğin 26000 manat hissəsini, kreditor-ipoteka saxlayan isə 76000 manat hissəsini ödəmiş və Bakı şəhəri, Binəqədi rayonu, Xocahəsən qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən, 5 otaqlı, 125.9 kv.m ümumi, 92.8 kv.m yaşayış sahədən ibarət 104 saylı ünvanda yerləşən fərdi yaşayış evi və 0.037 ha torpaq sahəsi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Hazırk; tələbində İddiaçı ASC Cavabdeh1 xx.xx.2018-ci il tarixli kredit müqaviləsindən yaranmış 74.224,87 AZN əsas borcun, 9078,58 AZN faiz borcunun, ümumilikdə isə 83.303,45 (səksən üç min üç yüz üç manat qırx beş qəpik) AZN məbləğində pul vəsaitinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) AZN pulun ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi; tutmanın Cavabdeh1 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Xocahəsən qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən, 5 otaqlı, 125.9 kv.m ümumi, 92.8 kv.m yaşayış sahədən ibarət 104 saylı ünvanda yerləşən fərdi yaşayış evinə və 0.037 ha torpaq sahəsinə yönəldilməsi, həmin fərdi yaşayış evinin və torpaq sahəsinin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Binəqədi rayonu, Xocahəsən qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən, 5 otaqlı, 125.9 kv.m ümumi, 92.8 kv.m yaşayış sahədən ibarət 104 saylı ünvanda yerləşən fərdi yaşayış evinə və 0.037 ha torpaq sahəsinin hərrac satışından əldə olunan vəsait hesabına "xxxx" ASC-yə ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; borc Cavabdeh1 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Xocahəsən qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən, 5 otaqlı, 125.9 kv.m ümumi, 92.8 kv.m yaşayış sahədən ibarət 104 saylı ünvanda yerləşən fərdi yaşayış evinə və 0.037 ha torpaq sahəsinə yönəldikdə və o, satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2 və digər şəxslərin Bakı şəhəri, Binəqədi rayonu, Xocahəsən qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən, 5 otaqlı, 125.9 kv.m ümumi, 92.8 kv.m yaşayış sahədən ibarət 104 saylı ünvanda yerləşən fərdi yaşayış evinə və 0.037 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, Cavabdeh2 və digər şəxslərin həmin fərdi yaşayış evindən çıxarılmaları, yaşayış evinin və torpaq sahəsinin boşaldılması və Banka təhvil verilməsi; Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixə Cavabdeh1 xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə banka 74224,87 manat əsas və 9078,58 manat faiz borcu olmaqla ümumilikdə cəmi 83303,45 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq borclu öz borcunu ödəməmiş, bundan yayınmışdır. Qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmiş, ərizə həmin orqanda qeydə alınmışdır. Birinci instansiya məhkəməsində Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və vəkili X3 iddia tələbinin həlli məsələsinin məhkəmənin mülahizəsinə verdiyini bildirmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh2 məhkəmə iclasında iştirak etmədiyindən onun mövqeyi bəlli olmamışdır. Sabirabad Rayon Məhkəməsinin (hakim N.Bağırov) 01 fevral 2022-ci il tarixli qətnaməsi ilə "xxxx" ASC-nin iddiası təmin edilmiş, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli Kredit Müqaviləsindən xx.xx.2021-ci il tarixə yaranmış 74224,87 məbləğində əsas kredit borcu və 9078,58 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 83303,45 (səksən üç min üç yüz üç manat qırx beş qəpik) AZN məbləğində pul vəsaiti, məhkəmədə iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumunun əvəzi 30 (otuz) manat və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi 10 manat və xidmət haqqının əvəzi 30 manat pul vəsaitinin Cavabdeh1 tutulub İddiaçı ASC-yə ödənilməsi, yuxarıda göstərilən Kredit Müqaviləsi üzrə ümumilikdə 83303,45 (səksən üç min üç yüz üç manat qırx beş qəpik) AZN məbləğində pul tələbləri və digər xərclərin əvəzi olan 70 manatın ipoteka ilə yüklü edilmiş Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Xocahəsən qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən, 5 otaqlı, 125.9 kv.m ümumi, 92.8 kv.m yaşayış sahədən ibarət 104 saylı ünvanda yerləşən fərdi yaşayış evinə və 0.037 ha torpaq sahəsinə yönəldilməsi, həmin fərdi yaşayış evi və torpaq sahəsinin 56000 (əlli altı min) manat məbləğində ilkin satış qiymətilə açıq hərraca çıxarılaraq satılması, satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi məbləğində İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti - Bakı şəhəri, Binəqədi rayonu, Xocahəsən qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən, 5 otaqlı, 125.9 kv.m ümumi, 92.8 kv.m yaşayış sahədən ibarət 104 saylı ünvanda yerləşən fərdi yaşayış evinin və 0.037 ha torpaq sahəsinin açıq hərracda satıldıqdan sonra, ən geci 1 (bir) ay ərzində cavabdehlərin fərdi yaşayış evindən və 0.037 ha torpaq sahəsindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi, onların həmin fərdi yaşayış evindən çıxarılması, evin və torpaq sahəsinin boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməsi vəzifəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 üzərinə qoyulması, "xxxx" MMC tərəfindən aparılmış xx.xx.2021-ci il tarixli, ƏEM/O 47-982/21 saylı əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 (bir yüz əlli) manatın cavabdeh Cavabdeh1 tutulub "xxxx" MMC-nin hesabına köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 279, 317.1, 319.1-319.5, 385.1, 421.2, 428.4, 442, 445.1, 445.2.1, 449.4, 462.3cü maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 10.4, 34.1.1, 41.1, 59.3-cü maddələrinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının MPM-nin) müvafiq maddələrinə istinad etmişdir. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti vermişdir. Apellyasiyaşikayətinindəlilləri Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi, alqı-satqı və ipoteka müqaviləsinin bağlandığı andan etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrində qeyd alınmış çıxarışın etibarsız hesab edilməsi, eyni zamanda "xxxx" İKB ASC-dən Cavabdeh1 ipoteka krediti verilməsi zamanı cinayət tərkibli əməllərə yol verilməsi faktı üzrə xüsusi qərar çıxarılmaqla, mülki işin materiallarının istintaq aparılması üçün Binəqədi Rayon Prokurorluğuna göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Şikayətə görə, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının torpaq sahəsinə dair sərəncamı vardır. Torpaq sahəsini 25 illik etibarnamə ilə almışlar. X7 tərəfindən həmin torpaq sahəsində ev inşa etdirilmişdir. Dayısı Rəşid bildirmişdir ki, sənədləri düzəltmək üçün evi Elxan adlı şəxsin adına özəlləşdirək, sonra Elxan həmin evi onların adına keçirtsin. Buna görə Rəşidə pul vermişlər. Rəşidin borcu olduğu üçün həmin evi öz adına sənədləşdirmiş, hərbçilərə güzəştli ipoteka verildiyi üçün Bəhruz adlı şəxsi taparaq onunla razılaşmışdır. Görüntü məqsədilə müqavilə bağlanılmış, guya Rəşid evi ipoteka yolu ilə Bəhruza satmışdır. Bununla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılmışdır. Hesab edir ki, hazırkı əqd uydurma əqddir, görüntü məqsədilə bağlanmışdır. Buna görə də etibarsız hesab edilməlidir. İzahatlar Prosessualməsələlər Apellyasiya baxışında iştirak edən Cavabdeh2 və onun vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh izahatında bildirmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Xocahəsən qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən, 5 otaqlı evə dair alqı-satqı və ipoteka müqaviləsi etibarsız hesab edilməlidir. Cavabdehin izahatında görə, əslində həmin ev onun anasına məxsusdur. Yaşayış evi Cavabdeh1 adına formal olaraq rəsmiləşdirilmişdir. Yaşayış evi onların vəsaiti hesabına əldə edilmişdir. Evdə özləri yaşayırlar. Evin ipoteka ilə yüklü edilməsindən məlumatları olmamışdır. Əslində torpaq sahəsini Elxan Güləliyevdən satın almış, orada yaşayış evi inşa etmişlər. Ev tikiləndən sonra Elxanın adına mülkiyyət hüququnu təsdiq edən çıxarış alınmışdır. Bəhruzun adına götürülmüş 76000 manat kreditin bir hissəsini dayısı Rəşid Süleymanov, digər hissəsini Bəhruz götürmüşdür. Cavabdeh izahatında sözügedən yaşayış evinə dair qiymətləndirilmənin də formal keçirildiyini, evə baxış keçirilmədiyini qeyd etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə qarşı etirazlarını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsininin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh1 apellyasiya baxışında iştirak etməmişdir. Müəyyən edilmiş qaydada ona məlumat verilməsinə baxmayaraq, o, apellyasiya baxışına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Kollegiya işə, Azərbaycan Respublikasının MPM-nin 376.2-ci maddəsinə əsasən Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası məruzəni, izahatları, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin faktiki halları ondan ibarətdir ki, "xxxx" İKB ASC-nin 8 saylı filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsi əsasında Cavabdeh1 300 ay müddətinə, illik 7% olmaqla, 76000 manat məbləğində kredit verilmişdir. xx.xx.2018-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Xocahəsən qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən, 5 otaqlı, 125.9 kv.m ümumi, 92.8 kv.m yaşayış sahədən ibarət 104 saylı ünvanda yerləşən fərdi yaşayış evi və 0.037 ha torpaq sahəsi X1 tərəfindən Cavabdeh1 102000 manat pul vəsaiti qarşılığında satılmış, alıcı-ipoteka qoyan bu məbləğin 26000 manat hissəsini, kreditor-ipoteka saxlayan isə 76000 manat hissəsini ödəmiş və həmin fərdi yaşayış evi və 0.037 ha torpaq sahəsi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Reyesteri Xidməti tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş 417 nömrəli reyestr kitabının 39075 nömrəli vərəqində qeydiyyata alınmış RX ******* nömrəli çıxarışından görünür ki, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Xocahəsən qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən, 5 otaqlı, 125.9 kv.m ümumi, 92.8 kv.m yaşayış sahədən ibarət 104 saylı ünvanda yerləşən fərdi yaşayış evi və 0.037 ha torpaq sahəsi kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" İKB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Hazırki tələbində iddiaçı müqavilə şərtlərinə uyğun olaraq, cavabdehdən kredit borcunu, əsas borca hesablanmış faizi tələb etməklə, borcun ipoteka predmetinə yönəldilməsini xahiş etmişdir. Kollegiya hesab edir ki, iddia aşağıdakılara əsasən keçərlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya həmin Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. İşin hallarından görünür ki, kreditor Bank borcunu tələb etmək barədə borcluya xəbərdarlıq məktubu, ipoteka predmetinə yönəldilməsi barədə bildiriş məktubu göndərmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, həmin Qanunun 34.1.3-cü maddəsinə əsasən ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən haldır. Müəyyən edilir ki, tərəflər arasında müqavilə üzrə şərtlər müəyyən olunmuş, lakin Cavabdeh1 müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmaqla, öhdəliyini yerinə yetirməmişdir. Ona görə də iddiaçı borcunu tələb etməkdə haqlıdır. İddiaçı tərəfindən verilmiş maliyyə arayışına əsasən, Cavabdeh1 xx.xx.2018-ci il tarixli Kredit Müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə 74224,87 manat məbləğində əsas kredit borcu və 9078,58 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə cəmi 83303,45 manat məbləğində borcu mövcuddur. Cavabdeh2 apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etsə də, mahiyyərcə Bakı şəhəri, Binəqədi rayonu, Xocahəsən qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən, 5 otaqlı, 125.9 kv.m ümumi, 92.8 kv.m yaşayış sahədən ibarət 104 saylı ünvanda yerləşən fərdi yaşayış evi və 0.037 ha torpaq sahəsinə dair X1 tərəfindən Cavabdeh1 satılması və həmin yaşayış evinin ipoteka ilə yüklü edilməsinə dair üçtərəfli müqavilənin və onun nəticəsinin etibarsızlığının tanınmasını tələb etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Qanunun mənasına görə, maraqlı şəxs əhəmiyyətsiz əqdin etibarsızlığının tanınması və etibarsızlığın nəticələrinin tətbiqi haqqında iddia vermək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi özünün “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli qərarında qeyd etmişdir ki, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. Cavabdeh müqavilənin etibarsız sayılmasını tələb etsə də etibarsızlıqla bağlı hər-hansı dəlil irəli sürməmişdir. Kollegiya mübahisələndirilən əqdin etibarsızlığı üçün əsas tapmır. Cavabdeh ipotekaya qoyulmuş evə baxış keçirilmədiyini, qiymətləndirilmənin də formal olduğunu bildirmişdir. Lakin iddiaçı ASC ipoteka predmeti olan evə baxış keçirilməsi, müvafiq rəy verilməsi barədə sənədləri- Əmlak Ekspert Mərkəzinin 02 avqust 2018-ci il tarixli qiymətləndirmə hesabatını təqdim edilmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, mənzilin alqı-satqısı və ipoteka ilə yüklü edilməsinə dair üçtərəfli müqaviləni etibarsız saymaq üçün əsas yoxdur. «İpoteka haqqında» qanunun 59.3-cü maddəsinə əsasən: 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Beləliklə, Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnaməni ləğv etmək və ya onu dəyişdirmək üşün əsas deyil. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu şikayətçiyə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin 01 fevral 2022-ci il tarixli, 2(056)-27/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən İlham Əsədov Hakimlər Samir Mayılov Tofiq Heydərov
Məhkəmə qərarları › İş №2(106)-263/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-263/2023
04.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver