Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-263/2024 13.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Kərimov Tale Suliddin oğlu və X10 ibarət məhkəmə tərkibində, X23 oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 17 avqust 2023-cü il tarixli 2(050)-2306/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Masallı Rayon Məhkəməsinin 17 avqust 2023-cü il tarixli 2(050)-2306/2023 saylı qətnaməsi ilə (hakim Firdovsi Əliyev) iddia təmin edilərək Cavabdeh 9500 manat və ödənilmiş dövlət rüsumuna görə 65,40 manat, cəmi 9565 manat 40 qəpik məbləğində pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh həmin qətnaməndən apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayonu Xırdalan şəhərində yerləşən fərdi yaşayış evinin əldə olunması üçün ödənilmiş 19000 manat pulun ½ hissədə yəni 9500 manat pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 14 yanvar 2019-cu ildə nikaha daxil olmuşlar. Birgə nikahlarından 12 mart 2020-ci il təvəllüdlü X20 adlı bir övladları dünyaya gəlmişdir. Xəzər Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli 2(003)-2380/2022 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuş, nikah pozulduqdan sonra 12 mart 2020-ci il təvəllüdlü X13 onun yanında saxlanılması, onun yetkinlik yaşına çatanadək saxlanılması üçün 193 manat sabit pul məbləğində alimentin və uşaq 3 yaşına çatanadək hər ay 50 manat məbləğində alimentin tutulması qət edilmişdir. Birgə nikah dövründə Xırdalan şəhəri “Xəzinə” şadlıq evi ilə üzbəüz yerləşən 19000 manat dəyərləndirilmiş fərdi yaşayış evini 04 may 2020-ci il tarixdə 12500 manat ödəməklə, qalan hissəsini 5 ay ərzində ödəyərək əldə etmişlər. Hazırkı tarixədək onun bəzi cehiz əmlakları həmin ünvandadır. İddia ərizəsinə əlavə etdiyi Beh müqaviləsindən göründüyü kimi özbaşına tikili olan fərdi yaşayış evinin alınmasından ötəri 19000 manat ödənilməsi nəzərdə tutulmuşdur. Sözügedən fərdi yaşayış evi ona məxsus "xxxx"da yerləşən əmlak satıldıqdan sonra əldə olunmuşdur. Fərdi yaşayış evi qanunsuz tikili olduğundan onun ½ hissəsini deyil, dəyərinin ½ hissəsini tələb edir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ : Cavabdeh apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə iş üçün əhəmiyyətli halları araşdırmadan zəruri hallara diqqət yetirməyərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilmişdir. Belə ki, işə onun iştirakı olmadan baxılmışdır. Beləliklə də, tərəflər arasındakı bərabərlik və çəkişmə prinsipi pozulmuşdur. İddiaçı ilə 14 yanvar 2019-cu ildə nikaha daxil olmuş, birgə nikahdan bir övladları - 12 mart 2020-ci il təvəllüdlü X20 dünyaya gəlmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)-2380/2022 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuş, nikah pozulduqdan sonra 12 mart 2020-ci il təvəllüdlü X13 anasının yanında saxlanılması, onun yetkinlik yaşına çatanadək saxlanılması üçün 193 manat sabit pul məbləğində alimentin və uşaq 3 yaşına çatanadək hər ay 50 manat məbləğində alimentin tutulması qət edilmişdir. Birgə nikah dövründə Xırdalan şəhəri “Xəzinə” şadlıq evi ilə üzbəüz yerləşən 19000 manat dəyərləndirilmiş fərdi yaşayış evini 04 may 2020-ci il tarixdə 12500 manat ödəməklə qalan hissəsini 5 ay ərzində ödəyərək əldə etmişlər. Hazırkı tarixədək onun bəzi cehiz əmlakları da həmin ünvandadır. Sözügedən fərdi yaşayış evini isə birgə nikah dövründə əldə etmədiklərindən bölünməsi qanunsuzdur. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddiaçının anasıdır. Xırdalan şəhərində yerləşən mübahisəli fərdi yaşayış evi özbaşına tikilidir və tərəflərin birgə nikahı dövründə alınmışdır. Orada hazırda heç kim yaşamır və qızının cehizləri oradadır. Həmin ev üçün 19000 manat məbləğində pul tam şəkildə ödənilmişdir. Həmin ev qızının adına olan "xxxx"da yerləşən mənzilin satılmasından əldə edilən pulla alınmışdır. Cavabdeh teleqram ünvanlayaraq xəstə olduğundan iştirak edə bilməyəcəyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan onun tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin halları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmadan, Masallı Rayon Məhkəməsinin 17 avqust 2023-cü il tarixli 2(050)-2306/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarına görə mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır; Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. İşdə olan Xəzər Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli 2(003)-2380/2022 saylı qətnaməsindən görünür ki, iddiaçı X17 və Cavabdeh arasında 14 yanvar 2019-cu il tarixdə 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzi Qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 122 sayla qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından doğulmuş 12 mart 2020-ci il təvəllüdlü X13 iddiaçı X11 yanında qalması, Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq tərəflərin birgə nikahlarından doğulmuş 12 mart 2020-ci il təvəllüdlü X13 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X14 ödənilməsi və xx.xx.2022-ci il tarixdən başlayaraq 12 mart 2020-ci il təvəllüdlü X13 3 yaşına çatanadək, yəni xx.xx.2023-cü il tarixədək Cavabdeh hər ay 50 manat məbləğində sabit pul şəklində alimentin tutularaq X14 verilməsi qət edilmişdir. İş materiallarında olan 22 aprel 2020-ci il tarixli Beh müqaviləsindən görünür ki, Abşeron rayonu Xırdalan şəhərində yerləşən 19000 manat dəyərində fərdi yaşayış evi üçün alıcı X21 tərəfindən satıcı X12 500 manat məbləğdə beh verilmişdir. İş materiallarında olan 04 may 2020-ci il tarixli İlkin Alqı-satqı müqaviləsindən görünür ki, tərəflər xx.xx.2039-cu il tarixə kimi "xxxx" MTK-nın yaşayış binasında mənzil tikintisi haqqında xx.xx.2019-cu il tarixli ********* nömrəli Payçı müqaviləsinə əsasən “Satıcı”- X1 və istifadəsində olan, Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 11 ünvanda “Kristal ünvan 2ləşən ümumi sahəsi 32.3 kv.m olan 1 otaqlı 108 nömrəli mənzili DƏDRX-nı çıxarış aldıqdan və girovdan azad etdikdən sonra “Alıcı” X2 barədə gələcəkdə Alqı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gələrək bu müqaviləni bağlamışlar. Satıcı X5 mənzili 10000 manat ilkin ödəniş almaqla və "xxxx" ASC-nin Səbail filialına ayda 202,66 manat ödəməklə qiymətləndirir və gələcəkdə həmin qiymətə “Alıcı” X4, “Alıcı" X15 isə həmin mənzili gələcəkdə həmin məbləğə almağı öhdəsinə götürür. “Alıcı” X6 məbləğindən 10000 manatını hazırda notariusun bankda açdığı hesab vasitəsilə satıcı X16 ödəməklə satış qiymətinin qalan kredit məbləğini hər ay 202,66 manat olmaqla "xxxx" ASC-nin Səbail filialına ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 04 may 2020-ci il tarixli Beh müqaviləsindən görünür ki, Abşeron rayonu Xırdalan şəhərində yerləşən 19000 manat dəyərində fərdi yaşayış evi üçün alıcı X21 tərəfindən satıcı X12 12500 manat verilmişdir. İş materiallarında olan X3 tərəfindən təsdiqlənmiş 25 aprel 2023-cü il tarixli MSB/2- 02525/2023 saylı İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı X18 ilkin mediasiya sessiyasında iştirak etsə də, Cavabdeh iştirak etməmişdir. Birinci instansiya məhkəmməsi qətnamə qəbul edərkən mövqeyini onunla əsaslandırmışdır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Yuxarıda göstərilən qanunvericiliyin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları və sübutları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü iddiaçı tərəfin üzərinə düşür. Məhz iddiaçı tərəf Abşeron rayonu Xırdalan şəhərində yerləşən fərdi yaşayış evinin birgə nikah dövründə əldə olunmasını sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəf tələbini təsdiq edən kifayət qədər sübutlar təqdim etmişdir. Məhkəmə birgə nikah dövründə əldə olunmuş əmlakın dəyərinin bölünməsi ilə bağlı qeyd edir ki, tərəflər arasında nikah 14 yanvar 2019-cu ildə qeyd olunmuş və 03 noyabr 2022-ci il tarixdə pozulmuşdur. Tərəflər birgə nikahları dövründə Abşeron rayonu Xırdalan şəhərində yerləşən fərdi yaşayış evi əldə etmişlər. Mübahisəli ev özbaşına tikili olduğundan iddiaçı həmin əmlakın dəyərinin yarısının ona verilməsi barədə məhkəməyə müraciət etmişdir. Həmin əmlak tərəflərin birgə nikahda olduqları dövr ərzində qazancları hesabına əldə edildiyindən onların ümumi birgə mülkiyyəti sayılır. Tərəflərin ümumi birgə mülkiyyəti nikah pozulanadək hər hansı qaydada razılaşdırılmış şəkildə bölünməmişdir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Hazırkı halda, cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Hüquqi əsaslandırma: Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinin İ-İV hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31.1 və 31.2-ci maddələrinə görə ərarvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinin tələbinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ərarvadın ümumi birgə mülkiyyətinə: onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Kollegiya qeyd edir ki, iddia tələbinin maddi hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinin mənasına görə əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: əmlakın ərarvadın nikah müddətində əldə olunması və əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1, 5 və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli qərarında qeyd edilmişdir ki, əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: əmlakın ər-arvadın nikah müddətində əldə olunması və əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əsaslandırılmış mövqeyi ilə razılşaraq hesab edir ki, həqiqətən də iş üzrə mübahisəli evə xərclənmiş vəsait ər-arvadın (İddiaçı ilə Cavabdeh) birgə mülkiyyətidir. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, apellyasiya şikayətinin təmin edilərək qətnamənin ləğvi yaxud dəyişdirilməsi üçün heç bir hüquqi əsas yoxdur. Belə ki, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun gəlir, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmış, məhkəməyə təqdim olunmuş bütün sübutlara obyektiv qiymət verilmişdir. Bundan əlavə, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən apellyasiya şikayətinin heç bir sübuta əsaslanmayan və formal xarakter daşıyan bütün dəllilərini əsassız hesab edir. Belə ki, Cavabdeh apellyasiya şikayətində işə birinci instansiya məhkəməsi zamanı tərəflər arasındakı bərabərlik və çəkişmə prinsipi pozulmasına səbəb olmaqla onun iştirakı olmadan baxılmasını bildirmişdir. Ancaq iş materiallarına (səh. 8) nəzər saldıqda, cavabdehin rəsmi ünvanının ünvan 3zrə bütün məhkəmə iclasılarının yeri və vaxtı barədə həmin ünvana dəfələrlə məhkəmə bildirişi göndərilmişdir. Bundan əlavə, cavabdehə məxsus mobil telefon nömrəsinə bu barədə SMS xəbərdarlıqlar olmuşdur. Qeyd edilməlidir ki, apellyasiya instansiyasında işə baxılması ilə əlaqədar eyni ünvan və mobil nömrə vasitəsilə məlumatlandırılmış cavabdeh bu barədə məlumatlı olmaqla 13 fevral 2024-cü il tarixdə məhkəməyə teleqram ünvanlamışdır. Buradan da, cavabdehin yuxarıda qeyd edilən dəlili tam əsasızdır və əsas məqsədi məhkəmə iclasının uzadılması və məhkəmə icraatının düzgün aparılmasına mane olmaqdır. Bundan başqa, cavabdehin apellyasiya şikayətinin sözügedən fərdi yaşayış evinin birgə nikah dövründə əldə edilmədiyi üçün onun dəyərinin tərəflər arasında bölünməsinin yolverilməzliyinə dair dəlili üzrə qeyd edilməlidir ki, cavabdeh bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Belə ki, qanunverici Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 31 və 32-ci maddələri ilə ər-arvadın birgə nikah dövründə qazandığı əmlakın ümumiliyi prezumpsiyasını müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “E.Salmanlının şikayəti üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2 və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 28 dekabr 2023-cü il tarixli qərarında qeyd etməyi vacib hesab etmişdir ki, qanunverici birgə nikah dövründə ər-arvadın əldə etmiş olduğu əmlakın ümumiliyi prezumpsiyasını qəbul etmiş, ümumi birgə mülkiyyət ər-arvadın əmlakının qanuni rejimi olaraq tanınmışdır. Odur ki, nikah dövründə əldə edilmiş əmlakın şəxsi əmlak olduğunu, o cümlədən əvəzsiz əqd əsasında əldə edilmiş vəsait hesabına alınmış əmlak olduğunu iddia edən tərəfin bunu təsdiqləyən kifayət qədər mötəbər, bariz sübutları əsasında həmin əmlakın şəxsi əmlak olduğu qərara alına bilər. Ancaq işdən də göründüyü kimi, cavabdeh mübahisəli əmlakın məhz birgə nikah dövründə qazanılmamış əmlak olmasına dair hər hansı sübut təqdim etməmişdir. MPM-in 218.3-cü maddəsinə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayətində göstərilən və heç bir mötəbər sübuta söykənməyən formal dəlillər hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. MPM-in 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, qeyd edilənlərə əsasən Cavabdeh apellyasiya şikayəti təmin edilməməli, Masallı Rayon Məhkəməsinin 17 avqust 2023-cü il tarixli 2(050)- 2306/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Kollegiya məhkəmə xərclərinə dair hesab edir ki, hazırkı iş üzrə qətnamədən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 17 avqust 2023-cü il tarixli 2(050)-2306/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, o, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-263/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-263/2024
13.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver