Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-264/2024 08.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Birləşdirilmiş İ (birinci) mülki iş üzrə İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Ərazi İdarəsinə və üçüncü şəxs X11 qarşı dövlət reyestrindən çıxarışın qismən ləğv edilməsi və torpaq sahəsinin istifadəsinə verilməsi tələbinə dair və birləşdirilmiş İİ (ikinci) mülki iş üzrə İddiaçı cavabdehlər Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Ərazi İdarəsinə və X11, müstəqil tələb irəli sürməyən üçüncü şəxs - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı alqı-satqı müqaviləsinin qismən ləğv edilməsi tələbinə mülki iş üzrə Açar sözlər : çıxarışı qismən ləğv edilməsi və torpaq sahəsinin istifadəyə qaytarılması; alqı-satqı müqavilənin qismən ləğv olunması; X26 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Mayılov Samir İlham oğlu və Hüseynov Fikrət Cilingir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, Birinci və ikinci mülki iş üzrə İddiaçı, birinci iş üzrə üçüncü şəxs, ikinci iş üzrə cavabdeh X1* və digər üçüncü şəxs Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Birləşdirilmiş İ (birinci) mülki iş üzrə İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Ərazi İdarəsinə və üçüncü şəxs X11 qarşı dövlət reyestrindən çıxarışın qismən ləğv edilməsi və torpaq sahəsinin istifadəsinə verilməsi tələbinə dair mülki iş üzrə Salyan Rayon Məhkəməsinin 2(*57)-1394/2*16 saylı, 14 sentyabr 2*16-cı il tarixli (hakim Muradağa Qasımov) qətnaməsindən üçüncü şəxs X12 tərəfindən verilmiş apellyasiya şikayətinə və birləşdirilmiş İİ (ikinci) mülki iş üzrə İddiaçı cavabdehlər Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Ərazi İdarəsinə və X11, müstəqil tələb irəli sürməyən üçüncü şəxs - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı alqı-satqı müqaviləsinin qismən ləğv edilməsi tələbinə mülki iş üzrə Salyan Rayon Məhkəməsinin 2(*57)-679/2*17 saylı, 12 iyul 2*17-ci il tarixli (hakim Muradağa Qasımov) qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Birinci mülki işin halları: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Ərazi İdarəsinə və üçüncü şəxs X11 qarşı Dövlət reyestrindən Çıxarışın qismən ləğv edilməsi və torpaq sahəsinə mülkiyyət hüququnun tanınması tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında İddiaçı sonradan iddianın dəqiqləşdirilməsinə dair ərizə verərək 1,276678 hektar torpaq sahəsinin X1* mülkiyyətinə verilməsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 13 saylı Ərazi İdarəsinin verdiyi RX seriyalı *551429 saylı, 27 yanvar 2*15-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında Dövlət reyestrindən Çıxarışın qismən ləğv edilməsi, həmin torpaq sahəsinin ünvan 1 ünvanında yerləşən 5*x2* metr ölçüdə olan hissəsinin onun istifadəsinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışlar ki, ünvan 1 ünvanında yerləşən qeyri – yaşayış sahəsi yataqxana binası kimi X27 balansında olmuşdur. 1949-cu ildə tikilən və qəza vəziyyətdə olan bu bina Azərbaycan Respublikası təhsil nazirinin 19.*5.1997-ci il tarixli 3*7 saylı əmri ilə balansdan silinmişdir. «Təfəkkür» Universitetinin Salyan filialı Azərbaycan Kommersiya İnstitutunun əmri ilə yaradılmış və müstəqil hüquqi şəxs kimi Salyan RİH-nin xx.xx.1993-cü il tarixli, 81-ş saylı sərəncamı ilə qeydə alınmışdır. O, Salyan filialının tədris korpusunun təsisçisi olmuşdur. Filial 14.*9.1998-ci il tarixə kimi fəaliyyət göstərmişdir. Balansdan silinəndən sonra X27 yataqxana binasının yararlı tikinti materialları komissiya tərəfindən 1* 8** *** (216* AZN) manata qiymətləndirilmiş, bu barədə həmin komissiyanın 26.*8.1997-ci il tarixli aktı vardır. Komissiya belə nəticəyə gəlmişdir ki, materialların qiymətləndirilməsi - sökülməsi qeyri-mümkün olduğundan istifadəyə tam yararsız olan həmin binanın dəyəri 1* 8** *** manat hesablansın və bu məbləğ onun tərəfindən liseyin hesabına ödənilsin. X37 kollektivinin ümumi yığıncağının 26.*8.1997-ci il tarixli, 52 saylı qərarı ilə həmin binanın tikinti materiallarının ona satılması qərara alınmışdır. O da, binanın komissiya tərəfindən müəyyən edilmiş dəyərinin hamısını – 1*.12.1997-ci il tarixli, 81 saylı orderlə 5 1** ** manat və xx.xx.1997-ci il tarixli 97 saylı orderlə 5 7** *** manat, cəmi 1* 8** *** (216* AZN) manat məbləğində pulu liseyin hesabına ödəmişdir. Salyan filialı xüsusi mülkiyyətdə olan müəssisə olduğundan filialın əmlakı, o cümlədən həmin bina onun təsisçilərinin əmlakı olmuşdur. Salyan tədris korpusunun təsisçisi isə özü olduğundan həmin binanın dəyərini – pulunu ödəməklə şəxsən peşə liseyindən satın aldığına görə faktik mülkiyyətində olan həmin binanı öz vəsaiti hesabına yenidən qurub, əsaslı təmir etdirmişə, sahibkar kimi görülən işlərə xeyli vəsait xərcləmişdir. Salyan Rayon İcra Hakimiyyəti başçısının *2 sentyabr 1997-ci il tarixli, 3*4-s saylı sərəncamı ilə Salyan şəhəri, X.R.Ulutürk küçəsində X27 balansından silinmiş yataqxana binasının ərazisində Salyan filialı üçün tikinti altına 5*x2* metr ölçüdə torpaq sahəsi ayrılmışdır. 1998-ci ildə onun müraciəti əsasında Salyan rayon DTİ və MHQİ – nin mütəxəssisləri həmin binada qiymətləndirmə işləri aparmış, binanın ümumi sahəsinin torpaq sahəsi qarışıq 2*** kv/metr olması müəyyən edilmişdir. Sənədlər əsasında Salyan rayon DTİ və MHQİ tərəfindən onun adına ünvan 1-də yerləşən binaya texniki pasport və 26.*7.2***-ci il tarixli 149 saylı mülkiyyət hüququna dair qeydiyyat şəhadətnaməsi verilmişdir. Daşınmaz əmlakın qiymətləndirilməsi və torpaqların inventarlaşdırılmasına dair hesabat cədvəlində göstərilir ki, ünvan 1 ünvanında yerləşən ikimərtəbəli binanın 1-ci mərtəbəsinin ümumi sahəsi 551 kv/ metr, qeyri- yaşayış sahəsi 551 kv metr, 2-ci mərtəbəsinin ümumi sahəsi 52* kv/metr, qeyri- yaşayış sahəsi 52* kv/metr, bütövlükdə ümumi sahəsi 1*71 kv/metrdir. Bundan sonra Salyan Rayon İcra Hakimiyyəti ona qarşı tikintiyə verilən texniki pasport və qeydiyyat şəhadətnaməsinin etibarsız hesab edilməsinə dair məhkəmədə iddia qaldırmışdır. Həmin ilk iddia və onun Salyan Rayon Vergilər Şöbəsindən 36 *** *** manat məbləğində pul tələbinə qair qarşılıqlı iddiası üzrə işə 1* iyul 2**2-ci ildə Salyan rayon məhkəməsində baxılaraq Salyan RİH-nin iddiası təmin edilməmiş, həmin ünvanda yerləşən X29 məxsus olmuş yataqxana binasının ona satılması barədə liseylə arasında bağlanmış 26 avqust 1997-ci il tarixli alqı-satqı müqaviləsi etibarlı sayılmışdır. Qarşılıqlı iddiası isə qismən təmin edilmişdir. Salyan rayon məhkəməsinin 1* iyul 2**2-ci il tarixli qətnaməsindən Salyan Rayon Vergilər Şöbəsi apellyasiya şikayəti vermiş və qətnamənin dəyişdirilməsini, qətnamənin nəticə hissəsində qarşılıqlı iddiaya dair hissənin ləğv edilməsini və qarşılıqlı iddianın təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi *4.*2.2**3-cü il tarixli qətnaməsilə Salyan rayon məhkəməsinin 1* iyul 2**2-ci il tarixli qətnaməsini bütövlükdə ləğv etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» 2* may 2*11-ci il tarixli Qərarına görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Apellyasiya məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Həmin Qərara istinadən bildirir ki, apellyasiya məhkəməsi *4.*2.2**3-cü il tarixli qətnaməsilə prosessual hüquq normalarını pozmuş, Salyan rayon məhkəməsinin 1* iyul 2**2-ci il tarixli qətnaməsini bütövlükdə ləğv etməklə səhvə yol vermişdir. Belə ki, apellyasiya məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalı idi. Salyan Rayon Vergilər Şöbəsi verdiyi apellyasiya şikayəti ilə qətnaməni hissəvi mübahisələndirildiyi, yəni qarşılıqlı iddianın təmin olunmamasını xahiş etdiyi halda, apellyasiya məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməli idi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarı 2* may 2*11-ci ildə, yəni apellyasiya məhkəməsinin *4.*2.2**3-cü il tarixli qətnaməsindən sonra qəbul olunsa da, işə baxan apellyasiya məhkəməsi MPM-in 372-ci maddəsinin müddəalarından kənara çıxmamalı, həmin maddəni düzgün tətbiq etməklə ədalətli qətnamə çıxarmalı idi. Əgər səhvlər buraxılmasa idi, bütün mübahisələrə son qoyular, məhkəmə çəkişmələri də davam etməzdi. Salyan Rayon İcra Hakimiyyəti başçısının *8 iyun 2**9-cu il tarixli, 144 saylı sərəncamı ilə ünvan 1 saylı evin sakini kimi onun icra hakimiyyətinə müraciəti nəzərə alınaraq ona 12x8=96 kv/metr ölçüdə fərdi yaşayış evinin tikintisinə icazə verilmiş və o da, həmin sahədə yaşayış evi tikmişdir. Reyestr xidmətinin mütəxəssisləri sərəncamla ona ayrılan sahəni nəzərə almadan, hələ torpaq sahəsi hərraca çıxarılarkən ştrixlənib çıxıldıqdan sonra 3-cü şəxs C.Ağalarova 1,27678 ha torpaq sahəsi ayırmışdır. O, pozulmuş hüquqlarının bərpası üçün sənədləşmə işləri apararkən ona məlum olmuşdur ki, icra başçısının sərəncamına əsasən X1* alqı-satqı yolu ilə əldə etdiyi 1,276678 hektar torpaq sahəsində tikintiyə icazə verilmiş, ƏMDK-nin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin 24.*1.2*11-ci il tarixli əmri ilə istifadəsində olan ikimərtəbəli qeyriyaşayış binası həmin Mərkəzin balansına qəbul edilmişdir. DƏDRX- nin 13 saylı Ərazi İdarəsinin verdiyi RX seriyalı *551429 saylı, 27 yanvar 2*15-ci il tarixli Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 5 ünvanında yerləşən ölçüsü 1,276678 hektar olan torpaq sahəsi C.Ağalarovun mülkiyyətinə verilmişdir. Bütün bunlar torpaq sahəsinə, əmlaka rəsmi qəbzlərlə vergi ödədiyi halda ondan xəbərsiz həyata keçirilmiş, reyestr xidməti ikili standartla çıxış etmişdir. X12 *,*8 hektar torpaq sahəsinin ona verilmiş torpaq sahəsinin daxilində olduğunu əsas götürərək onun həmin sahədən çıxarılmağı barədə Salyan rayon məhkəməsində iddia qaldırmışdır. Salyan rayon məhkəməsinin 31 iyul 2*12-ci il tarixli qətnaməsilə iddia təmin edilərək onun X1* mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən *,*8 hektar torpaq sahəsindən çıxarılması qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi 18 sentyabr 2*14-cü il tarixli qətnaməsilə onun apellyasiya şikayətini təmin edərək Salyan rayon məhkəməsinin 31 iyul 2*12-ci il tarixli qətnaməsini ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxararaq X1* ona qarşı *,*8 hektar torpaq sahəsindən çıxarılmasına dair iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 29 yanvar 2*15-ci il tarixli, 2(1*2)-511/15 saylı qərarı ilə X1* Şirvan Apellyasiya Məhkəməsinin 18 sentyabr 2*14-cü il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. X12 mübahisələndirilən torpaq sahəsini hərrac yolu ilə əldə etdiyini bildirsə də, onun hərrac keçirilməsindən xəbəri olmayıb, uzun illər istifadəsində olan, əmlak və torpaq vergisini ödədiyi torpaq sahəsini hərrac komissiyası oraya baxış keçirmədən, sənədlərini araşdırmadan 3-cü şəxsə ayırmış, torpaq sahəsinin harada yerləşməsi, bu sahənin parametrləri müəyyən edilməmişdir. X.R.Ulutürk küçəsi, 54 ünvanında yerləşən torpaq sahəsi alqı-satqı yolu ilə əldə edilirdisə, X12 onun 34 ünvanında yerləşən sahəsinə niyə girirdi. Məhkəmə çəkişmələri zamanı alınmış tikinti- texniki ekspertizasının 23 iyul 2*14-cü il tarixli rəyinə görə DTXK-nin mütəxəssislərinin iştirakı ilə aparılmış ölçü işləri nəticəsində müəyyən edilmişdir ki, 5*x2* metr ölçüdə torpaq sahəsinin parametrləri istifadəsində olan ikimərtəbəli («Təfəkkür» Universitetinin Salyan filialının binası) tikilinin qarşısında və 118,8 kv metr yaşayış evinin altında və ətrafında olan torpaq sahəsidir. Təhsil nazirinin 19 may 1997-ci il tarixli 3*7 saylı əmri və Salyan RİH başçısının *2 sentyabr 1997-ci il tarixli 3*4-s saylı sərəncamı ilə İddiaçı, yəni istifadəsinə ayrılmış sahəsi 5*x2* metr olan və ünvan 1 ünvanında yerləşən torpaq sahəsi C.Ağalarovun mülkiyyətinə verilmiş torpaq sahəsi ilə tam üst-üstə düşür. Sahəsi 5*x2* metr olan və istifadəsinə ayrılmış torpaq sahəsi X1* mülkiyyətinə verilmiş torpaq sahəsindən əvvəl verilmişdir. Torpaq sahəsinin Salyan RİH başçısının *2 sentyabr 1997-ci il tarixli qərarı və təhsil nazirinin 19 may 1997-ci il tarixli 3*7 saylı əmri ilə ona verilməsi müvafiq qərarların icrası qaydasında həyata keçirilmişdir. Torpaq sahəsinin ona verilməsi törəmə hüquq münasibəti olub, həmin qərar və əmrdən törənmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi 29 yanvar 2*15-ci il tarixli qərarında konkret olaraq vurğulamışdır ki, *,*8 ha mübahisəli torpaq sahəsinin İddiaçı istifadəsinə verilməsinə dair Salyan RİH başçısının *2 sentyabr 1997-ci il tarixli qərarı və Təhsil Nazirliyinin 19 may 1997- ci il tarixli 3*7 saylı əmri qüvvədə olduğu halda, həmin qərarın icrası qaydasında mübahisəli torpaq sahəsinin İddiaçı verilməsinə dair qərar qanunsuz hesab edilə bilməz. Həmçinin İddiaçı mübahisəli torpaq sahəsindən çıxarılmasına dair C.Ağalarovun iddiası təmin edilə bilməz. Bundan sonra Şirvan İnzibati- İqtisadi Məhkəməsinin 12 may 2*15-ci il tarixli 2-1(86)-674/2*15 saylı qərarı ilə C.Ağalarovun Salyan Rayon İcra Hakimiyyətinə qarşı iddia tələbi təmin edilərək, 3-cü şəxs kimi onun iştirakım olmadan keçirilən məhkəmə prosesində Salyan RİH başçısının *2 sentyabr 1997-ci il tarixli 3*4-s saylı sərəncamı 18 ildən sonra ləğv edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin *4 sentyabr 2*15-ci il tarixli 2-1(1*6)-194/2*15 saylı qərarı ilə 3cü şəxs kimi onun apellyasiya şikayəti təmin edilmiş, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 12 may 2*15-ci il tarixli qərarı ləğv edilmiş və iş üzrə yeni qərar qəbul edilərək C.Ağalarovun iddia tələbi rədd olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinn *7 yanvar 2*16-cı il tarixli, 2-1(1*2)-85/2*16 saylı qərarı ilə C.Ağalarovun kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin *4 sentyabr 2*15-ci il tarixli, 2-1(1*6)- 194/2*15 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Həm də nəzərə alınmalıdır ki, 5*x2* metr ölçüdə torpaq sahəsi «Təfəkkür» Universitetinin Salyan filialının tikintisi üçün ayrılsa da, ötən 18 il ərzində universitetin filialının tikintisi aparılmamış, ayrılmış torpaq sahəsi təyinatına uyğun istifadə edilməmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 19 may 1997-ci il tarixli, 3*7 saylı əmri və Salyan RİH başçısının *2 sentyabr 1997-ci il tarixli 3*4-s saylı sərəncamı hal-hazırda qüvvədədir. Azərbaycan Respublikası MPM- nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü və vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Göründüyü kimi 5*x2* metr ölçüdə torpaq sahəsinə onun mülkiyyət hüququnun tanınması üçün kifayət qədər əsaslar vardır. Göstərilənlərə əsasən 1,276678 hektar torpaq sahəsinin X1* mülkiyyətinə verilməsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 13 saylı Ərazi İdarəsinin verdiyi RX seriyalı, *551429 saylı, 27 yanvar 2*15- ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında Dövlət reyestrindən Çıxarışın qismən ləğv edilməsi, həmin torpaq sahəsinin ünvan 1 ünvanında yerləşən 5*x2* metr ölçüdə olan hissəsinin mülkiyyətinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İkinci mülki işin halları: İddiaçı cavabdehlər Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Ərazi İdarəsinə, X11 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsininə qarşı alqı-satqı müqaviləsinin qismən ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Salyan Rayon Məhkəməsinin 14.*9.2*16-cı il tarixli, 2(*57)-1394/2*16 saylı qətnaməsi ilə onun cavabdeh-Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsinə və 3-cü şəxs X11 qarşı Dövlət reyestrindən Çıxarışın qismən ləğv edilməsi və topraq sahəsinin istifadəsinə verilməsi tələbinə dair iddiası təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsi tərəfindən 27.*1.2*13-cü il tarixdə 3-cü şəxs X1* adına verilmiş RX seriyalı, *551429 saylı Çıxarış qismən ləğv edilmiş və həmin Çıxarışa əsasən X1* mülkiyyəti kimi rəsmiləşdirilmiş və ünvan 7 ünvandakı 1.27678 ha torpaq sahəsinin 5*x2* metr ölçüdə sahəsinin onun istifadəsinə qaytarılması qət edilmişdir. X1* adına verilmiş həmin RX seriyalı, *551429 saylı Çıxarışa əsas isə ünvan 8 ünvanındakı Əmlak kompleksinin istifadəsində olan 12767,8 kv.metr torpaq sahəsinin X1 dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə X12 arasında bağlanmış *3.*2.2*11-ci il tarixli, 292* №-li, alqı-satqı müqaviləsi olmuşdur. Həmin alqısatqı müqaviləsi nəticəsində istifadəsində olmuş 5*x2* metr ölçüdə torpaq sahəsi də əsassız olaraq X4 torpaq sahəsinin hüdudlarında göstərilmişdir. Bunu təsdiq edən məhkəmə qərarları da olmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 29.*1.2*15-ci il tarixli, 2(1*2)-511/15 saylı qərarında qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 17-3/945 saylı, 23 iyul 2*14-cü il tarixli rəyinə görə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mütəxəssisinin iştirakı ilə aparılmış ölçü işləri nəticəsində müəyyən edilmiş mübahisəli 5*x2* metr ölçüdə torpaq sahəsinin parametrləri… İddiaçı istifadəsində olan iki mərtəbəli (“Təfəkkür” Universitetinin Salyan filialının binası) tikilinin qarşısında və 118.8 kv.m yaşayış evinin altında və ətrafında olan torpaq sahəsidir. Salyan rayon İcra Hakimiyyəti başçısının *2 sentyabr 1997-ci il tarixli, 333 saylı sərəncamı və Təhsil Nazirliyinin 19.*5.1997-ci il tarixli 3*7 saylı əmri ilə İddiaçı ayrılmış sahəsi 5*x2* metr olan və ünvan 9 ünvanda yerləşən torpaq sahəsinin iddiaçı C.M.Ağalarovun mülkiyyətində olan torpaq sahəsi ilə tam üst-üstə düşdüyü müəyyən olunur. İş üzrə toplanmış sübutları araşdıran apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı C.M.Ağalarovun mülkiyyətinə olan, ünvan 10 ünvanda yerləşən, 1*4 saylı peşə məktəbinin altında yerləşən, sahəsi 1.276678 olan torpaq sahəsinin *.*8 ha hissəsi Salyan rayon İHBnın *2 sentyabr 1997-ci il tarixli, 333 saylı sərəncamı ilə İddiaçı ayrılmış, ona məxsus olan sahəsi və iddia edilən ölçüsü 5*x2* metr olan torpaq sahələri üst-üstə düşür. Salyan rayon İHB-nın *2 sentyabr 1997-ci il tarixli, 333 saylı sərəncamı ilə sahəsi 5*x2* ha olan və İddiaçı ayrılmış torpaq sahəsi C.M.Ağalarovun mülkiyyətinə verilmiş torpaq sahəsindən öncə verilmişdir. Sahəsi 5*x2* olan torpaq sahəsinin İddiaçı istifadəsinə verilməsinə dair Salyan rayon İHB-nın *2 sentyabr 1997-ci il tarixli, 333 saylı sərəncamı hal-hazırda qüvvədədir və heç kim tərəfindən mübahisələndirilməmişdir. Mübahisəli olan və sahəsi *,*8 ha torpaq sahəsi Salyan rayon İcra Hakimiyyəti Başçısının *2 sentyabr 1997-ci il tarixli qərarı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 19 may 1997-ci il tarixli, 3*7 saylı əmri ilə İddiaçı istifadəsinə verilmişdir. ünvan 11 ünvanda yerləşən torpaq sahəsinin *,*8 ha hissəsi Salyan rayon İHB-nın *2 sentyabr 1997-ci il tarixli qərarı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 19 may 1997-ci il, 3*7 saylı əmri ilə İddiaçı verilmişdir. İşin bu cür halında mübahisəli torpaq sahəsinin Salyan Rayon İcra Hakimiyyəti Başçısının *2 sentybar 1997-ci il tarixli qərarı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 19 may 1997-ci il tarixli, 3*7 saylı əmri ilə İddiaçı verilməsi müvafiq qərarların icrası qaydasında həyata keçirilmişdir. Buna görə də mübahisəli torpaq sahəsinin İddiaçı verilməsi törəmə hüquq münasibəti olub, Salyan rayon İcra Hakimiyyəti Başçısının *2 sentyabr 1997-ci il tarixli qərarı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 19 may 1997-ci il tarixli, 3*7 saylı əmrindən törəmişdir. Salyan Rayon İcra Hakimiyyəti Başçısının *2 sentyabr 1997-ci il tarixli qərarının və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 19 may 1997-ci il tarixli, 3*7 saylı əmrinin qanuniliyi isə hər hansı şəxs tərəfindən, o cümlədən C.M.Ağalarov tərəfindən mübahisələndirilməmişdir. Buna görə də sahəsi *.*8 ha olan mübahisəli torpaq sahəsinin İddiaçı istifadəsinə verilməsinə dair Salyan rayon İH-ti başçısnın *2 sentyabr 1997-ci il tarixli qərarı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 19 may 1997-ci il tarixli, 3*7 saylı əmri hazırda hər hansı şəxs tərəfindən mübahisələndirilmədən qüvvədə olduğu halda həmin qərarın icrası qaydasında mübahisəli torpaq sahəsinin İddiaçı verilməsinə dair qərar qanunsuz hesab edilə bilməz və İddiaçı mübahisəli torpaq sahəsindən çıxarılmasına dair iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin 29.*1.2*15-ci il tarixli, 2(1*2)-511/15 saylı qərarından aydın görünür ki, hazırda tərəfindən alqı-satqısı mübahisələndirilən və 5*x2* metr ölçüdə olan torpaq sahəsi onun qanuni istifadəsində olmasına baxmayaraq 1-ci cavabdeh həmin sahəni də daxil etməklə ünvan 5 ünvanındakı 12767,8 kv.m torpaq sahəsinin X5, ardınca isə sonuncuya müvafiq Çıxarış da vermişdir. Nəticədə o onun qanuni istifadəsinə verilmiş torpaq sahəsinə sahiblik etmək hüququndan məhrum olunmuşdur. Mübahisələndirilən torpaqla əlaqədar işlərə baxmış bütün məhkəmə instansiyalarının qəbul etdiyi qərarlardan da göründüyü kimi 1,27678 hektar torpaq sahəsi bütövlükdə X6 bilməzdi. Göstərilənlərə əsasən ünvan 5 ünvanındakı Əmlak kompleksinin istifadəsində olmuş 12767,8 kv metr torpaq sahəsinin X1 dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə X12 arasında bağlanmış *3.*2.2*11-ci il tarixli, 292* №-li alqı-satqı müqaviləsinin 5*x2* metr hissədə qismən ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Birləşdirilmiş birinci mülki iş üzrə: Birinci instansiya məhkəməsində məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsində göstərdiyinə uyğun izahat verərək onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, iddianın təmin olunmasının əsasları – mübahisəli 5*x2* metr ölçüdə torpaq sahəsinin ona ayrılmasına dair Salyan Rayon İcra Hakimiyyəti başçısının *2 sentyabr 1997-ci il tarixli, (bir çox qərarlarda çıxarışın nömrəsi olan 333 nömrəsi ilə qeyd edilən) 3*4-s saylı sərəncamının hal-hazırda qüvvədə olması və qanuni qüvvəsini almış Azərbaycan Respublikası Ali Məhkəməsinin 29 yanvar 2*15-ci il tarixli, 2(1*2)-511/15 saylı qərarıdır. Məhkəmə iclasında cavabdeh - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsinin nümayəndəsi X21 iddianı qəbul etməyərək göstərmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1,276678 hektar torpaq sahəsinin X1* mülkiyyətinə verilməsinə dair RX seriyalı *551429 saylı, 27 yanvar 2*15- ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında Dövlət reyestrindən Çıxarışı məhkəmənin qərarına əsasən vermişdir. Buna görə də, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti qanun pozuntusuna yol verməmişdir. Bununla yanaşı hazırki məhkəmə iclasında hansı qərarın qəbul edilməsindən asılı olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti müvafiq hərəkətlər edəcəkdir. İddianın təmin olunub-olunmaması məsələsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında üçüncü şəxs X12 iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçının iddiası 3 əsasa görə təmin edilməməlidir. Birinci və ən vacib əsas odur ki, ünvan 1-də yerləşən binaya dair Salyan rayon DTİ və MHQİ tərəfindən iddiaçının adına verilmiş texniki pasport və 26.*7.2***-ci il tarixli 149 saylı mülkiyyət hüququna dair qeydiyyat vəsiqəsi Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi *4.*2.2**3-cü il tarixli qətnaməsilə ləğv edilmişdir. İkinci əsas odur ki, Salyan Rayon İcra Hakimiyyəti başçısının *2 sentyabr 1997-ci il tarixli, 3*4-s saylı sərəncamının iddiaçıya heç bir aidiyyatı yoxdur. Üçüncü əsas isə odur ki, ünvan 17da yerləşən bina ƏMDK-nin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansındadır. Bütün bunlara görə məhkəmədən iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin 2(*57)-1394/2*16 saylı, 14 sentyabr 2*16-cı il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh -Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsinə və üçüncü şəxs X11 qarşı Dövlət reyestrindən Çıxarışın qismən ləğv edilməsi və torpaq sahəsinin istifadəsinə verilməsi tələbinə dair iddiası təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsi tərəfindən 27.*1.2*13-cü il tarixdə 3-cü şəxs X1* adına verilmiş RX seriyalı, *551429 saylı Çıxarış qismən ləğv edilmiş, həmin çıxarışa əsasən X1* mülkiyyəti kimi rəsmiləşdirilımiş və ünvan 7 ünvandakı 1.27678 ha torpaq sahəsinin 5*x2* metr ölçüdə sahəsinin İddiaçı istifadəsinə qaytarılması qət edilmişdir. Birləşdirilmiş ikinci mülki iş üzrə: Birinci instansiya məhkəməsində İddiaçı iddianı müdafiə edərək iddia ərizəsində göstərdiyinə uyğun izahat verərək onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq o, yazılı surətdə ərizə-izahat təqdim edərək göstərmişdir ki: 2*.*7.2***-ci il tarixli, 149 saylı dövlət reyestrindən çıxarışın və texniki pasportun *4.*2.2**3-cü il tarixli Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 1MK-166/3 saylı qətnaməsi ilə etibarsız sayılmasının 31.*7.2*13-cü ildən bu günə kimi mübahisəsi və müzakirəsi olunan torpaq sahəsinə heç bir aidiyyatı yoxdur və keçirilən 12 məhkəmə proseslərində bir dəfə də müzakirə olunmayıb; Hakim onun iddiasını təmin edərkən Cavanşir Ağalarovun göstərdiyi *1.*9.1997-ci il, 3*4 S saylı Sərəncama və Təhsil Nazirliyinin 19.*5.1997-ci il tarixli 3*7 saylı əmrinə yox, 29.*1.2*15-ci il, iş № 2(1*5)-511/15 saylı Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki Kollegiyasının Azərbaycan Respublikasının MPM-nin 416-419-cu və *7.*1.2*16-cı il, iş 2- 1(1*2)-85/2*16 saylı Azərbaycan Respublikası Ali məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının Azərbaycan Respublikası İPM-nin 91,96.8 və 96.9-cu maddələrini rəhbər tutaraq qərara aldıqları qərarlara istinad etmişdir və çox düzgün obyektiv və ədalətli qərar qəbul etmişdir. “Təfəkkür” Universitetinin Salyan filialı müstəqil hüquqi şəxs kimi Salyan rayon Vergilər şöbəsində qeydə alınmış, ona bu barədə 24.*1.1994-cü il tarixli, AV **25424 saylı şəhadətnamə verilmişdir. Təşkilatın Hüquqi forması xüsusi mülkiyyətdə olan məhdud məsuliyyətli müəssisə olmuşdur. O, Salyanda tədris korpusunun Salyan filialının təsisçisi olmuşdur. Salyan filialının Elmi Şurasının *2.*8.1998-ci il tarixli, 1* saylı iclasında səsə qoyularaq qərar qəbul olunub. Salyan filialı 14.*9.1998-ci il tarixə kimi fəaliyyət göstərib, heç bir orqan, o cümlədən Salyan rayon İcra hakimiyyəti heç vaxt filialın müstəqil hüquqi şəxs kimi fəaliyyətinin qanuniliyini, o cümlədən isə onun filialın tədris korpusunun təsisçisi kimi fəaliyyətinin qanuniliyini mübahisə etməmişdir. Salyan filialı xüsusi mülkiyyətdə olan müəssisə olduğundan filialın əmlakı o cümlədən həmin bina onun (təsisçisinin) əmlakıdır. Peşə Liseyi ilə onun arasında bağlanmış 26.*8.1997-ci il tarixli ikitərəfli əqd, alqı-satqı müqaviləsi Salyan rayon Məhkəməsinin 1* iyul 2**2-ci il tarixli qətnaməsi ilə etibarlı hesab edilmişdir. Göründüyü kimi Cavanşir Ağalarov 31.*7.2*13-cü ildən bu günə kimi ona böhtan və yalanlar söyləyərək bütün məhkəmə instansiyalarının qəbul etdiyi qərarlara əhəmiyyət belə vermir, məhkəmələrin hakimlərinə şər böhtanlar söyləyir, lüzumsuz şikayət, dəlillər verməklə 5 ildir məhkəmə prosseslərini uzadır. Nəticədə o, özünün qanuni istifadəsinə verilmiş torpaq sahəsinə sahiblik etmək hüququna malik torpaq sənədini almaqdan məhrum olmuşdur. Əlavə olaraq o, daha sonra göstərmişdir ki, O, "xxxx" MMM-nin rəhbəri olub. 5*x2* torpaq sahəsi, Təfəkkür Universitetindən ayrılsa da, təyinat ərizəsini “Təfəkkür” Universiteti üçün özü vermişdir. O, hüquqi şəxs kimi fəaliyyət göstərmişdir və “Təfəkür” Universitetinin brendindən istifadə etmişdir. Təsisçinin əmlakı ləğv olunduqda, əmlak təsisçinindir. “Təfəkkür” Universitetinin Salyan filialının direktoru F.Əzizovu o, vəzifəyə təyin etmişdir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsinin nümayəndəsi X21 iddianı qəbul etməyərək göstərmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1,276678 hektar torpaq sahəsinin X1* mülkiyyətinə verilməsinə dair RX seriyalı *551429 saylı 27 yanvar 2*15-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında Dövlət reyestrindən Çıxarış, Əmlak Məsələləri Dövlət Komitəsi ilə X12 arasında bağlanmış *3.*2.2*11-ci il tarixli, 292* saylı “Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqı” müqaviləsinə əsasən verilmşdir. Həmin Çıxarış verilən zaman hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. Bundan əlavə mübahisələndirilən 5*x2* metr ölçüdə torpaq sahəsi fiziki şəxs olan İddiaçı deyil, “Təfəkkür” Universitetinin Salyan filialı üçün ayrılmışdır. Həmin torpaq sahəsinin ayrılmasına dair *1.*9.1997-ci il tarixdə torpaqayırma aktı tərtib edilmiş, həmin aktı imzalayanlardan biri İddiaçı deyil, “Təfəkkür” Universitetinin Salyan filialının direktoru F.Əzizov olmuş, həmin akta əsasən də Salyan RİHB-ı *2.*9.1997-ci il tarixdə, 3*4-C saylı sərəncamı imzalayaraq, “Təfəkkür” Universitetinin Salyan filialının tikintisi üçün 5*x2* metr ölçüdə torpaq sahəsinin ayrılmasına dair qərar vermişdir. Məhkəmədən iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X12 iddianı qəbul etməyərək və yazılı vəsatət verərək göstərmişdir ki: 19.*5.1997-ci il tarixli, 3*7 saylı əmr-Azərbaycan Respublikası Təhsil Nazirliyinin balansında olan 1*4 saylı peşə litseyinə məxsus 2 mərtəbəli yataqxana binasının silinməsinə dair verilmişdir. *1.*9.1997-ci il tarixli, 3*4 saylı sərəncam -Təhsil Nazirliyinin 19.*5.1997-ci il tarixli 3*7 saylı əmri ilə silinmiş, “Təfəkkür” Universitetinin müraciəti əsasında 2 mərtəbəli yataqxana binasının yerində yeni tədris binasının tikintisi üçün Salyan RİH tərəfindən verilmiş sərəncamdır. Məlumat üçün bildirmişdir ki, apellyasiya məhkəməsinin *4.*2.2**3-cü il tarixli, 1mk- 166/*3 saylı qətnaməsi əsasında iddiaçının mülkiyyət hüququ tanınmış 2 mərtəbəli yataqxana binasına dair verilmiş və X.R.Ulutürk küçəsi 34 saylı ünvanda yerləşən Qeydiyyat vəsiqəsi və Texniki pasport etibarsız hesab edilmişdir. Salyan rayon məhkəməsi özünün 14.*9.2*16-cı il tarixli, 2(*57)-1394/2*16 saylı qətnaməsində həmin apellyasiya məhkəməsinin çıxardığı qətnaməni nəzərə almayaraq, Təhsil Nazirliyinin 19.*5.1997-ci il tarixli, 3*7 saylı silinmə əmrini və Salyan RİH-nin *1.*9.1997-ci il tarixliŞ 3*4 saylı “Təfəkkür” Universitetinin Salyan filialının binasının yerində yeni tədris binası tikmək üçün verdiyi sərəncamı yalnış olaraq İddiaçı şamil etmişdir. Həmin vaxt Salyan rayon məhkəməsi Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 82.3 maddəsini əldə rəhbər tutaraq Ali məhkəmənin qətnaməsinə istinaq etsə də, eyni qüvvəyə malik Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin *4.*2.2**3-cü il tarixli, 1mk-166/*3 saylı qətnaməsinə istinad etmədən İddiaçı iddiasını təmin etmişdir. O, X.R.Ulutürk küçəsi 54 saylı ünvandakı tikinti kompleksini 2*11-ci ildə, Əmlak Məsələləri Dövlət Komitəsindən hərrac yolu ilə almışdır. İddiaçı 6 il keçdikdən sonra qaldırdığı məsələ üçün iddia müddətini ötürmüşdür. Ona görədə Ə.Ələkbərovun həmin iş üzrə iddia müddəti bitdiyi üçün, onun iddiası təmin olunmamalıdır. Məhkəmədən : Salyan RİH-nin *1.*9.1997-ci il tarixli, 3*4 saylı sərəncamını və *5.*9.1997-ci il tarixli, 3*7 saylı əmrin İddiaçıla əlaqəsi olmasının tam araşdırılmasını; “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 23.*2.2*16-cı il tarixli qərarını əldə rəhbər tutaraq Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 82.3-cü maddəsinin Apellyasiya məhkəməsinin *4.*2.2**3-cü il tarixli,1mk-166/*3 saylı qətnaməsinə şamil edilməsini; Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 13 saylı Ərazi İdarəsindən X.R.Ulutürk 54 və 34 ünvanlarının sahəsinin nə qədər və kimin mülkiyyətində olması barədə arayış tələb olunmasını; Salyan RİH-nin *1.*9.1997-ci il tarixli, 3*4 saylı sərəncamı və *4.*2.2**3-cü il tarixli, 1mk-166/*3 saylı Apellyasiya məhkəməsinin qətnaməsində göstərimiş 5*x2*=1*** m2 torpaq sahəsinin ünvan 13 ünvanda yerləşən və 3*7 saylı əmrlə silinmiş 2 mərtəbəli yataqxana binasının yerindən verilməsinin aydınlaşdırılmasını (Halbuki, həmin yataqxana binası sökülməmiş və 6 ildirki ƏMDK-nin İstehsalat və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansındadır); Ə.Əkəbərovun “Təfəkkür” Universitetinin təsisçisi (işçisi deyil) olması barədə rəsmi sənədin tələb edilməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, X.R.Ulutürk küçəsi 34 ünvanında yerləşən tikiliyə dair İddiaçı adına heç bir sənəd yoxdur. İddiaçı özü üçün ayrıca tikdirdiyi ev onun mülkiyyətində olan və X.R.Ulutürk küçəsi 54 ünvanına yerləşən torpaq sahəsinin içərisindədir. Həmin evə verilmiş sənədlər məhkəmə qətnaməsi ilə etibarsız sayılmışdır. Məhkəmədən iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş edir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi X22 iddianı qəbul etməyərək göstərmişdir ki, cavabdeh X7 rayonu, X38 küçəsi 54 ünvanında yerləşən əmlak kompleksinin özəlləşdirilməsi ilə bağlı 26.1*.2*1*-cu il tarixində keçirilmiş hərracın qalibi olmuş və 28.1*.2*1*-cu il tarixli, 224* nömrəli alqı-satqı müqaviləsinə əsasən həmin əmlak onun mülkiyyətinə verilmişdir. Qeyd edilən əmlak kompleksinə dair tərtib edilmiş *5.*1.2*11-ci il tarixli, 8*9*11***565-123*1 reyestr nömrəli texniki pasporta əsasən əmlak komleksinin yerləşdiyi torpaq sahəsi 12767.8 kv.m təşkil edir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 659 nömrəli fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamə uyğun olaraq özəlləşdirilmiş əmlak kompleksinin yerləşdiyi 12767.8 kv.m torpaq sahəsi 21.*1.2*11-ci il tarixli, 1115 nömrəli icarə müqaviləsinə əsasən X1* icarəsinə verilmiş, daha sonra *3.*2.2*11-ci il tarixli, 292* nömrəli alqı-satqı müqaviləsinə əsasən həmin torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. İddiaçının iddia etdiyi torpaq sahəsi ilə X4 12767.8 kv.m torpaq sahəsi arasında hər-hansı bir əlaqə yoxdur. Belə ki, iddiaçının iddia etdiyi torpaq sahəsi X4 12767.8 kv.m torpaq sahəsinin hüdudlarında deyildir. Göstərilənləri nəzərə alaraq məhkəmədən iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin 2(*57)-679/2*17 saylı, 12 iyul 2*17-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Birləşdirilmiş birinci iş üzrə: Qətnamədən üçüncü şəxs X12 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, iddiaçı X14 ilkin iddia tələbi tam əsassız olduğundan və qaldırılmış tələbin heç bir hüquqi əsası olmadığından ikinci dəfə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə məcbur olaraq ərizə təqdim edilmişdir. 2*.*7.2**-ci il tarixli, 149 saylı mülkiyyət hüququna dair qeydiyyat vəsiqəsini və texniki pasportu etibarsız hesab edən Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin *4.*2.2**3-cü il tarixli qətnaməsi ondan sonra qəbul edilən qətnamələrin əsassızlığını göstərir. Çünki iddiaçının istinad etdiyi Azərbaycan Respublikası Ali Məhkəməsinin 29.*1.2*15-ci il tarixli, 2(1*2)-511/15 saylı qərarı və *7.*1.2*16-cı il tarixli, 2(1*2)-85/2*16 saylı qərarı etibarsız hesab edilmiş qeydiyyat vəsiqəsinə və texniki pasporta əsaslandırılmışdır. Halbuki həmin vaxt sözügedən qeydiyyat vəsiqəsi və texniki pasport artıq etibarsız hesab edilmişdir. Belə olduğu təqdirdə öz qətnaməsində yeni imperativ norma müəyyən edən və bu nomraya “hüquqi don” geyindirən Salyan Rayon Məhkəməsi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktiki hallara yenidən qiymət vermişdir. İddiaçı iddia ərizəsində Azərbaycan Respublikası Ali Məhkəməsinin 29.*1.2*15-ci il tarixli, 2(1*2)-511/15 saylı qərarına və *7.*1.2*16-cı il tarixli, 2(1*2)-85/2*16 saylı qərarına istinad edərək, onun ünvan 17da yerləşən torpaq sahəsinə və onun üzərindəki qeyriyaşayış binasına istifadə hüququnun olduğunu desə də, həmin qərarların iddiaçının nə mülkiyyət, nə də ki, istifadə hüququna dair heç bir müddəa əsaslanmamışdır. Birləşdirilmiş ikinci iş üzrə: İkinci iş üzrə İddiaçı apellyasiya şikayətində birinci instansiya məsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, hakim M.Qasımovun sədrliyi ilə aparılan məhkəmə iclaslarında onun mübahisələndirdiyi eyni torpaq sahəsi ilə bağlı bir-birinə ziddi iki qətnamə qəbul edilmişdir. Məhkəmə həmin qətnamələrlə mübahisələndirilən eyni torpaq sahəsi ilə bağlı müxtəlif nəticələrə gəlmiş, iddiasının biri təmin olunmuş, digəri isə rədd edilmişdir. Onda nəyə görə iş üzrə icraat digər iş üzrə qətnamə qanuni qüvvəsini alanadək dayandırılmamışdır. İddia tələbi əsaslıdır və təmin edilməlidir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı Ə.Ələkbərovun İİİ şəxs C.Ağalarovun Salyan Rayon Məhkəməsinin 2(*57)- 1394/2*16 nömrəli, 14 sentyabr 2*16-cı il tarixli qətnaməsindən vermiş olduğu Apellyasiya şikayətlərinə qarşı yazılı etirazı məhkəməyə daxil olmuşdur. O, etiraz ərizəsində İİİ şəxs C.Ağalarovun Salyan Rayon Məhkəməsinin 2(*57)- 1394/2*16 nömrəli, 14 sentyabr 2*16-cı il tarixli qətnaməsindən vermiş olduğu apellyasiya şikayətini əsassız hesab etmiş, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını və Salyan Rayon Məhkəməsinin 2(*57)- 679/2*17 nömrəli, 12 iyul 2*17-ci il tarixli qətnaməsindən vermiş olduğu apellyasiya şikayətinin təmin edilməsini, həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. ç)Apellyasiya baxışında birinci icraat: Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Tofiq Heydərov, Tale Kərimov, Fehruz Abbasov) 19 noyabr 2*19-cu il tarixli qərardadı ilə hər iki mülki iş bir icraatda birləşdirilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*6)-*4/2*2* nömrəli, 25 fevral 2*2*-ci il tarixli qərardadı ilə (hakimlər Tofiq Heydərov - sədrlik edən və məruzəçi, Tale Kərimov və Fehruz Abbasov) Salyan Rayon Məhkəməsinin 2(*57)-1394/2*16 nömrəli, 14 sentyabr 2*16-cı il tarixli və Salyan Rayon Məhkəməsinin 2(*57)-679/2*17 nömrəli, 12 iyul 2*17-ci il tarixli qətnamələrinin ləğv edilməsi, bir icraatda birləşdirilmiş mülki işlər üzrə iddiaçı Əlİddiaçı və cavabdeh X12 arasında barışıq sazişinin təsdiq edilməsi, mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. d) Kassasiya instansiyası məhkəməsində icraat: Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Vüqar Həsənov, Əhməd Əhmədov, İspəndiyar Şəfiyev) 1* avqust 2*23-cü il tarixli qərardadı ilə Maraqlı şəxs Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*6)-*4/2*2* nömrəli, 25 fevral 2*2*-ci il tarixli qərardadı ilə maraqlarına toxunan şəxs kimi tanınmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Aqil Abbasov, Vidadi Məmmədov, Zaur Əliyev) *6 noyabr 2*23-cü il tarixli qərarı ilə maraqlarına toxunan şəxs Maraqlı şəxs kassasiya şikayəti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(1*6)-*4/2*2* nömrəli, 25 fevral 2*2*-ci il tarixli qərardadı ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. e) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı X24 ikinci iş üzrə Salyan Rayon Məhkəməsinin 2(*57)-679/2*17 nömrəli, 12 iyul 2*17-ci il tarixli qətnaməsindən vermiş olduğu apellyasiya şikayətini müdafiə etmiş, həmin apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş, həmin qətnamənin ləğv edilərək, iddiasının təmin edilməsini, həmçinin birinci iş üzrə Salyan Rayon Məhkəməsinin 2(*57)-1394/2*16 nömrəli, 14 sentyabr 2*16-cı il tarixli qətnaməsindən X12 tərəfindən verilmiş apellyasiya şikayətini əsassız hesab etmiş, onun apellyasiya şikayətini təmin etməyərək Salyan Rayon Məhkəməsinin 2(*57)-1394/2*16 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Üçünçü şəxs X12 birinci iş üzrə Salyan Rayon Məhkəməsinin 2(*57)-1394/2*16 nömrəli, 14 sentyabr 2*16-cı il tarixli qətnaməsindən vermiş olduğu apellyasiya şikayətini müdafiə etmiş, həmin apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş, həmin qətnamənin ləğv edilərək iddianın təmin edilməməsi, həmçinin ikinci iş üzrə Salyan Rayon Məhkəməsinin 2(*57)-679/2*17 nömrəli, 12 iyul 2*17-ci il tarixli qətnaməsindən iddiaçı X24 tərəfindən verilmiş apellyasiya şikayətini əsassız hesab etmiş, onun apellyasiya şikayətini təmin etməyərək Salyan Rayon Məhkəməsinin 2(*57)-679/2*17 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etmişdir. Üçüncü şəxs Maraqlı şəxsh qızının nümayəndəsi və vəkili Vəkil birinci iş üzrə apellyasiya şikayətinin təmin edilməsini, birinci iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını, ikinci iş üzrə apellyasiya şikayətinin təmin edilməməsini, ikinci iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya baxışında cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Ərazi İdarəsinin nümayəndəsi, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi və X23 apellyasiya baxışında iştirak etməmişlər. Qeyd edilən tərəflərə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, qeyd edilən tərəflərin nümayəndələri apellyasiya baxışına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən qeyd edilən tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 2* may 2*11-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda birinci iş üzrə üçüncü şəxs birinci instansiya məhkəməsinin birinci iş üzrə qətnaməsinin ləğv edilməsini və birinci iş üzrə iddianın rədd edilməsini, hər iki iş üzrə iddiaçı ikinci iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, ikinci iş üzrə iddianın təmin edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişlər. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsini şikayət verən şəxslərə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir.Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. “İnsan hüquqlarının və əsas azdlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunan Məcəllənin 157.8-ci maddəsinə əsasən isə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası MM-nin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. -568.2. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Azərbaycan Respublikası MM-nin 139-1.1.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ərarvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14*-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə görə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 144.2-ci maddəsinə əsasən sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqlənmə ilə təsdiq olunur. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlaka sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. MM-nin 414.1-ci maddəsinə əsasən əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. MM-nin 414.2-ci maddəsinə görə hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. 414.4. Hərrac auksion və ya müsabiqə formasında keçirilir. Ən yüksək qiymət təklif etmiş şəxs auksionda hərracı udmuş sayılır, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxs isə müsabiqə üzrə hərracı udmuş sayılır. 415.1. Auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, birinci iş üzrə üçüncü şəxsin apellyasiya şikayəti təmin edilməli, birinci iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və birinci iş üzrə iddia təmin edilməməli, ikinci iş üzrə iddiaçının apellyasiya şikayəti təmin edilməməli və ikinci iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Belə ki, iş materiallarına əlavə edilmiş X25 *7.*4.2***-ci il tarixli, 46 saylı arayışının surətindən görünür ki, İddiaçı 1997-ci ilin dekabr ayında Peşə Litseyinə məxsus olmuş və Təhsil Nazirliyinin 19.*5.1997-ci il tarixli, 3*7 saylı əmri ilə balansadan silinmiş binanın tikinti materiallarının 5 1** *** manat pulunu 834 saylı qaiməyə əsasən litseyin xəzinəsinə köçürmüşdür. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 1mk-166/*3 saylı, *4.*2.2**3-cü il tarixli qətnaməsinin surətindən görünür ki, Salyan Rayon Məhkəməsinin 1*.*7.2**2-ci il tarixli qətnaməsi ilə ünvan 15 ünvanında yerləşən X28 məxsus olmuş yataqxana binasının iddiaçıya satılması barədə X36 ilə iddiaçı arasında bağlanmış 26.*8.1997-ci il tarixli ikitərəfli əqd, alqı-satqı müqaviləsi bağlanmış hesab edilmiş, Salyan Rayon İcra Hakimiyyəti həmin qətnamədən apellyasiya şikayəti vermiş, apellyasiya şikayəti təmin olunaraq Salyan rayon texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən İddiaçı adına verilmiş 26.*7.2***-ci il tarixli, 149 saylı Qeydiyyat Vəsiqəsi və Texniki Pasport etibarsız hesab edilmişdir. İşə əlavə edilmiş, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin verdiyi 26.*3.2**3-cü il tarixli icra vərəqəsinin təsdiq olunmuş surətindən görünür ki, Salyan rayon Məhkəməsinin 1* iyul 2**2-ci il tarixli qətnaməsi ləğv olunmuş, Salyan rayon İcra Hakimiyyəti başçısının iddia tələbi təmin edilmiş, Salyan rayon texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən İddiaçı adına verilmiş Salyan şəhəri, X.R.Ulutürk küçəsi 34-də yerləşən qeyri yaşayış sahəsinə mülkiyyət hüququnu təsdiq edən 2* iyul 2***-ci il tarixli, 149 saylı Qeydiyyat Vəsiqəsi və həmin ünvana onun adına verilmiş Texniki Pasport etibarsız hesab edilmiş, İddiaçı Salyan rayon İcra Hakimiyyətinə və Salyan rayon Vergilər Şöbəsinə qarşı 36.***.*** manat məbləğində icarə haqqı tələbinə dair qarşılıqlı iddiası rədd olunmuşdur. İş materiallarına əlavə edilmiş 26.1*.2*1*-cu il tarixli, *1 saylı hərrac protokolunun surətindən görünür ki, X7 rayonu, X38 küçəsi 54 ünvanında yerləşən Əmlak kompleksinin özəlləşdirilməsi ilə bağlı 26.1*.2*1*-cu il tarixində keçirilmiş hərracın qalibi olmuşdur. İş materiallarına əlavə edilmiş və qeydiyyat tarixi *7.*1.2*11-ci il olan MA seriyalı, *143*71 saylı Çıxarışın surətindən görünür ki, Salyan şəhəri, X.R.Ulutürk küçəsi 54 ünvanında yerləşən Əmlak kompleksi mülkiyyət hüququ əsasında X1* adına dövlət qeydiyyatına alınmışdır. İş materiallarına əlavə edilmiş rəyin surətindən görünür ki, Salyan şəhəri, X.R.Ulutürk küçəsi 54 ünvanında yerləşən Əmlak kompleksinin qalıq dəyəri 8526* manat təşkil edir. İş materiallarına əlavə edilmiş 21.*1.2*11-ci il tarixli, 1115 nömrəli icarə müqaviləsinin surətindən görünür ki, Əmlak kompleksinin yerləşdiyi 12767.8 kv.m torpaq sahəsi ƏMDK ilə X12 arasında bağlanmış icarə müqaviləsi əsasında X1* icarəsinə verilmişdir. İş materiallarına əlavə edilmiş və qeydiyyat tarixi 27.*1.2*15-ci il olan RX seriyalı, *551429 saylı Çıxarışın surətindən görünür ki, Salyan şəhəri, X.R.Ulutürk küçəsi 54 ünvanında yerləşən 1,27678 kv.m. torpaq sahəsi mülkiyyət hüququ əsasında X1* adına dövlət qeydiyyatına alınmışdır. İş materiallarına əlavə edilmiş *8.*5.2*15-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, X1* mülkiyyətində olan 1,27678 kv.m. torpaq sahəsinin *,*225 kv.m. olan hissəsini X8. İş materiallarına əlavə edilmiş və qeydiyyat tarixi *4.*3.2*16-cı il olan RX seriyalı, *827338 saylı Çıxarışın surətindən görünür ki, Salyan şəhəri, X.R.Ulutürk küçəsi 54 ünvanında yerləşən 1,2*93 kv.m. torpaq sahəsi mülkiyyət hüququ əsasında X1* adına dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(1*2)-511/15 saylı, 29 yanvar 2*15-ci il tarixli qərarın surətindən görünür ki, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 18 sentyabr 2*14-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin 1*.*7.2*17-ci il tarixli, 17912*6*5348 saylı cavabından və həmin cavaba əlavə edilmiş ünvan 17da yerləşən tikilinin planından görünür ki, ünvan 17da yerləşən “2 mərtəbəli qeyri-yaşayış binası” adlanan tikili Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsalat və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin tabeliyindəki “Azərsutikinti” X17 Birliyinin balansında və dövlət mülkiyyətində olan göstərilən obyektin istifadəsindəki ümumi torpaq sahəsi 828,5 kv. m-dir. 1.Birinci instansiya məhkəməsi birləşdirilmiş birinci iş üzrə iddianı təmin edərkən qeyd etmişdir ki, həqiqətən də məhkəmə iclasında müəyyən olunmuşdur ki, ünvan 17da yerləşən qeyri yaşayış binasına iddiaçının mülkiyyət hüququ etibarsız sayıldıqdan sonra həmin bina ƏMDK-nin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansına verilmişdir. Lakin, yuxarıda qeyd edildiyi kimi həmin binanın yerləşdiyi torpaq sahəsindən istifadə hüququ etibarsız hesab edilməmişdir. Həmin torpaq sahəsinin verilməsinə əsas olmuş Salyan Rayon İcra Hakimiyyəti Başçısının *2 sentyabr 1997-ci il tarixli qərarı halhazırda qüvvədədir və heç kim tərəfindən mübahisələndirilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi 29 yanvar 2*15-ci il tarixli qərarında konkret olaraq vurğulamışdır ki, mübahisəli torpaq sahəsinin İddiaçı istifadəsinə verilməsinə dair Salyan RİH başçısının *2 sentyabr 1997-ci il tarixli qərarı və Təhsil Nazirliyinin 19 may 1997-ci il tarixli 3*7 saylı əmri qüvvədə olduğu halda, həmin qərarın icrası qaydasında mübahisəli torpaq sahəsinin İddiaçı verilməsinə dair qərar qanunsuz hesab edilə bilməz. Bu səbəbdən də ünvan 17da yerləşən binanın ƏMDK-nin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansında olması iddianın təmin edilməməsi üçün əsas hesab edilə bilməz. Birinci instansiya məhkəməsi iş materiallarına əlavə edilmiş və 3-cü şəxs tərəfindən məhkəməyə təqdim edilmiş digər sənədlərə hüqüuqi qiymət verərək qeyd etmişdir ki, mübahisəli torpaq sahəsinin iddiaçının qanuni istifadəsində olması Azərbaycan Respublikası Ali Məhkəməsinin 29.*1.2*15-ci il tarixli, 2(1*2)-511/15 saylı qanuni qüvvəyə minmiş qərarı ilə öz təsdiqini tapdığından, həmin sənədlərin ayrıca qiymətləndirilməsinə ehtiyac qalmamışdır. Belə ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə müəyyən etmişdir ki, Salyan RİH başçısının *2 sentyabr 1997-ci il tarixli, 3*4-s saylı sərəncamı ilə ünvan 17da 5*x2* metr ölçüdə torpaq sahəsi İddiaçı istifadəsinə verilmiş, həmin torpaq sahəsində olan qeyri yaşayış sahəsinin iddiaçının mülkiyyətinə keçməsinə dair müvafiq qeydiyyat vəsiqəsi verilmiş, sonradan Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin qətnaməsinə əsasən həmin qeyri yaşayış sahəsinin iddiaçının mülkiyyətinə verilməsinə dair qeydiyyat vəsiqəsi etibarsız hesab edilmiş, daha sonra həmin 5*x2* metr ölçüdə torpaq sahəsinin iddiaçının qanuni sahibliyində olmasına baxmayaraq həmin torpaq sahəsi də daxil olmaqla, cavabdeh, ümumilikdə 1.27678 ha torpaq sahəsinin üçüncü şəxs X1* mülkiyyətinə verilməsinə dair Çıxarış vermişdir. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən X1* adına verilmiş Çıxarış qismən ləğv edilməli, X1* mülkiyyətində olan 1.27678 ha torpaq sahəsindən 5*x2* metr ölçüdə torpaq sahəsi geri alınaraq İddiaçı istifadəsinə qaytarılmalıdır.
2. Məhkəmə kollegiyası birinci iş üzrə iddianı təmin edən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 29.*1.2*15-ci il tarixli, 2(1*2)-511/15 saylı qərarından görünür ki, həmin qərarda 5*x2* ha torpaq sahəsi deyil, *,*8 ha torpaq sahəsi mübahisə predmeti olmuşdur. Bundan başqa birinci instansiya məhkəməsi birinci iş üzrə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsi tərəfindən 27.*1.2*13-cü il tarixdə 3-cü şəxs X1* adına verilmiş RX seriyalı, *551429 saylı Çıxarışı qismən ləğv edərək X1* mülkiyyəti kimi rəsmiləşdirilımiş və ünvan 7 ünvandakı 1.27678 ha torpaq sahəsinin 5*x2* metr ölçüdə sahəsinin İddiaçı istifadəsinə qaytarılmasını qət etməkdən ibarət olan mövqeyi qanuni olmamışdır. Belə ki, məhkəmə həmin çıxarışın verilməsinə əsas olmuş alqı-satqı müqaviləsini ləğv etmədən belə qərara gələ bilməzdi. Həmçinin gəlmiş olsa da birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı hesab edilə bilməz.
3. Birinci instansiya məhkəməsi birləşdirilmiş ikinci iş üzrə iddianı rədd edərkən qeyd etmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən 5*x2* metr ölçüdə torpaq sahəsi X25 balansından silinmiş, 1949-cu ildə inşa edilmiş, qəza vəziyyətinə düşmüş yataqxana binasının ərazisində yerləşmişdir. İşdə olan iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Salyan RİHB-nın səlahiyyətlərinin yerinə yetirən başçının müavini B.Abdullayevanın təsdiq etdiyi *1.*9.1997-ci il tarixli aktın (torpaqayırma aktının) surətindən görünür ki, Azərbaycan Elm və Təhsil Mərkəzinin “Təfəkkür” Universiteti 15.*8.1997-ci il tarixli, 3/524 saylı məktubu ilə Salyan RİH-ə müraciət edərək Universitetin Salyan filialının daimi binasının olmamasını nəzərə alıb bu məqsədlə torpaq sahəsinin ayrılması xahiş edilmişdir. Komissiya yerində baxış keçirmiş və Salyan şəhəri X.R.Ulutürk prospektində yerləşən X25 balansından silinmiş, 1949-cu ildə inşa edilmiş, qəza vəziyyətinə düşmüş yataqxana binasının ərazisində 5*x2* metr (1*** kv.m) ölçüdə torpaq sahəsinin ayrılmasını məqsədə müvafiq hesab etmişdir. Aktı “Təfəkkür” Universitetinin Salyan filialı tərəfindən direktor F.Əzizov imzalamışdır. Qeyd olunan aktın məzmunundan da göründüyü kimi, mübahisələndirilən 5*x2* metr (1*** kv.m) ölçüdə torpaq sahəsinin ayrılması “Təfəkkür” Universitetinin Salyan filialının tikintisi üçün nəzərdə tutulmuşdur. Buna görə də, həmin akta əsasən Salyan RİHB-ı *2.*9.1997-ci il tarixdə 3*4-S saylı sərəncan vermişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Salyan RİHB-nın səlahiyyətlərinin yerinə yetirən başçının müavini B.Abdullayevanın imzaladığı 333 saylı məktubdan görünür ki, Salyan RİHB-nın *2.*9.1997-ci il tarixli, 3*4-S saylı sərəncamına əsasən Salyan şəhərində, X.R.Ulutürk prospektində, X25 yataqxana binasının ərazisində “Təfəkkür” Universitetinin Salyan filialı üçün tikinti altına 5*x2* metr ölçüdə torpaq sahəsinin ayrılmasını barədə torpaqayırma komisiyyasının rəyi təsdiq edilmişdir. Göründüyü kimi, Salyan RİHB-nın *2.*9.1997-ci il tarixli, 3*4-S saylı sərəncamı ilə bir daha təsdiq olunur ki, mübahisəli 5*x2* metr ölçüdə torpaq sahəsi İddiaçı deyil, məhz “Təfəkkür” Universitetinin Salyan filialının tikintisi üçün ayrılmışdır. Mübahisələndirilən torpaq sahəsinin “Təfəkkür” Universitetinin Salyan filialının tikintisi üçün ayrılmasına baxmayaraq, ayrılmış torpaq sahəsində olan yataqxana binası sökülməmiş və həmin bina bir müddət əsassız olaraq iddiaçının mülkiyyətində olmuş, iddiaçı 149 saylı Qeydiyyat Vəsiqəsi alaraq ünvan 17da yerləşən həmin binaya mülkiyyət hüququ əldə etmiş, sonradan onun həmin yataqxana binasına olan mülkiyyət hüququ məhkəmənin qərarı ilə etibarsız hesab edilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş 149 saylı Qeydiyyat Vəsiqəsi və Texniki Pasportun surətlərindən görünür ki, ünvan 17da yerləşən bina mülkiyyət hüququ əsasında İddiaçı adına dövlət qeydiyyatına alınmış, lakin Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 1mk-166/*3 saylı, *4.*2.2**3-cü il tarixli qətnaməsinin surətindən görünür ki, Salyan Rayon Məhkəməsinin 1*.*7.2**2-ci il tarixli qətnaməsi ilə ünvan 15 ünvanında yerləşən X28 məxsus olmuş yataqxana binasının iddiaçıya satılması barədə X36 ilə iddiaçı arasında bağlanmış 26.*8.1997-ci il tarixli ikitərəfli əqd, alqı-satqı müqaviləsi bağlanmış hesab edilmiş, Salyan Rayon İcra Hakimiyyəti həmin qətnamədən apellyasiya şikayəti vermiş, apellyasiya şikayəti təmin olunaraq Salyan rayon texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən İddiaçı adına verilmiş 26.*7.2***-ci il tarixli, 149 saylı Qeydiyyat Vəsiqəsi və Texniki Pasport etibarsız hesab edilmişdir. İşə əlavə edilmiş, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin verdiyi 26.*3.2**3-cü il tarixli icra vərəqəsinin təsdiq olunmuş surətindən görünür ki, Salyan rayon Məhkəməsinin 1* iyul 2**2-ci il tarixli qətnaməsi ləğv olunmuş, Salyan rayon İcra Hakimiyyəti başçısının iddia tələbi təmin edilmiş, Salyan rayon texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən İddiaçı adına verilmiş Salyan şəhəri, X.R.Ulutürk küçəsi 34-də yerləşən qeyri yaşayış sahəsinə mülkiyyət hüququnu bildirən 2* iyul 2***-ci il tarixli, 149 saylı Qeydiyyat Vəsiqəsi və həmin ünvana onun adına verilmiş Texniki Pasport etibarsız hesab edilmiş, İddiaçı Salyan rayon İcra Hakimiyyətinə və Salyan rayon Vergilər Şöbəsinə qarşı 36.***.*** manat məbləğində icarə haqqı tələbinə dair qarşılıqlı iddiası rədd olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
4. İddiaçının “Təfəkkür” Universitetinin Salyan filialı üçün tikinti altına ayrılmış 5*x2* metr ölçüdə torpaq sahəsinin mübahisələndirilməsi ilə əlaqədar subyektiv hüququ olmamışdır. Belə ki, həmin torpaq sahəsi ona deyil, “Təfəkkür” Universitetinin Salyan filialı üçün ayrılmışdır. Hətta həmin torpaq sahəsinin cabadeh Cavanşir Ağalarovun mülkiyyətindəki torpaq sahəsinin daxilində olması belə onun sözügedən torpaq sahəsinə olmayan subyektiv hüququnu poza bilməz. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın *4.*5.2**7-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarınau yğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 3*.*7.2**8-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır... Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz...” Qeyd olunanları nəzərə alaraq birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı mübahisələndirilən 5*x2* metr ölçüdə torpaq sahəsinə subyektiv hüququ olmadığından, onun iddiası təmin edilməməlidir.
5. İddiaçı göstərmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 29.*1.2*15-ci il tarixli, 2(1*2)-511/15 saylı qərarından aydın görünür ki, hazırda tərəfindən alqı-satqısı mübahisələndirilən və 5*x2* metr ölçüdə olan torpaq sahəsi onun qanuni istifadəsində olmasına baxmayaraq 1-ci cavabdeh həmin sahəni də daxil etməklə ünvan 5 ünvanındakı 12767,8 kv.m torpaq sahəsinin X3. Məhkəmə qeyd edir ki, iş marteriallarında olan *3.*2.2*11-ci il tarixli, 292* saylı “Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqı” müqaviləsinin surətindən görünür ki, ünvan 5 ünvanındakı 12767,8 kv.m torpaq sahəsinin alqı satqı müqaviləsi X12 ilə 1-ci cavabdeh olan ƏMDKY DƏDRXnin 13 saylı Ərazi İdarəsi ilə deyil, Əmlak Məsələləri Dövlət Komitəsi ilə bağlanmışdır.
6. İddiaçı öz izahatında bildirmişdir ki, 2*.*7.2***-ci il tarixli, 149 saylı Qeydiyyat Vəsiqəsinin və Texniki Pasportun *4.*2.2**3-cü il tarixli Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 1MK-166/3 saylı qətnaməsi ilə etibarsız sayılmasının 31.*7.2*13-cü il tarixdən bu günə kimi mübahisəsi və müzakirəsi olunan torpaq sahəsinə heç bir aidiyyatı yoxdur. Məhkəm qeyd edir ki, Apellyasiya Məhkəməsinin qətnaməsi ilə etibarsız hesab edilmiş 149 saylı Qeydiyyat Vəsiqəsi əsasında X25 balansında olmuş yataqxanaya iddiaçının mülkiyyət hüququ tanınmışdır. Bundan əvvəl isə həmin Peşə Litseyinin yataqxanası yerləşən torpaq sahəsindən 5*x2* metr ölçüdə torpaq sahəsi “Təfəkkür” Universitetinin Salyan filialı üçün ayrılmışdır. Qeyd olunan Qeydiyyat Vəsiqəsi etibarsız hesab edildiyindən, mübahisələndirilən torpaq sahəsinin “Təfəkkür” Universitetinin Salyan filialı üçün ayrılmasına dair Salyan RİHB-nın sərəncamı qüvvədə qalmış olur. Buna görə də, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin *4.*2.2**3-cü il tarixli, 1MK-166/3 saylı qətnaməsinin hazırda mübahisələndirilən 5*x2* metr ölçüdə torpaq sahəsinə bilavasitə aidiyyatı vardır. Həmçinin müəyyən olunmuşdur ki, “Təfəkkür” Universitetinin Salyan filialı hüquqi şəxs olmamış, Filial yalnız hüquqi şəxsin təsdiq etdiyi əsasnamə üzrə fəaliyyət göstərmiş, hüquqi şəxs iddiaçını “Təfəkkür” Universitetinin Salyan filialının rəhbəri təyin etməmiş, iddiaçı “Təfəkkür” Universitetinin Salyan filialının təsisçisi olmamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş və prorektor İ.Musayev tərəfindən imzalanmış 12.*6.2*17-ci il tarixli, 3/124 saylı “Təfəkkür” Universitetinin cavabından görünür ki, İddiaçı ETM “Təfəkkür” Universitetinin Salyan filialında təsisçi olmamışdır.
7. ƏMDK-i ilə X12 arasında bağlanmış *3.*2.2*11-ci il tarixli, 292* saylı “Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqı” müqaviləsinin qismən ləğvi üçün hüquqi əsasların olub-olmamasını müəyyən edən məhkəmə qeyd edir ki, iddiaçı həmin əsas kimi onun mübahisələndirdiyi 5*x2* metr ölçüdə torpaq sahəsinin də satılmış torpaq sahəsinin hüdudlarında olmasını göstərməsidir. Mübahisələndirilən torpaq sahəsinin X25 yataqxanasının ərazisindən verilməsi və bunun üçün həmin yataqxananın sökülməsi qərara alınmışdı. Lakin, həmin yataqxana sökülməmiş və sonda “2 mərtəbəli qeyri-yaşayış binası” adı ilə 24.*1.2*11-ci il tarixli, 11*64*15 saylı əmr ilə ƏMDK-nin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansına götürülmüşdür. Yəni, 24.*1.2*11-ci il tarixdən başlayaraq mübahisəli 5*x2* metr ölçüdə torpaq sahəsinin də olduğu torpaq sahəsində yerləşən 2 mərəbəli bina ƏMDK-nin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansına keçmiş və hazırda da onların balansındadır. Lakin, cavabdeh Cavanşir Ağalarova mülkiyyətində olan Əmlak Kompleksi bundan 3 ay əvvəl, yəni 28.1*.2*1*-cu il tarixdə ona satılmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş və ƏMDK-i ilə X12 arasında bağlanmış 28.1*.2*1*-ci il tarixli, 294* saylı “Müəssisənin (obyektin) alqı-satqı” müqaviləsin surətindən görünür ki, müqavilənin predmetini ƏMDK-nin 14 saylı ərazi şöbəsi tərəfindən 26.1*.2*1*cu il tarixdə keçirilən hərracda, *1 saylı protokola əsasən satın alındığı və ümumi sahəsi 341*,4 kv.m. təşkil edən Əmlak kompleksidir. Həmin Kompleks, Salyan şəhəri, X.R.Ulutürk küçəsi 54 ünvanında yerləşməklə cavabdeh X2. Göründüyü kimi, satılmış Əmlak kompleksi ilə ƏMDK-nin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansına keçmiş X25 yataqxana binası arasında heç bir əlaqə yoxdur. Əmlak Kompleksi cavabdehə satılan zaman X25 yataqxanası heç ƏMDK-nin balansında olmamışdır. Balansda olmayan yataqxananın ərazisində olan torpaq sahəsinin həmin vaxt hərrac yolu ilə cavabdehə satılması qeyri-mümkün idi. Məhz Əmlak kompleksini aldıqdan sonra, cavabdeh Cavanşir Ağalarov həmin kompleksinin istifadəsində olan torpaq sahəsini də almışdır. Belə ki, iş materiallarına əlavə edilmiş ƏMDK-i ilə X12 arasında bağlanmış *3.*2.2*11-ci il tarixli, 292* saylı “Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqı” müqaviləsinin surətindən görünür ki, müqavilənin predmetini Salyan şəhəri, X.R.Ulutürk küçəsi 54 ünvanında yerləşən və Əmlak kompleksinin istifadəsində olan 12767,8 kv.m. torpaq sahəsi təşkil edir.
8. Mübahisələndirilən 5*x2* metr torpaq sahəsinin ayrılması üçün əsas olmuş Salyan RİHB-nın *2.*9.1997-ci il tarixli, 3*4-S saylı sərancamının icra olunub-olunmaması ilə bağlı məhkəmə qeyd edir ki, surəti iş materiallarına əlavə edilmiş keçmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəşəkmə Komitəsinin X11 ünvanladığı 23.1*.2*14-cü il tarixli cavabdan görünür ki, ƏMDK-nin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin 24.*1.2*11-ci il tarixli, 11*64*15 saylı əmri ilə X.R.Ulutürk küşəsi 34 saylı ünvanda yerləşən 828,5 kv.m. torpaq sahəsi hal-hazırda həmin mərkəzin balansındadır. Mübahisələndirilən 5*x2* metr ölçüdə torpaq sahəsi tikinti məqsədilə İddiaçı deyil, “Təfəkkür” Universitetinin Salyan filialına verilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş ƏMDK-nin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin 24.*1.2*11-ci il tarixli, 11*64*15 saylı əmrinin surətindən görünür ki, ƏMDK-nin 28.12.2*1*-cu il tarixli, d/y 1563 saylı məktubunda, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin *4.*2.2**3-cü il tarixli qətnaməsinə əsasən, ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli qeyri-yaşayış binasına Salyan rayon keşmiş Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş mülkiyyə hüququna dair Qeydiyyat Vəsiqəsinin və Texniki Pasportun etibarsız hesab edildiyi bildirilmiş və buna görə də ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli qeyri-yaşayış binasının İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansına qəbul edilməsi əmr edilmişdir. Müəyyən edilmişdir ki, ƏMDK-nin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin 24.*1.2*11-ci il tarixli, 11*64*15 saylı əmrində göstərilmiş 2 mərtəbəli qeyri-yaşayış binası ilə balansdan silinmiş X25 yataqxanası eyni binadır. Göründüyü kimi, hazırda ƏMDK-nin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansına olan və “Təfəkkür” Universitetinin Salyan filialının tikintisi üçün ayrılması qərara alınmış 5*x2* metr ölçüdə torpaq sahəsi, 2 mərtəbəli qeyri-yaşayış binası söküldükdən sonra verilməli idi. Lakin, həmin 2 mərtəbəli qeyri-yaşayış binası sökülməmiş, həmin bina ƏMDK-nin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansına verilmiş və bu səbədən də Salyan RİHB-nın *2.*9.1997-ci il tarixli, 3*4-S saylı sərancamı icra olunmamış qalmışdır.
9. Məhkəmə cavabdeh Cavanşir Ağalarovun qeyd olunan mübahisə ilə bağlı iddia müddətinin tətbiq edilməsi barədə göstərdiklərinə qiymət verərək aşağıdakıları qeyd etməyi zəruru hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə hesab edir ki, hazırki mübahisəyə iddia müddəti tətbiq edilməməlidir. Belə ki, MM-nin 384.*.4-cü maddəsinin tələblərinə görə mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə dair tələblərə iddia müddəti tətbiq edilə bilməz. 1*. Apellyasiya baxışında iş üzrəməhkəmə tikinti texniki ekspertizası təyin edilmiş və 2* avqust 2*18-ci il tarixli 14399 saylı Rəy alınaraq işə əlavə edilmişdir. Rəyin nəticələri aşağıdakılardan ibarət olmuşdur. Qərardadın birinci sualı üzrə: Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə Təqdidat Mərkəzinin Şirvan Layihə-Tədqiqat idarəsinin mühəndisi A.Ağayev tərəfindən imzalanmış 27.*7.2*18-ci il tarixli 18*92*9*3477 saylı mütəxəssis rəyinə və iş materiallarında olan seriya RX *551429 saylı və RX *827338 saylı Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyesterindən Çıxarışa əsasən; tam paylı mülkiyyət hüququ üzrə 27.*1.2*15-ci il tarixdə və *4.*3.2*16-cı il tarixdə X1* adına qeydiyyata alınmış Salyan şəhəri, X.R.Ulutürk küçəsi 54 ünvanında yerləşən 1.27678 ha. və 1.2*93 ha torpaq sahələri ilə ƏMDK-nın İstehsalat və Xidmət Müəsissələrinin İdarəetmə Mərkəzinin Salyan şəhəri X.R.Ulutürk küçəsi 34 ünvanda yerləşən iki mərtəbəli qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi üst-üstə düşmür. Lakin İddiaçı iddia etdiyi iki mərtəbəli yaşayış evinin yerləşdiyi Salyan şəhəri, X.R.Ulutürk küçəsi 54 ünvanda yerləşən torpaq sahəsi X15 istifadəsində olmaqla Seriya RX *551429 saylı və RX *827338 saylı Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyesterindən Çıxarışa əsasən, tam paylı mülkiyyət hüququ üzrə 27.*1.2*15-ci il tarixdə və *4.*3.2*16-cı il tarixdə X1* adına qeydiyyata alınmış Salyan şəhəri, X.R.Ulutürk küçəsi 54 ünvanında yerləşən 1.27678 ha və 1.2*93 ha torpaq sahələri ilə üst-üstə düşür. Qərardadın ikinci sualı üzrə: Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Şirvan Layihə-Tədqiqat idarəsinin mühəndisi A.Ağayev tərəfindən imzalanmış 27.*7.2*18-ci i! tarixli 18*92*9*3477 saylı mütəxəssis rəyinə əsasən, cavabdeh C.M.Ağalarovun *8.*5.2*15-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X9 *.*225 ha torpaq sahəsi ilə İddiaçı iddia etdiyi iki mərtəbəli yaşayış evinin yerləşdiyi ünvan 13 ünvanda yerləşən torpaq sahəsi üst-üstə düşmür. Qərardadın üçüncü sualı üzrə: Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Şirvan Layihə-Tədqiqat idarəsinin mühəndisi A.Ağayev tərəfindən imzalanmış 27.*7.2*18-ci il tarixli 18*92*9*3477 saylı mütəxəssis rəyinə əsasən, mübahisə olunan torpaq sahəsindəki 2 mərtəbəli yaşayış evi faktiki olaraq X15 istifadəsində olmaqla X1* torpaq sahəsində yerləşir. Koordinatları sxematik planda əks olunmaqla rəyə əlavə edilir. Qərardadın dördüncü sualı üzrə: Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Şirvan Layihə-Tədqiqat idarəsinin mühəndisi A.Ağayev tərəfindən imzalanmış 27.*7.2*18-ci il tarixli, 18*92*9*3477 saylı mütəxəssis rəyinə əsasən, iddiaçı Ələkbər Ələkbərovun iddia etdiyi 2 mərtəbəli yaşayış evi faktiki olaraq X15 istifadəsində olmaqla Seriya RX *551429 saylı və RX *827338 saylı Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyesterindən Çıxarışa əsasən; tam paylı mülkiyyət hüququ üzrə 27.*1.2*15-ci il tarixdə və *4.*3.2*16-cı il tarixdə X1* adına qeydə alınmış Salyan şəhəri, X.R.Ulutürk küçəsi 54 ünvanında yerləşən 1.27678 ha və 1.2*93 ha torpaq sahələrində yerləşir. Qərardadın beşinci sualı üzrə: Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Şirvan Layihə-Tədqiqat idarəsinin mühəndisi A.Ağayev tərəfindən imzalanmış 27.*7.2*18-ci il tarixli 18*92*9*3477 saylı mütəxəssis rəyinə əsasən, cavabdeh C.M.Ağalarovun mülkiyyətində olan 1.27678 ha və 1.2*93 ha torpaq sahəsindən başqa, faktiki istifadəsində artıq torpaq sahəsi yoxdur. Qərardadın altıncı sualı üzrə: Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Şirvan Layihə-Tədqiqat idarəsinin mühəndisi A.Ağayev tərəfindən imzalanmış 27.*7.2*18-ci il tarixli 18*92*9*3477 saylı mütəxəssis rəyinə əsasən, cavabdeh C.M.Ağalarovun mülkiyyətində olan 1.27678 ha və 1.2*93 ha torpaq sahəsindən başqa, faktiki istifadəsində artıq torpaq sahəsi və ya istifadə etmə halı müəyyən olunmamışdır. Ekspertiza xərci 5* manat təşkil etmişdir. Apellyasiya baxışında iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və 25 avqust 2*19-cu il tarixli *717 saylı Rəy alınaraq işə əlavə edilmişdir. Rəyin nəticələri aşağıdakılardan ibarət olmuşdur. Qərardadın birinci sualı üzrə: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastr və Yerquruluşu Layihə-X2* LTİ-nin mütəxəssis rəyinə əsasən, İddiaçı iddia etdiyi (12x8=96 kv.m) iki mərtəbəli yaşayış evinin yerləşdiyi ünvan 19 ünvanda yerləşən torpaq sahəsi X15 istifadəsində olmaqla, Seriya RX *551429 saylı və seriyalı RX *827338 saylı Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyesterindən Çıxarışa əsasən, tam paylı mülkiyyət hüququ üzrə 27.*1.2*15-ci il tarixdə və *4.*3.2*16-cı il tarixdə X1* adına qeydiyyata alınmış Salyan şəhəri, X.R.Ulutürk küçəsi 54 ünvanında yerləşən 1.27678 ha və 1.2*93 ha torpaq sahələri ilə üst-üstə düşür. Qərardadın ikinci sualı üzrə: -İddiaçı torpaq sahəsi olması haqqında hüquq müəyyənedici sənədləri olmadığından tərəflərindən sualın cavablandırılması mümkün olmamışdır. Qərardadın üçüncü sualı üzrə: -Cavabdeh X1* mülkiyyətində RX №*827338 seriyalı reyestr nömrəsi 8*9*13*3622*3 və sahəsi 1.2*93 ha olan torpaq sahəsi faktiki və sənəd üzrə Salyan şəhəri, X.R.Ulutürk küçəsi 54 ünvanında yerləşir. Qərardadın dördüncü sualı üzrə: -Qəraqdadın bu sualı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastr və Yerquruluşu Layihə-X2* LTİ-nin mütəxəssisləri tərəfindən cavablandırılmadığı üçün, həmin sual üzrə tədqiqat aparılmadı. Ekspertiza xərci 1** manat təşkil etmişdir. Göründüyü kimi RX *551429 saylı və RX *827338 saylı Çıxarışlara əsasən tam paylı mülkiyyət hüququ üzrə 27.*1.2*15-ci il tarixdə və *4.*3.2*16-cı il tarixdə X1* adına qeydiyyata alınmış Salyan şəhəri, X.R.Ulutürk küçəsi 54 ünvanında yerləşən 1.27678 ha. və 1.2*93 ha torpaq sahələri ilə ƏMDK-nın İstehsalat və Xidmət Müəsissələrinin İdarəetmə Mərkəzinin Salyan şəhəri X.R.Ulutürk küçəsi 34 ünvanda yerləşən iki mərtəbəli qeyriyaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi üst-üstə düşmür. Lakin İddiaçı iddia etdiyi iki mərtəbəli yaşayış evinin yerləşdiyi Salyan şəhəri, X.R.Ulutürk küçəsi 54 ünvanda yerləşən torpaq sahəsi X15 istifadəsində olmaqla Seriya RX *551429 saylı və RX *827338 saylı Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyesterindən Çıxarışa əsasən, tam paylı mülkiyyət hüququ üzrə 27.*1.2*15-ci il tarixdə və *4.*3.2*16-cı il tarixdə X1* adına qeydiyyata alınmış Salyan şəhəri, X.R.Ulutürk küçəsi 54 ünvanında yerləşən 1.27678 ha və 1.2*93 ha torpaq sahələri ilə üst-üstə düşür. Həmçinin ekspert rəyində qeyd edilir ki, cavabdeh C.M.Ağalarovun mülkiyyətində olan 1.27678 ha və 1.2*93 ha torpaq sahəsindən başqa, faktiki istifadəsində artıq torpaq sahəsi və ya istifadə etmə halı müəyyən olunmamışdır. Lakin İddiaçı hüquq müəyyənedici sənədləri olmadığından onun torpaq sahəsinin mövcud olması haqqında suala cavab verilməsinin mümkün olmamsı qeyd edilmişdir. Göründüyü kimi iddiaçı qeyd edilən mübahisəli ərazidə ona məxsus olan torpaq sahəsinin mövcudluğuna dair məhkəməyə və ya ekspertə hər hansı hüquqmüəyyənedici sənədlər təqdim edə bilməmişdir. Bu isə onu deməyə əsas verir ki, qeyd edilən mübahisəli ərazidə iddiaçıya aid və ya məxsus olan torpaq sahəsi yoxdur. Buna görə də İddiaçı hazırkı birləşdirilmiş mülki işlər üzrə iddia tələbləri irəli sürməkdə subyektiv hüquqa malik olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci iş üzrə Salyan Rayon Məhkəməsinin 2(*57)1394/2*16 saylı, 14 sentyabr 2*16-cı il tarixli qətnaməsindən İİİ şəxs C.Ağalarov tərəfindən verilmiş apellyasiya şikayəti əsaslı olduğundan onun apellyasiya şikayəti təmin edilməli, lakin ikinci iş üzrə Salyan Rayon Məhkəməsinin 2(*57)-679/2*17 saylı, 12 iyul 2*17-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərində göstərilən dəlillər apellyasiya baxışı zamanı öz təsdiqini tapmadığından, iddiaçının apellyasiya şikayəti təmin edilməməlidir. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş dövlət rüsumunun əvəzi 5 (beş) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq X11 ödənilməli, həmçinin Ekspertiza tədqiqatının keçirilməsi ilə əlaqədar olaraq cəmi 15* (bir yüz əlli) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Mülki Prosessual Məcəllənin 384.*.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda şərh edilənlərə əsasən birləşdirilmiş birinci mülki iş üzrə üçüncü şəxs X12 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Salyan Rayon Məhkəməsinin 2(*57)1394/2*16 saylı, 14 sentyabr 2*16-cı il tarixli qətnaməsi ləğv edilməli, birinci iş üzrə yeni qətnamə qəbul edilərək İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Ərazi İdarəsinə və üçüncü şəxs X11 qarşı dövlət reyestrindən çıxarışın qismən ləğv edilməsi və torpaq sahəsinin istifadəsinə verilməsi tələbinə dair iddiası təmin edilməməli, Birləşdirilmiş ikinci mülki iş üzrə İddiaçı apellyasiya şikayəti təmin edilməməməli, Salyan Rayon Məhkəməsinin 2(*57)-679/2*17 saylı, 12 iyul 2*17-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.*.1, 385.2, 392, 393 və 4*5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Birləşdirilmiş birinci mülki iş üzrə üçüncü şəxs X12 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Salyan Rayon Məhkəməsinin 2(*57)1394/2*16 saylı, 14 sentyabr 2*16-cı il tarixli qətnaməsi ləğv edilsin. Birinci iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Ərazi İdarəsinə və üçüncü şəxs X11 qarşı dövlət reyestrindən çıxarışın qismən ləğv edilməsi və torpaq sahəsinin istifadəsinə verilməsi tələbinə dair iddiası təmin edilməsin. Birləşdirilmiş ikinci mülki iş üzrə İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Salyan Rayon Məhkəməsinin 2(*57)-679/2*17 saylı, 12 iyul 2*17-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş dövlət rüsumunun əvəzi 5 (beş) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq X11 ödənilsin. Ekspertiza tədqiqatının keçirilməsi ilə əlaqədar olaraq cəmi 15* (bir yüz əlli) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.