Məhkəmə qərarları › İş №2(106)-268/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-268/2025

28.10.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-268/2025 28.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Əsədov (sədrlik edən və məruzəçi), X4 və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, katib X5, cavabdehlərin iştirakı ilə, Saatlı Rayon Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Əligüşad qızının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı torpaq sahəsindən istifadəyə törədilən maneələrin aradan qaldırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: ünvan 1 ünvanında 0.06 hektar torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyatdan keçmiş, onun adına mülkiyyət hüququnu təsdiq edən xx.xx.2024-cü il çıxarış verilmişdir. Bundan başqa, ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Saatlı şəhəri, Mikayıl Müşfiq küçəsi 17 ünvanında 0.19998 hektar torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ əsasında Cavabdeh1 (fərdi yaşayış evi və 2/4 hissədə torpaq sahəsi), Cavabdeh2 oğunun (1/4 hissədə torpaq sahəsi) və X1 (1/4 hissədə torpaq sahəsi) adına qeydiyyatdan keçmiş, onların adına mülkiyyət hüququnu təsdiq edən xx.xx.2016-cı il tarixli çıxarış verilmişdir. İddiaçı Əligüşad qızı cavabdehlər Cavabdeh2, Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən tam mülkiyyət hüququ əsasında ona məxsus olan 0.06 hektar həyətyanı torpaq sahəsinə gələn yolda cavabdehlər tərəfindən quraşdırılmış dəmir darvazanın cavabdehlərin hesabına sökülərək yolun açılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər onun həyətyanı torpaq sahəsinə gələn yola dəmir darvaza qoymuşlar. Bununla da onun mülkiyyətində olan 0.06 ha torpaq sahəsinə gedən maşın yolu kəsilmişdir. Nəticədə o, həyətyanı torpaq sahəsinə maneəsiz giribçıxa bilmir. Birinci instansiya məhkəməsində Cavabdeh2 iddianı qəbul etməmiş, izahatında göstərmişdir ki, İddiaçı mane olmurlar. Mübahisəli dəmir qapı əvvəldən qoyulub və ordan gedib-gəlmişlər. İddiaçı evi sonradan inşa etmişdir. Həmin dəmir qapı iddiaçıya heç bir maneçilik törətmir. Birinci instansiya məhkəməsində Cavabdeh1 iddianı qəbul etməmiş, onun rədd olunmasını xahiş etmişdir. Saatlı Rayon Məhkəməsinin (hakim V.Qasımov) 28 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə İddiaçı Əligüşad qızının cavabdehlər Cavabdeh2, Cavabdeh1 qarşı maneələrin aradan qaldırılması barədə iddia tələbi təmin edilməmişdir. Qətnamədən İddiaçı Əligüşad qızı apellyasiya şikayəti vermişdir. Apellyasiyaşikayətinindəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edilməsini, mülkiyyətində olan 0.06 (altı sot) hektar həyətyanı torpaq sahəsinə gələn yolda quraşdırılmış dəmir darvazanın cavabdehlərin hesabına sökülməsi və yolun açılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətdə göstərilir ki, Saatlı şəhəri Mikayıl Müşfiq küçəsi 17A ünvanında yerləşən 0.06 (altı sot) hektar həyətyanı torpaq sahəsi onun mülkiyyətinə verilib. Sözügedən torpaq sahəsində fərdi yaşayış evi tikmiş və həmin evin bir otağında övladları ilə birlikdə yaşayır. Həyətyanı torpaq sahəsinə gələn yolu cavabdehlər bağlamaq məqsədi ilə orada dəmir darvaza qoyublar. Bununla da mülkiyyətində olan 0.06 hektar torpaq sahəsinə gedən yol kəsilib. Nəticədə öz həyətinə maneəsiz girib-çıxa bilmir və fərdi yaşayış evinin tikintisini də davam etdirə bilmir. Qətnamədə qeyd edilib ki, sökülməsini tələb etdiyi darvaza, evinin inşasından əvvəl quraşdırılmışdır. Lakin son bir neçə ildə evinə və həyətinə girib-çıxa bilmir. Cavabdehlər dəmir darvazanı bağlayırlar və bu səbəbdən saatlarla küçədə qalırlar. İzahatlar Prosessual məsələlər Apellyasiya baxışında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin olunmamasını xahiş etmiş və izahatında bildirmişdir ki, birinci instansiya məhkəməsində baxış keçirilmişdi, həmin vaxtda heç-bir maneə olmadığı müəyyən olunur. Qeyd olunan torpaq sahəsi bələdiyyə mülkiyyəti deyil. Ev və torpaq sahəsi anası Cavabdeh1 adınadır. İddiaçı 2010-cu ildən onunla mübahisə edir. Bələdiyyə həmin torpaq sahəsini birinci ona təklif etməli və satmalı idi. Lakin İddiaçı satdı. Darvaza qoyulan yer onun torpaq sahəsindədir. Cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin olunmamasını xahiş etmiş, izahatında bildirmişdir ki, iddiaçı ora gəlin gələndən onlarla yola getmir. Tez-tez əsassız olaraq barələrində Polisə şikayətlər edir. İddiaçı Əligüşad qızı və müstəqil tələb irəli sürməyən üçüncü şəxslə qismində cəlb olunmuş Saatlı şəhər bələdiyyəsi və cavabdehlərin ailə üzvü X2 apellyasiya baxışında iştirak etməmişlər. Saatlı şəhər bələdiyyəsi məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini və məhkəmə iclasının başqa vaxta keçirilməsini xahiş etmişdir. Kollegiya işə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işdə iştirak etməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddiaçı ünvan 1 ünvanında 0.06 hektar torpaq sahəsinin mülkiyyətçisi, cavabdehlər isə Saatlı şəhəri, Mikayıl Müşfiq küçəsi 17 ünvanında 0.19998 hektar torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi üzrə paylı mülkiyyətçilərdir. İddiaçı ona məxsus həyətyanı torpaq sahəsinə gedən yolda cavabdehlərin maneə yaratdığını iddia etməklə, torpaq sahəsinə gələn yolda quraşdırılmış dəmir darvazanın sökülməsini tələb etmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. İddia tələbi ilə bağlı Kollegiya aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İddiaçı mülkiyyətə edilən maneələrlə bağlı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsi əsasında iddia vermişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İddiaçının tələbinin təmin edilməsi üçün iddiaçı torpaq sahəsinin mülkiyyətçisi olmalı, cavabdehlər iddiaçını sahiblik hüququndan məhrum etmədən, ona əmlakından istifadə etməyə maneçiliklər törətməlidir. İddiaçının və cavabdehlərin mülkiyyətində olan həyətyanı torpaq sahələrinin koordinatları müəyyən edilməsi, eləcə də iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsinə gələn yolda quraşdırılmış dəmir darvazanın tikinti normalara uyğun quraşdırılıb-quraşdırılmadığı, habelə darvazanın iddiaçının gediş-gəlişinə hər-hansı maneə törədib-törətməməsi müəyyən edilməsi üçün apellyasiya baxışında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri xidmətinin rəyi alınaraq müvafiq mühəndis-exniki ekspertizası keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 avqust 2025-ci il tarixli, 10/4234 nömrəli rəyinə görə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin Yerquruluşu təşkili şöbəsinin mühəndisi Elçin Kərimovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: “İddiaçı adına qeydiyyatdan keçmiş ünvan 3 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin, Cavabdeh1 və başqalarının ümumi birgə mülkiyyətində olan Saatlı şəhəri, Mikayıl Müşviq küçəsi 17 ünvanında yerləşən 0.19998 ha torpaq sahəsinin həmçinin, mülkiyyətdən əlavə faktiki istifadəsində olan 0.3460 ha torpaq sahəsinin sərhədləri və döngə nöqtə koordinatları müəyyən edilərək mütəxəsis rəyinə əlavə edilmiş yerquuruluşu planında əks olunmuşdur. Mübahisəli dəmir darvazanın yerləşdiyi torpaq sahəsi cavabbdehlərin istifadəsində olmaqla bələdiyyə mülkiyyətindədir. İddiaçı mülkiyyətinə verilmiş 0.06 ha həyətyanı torpaq sahəsinə dəmir darvazadan başqa yalnız bir piyada yolu var ki, o da cavabdehlərin mülkiyyətinə verilmiş 0.19998 ha torpaq sahəsinin yaxınlığında və onların istifadələrində (sahibliyində) olan torpaq sahəsindən keçir.” Kollegiya ekspert rəyini sübut olaraq qəbul edir. Beləliklə, izahatlarla və ekspert rəyi ilə müəyyən edilir ki, iddiaçının mülkiyyətində olan həyətyanı torpaq sahəsinə gələn və bələdiyyə mülkiyyətinə olan ərazidə cavabdehlər dəmir darvaza qoymaqla yolu bağlamışlar. Bu, iddiaçının həyətinə giriş-çıxışa mane olur. Cavabdehlər etirazında iddiaçının giriş-çıxışı üçün başqa yolun mövcud olduğunu iddia etsələr də ekspert rəyindən görünür ki, digər bir piyada yolu cavabdehlərin mülkiyyətinə verilmiş 0.19998 ha torpaq sahəsinin yaxınlığında olmaqla onların istifadələrində (sahibliyində) olan torpaq sahəsindən keçir. Azərbaycan Respublikasının MPM-nin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələbinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya hesab edir ki, iddiaçı öz tələbini əsaslandıra və sübuta yetirə bilmişdir. Cavabdeh tərəf etirazında iddiaçının evinin mübahisəli darvazadan sonra inşa edildiyini bildirmişlər. Kollegiya hesab edir ki, iddiaçıya məxsus tikilinin sonradan inşa edilməsi iddianın rədd edilməsi üçün əsas deyildir. Belə ki, darvazanın qoyulduğu ərazi bələdiyyə mülkiyyətində olmaqla ümumi istifadədə olan ərazidir. Cavabdeh tərəf etirazında həm də onu bildirmişdir ki, sözügedən torpaq sahəsini bələdiyyə iddiaçıya deyil, onlara satmalı idi. Lakin bu hal da iddiaçının hazırki tələbinin rədd edilməsi üçün əsas deyil. Göstərilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə əsassız nəticəyə gəlmişdir. Ona görə də qətnamə ləğv edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin ləğvi üçün əsasdır. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia təmin edilməli, iddiaçıya məxsus olan 0.06 hektar həyətyanı torpaq sahəsinə gələn yolda cavabdehlər tərəfindən quraşdırılmış dəmir darvaza cavabdehlərin hesabına sökülərək yolun açılması təmin edilməlidir. Apellyasiya şikayəti və iddia tələbi təmin edildiyindən iddianın və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumuna görə 150 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq İddiaçı Əligüşad qızına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qətetdi: İddiaçı Əligüşad qızının apellyasiya şikayəti təmin edilsin. Saatlı Rayon Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, 2(055)-1162/2024 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən tam mülkiyyət hüququ əsasında İddiaçı Əligüşad qızına məxsus olan 0.06 hektar həyətyanı torpaq sahəsinə gələn yolda quraşdırılmış dəmir darvaza Cavabdeh2 və Cavabdeh1 hesabına sökülərək yolun açılması təmin edilsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar dövlət rüsumlarının əvəzi- 150 manat məbləğində pul vəsaiti Cavabdeh2 və Cavabdeh1 tutularaq İddiaçı Əligüşad qızına ödənilsin. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar