Məhkəmə qərarları › İş №2(106)-272/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-272/2025

11.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-272/2025 11.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X11 və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbi və eyni zamanda iddiaçı Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair mülki iş üzrə Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(022)-305/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixli, 3M-459 Reyestr nömrəli “Kredit Müqaviləsi” əsasında, əsas borc kimi 160 000 AZN, gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu kimi 10.666,67 AZN, pulu qaytarmayaraq özündə saxlamaqla əsassız varlanmaya görə 44666,66 AZN və bu pulun cavabdehdə qaldığı dövr ərzində iddiaçının itirdiyi əldən çıxmış faydaya görə 44 666,66 AZN olmaqla, cəmi 259 999,99 (iki yüz əlli doqquz min doqquz yüz doxsan doqquz manat, doxsan doqquz qəpik) pul vəsaitinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 3M-459 reyestr nömrəsi altında qeydiyyata alınan kredit müqaviləsi əsasında o, 160.000 (yüz altmış min) manat pulu Cavabdeh borc olaraq vermişdir. Bunu təsdiq edən xx.xx.2022-ci il tarixli, 3M-Reyestr nömrəli kredit müqaviləsi iş materialına əlavə olunmuşdur. Lakin cavabdeh həmin pulların ona qaytarılmasından hər dəfə müxtəlif bəhanələrlə yayınır. Nəticədə məsələnin məhkəmə qaydasında həll olunması zərurəti yaranmışdır. Belə ki, həmin pul vaxtında ona qaytarılsaydı, o bu puldan səmərəli şəkildə istifadə edər, pulu gəlir gətirən digər işə qoyar və ondan daha çox fayda əldə edə bilərdi. Lakin, cavabdeh iddia edilən məbləği vaxtında geri qaytarmamaqla, bu puldan məhrum olmuş, onun pulu hesabına əsassız varlanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixdə, 3M-459 reyestr nömrəsi altında qeydiyyata alınan kredit müqviləsi onunla cavabdeh arasında bağlansa da, həmin tarixdə qeyd olunan kredit müqaviləsindən başqa onunla Cavabdeh arasında onun cavabdehdən 160.000 manat pul tələbi ilə bağlı hər hansı bir razılaşma olmamışdır. Ona görə də cavabdehin təqdim etdiyi xx.xx.2022-ci il tarixli «kredit müqaviləsinə əlavə»dəki imza ona məxsus deyildir. Cavabdeh iddiasını rədd edir. İddiaçı Cavabdeh xx.xx.2022-ci il tarixli, 3M-459 reyestr nömrəli kredit müqüviləsi əsasında, əsas borc kimi 160 000 AZN, gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu kimi 10.666,67 AZN, pulu qaytarmayaraq özündə saxlamaqla əsassız varlanmaya görə 44 666,66 AZN və bu pulun cavabdehdə qaldığı dövr ərzində itirdiyi əldən çıxmış faydaya görə 44 666,66 AZN olmaqla, cəmi 259 999,99 (iki yüz əlli doqquz min doqquz yüz doxsan doqquz manat, doxsan doqquz qəpik) pul vəsaitinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə müraciət edərək, real olaraq görülmüş işə görə aparılmış hesablaşmalar nəticəsində borclu olduğu 138000 (yüz otuz səkkiz min) manat pulun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbi onunla əsaslandırılmışdır ki, Bədirov X5 Afaq Bahadir qızı ilə 2019-cu ilin mart ayında tanış olmuşdur. Mülkiyyətçisi olduğu "xxxx" MMC şirkəti ilə cavabdeh fiziki şəxs İddiaçı arasında Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 15-də hündür mərtəbəli bağ evi inşa edilməsini razılaşmışlar. Həmin razılaşmaya əsasən Cavabdeh şəxsində "xxxx" MMC şirkəti qeyd edilən ünvanda sahəsi 720 kv.m olan, aşağı hissəsi zirzəmi olmaqla, 3 mərtəbəli fərdi bağ evinin tikintisini aparmalı idi. Aşağı hissədə olan zirzəmidə hovuz, qeyriyaşayış sahəsi təyinatlı tikililər inşa edilməli idi. Tikintidə istifadə olunacaq tikinti materialları keyfiyyətli olmaqla, tikiləcək evin hər kvadrat metr sahəsinin qiymətini 400 manatdan hesablamışlar. X12 ilə Cavabdeh şəxsində "xxxx" MMC arasında xx.xx.2019-cu il tarixdə podrat müqaviləsi bağlanmış, həmin müqavilə imzaları ilə təsdiq edilmişlər. Müqavilənin şərtinə görə fərdi evin ümumi tikintisi (təmirsiz) 135000 (yüz otuz beş min) manat dəyərləndirilmişdir. Müqaviləyə əsasən ilkin ödəniş 30000 manat pul ödənildikdən sonra, Cavabdeh tikinti işlərini aparmağa başlamışdır. Evin zirzəmisində nəzərdə tutulmuş tikintinin layihəsində Afaq xanım dəyişiklik etmiş, zirzəmi kimi nəzərdə tutulmuş qeyri-yaşayış sahəsi, yaşayış sahəsi kimi layihəyə əlavə edilmişdir. Bu səbəbdən də evin razılaşdıqları 720 kv.m tikinti sahəsi dəyişdirilərək 950 kv.m sahəyə çevrilmişdir. Həmin dəyişikliyin aparılmasına tələb olunan 22000 manat xərclər smetasını Afaq xanıma təqdim etmişdir. Fərdi ev ümumilikdə dörd mərtəbəli tikildikdən sonra, müəyyən dövlət orqanları mansarın tikintisinə icazə vermədikləri üçün həmin əlavə tikili və pilləkən sökülmüş, Cavabdeh evin tikintisini apardığı müddətdə Afaq xanımdan hissə-hissə pullar alıb tikintiyə yatırmağa başlamışdır. O, Afaq xanıma dəfələrlə zəng vuraraq gəlib tikintiyə baxmasını bildirmiş, Afaq xanım tikintiyə baxanda tikinti zamanı təkliflərini bildirmiş, dəyişdirmək istədiyi hissələrini isə dəyişdirmişdir. Tikintinin aparılması zamanı Afaq xanımla aralarında heç bir narazılıq yaranmamış və hətta ondan xəbərsiz tikintiyə istifadə etdiyi daşı, sementi və digər materialları yoxlatdırmış və heç bir problem yaranmamışdır. O, tikintini razılaşdıqları vaxtdan tez qutardığı üçün təmirə başlamağı Afaq xanıma bildirmişdir. Belə ki, razılaşmaya görə 2020-ci ilin sentyabr ayında təmirə başlamalı olduğu halda, tikintini vaxtından tez qutardığı üçün 2019-cu ilin sonunda təmirə başlamışdır. Tikinti və təmir işləri görülərkən Afaq xanımın tikintinin aparılmasına görə ona verdiyi pulları özü qeyd etdiyi kimi, o da özündə və eyni zamanda ofisdə kompüterdə qeydiyyatlar aparmışdır. Təmir-tikinti işləri zamanı Afaq xanım özü təmirə nəzarət edib göstəriş verdiyi halda, sonrakı vaxtlarda onunla gələn tanışı Sahilin də tikintiyə dair fikirləri ortaya çıxdığı üçün o artıq kimin fikirləri ilə qərarlaşacağını bilməmiş və bu barədə Afaq xanıma əlavə xərcələrin yarandığını bildirmişdir. Son aylarda tikintiyə Sahil adlı tanışı ilə yanaşı, həm də onun Aynur adlı bacısı müdaxilə etmişlər. Afaq xanım isə yalnız Aynurun fikirləri ilə razılaşıb tikinti işlərini davam etdirməyini ona tapşırmış, digər şəxslərin fikirlərinə əhəmiyyət verməməyini bildirmişdir. Belə ki, 2020-ci ilin oktyabr ayında Afaq xanım evin damının rəngini bəyənmədiyini, ona görə də sökməyini ona bildirdikdə o, yağışların bitməsindən sonra damı sökəcəyini bildirmişdir. Afaq xanım bağ evinə qəhvəyi rəngdə dam örtüyü vurulmasını istəmişdir. O da onun göstərişi ilə evin damını sökdürmüşdür. Belə ki, Afaq xanım gələcəkdə evin qarşısındakı torpaq sahəsini almaq fikri olduğu üçün evinin baxışı üzünün göstərdiyi istiqamətdə tikilməsini sifariş vermişdir. Cavabdeh ona təmirtikinti ilə bağlı problemin olmadığını, tikinti və təmirdə kefiyyətli mallardan istifadə edildiyini ona dəfələrlə bildirmişdir. Bağ evinin tikintisində 300 marka betondan, mişar daşından, 300 marka sementdən, rus istehsalı armaturdan, Akdeniz şpaklyovkasından, Gilan firmasının alçipanından, Aktel firmasının elektrik xətlərindən, türk firmalarının santexnika materiallarından, İtaliya istehsallı istifol materiallarından, Mətanət və Misterfiks matasından istifadə edilmişdir. Elektrik xətlərinin çəkilişi zamanı onluq xətdən giriş kimi, razetkaları dördlük xətdən, paylanmaları isə 2,5-lik xətdən istifadə etməklə çəkmişdir. Aralarında olan müzakirəyə əsasən, damın dəyişilməsi üçün lazım olan əlavə xərc təxminən 5000 manat pul etmiş, o həmin məbləği ona təklif etmişdir. Nərimanov RPİ-də 13 may 2022-ci il tarixli qərarda təhqiqat materiallarında verilən Ədliyyə Nazirliyinin məhkəmə tikinti ekspertiza rəylərində çəkilən xərclərin 175153,37 manat olduğu, AR Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin 01 mart 2022-ci il tarixli, 10/271 saylı rəyində 19 mart 2019-cu il tarixdən avqust 2019-cu ilə qədər müddətdə olan orta bazar qiyməti nəzərə alınmaqla xərc müəyyən edilmişdir. Həmin qərarda dekabr 2019-cu il tarixdən mart 2021-ci il tarixə qədər müddət ərzində yaşayış evində müxtəlif növ təmir işləri aparıldığından, həmin evdə aparılan təmir-tikinti, yenidən qurma işlərinin bazar qiymətlərinə uyğun dəyərini dəqiqliklə müəyyən etmək mümkün olmadığından rəy natamam olmuşdur. Belə ki, ümumi razılaşdıqları 280.000 manatdan həmin məbləği çıxar, lakin Afaq xanım ondan pulu qəbul etməyib işini davam etdirməsini bildirmişdir. Afaq xanımın verdiyi məbləğ də onunla notarial qaydada bağladıqları 160000 manatlıq kredit müqaviləsinin daxilindədir. Odur ki, həmin kredit müqaviləsi ilə bağlı hər hansı köçürmə edilməsi və yaxud bank vasitəsi ilə həmin pulun alınması barədə notarial hərəkəti edilməmişdir. Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 15-ci dalan 1571 K saylı ünvanda 0.06 ha torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə aid X1 xx.xx.2023-cü il rəyində yekun məbləğ 38874.76 min manat müəyyən edilmişdir. Bu rəyi təqdim edərək bildirir ki, İddiaçı adına olan bağ evinə tikintiyə ümumilikdə, bu ekspert rəyində göstərilən 38874.76 manatdan çox xərc çəkilmişdir. Cavabdeh normal hesablamaq üçün şərait yaratmamış və bağ evini digər şəxslərə satmaqla, ekspert mütəxəssislərin ətraflı baxış keçirməsinə şərait yaratmamışdır. O onu xərclərin nəzərdə tutulduğundan artıq olacağı barədə əvvəlcədən məlumatlandırmışdır. O isə cavabında çatışmazlığın da ödəniləcəyini bildirmişdir. Onda olan sənədlər əsasında çəkilən xərclər ümumilikdə 460 000 manatdan yuxarı olsa da, 09 avqust 2023-cü il tarixli 114 saylı ekspertiza rəyində də çəkilən xərclərin 388774,76 manat göstərilir. Ekspert rəyində tikinti-təmir işlərinin qiymətləndirilməsi zamanı aparılan tikinti işlərinin hamısı ekspertiza rəyində əhatə edilmədiyi və tam qiymət əldə edilmədiyi göstərilir. Bundan əlavə, ona təhdidlər etdiyi üçün 160 000 manat həcmində bağlanmış nisyə kredit müqaviləsi üzrə ona 38 000 manat həcmində pul qaytarılmışdır. Belə ki, o pulların qaytarılmasına Məmmədov Afaqın hədələri, hədə dolu mesajları, hədəqorxu tələbləri əsasında əsassız varlanmasının nəticəsində baş vermişdir. Belə ki, o həmin müqavilə üzrə 38000 manat, ümumilikdə real aldığı 280.000 manatdan 38.000 manat qaytarmaqla, cavabdehdən aldığı pulun məbləği 242.000 manat olmuşdur. Bildirir ki, 135 000 manatlıq müqavilədən sonra, ümumilikdə verdiyi 280.000 manatın təminatı üçün aralarında İddiaçı təkidi ilə əlavə 160.000 manat məbləğində kredit müqaviləsi bağlanmışdır. İddiaçı ilə 18 mart 2022-ci il tarixdə 160.000 manat məbləğində real olmayan kredit müqaviləsinin bağlanmasının başlıca səbəbi podrat müqaviləsi üzrə hissə-hissə ödənilmiş 135.000 manat pulun və tikintinin gedişində 135.000 manatın üzərinə gəlməklə ona verilmiş 145000 manat, ümumilikdə isə 280.000 manat verdiyi pulun rəsmiləşdirilməsi məqsədi daşımışdır. Belə ki, 13 may 2022-ci il tarixli Nərimanov RPİ-nin qərarında tikintinin ümumilikdə 356.000 manat başa gələcəyi planlaşdırılmışdır. Bu dövrə qədər cavabdehin çəkdiyi xərclər ümumilikdə müqavilə öhdəlikləri də daxil olmaqla 280.000 manat olmuşdur. Hədə-qorxularla, 18 mart 2022-ci il tarixli formal, real olmayan başqa əqdi pərdələmək üçün bağlanan müqavilə üzrə kredit verilməsi müəyyən edilmiş 160.000 manatdan 38.000 (otuz səkkiz min) manat əsassız geri alınmışdır. Hesabların qarşılıqlı üzləşməsi əsası ilə İddiaçı Cavabdeh 388.7476-242.000 manat=138000 manat ödənilməli öhdəliyi vardır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)- 1703/2024 saylı qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə 2(106)-1703/2024 nömrəli mülki iş, Biləsuvar Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə 2(022)-305/2024 nömrli mülki işə birləşdirilmişdir. Birinci instansiya məhkəməsində icraat Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(022)-305/2024 saylı qətnaməsi ilə (hakim N.Mirzəyev) İddiaçı iddiası qismən təmin edilmiş, Cavabdeh 133000 (yüz otuz üç min) manat və bank faizinin uçot dərəcəsi nəzərə alınmaqla 8866 (səkkiz min səkkiz yüz altmış altı) manat və ödənilmiş dövlət rüsumuna görə 423 (dörd yüz iyirni üç) manat pulun alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə rədd edilməsi, Cavabdeh İddiaçı qarşı 138.000 (yüz otuz səkkiz min) manat pul tələbinə dair iddiasının təmin edilməməsi, Cavabdeh ekspertiza tədqiqinin dəyəri olan 124 (yüz iyirmi dörd) manat pulun alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İş materiallarında olan 18 mart 2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı 160.000 manat pulu Cavabdeh xx.xx.2022-ci il tarixə kimi qaytarmaq şərti ilə borc olaraq vermişdir. İş materiallarında olan 18 mart 2022-ci il tarixli mədaxil orderindən görünür ki, Məmmədova X9 ASC-nin “Qərb” filialı vasitəsilə 160.000 manat pulu (VÖEN: **********) təhvil vermişdir. İş materiallarında olan 22 mart 2019-cu il tarixli podrat müqaviləsindən görünür ki, müqavilə tərəfi olaraq "xxxx" MMC öz materiallarından istifadə etməklə ünvan 1 ünvanında fərdi yaşayış evinin tikintisini təhvil verməyi, sifarişçi isə həmin fərdi yaşayış evini qəbul etməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə üzrə təhvil veriləcək fərdi yaşayış evinin tikinti işlərinin ümumi dəyəri 135000 (yüz otuz beş min) manat təşkil edir. Sifarişçi həmin məbləğin 30000 (otuz min) manatını müqavilə bağlandığı gün ödəyir. Qalan 105000 (yüz beş min) manatını isə 5 ay ərzində hər ay 21000 (iyirmi bir min) manat olmaqla xx.xx.2019-cu il tarixədək ödəməyi öz üzərinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı, №1435135 saylı Çıxarışdan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi 1571K saylı bağ sahəsində 0.06 ha toraq sahəsi İddiaçı adına (reyestr nömrəsi **********33 olan, tam pay olmaqla, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2018-ci il tarixli) daşınmaz əmlakın dövlət reyestrində 850 nömrəli reyestr kitabının 80588 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan “X10”nin 09 avqust 2023-cü il tarixli 114 saylı qiymətləndirmə rəyində aparılmış tədqiqatlar nəticəsində ünvan 2 ünvanda, 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin tikintisinə və təmirinə sərf edilən vəsaitin 388.774.76 manat müəyyən edildiyi göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-nin 01 mart 2022-ci il tarixli 10/271 nömrəli ekspertiza rəyində göstərilmişdir ki, ünvan 3 ünvanda yerləşən bağ sahəsində tikilmiş fərdi bağ evinin 2019-cu ilin mart ayından 2019-cu ilin avqust ayınadək olan müddət ərzində orta bazar qiyməti nəzərə alınmaqla tikintisinə və 2019-cu ilin dekabr ayından 2021-ci ilin mart ayınadək olan müddət ərzində fərdi yaşayış evində müxtəlif növ və eləcə də gizli təmir işləri aparıldığından və həmin evdə aparılan təmir tikinti və yenidənqurma işlərinin bazar qiymətlərinə uyğun dəyərini dəqiqliklə müəyyən etmək mümkün deyildir. Lakin iş materiallarına əlavə olunmuş mütəxəssis rəyinə əsasən ünvan 3 ünvanda yerləşən bağ sahəsində tikilmiş fərdi yaşayış evi üzrə aparılmış təmir-tikinti işlərinə çəkilmiş xərcin orta bazar qiymətinə uyğun olaraq təqribən 175153.37 manat təşkil etdiyi müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 11 iyul 2024-cü il tarixli, 4/953 saylı ekspert rəyində İddiaçı ilə Cavabdeh adlarından olan xx.xx.2022-ci il tarixli «Kredit müqaviləsinə əlavə»nin aşağı hissəsində «Birinci tərəf, borc verən» qrafasında «İddiaçı» yazılarının qarşısında olan imzanın İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu göstərilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; İddiaçı Cavabdeh iddia ərizəsindən görünür ki, iddiaçı 160000 manat həcmində bağlanmış kredit müqaviləsi üzrə İddiaçı tərəfindən təhdidlərə məruz qaldığı üçün ona 38000 (otuz səkkiz min) manat həcmində pul qaytardığını göstərmişdir. İşin yuxarıda qeyd olunan hallarından görünür ki, notariusun depozit hesabına köçürülməklə İddiaçı tərəfindən Cavabdeh 160000 manat pulun verilməsi təsdiq olunsa da, tərəflər arasında mövcud münasibət borc müqaviləsi ilə pərdələnmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqdir. Yanan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin qədi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Məhkəmə belə hesab edir ki, Cavabdeh İddiaçı 160000 manat pul almış, həmin puldan 27000 manat qaytarsa da, 133000 (yüz otuz üç min) manatını müxtəlif əsaslar gətirməklə qaytarmaqdan imtina etmişdir. Məhkəmə belə hesab etmişdir ki, Cavabdeh İddiaçı 138000 (yüz otuz səkkiz min) pul tələbi əsassızdır. Belə ki, iş materialları və tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında fərdi yaşayış evinin tikintisinin başa çatdırılmasından sonra əldə edilmiş razılaşmaya uyğun olaraq həmin yaşayış evinin təmiri başa çatdırılmamışdır. Bundan əlavə, Cavabdehdən evin təmir və tikintisi ilə bağlı 242000 manat pul aldığını və 160000 manat pulun da aralarında olan razılaşmaya əsasən həmin məbləğə hesablandığını göstərsə də, iş materiallarında olan yuxarıda qeyd olunan Məhkəmə Ekspertizası Mərkəzinin 11 iyul 2024- cü il tarixli 4/953 saylı ekspert rəyində xx.xx.2022-ci il tarixli «Kredit müqaviləsinə əlavə»nin aşağı hissəsində «Birinci tərəf, borc verən» qrafasında «İddiaçı» yazılarının qarşısında olan imzanın İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu göstərilmişdir. Bundan əlavə, iş materiallarından görünür ki, 22 mart 2019-cu il tarixli podrat müqaviləsi hüquqi şəxs olaraq "xxxx" MMC ilə İddiaçı arasında bağlanmışdır. Belə ki, iddia tələb hüququ olmayan şəxs Cavabdeh tərəfindən verilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2, 385.1, 386.1, 449.1, 752, 753.1 753.2 753.3, 759.2, 1091.1, 1091.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1, 76.2, 78.1, 89.1, 107, 119-cu maddələri, «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarı, “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarı ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 6 saylı Notariat Ofisində rəsmiləşdirilmiş xx.xx.2022-ci il tarixdə qeydiyyatdan keçmiş 3M-459 reyestrli kredit müqaviləsinə əlavə edilmiş 160 000 manat məbləğində kreditin alınmasını təsdiq edən №624253 saylı qəbzdə Cavabdeh adının qarşısında qoyulan imzanın onun tərəfindən icra edilib–edilməməsi barədə ekspertiza təyin edilməsini xahiş etmişdir. Eyni zamanda ekspert qarşısında hansı suallar qoyulmasını vəsatətdə göstərsə də, birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Belə ki, hüquqlarını müdafiə etdiyi Cavabdeh AR MPM-nin 106-cı maddəsi əsasında məhkəmə baxışında verdiyi ifadədə də bildirmişdir ki, 6 saylı Notariat Kontorunun hesabından bank vasitəsi ilə 160000 manat alması barədə qəbzdə onun qarşısında qoyulan imzalar, Mərdan tərəfindən çəkilməmiş, icra edilməmiş və son nəticədə ona məxsus olmadığını bildirir. Mülki işin əhəmiyyətli halını təşkil edən bu mövqe xəttşünaslıq ekspertizası vasitəsi ilə yoxlanmalı olduğu halda, məhkəmə tərəfindən təmin edilməməsi ədalətli məhkəmə baxışının aparılmaması faktı kimi qiymətləndirilməlidir. Hesab edir ki, məhkəmə tərəfindən AR MPM-nin 380-cı maddəsinin, tələblərinə zidd olaraq, sübutların araşdırılmaması nəticəsində səhv qərar qəbul edilmişdir. AR MPM-nin 372-ci maddəsinə əsasən, məhkəmə sübutların araşdırılmamasının mümkün olmadığını əsaslandırmalıdır. Lakin, birinci instansiya məhkəməsi tərəfindən belə əsaslandırma edilməmişdir. Mülki işin halları ilə bağlı bildirir ki, təqdim etdikləri X1 rəyində mübahisələndirilən ev tikinisində 388.000 manatlıq iş görülməsi təsdiqini tapır. Belə ki, ilkin podrat müqaviləsində 135000 manatlıq məbləğ əsasında 2019-cu ildə fundamentdən ev tikintisi başlamışdır. Evin fundamentdən tikintisinə podrat müqaviləsi üzrə 135000 manatdan əlavə Məmmədov Afaq tərəfindən hissə-hissə 150.000 manat verilmə nəticəsində xərclər 285.000 manat olmuşdur. Məhkəmə araşdırmasında bütün hallarda X8 onun mübahisələndirdiyi, bağladığı, lakin real olaraq ödəmədiyi 160.000 məbləğ kredit müqaviləsinə qədər, ümumilikdə 285.000 manat pul xərclədiyini izahatlarıyla bildirmişdirlər. Belə ki, ilkin ekspertiza rəyində də, X12 ilə bağlanmış podrat müqaviləsinin məbləği 135.000 manat olsa da, görülən işlərin dəyəri 175. 000 manat qiymətləndirilmişdir. Son nəticədə 388.000 manatlıq iş görülməsi barədə ekspertin rəyində hələ görülmüş və hesablanmamış hissələr də vardır. Nəsimi Rayon Məhkəməsinə verilmiş iddia Biləsuvar Rayon Məhkəməsinə İddiaçı Bahar qızının tərəfindən verilmiş iddia ilə paralel İddiaçı Bahar qızı tərəfindən verilmiş iddia ilə paralel baxılmalı olduğu halda, bu vəzifə və mövqe birinci instansiya məhkəməsi tərəfindən tam araşdırılmamış və nəticədə işin halları ilə məhkəmənin qətnaməsində uyğunsuzluq vardır. İşdə mövcud tələblər var, hakim isə bu tələbləri tam aydınlaşdırmamışdır. Mülki iş materiallarında müstəqil məhkəmə ekspertizasının Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 15-ci dalanda yerləşən bağ sahəsində ekspertizanın keçirildiyi 24 avqust 2021-ci il tarixə olan təmir-tikinti işlərinə çəkilmiş xərclərin bazar qiymətlərinə uyğun olaraq 175153.37 manat müəyyən edilmişdir. Həmin ekspertiza rəyində evin istismara yararlı olmadığının səbəbi kimi evi tikililərinin təmirsiz vəziyyətdə olduğu, kanalizasiya, istilik, su, elektrik və qaz təchizatı ilə təmin olunmadığı üçün tədqiqat aparılmadığı bildirilir. Bundan başqa, mülki işdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərar bu işdə cinayət təqibinin rədd edilməsi ilə bağlı olan qərarlarda göstərilən İddiaçı aid izahatlar, Cavabdeh aid izahatlarda ümumilikdə Cavabdeh 285 000 manat pulun verilməsi faktı və 160.000 manat kreditin verilməsi ilə bağlı müqavilənin formal olduğu AR MM-nin 337-340-cı maddələrinə əsasən, görüntü xarakterli real nəticə yaratmayan əqd olmasını məhz ekspertiza təyin etməklə, müəyyən edilməsi mümkün olduğu halda, məhkəmə tərəfindən təmin edilməmiş, son nəticədə çıxarılmış qətnamə əsassız və qanunsuz olmuş, nəticədə tərəflərin bu mülki mübahisədə bərabərlik hüququ pozulmuşdur. Hesab edir ki, bu hüquqi əhəmiyyətli dəlillər aydınlaşdırılmamışdır. Ona görə də Biləsuvar Rayon Məhkəməsinin 2(022)-305/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin tam ləğv edilməsi, İddiaçı iddia tələbinin təmin edilməməsi, aparılmış qarşılıqlı hesablamaların nəticəsində 138 000 manat məbləğin cavabdeh İddiaçı alınıb Cavabdeh verilməsi barədə iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2022-ci il tarixli, 3M-459 reyestr nömrəsi altında notarial qaydada qeydiyyata alınan kredit müqaviləsi əsasında, 160.000 AZN pulu Cavabdeh borc olaraq verməsi işin mübahisəsz halıdır. Çünki bu faktı birinci instansiya məhkəməsinin “pulun depozitə qoyulmaqla verilməsi və cavabdeh tərəfindən götürülməsi barədə” olan sorğusuna notariat ofisi tərəfindən verilən cavabbirmənalı olaraq təsdiq etmişdir. Belə ki, Cavabdeh İddiaçı 160.000 AZN borc pul aldığı, həmin puldan 27.000 AZN hissəsini qaytardığı, lakin 133.000 AZN hissəsini müxtəlif əsaslar gətirməklə hələ də, qaytarmadığı-məhkəmə qaydasında sübuta yetirilmişdir. Eyni zamanda bildirir ki, işin məhkəmə gedişatı zamanı, cavabdeh öz çıxışında müxtəlif bəhanələrlə borc aldığı pulları qaytarmaqdan yayınmağa çalışsa da, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş faktiki hallarına-maddi və prosessual hüquq normalarının tələblərinə müvafiq hüquqi qiymət verərək, İddiaçı iddiasının qismən təmin edilməsini və Cavabdeh 133.000 AZN və MM-nin 449.1-ci maddəsinə əsasən bank faizinin uçot dərəcəsi nəzərə alınmaqla 8.866 AZN pulun alınaraq İddiaçı verilməsini, habelə Cavabdeh İddiaçı qarşı 138.000 AZN pul tələbinə dair iddiasının rədd edilməsini qət etmişdir. Odur ki, İddiaçı Cavabdeh verdiyi borc pulu, notarial qaydada verməsi faktı, məhkəmədə öz təsdiqini tapmış və artıq bu faktın mövcudluğu işin mübahisəsiz olduğunu sübuta yetirir ki, belə olan halda verilmiş apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunur. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bədirov X6 Rayon Məhkəməsinin 2(022)- 305/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin tam ləğv edilməsi, İddiaçı iddia tələbinin təmin edilməməsi, aparılmış qarşılıqlı hesablamaların nəticəsində 138 000 manat məbləğin cavabdeh İddiaçı alınıb Cavabdeh verilməsi barədə iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Cəfərov X7 Rayon Məhkəməsinin 2(022)-305/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin tam ləğv edilməsi, İddiaçı iddia tələbinin təmin edilməməsi, aparılmış qarşılıqlı hesablamaların nəticəsində 138 000 manat məbləğin cavabdeh İddiaçı alınıb Cavabdeh verilməsi barədə iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.3-cü maddəsinə əsasən, əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Biləsuvar Rayon Məhkəməsinin 2(022)-305/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin tam ləğv edilməsi, İddiaçı iddia tələbinin təmin edilməməsi, aparılmış qarşılıqlı hesablamaların nəticəsində 138.000 manat məbləğin cavabdeh İddiaçı alınıb Cavabdeh verilməsi barədə iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarındakı hüquqi mövqeyinə və formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olubolmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə Ona görə də məhkəmə tərkibi Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(022)-305/2024 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, maddi və prosessual hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Qeyd edilməlidir ki, hazırkı mülki iş çərçivəsində bir icraatda birləşdirilmiş iki iddia tələbi mövcuddur və bu tələblər tərəflərin qarşılıqlı hüquq və öhdəliklərindən irəli gələn mülki münasibətlər əsasında formalaşmışdır. İlk növbədə qeyd edilməlidir ki, X4 iddiasının əsasını xx.xx.2022-ci il tarixli, 3M-459 Reyestr nömrəli “Kredit Müqaviləsi” təşkil etmişdir. Belə ki, o, Cavabdeh xx.xx.2022-ci il tarixli, 3M-459 Reyestr nömrəli “Kredit Müqaviləsi” əsasında, əsas borc kimi 160 000 AZN, gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu kimi 10.666,67 AZN, pulu qaytarmayaraq özündə saxlamaqla əsassız varlanmaya görə 44666,66 AZN və bu pulun cavabdehdə qaldığı dövr ərzində iddiaçının itirdiyi əldən çıxmış faydaya görə 44 666,66 AZN olmaqla, cəmi 259 999,99 (iki yüz əlli doqquz min doqquz yüz doxsan doqquz manat, doxsan doqquz qəpik) pul vəsaitinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi X4 iddia tələbini qismən təmin edərkən göstərmişdir ki, notariusun depozit hesabına köçürülməklə İddiaçı tərəfindən Cavabdeh 160000 manat pulun verilməsi təsdiq olunsa da, tərəflər arasında mövcud münasibət borc müqaviləsi ilə pərdələnmişdir. Daha sonra Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqdir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Birinci instansiya məhkəməsi X4 iddia tələbinə hüquqi qiymət verərkən Cavabdeh tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə əsassız varlandığını qeyd etmişdir. Məhkəmə belə hesab etmişdir ki, Cavabdeh İddiaçı 160000 manat pul almış, həmin puldan 27000 manat qaytarsa da, 133000 (yüz otuz üç min) manatını müxtəlif əsaslar gətirməklə qaytarmaqdan imtina etmişdir. Birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətlərin həqiqi mahiyyətini, həmin münasibətlərdən doğan öhdəlikləri və müvafiq olaraq da tətbiq olunmalı olan maddi hüquq normasını düzgün müəyyən edə, eləcə də tətbiq etdiyi maddi hüquq normasını, tərəflərin öhdəliklərinin dairəsini tənzimləyən MM-nin müvafiq maddələrini hazırkı işin mübahisəsiz olan faktiki halları baxımından düzgün tətbiq edə bilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəflər arasında bağlanmış xx.xx.2022ci il tarixli, 3M-459 Reyestr nömrəli “Kredit Müqaviləsi”-ni yalan əqd hesab etməklə, həmçinin Mülki Məcəllənin əsassız varlanmadan bəhs edən normalarına istinad edərək yanlış nəticəyə gəlmişdir. Nəticə etibarilə, Cavabdeh tərəfindən hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə edilməsi halı mövcud olmadığından, əsassız varlanma institunun tətbiqi üçün qanuni əsas yoxdur. Qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi maddi hüquq norması kimi Mülki Məcəllənin yalan əqd və əsassız varlanmadan bəhs edən normalarına istinad etməklə səhvə yol vermişdir. Halbuki birinci instansiya məhkəməsi Mülki Məcəllənin borc müqaviləsindən bəhs edən normalarına istinad etməli idi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Odur ki, hazırkı mülki iş üzrə Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(022)-305/2024 saylı qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Cavabdeh iddia tələbində qeyd etmişdir ki, 135 000 manatlıq müqavilədən sonra, ümumilikdə verdiyi 280.000 manatın təminatı üçün aralarında İddiaçı təkidi ilə əlavə 160.000 manat məbləğində kredit müqaviləsi bağlanmışdır. İddiaçı ilə 18 mart 2022-ci il tarixdə 160.000 manat məbləğində real olmayan kredit müqaviləsinin bağlanmasının başlıca səbəbi podrat müqaviləsi üzrə hissə-hissə ödənilmiş 135.000 manat pulun və tikintinin gedişində 135.000 manatın üzərinə gəlməklə ona verilmiş 145000 manat, ümumilikdə isə 280.000 manat verdiyi pulun rəsmiləşdirilməsi məqsədi daşımışdır. Məhkəmə tərkibi qeyd edir ki, təcrübədən bəlli olduğu kimi, mülki dövriyyənin iştirakçıları bəzən daxil olduqları hüquq münasibətlərini onların həqiqi məzmununa uyğun olaraq yazılı şəkildə rəsmiləşdirmirlər (və ya rəsmiləşdirə bilmirlər), yaxud bunu bir neçə hüquqi əməliyyatla edirlər. Bu müxtəlif səbəblərdən irəli gələ bilər: tərəflərin şifahi razılaşmanı kifayət hesab etməsi, qarşı tərəfin razılaşma şərtlərinə və formalaşmış işgüzar adətlərə zidd hərəkət etməyəcəyinə olan güvən, hüquqi sənədləşmə ilə bağlı tərəflərə göstərilən xidmətin keyfiyyətsiz olması, borcun etirafı kimi əqdlərin rəsmi qaydada bağlanması ilə bağlı çətinliklər və s. Bəzi hallarda tərəflərin başqa hüquq münasibətlərindən əmələ gəlmiş pul öhdəliyinin varlığını və icra vaxtını notarial qaydada təsdiqlənən “kredit müqaviləsi” ilə rəsmiləşdirmək təcrübəsinə rast gəlinir. Məhkəmə tərkibi qeyd edir ki, MM-nin 340.2-ci maddəsinə görə əqdin yalan sayılması üçün üç əsas şərt eyni anda mövcud olmalıdır: 1) Əqd yalnız görünüş üçün bağlanmalıdır 2) Tərəflərin hər ikisinin ortaq qəsdi olmalıdır. 3) Üçüncü şəxsləri aldatmaq məqsədi güdülməlidir. Hazırkı mülki işə nəzər yetirsək görərik ki, kredit müqaviləsi notarial qaydada bağlanmış, pul real olaraq verilmişdir (notariusun depozit hesabı ilə sübut olunmuşdur). Yəni müqavilə icra olunaraq hüquqi nəticə doğurmuşdur. Həmçinin qeyd edilməlidir ki, müqavilə bağlanarkən və sonradan heç bir dövlət orqanı, kreditor, vergi orqanı və ya digər üçüncü şəxslə bağlı hüquqi nəticə yaratmaq və ya onları yanlış təsəvvürə salmaq məqsədi güdülməmiş, kredit müqaviləsi yalnız tərəflər arasında pul və öhdəliklərin rəsmiləşdirilməsi funksiyasını daşımışdır. Belə olan halda, üçüncü şəxslərin hüquq və qanuni mənafelərinə toxunan, onları aldada biləcək hər hansı davranış və ya hüquqi nəticə müəyyən edilməmişdir. İkincisi, praktika da göstərir ki, mülki dövriyyənin iştirakçıları bəzən faktiki mövcud hüquq münasibətlərini onların real məzmununa uyğun yazılı şəkildə rəsmiləşdirmirlər və ya bunu bir neçə hüquqi əməliyyat vasitəsilə edirlər. Bu səbəblərdən irəli gələn praktiki yanaşma və hüquqi təcrübə, kredit müqaviləsinin bağlanmasını yalan əqd kimi qiymətləndirmək üçün kifayət qədər əsasların olmadığını göstərir. Tərəflərin şifahi və ya rəsmi razılaşmaları arasındakı fərqlilik, müqavilənin real məqsədinə-verilmiş pul vəsaitinin rəsmiləşdirilməsinə xidmət etmişdir. Nəticə etibarilə, məhkəmə tərkibi hesab edir ki, 18 mart 2022-ci il tarixli kredit müqaviləsi həm hüquqi, həm də faktiki baxımdan mötəbərdir, onun yalan əqd kimi qiymətləndirilməsi üçün heç bir əsas yoxdur. Tərəflərin qarşılıqlı öhdəlikləri, müqavilənin icrası və notarial təsdiq müqavilənin qanuni qüvvəsini təmin edir və kredit öhdəliyinin mövcudluğunu sübut edir. Həmçinin tərəflər arasında Bakı şəhəri 6 saylı Notariat ofisində bağlanılmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsi bağlanan zamanı notariat hərəkətlərinin aparılması ilə bağlı qanunvericiliyin müddəalarına riayət olunmuş, müqavilə bağlanan zaman Cavabdeh münasibətdə müqavilənin etibarsızlığına səbəb olacaq əsaslar aşkar edilməmişdir. Belə ki, Cavabdeh bildirdiyinin əskinə olaraq müqavilənin şərtləri ilə bağlı İddiaçı tərəfindən ona təzyiq göstərilməsi, iradə ifadəsinə zidd müqavilə şərtləri ilə razılaşma faktı, eləcə də müqavilənin formal olaraq bağlanılması, yəni tərəflər arasında fərqli qaydada, yəni podrat müqaviləsi üzrə hesablaşma qaydası iş materialları ilə öz təsdiqini tapmamış, məhkəmə araşdırması zamanı bunu təsdiq edən əsaslar müəyyən olunmamışdır. Məhkəmə tərkibi qeyd edir ki, bu halda müqavilə üzrə öhdəliklərin icrasının qiymətləndirilməsi əsas məsələyə çevrilir: yəni, tərəflərin müqavilə ilə üzərlərinə götürdükləri öhdəlikləri qarşılıqlı şəkildə yerinə yetirib-yetirməməsi araşdırılmalıdır. Belə ki, Cavabdeh birinci instansiya məhkəməsində bildirmişdir ki, Bakı şəhəri 6 saylı Notariat Ofisində 18 mart 2022-ci il tarixdə İddiaçı ona 160000 (yüz altmış) manat borc verməsi barədə kredit müqaviləsi bağlamışlar. Lakin həmin vaxt İddiaçı ona 160000 manat pulu borc verməmişdir. Ona görə də həmin tarixdə, yəni 18 mart 2022-ci il tarixdə “kredit müqaviləsinə əlavə” kimi müqavilə bağlamışlar. İş materiallarında olan (səhifə 64) xx.xx.2022-ci il tarixli “Kredit müqaviləsinə əlavə” adlı müqavilənin 3-cü bəndinə görə Bakı şəhəri 6 saylı Notariat ofisində bağlanılmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsində rəsmiləşdirən 160000 manat borc məbləğinin, təmir-tikinti ilə bağlı ikinci tərəf-Cavabdeh ümümilikdə ödənilmiş 288000 manat (135000manat +153000 manat) məbləğə aid olduğu üçün, birinci tərəf-İddiaçı gələcəkdə kredit borcu olaraq ayrıca iddiası və tələbi olmayacağı tərəflərin şəxsi imzaları ilə təsdiq edilir və təminat verilir. Həmin müqavilə İddiaçı və Cavabdeh tərəfindən imzalanmışdır. İddiaçı isə həmin müqavilədəki imzanın onun tərəfindən imzalanmadığını bildirməklə bu halı mübahisələndirmişdir. Bu səbəblə birinci instansiya məhkəməsinin müvafiq qərardadı ilə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmənin qərardadı ilə əldə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 11 iyul 2024-cü il tarixli, 4/953 saylı ekspert rəyində xx.xx.2022-ci il tarixli «Kredit müqaviləsinə əlavə»nin aşağı hissəsində «Birinci tərəf, borc verən» qrafasında «İddiaçı» yazılarının qarşısında olan imzanın İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu göstərilmişdir. Bu hal sözügedən müqavilənin İddiaçı tərəfindən bağlanmadığını və onun iradəsini ifadə etmədiyini açıq şəkildə təsdiq edir. Bundan başqa Bədirov X5 Afaq Bahadir qızı ilə aralarında kredit müqaviləsi bağlansa da, tərəfindən hər hansı qəbzə imza etməklə, 160000 manat məbləğində pul alınmadığını, pulun onun tərəfindən alınması barədə Notariat qovluğunda olan qəbzdə onun adının qarşısında qoyulan imzanın onun tərəfindən imzalanmadığını bildirmişdir. Cavabdeh mübahisələndirdiyi bu hissədə birinci instansiya məhkəməsi tərədindən məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilməmiş, nəticədə bu hissədə obyektiv qiymətləndirilmə aparılmamışdır. Belə şəraitdə apellyasiya instansiyası məhkəməsi bu çatışmazlığı aradan qaldırmaq məqsədilə məhkəməxəttşünaslıq ekspertizasının keçirilməsini təmin etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının müvafiq qərardadı ilə əldə edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 01 aprel 2025-ci il tarixli, 4/158 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Cavabdeh adından 18 mart 2022-ci il tarixli, MUĞ seriyalı 624253 nömrəli çekin kötüyünün kserosurətində “Çeki aldım” bəndində “İmza” qrafasında əks olunmuş imza-Cavabdeh tərəfindən icra olunmuşdur. Beləliklə, pulun alınması faktı təsdiqlənmiş və kredit müqaviləsinin mötəbərliyi şübhə altına alınmamışdır. Birinci instansiya məhkəməsində məhkəmə iclasında İddiaçı Cavabdeh 160000 manat pul tələbi ilə bağlı izahatında bildirmişdir ki, Cavabdeh 160000 manat pulunun qaytarılmasını tələb etdikdə Cavabdeh ona 12000 (on iki min) manat pulu notariusun depozit hesabına köçürməklə qaytarmış, daha sonra isə ona 15000 manat dəyərində tikinti materialları göndərmiş, ümumilikdə isə cəmi 27000 (iyirmi yeddi min) manat pul qaytarmışdır. Məhkəmə tərkibi hesab edir ki, Cavabdeh İddiaçı 160.000 manat məbləğində pul almış, həmin məbləğin 27.000 manatını geri qaytarsa da, qalan 133.000 (yüz otuz üç min) manatını müxtəlif əsaslar göstərərək ödəməkdən imtina etmişdir. Bu səbəbdən həmin qaytarılmamış məbləğin Cavabdeh İddiaçı xeyrinə tutulması təmin edilməlidir. Həmçinin İddiaçı iddia tələbində “Kredit müqaviləsi” üzrə gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu kimi 10.666,67 AZN məbləğin Cavabdeh alınıb ona verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini bu hissədə də qismən təmin edərək bank faizinin uçot dərəcəsi nəzərə alınmaqla 8866 (səkkiz min səkkiz yüz altmış altı) manat pulun Cavabdeh alınaraq İddiaçı verilməsini qət etmişdir. Məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi bu hissədə də yanlışlığa yol vermişdir. Belə ki, iddiaçı apellyasiya icraatı zamanı verdiyi izahatında Cavabdeh kredit müqaviləsi üzrə 27000 manatı 2023-cü ilin iyun ayının ortalarında qaytardığını bildirmişdir. Ona görə də məhkəmə tərkibi hesab edir ki, gecikdirilmiş faiz məbləği 160000 manata münasibətdə deyil, iddia tələbinin təmin edilmiş 133000 manat hissəsinə münasibətdə 5% məbləğ tutulmalıdır. Çünki Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Hazırkı mülki işdən də görünür ki, tərəflər arasında bağlanmış 18 mart 2022-ci il tarixli “Kredit müqaviləsi”nin 8-ci bəndinə əsasən “Borc alan” müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda və ya faizləri ödəmədikdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır. Göründüyü kimi tərəflər arasında bağlanmış 18 mart 2022-ci il tarixli “Kredit müqaviləsi”nin 8-ci bəndində də gecikdirilmiş faiz dərəcəsinin artırılmasını nəzərdə tutan xüsusi şərt müəyyən edilməmişdir. Ona görə də gecikdirilmiş faiz yalnız Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulan 5 faiz dərəcəsi ilə və yalnız faktiki qalan borc məbləği üzrə hesablanmalı idi. Eyni zamanda nəzərə alınmalıdır ki, iddiaçı faiz tələbi ilə bağlı iddia ərizəsini məhkəməyə xx.xx.2024-cü il tarixdə təqdim etmişdir. Buna görə də gecikdirilmiş vaxta görə faiz hesablanarkən həmin tarixdən əvvəlki dövr əsas götürülməli, sonrakı aylar üzrə faiz hesablanmasına yol verilməməlidir. Hazırda Cavabdeh tərəfindən 133000 manat kredit müqaviləsi üzrə İddiaçı qaytarılmamışdır. Bu halda gecikdirilmiş 133000 manat məbləğin illik beş faizi 2023-cü ilin iyun ayının ortalarından 2024cü ilin yanvar ayının 23-ü tarixinədək olan müddət üzrə hesablanmalıdır (133000x5%=6650; 6650:12=554,16; 554,16x7=3879,12). Yuxarıda göstərilən hesablamalara əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, gecikdirilmiş vaxta görə tutulmalı olan faiz məbləği 3.879,12 manat təşkil edir və həmin məbləğ Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə tərkibi İddiaçı iddia tələbinin digər hissələrinə (kredit müqaviləsi üzrə pulu qaytarmayaraq özündə saxlamaqla əsassız varlanmaya görə 44 666,66 AZN və bu pulun cavabdehdə qaldığı dövr ərzində iddiaçının itirdiyi əldən çıxmış faydaya görə 44 666,66 AZN məbləğin Cavabdeh alınaraq ona verilməsi) münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi həmin hissədə təmin edilməmişdir. İddiaçı iddia tələbinin göstərilən hissələri üzrə birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya qaydasında mübahisələndirmədiyindən, həmin tələblərə münasibətdə apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqe bildirməsinə ehtiyac yoxdur. Daha sonra məhkəmə tərkibi Cavabdeh iddia tələbinə nəzər yetirərək aşağıdakıları qeyd edir: Cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə müraciət edərək, real olaraq görülmüş işə görə aparılmış hesablaşmalar nəticəsində borclu olduğu 138000 (yüz otuz səkkiz min) manat pulun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi qeyd edilən iddia tələbini rədd edərkən göstərmişdir ki, iş materiallarından görünür ki, 22 mart 2019-cu il tarixli podrat müqaviləsi hüquqi şəxs olaraq "xxxx" MMC ilə İddiaçı arasında bağlanmışdır. İddia tələb hüququ olmayan şəxs Cavabdeh tərəfindən verilmişdir. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh iddiasını bu əsasla rədd edərkən yanlışlığa yol vermişdir. Belə ki, iş materiallarında olan (səhifə 51) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsis edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsi və digər qanunvericilik aktlarına uyğun olaraq, "xxxx" MMC təsis edilmiş, Cəmiyyətin qanuni təmsilçilik funksiyasına malik direktoru vəzifəsinə Azərbaycan Respublikası vətəndaşı Cavabdeh təyin edilmişdir. Bu hal Cavabdeh "xxxx" MMC-ni məhkəmədə təmsil etmək və Cəmiyyət adından hüquq və vəzifələrin həyata keçirilməsi ilə bağlı iddia qaldırmaq səlahiyyətinə malik olduğunu təsdiq edir. Belə olan halda, iddia ərizəsinin hüquqi şəxs adından onun qanuni təmsilçisi tərəfindən verilməsi iddia hüququnun olmaması kimi qiymətləndirilə bilməz. Odur ki, Cavabdeh İddiaçı qarşı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə subyektiv hüququ mövcud olmuşdur. İş materiallarında olan 22 mart 2019-cu il tarixli podrat müqaviləsindən görünür ki, müqavilə tərəfi olaraq "xxxx" MMC öz materiallarından istifadə etməklə ünvan 1 ünvanında fərdi yaşayış evinin tikintisini təhvil verməyi, sifarişçi isə həmin fərdi yaşayış evini qəbul etməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə üzrə təhvil veriləcək fərdi yaşayış evinin tikinti işlərinin ümumi dəyəri 135000 (yüz otuz beş min) manat təşkil edir. Sifarişçi həmin məbləğin 30000 (otuz min) manatını müqavilə bağlandığı gün ödəyir. Qalan 105000 (yüz beş min) manatını isə 5 ay ərzində hər ay 21000 (iyirmi bir min) manat olmaqla xx.xx.2019-cu il tarixədək ödəməyi öz üzərinə götürmüşdür. Bu mənada məhkəmə tərkibi hesab edir ki, Cavabdeh iddiasının qanuni əsasını Mülki Məcəllənin 752.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Hazırkı mülki iş üzrə 22 mart 2019-cu il tarixli podrat müqaviləsindən görünür ki, müqavilə tərəfi olaraq "xxxx" MMC öz materiallarından istifadə etməklə ünvan 1 ünvanında fərdi yaşayış evinin tikintisini təhvil verməyi, sifarişçi isə həmin fərdi yaşayış evini qəbul etməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə üzrə təhvil veriləcək fərdi yaşayış evinin tikinti işlərinin ümumi dəyərinin 135000 (yüz otuz beş min) manat təşkil etdiyi qeyd edilmişdir. Cavabdeh iddia tələbində İddiaçı 22 mart 2019-cu il tarixli podrat müqaviləsi üzrə hesablanmış 135000 manatdan əlavə 145000 manat aldığını qeyd edərək ümumilikdə 280000 manat pul aldığını, həmçinin bu məbləğdən 38000 manat qaytardığını, hal-hazırda borcunun 242000 manat olduğunu bildirmişdir. İddia tələbini əsaslandırarkən X1 xx.xx.2023-cü il tarixli rəyinə istinad edərək ünvan 4 ünvanda 0.06 ha torrpaq sahəsində fərdi yaşayış evininin tikintisinə 388744,76 manat xərc çəkildiyini, Hesabların qarşılıqlı üzləşməsi əsası ilə İddiaçı ona 3887478-242000 manat=138000 manat ödəməli olduğunu qeyd etmişdir. Məhkəmə tərkibi qeyd edir ki, Mülki Məcəllənin 753.3-cü maddəsinə əsasən, əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir. Podrat müqaviləsi üzrə mübahisə sifarişçinin tələbi ilə görülmüş əlavə işlərin dəyərinin ödənilməsi ilə bağlı olduqda, məhkəmələr tərəfindən ilk olaraq müqavilə tərəflərinə aid sübutetmə yükü müəyyən edilməlidir. Mülki Məcəllənin 753.3-cü maddəsinin dispozisiya şərtlərinə görə podratçının üzərinə əlavə işlərin sifarişçinin tələbi ilə yerinə yetirməsi, əlavə işlərin yerinə yetirməyə görə ayrıca muzd almaq hüququndan istifadə etməsi və işə başlamazdan əvvəl sifarişçiyə bu barədə məlumat verməsi ilə bağlı halların sübut etməsi vəzifəsi düşür. Sifarişçi isə sübut etməlidir ki, əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etməmiş və bu barədə podratçıya məlumat vermişdir. Qeyd edilməlidir ki, podrat müqaviləsi çərçivəsində alınan əlavə ödənişlər yalnız həmin işlərin faktiki yerinə yetirildiyi sübut edildikdə qanuni hesab oluna bilər. Məhkəmə tərkibi qeyd etməyi lazım hesab edir ki, Cavabdeh tərəfindən istinad edilən X1 xx.xx.2023-cü il tarixli rəyi iş üzrə sübut kimi qəbul edilə bilməz. Çünki sözügedən rəy Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq məhkəmənin təyinatı əsasında deyil, tərəfin şəxsi təşəbbüsü ilə əldə edilmişdir. Bu isə həmin rəyin obyektivliyinə və tərəfsizliyinə ciddi şübhələr yaradır. Bundan əlavə, ekspert rəyində göstərilən hesablamaların hansı ilkin sənədlərə, faktiki görülmüş işlərin həcminə, istifadə edilmiş materialların növ və miqdarına əsaslandığı aydın şəkildə göstərilməmiş, müqavilə üzrə razılaşdırılmış iş həcmi ilə faktiki icra edilmiş işlər arasında müqayisəli təhlil aparılmamışdır. Rəydə podrat müqaviləsində nəzərdə tutulan 135.000 manatlıq iş həcmi ilə sonradan iddia edilən əlavə xərclər arasındakı hüquqi əsaslandırma da təqdim olunmamışdır. Cavabdeh iddia tələbinin qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymətləndirilməsini təmin etmək məqsədilə məhkəmə tərkibi iş üzrə müstəqil qiymətləndirici dəvət etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının müvafiq qərardadları əsasında İddiaçı Bahadır qızına məxsus, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 15-ci dalan, 1571 K ünvanında yerləşən 0,06 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə çəkilən xərclərin dəyərinin qiymətləndirilməsi üçün müstəqil qiymətləndirici təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının müvafiq qərardadı əsasında əldə edilmiş "xxxx" MMC tərəfindən verilmiş 0235 saylı qiymətləndirmə hesabatına əsasən Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi 15-ci dalan 1571 K ünvanında yerləşən 0.06 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə çəkilən xərclərin ümumilikdə 390700 manat dəyərində olduğu müəyyən edilmişdir. Əldə edilmiş qiymətləndirmə hesabatına İddiaçı Mərdan qızı tərəfindən etiraz edilmiş, bundan sonra yenidən müstəqil qiymətləndirici dəvət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının müvafiq qərardadına əsasən əldə edilmiş “X3” MMC tərəfindən verilmiş 0003/25 saylı qiymətləndirmə hesabatına əsasən Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi 15-ci dalan 1571 K ünvanında yerləşən 0.06 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə çəkilən xərclərin ümumilikdə 183000 manat dəyərində olduğu müəyyən edilmişdir. Həmin qiymətləndirmə hesabatına isə Cavabdeh tərəfindən etiraz edilmişdir. Həmçinin əldə edilmiş iki rəy arasında mövcud kəskin fərqlər, fərdi yaşayış evinə çəkilən xərclərin dəqiq dəyərinin müəyyən edilməsini qeyri-mümkün etdiyindən məhkəmə tərkibi iş üzrə yenidən müstəqil qiymətləndiricinin dəvət edilməsini barədə qərardad qəbul etmişdir. Sonuncu əldə edilmiş "xxxx" MMC tərəfindən verilmiş ekspert rəyində isə Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi 15-ci dalan 1571 K ünvanında yerləşən 0.06 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə çəkilən xərclərin dəyəri 177215 manat dəyərində olduğu müəyyən edilmişdir. Məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, iş üzrə əldə edilmiş qiymətləndirmə hesabatlarının müqayisəli təhlili göstərir ki, “X3” MMC tərəfindən təqdim edilmiş 183.000 manatlıq qiymətləndirmə ilə "xxxx" MMC tərəfindən müəyyən edilmiş 177.215 manatlıq qiymətləndirmə bir-birinə məbləğ etibarilə yaxındır və mahiyyətcə eyni qiymət intervalını əhatə edir. Bu hal həmin iki rəyin faktiki görülmüş işlərin həcmi və bazar reallıqları baxımından bir-birini qarşılıqlı şəkildə təsdiqlədiyini göstərir. Eyni zamanda, "xxxx" MMC tərəfindən müəyyən edilmiş 390.700 manat məbləğ yuxarıda qeyd edilən iki rəy ilə müqayisədə kəskin şəkildə fərqlənir və ağlabatanlıq meyarı baxımından münasib hesab edilmir. Bu səbəbdən, məhkəmə tərkibi belə qənaətə gəlir ki, “X3” MMC və "xxxx" MMC tərəfindən təqdim edilmiş rəylər meyar etibarilə bir-birinə uyğun, real xərclərə yaxın və məntiqi baxımdan əsaslandırılmışdır. Bu əsasla, məhkəmə tərkibi sübutların məcmu qiymətləndirilməsi nəticəsində, məbləğ etibarilə birbirinə yaxın olan və digər rəy ilə qarşılıqlı şəkildə möhkəmlənən “X3” MMC tərəfindən verilmiş qiymətləndirmə hesabatını daha mötəbər sübut kimi qəbul edir və iş üzrə hüquqi qiymətləndirməni həmin rəy əsasında aparır. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, Cavabdeh irəli sürdüyü iddia tələbini əsaslandırarkən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 15-ci dalan, 1571 K ünvanında yerləşən 0,06 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə çəkilən xərclərin 388.744,76 manat təşkil etdiyini iddia etsə də, bu məbləğ iş üzrə məhkəmənin təşəbbüsü ilə, prosessual qaydalara uyğun olaraq təyin edilmiş müstəqil qiymətləndiricilərin rəyləri ilə təsdiqini tapmamışdır. Əksinə, məhkəmə tərkibi tərəfindən əldə edilmiş və müqayisəli təhlil edilən qiymətləndirmə hesabatları göstərir ki, çəkilmiş xərclərin real dəyəri Cavabdeh göstərdiyi məbləğdən əhəmiyyətli dərəcədə aşağıdır və “X3” MMC ilə "xxxx" MMC tərəfindən müəyyən edilmiş bir-birinə yaxın göstəricilər bu iddianın ağlabatanlıq və obyektivlik meyarlarına cavab vermədiyini ortaya qoyur. Bu səbəbdən, iddiaçının 388.744,76 manat məbləği əsas götürməklə apardığı hesablamalar hüquqi və faktiki baxımdan əsassız hesab edilir və məhkəmə tərəfindən qəbul edilmir. Məhkəmə tərkibi hesab edir ki, Cavabdeh iddia tələbi iş üzrə toplanmış sübutlarla, xüsusilə də məhkəmənin təşəbbüsü ilə təyin edilmiş müstəqil qiymətləndirmə rəylərinin nəticələri ilə təsdiqini tapmadığından əsaslı hesab edilə bilməz. İddiaçı tərəfindən irəli sürülən tələbin əsasında dayanan xərclərin məbləği nə müqavilə şərtləri, nə də məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilmiş ekspert rəyi ilə uzlaşır, ödənişlər və qarşılıqlı hesablaşmalar etibarlı sənədlərlə sübuta yetirilməmişdir. Bu səbəbdən, iddia tələbinin faktiki və hüquqi əsaslarının olmaması, eləcə də sübutetmə yükünün iddiaçı tərəfindən yerinə yetirilməməsi Cavabdeh iddiasının təmin edilməsini istisna edir. Həmçinin vurğulanmalıdır ki, Cavabdeh İddiaçı ilkin bağlanmış podrat müqaviləsi üzrə 135000 manatdan əlavə 145000 manat, ümumilikdə 280000 manat pul aldığını etiraf etmiş, eyni zamanda İddiaçı məxsus fərdi yaşayış evinə 388744,76 manat məbləğində xərc çəkdiyini iddia etmişdir. Lakin podrat müqaviləsi üzrə Mülki Məcəllənin 753.3-cü maddəsinə əsasən müqavilənin şərtlərindən kənara çıxma barədə İddiaçı hər hansı bir məlumat verməmiş, eyni zamanda tərəflər arasında müqavilənin şərtlərindən kənara çıxma barədə razılaşma olmamışdır. Digər tərəfdən yuxarıda qeyd edilən "xxxx" MMC tərəfindən verilmiş rəylə də təsdiq olunur ki, 183000 manat məbləğ Cavabdeh tərəfindən göstərilən 388.744,76 manatlıq xərclərlə uzlaşmır. Bu isə göstərir ki, Cavabdeh iddia etdiyi əlavə ödənişlərin tam sübutu təmin edilməmiş və faktiki olaraq razılaşdırılmış iş həcmi ilə iddia edilən xərclər arasında uyğunsuzluq mövcud olmuşdur. Odur ki, Cavabdeh iddia tələbi təmin edilə bilməz. Odur ki, məhkəmə tərkibi birinci instansiyası məhkəməsinin mübahisələndirilən hissə üzrə gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, mübahisələndirilən hissədə qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, qanuni və əsaslı qətnamə qəbul edilməmişdir. Ona görə də, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(022)-305/2024 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, İddiaçı iddia tələbi qismən təmin edilməli, Cavabdeh 133.000 manat və gecikdirilmiş gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu kimi 3879,12 manat pul alınaraq İddiaçı verilməli, İddiaçı iddia tələbi qalan hissədə təmin edilməməlidir. Cavabdeh iddia tələbi təmin edilməməlidir. Məhkəmə tərkibi qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı mülki iş üzrə Cavabdeh vəsatətləri əsasında birinci instansiya məhkəməsi və apellyasiya mərhələsində məhkəmə-xətşünaslıq ekspertizası keçirilmişdir. Eyni zamanda Cavabdeh iddia tələbi təmin edilməmişdir. Ona görə də iş üzrə ekspertiza xərcini təşkil edən 249 manat Cavabdeh tutularaq, büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS), X2, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. İş üzrə ödənilmiş digər məhkəmə xərcləri tərəflərin özünə aid edilsin. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(022)-305/2024 saylı qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddiaçı iddia tələbi qismən təmin edilsin. Cavabdeh 133.000 manat və gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu kimi 3879,12 manat pul alınaraq İddiaçı verilsin. İddiaçı iddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh iddia tələbi təmin edilməsin. İş üzrə ekspertiza xərcini təşkil edən 249 manat Cavabdeh tutularaq, büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS), X2, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. İş üzrə ödənilmiş digər məhkəmə xərcləri tərəflərin özünə aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar