Məhkəmə qərarları › İş №2(106)-278/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-278/2024

29.01.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-278/2024 29.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvən Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi ilə, İddiaçı vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 qarşı torpaq sahəsindən çıxartma və həmin yerə tökülmüş daşın çıxarılması, maneəçiliyin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 2(020)394/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə 29 yanvar 2024-cü il tarixdə baxaraq aşağıdakı qətnaməni qəbul etdi; İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, Hüquqların X2 daşınmaz əmlakın Dövlət reyestr nömrəsi **********57-06301 olan Çıxarış və Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, X1 Haqqında daşınmaz əmlakın Dövlət reyestrinin Beyləqan Ərazi İdarəsinin eyni nömrəli Texniki Pasportu ilə 0,1024 ha qeyri yaşayış üçün ayrılmış torpaq sahəsindən cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 çıxarılması və həmin torpağa tökülmüş daşların cavabdehlərin hesabına torpaqdan çıxarılması və maneəçiliyin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkalətli nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında göstərdi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, X1 Haqqında daşınmaz əmlakın Dövlət reyestr nömrəsi **********57- 06301 olan Çıxarış və Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, X1 Haqqında daşınmaz əmlakın Dövlət reyestrinin Beyləqan Ərazi İdarəsinin eyni nömrəli Texniki Pasportu ilə 0.1024 ha qeyri yaşayış binası tikdirmək üçün torpaq sahəsini adına rəsmiləşdirərək mülkiyyətinə keçirmişdir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün həmin ərazidə, yəni Beyləqan rayon Qarallar kəndi ərazisində Bakı Culfa yolunun sol hissəsində qeyri yaşayış binası vardır. Həmin ərazidə sahibkarlıqla məşğul olmaq üçün iddiaçının obyekti vardır. Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 iddiaçıya məxsus torpaq sahəsini də qanunsuz tutmuş və daş tökərək tikinti-abadlıq işləri aparmağa imkan vermir. İddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsi Cavabdeh3, Cavabdeh4 , Cavabdeh2 və Cavabdeh1 tərəfindən zəbt edilərək mülkiyyət hüququnu kobud surətdə pozulur. İddiaçı tikintiabadlıq işləri aparmaq istədiyini bildirdikdə həmin yerin cavabdehləri onların olmasını bildirərək əraziyə qoymamışlar və əraziyə daş tökərək iş aparmağa maneəçilik törətmişlər. Ona görə də, Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, X1 Haqqında daşınmaz əmlakın Dövlət reyestr nömrəsi **********57-06301 olan Çıxarış və Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, X1 Haqqında daşınmaz əmlakın Dövlət reyestrinin Beyləqan Ərazi İdarəsinin eyni nömrəli Texniki Pasportu ilə 0,1024 ha qeyri yaşayış üçün ayrılmış torpaq sahəsindən cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 çıxarılması və həmin torpağa tökülmüş daşların cavabdehlərin hesabına torpaqdan çıxarılması və maneəçiliyin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və gəlməməlrinin səbəbləri haqqında məlumat verməmişlər. İşdə olan poçt xəbərnamələrindən görünür ki, məhkəm iclasının yeri vaxtə barədə məhkəmə bilidrişi cavabdehlər tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh gəlmədiyindən və işə onun iştirakı olmadan baxılması barədə məhkəməyə ərizə göndərdiyindən məhkəmə cavabdehin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Beyləqan Rayon Məhkəməsinin 2(020)394/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (Hakim: R.Nurullayev), iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********57-06301 olan Çıxarış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət reyestrinin Beyləqan Ərazi idarəsinin eyni nömrəli Texniki Pasportu ilə İddiaçı mülkiyyətinə qeyri-yaşayış üçün ayrılmış 0.1024 ha torpaq sahəsinin 82.91 kv.m hissəsindən çıxarılması və cavabdehlər tərəfindən həmin əraziyə tökülmüş mişar daşlarının ərazidən çıxarılması, cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 tərəfindən həmin torpaq sahəsi ilə bağlı iddiaçıya törədilən maneənin aradan qaldırılması, ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 (əlli) manatın cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada, alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilməsi, mütəxəssis rəyinin dəyərini təşkil edən 95 manat məbləğində pulun 80 (səksən) manatının cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 müştərək qayadada alınıb İddiaçı verilməsi, qalan 15 (on beş) manatın iddiaçıya aid edilməsi, iddia qismən təmin edildiyindən 100 (yüz) manat dövlət rüsumunun 85 (səksən beş) manatının cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 müştərək qayadada alınıb İddiaçı verilməsi, qalan 15 (on beş) manatın iddiaçıya aid edilməsi qət edilmişdir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 152.1, 152.5, 157.2, 164.1, Torpaq Məcəlləsinin 84.1, 111.1 və 111.2-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 Beyləqan Rayon Məhkəməsinin 2(020)394/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı vəkili və nümayəndəsi Vəkil1 apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə şifahi etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Beyləqan Rayon Məhkəməsinin 2(020)394/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı, cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1, habelə nümayəndə və Vəkil2 məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, kollegiya Beyləqan Rayon Məhkəməsinin 2(020)394/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlilləri həddində, qanuniliyini yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının; 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 140-cı maddəsinə əsasən Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 48.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin; 111-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Beyləqan Rayon Məhkəməsinin 2(020)394/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, Apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, Hüquqlarının X2 daşınmaz əmlakın Çıxarışdan görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********57-06301 olan Çıxarış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət reyestrinin Beyləqan Ərazi İdarəsinin eyni nömrəli Texniki Pasportu ilə 0.1024 ha qeyriyaşayış üçün ayrılmış torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, Hüquqlarının X2 daşınmaz əmlakın Çıxarışdan görünür ki, Beyləqan rayonun Qarallar kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti. Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət reyestr nömrəsi **********23 olan çıxarışla Cavabdeh2 mülkiyyətinə 0. 012 ha torpaq sahəsi verilmişdir. Əvvəlki məhkəmə iclasında izahat verən cavabdehlərdən Cavabdeh1 iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, iddiaçının torpaq sahəsinə heç bir maneçilik törətməmiş və iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmişdir. Onun həmin torpaq sahəsinə dair çıxarışı vardır. Ona görə də, iddianın rədd edilməsini xahiş etmişdir. İşin obyektiv həll edilməsi üçün məhkəmənin 13 mart 2023-cü il tarixli qərardadına əsasən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, mülki iş materialları rəy verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. İş üzrə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 03 avqust 2023-cü il tarixli, 10/3241 saylı ekspertiza və mütəxəssis rəyindən görünür ki, Beyləqan rayon Qarallar kəndi ərazisində Bakı-Culfa yolunun sol hissəsində yerləşən İddiaçı mülkiyyətində olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********57-06301 olan Çıxarış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət reyestrinin Beyləqan Ərazi İdarəsinin eyni nömrəli Texniki Pasportu ilə 0.1024 ha qeyri-yaşayış üçün ayrılmış torpaq sahəsinin sərhədləri hüquqi sənədlərdə qeyd olunan koordinatlara əsasən, naturada müəyyən edilmişdir. Cavabdeh2 mülkiyyətində olan Beyləqan rayonun Qarallar kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət reyestr nömrəsi **********23 olan çıxarış ilə mülkiyyətində olan 0. 012 ha torpaq sahəsinin sərhədləri hüquqi sənədlərdə qeyd olunan koordinatlara əsasən, naturada müəyyən edilmişdir. Cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 tərəfindən İddiaçı mülkiyyətində olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********57-06301 olan Çıxarış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət reyestrinin Beyləqan Ərazi idarəsinin eyni nömrəli Texniki Pasportu ilə qeyri-yaşayış üçün ayrılmış 0.1024ha torpaq sahəsinin 82.91 kv.m hissəsinə cavabdehlər tərəfindən iddia olunduğuna görə həmin əraziyə mişar daşları tökülmüşdür. Cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 torpağa mülkiyyət hüququna dair təqdim etmədikləri üçün onlara məxsus torpaq sahəsi ilə İddiaçı məxsus torpaq sahəsinin üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Birinci instansiya məhkəməsi icraatı zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********57-06301 olan Çıxarış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət reyestrinin Beyləqan Ərazi İdarəsinin eyni nömrəli Texniki Pasportu ilə 0.1024 ha qeyriyaşayış üçün ayrılmış torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. Cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 tərəfindən İddiaçı mülkiyyətində olan qeyri-yaşayış üçün ayrılmış 0.1024 ha torpaq sahəsinin 82.91 kv.m hissəsinə mişar daşları tökülməklə zəbt edilmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 qarşı torpaq sahəsindən çıxartma və həmin yerə tökülmüş daşın çıxarılmasını, maneəçiliyin aradan qaldırılmasını tələb edir. İddia tələbinin hüquqi əsasını Mülki məcəllənin 152 və 157-ci maddələri və Torpaq məcəlləsinin 67, 111-ci maddələri təşkil edir. Məhkəmə kollegiyası işdə olan sübutlardan müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi mübahisə üzrə düzgün nəticəyə gəlməsini iş materiallarında olan ekspert və mütəxəssis rəyinə istinad edilməsi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 avqust 2023-cü il tarixli, 10/3241 saylı ekspertiza və mütəxəssis rəyindən görünür ki, Beyləqan rayon Qarallar kəndi ərazisində Bakı- Culfa yolunun sol hissəsində yerləşən İddiaçı mülkiyyətində olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********57-06301 olan Çıxarış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət reyestrinin Beyləqan Ərazi İdarəsinin eyni nömrəli Texniki Pasportu ilə 0.1024 ha qeyri-yaşayış üçün ayrılmış torpaq sahəsinin sərhədləri hüquqi sənədlərdə qeyd olunan koordinatlara əsasən, naturada müəyyən edilmişdir. Cavabdeh2 mülkiyyətində olan Beyləqan rayonun Qarallar kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət reyestr nömrəsi **********23 olan çıxarış ilə mülkiyyətində olan 0. 012 ha torpaq sahəsinin sərhədləri hüquqi sənədlərdə qeyd olunan koordinatlara əsasən, naturada müəyyən edilmişdir. Cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 tərəfindən İddiaçı mülkiyyətində olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********57-06301 olan Çıxarış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət reyestrinin Beyləqan Ərazi idarəsinin eyni nömrəli Texniki Pasportu ilə qeyri-yaşayış üçün ayrılmış 0.1024ha torpaq sahəsinin 82.91 kv.m hissəsinə cavabdehlər tərəfindən iddia olunduğuna görə həmin əraziyə mişar daşları tökülmüşdür. Cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 torpağa mülkiyyət hüququna dair təqdim etmədikləri üçün onlara məxsus torpaq sahəsi ilə İddiaçı məxsus torpaq sahəsinin üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci bəndinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Cavabdeh apellyasiya şikayətinin dəlillərində qeyd edir ki, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən mülkiyyətində 0.12 ha torpaq sahəsinin olmasına dair çıxarışının olması, həmin çıxarışın ekspert rəyinin alınması zamanı məqsədli şəkildə nəzərə alınmaması, həmin torpaq sahələrinin üst-üstə düşüb-düşməməsi məsələsi, ekspert rəyinin əvvəlcədən heç bir hüquqi qüvvəsinin olmamasına heç bir əhəmiyyət verilməməsi məsələləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv olaraq araşdırılmamışdır. Məhkəmə kollegiyası cavabdehin yuxarıda qeyd olunan apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 avqust 2023-cü il tarixli, 10/3241 saylı ekspertiza və mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, Cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 tərəfindən İddiaçı mülkiyyətində olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********57-06301 olan Çıxarış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət reyestrinin Beyləqan Ərazi idarəsinin eyni nömrəli Texniki Pasportu ilə qeyri-yaşayış üçün ayrılmış 0.1024ha torpaq sahəsinin 82.91 kv.m hissəsinə cavabdehlər tərəfindən iddia olunduğuna görə həmin əraziyə mişar daşları tökülmüşdür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 İddiaçı mülkiyyətində olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********57-06301 olan Çıxarış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət reyestrinin Beyləqan Ərazi idarəsinin eyni nömrəli Texniki Pasportu ilə qeyriyaşayış üçün ayrılmış 0.1024ha torpaq sahəsinin 82.91 kv.m hissəsindən çıxarılmaılı və cavabdehlər tərəfindən iddia həmin əraziyə tökülmüş mişar daşları ərazidən çıxarılmalıdr” qənaətinə gəlməsini qanuni və əsaslı hesab edir. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvəfiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Beyləqan Rayon Məhkəməsinin 2(020)394/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin 2(020)394/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar