Məhkəmə qərarları › İş №2(106)-282/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-282/2024

30.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-282/2024 30.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər X14 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə, X23 oğlunun katibliyi, İddiaçı Qədiyeva (Abdullayeva) Nuridə Taleh qızının nümayəndəsi Vəkil və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, İddiaçı X7 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və avtomobil üzərində payların müəyyən edilməsi tələbinə dair (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X19 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X26 İdarəsi) mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli 2(050)-3124/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı X15 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, mübahisəli əmlakın alqı-satqısına dair 10 fevral 2022-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, həmin avtomobil üzərində Cavabdeh1 ilə onun hər birinin ½ hissədə pay hüquqlarının olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1lə 2018-ci ilin yanvar ayında faktiki ailə qurub və nikahlarını həmin ilin oktyabr ayının 11-də Masallı regional “ASAN Xidmət” Mərkəzi qeydiyyat şöbəsində rəsmi qeyd etdirmişlər. Birgə yaşadıqları dövrdə bəzi əmlaklar, o cümlədən 11 dekabr 2019-cu il tarixdə “Mersedes Benz C 180” markalı ** LZ *** dövlət qeydiyyat nişanlı avtomobil əldə etmişlər. Sonradan aralarında narazılıqlar yarandığından ayrılmalı olmuşlar və bir müddətdir ki, valideynlərinin evində yaşayır. Baş X26 İdarəsinin məktubundan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Cavabdeh1 birgə nikahları dövründə əldə edilmiş yuxarıda göstərilən avtomobili 10 fevral 2022-ci il tarixdə atası Cavabdeh2 satmış, həmin tarixdə öz adına avtomobilə dair etibarnamə almışdır. Halbuki, həmin ərəfədə aralarında narazılıqlar olduğundan faktiki ayrılmışlar. Avtomobilin faktiki olaraq Cavabdeh1 istifadəsində olması da göstərir ki, həmin alqı-satqı formal xarakter daşımışdır. Məqsəd birgə nikah dövründə əldə edilmiş əmlakda olan payından onun məhrum etmək olmuşdur. Nəticədə qeyd olunan avtomobil birgə nikah dövründə əldə edilməsinə baxmayaraq razılığı olmadan onun üzərində sərəncam verilməklə həmin avtomobilə dair hüquqları pozulmuşdur. Rəsmi reyestrdə qeydə alınmalı əmlak olan “Mersedes Benz C 180” markalı ** DZ *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1lə birgə nikahları dövründə əldə olunan əmlak kimi qiymətləndirilərək həmin avtomobilin alqı-satqısına dair müqavilənin bağlanması zamanı razılığının alınmaması müqavilənin etibarsızlığına səbəb olmalıdır. Sonradan iddiaçı əlavə cavabdehin cəlb edilməsi və iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək Cavabdeh3 iş üzrə əlavə cavabdeh qismində cəlb edilməsini və “Mercedes-Benz C180” markalı ** LZ *** dövlət qeydiyyat nişanlı avtomobilin alğı-satqısına dair 10 fevral 2022-ci il tarixli müqavilə ilə yanaşı, 26 oktyabr 2022-ci il tarixli müqavilənin də etibarsız hesab edilməsi, həmin avtomobil üzərində Cavabdeh1 ilə iddiaçının hər birinin ½ hissədə pay hüququnun olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, iddia qaldırmasında əsas birgə yaşadıqları dövrdə aldıqları avtomobilin razılığı olmadan, formal həyata keçirilmiş alqısatqısı ilə bağlı olmuşdur. Məhkəmənin hazırlıq iclası xx.xx.2022-ci il tarixə təyin edilməklə bu barədə bildiriş xx.xx.2022-ci il tarixdə tərəf kimi ona və cavabdehlərə göndərilmişdir. Cavabdehlər isə dərhal mübahisə predmeti olan avtomobili həmkəndlisi Cavabdeh3 adına xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi əsasında sənədləşdirməklə hazırda da həmin avtomobildən istifadə edirlər. Bu isə onların sözügedən avtomobillə bağlı birinci əməliyyatının iddiaçının həmin avtomobildə payından məhrum edilməsinə yönəlməsini, ikinci əməliyyatın isə bununla yanaşı öz pozulmuş hüququnun məhkəmədə bərpasına mane olmaq xarakteri daşımışdır. İddiaçı mübahisəli avtomobillə bağlı nə Cavabdeh3 adı, nə də onunla bağlanmış müqavilədən xəbərdar olmamış, bu barədə məlumatı yalnız təəsadüf nəticəsində eşitmişdir. Cavabdeh1 birinci instansiya məhkəməsində izahat verərkən iddianı qəbul etməyərək alqı-satqı müqavilələrinin qanuni şəkildə həyata keçirildiyi bildirmişdir. Cavabdeh2 birinci instansiya məhkəməsində verdiyi izahatında iddianı qəbul etməyərək bildirmişdir ki, alqı-satqı müqavilələri qanuni şəkildə həyata keçirilmişdir. Sonradan pula ehtiyacı olduğu üçün avtomobili Cavabdeh3 satmışdır. Cavabdeh3 birinci instansiya məhkəməsində izahat verərək iddianı qəbul etməmiş və bildirmişdir ki, 25 oktyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsi əsasında qanuni şəkildə mübahisəli əmlakı Cavabdeh2 almışdır. Maşının müəyyən problemi var idi. Bununla bağlı əlavə müəyyən xərclər çəkmişdir. Cavabdehlər, o cümlədən, iddiaçı ilə eyni kənddə yaşadıqlarından onların boşanma ilə bağlı ailə problemləri olduğunu bütün kənd adamları kimi o da bilmişdir. Aldığı maşınla bağlı hər hansı bir problemin olduğunu bilməmişdir. Tərəflərin arasında baş vermiş problemin ona aidiyyəti yoxdur. Masallı Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli 2(050)-3124/2022 saylı qətnaməsi ilə (hakim Ceyhun Quliyev) iddia rədd edilmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, nə Mülki Məcəllədə, nə də ki “Notariat haqqında“ Azərbaycan Respublikasının Qanununda və “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatda rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əmlakların alqı-satqısı zamanı ər-arvadın razılığının olması tələbi yoxdur. Bundan başqa, Mülki Məcəlləyə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə müəyyən edilir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Məhkəmə həmçinin qeyd etmişdir ki, mövcud vəziyyətdə nəqliyyat vasitələrinin alqı-satqısı zamanı ərin (arvadın) razılığının alınmaması əsası ilə həmin müqavilələrin etibarsız hesab edilməsi müvafiq əmlakı rəsmi dövlət orqanı tərəfindən və həmin orqanın verdiyi rəsmi sənədlər əsasında əldə etmiş şəxslərin Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilmiş mülkiyyət hüquqlarının pozulmasına səbəb ola bilər. Bu baxımdan, avtonəqliyyat vasitələrinin alqı-satqısının mövcud rəsmi qaydasının qüvvədə olduğu dövrdə Mülki Məcəllənin 222.2-ci maddəsinə əsasən ehtimal edilməlidir ki, birgə mülkiyyətdə olan belə əşyalara dair sərəncamçılıq birgə mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Digər tərəfindən nəzərə alınmalıdır ki, iş üzrə digər cavabdeh olan Cavabdeh3 mübahisəli avtomobili, ümumiyyətlə, iddiaçının keçmiş əri Cavabdeh1 deyil, başqa şəxs - Cavabdeh2 25 oktyabr 2022-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi əsasında almış iddiaçı onun vicdansız sahib olmasını sübuta yetirə bilməmiş, bunu yalnız onların cavabdehlərin qohum olması ilə əlaqələndirmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə daşınar əşyalarla bağlı alğı-satqı zamanı ər (arvadın) razılığının olmasının ehtimal edilməsini, sonuncu alıcının vicdanlı sahib olmasını qeyd etmiş, lakin avtomobilin birinci alğı-satqı zamanı Cavabdeh1 adına etibarnamə verilməklə həyətlərində olmasını, bu səbəbdən iddiaçının da həmin alğısatqıdan məlumatının olmasının mümkün olmamasını, bu alğı-satqının formal olmasını məhkəmənin əvvəlki iclaslarında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 özlərinin də etiraf etmələrini, sonuncu alıcının isə onların qohumu olmaqla, iş məhkəmədə olan dövrdə avtomobili almasını və tərəflərin arasında olan məhkəmə işi barədə məlumatının olmasını bildirməsini nəzərə almayaraq, iddianı təmin etməməklə bir sıra maddi və prosessual hüquq normalarının tələblərinin və mülkiyyət hüququnun pozulmasına səbəb olan, düzgün olmayan qətnamə qəbul etmişdir. Məhkəmənin əvvəlki iclaslarında Cavabdeh1 və Cavabdeh2 mübahisəli avtomobillə bağlı aralarında olan müqavilədə avtomobilin dəyərinin nə qədər göstərilməsi, həmin avtomobili oğulun ataya neçəyə satması ilə bağlı suallar verilərkən, müqavilədə hansı məbləğin yazılmasından xəbərləri olmamasını, əslində aralarında heç bir pul məsələsinin olmamasını, müqavilədə məbləğin formal yazılmasını bildirmişlər. Halbuki, həmin müqavilədə avtomobilin 2000 manata satılması qeyd olunmuşdur. Bu isə həmin alğısatqının əslində real deyil, görünüş üçün bağlandığını göstərir. Qanunvericiliyin tələbinə əsasən isə belə alğı-satqı uydurma əqd olmaqla əhəmiyyətsizdir və bağlandığı andan etibarsızdır. Sonuncu alıcı da məhz həmin əqd əsasında Ehtibarın adına olan qeydiyyat üzrə avtomobili ondan almış və Ehtibarın qohumu olmaqla həmin avtomobil barədə mübahisənin olmasından məlumatlı olmuş (bunu özü də etiraf etmişdir) və məhkəmənin bildirişi tərəflərə getdikdən sonra bunu etmişdir. Burada da məqsəd avtomobil üzərində olan payından iddiaçını məhrum etmək olmuşdur ki, sonuncu alğı-satqıda iştirak etmiş tərəflərin də niyyəti məhz bu olmuşdur. Bu isə sonuncunun heç də vicdanlı alıcı olmamasını, məhkəmə prosesinin nəticəsinə təsir etmək üçün hazırkı addımı atmasını və yuxarıda göstərilən əsasla bu əqdin də qanunsuz olmasını göstərir. Ancaq işə baxan hakim bunları nəzərə almamaqla Mülki Məcəllənin 337.1, 337.4, 340.1 və 340.2-ci maddələrinin tələblərini pozmuşdur. Rəsmi reyestrdə qeydə alınmalı əmlak olan “Mercedes-Benz C180” markalı ** LZ *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1lə birgə nikah dövründə əldə olunan əmlak kimi qiymətləndirilərək, həmin avtomobilin alğı-satqısına dair müqavilənin bağlanması zamanı iddiaçının razılığının alınmaması müqavilənin etibarsızlığına səbəb olmalıdır. Lakin işə baxan hakim bu barədə iddianı təmin etməməklə Ailə Məcəlləsinin 32 və 33-cü, Mülki Məcəllənin 225 və 650-cı maddələrinin tələblərini pozmuşdur. İddia tələbinin bir hissəsi nikah dövründə əldə edilmiş əmlakdakı payın müəyyən edilməsi ilə bağlı olsa da, işə baxan hakim bununla bağlı iddianı təmin etməməklə Ailə Məcəlləsinin 36.1, 36.3 və 37.1-ci maddələrinin tələblərini pozmuşdur. Mübahisəli avtomobil birgə nikah dövründə əldə edilsə də, həmin avtomobilə dair iki dəfə formal alğı-satqı müqaviləsi tərtib edilməklə, avtomobil üzərində olan mülkiyyət hüquqları pozulmuş, birinci instansiya məhkəməsi bununla bağlı iddianı təmin etməməklə, iddiaçının mülkiyyətində olan avtomobildən məhrum edilməsinə şərait və haqq qazandırmış, bununla da “İnsan Hüquqları və Azadlıqları haqqında Avropa Konvensiyası”nın 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərini pozmuşdur. İddia tələbinin əsasını nikah dövründə əldə edilən avtomobilin iddiaçının xəbəri və razılığı olmadan formal alğı-satqı müqaviləsi ilə ərinin adından çıxarılması təşkil edir. İş materiallarında olan alğı-satqı müqavilələri və Baş X26 İdarəsinin məktubundan, kompüter çıxarışından görünür ki, mübahisəli avtomobil nikah dövründə, yəni xx.xx.2019-cu il tarixdə Cavabdeh1 adına qeydə alınmış, xx.xx.2022-ci il tarixdə atası Cavabdeh2 2000 manata satılmış, həmin tarixdə Cavabdeh1 adına etibarnamə verməklə avtomobil Vüqarın istifadəsində olmuş, xx.xx.2022-ci il tarixində isə qohumları Cavabdeh3 4000 manata satılmışdır. Məhkəmə iclaslarında Vüqarla Ehtibar aralarında bağlanmış müqavilənin formal olmaqla Ehtibarın Vüqara hər hansı məbləğdə pul verməməsini etiraf etdiklərindən və həmin gün Vüqara etibarnamə verməklə avtomobilin onun faktiki istifadəsində olması həmin əqdin uydurma əqd olmasını göstərir. Cavabdeh3 isə cavabdehlərin qohumu olmaqla məhkəmə mübahisəsindən məlumatlı olduğundan (bunu özü də etiraf etmişdir) və məhkəmə ilk iclası barədə 04 oktyabr 2022-ci il tarixli bildirişin cavabdehlərə getməsindən sonra bu alğı-satqını reallaşdırmaları və alğı-satqıdakı məbləğlə bağlı izahatlarında göstərdikləri rəqəmin müqavilədən və reallıqdan fərqli olması bir daha bu müqavilənin sırf avtomobil üzərində iddiaçının hüquqlarından məhrum edilməsinə yönəldiyini göstərir. Lakin işə baxan hakim bütün bunları nəzərə almamış, qeyd olunan sübutlara, eləcə də cavabdehlərin izahatında olan tələbin təmin edilməsinə əsas verən məqamlara düzgün qiymət verməmiş, nəticədə iddiaçının hüquqlarının pozulmasına səbəb olmaqla düzgün olmayan qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi mübahisələndirilən alğısatqıların qanunamüvafiq olması qənaətinə gəlmişdir. Halbuki, iş materialları bunun tam əksini göstərir. Təkcə cavabdehlərin öz izahatlarında aralarında hər hansı pul məsələsinin olmamasını, müqavilədə pulun formal olaraq yazılmasını bildirmələri kifayətdir ki, həmin müqavilənin uydurma əqd olması nəticəsinə gəlinsin. Bu isə həmin xüsusat üzrə məhkəmənin gəldiyi nəticənin işin hallarına uyğun olmamasını göstərir. Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, onun maaşı kifayət qədər deyil, öz vəsaiti ilə avtomobil ala bilmir. Avtomobil atası Cavabdeh2 vəsaiti hesabına alınmış, sadəcə olaraq onun adına rəsmiləşdirilmişdir. O, mebel sexində qeyri-rəsmi fəhlə işləyir və aylıq qazancı təxminən 300-400 manat arasında olur. Odur ki, apellyasiya şikayətinin təmin olunmamasını və Masallı Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 2(050)- 3124/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, mübahisəli əmlakı o, öz vəsaiti hesabına, Cavabdeh1lə İddiaçı toyu olmazdan əvvəl almışdır. O, avtomobili əvvəlcə etibarnamə əsasında əldə etsə də, sonradan oğlu Cavabdeh1 adına rəsmiləşdirmişdir. Həmin nəqliyyat vasitəsini oğlu Cavabdeh1 almamışdır. O, nəqliyyat vasitəsini oğlunun adına rəsmiləşdirdikdən sonra öz adına etibarnamə almış, sonradan avtomobili alqı-satqı qaydasında öz mülkiyyətinə keçirmişdir. 25 oktyabr 2022-ci il tarixində də avtomobili Cavabdeh3 satmış, sonuncunun isə ümumiyyətlə avtomobilin nə vaxtsa oğlu Cavabdeh1 adına olmasından xəbəri olmamışdır. Cavabdeh3 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 onun həmkəndlisi və uzaq qohumlarıdır. Onun Cavabdeh1 ailəsində olan mübahisələrdən xəbəri olsa da, mübahisə predmeti olan avtomobilin nə vaxtsa Cavabdeh1 adına qeydə alınması barədə hər hansı məlumatı olmamışdır. Belə ki, həmin avtomobil kənddə həmişə Cavabdeh2 tərəfindən istifadə olunmuş, avtomobili alarkən də avtomobilin Cavabdeh2 adına qeydə alındığı müəyyən olunmuşdur. Avtomobilin alınması zamanı onun üzərində hər hansı məhdudiyyətin də olmaması səbəbindən onda hər hansı şübhə yaranmamışdır. Həmçinin o, avtomobili aldıqdan sonra bir müddət istifadə etmiş, bir sıra çatışmazlıqlarını aradan qaldırıb təmir etdirməklə rəsmi alqı-satqı qaydasında başqa şəxsə satmışdır. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının iş üzrə 26 aprel 2023-cü il tarixli 2(106)-642/2023 nömrəli qətnaməsi ilə (hakimlər – Samir Mayılov (sədrlik edən və məruzəçi), İlham Əsədov və Tofiq Heydərov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi Cavabdeh1 mebel sexində qeyri-rəsmi fəhlə işləməsini və onun aylıq qazancının 300-400 manat olmasını nəzərə alaraq mübahisəli nəqliyyat vasitəsinin Cavabdeh1 iddiaçı ilə birgə nikah dövründə qazandığı vəsaiti hesabına əldə edilməsini inandırıcı hesab etməmiş və belə qənaətə gəlmişdir ki, mübahisəli avtomobil Cavabdeh2 tərəfindən əldə edilmiş olsa da, Cavabdeh1 adına sənədləşdirilmiş, daha sonra alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 adına keçirilmişdir. Odur ki, nəqliyyat vasitəsinin Cavabdeh2 mülkiyyətinə keçirilməsi formal xarakter daşımamış, alqı-satqı müqaviləsi ona uyğun hüquqi nəticə yaradaraq avtomobil sonuncunun mülkiyyətinə keçirilmişdir. Məhkəmə kollegiyası bildirmişdir ki, uydurma əqd yalnız müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir. Lakin hazırkı iş üzrə Cavabdeh1 və Cavabdeh2 arasında hər hansı hüquqa zidd hərəkətə yol verilməsi halı müəyyən edilmir. Bundan başqa, iddiaçı birgə nikah dövründə əldə edilmiş avtomobil satılarkən onun razılığı alınmamasına və Mülki Məcəllənin 650-ci maddəsinə istinad etmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, nə Mülki Məcəllədə, nə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununda və nə də “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması haqqında” Təlimatda rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əmlakların alqı-satqısı zamanı ər-arvadın razılığının olması tələbi yoxdur. Apellyasiya instansiyası məhkəməsinin alqı-satqı müqavilələrinin etibarsızlığı bağlı mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı iş üzrə icraat başlanıldıqdan sonra, 25 oktyabr 2022-ci il tarixində ikinci alqı-satqı müqaviləsinin bağlanmasının qarşısının alınması üçün iddiaçı tərəfindən məhkəməyə müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə verilə bilərdi. Apellyasiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi bu cür ərizənin verildiyini, lakin məhkəmə tərəfindən onun təmin edilmədiyini bildirsə də, bu hal alqı-satqı müqaviləsi əsasında həmin avtomobili sonradan əldə etmiş şəxsin hüquqlarının məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilməz. Belə ki, apellyasiya məhkəməsinin iclasında iştirak edərkən Cavabdeh3 avtomobilin məhz Cavabdeh2 mülkiyyətində olduğunu bildiyini, onun nə vaxtsa Cavabdeh1 adına qeydə alınmasından xəbərsiz olduğunu, avtomobilin üzərində hər hansı məhdudiyyət olmadığını öyrəndikdən sonra onu aldığını bildirmişdir. İş materialları ilə də mübahisəli avtomobilin üzərinə həbs qoyulması və ya onunla bağlı sərəncam verilməsinin qadağan edilməsinə dair hər hansı fakt müəyyən edilmir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Cavabdeh3 avtomobillə bağlı mübahisənin olmasından xəbərdar olmasına dair dəlili ilə bağlı qeyd etmişdir ki, Cavabdeh3 avtomobillə bağlı mübahisənin mövcudluğundan xəbərdar olduğunu nə birinci instansiya, nə də apellyasiya instansiyasında bildirmiş, sadəcə boşanma ilə bağlı ailə problemləri olmasından kənd camaatı olaraq məlumatlı olduğunu qeyd etmişdir. Cavabdeh3 tərəflər arasındakı boşanma ilə bağlı ailəvi problemlər barədə məlumatının olması isə onun nəqliyyat vasitələrinin dövlət qeydiyyatının məlumatına etimad göstərərək əldə etdiyi avtomobilə dair müqavilənin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Mübahisəli avtomobilə dair mülkiyyət hüququ isə Cavabdeh3 onu əldə etdiyi vaxt Cavabdeh2 məxsus olmuşdur. Bu hal isə onun vicdanlı alıcı olduğunu təsdiq edir. Mövcud vəziyyətdə nəqliyyat vasitəsinin alqı-satqısı zamanı həmin əmlak barəsində mübahisənin olması əsası ilə müqavilənin etibarsız hesab edilməsi müvafiq əmlakı rəsmi dövlət orqanı tərəfindən və həmin orqanın verdiyi rəsmi sənədlər əsasında əldə etmiş şəxsin – Cavabdeh3 Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilmiş mülkiyyət hüquqlarının pozulmasına səbəb ola bilər. Üstəlik, Cavabdeh3 mübahisə predmeti olan avtomobili sonradan başqa şəxsə satdığını bildirmiş, lakin Cavabdeh3 tərəfindən avtomobil həqiqətən də üçüncü bir şəxsə satılmış olsa belə, həmin alqı-satqının etibarsızlığı barədə hər hansı tələb irəli sürülməmiş, bu hal birinci instansiya məhkəməsində icraat zamanı araşdırma predmetinə daxil olmamışdır. Məhkəmə kollegiyasının mübahisəli əmlak üzərində iddiaçının ½ hissədə pay hüququnun müəyyən edilməsinə münasibətdə mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli avtomobil etibarlı alqı-satqı müqavilələri əsasında özgəninkiləşdirildiyindən, mübahisəli avtomobil üzərində 25 oktyabr 2022-ci il tarixli müqavilə əsasında mülkiyyətçi Cavabdeh2 həmin avtomobili vicdanlı alıcı olaraq əldə etmiş Cavabdeh3 Konstitusiya ilə təsbit edilmiş mülkiyyət hüququ yarandığından, həmin avtomobil üzərində iddiaçının ½ hissədə pay hüququnun müəyyən edilməsi tələbinin təmin edilməsi üçün əsas müəyyən edilmir. İddiaçı (vəkili Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 oktyabr 2023-cü il tarixli 2(102)-3458/2023 saylı qərarı ilə kassasiya şikayətinin təmin edilməsi, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-642/2023 nömrəli 26 aprel 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. Ali Məhkəmənin iş üzrə mövqeyi ondan ibarətdir ki, iddianın mahiyyətindən göründüyü kimi iddiaçı Cavabdeh1lə boşandıqdan sonra birgə nikah dövründə əldə edilmiş əmlakın birgə mülkiyyət kütləsindən çıxarılması barədə cavabdehlərin aralarında bağladıqları alqı-satıq müqavilələrini mübahisələndirir və həmin əmlakdan pay tələb edir. İşin mübahisələndirilməyən hallarına görə iddiaçı ilə cavabdeh 2018-ci ilin yanvar ayından faktiki nikah münasibətlərində olmuş, 11 oktyabr 2018-ci il tarixdə aralarında olan nikah rəsmiləşdirilmiş, mübahisəli əmlak isə 11 dekabr 2019-cu il tarixdə rəsmi qaydada əldə edilmişdir. Tərəflər arasındakı münasibət pisləşdikdən sonra, yəni 10 fevral 2022-ci il tarixdə Cavabdeh1 həmin avtomobili alqı-satqı müqaviləsi əsasında atası - digər Cavabdeh2 adına keçirmişdir. Elə həmin tarixdə də Cavabdeh2 tərəfindən Cavabdeh1 avtomobili idarə etmək üçün etibarnamə verilmişdir. Hazırkı iddia qaldırıldıqdan sonra isə Cavabdeh2 həmin avtomobili digər Cavabdeh3 rəsmi qaydada satmışdır. İşə baxan birinci instansiya məhkəməsi iddianı mahiyyəti üzrə həll edərkən alqı-satqı müqavilələrinin qanuna uyğun şəkildə rəsmiləşdirildiyi, etibarsız hesab edilmələri üçün əsasların olmadığı və sonuncu alıcı Cavabdeh3 vicdansız sahibliyini təsdiq edən halların sübuta yetirilmədiyi əsasları ilə iddianı rədd etmiş, mübahisəli əmlakın birgə mülkiyyətdə olması barədə prezumpsiyaya toxunmamışdır. Buna baxmayaraq, iddiaçının apellyasiya şikayəti əsasında işə baxan apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsindən fərqli olan faktiki hal müəyyən edərək tərəflərin izahatlarına istinad etməklə, Cavabdeh1 mebel sexində qeyri-rəsmi fəhlə işləməsini və onun aylıq qazancının 300-400 manat olmasını nəzərə alaraq mübahisəli nəqliyyat vasitəsinin Cavabdeh1 iddiaçı ilə birgə nikah dövründə qazandığı vəsaiti hesabına əldə edilməsini inandırıcı hesab etməmiş, mübahisəli avtomobilin Cavabdeh2 tərəfindən əldə edilmiş olsa da, Cavabdeh1 adına sənədləşdirilməsi, daha sonra alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 adına keçirilməsi qənaətinə gəlmişdir və qeyd etmişdir ki, nəqliyyat vasitəsinin Cavabdeh2 mülkiyyətinə keçirilməsi formal xarakter daşımamış, alqı-satqı müqaviləsi ona uyğun hüquqi nəticə yaradaraq avtomobil sonuncunun mülkiyyətinə keçirilmişdir. Məhkəmə kollegiyası həmçinin belə nəticəyə gəlmişdir ki, uydurma əqd yalnız müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir. Lakin hazırkı iş üzrə Cavabdeh1 və Cavabdeh2 arasında hər hansı hüquqa zidd hərəkətə yol verilməsi halı müəyyən edilməmişdir. Kassasiya instansiyası məhkəməsi apellyasiya məhkəməsinin müəyyən etdiyi hallarla və bu hallar əsasında gəldiyi yekun nəticə ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə kollegiyası mübahisəli əmlakın birgə mülkiyyətdə olmasına dair prezumpsiyanı formal mülahizələr əsasında pozmuş, bununla da iddiaçını gələcəkdə həmin əmlakın satışına görə əldə edilmiş vəsaitdən payını tələb etmək hüququndan da məhrum etmişdir. İlk olaraq qeyd edilməlidir ki, birinci instansiya məhkəməsində tərəflər arasında əmlakın birgə nikah dövründə alınması və əmlaka qoyulan vəsait barəsində mübahisə olmamışdır. Birinci instansiya məhkəməsi bu barədə araşdırma aparmışdır. Məhkəmənin 31 oktyabr 2022-ci il tarixli iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alqı-satqı əməliyyatları zamanı aralarında hər hansı pulun alınıb verilmədiyini bildirmiş, sonuncu əlavə olaraq oğluna maşın almasında köməklik etdiyini bildirmişdir. Apellyasiya məhkəməsi isə 26 aprel 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında bu halların yenidən araşdırılması ilə bağlı verilən izahatlar və aparılan sorğu-sualları düzgün təfsir etməmişdir. Belə ki, iddiaçının nümayəndəsi avtomobilin 11500 manata alındığı, alqı-satqı əməliyyatı zamanı iddiaçının iştirak etmədiyi, lakin ödənişin tərəflərin birgə vəsaiti hesabına edildiyini bildirsə də, məhkəmə kollegiyası bu izahatdan iddiaçının avtomobilin alqı-satqısı zamanı pul ilə iştirak etmədiyi qənaətinə gəlmişdir. Bundan başqa, Cavabdeh1 məhkəmə iclasında sədrlik edənin sualına cavab olaraq hazırda (yəni 26 aprel 2023-cü il tarixində) fəhlə işlədiyini və 300-400 manat gəlirinin olduğunu bildirmişdir. Qeyd edilənlər hər hansı sübutla əlaqələndirilmədiyi kimi, məhkəmə tərəfindən düzgün də qiymətləndirilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Mülki prosessual qanunvericiliyə görə iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin müəyyən etdiyi hallar mübahisəli əmlakın birgə nikah dövründə birgə vəsait hesabına əldə edilməsini təkzib etmək üçün yetərli deyil. Belə ki, Ailə Məcəlləsinin 32.3-cü maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Kollegiya həmçinin hesab edir ki, apellyasiya məhkəməsinin bu əmlakın birgə vəsait hesabına əldə edilməməsi qənaəti ilə yanaşı həmin əmlakın satılmasına arvadın razılığının alınmamasının nə Mülki Məcəllədə, nə də ki “Notariat haqqında“ Azərbaycan Respublikasının Qanununda və “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatda rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əmlakların alğı-satqısı zamanı ər-arvadın razılığının alınması tələbinin olmamasına və belə razılığın Mülki Məcəllənin 222.2-ci maddəsinə əsasən ehtimal olunduğuna dair mövqeyi bir-birinə ziddiyyətli olmuşdur. Məhkəmə kollegiyası həmçinin iddiaçının ata oğul arasında alqı-satqı müqaviləsinin uydurma olması, həmin avtomobilin məhkəmə icraatı dövründə Cavabdeh3 adına rəsmiləşdirilməsinə baxmayaraq, hələ də Cavabdeh1 və Cavabdeh2 tərəfindən istifadə edilməsinə və Cavabdeh3 cavabdehlərin qohumu olmaqla həmin mübahisədən xəbərdar olmaqla, vicdanlı alıcı olmamasına dair dəlilləri ətraflı araşdırılmamış, məhkəmənin iddiaçının 25 oktyabr 2022-ci il tarixində ikinci alqı-satqı müqaviləsinin bağlanmasının qarşısının alınması üçün məhkəməyə müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə verməməsi ilə bağlı iradı əsassız olmuşdur. Mülki Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir və 18-ci maddəsinə əsasən mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Barəsində məhkəmə mübahisəsi olan əmlakın özgəninkiləşdirilməsinə görə iddiaçı deyil, cavabdehlər məsuliyyət daşıyırlar. Odur ki, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən apellyasiya instansiya məhkəməsinin iddianın rədd edilməsi əsasları ilə razılaşmır. İddiaçının nümayəndəsi Vəkil izahatında bildirmişdir ki, işin hallarından da müəyyən edilir ki, İddiaçı və Cavabdeh1 birgə nikah dövründə sonuncunun adına “Mersedes Benz C180” markalı ** LZ *** dövlət qeydiyyat nişanlı avtomobil almışlar. Onların münasibətləri gərginləşdikdən sonra, yəni 10 fevral 2022-ci ildə həmin avtomobil soncunun atasına satmış, öz adına da etibarnamə almışdır. Avtomobil faktiki olaraq Vüqarın istifadəsində olmuş və həmin müqavilə formal xarakter daşıyır. Cavabdeh özü mebel ustasıdır və qazancı yaxşıdır. Birinci istansiya məhkəməsinə hazırkı tələblə müraciət edildikdən sonra xx.xx.2022-ci il tarixdə tərəflərə məhkəmə bildirişi göndərilmiş, xx.xx.2022-ci il tarixdə də Vüqar və atası Ehtibar həmin avtomobili yaxın qohumları Cavabdeh3 adına sənədləşdirmişlər. Lakin faktiki olaraq avtomobil onların istifadəsində olmuşdur. Ruslan birinci instansiya məhkəməsində izahat verərkən bildirmişdir ki, tərəflər arasındakı mübahisələrdən xəbərdardır. Cavabdehlərin məqsədi iddiaçını ümumi əmlakdan məhrum etmək olmuşdur. İndi isə müəyyən edilir ki, avtomobil X19 adlı şəxsə satılmışdır. Qeyd edir ki, iş apellyasiya məhkəməsinin icraatında olduğundan, sonuncu alıcının vicdanlı alıcı olması müəyyənləşdirildiyi təqdirdə, həmin alqı-satqını mübahisələndirmək mümkün deyildir. Odur ki, həmin avtomobilin ½ hissəsi payının orta bazar qiyməti nəzərə alınaraq pulun cavabdehlərdən alınaraq iddiaçıya verilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edirlər. Avtomobilin dəyərinin sonuncu müqavilədəki qiymətlə müəyyən edilməsinə etiraz edir, belə ki, həmin qiymət avtomobilin real vəziyyətinə uyğun bazar qiymətini əks etdirmir. Cavabdeh2 məhkəmədəki izahatında bildirmişdir ki, avtomobili ilk dəfə özü Cəlilabadlı şəxsdən ümumi etibarnamə ilə 8000 manat məbləğində pula almışdır. Etibarnamənin vaxtı bitmişdi deyə ona bildirmişdilər ki, avtomobili öz adına keçirə bilməz. Bu səbəbdən də, avtomobili sonra oğlunun adına keçirmişdir. Qeyd edir ki, oğlu o qədər məbləğdə pula maşın ala biləcək maddi imkana sahib deyildir. Avtomobili özü almış, məcburiyyətdən oğluna vermiş, sonra öz adına keçirmişdir. Əgər avtomobili iddiaçı almış olsaydı, onu heç vaxt satmazdı. Həmin avtomobili Cavabdeh3 verən zaman avtomobilin motoru xarab olmuşdur. Avtomobildə hələ 2022-ci ildən bəri nasazlıq vardı. Avtomobilin motoru xarab olduğu üçün Cavabdeh3 4900 manata satmışdır. Mediasiya prosesi zamanı tərəflər arasında əmlak bölgüsü barədə razılıq əldə olunmuşdur. Orada avtomobillə bağlı məsələ həll olunmamışdır. Cavabdeh1 məhkəmədə verdiyi izahatında bildirmişdir ki, iddiaçı ilə 5 il ailəli olmuşlar. Mübahisələri boşanmadan 5-6 ay öncə olmuşdur. Avtomobillə bağlı alqı-satqını 2022-ci ilin fevral ayında həyata keçirmişlər. Əvvəl avtomobil onun istifadəsində olmuş, sonra atası İrana getməli olduğu üçün avtomobili ona satmalı olmuşdur. Cavabdeh3 məhkəmədə izahatında bildirmişdir ki, “Mersedes Benz C180” markalı ** LZ *** dövlət qeydiyyat nişanlı avtomobili yaxın qohumu Cavabdeh2 4900 manat məbləğində pula almışdır. Daha doğrusu, Ehtibarın ona çoxdandır ki, 4000 manat məbləğində borcu olmuş və həmin pulu ödəyə bilməmişdir. Həmin borcu bağlayaraq, ona 900 manat məbləğində pul ödəməklə həmin avtomobili əldə etmişdir. Tərəflərin boşanmasından xəbərdar olmuş, lakin aralarında avtomobil barədə mübahisələri olmamışdır. Avtomobilin alınması zamanı onun üzərində hər hansı bir məhdudiyyətin olmaması səbəbindən onda hər hansı şübhə yaranmamışdır. Avtomobili alarkən onun motoru xarab olmuşdur. Oğlu maşın ustasıdır və avtomobili öz adına keçirdikdən sonra təmir edərək Ülvi adlı Cəlilabadlı şəxsə təxminən 6000 manata satmışdır. Ülvi adlı şəxsi şəxsən tanımır, maşın bazarında əvvəl atası ilə, sonra özü ilə tanış olmuşdur. Lakin 2 gün sonra həmin şəxs ona zəng edərək avtomobilin motorunun yenidən xarab olduğunu bildirmiş, o da ödədiyi pulun bir qismini həmin şəxsə qaytarmışdır. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X19 məhkəməyə teleqram ünvanlayaraq iş üzrə mübahisələndirilən əmlakın tam mülkiyyətçisi olduğunu, tərəflər arasında olan məsələ ilə bağlı xəbərinin olmamasını və səhhəti ilə bağlı prosesdə iştirak edə bilməyəcəyini bildirmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X12 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X26 İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin və cavabdehlərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları hərtərəfli şəkildə tədqiq edib qiymətləndirərək hesab edir ki, Masallı Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 2(050)-3124/2022 saylı qətnaməsi tamamilə ləğv edilərək yeni qətnamə çıxarılmalı, iddia qismən təmin edilməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarında olan Masallı Regional “ASAN Xidmət” Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş 28 iyul 2022-ci il tarixli 05/501-69 saylı arayışdan görünür ki, Cavabdeh1 və X7 nikahı haqqında 11 oktyabr 2018-ci il tarixində 586 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə “Abdullayev”, arvada “Abdullayeva” soyadı verilmişdir. İş materiallarında olan Masallı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 28 iyul 2022-ci il tarixli 643 nömrəli arayışdan görünür ki, 04 yanvar 2019-cu il təvəllüdlü X5 atası Cavabdeh1, anası İddiaçıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X26 İdarəsinin 18 avqust 2022-ci il tarixli məktubundan görünür ki, DİN Baş X26 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən “Mercedes Benz C180” markalı ** LZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmış, xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılaraq Cavabdeh2 adına rəsmiləşdirilmişdir. Qeyd olunan nəqliyyat vasitəsinin etibarnamə ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək Cavabdeh1 istifadəsinə verilməsi, xx.xx.2022-ci il tarixdə isə etibarnamənin ləğv edilməsi barədə DİN Baş X26 İdarəsinin mərkəzi informasiya sistemində məlumat mövcuddur. Məktuba kompüter çıxarışı əlavə olunmuşdur. İş materiallarında olan “Elektron notariat” X1 Çıxarışdan görünür ki, xx.xx.2019-cu il tarixli etibarnamə əsasında mülkiyyətçisi X6 olan “Mercedes-Benz C180” markalı ** LZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair sərəncam hüququ X8 tərəfindən Cavabdeh2 etibar edilmiş, etibarnamənin təsdiq edilməsi zamanı avtomobilin mülkiyyətçisi, etibar edən və etibar edilən hər üçü iştirak etmişdir. xx.xx.2020-ci ildə bu notarial hərəkət qüvvədən düşmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X26 İdarəsinin 22 sentyabr 2022-ci il tarixli məktubundan görünür ki, BDYPİ-nin mərkəzi informasiya sisteminin məlumatına əsasən Cavabdeh1 adına xx.xx.2018-ci il tarixdə alqısatqı müqaviləsi əsasında “VAZ-21061” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyata alınmış, xx.xx.2019-cu il tarixdə alqı-satqı müqaviləsi əsasında qeydiyyata alınmış “Mercedes-Benz” markalı ** LZ *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X26 İdarəsinin 26 noyabr 2022-ci il tarixli məktubundan görünür ki, BDYPİ-nin mərkəzi informasiya sisteminin məlumatına əsasən X4 adına xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmış “Mercedes-Benz” markalı ** LZ *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında Cavabdeh3 adına qeydiyyata alınmışdır. Məktuba əlavə edilmiş DİN BDYPİ Lənkəran RQİ və TBŞ-də təsdiq edilmiş 25 oktyabr 2022-ci il tarixli nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsindən görünür ki, Cavabdeh2 “Mercedes- Benz C180 minik” markalı ** LZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 4000 manata Cavabdeh3 satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X26 İdarəsinin 19 dekabr 2022-ci il tarixli məktubundan görünür ki, BDYPİ-nin mərkəzi informasiya sisteminin məlumatına əsasən Cavabdeh1 mülkiyyətində olmuş “Mercedes- Benz” markalı ** LZ *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə alğı-satqı müqaviləsi əsasında Cavabdeh2 adına qeydiyyata alınmışdır. Məktuba əlavə edilmiş DİN BDYPİ Lənkəran RQİ və TBŞ-də təsdiq edilmiş 10 fevral 2022-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 “Mercedes-Benz C180 minik” markalı ** LZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 8000 manata Cavabdeh2 satmışdır. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli 2(050)- 2741/2022 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə Cavabdeh1 ilə İddiaçı arasında 11 oktyabr 2018-ci il tarixdə Masallı regional ASAN Xidmət mərkəzi Qeydiyyat şöbəsində 586 nömrə ilə qeyd edilmiş nikah pozulmuşdur. İş materiallarından görünür ki, iddiaçının nümayəndəsi Vəkil 15 noyabr 2022-ci il tarixdə müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh3 adına qeydiyyata alınmaqla Cavabdeh1 faktiki istifadəsində olan “Mersedes Benz C 180” markalı ** LZ *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyularaq yekun məhkəmə qərarı qanuni qüvvəsini alanadək həmin avtomobil üzərində sərancam verilməsinə qadağa qoyulması barədə qərardad çıxarılmasını xahiş etmiş, həmin məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə təmin edilməmişdir. Həmin qərardaddan şikayət verilmiş və Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, Masallı Rayon Məhkəməsinin adıçəkilən qərardadı ləğv edilmiş və ərizəyə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş Masallı Rayon Məhkəməsinə göndərilmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə təmin edilməmişdir. İş materiallarında olan 28 fevral 2023-cü il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh3 alıcı X12 “Mersedes Benz C 180” markalı ** LZ *** dövlət qeydiyyat nişanlı avtomobili 6500 manata satmışdır. İş materiallarından görünür ki, iddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixdə ərizə verərək bildirmişdir ki, indi müəyyən edilir ki, avtomobil X19 adlı şəxsə satılmışdır. İş apellyasiya məhkəməsinin icraatında olduğundan, sonuncu alıcının vicdanlı alıcı olması müəyyənləşdirildiyi təqdirdə həmin alqı-satqını mübahisələndirmək mümkün deyildir. Odur ki, həmin avtomobilin ½ hissəsi payının orta bazar qiyməti nəzərə alınaraq pulun cavabdehlərdən alınaraq iddiaçıya verilməsi barədə yeni qətnamə çıxarılmasını, həmçinin məhkəmə iclasında o şifahi vəsatət verərək X10 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməsii xahiş etmişdir. İşə əlavə edilmiş “Turbo.az” saytından əldə edilmiş çıxarışdan görünür ki, iş üzrə mübahisələndirilən avtomobillə eynilik təşkil edən avtomobillərin (“Mersedes Benz C 180” buraxılış ili 1997) orta bazar qiyməti 7500-12500 manat aralığını təşkil edir. İş materiallarında olan Fərdi Sahibkar V.Hacıyev tərəfindən verilmiş arayışdan görünür ki, “Mersedes Benz C 180” markalı ** LZ *** dövlət qeydiyyat nişanlı avtomobilin bugünki bazar qiymət 12000 manat müəyyən edilmişdir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. MPM-in 420-ci maddəsinin tələbinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, qanunvericiliklə kassasiya məhkəməsinin məcburi olan göstərişlər vermək səlahiyyətinin müəyyənləşdirilməsinin məqsədlərindən biri apellyasiya məhkəməsinin aktlarının çıxarılması zamanı yol verilmiş səhvlərin işə apellyasiya qaydasında yenidən baxılarkən təkrarlanmasının qarşısının alınmasından ibarətdir. Digər tərəfdən, kassasiya məhkəməsi qanunun tətbiqinin düzgünlüyünü yoxlayarkən və onu təfsir edərkən yalnız iş üzrə buraxılan səhvləri düzəltmir, həmçinin məhkəmə təcrübəsini hüquq normalarının dəqiq və vahid qaydada tətbiq olunmasına istiqamətləndirir. Hazırkı halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını düzgün hesab edir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş və iş üzrə qanuni və əsaslı olmayan qətnamə qəbul olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. MM-in 225-ci maddəsinə görə ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. MM-in 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. MM-in 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. MM-in 650-ci maddəsinə əsasən rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alqı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsi (AM) 32.3-cü maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ərarvadın ümumi birgə mülkiyyətinə: onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. AM-in 33.3-cü maddəsinə əsasən ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. Kollegiya diqqətə çatdırır ki, “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 13 iyul 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Bundan əlavə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 oktyabr 2023-cü il tarixli 2(102)- 3458/2023 saylı qərarındakı göstərişlərə əsasən işdəki sübutlar üzrə araşdırma apararaq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş və iş üzrə qanuni və əsaslı olmayan qətnamə qəbul olunmuşdur. Belə ki, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, tərəflər 2018-ci ilin yanvar ayından faktiki nikah münasibətlərində daxil olmuş və 11 oktyabr 2018-ci il tarixdə isə nikahlarını rəsmiləşdirilmişdir. Mübahisəli Mercedes-Benz C 180 minik” markalı ** LZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini tərəflər nikaha daxil olduqdan sonra - 11 dekabr 2019-cu il tarixdə rəsmi qaydada əldə edilmişdir. Cavabdeh1 da məhkəmədə verdiyi izahatından göründüyü kimi, tərəflər arasında mübahisə daha əvvəldən yaranmış və tərəflər arasındakı münasibət pisləşdikdən sonra - 10 fevral 2022-ci il tarixdə Cavabdeh1 həmin avtomobili alqı-satqı müqaviləsi əsasında (8000 manata) atası Etibar Novruzovun adına keçirmişdir. İşdən də aşkar görünür ki, məhz həmin tarixdə də Etibar Novruzov tərəfindən oğlu Cavabdeh1 avtomobili idarə etmək üçün etibarnamə verilmişdir. Hazırkı iddia qaldırıldıqdan sonra isə - xx.xx.2022-ci il tarixdə Etibar Novruzov həmin avtomobili digər Cavabdeh3 alqı-satqı müqaviləsi əsasında (4000 manata) rəsmi qaydada satmışdır. Daha sonra 28 fevral 2023-cü il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh3 adıçəkilən avtomobili 6500 manata alıcı X2. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən mübahisəli əmlak olaraq “Mersedes Benz C 180” markalı ** LZ *** dövlət qeydiyyat nişanlı avtomobilin X15 və cavabdehlər Cavabdeh1 ümumi birgə mülkiyyəti daxil olması barədə prezumpsiyanı nəzərə almamışdır. Məhkəmə prezumpsiyanı heç bir hüquqi əsası olmayan formal mülahizələrə əsaslanaraq pozmuşdur ki, bu da nəticədə iddiaçının əmlak hüquqlarından məhrum edilməsinə gətirib çıxarmışdır. Bütün qeyd edilənlər, eləcə də 10 fevral 2022-ci il tarixdə Cavabdeh1 avtomobili atası Etibar Novruzovun adına keçirdikdən sonra eyni tarixdə Etibar Novruzov tərəfindən ona avtomobili idarə etmək üçün etibarnamənin verilməsi və cavabdehlər Cavabdeh1 və Etibar Novruzov arasında alqısatqı zamanı hər hansı pulun alınıb-verilməməsi, bundan əlavə, mübahisəli avtomobilin məhkəmə icraatı dövründə tərəflər arasındakı mübahisədən məlumatlı, həmçinin digər cavabdehlərin qohumu olan Cavabdeh3 tərəfindən kəskin şəkildə ucuz qiymətə - 4900 manat məbləğində alınması, hər iki alıcının vicdanlı alıcı olmaması və müqavilələrin həqiqətən də uydurma olduğunun göstəricisidir. Cavabdehlərin etirazının əsasını təşkil edən hal kimi avtomobilin nasaz vəziyyətdə olması və buna görə belə ucuz qiymətə alqısatqıya dair dəlili üzrə məhkəməyə hər hansı sübut verilməmişdir. Bütün bunlarla yanaşı, 28 fevral 2023-cü il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 mübahisəli “Mersedes Benz C 180” markalı ** LZ *** dövlət qeydiyyat nişanlı avtomobili X12 6500 manata satmışdır. Cavabdeh3 izahatında Cəlilabad rayon sakini X13 şəxsən tanımadığını, maşın bazarında əvvəl atası ilə, sonra özü ilə tanış olmasını, avtomobili satdıqdan 2 gün sonra Ülvinin ona zəng edərək avtomobilin motorunun yenidən xarab olduğunu və o da ödədiyi pulun bir qismini həmin şəxsə qaytardığnı bildirmişdir. Kollegiya diqqətə çatdırır ki, X19 iş üzerə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş, sonuncu isə məhkəməyə müraciət edərək mübahisələndirilən əmlakın tam mülkiyyətçisi olduğunu, tərəflər arasında olan məsələ ilə bağlı xəbərinin olmamasını bildirmişdir. Beləliklə də, hazırkı mülki işin müəyyən edilmiş faktiki hallarına əsasən X3 rayonu Məmmədcanlı kəndində qeydiyyatda olmaqla, onun cavabdehlərlə, eləcə də Cavabdeh3 hər hansı qohumluq əlaqələri və tanışlığı təsdiqini tapmır. Həmçinin Cavabdeh3 izahatında qeyd edilənlərə əsasən belə qənaətə gəlmək olar ki, Cavabdeh3 X19 ilə hər hansı dostluq yaxud qohumluq münasibətində olduğu halda, heç vaxt ona nasaz vəziyyətdə avtomobili satmazdı. Bu baxımdan, kollegiya X10 vicdanlı alıcı olmasını istisna etmir. Beləliklə, məhkəmə kollegiyası “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli № 1/2024 qərarının 3-cü bəndinə əsasən nəzərə alınmalıdır ki, ailə birliyi ümumi təsərrüfatı özündə ehtiva etdiyi üçün nikah müddətində əldə edilmiş əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanıldığı ehtimal olunur. Ailə Məcəlləsinin 32-ci maddəsinin mənasına görə əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanılması yalnız pul və digər əşya qarşılığında deyil, həmçinin nikah dövründə birlikdə və ayrılıqda çəkilmiş zəhmət, əmək və başqa səylər nəticəsində əldə olunmasını nəzərdə tutur. Bu səbəbdən də, həmin Məcəllənin 32.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1ci maddələri nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı ehtiva edir. Bundan başqa, kollegiya mübahisəli avtomobilin Cavabdeh2 tərəfindən onun hesabına alınaraq Cavabdeh1 verilməsi və X15 ilə Cavabdeh1 ümumi mülkiyyətinə daxil olmaması barədə dəlilə dair qeyd edilməlidir ki, E.Salmanlının şikayəti üzrə 2023-cü il 28 dekabr tarixli qərarında Konstitusiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 225.2 və Ailə Məcəlləsinin 34.1- ci maddələri üzrə əvəzsiz əqd (bağışlama müqaviləsi) əsasında əldə olunmuş əşyanın ərin və ya arvadın ayrıca əmlakı hesab edilməsi üçün belə əqdin yazılı forması sübutetmə şərti kimi qəbul edilməlidir. Həmin qərarda ifadə edilmiş hüquqi mövqelərə əsasən, pul vəsaitinin bağışlanması ilə bağlı müqavilənin yazılı forması ilə bağlı qanunvericilikdə imperativ tələb olmasa da, nikah dövründə əldə edilmiş əmlakın məhz tərəflərdən birinə bağışlanmış pul vəsaiti hesabına əldə edilməsi əsası ilə ər-arvadın ümumi birgə deyil, ərin və ya arvadın şəxsi əmlakı kimi qiymətləndirilməsi və bununla da, onların əmlakının qanuni rejimindən kənara çıxılması üçün ilk növbədə, bağışlamanın ailəyə deyil, məhz tərəflərdən birinə edilməsini, habelə həmin vəsait hesabına mübahisəli əşyanın əldə edilməsini təsdiqləyəcək mötəbər, o cümlədən əyani sübutların (yazılı müqavilə və s.) mövcud olması zəruridir. Nəzərə alınmalıdır ki, hər hansı müqavilə üzrə sübutetmə şərti olaraq yazılı forma tələbi heç də həmin əqdin mütləq şəkildə “müqavilə” adlanan sənədlə rəsmiləşdirilməli olmasını deyil, belə əqd üzrə iddianın sübuta yetirilməsi, habelə bu əqddən irəli gələn nəticələrin tətbiqi tələbinin təmin edilməsi üçün həmin əqdin mövcudluğunun müxtəlif sənədlər, o cümlədən bank hesabına köçürməni əks etdirən bank sənədləri, yazışmalar və s. əyani sübutlarla, habelə tərəflərin izahatları əsasında işin mübahisəsiz halı kimi təsdiq edilməli olduğunu ehtiva edir. Qeyd olunan əyani sübutlar (yazılı sənədlər və s.) işin digər halları ilə birlikdə araşdırılaraq məsələyə hüquqi qiymət verilməlidir. Beləcə, həmin qərardan da göründüyü kimi, nikah dövründə əldə olunmuş əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanın istisna edilməsi üçün hazırda hər hansı hər hansı mötəbər sübut mövcud deyildir. Yəni hazırkı mülki işin müəyyən edilmiş faktiki halları adıçəkilən mübahisəli əmlakın birgə nikah dövründə birgə vəsait hesabına əldə edilməsini təkzib etmək üçün kifayət deyildir. Bu zaman qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 12 mart 2024-cü il tarixli qərarının 7.1-7.4-cü bəndlərinə görə Ailə Məcəlləsinə əsasən ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir (maddə 33.1). Bununla belə, Ailə Məcəlləsinin 33.2-ci maddəsinə müvafiq olaraq ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir. Göründüyü kimi, qanunverici əmlaka sərəncam verilərkən əqdin tərəfi olmayan ərin (arvadın) razılığının alındığı barədə qanuni prezumpsiyanı yalnız reyestrdə qeydə alınmalı olmayan daşınar əşyalara aid edir. Maddənin əks mənasına görə daşınmaz əşyalara və reyestrdə qeydə alınmalı olan daşınar əşyalara münasibətdə belə bir prezumpsiya mövcud deyil. Beləliklə, reyestrdə qeydə alınmalı olmayan daşınar əşyalara sərəncam verilməsi barədə əqdi ər-arvaddan hansının bağlamasından asılı olmayaraq, digərinin razılığı ehtimal edilir. Mübahisə halında razılığın alınmadığını sübuta yetirmək vəzifəsi əqdi mübahisələndirən ərin (arvadın) üzərinə düşür. Reyestrdə qeydə alınmalı olan daşınar əşyalara münasibətdə sərəncam əqdi bağlanarkən əqdin tərəfi olmayan ərin (arvadın) razılığına dair qanuni ehtimal nəzərdə tutulmadığı üçün mübahisə halında razılığın olduğunu sübutetmə vəzifəsi belə razılığın olduğu əsası ilə iddiaya etiraz edən tərəfin üzərinə düşür. Ailə Məcəlləsinin 33-cü maddəsində razılığın verilməsi üçün məcburi forma nəzərdə tutulmamışdır. Eyni zamanda, Mülki Məcəllənin 355.2-ci maddəsinə əsasən razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur. Odur ki, ərin (arvadın) bağladığı müqavilədə tərəf olmayan ərin (arvadın) razılığı istənilən formada (şifahi, sadə yazılı, notarial, konkret konkludent hərəkətlərdə və s.) ifadə oluna bilər. Göründüyü kimi, ər-arvaddan birinin ümumi birgə mülkiyyətdə olan əşyaya sərəncam əqdini digərinin razılığı olmadan bağlaması, əşyanın daşınar və daşınmaz olmasından asılı olaraq mülki və ailə qanunvericiliyində müəyyən edilmiş şərtlərlə tələb olunan razılığın alınmaması əsası ilə etibarsız sayıla bilər. Reyestrdə qeydə alınmalı olub-olmamasından asılı olmayaraq, daşınar əşyalara sərəncam verilərkən əqdin tərəfi olmayan ərin (arvadın) razılığının alınmaması o halda əqdin etibarsızlığına səbəb olur ki, əldə edən üçüncü şəxs vicdanlı olmasın. Belə ki, ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. Əldə edənin müvafiq razılığın alınmadığını bildiyi və ya bilməli olduğunu sübuta yetirmək vəzifəsi isə bunu iddia edən tərəfin üzərinə düşür. Bu qayda daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış əşya hüquqları istisna olmaqla, ər-arvadın ümumi əmlakına daxil olan digər hüquqlara (yaşayış binasının tərkib hissəsi üzərində pay hüququ, icarə hüququ və s.) onlardan birinin razılığı olmadan sərəncam verilməsi ilə bağlı mübahisələrə eynilə tətbiq olunur. Bütün qeyd edilənlərə rəğmən, iddiaçı X7 nümayəndəsi Vəkil 16 aprel 2024-cü il tarixdə məhkəməyə ərizə verərək bildirmişdir ki, iş materiallarından mübahisəli avtomobilin X19 adlı şəxsə satılması müəyyən edilir. X19 işdən göründüyü kimi vicdanlı alıcı olaraq alqı-satqı müqaviləsi əsasında əmlakı almış və həmin əqd üzrə avtomobil üzərində mülkiyyət hüququ yaranmışdır. İş apellyasiya instansiya məhkəməsinin icraatında olduğundan və sonuncu alıcının vicdanlı alıcı olması müəyyənləşdirildiyi təqdirdə, həmin alqı-satqını mübahisələndirmək mümkün deyildir. Odur ki, həmin avtomobilin ½ hissəsi payının orta bazar qiyməti nəzərə alınaraq pulun cavabdehlərdən alınaraq iddiaçıya verilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Kollegiya diqqətə çatdırır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 12 mart 2024-cü il tarixli qərarının 7.18-ci bəndinə görə isə mübahisə predmetinin üçüncü şəxsin vicdanlı əldə edən olması səbəbindən geri qaytarılması və bölüşdürülməsi mümkün olmadıqda, məhkəmə həmin əşyanın özgəninkiləşdirildiyi halda, bazar dəyərindən iddiaçının payına uyğun olan hissəsinin eyni əsaslarla pul şəklində cavabdehdən tutulmasına iddiaçının razılığı ilə qərar verə bilər. Məsələnin bu qaydada həll edilməsi iddia tələbindən kənara çıxma sayılmır. Çünki ər-arvadın əmlakının qanuni rejiminə söykənən iddianın obyektinin (avtomobil, pul) dəyişməsi, iddianın predmetinin (əmlak bölgüsünün) dəyişməsi hesab edilmir. Məhkəmə kollegiyası qeyd edir ki, işə əlavə edilmiş internet informasiya məkanının məlumatlarına əsasən hazırkı mülki iş üzrə mübahisələndirilən avtomobillə eynilik təşkil edən avtomobillərin (“Mersedes Benz C 180” buraxılış ili 1997) orta bazar qiyməti təqribən 7500-12500 manat məbləğ təşkil edir. Bununla yanaşı, kollegiya iş materiallarında olan fərdi sahibkar V.Hacıyev tərəfindən verilmiş arayışın sübut kimi qəbul edilməsinə tənqidi yanaşaraq “Mersedes Benz C 180” markalı ** LZ *** dövlət qeydiyyat nişanlı avtomobilin hazırkı bazar qiymətinin 12000 manat müəyyən edilməsi ilə razılaşmır. Beləliklə, kollegiya qeyd edir ki, iddiaçı əvvəlcə mübahisəli əmlakın - “Mercedes- Benz C180” markalı ** LZ *** dövlət qeydiyyat nişanlı avtomobilin alğı-satqısına dair 10 fevral 2022-ci il tarixli və 26 oktyabr 2022-ci il tarixli müqavilələrin etibarsız hesab edilməsi, habelə həmin avtomobil üzərində Cavabdeh1 ilə onun hər birinin ½ hissədə pay hüququnun olmasının müəyyən edilməsini xahiş etmişdir. Daha sonra - mülki iş ikinci dəfə apellyasiya instansiya məhkəməsinin icraatında olduğu zaman iddiaçının nümayəndəsi məhkəməyə ərizə verərək mübahisəli avtomobilin ½ hissəsi payının orta bazar qiyməti nəzərə alınaraq pulun cavabdehlərdən alınaraq iddiaçıya verilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Kollegiya bildirir ki, iddianın obyekti olan mübahisəli avtomobilin dəyişməsi iddianın predmetinin dəyişməsi hesab edilmir və buna görə də, mülki işə həmin tələbə uyğun hüquqi qiymət verilməsi prosessual pozuntu sayıla bilməz. Beləliklə, kollegiya belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Masallı Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli 2(050)-3124/2022 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia qismən təmin edilməli, Qədiyeva (Abdullayeva) Nuridə Taleh qızının və Cavabdeh1 ümumi birgə mülkiyyəti olmuş “Mercedes-Benz C180” markalı ** LZ *** dövlət qeydiyyat nişanlı avtomobilin alğı-satqısına dair 10 fevral 2022-ci il tarixli və 26 oktyabr 2022-ci il tarixli müqavilələr vicdanlılığın istisna edildiyi səbəbilə etibarsız hesab edildiyindən adıçəkilən avtomobilin dəyəri qismində ağlabatan orta bazar qiyməti kimi 8000 manat müəyyən edilərək onun ½ hissəsi olan 4000 manat məbləğində pul vəsaitinin yalnız Cavabdeh1 alınaraq iddiaçıya verilməlidir. Kollegiya yuxarıda sadalanan qanunvericilik normalarına və mülki işin müəyyən edilmiş faktiki hallarına əsasən hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş və iş üzrə qanuni və əsaslı olmayan qətnamə qəbul olunmuşdur. Bütün bunlarla bərabər nəzərə alınmalıdır ki, mülki hüquq münasibətlərində riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də Dürüstlük qaydasıdır. Bir hüquqdan Dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Göstərilənlər baxımından, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir və hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. (MM, maddə 560.1, 560.2, 560.3.4). Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında dəfələrlə vurğulamışdır ki, MM-in 560.3.4-cü maddəsi digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur. Məhkəmə qeyd edir ki, MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Habelə MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və MPM-in 14.2, 76, 77.1, 89.1, 124.1, 217.2, 218.1, 372, 384.0.2, 385.1, 387.1, 392, 393 və 402-ci maddələrinin tələblərini rəhbər tutaraq QƏTETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Masallı Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli 2(050)-3124/2022 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. “Mercedes-Benz C180” markalı ** LZ *** dövlət qeydiyyat nişanlı avtomobilin orta bazar qiymətinin - 8000 (səkkiz min) manat məbləğində pul vəsaitinin ½ hissəsi olan 4000 (dörd min) manat məbləğində pul vəsaiti Cavabdeh1 alınaraq iddiaçı X11 verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddət ərzində şikayət verilməzsə, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar