Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-284/2025 14.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsədov (sədrlik edən və məruzəçi), Aytən Nazim qızı Novruzova və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Dəmirov Zaur Nəsir oğlunun katibliyi, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Masallı Rayon Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona borclu olduğu 76700 (yetmiş altı min yeddi yüz) manat pulu qanunsuz saxladığına görə bir il üçün həmin pula hesablanmış 7,75% bank uçot dərəcəsinə uyğun hesablanmış və ödənilməmiş 5944 manat (beş min doqquz yüz qırx dörd) manat faizin, dövlət rüsumu kimi ödənilmiş 80 (səksən) manatın əvəzinin alınaraq ona verilməsini xahiş etmişdir. İddiaçı sonra tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh ona borclu olduğu 76700 (yetmiş altı min yeddi yüz) manat pulu qanunsuz saxladığına görə bir il üçün həmin pula bank uçot dərəcəsinə uyğun hesablanmış və ödənilməmiş 6313 manat (altı min üç yüz on üç) manat faizin, dövlət rüsumu kimi ödənilmiş 83 (səksən üç) manatın əvəzinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2018-ci ilin əvvəllərinədək Cavabdeh ondan aldığı borc pulu qaytarmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Şirvan Apellyasiya Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli 2(106)-2676/2021 saylı qətnaməsi ilə iddiası təmin edilmiş, Cavabdeh 76700 manat alınıb ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Qeyd olunan icra sənədi üzrə Masallı rayon İcra və Probasiya Şöbəsində icraata başlanılmışdır. Lakin borclu sözügedən qətnamənin icrasından yayındığından barəsində axtarış elan edilmişdir. Buna baxmayaraq o, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş vəsaiti ödəməmişdir. Qanunvericiliyin tələbinə əsasən cavabdehin ona məxsus 76700 manat pul vəsaitini qanunsuz saxlaması məhkəmə qətnaməsi ilə müəyyən edildiyindən həmin pula görə ondan bank uçot dərəcəsinə uyğun faiz tələb edə bilər. Birinci instansiya məhkəməsində cavabdeh iddianı qəbul etməmiş, iddianın rədd edilməsini xahiş etmiş, etirazında göstərmişdir ki, İddiaçı 2012-ci ilin əvvəllərindən tanımış və sonra aralarında dostluq münasibəti yaranmışdır. Elçin Masallı rayonu ərazisində yerləşən bazarda faizə pul verməklə məşğul olmuşdur. Pula ehtiyacı olduğu üçün Elçinə müraciət etmiş, ondan faizə pul götürmüşdür. Götürdüyü pulun hamısını tam şəkildə qaytarmışdır. Lakin borc olaraq aldığı pulu qaytarsa da, həmin borca görə yaranmış faizləri ödəyə bilməmişdir. Odur ki, İddiaçı ilk öncə Masallı RPŞ-yə ərizə ilə müraciət etmiş, sonra isə 2021-ci ildə Masallı Rayon Məhkəməsinə pul tələbi barədə iddia ərizəsi ilə müraciət etmişdir. Qəbul edilmiş qətnamə ədalətsiz olsa da, icrası məcburi olduğu üçün ödəməyə məcburdur. O, artıq bir dəfə aldığı borca görə iddiaçıya faiz ödəmiş, ödəyə bilmədiyi faizlər isə məhkəmə tərəfindən kəsilmişdir (Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə 76700 manat). O, ikinci dəfə təkrar olaraq faiz ödəməməlidir. İddiaçı ilə aralarında məhkəmə qətnaməsi ilə kəsilmiş 76700 manat pulun hissə-hissə ödənilməsi ilə bağlı razılığa gəlmişlər və iddiaçı bununla bağlı icra şöbəsinə ərizədə təqdim edərək icra sənədinin məhkəməyə geri qaytarılmasını xahiş etmişdir. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. O isə bunların heç birini etməmişdir. O, iddiaçı ilə dost olmuş və ondan özünündə dediyi kimi borc pul almışdır. Həmin borcu da qaytarmış, lakin aldığı borcu iddiaçı ona faizə verdiyi üçün o, əsas borcu qaytarsa da faizləri qaytara bilməmişdir. Sonradan məhkəmə tərəfindən həmin faizlər 76700 manat pul şəklində ondan tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. O, tutulmuş məbləği ödəməyə etiraz etmir, lakin maddi imkanı yaxşı olmadığı üçün o, həmin məbləği bir dəfəyə tam şəkildə ödəyə bilmir, çünki o, ailə başçısıdır və bir ata kimi qayğıları vardır. Lakin hissə-hissə ödəyəcək. O, artıq iddiaçıya faiz vermişdir. İkinci dəfə verməyə qəti olaraq etirazını bildirir. Birinci instansiya məhkəməsində cavabdehin vəkili və nümayəndəsi Vəkil məhkəməyə 30 sentyabr 2024-cü il tarixdə etiraz ünvanlamışdır. Etirazda göstərmişdir ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 449.1-ci maddəsi təşkil edir. Halbuki, Mülki Məcəllənin 449.1ci maddəsinə əsasən faizlərin tutulması üçün iddiaçı sübut etməlidir ki, cavabdeh onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyir əldə etmişdir. Belə olan halda iddiaçı tərəf cavabdehin onun vermiş olduğu puldan faydalanması halını sübut etməlidir. İddiaçı isə qeyd olunan halların təsdiqi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bu səbəbdən iddiaçının faizlərin ödənilməsinə dair tələbi təmin edilə bilməz (AR Ali Məhkəməsinin 2-2(102)-350/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, № 2-2(102)-225/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, 2-2(102)-110/2023 nömrəli xx.xx.2023-cü tarixli Qərarları). Yuxarıda qeyd edilən hüquqi mövqe «Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli və «Mülki Məcəllənin 399.3, 3 99.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarlarında əks olunmuşdur. Konstitusiya Məhkəməsinin mövqeyinə görə MM-in 449.3-cü və 449.4-cü maddələrində əksini tapmış «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcudluğu ilə şərtləndirilir. Mülki Məcəllənin 449.1ci maddəsinin mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanmış olur: 1) qanunsuz saxlama; 2) qaytarmaqdan boyun qaçırma; 3) ödənilməsini digər şəkildə gecikdirmə; 4) başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda adları çəkilən qərarlarda formalaşdırdığı hüquqi mövqeyə görə pul öhdəliklərinin icra edilməməsi ilə bağlı Mülki Məcəllənin 449.1-ci maddəsinin tələbləri baxımından bank dərəcəsinə uyğun olaraq faizin tutulması üçün borclunun həmin pul vəsaitindən Mülki Məcəllənin 152.3-cü maddəsində göstərilmiş qaydada faydalanması tələb olunur. Hazırkı işdə isə cavabdehin vaxtında ödəmədiyi pul vəsaitindən faydalanması ilə bağlı heç bir sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Odur ki, bank uçot dərəcəsi ilə faizlərin tutulmasına dair iddia əsassız olmaqla rədd edilməlidir. Birinci instansiya məhkəməsində cavabdehin vəkili və nümayəndəsi Vəkil məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin (hakim Z.Zeynalov) 10 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 dekabr 2021-ci il tarixli, 2(106)1676/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş 76700 manat məbləğində borca 20 fevral 2023-cü il tarixdən 20 fevral 2024-cü il tarixədək Mərkəzi Bankın uçot dərəcələrinə uyğun olaraq hesablanmış ümumilikdə 6313 manat məbləğində faiz pulu və 83 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı verilməsi, Cavabdeh iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri qismində 100 manat X1 (kod:210005, VÖEN 140155071, müxbir hesab: AZ41NABZ********************, SWİFT- CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına tutulması qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiyaşikayətinindəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Şikayətə görə, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün iddiaçı sübut etməlidir ki, cavabdeh onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyir əldə etmişdir. Bu hüquqi mövqe «Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli və «Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarlarında əksini tapmışdır. Konstitusiya Məhkəməsinin mövqeyinə görə MM-in 449.3cü və 449.4-cü maddələrində əksini tapmış «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcudluğu ilə şərtləndirilir. Mülki Məcəllənin 449.1-ci maddəsinin mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanmış olur: 1) qanunsuz saxlama; 2 ) qaytarmaqdan boyun qaçırma; 3) ödənilməsini digər şəkildə gecikdirmə; 4) başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda adları çəkilən qərarlarda formalaşdırdığı hüquqi mövqeyə görə pul öhdəliklərinin icra edilməməsi ilə bağlı Mülki Məcəllənin 449.1-ci maddəsinin tələbləri baxımından bank dərəcəsinə uyğun olaraq faizin tutulması üçün borclunun həmin pul vəsaitindən Mülki Məcəllənin 152.3-cü maddəsində göstərilmiş qaydada faydalanması tələb olunur. Hazırkı işdə isə cavabdehin vaxtında ödəmədiyi pul vəsaitindən faydalanması ilə bağlı heç bir sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə, şikayətə görə, tərəflər arasında borc münasibətləri 2014-cü ildə yaranmış və iddiaçı cavabdehə bu borcu geri qaytarması üçün 2018-ci ilin oktyabr ayınadək vaxt qoymuşdur. Bu da onu təsdiq edir ki, həm borcun qaytarılması öhdəliyi üzrə, həm də faizlərin ödənilməsi üzrə iddia müddətinin axımı 2018-ci ilin oktyabr ayında başlamışdır. İddiaçı isə əsas borcun qaytarılması ilə bağlı iddia tələbi ilə Masallı Rayon Məhkəməsinə 2021-ci ilin əvvəlində müraciət etmiş, lakin faizlərin ödənilməsi tələbi ilə yalnız 2024-cü ilin fevral ayında, yəni iddia müddətinin axımının başlandığı tarixdən (2018-ci il oktyabr ayı) düz 5 il 4 ay keçdikdən sonra müraciət etmişdir. Halbuki, iddiaçı 2021-ci ilin əvvəlində əsas borcun ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldırarkən eyni vaxtda həm də faizlərin ödənilməsini də tələb etmək imkanına malik olmasına baxmayaraq bunu etməmiş və nəticədə iddia müddətini ötürmüşdür. İzahatlar Prosessualməsələlər Apellyasiya baxışında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlilləri müdafiə edərək, şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, tərəflər arasında borc münasibətləri olub. Qaldırılan mübahisə ilə bağlı iddiaçı polisə və məhkəməyə müraciət etsə də göstərilən faktlar sübuta yetirilməmişdir. Cavabdeh qeyd olunan məbləğin ödənilməsində çətinlik çəkdiyinə görə 15 sutka həbs olunmuşdur. Müdafiə etdiyi şəxsin iki övladı Türkiyədə təhsil alır hazırda maddi imkanı yoxdur. Əsas borcu ödəməkdə çətinlik çəkir. Bu səbəbdən də faiz hissəsinin tutulmamasını xahiş edir. İddiaçı Mülki Məcəllənin tələblərinə uyğun olaraq qanunsuz bəhrələnmə və faydalanma ilə əlaqədar birinci instansiya məhkəməsinə heç-bir sübut təqdim etməmişdir. İddiaçı apellyasiya baxışında iştirak etməmişdir. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Kollegiya işə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə Kollegiyası məruzəni, izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İşin aşağıdakı faktiki halları müəyyən edilir: Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-2676/2021 saylı, 16 dekabr 2021-ci il tarixli qətnaməsi ilə Masallı Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddianın qismən təmin edilməsi, Cavabdeh 76700 manat alınıb iddiaçıya verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2538/2022 saylı, 08 iyun 2022-ci il tarixli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-2676/2021 saylı, 16 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə icraya yönəldilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 dekabr 2021-ci il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsi icra olunması üçün Masallı rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Masallı rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə icra üzrə icraata başlanılmışdır. Müəyyən edilir ki, qətnamə qüvvəyə mindikdən sonra icra olunmamış qalmışdır. Borclu müxtəlif yollarla qətnamənin icrasından yayınmışdır. Borclu Cavabdeh məcburi gətirilməsi barədə məhkəməyə təqdimat verilmiş, Masallı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Masallı rayon İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilmiş, borclunun məcburi gətirilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixdə Masallı rayon İcra və Probasiya Şöbəsi borclu Cavabdeh axtarılması haqqında qərar qəbul etmişdir. Bundan başqa, Masallı rayon İсra və Probasiya Şöbəsi təqdimatla məhkəməyə müraсiət edərək, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borclu Cavabdeh ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmiş, Masallı Rayon Məhkəməsinin 09 aprel 2024-cü il tarixli qərardadı ilə təqdimat təmin edilmiş, xx xxx 1984-cü ildə Masallı rayonu Bambaşı kəndində anadan olmuş, Masallı rayonu Köhnə Alvadı kəndində qeydiyyatda olmaqla yaşayan Cavabdeh ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 may 2024-cü il tarixli qərardadı ilə Masallı Rayon Məhkəməsinin 09 aprel 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı hazırki tələbində cavabdehə verdiyi 76700 (yetmiş alt min yeddi yüz) manat pulu qanunsuz saxladığına görə bir il üçün həmin pula hesablanmış bank uçot dərəcəsinə uyğun hesablanmış və ödənilməmiş 6313 manat (altı min üç yüz on üç) manat faizin qaytarılmasını tələb etmişdir. İş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının 09 iyul 2024-cü il tarixli, 9/3091 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi uçot dərəcəsi haqqında məlumatları rəhbər tutaraq, Cavabdeh iddiaçı tərəf İddiaçı ödənilməsi üçün 76700 manat olmaqla 20 fevral 2023-cü il tarixdən 20 fevral 2024-cü il tarixədək olan dövr üzrə hesablanmış faiz 6313.37 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinə əsasən: 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. 449.2. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. 449.3. Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər bu Məcəllədə və ya müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Mülki Məcəllənin 152.3-cü maddəsinə əsasən, istifadə hüququ- əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Mülki Məcəllənin 21-ci maddəsinə əsasən: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. «Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. X3 Məhkəməsi onu da qeyd etmişdir ki, MM-in 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Göründüyü kimi, MM-in 449.1-ci maddəsinə görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə borc məbləğinə hesablanır və bu halda həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır. Cavabdeh tərəf hesablanmış pulun məbləğinin miqdarını mübahisələndirməmişdir. Cavabdeh tərəf şikayətində iddiaçının tələbinin sübuta yetrirlmədiyini bildirmişdir. Kollegiya apellyasiya şikayətinin dəlilini əsassız sayır və hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iddianı təmin etməklə doğru qənaətə gəlmişdir. Cavabdeh apellyasiya şikayətində iddia müddətinin ötürüldüyünə də istinad etmişdir. Kollegiya cavabdehin bu dəlilini də əsassız sayır. Belə ki, hazırki tələb müqavilə münasibətindən deyil, ziyanın ödənilməsindən irəli gəlir. Beləliklə, Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayətində göstərilənlər qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas deyil. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 372, 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası, qətetdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 10 okyabr 2024-cü il tarixli, 2(050)-1064/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına Qanunla müəyyən edilmiş qaydada kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(106)-284/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-284/2025
14.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver