Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-288/2024 29.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə; Babayev Eltac Fərman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ilk iddiası, iddiaçı Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə dair Hacıqabul Rayon Məhkəməsinin 2(071)639/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə, 29 yanvar 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 9300 manat pulun və dövlət rüsumu kimi ödədiyi 113 manat pulun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o cavabdeh ilə xx.xx.2011-ci il tarixdə ailə həyatı quraraq nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından iki uşaqları doğulmuşdur. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(071)-273/2016 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Nikah pozulduqdan sonra 2017-ci ildə cavabdehin təkidi ilə o övladları olduğu üçün onunla yenidən barışmış, lakin nikaha daxil olmamışlar. 2022-ci ilin aprel ayında cavabdeh bildirib ki, özünün mülkiyyətində olan Bakı şəhərində yerləşən fərdi yaşayış evini təmir etdirmək üçün ona pul lazımdır. Ev təmir edildikdən sonra övladları ilə birlikdə həmin evdə yaşayacaqlar. O cavabdehin sözlərinə inanaraq xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin Şirvan filialından 5000 manat, həmin ilin avqust ayında isə "xxxx" ASC-nin İnşaatçılar filialından 4300 manat kredit götürərək cavabdehə vermişdir. Cavabdeh həmin pulu özünün dediyi kimi evin təmirinə və şəxsi məqsədlərinə istifadə etmişdir. Aralarındakı razılaşmaya əsasən cavabdeh hər ay kredit ödənişlərini ödəməli idi. Lakin, cavabdeh nə kredit ödənişlərini ödəyib, nə də ondan aldığı 9300 manat pulu geri qaytarmayıb. Əksinə pulu ondan aldıqdan qısa bir müddət sonra münasibətləri tamamilə pozulmuşdur. Cavabdehin ondan aldığı 9300 manat pulu qaytarmaması səbəbindən o Hacıqabul Rayon Polis Şöbəsinə müraciət edib. Cavabdeh Hacıqabul RPŞdə verdiyi izahatında ondan 9300 manat pul aldığını etiraf etmişdir. Cavabdehin ona olan borcunu qaytarmaması səbəbindən o hal-hazırda məhkəməyə müraciət etmək məcburiyyətindədir. Bundan sonra, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1726 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə, "xxxx" ASCnin Şirvan filialindan cavabdehin götürdüyü 5000 manatın xərclənməsindən xəbəri yoxdur və o həmin saatlarda cavabdehlə birgə banka getməmişdir. Onun həmin kreditin götürülməsindən xəbəri var idi, lakin həmin tarixdə "xxxx" ASC-nin Şirvan filialinda 5000 manat pulu cavabdeh götürərək ondan əvvəl götürdüyü kreditin qalığını 3306 manat 37 qəpik ödəmişdir. 2022-ci ilin mart ayında cavabdeh göz əməliyyatını keçirmişdi və onun pulunu Kapital bankına məxsus Birkartla ödədiyini demişdi və demişdiki o pulu qaytara bilmir. xx.xx.2022-ci il tarixdə, "xxxx" ASC-nin Şirvan filialinda 5000 manat götürdüyü kredit pulundan təxminən 700 manat miqdarında cavabdeh həmin Birkartına qaytarmışdı. xx.xx.2022-ci il tarixində, "xxxx" ASC-nin Şirvan filialinda 5000 manat götürdüyü puldan qalan 1000 manata yaxın pulun cavabdeh tərəfindən hara xərcləndiyindən xəbəri yoxdu. xx.xx.2022-ci il tarixində, "xxxx" ASC-nin Şirvan filialinda 5000 manat cavabdeh pul kreditini götürəndə (saat 13:22 radələrində) o onun yanında ola bilməzdi, çünki o həmin tarixdə xx.xx.2022-ci ildə saat 11:54 radələrində "xxxx" ASC-nin Bakı şəhəri Həzi Aslanov filialında öz adına 3900 manat nağd pul kreditini rəsmiləşdirirdi. xx.xx.2022-ci il tarixində, "xxxx" ASC-nin Şirvan filialindan cavabdehin götürdüyü 5000 manat kredit pulun xərclənməsi ona məxsus deyil. 2022-ci ilin iyun ayının sonundan başlayaraq cavabdeh və birgə niklarından olan Səfərli Esra və Səfərli Əbəlfəz oğlu cavabdehin birinci nikahindan olan Həsənli Ülkər və onun birinci nikahından olan Səfərli Ariana, bir yerdə yaşamaq üçün Bakıya köçüb və bu vaxtdan xx.xx.2022-ci il tarixinə qədər cavabdehlə bütün ailə xərclərini birgə aparmağa başlamışlar. Uşaqların dördüdə o işlədiyi, Bakı şəhəri, Xətai rayonunda yerləşən 59 saylı orta məktəbə tədrislərini davam etdirilməsi üçün qəbul olunub. Avqust ayında müəllimlərin iqtisadi vəziyyəti ağır olur. Bu problemi həll etmək məqsədi ilə cavabdehlə birlikdə avqust ayının əvvəllərində cavabdeh 4300 manat "xxxx" ASC-nin İnşaatçilar filialndan pul krediti götürüb və onu birlikdə ailə problemlərinə sərf etmişlər. Lakin ümüd etdiyləri kimi, bir neçə aydan sonra ağır iqtisadi durumları yaxşılaşmayıb. Kreditləri ağır olub, üstəlik dörd uşaq məktəbə gedirdi, vəziyyəti yaxşılaşdırmaq üçün xx.xx.2022-ci il tarixində "xxxx" ASC-nin Gənclik filialından 5800 manat nağd pul kreditini götürüb. O puldan 3615 manat 61 qəpik xx.xx.2022-ci ildə "xxxx" ASC-nin Bakı şəhəri Həzi Aslanov filialından öz adına 3900 manat nağd pul kreditininin qalan borcunu ödəmişdir. xx.xx.2022 ci il tarixində "xxxx" ASC-nin Gənclik filialından götürdüyü 5800 manat kreditin qalan 2100 manatdan 1800 manatını saxlanılması üçün cavabdehə vermişdir. Lakin çox vaxt keçmədən cavabdehlə münasibətləri pozulub və cavabdeh bildirib ki, onda qalan pulu 4300 manat “Kapital Bank" ASC-nin İnşaatçilar filialından götürdüyü kreditin bağlanmasına sərf edəcək. Cavabdehin xx.xx.2022-ci il tarixində, "xxxx" ASC-nin Şirvan filialinda 5000 və 4300 manatını isə avqust ayında "xxxx" ASC-nin İnşaatçilar filialından pul kreditinin ödənilməsində kredit hesablarına ümumilikdə 676 manat köçürmüş, 1400 manat Azəri poçt vasitəsi ilə göndərmiş və 1800 manat əlbəəl vermiş, ümumilikdə 3876 manat. Cavabdehlə birgə təsərrüfat apardıqları dövrdə, (2022-ci ilin iyundekabr aralığında) cavabdehin adına 4300 manat "xxxx" ASC-nin İnşaatçilar filialından pul krediti götürmüş və onun ödənilməsində də bərabər iştirak etməlidirlər. Onun payına düşür 2150 manat, o isə 3876 manat ödəmişdir. Məhkəmə iclasında ilk iddia üzrə İddiaçı izahat verərək bildirdi ki, nikahları pozulduqdan sonra o, 2017-ci ildə yenidən cavabdehlə barışıb bir yerdə yaşamış və təsərrüfat aparmışlar. xx.xx.2022-ci il tarixdə o, bankdan 5000 manat, xx.xx.2022-ci il tarixdə isə bankdan 4300 manat kredit götürmüş və hər iki məbləği də cavabdehə vermişdir. Cavabdeh qeyd edilən pul məbləğlərini bir yerdə yaşayacaqlarını vəd etdiyi Bakı şəhərində olan evin təmirinə xərcləmişdir. Odur ki, həmin pul məbləğləri cavabdehdən alınaraq ona verilməlidir. Qarşılıqlı iddianın dəlilləri isə əsassızdır. Çünki, cavabdeh bankdan götürdüyü kreditin 1800 manat hissəsini ona verməmişdir. Bundan başqa, birgə yaşadıqları dövrdə və ondan sonra uşaqların xərclərin qarşılanması üçün cavabdeh ona müxtəlif vaxtlarda pul vəsaitləri göndərmiş və həmin vəsaitlər uşaqlara xərclənmişdir. Cavabdehin həmin məbləğləri ondan geri tələb etməsi əsassızdır. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin vəkili Vəkil çıxış edərək bildirdi ki, tərəflər arasında nikah pozulduqdan təxminən bir il sonra tərəflər yenidən barışmışlar və 2022-ci ilin dekabr ayına kimi birgə yaşamışlar. İddiaçı Bakı şəhərindəki evdə son tamamlanma işləri üçün bankdan cəmi 9300 manat pul götürüb cavabdehə vermişdir. Hazırda iddiaçı həmin pul məbləğini cavabdehdən geri tələb edir. Qarşılıqlı iddia ərizəsi isə tamamilə əsassızdır. Ona görə ki, əvvəla cavabdeh iddiaçıya öz adına götürdüyü kredit vəsaitinin 1800 manat hissəsini verməmişdir. Bu barədə hər hansı sübut yoxdur. Cavabdehin iddiaçıya göndərdiyi digər pul vəsaitləri ilə bağlı isə qeyd edilməlidir ki, əvvəla cavabdehin iddiaçıya qarşı aliment öhdəliyi vardır. Onun alimentlə bağlı ödədikləri vəsaiti sonradan geri tələb etmək hüququ yoxdur. Göndərdiyi pul vəsaitləri həmçinin birgə yaşadıqları dövrdə yaranmış xərclərin qarşılanması ilə əlaqədar olmuşdur ki, həmin vəsaitlərində də tələb edilməsi əsassızdır. Odur ki, ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh izahat verərək bildirdi ki, 2016-cı ildə boşandıqdan sonra, o, iddiaçı ilə yenidən barışmış və qeyrirəsmi şəkildə uşaqları ilə birlikdə 2022-ci ilin dekabr ayına kimi yaşamışlar. Bakı şəhərində olan ev ona deyil, atasına məxsus evdir və həmin ev 2021-ci ildə tam təmir olunub yaşanacaq vəziyyətə gətirilmişdir. Bankdan götürülmüş vəsaitlərini evin təmirinə xərclənəcəyi ilə bağlı iddiaçının dedikləri əsassızdır. Bundan başqa, xx.xx.2022-ci il tarixdə iddiaçı Bankdan 5000 manat kredit götürərkən o, iddiaçının yanında olmamışdır. Çünki, həmin tarixdə kreditin götürüldüyü saatlarda o, Bakı şəhərində özü üçün başqa bir kredit götürürdü. Digər tərəfdən, iddiaçı götürdüyü həmin kredit məbləğini ona verməmişdir. Çünki, iş materiallarına əlavə etdiyi mədaxil və məxaric qəbzlərindən görünür ki, iddiaçı götürdüyü 5000 manat kredit məbləğinin 3306 manat hissəsi ilə əvvəlki kredit borcunun qalığını ödəmiş, qalan məbləği isə ümumi ehtiyaclarına sərf etmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçının adına götürülmüş 4300 manat kredit məbləğini isə birlikdə almışlar, elə həmin tarixdə həmin vəsaitin 2100 manat hissəsini evlərinə aldıqları məişət əşyalarının kreditinə ödəmişlər, qalan məbləği isə ümumi ailə ehtiyaclarına sərf etmişlər. Odur ki, iddiaçının ondan 9300 manat pul tələb etməsi əsassızdır. Onun özü isə xx.xx.2022-ci il tarixdə bankdan 5800 manat kredit götürmüş, həmin məbləğin 3900 manat hissəsinə əvvəlki kreditinin qalıq hissəsini ödəmiş, yerdə qalan 2100 manatın 1800 manatını saxlamaq üçün İddiaçı vermişdir. Münasibətləri pozulduqdan sonra isə kredit borclarının ödənilməsi üçün İddiaçı kart hesabına ümumilikdə 676 manat köçürmüş, 1400 manat pulu isə poçt vasitəsi ilə göndərmişdir. Ümumilikdə ona 3876 manat pul vermişdir. Hesab edir ki, İddiaçı adına götürülmüş 4300 manat kredit vəsaiti ailə ehtiyaclarına sərf olunduğuna görə həmin vəsaitin yarısı olan 2150 manat onun, yarısı isə İddiaçı payına düşür. 3876 manat vəsaitdən 2150 manat çıxıldıqdan sonra, qalan 1726 manat pulu ondan tələb edir. Odur ki, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Hacıqabul Rayon Məhkəməsinin 2(071)639/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (Hakim: Zaur Hüseynov), İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ilk iddiası və iddiaçı Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası rədd edilmiş, ilk iddia və qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumları iddiaçılara aid edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı vəkili və nümayəndəsi Vəkil Hacıqabul Rayon Məhkəməsinin 2(071)639/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən iddiaçının apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Qanunvericiliklə nəzərdə tutulmuş qaydada İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil və Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən Apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə Apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya Apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin Apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq Apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində Apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, Apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, İddiaçı vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlilləri həddində Hacıqabul Rayon Məhkəməsinin 2(071)639/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 529.3-cü maddəsinə görə əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Hacıqabul Rayon Məhkəməsinin 2(071)639/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, ilkin iddia üzrə İddiaçı vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, Apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiya ilkin olaraq qeyd edir ki, Hacıqabul Rayon Məhkəməsinin 2(071)639/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnamasi ilkin iddia üzrə İddiaçı vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayəti əsasında mübahisələndirilmiş, qarşılıqlı iddiaçı-ilkin iddia üzrə Cavabdeh tərəfindən apellyasiya şikayəti verilməmişdir. Ona görə də kollegiya ilkin iddia üzrə iddiaçının apellyasiya şikayətinin dəlilləri həddində məhkəmə qətnaməsinə hüquqi qiymət verilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan Hacıqabul rayon Məhkəməsinin 2(071)-273/16 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə X3 arasında bağlanmış 15 aprel 2011-ci il tarixli 112 saylı nikah pozulmuş, xx.xx.2016-cı il tarixdən başlayaraq, xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay bir uşağa 75 manat olmaqla, cəmi 150 manat sabit pul məbləğində alimentin tutularaq X1 verilməsi qət edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin Şirvan filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən və kassa məxaric orderindən görünür ki, bank tərəfindən İddiaçı 60 ay müddətinə, illik 19 faiz dərəcəsi ilə 5000 manat kredit verilmişdir. Kreditin rəsmiləşdirilməsi xx.xx.2022-ci il tarixdə təxminən saat 13:20 radələrində baş vermişdir. İş materiallarında olan 30 aprel 2022-ci il tarixli, 1057 nömrəli kassa mədaxil orderindən görünür ki, İddiaçı kreditin tam ödənilməsi məqsədi ilə 3306,37 manat pul vəsaitini "xxxx" ASC-yə ödəmişdir. İş materiallarında olan 30 aprel 2022-ci il tarixli, 3008 nömrəli kassa məxaric orderindən görünür ki, "xxxx" ASC-nin Həzi Aslanov filialı ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə həmin tarixdə saat 12:00 radələrində bank tərəfindən ona 3900 manat kredit verilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin İnşaatçılar filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, bank tərəfindən İddiaçı 35 ay müddətinə, illik 17 faiz dərəcəsi ilə 4300 manat kredit verilmişdir. İş materiallarında olan 06 dekabr 2022-ci il tarixli, 3037 nömrəli kassa məxaric orderindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə bank tərəfindən ona 5800 manat kredit verilmişdir. İş materiallarında olan 06 dekabr 2022-ci il tarixli, 1135 nömrəli kassa mədaxil orderindən görünür ki, Cavabdeh kreditin tam ödənilməsi məqsədi ilə 3615,61 manat pul vəsaitini "xxxx" ASC-yə ödəmişdir. İş materiallarında olan T.Bağırov adına 59 saylı tam orta məktəb tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 39 nömrəli arayışdan görünür ki, X7 həqiqətən Bakı şəhəri Xətai rayonu, 59 nömrəli tam orta məktəbə xx.xx.2022-ci il tarixli, 88 nömrəli əmrə əsasən 5 F sinfinə daxil olmuş, xx.xx.2022-ci il tarixdə 170 nömrəli əmrə əsasən məktəb kontingentindən çıxarılmışdır. İş materiallarında olan T.Bağırov adına 59 saylı tam orta məktəb tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 40 nömrəli arayışdan görünür ki, X5 həqiqətən Bakı şəhəri Xətai rayonu, 59 nömrəli tam orta məktəbə xx.xx.2022-ci il tarixli, 90 nömrəli əmrə əsasən 3 E sinfinə daxil olmuş, xx.xx.2022-ci il tarixdə 170 nömrəli əmrə əsasən məktəb kontingentindən çıxarılmışdır. İş materiallarında olan Cavabdeh tərəfindən təqdim edilmiş ödəniş qəbzlərindən görünür ki, o, xx.xx.2022-ci il tarixdə 129,7 manat, xx.xx.2022-ci il tarixdə 129,8 manat, xx.xx.2022-ci il tarixdə 157 manat, xx.xx.2022-ci il tarixdə 129,7 manat, xx.xx.2022-ci il tarixdə 130 manat bank hesabına ödəniş etmişdir. İş materiallarında olan Azərpoçt MMC tərəfindən verilmiş qəbzlərdən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2023-cü il tarixdə 400 manat, xx.xx.2023-cü il tarixdə 300 manat və xx.xx.2023-cü il tarixdə 300 manat pul vəsaitini İddiaçı göndərmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçı cavabdehdən borclu olduğu 9300 manat pulun geri qaytarılmasını tələb edir, tələbinin hüquqi əsası kimi MM-in 739-cu maddəsini göstərir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən etdi ki, mülki işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki halları ondan ibarətdir ki, tərəflər 15 aprel 2011-ci il tarixdə nikaha daxil olaraq ailə həyatı qurmuş və onların birgə nikahlarından iki uşaqları doğulmuşdur. Tərəflər arasında olan nikah məhkəmənin 05 may 2016-cı il tarixli qətnaməsinə əsasən pozulsa da, onlar sonradan yenidən barışmış və 2022-ci ilin dekabr ayının ortalarınadək birlikdə yaşamışlar. Birgə yaşadıqları dövrdə tərəflərin hər ikisi bankdan müxtəlif məbləğlərdə kredit götürmüşlər. İlk iddiaçı bankdan iki dəfə, xx.xx.2022-ci il tarixdə 5000 manat, xx.xx.2022-ci il tarixdə isə 4300 manat kredit götürərək cavabdehə verdiyini bildirir və həmin pul məbləğlərini cavabdehdən geri tələb edir. Kollegiya, ilk iddianın bankdan götürülmüş 5000 manat kredit vəsaitinin cavabdehə verilməsi ilə bağlı dəlilini əsassız hesab edərək qeyd edir ki, iddianın bu hissəsi ilə bağlı birinci instansiya məhkəməsi araşdırma aparmış və müəyyən etmişdir ki, iddiaçı tərəfindən 30 aprel 2022-ci il tarixdə "xxxx" ASC-nin Şirvan filialından 5000 manat kredit vəsaitinin götürüldüyü saatlarda, cavabdeh "xxxx" ASC-nin Həzi Aslanov filialından öz adına 3900 manat kredit götürmüşdür. Belə olan vəziyyətdə iddiaçı tərəfindən bankdan kredit götürülərkən cavabdehin onun yanında olması inandırıcı görünmür. Digər tərəfdən, iş materiallarında olan kassa mədaxil orderindən görünür ki, İddiaçı bankdan 5000 manat krediti məxaric etdikdən sonra həmin tarixdə başqa bir kredit müqaviləsi üzrə yaranmış kredit borcunun tam ödənilməsi məqsədi ilə 3306,37 manat pul vəsaitini "xxxx" ASC-yə ödəmişdir. İddiaçı geri qalan məbləği cavabdehə verməsinə dair sübutlarını isə məhkəməyə təqdim etməmişdir. Kollegiya həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 740.2-cı maddəsinə 2016-cı ilin 31 may tarixdə edilmiş dəyişikliyə görə 3000 manatdan yuxarı borc müqavilələri yazılı formada bağlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Tərəflər arasındakı münasibətlər qanunvericiliyə dəyişiklik edildikdən sonrakı dövrə yəni mart 2017-ci il tarixə düşdüyündən iddiaçının aralarında olan borc münasibətinə istinad edib cavabdehdən pul tələb etməsi üçün həmin borc müqaviləsi yazılı formada bağlanmalı idi. Lakin belə bir müqavilənin mövcud olmaması, onun qanunun tələbinə uyğun olmamasını göstərir. Qanunvericilik 3000 manatdan yuxarı məbləğdə olan borcların verilməsi ilə bağlı onun xüsusi prosedur qaydasını müəyyən etdiyindən hər hansı şahid ifadəsi və ya digər sübut həmin qaydaya riayət edilməməsi halını aradan qaldıra bilməz. Başqa sözlə qanunvericilik tərəflər arasında göstərilən məbləğdə borc münasibətinin mövcud olmasını yazılı formada bağlanmalı borc müqaviləsi ilə müəyyənləşdirməyi tələb edir. Belə bir müqavilənin olmaması iddiaçının borc müqaviləsinə istinad edib pul tələbinin əsassız olmasını göstərir. Məhz bu səbəbdən də, birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddianın 5000 manat pulun cavabdehə borc olaraq verilməsi sübut olunmadığından təmin edilməməlidir. Kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmuşdur. Kollegiya həmçinin iddiaçının bankdan götürülmüş 4300 manat kredit vəsaitinin cavabdehə verilməsi ilə bağlı dəlilini də əsassız hesab edərək qeyd edir ki, iddianın bu hissəsi ilə bağlı birinci instansiya məhkəməsi araşdırma aparmış və müəyyən etmişdir ki, işin faktiki hallarından görünür ki, nikahları pozulmuş olsa da, tərəflər sonradan barışmış və 2017-ci ildən 2022-ci ilin dekabr ayına kimi mehriban şəraitdə yaşamış, hətta 2022-ci ilin yay aylarından etibarən onlar Bakı şəhərində birlikdə yaşamışlar. xx.xx.2022-ci il tarixdə iddiaçı bankdan kredit götürərkən tərəflər birlikdə olmuş, kredit məbləği məxaric olunduqdan sonra elə həmin tarixdə onun bir hissəsi (cavabdehin deməsinə görə 2100 manat) tərəflərin məişət əşyalarının alınması ilə bağlı əvvəlki kredit borclarının ödənilməsinə sərf edilmiş, qalan məbləğ isə ailənin ümumi ehtiyaclarına xərclənmişdir. Məhkəmə iclasında iddiaçı cavabdehin bu barədə dediklərini inkar etməmişdir. Kollegiya hesab edir ki, iddiaçının qeyd etdiyi hallar və təqdim etdiyi sübutlar iddia tələbinin təmininə yönələn hal kimi qəbul edilə bilməz. Odur ki, kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır, hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmış və gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Kollegiya iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab etməklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası yuxarıda göstərilən iddia tələbinin yuxarıda göstərilən hallar üzrə hüquqi dəyərləndirilməsi nəticəsində apellyasiya şikayətinin dəlillərinə yekun hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi verilmiş tələb üzrə qanuni və əsaslı nəticəyə gəlmiş, apellyasiya şikayətinin dəlilləri isə formal mülahizələrdən ibarət olmaqla qətnamənin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi Hacıqabul Rayon Məhkəməsinin 2(071)639/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası; QƏT ETDİ: İddiaçı vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hacıqabul Rayon Məhkəməsinin 2(071)639/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-288/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-288/2024
29.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver