Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-302/2025 03.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə; Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İlkin iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İlkin iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı pul tələbinə, qarşılıqlı iddiaçı ilkin iddia üzrə Cavabdeh ilkin iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı pul və qızıl zinət əşyalarının və ya dəyərinin, dövlət rüsumunun ödənilməsi tələbinə dair qarşılıqlı iddiası barədə mülki iş üzrə Astara Rayon Məhkəməsinin 2(018)-457/2024 saylı, 28 oktyabr 2024-cü il tarixli qətnaməsindən qarşılıqlı iddiaçı ilkin iddia üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 03 mart 2025ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı-cavabdeh İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 cavabdeh-iddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilkin iddia ərizəsi ilə Astara rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 115.514 (yüz on beş min beş yüz on dörd) manat məbləğində pulun, həmçinin ödənilmiş 405 (dörd yüz beş) manat 51 (əlli bir) qəpik məbləğində dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə iddiaçı-cavabdeh İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 izahatında göstərmişdir ki, cavabdeh-iddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia qaldıraraq ilkin iddianın rədd olunmasını, qarşılıqlı iddianın təmin edilməsini, ondan 46150 manat pulun, 62.3 qram (dəyəri 6208 manat) və 41.4 qr (dəyəri 4957 manat) qızıl zinət əşyalarının və ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddiası tamamilə əsassızdır və o təmin edilə bilməz. Qarşılıqlı iddiada qeyd edilir ki, Turanın etimadını qazandığından İddiaçı 50550 manat borc pul, 62.3 qram və 41.5 qram qızıl zinət əşyalarını borc vermişdir. İddiaçı qızıl zinət əşyalarını Astara şəhərində fəaliyyət göstərən "Asel" kredit təşkilatına girov qoymuşdur və 7430 manat pul götürmüşdür. İddiaçı dəfələrlə "Asel" kredit təşkilatına girov qoyaraq pul götürmüşdür. Cavabdeh qeyd etdiyi 62.3 qram və 41.5 qram qızıl zinət əşyaları Turana məxsus olmamışdır. Cavabdeh İddiaçı heç vaxt 62.3 qram və 41.5 qram qızıl zinət əşyalarını borc verməmişdir. Həmçinin Cavabdeh tərəfindən İddiaçı 50550 manat borc pul da verilməmişdir. Həmçinin Cavabdeh qarşılıqlı iddia ərizəsində qeyd edir ki, İddiaçı heç vaxt pul almamış, özünün "Güvənli" kredit evi olmuş və özü kreditə pul vermişdir. Cavabdeh müraciəti əsasında Astara rayon prokurorluğunda araşdırma aparılmış, yekunda xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Cavabdeh prokurorluğa verdiyi izahatında qeyd edir ki,” maddi ehtiyacları olduğuna görə məndən dəfələrlə faizə pul götürmüşdür”. Buradan görünür ki, qarşılıqlı iddiadakı və etirazdakı "məndən heç vaxt pul almamış" sözləri yalandır. Çünki özü bunu prokurorluqda təsdiq etmişdir. Əlavə olaraq Cavabdeh İddiaçı sələmçi kimi qələmə verməsi də yalandır. Çünki İddiaçı Turana heç bir zaman sələmə pul verməmişdir. Onu sələmçi kimi qələmə verməkdə məqsədi borcu ödəməkdən yayınmaq düşüncəsidir. Cavabdeh qarşılıqlı iddia ərizəsində qeyd edir ki, 3000 manatdan artıq borc müqavilələri notariat qaydada tərtib olunmalıdır. Aralarında notariat qaydada müqavilə bağlanmamışdır. Borc müqaviləsinin yazılı bağlanması dedikdə, sadə yazılı və ya notarial formada imzalanmış sənədin tərtibi başa düşülür. Borcun sadə yazılı və ya notarial qaydada bağlanması seçimi qanunvericiliklə tərəflərin özlərinə aid edilmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsində qeyd edir ki, İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş müqavilələr saxtadır, müqavilədə olan imzalar saxtadır, güya saxta müqavilələr tərtib edərək oxşar imzalarla imzalamışdır və hazırda qanunsuz tərtib olunan müqavilələri məhkəməyə sübut kimi təqdim etmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi əlyazmalar Cavabdeh tərəfindən şəxsən yazılmış və imzalanmışdır. Bunu Cavabdeh Astara rayon Prokurorluğunda verdiyi izahatı bir daha təsdiq edir. Belə ki, Cavabdeh prokurorluğa verdiyi izahatında qeyd edir: "əlyazma yazaraq Gülnardan pul almışdır. Gülnar hər dəfə pulu verəndə əlyazma etdirdiyi kağızları özündə saxlamış, pulu faizlə birlikdə qaytaranda isə kağızları qaytarmışdır" buradan da bir daha aydın olur ki, İddiaçı Cavabdeh pul vermişdir. Göründüyü kimi, Cavabdeh Astara rayon Prokurorluğunda verdiyi izahatı ilə qarşılıqlı iddiadakı fikirləri fərqlidir. Cavabdeh ona olan borcunu ödəməkdən yayınmaq üçün ondan hədə-qorxu ilə pul tələb etdiyinə görə intihar edəcəyi barədə Astara rayon Prokurorluğuna müraciət etmişdir. İndi də yalanlar uyduraraq buna nail ola biləcəyini düşünür. Qarşılıqlı iddia tələbini qəbul etməyərək, ilkin iddialarının təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı-cavabdeh İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsində göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi İddiaçı Cavabdeh 2023-cü ilin fevral ayından tanıyır. Cavabdeh Astara şəhərində fəaliyyət göstərmiş “Güvənli Kredit Evi”nin müdiri işləmişdir. Həmin vaxtlar Turan Gülnara qızıl-zinət əşyalarının satışı ilə məşğul olmaq istədiyini demiş, aralarında münasibət yaranmışdır. Gülnar ilə Turan qızıl işi görmüşlər. Belə ki, onlar qızıl-zinət əşyaları alaraq satışını həyata keçirib əldə olunan gəliri aralarında bölüşdürmüşlər. Daha sonra Cavabdeh Gülnara əgər əllərində çoxlu pulları olarsa yaxşı qazanc əldə edə biləcəklərini bildirmişdir. Bundan sonra İddiaçı tanışı, fərdi sahibkar X7 adlı şəxs ilə danışaraq sonuncuya pul ayıracağı təqdirdə qazanc əldə edə biləcəkləri iş görə biləcəklərini bildirmişdir. Aralarında razılaşdıqdan sonra Vüqar Gülnara qazanc əldə etmək məqsədilə pul ayırmağa qərar vermişdir. X15 pul göndərmiş, Gülnar həmin pullarla qızıl-zinət əşyaları alıb Cavabdeh vermişdir. Turan isə qızılları özünün işlədiyi kredit təşkilatına başqa şəxslərin adından girov qoyaraq pul götürmüş, həmin kredit pullarının faizini isə Turan müdir olduğu üçün silmişdir (Gülnar bundan sonradan xəbərdar olmuşdur). Həmçinin onlar alınan qızıl-zinət əşyalarının satışını həyata keçirməklə gəlir əldə etmişlər. Cavabdeh ilə Gülnar dəfələrlə iş görüb qazanc əldə etmişlər. 2023-cü ilin iyul ayından sonra isə Cavabdeh Gülnarı aldatmağa başlamışdır. Gülnarın etibarını qazandıqdan sonra Cavabdeh Gülnardan iş görmək məqsədilə 65.000, 1.500, 3.900 və 1.200 manat sənədə imza etməklə pul almış və müəyyən edilmiş vaxtda ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin Gülnar tərəfindən Cavabdeh 416973******8255 saylı kart hesabına sonuncunun xahişi ilə müxtəlif vaxtlarda ümumilikdə 18.914 (on səkkiz min doqquz yüz on dörd) manat məbləğində pul köçürülmüşdür. Bundan əlavə Cavabdeh oynadıqları lotareya oyununa görə 25.000 manat məbləğində pulu da İddiaçı verməmişdir. Hazırda Cavabdeh İddiaçı ümumilikdə 115.514 (yüz on beş min beş yüz on dörd) manat məbləğində borcu vardır. İddiaçı cavabdehdən pulunu tələb etməsinə baxmayaraq Cavabdeh Gülnara pul ödəməmiş, bir manat belə ödəməyəcəyini bildirmişdir. Daha sonra Cavabdeh Gülnara olan borcunu verməmək üçün sonuncu barəsində Astara rayon Prokurorluğuna hədəqorxu ilə ondan pul tələb etdiyinə görə intihar edəcəyi barədə müraciət etmişdir. Aparılmış araşdırma zamanı Cavabdeh bildirdiyi hallar təsdiqini tapmamış və cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Ona görə də İddiaçı məcbur qalıb məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh 115.514 (yüz on beş min beş yüz on dörd) manat məbləğində pulun, həmçinin ödənilmiş 405.51 (dörd yüz beş manat əlli bir qəpik) manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdeh İddiaçı qarşı verdiyi iddia ərizəsində göstərmişdir ki, o, ilkin İddiaçı Farhad qızını 2023-cu ildən fevral ayından tanıyır. O əvvəllər Astara şəhərində fəaliyyət göstərən və hazırda fəaliyyəti dayanmış "Güvənli kredit evi"nin müdiri işləmişdir. Həmin vaxtı işçisi ilkin iddiaçı Gülnardan sələmə pul götürmüşdür. Bundan sonra ona məlum olmuşdur ki, Gülnar yüksək faizə borc pul verir, lakin o ilkin iddiaçıdan heç vaxt pul almamışdır, belə ki, onun "Güvənli kredit evi” olmuşdur və özü kreditə pul vermişdir. Lakin o, iddiaçıda daxil olmaqla 5 nəfərlik üzvlə lotereya oynamışdır. Son dəfə iddiaçı ona çatası loteriya pulunu mənimsəmişdir. Bundan əlavə ilkin iddiaçı onun kredit evinin müdiri işlədiyi bilirdi və onunla yüksək münasibət yaratmışdır. Bundan sonra qarşılıqlı iddia üzrə cavabdeh Gülnar onun etimadını qazandığından ondan 50550 manat borc pul, 62,3 qr və 41,5 qr qızıl zinnət əşyalarını borc almışdır. Sonradan ona məlum olmuşdur ki, iddiaçı onun etimadından sul istifadə edərək onu aldadıb ondan aldığı qızıl zinnət əyalarını Astara şəhərində fəaliyyət göstərən "Asel" kredit təşkilatına girov qoymuş və 7430 (4000 və 3430 manat olmaqla) pul götürmüşdür. O, pulunu və qızıl zinnət əşyalarını iddiaçıdan tələb etdikdə saxta müqavilələri ona göstərərək ondan 65000 manat pul tələb etmiş ona hədə qorxu gələrək onu öldürəcəyi ilə hədələmişdir. Bu səbəbdəndə Gülnarın barəsində prokurorluğa şikayət etmişdir. 27 mart 2024-cü ildə məlum olmuşdur ki, İddiaçı Astara rayon məhkəməsində ona qarşı pul tələbinə dair iddia ərizəsi ilə Astara rayon Məhkəməsində iddia qaldırmışdır və ondan 115.514 manat məbləğində pul tələb edir. O, İddiaçı barəsində 2023-cü ilin oktyabr ayında ondan hədə qorxu yolu ilə pul tələb etdiyindən Astara rayon prokurorluğa şikayət etmişdir. O, bildirmişdir ki, X8 ona hədə-qorxu gəlir, həyatı təhlükədədir, olmayan məbləğləri ondan tələb edir, onun heç bir borcu yoxdur. 05 noyabr 2023-cü il tarixdə cinayət tərkibi olmadığından Astara rayon prokurorun böyük köməkçisi 2- ci dərəcəli hüquqşünas Allahyar Məmmədli cinayət hadisəsi müəyyən edilmədiyindən, cinayət işinin başlanmasının rədd edilmesi barədə qərar qəbul etmişdir. O, dəfələrlə İddiaçı ilə əlaqə saxlamasına baxmayaraq, onun zənglərinə cavab verməmiş və sonra nömrəsini bloka atmışdır. Əgər o Gülnara borcludursa niyə zənglərinə cavab vermir. Başqa nömrədən alaqə saxlyanda o bildirdi ki, “sən mənimlə bacara bilməyəcəksən, Astara rayon məhkəməsi, Astara rayon prokurorluğu və Astara rayon Polis Şöbəsi hamı məni tanıyır”, İddiaçı Farhad qızı sonda bildirdi ki, “Astara rayon Prokurorluğunda verdiyin şikayətlə mənə qarşı cinayət işini aça bilmədin, çünki mənim hər yerdə adamım var”. Məhkəməyə təqdim edəcəyi sübutlar, çıxarışlar, Kapital Bankdan olan qəbzlər təsdiq edir ki, iddiaçının ona həqiqətən borcu vardır. Bundan sonra o, psixoloji təsir almış özünü öldürmək istəmişdir. Bundan sonra Astara rayon prokurorluğuna şikayət etmiş, Astara rayon Prokurorluğu mübahisənin mülki xarakterli olduğunu əsas gətirərək, cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul etmiş və ona mülki qaydada məhkəməyə müraciət etməsini tövsiyə etmişdir. Odur ki, ilkin iddianın rədd olunması, qarşılıqlı iddianın təmin olunması, qarşılıqlı cavabdeh İddiaçı 46150 manat pulun, 62.3 qr (dəyəri 6208 manat) və 41.5 qr (dəyəri 4957 manat) qızıl zinnət əşyalarının və ya dəyəri olan nin, ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh-iddiaçı Cavabdeh məhkəməyə təqdim etdiyi etirazında göstərmişdir ki, iddiya etiraz edir. Etirazı onunla əsaslandırır ki, o, İddiaçı 2023-cü ildən mart ayından tanıyır. O, əvvəllər Astara şəhərində fəaliyyət göstərən və hazırda fəaliyyəti dayanmış "Güvəli" kredit evinin müdiri işləmişdir. Həmin vaxt işçisi iddiaçıdan Gülnardan sələmə pul götürmüşdür. Bundan sonra ona məlum olmuşdur ki, Gülnar yüksək faizlə borc pul verir. O, iddiaçıdan heç vaxt pul almamışdır. Lakin o, iddiaçıda daxil olmaqla 5 nəfərlik üzvlə loteriya oynamışlar. Son dəfə iddiaçı ona çatası loteriya pulunu məimsəmişdir. Bundan əlavə iddiaçı onun kredit evinin müdiri işlədiyini bilirdi. Bundan sonra Gülnar ondan 50550 manat borc pul almış və 62.3 qr və 41,5 qr qızıl zinnət əşyalarını borc almışdır. Sonradan ona məlum olmuşdur ki, iddiaçı onun etimadından sui istifadə edərək onu aldadıb aldığı qızıl zinnət əşyalarını Astara şəhərində fəaliyyət göstərən "Asel" kredit təşkilatına girov qoymuş və 7430 (4000 və 3430 manat olmaqla.) pul götürmüşdür. O, pulunu və qızıl zinnət əşyalarını iddiaçıdan tələb etdikdə saxta müqavilələri ona göstərərək ondan 65000 manat pul tələb etmiş ona hədə qorxu gələrək öldürəcəyi ilə hədələmişdir. Bu səbəbdəndə onun barəsində prokurorluğa şikayət etmişdir. 27 mart 2024-cü ildə məlum olmuşdur ki, İddiaçı Astara rayon məhkəməsində ona qarşı pul tələbinə dair iddia ərizəsi ilə Astara rayon Məhkəməsində iddia qaldırmışdır və 115.514 manat məbləğində pul tələb edir. O, iddiaçı X9 barəsində 2023-cü ilin oktyabr ayında ondan hədəqorxu yolu ilə pul tələb etdiyindən Astara rayon prokurorluğa şikayət etmişdir. O, bildirmişdir ki, İddiaçı Farhad qızı ona hədə-qorxu gəlir, hayatı təhlükədədir, olmayan məbləğləri ondan tələb edir, onun heç bir borcu yoxdur. 05 noyabr 2023-cü il tarixdə cinayət tərkibi olmadığından Astara rayon prokurorunun böyük köməkçisi 2 dərəcəli hüquqşünas Allahyar Məmmədli cinayət hadisəsi müəyyən edilmədiyindən, cinayət işinin başlanmasını rədd edir. O, dəfələrlə İddiaçı əlaqə saxlamasına baxmayaraq, onun zənglərinə cavab vermirdi va sonra nömrəsini bloka atmışdır. Əgər o, borcludursa niyə zənglərinə cavab vermir. Başqa nömrədən əlaqə saxlayanda o, bildirmişdir ki, “sən mənimlə bacara bilmiyəcəksən, Astara rayon məhkəməsi, Astara rayon prokurorluğu və Astara rayon Polis Şöbəsi hamı məni tanıyır”. Onun İddiaçı Farhad qızına heç bir borcu yoxdu. Məhkəməyə təqdim edəcəyi sübutlar, çıxarışlar, Kapital Bankdan olan qəbzlər təsdiq edir ki, iddiaçı onun pulunu iddiaçı onun pulunu ödəyitdi, çünki onun borcu var idi, hal-hazırda yenə ona borcu qalmışdır. İddiaçı ilə sonuncu dəfə danışanda ona demişdir ki, “pulları səndən alacam, sənin başına bax nə oyun açacam”. İddiaçı bildirmişdir ki, “o mənim pullarımdı özündə bilirsən, sənin mənə borcun var ona görə hesabıma göndərirsən, dedi sənnən görüşəcəm məhkəmədə baxarsan görərsən alacam yoxsa yox və nömrəmidə atdı bloka”. Bundan sonra o psixoloji təsir almış, özünü öldürmək istəmişdir. Bundan sonra Astara rayon prokurorluğuna şikayət etmiş, Astara rayon Prokurorluğu mübahisənin mülki xarakterli olduğunu əsas gətirərək, cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul etmiş və ona mülki qaydada məhkəməyə müraciət etməsini tövsiyə etmişdir. MPM-nin 739.2-ci maddəsinin tələbinə əsasən Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazalı Formada bağlanılmalıdır. İddiaçı sübut kimi təqdim etdiyi müqavilələr saxtadır. Qanunvericiliyin tələbinə uyğun olmayaraq onun məlumatı olmadan tərtib edilmişdir, müqavilədə olan imzalar saxtadır. Belə ki, qanunun tələbindəndə görünür ki, 3000 manatdan artıq borc müqavilələri notariat qaydada tərtib olunmalıdır. Onun iddiaçıya heç bir borcu olmadığından iddiaçı onunla notarial qaydada müqavilə bağlamamışdır. Saxta müqavilələr tərtib edərək oxşar imzalarla imzalamışdır və hazırda qanunsuz tərtib olunan müqavilələri məhkəməyə sübut kimi təqdim etmişdir. İddia tələbinə etiraz edir, məhkəmədən ilkin iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmədə şahid X5 bildirmişdi ki, "xxxx" təşkilatının işçisi olmuşdur. İddiaçı və İddiaçı vasitəsilə Cavabdeh tanıyır. İddiaçı dəfələrlə onun işlədiyi kredit təşkilatına girov olaraq qızıl zinət əşyalarını qoymuş və kredit götürmüşdür. Həmin qızıl zinət əşyalarını İddiaçı özü şəxsən onlara təqdim etmiş həmin vaxt İddiaçı yanında başqa şəxs olmamışdır. Məhkəmədə Şahid1 bildirmişdi ki, İddiaçı rəfiqəsidir. İddiaçı vasitəsilə Cavabdeh da tanıyır. 2023-cü ilin may-iyun aylarında İddiaçı evində İddiaçı Cavabdeh 50.000 (əlli min) manatdan çox pul verdiyinin şahidi olmuşdur. Lakin geri qaytarılması barədə heç bir məlumatı yoxdur. Həmçinin, onun təşkil etdiyi 10 nəfərdən ibarət, İddiaçı və Cavabdeh da iştirak etdiyi lotariya oyununda Cavabdeh pulu götürmüş, lakin geri qaytarmamışdır. Həmçinin, Turan Gülnara güvənli bir kredit təşkiları olduğu və ordan qızıl qoyub, pul götürə biləcəklərini demişdir. O da Gülnara bu deyilənlərə inanmamasını və oradan kredit götürməməsini məsləhət görmüşdür. Məhkəmədə Şahid2 bildirmişdi ki, Cavabdeh və İddiaçı tanıyır. İddiaçı və Cavabdeh da iştirak etdiyi lotariya oyununda Cavabdeh pulu götürmüş, lakin geri qaytarmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Astara Rayon Məhkəməsinin 2(018)-457/2024 saylı, 28 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə, ilkin iddianın qismən təmin edilməsi, Cavabdeh 87514 (səksən yeddi min beş yüz on dörd) manat məbləğdə borc və 405 (dörd yüz beş) manat 51 (əlli bir) qəpik dövlət rüsumu üçün ödənilmiş pul vəsaitinin tutulub İddiaçı verilməsi, qarşılıqlı iddianın rədd edilməsi, cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdeh İddiaçı qarşı pul və qızıl zinət əşyaları və ya dəyərinin, ödənilmiş dövlət rüsumu tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən qarşılıqlı iddiaçı ilkin iddia üzrə Cavabdeh apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. İş icraatda olduğu müddətdə işə baxan hakimlərin (hakimlər: Mübariz Əhmədov, Zamin İbrahimov və İlqar Məmmədov) müəyyən və məndən asılı olmayan səbəblərdən dəyişməsinin açıq aydın nəticəsi olaraq iş üzrə düzgün, obyektiv və ədalətli məhkəmə araşdırmasının aparılması təmin edilməmiş, bu arzu olunmaz minvalla da qanuni əsası tapılmayan və hüquqa uyğun olmayan qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Sözügedən qətnamənin yuxarıda qeyd etdiyim arqument baxımında qanunsuz olduğunu müəyyən edən nətcəvi indikator odur ki, qətnamə məhz çıxarıldığı gün elektron məhkəmə sisteminə yerləşdirilmiş, hətta bütün bunlar azmış kimi prosesdə nə mənim, nə də vəkilimin iştirakı təmin edilməmişdir. Bütün bunlar da məhz onu təsdiq edir ki, işə baxılmasına təhkim edilmiş sonuncu hakim İlqar Məmmədov işin halları ilə tanış olmaq marağında olmamış, bu niyyətlə məhkəməyə daxil olmuş ekspertiza rəyini tərəf olaraq iştirakımız təmin olunmaqla məhkəmə iclasında elan etməkdən yayınmış, beləliklə də çəkişmə prinsipini açıq-aydın və kobud sürətdə pozmaqla əvvəlcədən artıq tərtib edilmiş qanunsuz və gülünc doğuran qətnaməni sadəcə elan etməklə kifayətlənmişdir. Qeyd olunan hal faktdır və doğruluğunu məhz qətnamənin elə çıxarıldığı gün elektron məhkəmə sisteminə yerləşdirilməsi faktı təsdiq edir. İlkin iddiaya qarşı təqdim etdiyim qarşılıq iddia ərizəsinə dair tələbin rədd edilməsi haqqında isə apellyasiya şikayətimin dəlili olaraq onu göstərə bilərəmki, məhkəmə ümumiyyətlə tələbimə, onun əsasında duran sübutlara heç bir hüquqi qiymət verməmiş, araşdırma aparmamış və bununla da iddia tələbinin heç bir əsaslandırma aparmadan rədd edilməsini qət etmişdir. Ədalətli və lazımi məhkəmə araşdırması təmin edilməyən iş üzrə isə qəbul edilmiş istənilən məhkəmə aktının qanuniliyi və əsaslılığı asanlıqla şübhə altına alına bilər. Bir halda ki, bir mülki iş üzrə məni əlaqədar etməyən səbəblərə görə 3(üç) hakim dəyişir və heç bir hakimin dövründə işin halları tam öyrənilmir, sonuncu hakimi İlqar Məmmədovun simasını belə görmürəmsə, o zaman hansı ədalətli və qanuni məhkəmə araşdırmasından, qətnaməsindən danışmaq olar...?! Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan qarşılıqlı iddiaçı ilkin iddia üzrə Cavabdeh Astara Rayon Məhkəməsinin 2(018)-457/2024 saylı, 28 oktyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini, ilkin iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin isə təmin edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İlkin iddiaçı cavabdehin apellyasiya şikayətinə etiraz göndərərək, apelyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İlkin iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 apelyasiya şikayətinin dəlillərinə şifahi formada etiraz edərək, izahatında apelyasiya şikayətinin təmin edilməməsini, Astara Rayon Məhkəməsinin 2(018)-457/2024 saylı, 28 oktyabr 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada ilkin İddiaçı və qarşılıqlı iddiaçı Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş, qarşılıqlı iddiaçı Cavabdeh xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş və məhkəmə iclası xx.xx.2025-ci il tarixə təxirə salınmışdır. Qarşılıqlı iddiaçı heç bir üzürlü səbəb olmadan xx.xx.2025-ci il tarixdə də keçirilən məhkəmə iclasında iştirak etməmiş, məhkəmə tərkəbinə etiraz göndərərək növbəti məhkəmə iclasları barədə məlumat verilməsini xahiş etmiş, ümumiyyətlə üzürlü səbəblər olmadam məhkəmə iclaslarında iştirak etməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə ilkin iddiaçının və qarşılıqlı iddiaçının iştirakları olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən Apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə Apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya Apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin Apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq Apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində Apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, Apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, Məhkəmə kollegiyası qarşılıqlı iddiaçı Cavabdeh apellyasiya şikayətinin dəlilləri həddində, Astara Rayon Məhkəməsinin 2(018)-457/2024 saylı, 28 oktyabr 2024-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 742.1-ci maddəsinə əsasən Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. 529.1-ci maddəsinə əsasən Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissəhissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. 529.2-ci maddəsinə əsasən Öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. 529.3-cü maddəsinə əsasən Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Astara Rayon Məhkəməsinin 2(018)-457/2024 saylı, 28 oktyabr 2024cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, qarşılıqlı iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, Apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 may 2024-cü il tarixli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 96-cı vərəqində olan damalı jurnal vərəqi üzərindəki "Mən Cavabdeh İddiaçı 65.000 Azn pul vəsaiti aldım. xx.xx.2023-cü ildə qaytaracam. İmza:" əlyazmaları və "İmza:" əlyazması qarşısındakı imza; 97-ci vərəqində olan damalı vərəq üzərindəki "Mən Cavabdeh, İddiaçı, 1200 Azn qızıl aldım. 19.08.23 tarixdə hər ay 400 - Azn verəcəm 3 -ay ərzində." əlyazmaları; 98-ci vərəqində olan damalı vərəq üzərində "Mən Cavabdeh, İddiaçı 1500 Azn-qızıl almışam. Hər ayın 1-də 500-Azn ödüyəcəm- 3 - ay ərzində." əlyazmaları; 99-cu vərəqində olan damalı jurnal vərəqi üzərindəki "Mən Cavabdeh, İddiaçı 3900 Azn aldım. 14.08.23-cü ildə qaytaracam. İmza:" əlyazmaları ("14.08.23" tarix göstəricisindəki "8" rəqəmindən başqa) və "İmza:” əlyazması qarşısındakı imza - Zeynalova, Turan Gülağa qızı tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 99-cu vərəqində olan damalı jurnal vərəqi üzərindəki "Mən Cavabdeh, İddiaçı 3900 Azn aldım. 14.08.23-cü ildə qaytaracam. İmza:" əlyazmalarıda "14.08.23" tarix göstəricisindəki "8" rəqəmi tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə tədqiqat üçün yararsız olduğundan, "Məhkəmə ekspertizası fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən bildirilir ki, həmin rəqəmin Cavabdeh tərəfindən icra olunub-olunmaması haqqında rǝy vermək mümkün deyildir. İş materialında olan ödəniş qəbzlərindən görünür ki, TU******* Z******* adına 416973******8255 saylı kart hesabına müxtəlif vaxtlarda 15.914 (on beş min doqquz yüz on dörd) manat ödəniş həyata keçirilmişdir. İş materialında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, RƏ******* H******* adına 523915******5720 saylı kart hesabına 3000 (üç min) manat ödəniş həyata keçirilmişdir. İş materialında olan əlyazma kağızının surətindən görünür ki, İddiaçı Cavabdeh xx.xx.2023-cü il tarixdə qaytarmaq şərtilə xx.xx.2023-cü il tarixdə 6700 (altı min yeddi yüz) manat borc götürmüşdür. İş materialında olan əlyazma kağızının surətindən görünür ki, Cavabdeh İddiaçı xx.xx.2023-cü il tarixədək qaytarmaq şərtilə X3, X2, X4, X1 şahidliyi ilə 65.000 (altımış beş min) manat borc götürmüşdür. İş materialında olan əlyazma kağızının surətindən görünür ki, Cavabdeh İddiaçı xx.xx.2023-cü il tarixədə 03 (üç) ay ərzində hər ay 400 (dörd yüz) manat qaytarmaq şərtilə 1200 (min iki yüz) AZN qızıl almışdır. İş materialında olan əlyazma kağızının surətindən görünür ki, Cavabdeh İddiaçı 03 (üç) ay ərzində hər ay 500 (beş yüz) manat qaytarmaq şərtilə 1500 (min beş yüz) AZN qızıl almışdır. İş materialında olan əlyazma kağızının surətindən görünür ki, Cavabdeh İddiaçı xx.xx.2023-cü il tarixədə qaytarmaq şərtilə 3900 (üç min doqquz yüz) manat almışdır. İş materialında olan 185/0723-1664AX saylı xx.xx.2023-cü il tarixli kredit müqaviləsi və müqaviləyə əlavədən görünür ki, İddiaçı "xxxx" BOKT MMC-dən 03 (üç) ay müddətinə 3430 (üç min dörd yüz otuz) manat kredit götürmüşdür. İş materialında olan 185/0723-1664AXZG saylı xx.xx.2023-cü il tarixli girov müqaviləsinə əlavədən görünür ki, İddiaçı "xxxx" BOKT MMC-nə ümumi dəyəri 4810 (dörd min səkkiz yüz on) manat 51 (əlli bir) qəpik olan “20 qr 750 əyyarlıq Qolbq+klon və 21.5 qr 750 əyyarlıq Sep” girov qoymuşdur. İş materialında olan 185/0723-1657AX saylı xx.xx.2023-cü il tarixli kredit müqaviləsi və müqaviləyə əlavədən görünür ki, İddiaçı "xxxx" BOKT MMC-dən 12 (on iki) ay müddətinə 4000 (dörd min dörd yüz otuz) manat kredit götürmüşdür. İş materialında olan 185/0723-1664AXZG saylı xx.xx.2023-cü il tarixli girov müqaviləsinə əlavədən görünür ki, İddiaçı "xxxx" BOKT MMC-nə ümumi dəyəri 6347 (altı min üç yüz qırx yeddi) manat 20 (iyirmi) qəpik olan “2,1 qr 500 əyyarlıq Sırğa 1 tək, 585 əyyarlıq 3,6 qr Üzük, 585 əyyarlıq 17,2 qr, 585 əyyarlıq 39,4 qr Sep” girov qoymuşdur. İş materiallarında olan AA3490907 seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1992-ci ildə anadan olmuşdur. İş materiallarında olan AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Şahid1 xx.xx.1985-ci ildə anadan olmuşdur İş materiallarında olan AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Şahid2 xx.xx.1986-cı ildə anadan olmuşdur İş materialında olan xx.xx.2024-cü il tarixli 7E-1356 nömrəli etibarnamənin surətindən görünür ki, İddiaçı etibarnamədə qeyd edilən səlahiyyətlərini 03 (üç) il müddətinə Nümayəndə1 etibar etmişdir. İş materialında olan xx.xx.2024-cü il tarixli ******* saylı vəkil orderindən görünür ki, Nümayəndə1 xx.xx.2024-cü il tarixli 67 saylı müqavilə əsasında İddiaçı mülki iş (pul tələbi) üzrə hüquqi yardım göstərir. İş materialında olan xx.xx.2024-cü il tarixli 7E-2143 nömrəli etibarnamənin surətindən görünür ki, Cavabdeh etibarnamədə qeyd edilən səlahiyyətlərini 02 (iki) il müddətinə Vəkil2 etibar etmişdir. İş materialında olan xx.xx.2024-cü il tarixli ******* saylı vəkil orderindən görünür ki, Vəkil2 xx.xx.2024-cü il tarixli 303 saylı müqavilə əsasında Cavabdeh mülki iş (pul tələbi) üzrə hüquqi yardım göstərir. İş materialında olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət edilməsi üçün 405 (dörd yüz beş) manat 51 (əlli bir) qəpik dövlət rüsumu ödəmişdir. İş materialında olan xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, Cavabdeh qarşılıqlı iddianın verilməsi üçün 262 (iki yüz altmış iki) manat dövlət rüsumu ödəmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İş materiallarından görünür ki, ilkin İddiaçı qarşılıqlı iddiaçı Cavabdeh qarşı pul tələbi ilə, qarşılıqlı iddiaçı Cavabdeh isə ilkin İddiaçı qarşı pul və qızıl zinət əşyalarının və ya dəyərinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, Astara Rayon Məhkəməsinin 2(018)- 457/2024 saylı, 28 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, qarşılıqlı iddia isə rədd edilmişdir. Qətnamədən qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən apelyasiya şikayəti verilmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh iddia tələbindən müəyyən edilir ki, o, ilkin İddiaçı Farhad qızını 2023-cu ildən fevral ayından tanıyır. O əvvəllər Astara şəhərində fəaliyyət göstərən və hazırda fəaliyyəti dayanmış "Güvənli kredit evi"nin müdiri işləmişdir. Həmin vaxtı işçisi ilkin iddiaçı Gülnardan sələmə pul götürmüşdür. Bundan sonra ona məlum olmuşdur ki, Gülnar yüksək faizə borc pul verir, lakin o ilkin iddiaçıdan heç vaxt pul almamışdır, belə ki, onun "Güvənli kredit evi” olmuşdur və özü kreditə pul vermişdir. Lakin o, iddiaçıda daxil olmaqla 5 nəfərlik üzvlə lotereya oynamışdır. Son dəfə iddiaçı ona çatası loteriya pulunu mənimsəmişdir. Bundan əlavə ilkin iddiaçı onun kredit evinin müdiri işlədiyi bilirdi və onunla yüksək münasibət yaratmışdır. Bundan sonra qarşılıqlı iddia üzrə cavabdeh Gülnar onun etimadını qazandığından ondan 50550 manat borc pul, 62,3 qr və 41,5 qr qızıl zinnət əşyalarını borc almışdır. Sonradan ona məlum olmuşdur ki, iddiaçı onun etimadından sul istifadə edərək onu aldadıb ondan aldığı qızıl zinnət əyalarını Astara şəhərində fəaliyyət göstərən "Asel" kredit təşkilatına girov qoymuş və 7430 (4000 və 3430 manat olmaqla) pul götürmüşdür. O, pulunu və qızıl zinnət əşyalarını iddiaçıdan tələb etdikdə saxta müqavilələri ona göstərərək ondan 65000 manat pul tələb etmiş ona hədə qorxu gələrək onu öldürəcəyi ilə hədələmişdir. Bu səbəbdəndə Gülnarın barəsində prokurorluğa şikayət etmişdir. 27 mart 2024-cü ildə məlum olmuşdur ki, İddiaçı Astara rayon məhkəməsində ona qarşı pul tələbinə dair iddia ərizəsi ilə Astara rayon Məhkəməsində iddia qaldırmışdır və ondan 115.514 manat məbləğində pul tələb edir. O, İddiaçı barəsində 2023-cü ilin oktyabr ayında ondan hədə qorxu yolu ilə pul tələb etdiyindən Astara rayon prokurorluğa şikayət etmişdir. O, bildirmişdir ki, X8 ona hədə-qorxu gəlir, həyatı təhlükədədir, olmayan məbləğləri ondan tələb edir, onun heç bir borcu yoxdur. 05 noyabr 2023-cü il tarixdə cinayət tərkibi olmadığından Astara rayon prokurorun böyük köməkçisi 2- ci dərəcəli hüquqşünas Allahyar Məmmədli cinayət hadisəsi müəyyən edilmədiyindən, cinayət işinin başlanmasının rədd edilmesi barədə qərar qəbul etmişdir. O, dəfələrlə İddiaçı ilə əlaqə saxlamasına baxmayaraq, onun zənglərinə cavab verməmiş və sonra nömrəsini bloka atmışdır. Əgər o Gülnara borcludursa niyə zənglərinə cavab vermir. Başqa nömrədən əlaqə saxlayanda o bildirdi ki, “sən mənimlə bacara bilməyəcəksən, Astara rayon məhkəməsi, Astara rayon prokurorluğu və Astara rayon Polis Şöbəsi hamı məni tanıyır”, İddiaçı Farhad qızı sonda bildirdi ki, “Astara rayon Prokurorluğunda verdiyin şikayətlə mənə qarşı cinayət işini aça bilmədin, çünki mənim hər yerdə adamım var”. Məhkəməyə təqdim edəcəyi sübutlar, çıxarışlar, Kapital Bankdan olan qəbzlər təsdiq edir ki, iddiaçının ona həqiqətən borcu vardır. Bundan sonra o, psixoloji təsir almış özünü öldürmək istəmişdir. Bundan sonra Astara rayon prokurorluğuna şikayət etmiş, Astara rayon Prokurorluğu mübahisənin mülki xarakterli olduğunu əsas gətirərək, cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul etmiş və ona mülki qaydada məhkəməyə müraciət etməsini tövsiyə etmişdir. Odur ki, ilkin iddianın rədd olunması, qarşılıqlı iddianın təmin olunması, qarşılıqlı cavabdeh İddiaçı 46150 manat pulun, 62.3 qr (dəyəri 6208 manat) və 41.5 qr (dəyəri 4957 manat) qızıl zinnət əşyalarının və ya dəyəri olan pulun, ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 742.1-ci maddəsinə əsasən Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. 529.1-ci maddəsinə əsasən Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissəhissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. 529.2-ci maddəsinə əsasən Öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. 529.3-cü maddəsinə əsasən Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, qarşılıqlı iddiaçı Cavabdeh ilkin İddiaçı 65.000 (altımış beş min) manat, 1200 (min iki yüz) manat, 1500 (min beş yüz) manat və 3900 (üç min doqquz yüz) manat olmaqla cəmi 71.600 (yetmiş bir min altı yüz) manat məbləğində pul vəsaitini alması barədə əlyazma kağızları təqdim etmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh həmin əlyazmaların ona məxsus olmadığını bildirsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 may 2024-cü il tarixli ekspert rəyi ilə imzaların Cavabdeh məxsus olması öz təsdiqini tapmışdır. Bundan başqa mədaxil qəbzləri ilə təsdiq olunur ki, Cavabdeh adına olan kart hesabına müxtəlif vaxtlarda 15.914 (on beş min doqquz yüz on dörd) manat pul vəsaiti köçürülmüşdür. Lakin qarşılıqlı iddiaçı Cavabdeh 46150 manat pul vəsaitinin İddiaçı verilməsi, həmçinin 62.3 qr (dəyəri 6208 manat) və 41.5 qr (dəyəri 4957 manat) qızıl zinnət əşyalarının ona məxsus olması barədə sübutları məhkəməyə təqdim edə bilməmişdir. Kollegiya qeyd edir ki, prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Həmçinin nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbərsübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Eyni zamanda MPM-ə əsasən əgər tərəf qarşı tərəfin tələb və etirazlarınıəsaslandırdığı faktları etiraf edirsə, əks tərəf gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edilir. Belə etiraf yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir (maddə 106.3). Bundan başqa o, da qeyd olunmalıdır ki, MPM etirafla bağlı iki institut müəyyən edir: faktın etirafı (maddə 106.3) və iddianın etirafı (maddə 191). Prosessual qanunvericilik hər iki etirafa münasibətdə yazılı və ya protokola imza etmə şərti irəli sürmüşdür. Hazırki iş üzrə ilkin iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübut kimi əlyazma kağızlarını və mədaxil qəbzlərini təqdim etsə də, qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı 46150 manat pul vəsaitini, həmçinin 62.3 qr (dəyəri 6208 manat) və 41.5 qr (dəyəri 4957 manat) qızıl zinnət əşyalarını borc verməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Qarşılıqlı iddiaçı iddia ərizəsində, İddiaçı ondan hədə qorxu yolu ilə pul tələb etdiyini bildirmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, qarşılıqlı iddiaçı elə özü iddia ərizəsində bununla bağlı, Astara rayon prokurorluğuna müraciət etdiyini, 05 noyabr 2023-cü il tarixdə cinayət tərkibi olmadığından Astara rayon prokurorluğu tərəfindən cinayət hadisəsi müəyyən edilmədiyindən, cinayət işinin başlanmasının rədd edilmesi barədə qərar qəbul edildiyini bildirmişdir. Göründüyü kimi, qarşılıqlı iddiaçı Cavabdeh İddiaçının ondan hədə qorxu yolu ilə pul tələb etdiyini bildirsə də, bu hal öz təsdiqini tapamadığından cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin həmin qərardan görünür ki, Cavabdeh aparılan araşdırma zamanı verdiyi izahatında göstərmişdir ki, o, əvvəllər “Güvən” kredit evinin müdiri işləmiş, həmin vaxt işçilərindən biri Gülnardan pul götürmüş və onun bundan məlumatı olmuş, ona məlum olmuşdur ki, Gülnar yüksək faizlə ayrı-ayrı şəxslərə borc verir. Maddi ehtiyacları olduğuna görə Gülnardan dəfələrlə borc olaraq faizə pul götürmüş və hər dəfə borc pulu verəndə kağıza qeyd yazdırıb imza çəkdirmiş, o, da aldığı borc pulu faizi ilə birlikdə qaytarmışdır. Baxmayaraq ki, Cavabdeh birinci instansiya məhkəməsində polisdə aparılan araşdırma zamanı verdiyi izahatından fərqli izahat verərək iddiaçı tərəfindən iddia tələbinin təsdiqi kimi təqdim etdiyi (burada borc almasını imzası ilə təsdiq etdiyi qəbzlər nəzərdə tutulur) sübutların həqiqiliyini mübahisələndirmiş, qəbzdə olan imzaların ona məxsus olmadığını iddia etmişdir. Məhkəmə bu halın aydınlaşdırılması və qəbzlərdə olan imzanın həqiqiliyini müəyyən etmək üçün ekspetiza təyin etmiş, ekspert tərəfindən verilən rəy ilə müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi və cavabdehin borc alması barədə tərtib olunan qəbzlərdə olan imza həqiqətən qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən icra olunmuşdur. Qarşılıqlı iddiaçı Cavabdeh apelyasiya şikayətinin əsas dəlili kimi Astara Rayon Məhkəməsinin 3 hakiminin işə baxdığını, buna görə də hüquqlarını pozulduğunu bildirmişdir. Kollegiya qeyd edir ki, mülki iş materialları ilk əvvəl hakim Mübariz Məmmədovun icraatında olmuş, daha sonra onun təyinat yerinin dəyişdirilməsi ilə əlaqədar mülki iş materialları hakim Zamin İbrahimovun icraatına verilmiş, daha sonra onun təyinat yerinin dəyişdirilməsi ilə əlaqədar mülki işə hakim İlqar Məmmədov tərəfindən baxılmış və yekun məhkəmə aktı qəbul edilmişdir. Hakimin təyinat yerinin dəyişdirilməsi onun səlahiyyətlərindən kənar olduğundan mülki işin bir neçə hakimin icraatına verilməsi tərəfin hüququnun pozulması kimi qəbul edilməmilidir. Qarşılıqlı iddiaçı Cavabdeh apelyasiya şikayətinin dəlillərində qətnamənin qanuniliyini və əsaslılığını deyil, işə bir neçə hakimin baxması nəticəsində hüquqlarının pozulduğunu iddia etmiş, həmçinin iddiaçı ilə aralarında olan borcun təsdiqi kimi təqdim olunan qəbzləri yazılı sənəd hesab etmədiyini, onunla iddiaçı arasında hər hansı yazılı müqavilə bağlanmadığını əsas gətirərək iddiaçı qarşısında borc öhdəliyinin yaranmamasını qeyd etmişdir. Ümumiyyətlə qarşılıqlı iddiaçı həm birinci instansiya məhkəməsində həm də apelyasiya icraatı zamanı məhkəmə iclaslarından dolayı yolla yayınmaqla ilkin iddianı təkzib edə biləcək, qarşılıqlı iddianı isə əsaslı edəcək sübutlarını təqdim etməmiş, hər dəfə sübut təqdim edəcəyi əsası ilə məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Kollegiya qarşılıqlı iddiaçı Cavabdeh apellyasiya şikayətinin “iddiaçı ilə aralarında olan borcun təsdiqi kimi təqdim olunan qəbzləri yazılı sənəd hesab etmədiyini, onunla iddiaçı arasında hər hansı yazılı müqavilə bağlanmadığını əsas gətirərək iddiaçı qarşısında borc öhdəliyinin yaranmaması” dəlili ilə də, razılaşmır. Belə ki, mülki hüquq münasibətlərində hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq müqavilələrlə bağlıdır. Müqavilənin bağlanmış sayılması üçün tərəf qarşılıqlı olaraq müəyyən hüquqi nəticəni əmələ gətirmək arzusunda olmalı və buna uyğun mühüm şərtləri özündə əks etdirən iradələrini bəyan etməlidir. Yəni tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Cavabdehin iddiaçıdan borc alması və bunu sadə yazılı formada qəbz tərtib edərək imza etməsi də, tərəflər arasında hüquqi (almış olduğu borcu qaytarmaq) nəticə yaradan iradə ilə bağlı olmuşdur. Hazırki işdə qarşılıqlı iddiaçı Cavabdeh borcunun olmasının etirafı yazılı sənəddə, yəni iş materiallarında olan qəbzlərdə ifadə olunur ki,bu da MPM-in 106.3 və 191-ci maddələrinə uyğun olaraq (borcun) faktın və ya iddianın etirafıdır. Göründüyü kimi qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddiasının və apelyasiya şikayətinin dəlilləri formal olmaqla, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın isə təmin edilməsi imkanını aradan qaldırır. Məhz bu səbəbdən də, birinci instansiya məhkəməsi ilkin iddiaçının iddia tələbində haqlı olması, qarşılıqlı iddiaçının isə həm iddia tələbinə etirazında həm də, qarşılıqlı iddiasında haqlı olmaması qənaətinə gəlmişdir. Kollegiya gəlinən bu nəticəni işin faktiki hallarına uyğun hesab edir. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırki qətnamədə təkrarlamağa zərurət görmür. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 4.1, 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “Beləliklə ilkin iddia qismən təmin edilməli, Cavabdeh 87514 (səksən yeddi min beş yüz on dörd) manat məbləğdə borc və 405 (dörd yüz beş) manat 51 (əlli bir) qəpik dövlət rüsumu üçün ödənilmiş pul vəsaiti tutulub İddiaçı verilməli və cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdeh İddiaçı qarşı pul və qızıl zinət əşyaları və ya dəyərinin, ödənilmiş dövlət rüsumu tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir” mövqeyi ilə razılaşır, hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Qarşılıqlı iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarət olmuşdur. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, qarşılıqlı iddiaşı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Astara Rayon Məhkəməsinin 2(018)-457/2024 saylı, 28 oktyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.1, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası; Qət etdi: Qarşılıqlı iddiaçı ilkin iddia üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin 2(018)-457/2024 saylı, 28 oktyabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-302/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-302/2025
03.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver