Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-307/2025 22.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvən Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı avtomobilə görə verdiyi pulun və dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli, 2(050)- 2553/2024 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İşin halları AD № 491106 nömrəli qeydiyyat şəhadətnaməsindən görünür ki, “QAZ 3110 minik” markalı, **- CD-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixdə Cavabdeh adına qeydiyyatına alınmışdır. Masallı regional “ASAN xidmət” mərkəzində notariat ofisində 7E-7039 reyestr nömrəli, 12 iyun 2019-cu il tarixli etibarnamədən görünür ki, mülkiyyətçi Cavabdeh “QAZ 3110 minik” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini İddiaçı sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək üzrə səlahiyyətlər üzrə etibar etmişdir. Masallı regional “ASAN xidmət” mərkəzində notariat ofisində 7E-4988 reyestr nömrəli, 12 iyun 2020-ci il tarixli etibarnamədən görünür ki, mülkiyyətçi Cavabdeh “QAZ 3110 minik” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini İddiaçı sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək üzrə səlahiyyətlər üzrə etibar etmişdir. Masallı regional “ASAN xidmət” mərkəzində notariat ofisində 7E-5919 reyestr nömrəli, 07 iyun 2021-ci il tarixli etibarnamədən görünür ki, mülkiyyətçi Cavabdeh “QAZ 3110 minik” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini İddiaçı sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək üzrə səlahiyyətlər üzrə etibar etmişdir. Masallı regional “ASAN xidmət” mərkəzində notariat ofisində 7E-8374 reyestr nömrəli, 12 iyun 2023-cü il tarixli etibarnamədən görünür ki, mülkiyyətçi Cavabdeh “QAZ 3110 minik” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini İddiaçı sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək üzrə səlahiyyətlər üzrə etibar etmişdir. Avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə aktdan görünür ki, İddiaçı idarə etdiyi “QAZ 3110 minik” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 15 iyul 2024-cü il tarixdə Salyan RPŞ-nin DYPB-nın duracağına yerləşdirilmişdir. 26 iyul 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Masallı rayonu Ləngan kəndində yaşayan Cavabdeh etibarnamə ilə Salyan rayonu Arxarası kəndində yaşayan İddiaçı istifadəsində olan Qaz 3110 markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilin Salyan RPŞ-nin avtomobil duracağına yerləşdirildiyi, habelə avtomobilə baxış keçirilən zaman qeydiyyat şəhadətnaməsində ban nömrəsi **********0521 olduğu halda, avtomobilin üzərində isə **********5353 nömrəsinin olmasının aşkar olunduğu barədə Azərbaycan Respublikası DİN-in rəhbərliyinə müraciəti əsasında araşdırma aparılmış, aparılmış araşdırma nəticəsində hər hansı cinayət hadisəsinin olmadığı müəyyən edildiyindən material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, İddiaçı onun həmkəndlisi, həmçinin onun uşağının sinif yoldaşıdır. Usta işləyir. Rövşən ona maşın almaq istədiyini bildirmiş və o, da maşından anlayışı olduğu üçün onunla Sumqayıt maşın bazarına getmişlər. Hüseynin satdığı maşına baxıb bəyənmişlər. Hüseyn maşını 4200 manata satdığını desə də, sonda onunla 3900 manata razılaşmışlar. Həmin vaxt bazara getməmişdən əvvəl Rövşəndən hansı qiymətə qədər maşın almaq fikrinin olmasını soruşmuş, Rövşən də ona 4500 manata yaxın pulunun olduğunu və 4000-4500 manat aralığında olan bir maşın almaq istədiyini bildirmişdir. Maşının ban nömrəsinin həm ön hissədə, həm də arxa hissədə olduğunu təxmin etməmişdir. Maşının qabaq ban nömrəsinə və mühərrikin nömrəsinə baxmışlar. Hüseyn maşının atasının adına olduğu bildirmiş və Rövşənə etibarnamə vermək üçün Masallıya gəlmələrini bildirmişdir. Həmin vaxt Hüseynin ailəsi də şəhərdə olduğundan, onlarla birlikdə maşına əyləşib Masallıya gedəcəyindən, onlar da öz gəldikləri Rövşənin qardaşı Yaşarın maşına əyləşib qayıtmışlar. O və Yaşar Salyana getdiklərindən Rövşən Hüseynin idarə etdiyi maşında qabaqda, Hüseynin ailəsi də maşının arxasında olmaqla Masallı rayonuna getmişlər. Sonra Hüseyn həmin güm bazar günü olduğundan Rövşəni evində qonaq saxlamış, Rövşənə səhəri gün etibarnamə vermiş, Rövşən də maşını sürüb Salyana gəlmişdir. Hətta Rövşən ona Hüseynin onu evdə saxladığını da bildirmiş və ondan razı qaldığını demişdir. Şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, İddiaçı onun qardaşıdır. 2019-cu ildə o, tanışları, həmçinin həmkəndlisi olan usta Fəxrəddinlə birlikdə Sumqayıt maşın bazarına getmişlər. Hüseynin satdığı maşına baxıb bəyənmişlər. Hüseyn maşını 4200 manata satdığını desə də, sonda onunla 3900 manata razılaşmışlar. Hüseyn maşının atasının adına olduğu bildirmiş və Rövşənə etibarnamə vermək üçün Masallıya gəlmələrini bildirmişdir. Həmin vaxt Hüseynin ailəsi də şəhərdə olduğundan, onlarla birlikdə maşına əyləşib Masallıya gedəcəyindən, onlar da öz maşını ilə Rövşənin və usta Fəxrəddinlə bilikdə maşına əyləşib qayıtmışlar. Salyan postunun yanında maşınları saxlamışlar. Rövşən onun maşınından düşüb Hüseynin idarə etdiyi maşında qabaqda, Hüseynin ailəsi də maşının arxasında olmaqla Masallı rayonuna getmişlər. Sonra Hüseyn həmin gün bazar günü olduğundan Rövşəni evində qonaq saxlamış, Rövşənə səhəri gün etibarnamə vermiş, Rövşən də maşını sürüb Salyana gəlmişdir. Üstündə bir neçə gün keçdikdən sonra, Rövşən aldığı maşını onun oğlunun adına rəsmiləşdirmək üçün Şirvan şəhəridə Qeydiyyat idarəsinə getmiş, lakin orada maşının arxa və qabaq ban nömrələri uyğun gəlmədiyindən sənədləşmə işlərini apara bilməmişlər. Bu barədə Hüseynə bildirmiş, Hüseyn isə hər il ona etibarnamə verəcəyini bildirmişdir. Sonradan hər dəfə Hüseyn 50-100 manat Rövşəndən alaraq ona etibarnamə vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qüsurlu olan avtomaşını satmaqla ondan aldığı 3900 manat, etibarnamələr üçün aldığı 500 manat, cəmi 4400 manat pulun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, 2019-cu ildə maşın almaq məqsədi ilə Sumqayıt şəhərindəki maşın bazarına getmişdir. Orada Masallı rayon Ləngən kənd sakini Hüseyn adlı şəxs atası Cavabdeh məxsus QAZ-3110 markalı **-CD-*** dövlət nömrə nişanlı avtomobili satmaq üçün gətirmişdir. O, maşından xoşu gəldiyindən almaq istədiyini, maşını satan Hüseyn həmin avtomaşını 4.000 manata satmaq fikrində olduğunu bildirmişdir. Onlar öz aralarında razılaşmışlar ki, həmin avtomaşını 3900 manata alır. Həmin günü bazar günü olduğundan avtomaşını rəsmiləşdirmək mümkün olmadığından razılaşmışlar ki, ona baş etibarnamə versin və sonradan maşını özü-öz adına keçirər. Avtomaşın Hüseynin atası İsaqın adına olduğundan ona bildirmişdir ki, birlikdə Masallıya gedib orada atası ona etibarnamə verər. Beləliklə də o, Masallıya Ləngan kəndinə getmiş və həmin günü gecə olduğundan axşamı onlarda gecələmiş və səhəri günü maşının sahibi olan İsaqla birlikdə Masallı rayonundakı “ASAN” Xidmətə gedərək orada İsaqın adından ona etibarnamə verilmişdir. O, 3900 manat pulu İsaqa vermişdir. O, avtomaşını sürərək Salyana qayıtmış və təxminən 10 gün sonra maşını öz adına keçirmək məqsədilə X2 Qeydiyyat Şöbəsinə getmişdir. Avtomaşna baxış keçirilən zaman məlum olmuşdur ki, maşının kuzov nömrəsi ilə ban nömrəsi uyğun gəlmir. Bu səbəbdən də avtomaşın onun adına rəsmiləşdirilməmişdir. Həmin günü İsaqın ***-***-**-** nömrəli mobil telefonuna zəng vuraraq maşında olan çatışmazlıqla bağlı ona bildirmişdir. Eləcə də ona bildirmişdir ki, onun verdiyi pulu qaytarsın, maşınını gətirir. İsaq ondan xahiş etmişdir ki, bunu açıb-ağartmasın, o, hər il ona etibarnamə verər və hər il maşını sürər, lakin 4-5 ildən sonra maşında olan çatışmazlığı özü aradan qaldıracaqdır. Onun dediklərinə inanmış və növbəti illərdə hər il maşının sahibi İsaqa əlavə olaraq 100 manat verərək baş etibarnamə almışdır. Sonuncu dəfə təxminən 40 gün əvvəl yenidən ondan etibarnamə istədikdə İsaq etibarnamə verməsi üçün ondan 800 manat pul istəmişdir. Ona müharibə veteranı olduğunu və maddi imkanının olmadığını, aralarında razılaşmalarının olmasını, 4- 5 ilə maşında olan qüsurları aradan qaldırıb maşını saz vəziyyətdə ona verəcəyi barədə söz verdiyini bildirmişdir. Həmçinin ona maşını geri qaytarıb və ona verdiyi 3900 manat pulu və etibarnamələr üçün verdiyi 500 manat pulu qaytarmasını tələb etmişdir. İsaq isə ona, şikayət edib maşını ondan alacağını demişdir. O, isə İsaqa pulları ona qaytaracağı təqdirəd maşını ona verəcəyini bildirmişdir. Təxminən 1 ay olar ki, onun telefonuna maşınn sahibinin şikayəti əsasında maşının axtarışa verilməsi barədə mesaj gəlmişdir. Bu səbəbdən də məcbur qalıb maşın üçün verdiyi pulları qarşı tərəfdən alınmasından ötrü məhkəmədə iddia qaldırmışdır. O, maşını geri qaytarmağa razıdır. Lakin ona verdiyi pulları geri qaytarmasını tələb edir. Maşını Salyan RPŞ DAMB-nin əməkdaşlarının tələbinə əsasən onlara təhvil vermiş və xx.xx.2024-cü ildə maşın duracağa yerləşdirilmişdir. Bu barədə ona rəsmi akt verilmişdir. Masallı Rayon Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli, 2(050)-2553/2024 saylı qətnaməsi ilə (Hakim: Coşqun Abdullayev) iddianın qismən təmin edilməsi, İddiaçı QAZ-3110 markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün ödədiyi 3900 (üç min doqquz yüz) manat pul Cavabdeh alınaraq iddiaçıya verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu kimi ödənilmiş pul vəsatinin 64 manat hissəsinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Həsənov X1 Rayon Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli, 2(050)-2553/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, ona məxsus "QAZ 3110" markalı avtomobili 2019-cu ildə İddiaçı 3900 manata satmışdır. Həmin zaman Rövşən ona 2000 manat ödənilmiş, qalan 1900 manatı ödəməmişdir. Ona etibarnamə vermiş, qalan pulu verəcəyi halda avtomobili adına keçirəcəyini bildirmişdir. Lakin Rövşən qalan pulu ona verməmişdir. Dəfələrlə aralarında problem olmuş, lakin pulunu verməmişdir. Rövşən göstərir ki, avtomobilin guya ban nömrəsi dəyişdiyi üçün adına keçirə bilməmişdir. Əgər belə problem olsaydı avtomobil baxışdan keçərkən avtomobilin üzərinə həbs qoyulmuş olardı və avtomobil duracağa yerləşərdi. İddiaçının tələbi tamamilə əsassızdır. Maşın hazırda onun adındadır və iddiaçı qalan 1900 manat borcunu ödəsə, o zaman avtomobili onun adına keçirə bilər. Avtomobil iddiaçıda olarkən qəza törətmiş və ban nömrəsini dəyişmişdir. Hazırda isə əsassız olaraq pul tələb edir. İddiaçı ondan 5 il əvvəl avtomobil almış və 5 ildir ki, həmin avtomobili idarə edir, indisə ondan pulu tələb edir. Məhkəmədə işi araşdırmadan həmin pulun alınması barədə qətnamə qəbul etmişdir. Məhkəmə prosessual hüquq normalarının tələbini pozmuşdur. Sübutlar düzgün araşdırılmamış, sübutlara hüquqi qiymət düzgün verilməmişdir. İddiaçı ona 3900 manat verməsini sübut edə bilməmiş, özü isə ona 3900 manata maşın satmağını sübut etmişdir. Lakin məhkəmə sübutlara yox, mülahizələrə və ehtimallara əsasən qətnamə qəbul etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən apellyasiya şikayətinə etirazı daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya icraatı zamanı verdiyi izahatında vermiş olduğu apellyasiya şikayətini müdafiə etdiyini, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya icraatı zamanı verdiyi izahatında apellyasiya şikayətini qəbul etmədiyini, təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri həddində, qətnamənin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəlləinin 14.2-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları sırasına daxildir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən pullar və sənədli qiymətli kağızlar da əşyadır. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7-ci Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, mülki işin hallarından mübahisənin hüquqi təbiətinin əsassız varlanma olduğu müəyyən olunur. Belə ki, işin mübahisəsiz hallarından görünür ki, Cavabdeh mülkiyyətində olan Qaz 3110 markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobili 3900 manat müqabilində satmaq məqsədi ilə şifahi qaydada razılaşaraq 2019-cu il tarixdə Salyan rayon sakini İddiaçı etibarnamə əsasında sahibliyinə vermiş, lakin tərəflərin arasında nəzərdə tutulmuş formada avtomobilin alqı-satqı müqaviləsi bağlanmamışdır. İsaq Hüseynov tərəfindən 2023-cü il tarixədək hər il iddiaçıya avtomobili idarə etməsi üçün etibarnamə verilmişdir. Hazırda avtomobil cavabdeh tərəfin müraciəti əsasında iddiaçının sahibliyindən alınaraq Salyan RPŞ-nin DYPB-nın duracağına yerləşdirilmişdir. Tərəflər hər ikisi qeyd edilən avtomobilin 3900 manat müqabilində alqı-satqısına dair şifahi razılaşdıqlarını bildirsələr də, iddiaçı həmin məbləği tam şəkildə ödədiyini bildirmiş, cavabdeh isə həmin məbləğin yalnız 1900 manatın ona verildiyini, qalan 2000 manatın isə ona verilmədiyini bildirmişdir. Cavabdeh tərəf ona 1900 manat pulun verildiyini qeyd etməsinə baxmayaraq, apellyasiya şikayətində iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını tətbiq etmişdir. Odur ki, Masallı Rayon Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli, 2(050)-2553/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...” Apellyasiya şikayətinin dəlillərinilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. İlk olaraq, kollegiya qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya 2019-cu il tarixdə avtomobilə dair sərəncam vermək hüququ ilə bağlı etibarnamə verilməsi onu göstərir ki, Cavabdeh avtomobilin razılaşdırılmış dəyərini iddiaçıdan tam olaraq almışdır. Belə ki, iddiaçının həmin avtomobili istənilən halda özgəninkiləşdirmək səlahiyyəti olmuşdur. Digər tərəfdən, iş üzrə təqdim edilmiş şahidlər iddiaçının avtomobil almaq üçün 4000-4500 manat aralığında pulunun olmasını təsdiq etmişdir, belə olduğu halda, avtomobilin dəyərinin qismən edilməsi ağlabatan deyil. Əlavə olaraq məhkəmə kollegiyası onu da vurğulayır ki, 5 il müddətində iddiaçıya hər il etibarnamə verən cavabdeh avtomobilin dəyəri tam ödənilmədiyi halda, bu pulu tələb etməmiş, İddiaçı qarşı belə bir iddiası olmamışdır. Belə olan halda, cavabdehin avtomobilin dəyərinin 2000 manatının ödənilməsi, qalan 1900 manatının isə ödənilmədiyini bildirməsi ağlabatan mühakimə əsasında məntiqli deyil. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdırarkan iddia tələbinin rədd olunması üçün əsaslar müəyyən etməmişdir. Məhkəmə kollegiyası iş materiallarında olan sübutları apellyasiya şikayəyinin dəlilləri ilə birlikdə müqayisəli tədqiq edərək müəyyən edir ki, birinci instansiya məhkəməsi iddia tələbini 3900 manat hissədə təmin etməkdə haqlı olmuşdur. Belə ki, Mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri). Kollegiya məhkəmənin bu mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan işin bütün faktiki hallarını aydınlaşdırmış, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırki qətnamədə təkrarlamağı zərurət görmür. Kollegiya iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizə hesab edir. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayəti faktlar nöqteyi-nəzərdə qanuni və əsaslı olan məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Masallı Rayon Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli, 2(050)-2553/2024 saylı qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İddiaçı tərəfindən qətnamənin mübahisələndirilən hissədə iddianın qiyməti 3900 manat manat yəni 5000 manatdan az təşkil etdiyindən qəbul olunmuş qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli, 2(050)-2553/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-307/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-307/2025
22.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver