Məhkəmə qərarları › İş №2(106)-31/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-31/2023

10.05.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-31/2023 10.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Həsənov Müşfiq Kamil oğlu və X7 ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, birinci iş üzrə İddiaçı nümayəndəsi Cavabdeh2, birinci iş üzrə Cavabdeh1 iştirakı ilə, Birinci iş üzrə İddiaçı Cavabdeh1 qarşı “tutulmuş avtomaşın yolunun açılması və mənəvi zərər tələbinə dair” iddiası və ikinci iş üzrə iddiaçı Cavabdeh1 Cavabdeh2 qarşı “qanunsuz zəbt olunaraq bağlanmış torpaq sahəsində hərəkətin təmin olunması, özbaşına tikilinin sökülməsi və vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Lerik Rayon Məhkəməsinin 2(048)-105/2017 saylı, 28 iyul 2017-ci il tarixli qətnaməsindən birinci iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Birinci iş üzrə İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Lerik rayonunun Göydərə kəndində tutduğu iddiaçının yaşayış evinə gedən avtomaşın yolunun açılaraq sərbəstləşdirilməsi və cavabdehdən ona vurduğu mənəvi zərərə görə 10000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Lerik rayonunun Göydərə kəndində yaşayır. 1968-ci ildə yaşadığı Göydərə kəndində mərhum X8nun adına həyətyanı torpaq sahəsi verilmiş, həmin ildə orada yaşayış evi tikmişlər. Həyətyanı torpaqları ilə bağlı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib olunmuşdur. X8 ölmüşdür. İddiaçı, oğlu, gəlini və nəvələrindən ibarət 6 nəfər ailə üzvü Göydərə kəndində olan həmin evdə yaşayırlar. Yaşadıqları evə əvvəldən maşın yolu olmuş, həmin yol eyni zamanda piyada yolu kimi istifadə olunmuşdur. Lakin əvvəllər Göydərə kəndində yaşamış mərhum X10 iddiaçı ev tikəndən bir neçə il sonra qanunsuz olaraq onun evinə gedən maşın yolunun sağ tərəfini çəpərə alaraq həyətyanı torpaq kimi istifadə etmiş, yolun sol tərəfində isə qanunsuz ev tikmiş və iddiaçının evinə gedən yol onun evi ilə torpağı arasında qalmışdır. İndiyə kimi həmin yol barədə heç bir mübahisə olmamışdır. X1 oğlu Cavabdeh1 18 iyul 2016-cı ildə iddiaçının evinə gedən maşın yolunu yola daş tökməklə və yolda dəmir qapı qoymaqla tutmuşdur. İddiaçı və oğlu Cavabdeh2 dəfələrlə cavabdeh ilə yolun açılması barədə söhbət etsələr də, nəticəsi olmamışdır. Cavabdeh nəinki yolu açmamış, iddiaçını və oğlunu söyüb təhqir etmişdir. Mübahisə barədə Kələxan kənd bələdiyyəsinə və digər yerli təşkilatlara müraciət etsə də, nəticəsi olmamışdır. Ona görə də yol tutulduğu vaxtdan iddiaçının ailəsi məcburiyyətdən qonşunun həyətyanı torpaq sahəsindən müvəqqəti piyada yolu kimi istifadə edir. Maşın yolu isə tamamilə yoxdur. Cavabdeh iddiaçının evinə gedən maşın yolunu tutaraq yersiz narazılıq yaratmaqla və iddiaçını söyüb təhqir etməklə onu əsəb gərginliyinə məruz qoymuş, iddiaçı mənəvi iztirab və sarsıntı keçirmişdir. Əsəbdən təzyiqinin qalxması ilə əlaqədar 2 dəfə təcili yardımdan həkim gəlib iddiaçıya yardım etmişdir. Buna görə də iddiaçıya mənəvi zərər dəymişdir. O, vurulmuş mənəvi zərəri 10000 manat məbləğində qiymətləndirir. İkinci iş üzrə iddiaçı Cavabdeh1 Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qanunsuz zəbt olunaraq bağlanmış torpaq sahəsində sərbəst hərəkətin təmin olunması, zəbt olunmuş torpaq sahəsinin boşaldılması və torpaq üzərində mərzlərin müəyyən edilməsi, cavabdeh tərəfindən tikilmiş qanunsuz özbaşına tikilinin sökülməsi, cavabdeh tərəfindən onun evinə vurulmuş 2500 manat miqdarında maddi ziyanın ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İkinci iş üzrə iddiaçı Cavabdeh1 tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhərində anadan olmuş, təhsil almışdır və orda işləyir. X19 və mərhum anası Gülgəz Əskərova əslən Lerik rayonunun Göydərə kəndindən olduqlarına görə təbii olaraq orada ata-baba yurdu var. 22 aprel 1971-ci ildə Azərbaycan SSR Lerik rayonu, Qosmalian kəndinin “20-ci partiya qurultayı” kolxozu tərəfindən mərhum anası X20 rayonunun Göydərə kəndində keçmiş ev yerində ev tikmək üçün 0,05 hektar torpaq sahəsi ayrılmış və hazırkı evləri həmin qərar əsasında elə həmin ildə X19 tərəfindən tikilmişdir. Qərarda qeyd olunan keçmiş ev yeri məhz hazırkı evin olduğu yerlə eynidir, çünki onun babasının evi də həmin ərazidə yerləşmişdir. Ev tikildikdən sonra X19 evin həyətyanı sahəsini çəpərə almalı olduğu halda qonşuluqda yaşamış mərhum X16 yaxın qohumları vasitəsilə atasından həyəti çəpərə almamasını xahiş etdiyinə görə atası bunu etməmiş, onlara öz həyətlərindən yol olaraq istifadə etməyə müvəqqəti icazə vermişdir. Uzun müddətdən bəri Bakı şəhərində yaşamaqla onlar daimi olaraq hər il, əsasən yay aylarında 10-15 günlüyünə həm istirahət etmək, həm də atadan qalma evin sahibsiz qalmaması üçün Lerik rayonunun Göydərə kəndində yerləşən evlərinə gedirlər. Hazırda qonşuluqda yaşayan Cavabdeh2 iddiaçıya məxsus evin həyətinin bir qismini onların daimi orada yaşamamalarını fürsət bilərək qanunsuz zəbt etməklə, orada sərbəst hərəkətə maneçilik yaratmış, onlara məxsus evin kifayət qədər böyüklükdə həyətyanı sahəsi olmasına baxmayaraq, heyvanlarını saxlamaq üçün tövləni mülkiyyətində olmayan torpaq sahəsində, iddiaçının evinin yanında tikmiş və qanunsuz zəbt etdiyi ərazidə əkin aparmaqla və heyvanlarını iddiaçının həyətinə buraxmaqla onun evinə xeyli miqdarda maddi ziyan vurmuşdur. Belə ki, yuxarıda qeyd edilən qərarla onlara verilən 0,05 hektar torpaq sahəsinin bir tərəfi hazırda orada mövcud olan evlərinin ən azı 4 metr arxasından başlayır, yəni vaxtında çəpər çəkilsəydi, evin arxasındakı çəpər evə ən azı 4 metr uzaqlıqda olmalı idi. Ancaq hazırda Cavabdeh2 iddiaçının orada daimi yaşamamasından və xoş rəftardan sui-istifadə edərək öz həyətinin çəpərini iddiaçının evinin arxa divarının 1 metr yaxınlığına kimi çəkməklə, iddiaçının həyətini qanunsuz zəbt etmiş və hətta həmin çəpərin bir tərəfini iddiaçının evinin divarına birləşdirməklə, onların evin ətrafında sərbəst hərəkətini qanunsuz olaraq məhdudlaşdırmışdır. Bundan əlavə, Cavabdeh2 hər il iddiaçının evinin arxa tərəfində özünə məxsus həyətdə və iddiaçının həyətinin qanunsuz olaraq zəbt etdiyi hissəsində kartof əkir, təbii olaraq daimi həmin kartof sahəsinə su verir və bunun nəticəsində iddiaçıya məxsus evin arxa divarında çatlar əmələ gəlmişdir. İddiaçı ona dəfələrlə bununla əlaqədar öz iradını bildirsə də, o, buna məhəl qoymayaraq öz bildiyini etmişdir. Cavabdehin hərəkətlərinə görə ev qəzalı vəziyyətə düşmüş və evə maddi ziyan dəymişdir. Cavabdeh həmçinin uzun illər iddiaçıya məxsus evin həyətinin çəpərinin olmamasından istifadə edərək öz mal-qarasını həyətə buraxmaqla evin ön tərəfində yerləşən pilləkənin dağılmasına səbəb olmuşdur. İddiaçı, demək olar ki, hər il kəndə gedəndə evin ön tərəfində yerləşən həmin pilləkəni təmir etdirir. İddiaçı evin pilləkəninə çəkdiyi təmir xərclərini və yaxın zamanda evə apardığı ustanın evdə əmələ gəlmiş çatlara baxaraq hesabladığı təqribi təmir xərclərini nəzərə alaraq hesab edir ki, cavabdehin hərəkətləri nəticəsində onun evinə 2500 manat maddi ziyan dəymişdir. Bundan başqa, cavabdehə məxsus evin kifayət qədər böyüklükdə həyətyanı sahəsi olmasına baxmayaraq, mülkiyyətində olmayan torpaq sahəsində iddiaçının evinin yanında heyvanlarını saxlamaq üçün qanunsuz özbaşına tövlə tikmişdir. Həmin özbaşına tikilmiş tövlənin saxlanılması iddiaçının hüquqlarını və qanunla qorunan mənafelərini pozur və iddiaçının və ailəsinin həyatı və sağlamlığı üçün təhlükə yaradır. Ona görə də iddiaçı hesab edir ki, həmin qanunsuz özbaşına tikilmiş tövlə sökülməlidir. Lerik Rayon Məhkəməsinin 03 mart 2017-ci il tarixli, 2(048)-105/2017 saylı qərardadı ilə İddiaçı Cavabdeh1 qarşı “tutulmuş avtomobil yolunun açılması və mənəvi ziyan tələbinə dair” və iddiaçı Cavabdeh1 Cavabdeh2 qarşı “qanunsuz zəbt olunaraq bağlanmış torpaq sahəsində sərbəst hərəkətin təmin edilməsi, qanunsuz tikilinin sökülməsi və vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair” mülki işlərə birlikdə baxılmaq üçün bir icraatda birləşdirilməsi, göstərilən mülki işin nömrəsi 2(048)-105/2017 müəyyən edilməsi qərara alınmışdır. Lerik Rayon Məhkəməsinin 28 iyul 2017-ci il tarixli, 2(048)-105/2017 saylı qətnaməsi ilə (sədrlik edən hakim Firdovsi Əliyev) Lerik rayon Aqrar İslahat Komissiyasının 04 iyun 1998-ci il tarixli, 41 saylı qərarı ilə JN-013A saylı Kod-80306168 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsinə gedən (baza məlumatlarına əsasən) 40 kv.m avtomobil və piyada yolunun Cavabdeh1 zəbtindən azad edilməsi, İddiaçı iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh1 Cavabdeh2 qarşı “qanunsuz zəbt olunaraq bağlanmış torpaq sahəsində sərbəst hərəkətinin təmin edilməsi, qanunsuz tikilinin sökülməsi və vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair” iddiasının təmin edilməməsi, əlavə olaraq Cavabdeh1 aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 60 manatın tutulub Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin hesabına və 100 manatın tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan birinci iş üzrə İddiaçı və birinci iş üzrə cavabdeh, ikinci iş üzrə iddiaçı Cavabdeh1 ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. Birinci iş üzrə İddiaçı apellyasiya şikayətində Lerik Rayon Məhkəməsinin 28 iyul 2017-ci il tarixli, 2(048)-105/2017 saylı qətnaməsinin ləğv olunmasını və işə sübutlar nəzərə alınmaqla yenidən baxılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, birinci instansiya məhkəməsinin qətnaməsini qərəzli və əsassız hesab edir və aşağıda göstərilən sübut və faktlara görə onun ləğv olunmasını və apellyasiya şikayətinə baxılmasını xahiş edir. İddiada göstərilən yol 40 il bundan əvvəldən onun istifadəsində olmuş, məhkəmə isə həmin yolu saxlayıb tam başqa bir yerdən yol vermişdir. Onun sənədlərində həyətyanı torpaq sahəsində olan tikili göstərilir, lakin hal-hazırda həmin yer zəbt olunmuşdur. Cavabdeh yolu bağlayandan sonra daş gətirib iddiaçının ərazisindəki sahəyə tökmüşdür və bu məhkəmə qətnaməsi ilə götürülməli idi, lakin qətnamədə bu göstərilməmişdir. Məhkəmə tərəfindən təyin olunmuş ekspertiza rəyində sökülmüş tikili göstərilsə də, guya cavabdehin zəbt etdiyi sahəyə yolun düşməməsi yalandır və düzgün rəy verilməmişdir. İddiaçı və ailəsi bu yoldan 40 ildir ki, istifadə edirlər və evin sənədlərində də həmin sahə göstərilir. Lakin məhkəmə iddiada olan mübahisəli sahə əvəzinə, tam ayrı bir yerə ekspertiza təyin etmiş və əsassız qətnamə qəbul etmişdir. Birinci iş üzrə cavabdeh, ikinci iş üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayətində Lerik Rayon Məhkəməsinin 28 iyul 2017-ci il tarixli, 2(048)-105/2017 saylı qətnaməsinin ləğv edilməsi, aparılmış ekspertiza tədqiqatlarının dəyərinin tərəflər arasında müştərək qaydada bölüməsi və onun iddia ərizəsinin qanunsuz tikilinin sökülməsi və müvafiq ekspertiza təyin olunmaqla vurulmuş maddi ziyanın miqdarının müəyyən edilərək ödənilməsi hissəsində təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 noyabr 2017-ci il tarixli, 2(106)-2745/2017 saylı qətnaməsi ilə birinci iş üzrə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, cavabdeh, ikinci iş üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, Lerik Rayon Məhkəməsinin 2(048)-105/2017 saylı, 28 iyul 2017-ci il tarixli qətnaməsi birinci iş üzrə İddiaçı və cavabdeh, ikinci iş üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən narazı qalan birinci iş üzrə İddiaçı kassasiya şikayəti vermiş, kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 noyabr 2017-ci il tarixli, 2(106)-2745/2017 saylı mülki iş üzrə qərarının qismən ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 10 aprel 2018-ci il tarixli, 2(102)-2584/18 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 23 noyabr 2017-ci il tarixli, 2(106)- 2745/17 saylı qətnaməsi kassasiya qaydasında mübahisələndirilən hissədə, yəni İddiaçı Cavabdeh1 qarşı “tutulmuş avtomaşın yolunun açılması və mənəvi ziyanın ödənilməsi tələbinə dair” hissədə ləğv edilmiş və iş həmin hissədə yeni apellyasiya baxışına göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 fevral 2021-ci il tarixli, 2(106)-04/21 saylı qətnaməsi ilə birinci iş üzrə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Lerik Rayon Məhkəməsinin 2(048)-105/2017 saylı, 28 iyul 2017-ci il tarixli qətnaməsi birinci iş üzrə İddiaçı cavabdeh (ikinci mülki iş üzrə iddiaçı) Cavabdeh1 qarşı Lerik rayon Aqrar İslahat Komissiyasının 04 iyun 1998-ci il tarixli, 41 saylı qərarı ilə JN- 013A saylı Kod-80306168 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsinə gedən (baza məlumatlarına əsasən) 40 kv.m avtomobil və piyada yolunun Cavabdeh1 zəbtindən azad edilməsi, İddiaçı iddia tələbinin qalan hissədə təmin edilməməsinə aid hissədə İddiaçı apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmış, ekspertiza xərclərini təşkil edən 150 manatın Cavabdeh1 tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinin AZ.MEM, VÖEN **********, X6, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT Bik CTKEAZ22 hesabına ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan birinci iş üzrə İddiaçı kassasiya şikayəti vermiş, kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 fevral 2021ci il tarixli, 2(106)-04/21 saylı qətnaməsinin ləğv edilərək, işin baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 22 iyun 2021-ci il tarixli, 2(102)-3765/2021 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-04/2021 nömrəli, 10 fevral 2021-ci il tarixli qətnaməsi ləğv olunaraq iş həmin hissədə yenidən baxılması üçün apellyasiya baxışına göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası 22 iyun 2021-ci il tarixli, 2(102)-3765/2021 saylı qərarında öz hüquqi mövqeyini onunla izah etmişdir ki, hazırkı icraatda İddiaçı Cavabdeh1 qarşı tutulmuş avtomaşın yolunun açılması və mənəvi ziyan tələbinə qiymət verilir. Cavabdeh1 iddiasının rədd edilməsi ilə bağlı qətnamə qanuni qüvvəsini almışdır. İddiaçı özünə məxsus olan evə gedib-gəlmək üçün yol kimi istifadə etdiyi və cavabdeh tərəfindən tutulmuş sahənin zəbtdən azad olunmasını tələb edir. Məhkəmələrin həmin tələblə bağlı qəbul etdikləri qərarda deyilir: Lerik rayon Aqrar İslahat Komissiyasının 04 iyun 1998-ci il tarixli, 41 saylı qərarı ilə JN-013A saylı Kod-80306168 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsinə gedən (baza məlumatlarına əsasən) 40 kv.m avtomobil və piyada yolu Cavabdeh1 zəbtindən azad edilsin. Məhkəmə həmin qənaətə gələrkən Lerik Rayon Məhkəməsinin 03 mart 2017-ci il tarixli qərardadı ilə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 05 iyul 2017-ci il tarixli rəyinə istinad etmişdir. Orada deyilir ki, İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsinə gedən avtomobil və piyada yolunun Cavabdeh1 tərəfindən iddia olunan yerdən tutulmaması, lakin baza məlumatlarına əsasən, İddiaçı və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş həyətyanı torpaq sahəsinə gedən avtomobil və piyada yolunun başqa yerdən 40 kv.m hissəsinin Cavabdeh1 tərəfindən tutulması və tutulmuş yerdə uçulmuş tikilinin olduğu göstərilmişdir. Məhkəmələrin gəldiyi nəticə işin faktiki hallarına uyğun gəlmir. İddiaçı israr edir ki, cavabdeh onun yolunu özbaşına tutmuşdur. Həmin məsələnin müəyyən edilməsi üçün dəfələrlə mütəxəssis və ekspert rəyləri alınmışdır. Hər dəfə müəyyən edilmişdir ki, cavabdeh əvvəllər yol kimi istifadə olunan və iddiaçının açılmasını tələb etdiyi sahəni tutmuşdur. Məhkəmə isə yuxarıda qeyd olunan qeyri-müəyyən rəyə istinad etməklə hansısa 40 kv.m sahənin zəbtdən azad olunmasını qət etmişdir. Hansısa qaydada, necə, hansı tikilinin sökülməsi yolu ilə həmin yolun açılması məlum deyil. İddiaçı haqlı olaraq şikayətində qeyd edir ki, belə bir yolun açılması prosesə cəlb edilməyən qonşunun hüquqlarını pozur, orada başqa bir tikilinin sökülməsi ilə nəticələnir. Lakin işə baxan məhkəmələr bu halları aydınlaşdırmamışlar. Bundan başqa, iddiaçı cavabdehdən tutmuş olduğu yolun açılmasını tələb edir, ona alternativ yol istəmir. Məhkəmələr isə iddiaçının israr etdiyi yolu deyil, alternativ yolun açılmasını qət etmişlər. Bu zaman həmin məsələ müzakirə edilməmiş, alternativ yolun açılması, hansı qaydada açılmasının mümkünlüyü, bununla bağlı mütəxəssis rəyi və s. aydınlaşdırılmamışdır. İşdə olan ekspert rəyi ilə (mülki iş səhifə 251), iddiaçıya verilən həyətyanı torpaq sahəsinə gedən avtomobil və piyada yolunun 300 kv.m-nin sərhədləri müəyyən edilmişdir. Həmin sahənin cavabdeh tərəfindən tutulması təsdiq olunur. Eyni zamanda "xxxx" MMC-nin Cəlilabad Layihə-Tədqiqat İdarəsinin mütəxəssisləri tərəfindən verilmiş rəyə əsasən mübahisəli yol Lerik rayon Kələxan bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsidir və cavabdeh tərəfindən tam istifadə olunur. Həmin rəyə cizgi sxemi əlavə edilmişdir. Həmin sxemdə də torpaq sahəsinin cavabdeh tərəfindən istifadə olunduğu təsdiq edilir. Sonuncu dəfə məhkəmə qərardadı əsasında "xxxx" MMC-nin verdiyi rəydə zəbt olunmuş torpaq sahəsinin (yolun) ölçüləri dəqiqləşdirilmişdir. Rəyə əlavə edilmiş cizgidən görünür ki, iddiaçının açılmasını israr etdiyi yol cavabdehin zəbt etdiyi sahənin düz ortasından keçir. Deməli, iddiaçının açılmasını tələb etdiyi yolun məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 40 kv.m-lik sahə ilə heç bir əlaqəsi yoxdur. Həmin rəy əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 21 yanvar 2020-ci il tarixdə analoji rəy tərtib edilmişdir. Deməli, iddiaçının açılmasını tələb etdiyi yol məhkəmə qətnaməsi ilə zəbtdən azad olunan sahə deyil. Ona görə iddiaçı qətnamədən kassasiya şikayəti vermişdir və o, şikayətində haqlıdır. Əvvəlki kassasiya instansiyası məhkəməsinin göstərişlərinə uyğun olaraq kənd bələdiyyəsi maraqlı şəxs kimi prosesə cəlb edilmiş, mübahisə ilə bağlı onların mövqeyi öyrənilmişdir. Torpaq sahəsi mülkiyyətində olan bələdiyyə həmin ərazinin həqiqətən həmişə yol kimi istifadə olunduğunu və hazırda cavabdeh tərəfindən zəbt edilməsi, iddiaçının alternativ yoldan istifadə imkanlarının olmadığını təsdiq etmişdir. Qeyd olunanlar məhkəmə qətnaməsinin işin hallarına uyğun olmaması qənaətini formalaşdırır ki, bu da qətnamənin ləğv edilməsi üçün əsasdır. İşə yenidən baxılarkən məhkəmə MPM-in 14.3-cü maddəsinə əsasən məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməli, tərəflərin, bələdiyyənin fikrini dinləməklə iddiaçıya alternativ yolun açılması imkanları müzakirə edilməli, bunun hansı qaydada mümkün olub-olmaması dəqiqləşdirilməli, lazım gələrsə, mütəxəssis rəyi alınmalıdır. Mübahisənin barışıqla yekunlaşdırılması mümkün olmadığı təqdirdə məhkəmə işdə olan mötəbər sübutlar əsasında iddiaçının tələbinin əsaslı olub-olmaması ilə bağlı yekun qərar qəbul etməlidir. Təkrar apellyasiya baxışı zamanı apellyasiya məhkəməsinin iclaslarında iştirak edən birinci iş üzrə İddiaçı nümayəndəsi Cavabdeh2 apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək bildirdi ki, iddia olunan yol keçən əsrin 70-ci illərindən bəri yol kimi istifadə olunsa da, bir neçə il əvvəl Cavabdeh1 tərəfindən tutulmuşdur. Ekspertin 02 fevral 2023cü il tarixli rəyində alternativ yolun açıla biləcəyi qeyd edilən sahəsinin bir hissəsi iddiaçının mülkiyyətindədir və həmin sahədə tövlə mövcuddur. Bundan əlavə, həmin tövlə sökülsə belə, yenə də həmin sahədən alternativ yolun açılması mümkün deyil. Belə ki, iddiaçının həyətindən sonra başqa bir qonşunun sahəsi yerləşir, aralarında hasar mövcuddur və qonşunun sahəsində də tövlə tikilmişdir. Bundan başqa, o, hazırda naturada istifadə edilən yolla bağlı bildirdi ki, ekspert rəyində hazırda faktiki olaraq istifadə olunan yolun mövcud olduğu qeyd edilsə də, əslində hər hansı yol mövcud deyil, sadəcə məcburiyyət qarşısında qalaraq qonşuların pay torpaq sahəsindən müvəqqəti olaraq yol kimi istifadə edirlər. O, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclaslarında iştirak edən birinci iş üzrə Cavabdeh1 çıxış edərək bildirdi ki, onun torpaq sahəsi ilə bağlı “XX partiya qurultayı” kolxozunun 22 aprel 1971-ci il tarixli, 7 nömrəli qərarı mövcuddur. Onun həmin torpaq sahəsi ilə bağlı başqa sənədi yoxdur. Həmin sənədlə onlara 0,05 ha torpaq sahəsi ayrılsa da, qəbul edir ki, hazırda faktiki istifadəsində olan torpaq sahəsi 0,12 ha təşkil edir və həmin ərazi evin ətrafında yerləşən həyətyanı sahədir. O, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 22 iyun 2021-ci il tarixli qərarında qeyd edilmiş göstərişinə uyğun olaraq tərəflərə mübahisəni barışıqla yekunlaşdırmaq təklif edilmiş, bunun üçün bir neçə dəfə məhkəmə iclasları təxirə salınaraq onlara vaxt verilmişdir. Lakin buna baxmayaraq, tərəflər mübahisəni barışıqla yekunlaşdırmaq istəməmişlər. Apellyasiya məhkəməsinin 03 may 2023-cü il tarixli iclasında iştirak edən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti X14 verilmiş suallara cavab olaraq bildirdi ki, 02 fevral 2023-cü il tarixli, 10/6104 nömrəli ekspert rəyində 4-cü suala cavabın birinci abzasında qeyd olunan, iddiaçı tərəfindən avtomobil yolu olduğu iddia edilən 120 kv.m sahə bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir. Həmin torpaq sahəsi cavabdehin faktiki istifadəsində olmaqla, onun tərəfindən hasara alınmış sahə daxilində yerləşir. Ekspert rəyi ilə mütəxəssis rəyi arasında 2 ziddiyyətli məqam mövcuddur və o, bu ziddiyyətlərə aydınlıq gətirmək istəyir. Birincisi, o, iddiaçının yaşayış evinə hazırda faktiki istifadə edilən avtomobil yolunun mövcud olduğunu bildirsə də, mütəxəssis öz rəyində bu cür yolun olmadığını göstərmişdir. O, peyk görüntülərindən və iş materiallarından müəyyən etmişdir ki, iddiaçının yaşayış evinə gedən başqa yol izi mövcuddur. Həmin yolun digər şəxslərin pay torpaqlarından keçibkeçməməsi ona məlum deyil, o, sadəcə vizual olaraq gördüyünü ekspert rəyində qeyd etmişdir. Digər ziddiyyətli məqam isə ondan ibarətdir ki, o, öz rəyində iddiaçının yaşayış evinə gedən iddia olunan yola alternativ avtomobil yolunun açılmasının mümkün olduğunu qeyd etsə də, mütəxəssis öz rəyində bu cür yolun açılmasını müəyyənləşdirmək imkanı olmadığını bildirmişdir. O qeyd etdi ki, iş materiallarında olan 08 noyabr 2018-ci il tarixli mütəxəssis rəyində bu cür alternativ yolun layihə sxemi göstərilmişdir. Açılacaq yol üzərində iddiaçıya məxsus olan tövlə yerləşir, əgər iddiaçı həmin tövləni sökərsə, iddiaçıya alternativ yol açıla bilər. Həmin tövlədən sonra qonşunun hasarı olduğuna görə başqa tikilinin olub-olmamasını müəyyən edə bilməmişdir. Apellyasiya məhkəməsinin 03 may 2023-cü il tarixli iclasında iştirak edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin mütəxəssisi X17 çıxış edərək bildirdi ki, ekspert rəyi ilə mütəxəssis rəyi arasında 2 ziddiyyətli məqam var və o, bu ziddiyyətli halları aydınlaşdırmaq istəyir. Birincisi, ekspert rəyində iddiaçının yaşayış evinə gedən naturada faktiki istifadə edilən avtomobil yolunun olduğu göstərilsə də, həmin ərazi iddiaçının məcburiyyət qarşısında qalaraq özünün və digər vətəndaşların pay torpaq sahələrindən müvəqqəti olaraq yol kimi istifadə etdiyi ərazidir. Həmin ərazidə yerləşən torpaq sahələri vətəndaşlara verilmiş pay torpaq sahələridir. Həmin torpaqlar kənd təsərrüfatı təyinatlıdır və onların yol kimi istifadə edilməsi nəzərdə tutulmamışdır. Bu səbəbdən də o, mütəxəssis rəyində iddiaçının yaşayış evinə gedən, iddia olunan yoldan başqa, faktiki olaraq hər hansı digər avtomobil yolunun müşahidə olunmadığını qeyd etmişdir. Bundan başqa, ekspert öz rəyində iddiaçının yaşayış evinə aparan iddia olunan yola alternativ yolun açılması imkanı olduğunu göstərmiş və həmin yolun layihə sxeminin işdəki 08 noyabr 2018-ci il tarixli mütəxəssis rəyində əks olunduğunu qeyd etmişdir. Lakin o, işdəki həmin mütəxəssis rəyinə görə cavabdehlik daşımır və ekspertin həmin qənaəti ilə razılaşmır. Belə ki, ekspertin alternativ yolun açılmasını qeyd etdiyi ərazidə iddiaçıya məxsus tövlə yerləşir. Həmin tövlədən sonra isə qonşu vətəndaşlara məxsus olan həyətyanı torpaq sahələri yerləşir və həmin torpaqlarda da müəyyən tikililər mövcuddur. Belə olan halda isə iddiaçının yaşayış evinə aparan iddia olunan yola qonşuların hüquqlarına müdaxilə etmədən alternativ yolun açılması mümkün deyil. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, üçüncü şəxs Lerik rayon Kələxan kənd bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Bundan sonra MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 10 aprel 2018-ci il tarixli, 2(102)-2584/18 saylı qərarından görünür ki, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 noyabr 2017-ci il tarixli, 2(106)-2745/17 saylı qətnaməsi İddiaçı Cavabdeh1 qarşı “tutulmuş avtomaşın yolunun açılması və mənəvi ziyanın ödənilməsi tələbinə dair” hissədə ləğv edilmiş və iş həmin hissədə yeni apellyasiya baxışına göndərilmişdir. Birinci iş üzrə İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etməklə, birinci instansiya məhkəməsinin qətnaməsini özünün Cavabdeh1 qarşı “tutulmuş avtomaşın yolunun açılması və mənəvi zərər tələbinə dair” iddiası ilə bağlı hissədə tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə İddiaçı apellyasiya şikayətinə əsasən yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab etdi. Məhkəmə kollegiyası İddiaçı apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, sübutlara obyektiv hüquqi qiymət verərək hesab etdi ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsinə gedən 40 kv.m avtomobil və piyada yolunun cavabdehin zəbtindən azad edilməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi yolun açılması hissəsində təmin edilməli, qalan mübahisələndirilən hissədə, yəni mənəvi zərər tələbinə dair hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşdəki Torpağın mülkiyyətə verilməsinə dair JN-013A saylı, 80306168 kodlu Şəhadətnamənin surətindən görünür ki, Lerik rayon Aqrar İslahat Komissiyasının 04 iyun 1998-ci il tarixli, 41 saylı qərarı ilə Lerik rayonunun Göydərə kəndində yerləşən 0,12 hektar həyətyanı torpaq sahəsi X11 və onun ailə üzvləri İddiaçı və Cavabdeh2 mülkiyyətinə verilmişdir. İşdəki Lerik RİHB-nin Kələxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 27 iyul 2016-cı il tarixli, 112 nömrəli arayışından görünür ki, Salmanova X2 1968-ci ildə tikilmiş mərhum X8na məxsus 120 kv.m evdə oğlu ilə birlikdə yaşayır. İşdəki “XX partiya qurultayı” Kolxozunun 22 aprel 1971-ci il tarixli, 7 nömrəli ümumi iclas protokolundan çıxarışın surətindən görünür ki, X4 ərizəsi müzakirə edilib onun xəstə olması, Göydərəli olması nəzərə alınıb ona Göydərə kəndində keçmiş öz yerində yenidən ev tikmək üçün icazə verilməsi, kolxozun aqronomu və həmin kəndin sahə briqadirinə Əskərovanın öz yerində ev tikmək üçün 0,05 hektar yerin ayrılıb verilməsinin tapşırılması qərara alınmışdır. İşdəki Lerik RİHB-nin Kələxan kənd icra nümayəndəliyinin təsərrüfat başına kitabdan 16 aprel 2018-ci il tarixli Çıxarışdan görünür ki, Lerik rayon Kələxan kənd icra nümayəndəliyinin 2018-ci il təsərrüfat başına kitabında Göydərə kəndində 1971-ci ildə X3 adında onun tərəfindən inşa edilmiş 2 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 100 kv.m olan yaşayış evi və 0,05 ha torpaq sahəsi vardır. İşdəki Lerik rayon Kələxan bələdiyyəsinin sədri tərəfindən yazılaraq imzalanmış 22 iyun 2018-ci il tarixli rəydən görünür ki, Lerik rayonunun Göydərə kənd sakini İddiaçı fərdi yaşayış evinə gedən avtomobil və piyada yolunun giriş və çıxışı hər iki tərəfdən 18 iyul 2016-cı il tarixində Cavabdeh1 tərəfindən daş parçaları və dəmir torla bağlanmışdır. İddiaçı və ailə üzvlərinin yaşayış evinə gedən yoldan 1968-ci ildən istifadə edilmişdir. Sözügedən yola baxış keçirilmiş, İddiaçı evinə başqa bir yerdən yol yoxdur. İşdəki 20 iyul 2016-cı il tarixli əlyazma aktdan görünür ki, Lerik rayon Kələxan bələdiyyəsinin sədri Zəfər Baxşıyev, bələdiyyənin üzvü Nəsimi Ağayev, kənd sakinləri Ənvər Şükürov və Cavabdeh2 iştirakı ilə akt tərtib edilərək, Göydərə kənd sakini İddiaçı müraciətinə əsasən Göydərə kəndində zəbt olunan torpaq sahəsinə baxış keçirilmiş və Göydərə kənd sakini İddiaçı həyətinə gedən yolun qonşusu tərəfindən bağlanması müəyyən edilmişdir. İşdəki Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzi 10 saylı Layihə-Tədqiqat İdarəsinin 22 may 2017-ci il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş həyətyanı torpaq sahəsinə gedən avtomobil və piyada yolu Cavabdeh1 tərəfindən iddia olunan yerdən zəbt edilməmişdir, lakin baza məlumatlarına əsasən, İddiaçı və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş həyətyanı torpaq sahəsinə gedən avtomobil və piyada yolunun başqa yerdən 40 kv.m hissəsi Cavabdeh1 tərəfindən zəbt edilmişdir. Aparılmış tədqiqatın dəyəri 60 manat təşkil edir. İşdəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 iyul 2017-ci il tarixli, 8340 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş həyətyanı torpaq sahəsinə gedən avtomobil və piyada yolu Cavabdeh1 tərəfindən iddia olunan yerdən tutulmamış, lakin baza məlumatlarına əsasən, İddiaçı və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş həyətyanı torpaq sahəsinə gedən avtomobil və piyada yolunun başqa yerdən 40 kv.m hissəsi Cavabdeh1 tərəfindən tutulmuş və tutulmuş yerdə uçulmuş tikili olduğu müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. İşdəki Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Cəlilabad Layihə- Tədqiqat İdarəsinin 08 noyabr 2018-ci il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş həyətyanı torpaq sahəsinə gedən avtomobil və piyada yolunun (sahəsi 300 kv.m) sərhədləri tam müəyyən edilmiş, İddiaçı və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş həyətyanı torpaq sahəsinə gedən avtomobil və piyada yolunun 5 kv.m hissəsi Cavabdeh1 tərəfindən tutulmuşdur. Aparılmış tədqiqatın dəyəri 60 manat təşkil edir. İşdəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 noyabr 2018-ci il tarixli, 23930 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisi tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli rəyə əsasən, İddiaçı və onun ailə üzvlərinin mülkiyyətlərinə verilmiş həyətyanı torpaq sahəsinə gedən avtomobil və piyada yolunun (sahəsi 300 kv.m) sərhədləri tam müəyyən edilir. İddiaçı və onun ailə üzvlərinin mülkiyyətlərinə verilmiş həyətyanı torpaq sahəsinə gedən avtomobil və piyada yolunun 5 kv.m hissəsinin Cavabdeh1 tərəfindən tutulduğu müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. İşdəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 mart 2019-cu il tarixli, 5316 nömrəli ekspert rəyindən görünür ki, ƏMDK yanında Kadastr və Ünvan Reyestri Xidmətinin xx.xx.2018-ci il tarixli mütəxəssis rəyinə əsasən, İddiaçı və onun ailə üzvlərinin mülkiyyətlərinə verilmiş həyətyanı torpaq sahəsinə gedən avtomobil və piyada yolunun (sahəsi 300 kv.m) sərhədləri müəyyən edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 05 iyul 2017-ci il tarixli, 8340 saylı və 26 noyabr 2018-ci il tarixli, 23930 saylı rəylərinin nəticələri ƏMDK yanında Kadastr və Ünvan Reyestri Xidmətinin xx.xx.2017-ci il tarixli və xx.xx.2018-ci il tarixli mütəxəssis rəylərinə istinad edilərək verilmişdir. Bu səbəbdən də həmin rəylər arasında yaranmış fərqliliyinin səbəbi Azərbaycan Respublikası ƏMDK yanında Kadastr və Ünvan Reyestri Xidmətinin mütəxəssisi tərəfindən izah edilə bilər. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. İşdəki Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Cəlilabad Layihə- Tədqiqat İdarəsinin 25 iyun 2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş həyətyanı torpaq sahəsinə gedən iddia olunan avtomobil və piyada yolunun sərhədləri müəyyən edilmişdir. İddiaçı və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş həyətyanı torpaq sahəsinə gedən, iddia olunan avtomobil və piyada yolu Lerik rayon Kələxan bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsidir. İddia olunan avtomobil və piyada yolu cavabdeh hesab olunan Cavabdeh1 tərəfindən tam istifadə edilir. Həmin yolun açılması Lerik rayon Kələxan bələdiyyəsinin səlahiyyətinə aiddir. İddiaçı həyətyanı torpaq sahəsinə gedən iddia olunan avtomobil və piyada yolu Cavabdeh1 tərəfindən bütövlükdə istifadə olunur. Aparılmış tədqiqatın dəyəri 160,50 manat təşkil edir. İşdəki "xxxx" MMC-nin 19 dekabr 2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki, Lerik rayonu, Göydərə kəndində yerləşən İddiaçı və onun ailə üzvlərinə məxsus torpaq sahəsinə gedən avtomobil və piyada yolunun sərhədləri müəyyən edilmişdir. Həmin yolun Cavabdeh1 tərəfindən tutulmuş hissəsinin koordinatları müəyyən edilmişdir. Mübahisəli əraziyə baxış keçirilərkən Məhkəmə Ekspertizası Mərkəzinin tikinti-texniki ekspertizası tərəfindən verilən rəydə göstərilmiş avtomobil yolunun tutulmuş hissələrinin ölçülərindəki fərqliliyin aradan qaldırıldığı aşkar olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 350 manat olmuşdur. İşdəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 yanvar 2020-ci il tarixli, 29234 nömrəli ekspert rəyindən görünür ki, "xxxx" MMC-nin mütəxəssis rəyinə əsasən, Lerik rayonu, Göydərə kəndində yerləşən İddiaçı və onun ailə üzvlərinin mülkiyyətlərinə məxsus torpaq sahəsinə gedən avtomobil və piyada yolunun sərhədləri müəyyən edilmişdir. Həmin yolun Cavabdeh1 tərəfindən tutulmuş hissəsinin koordinatları müəyyən edilmişdir. xx.xx.2017-ci il tarixli, 8340 saylı və xx.xx.2018-ci il tarixli, 23930 saylı ekspert rəyləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəylərinə əsasən tərtib olunduğu üçün rəylər arasında yaranmış fərqliliyinin səbəbi həmin mütəxəssis rəylərini tərtib etmiş mütəxəssislər tərəfindən müəyyən oluna bilər. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə təqdim olunmuş Qiyas Quliyev tərəfindən tərtib olunmuş mütəxəssis rəyində suallar üzrə aşağıdakılar müəyyən edilmişdir:

1. Lerik rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 41 saylı qərarı əsasında JN-013A, KOD 80306168 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Lerik rayonu, Göydərə kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edildi. Aparılan araşdırma zamanı müəyyən olundu ki, İddiaçı və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş həmin 0,12 ha həyətyanı torpaq sahəsinin Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə sənədindəki məkan göstəriciləri ilə onların faktiki istifadələrində olan torpaq sahəsinin məkan göstəriciləri arasında müəyyən qədər uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) mövcuddur (bu da islahat zamanı hazırlanmış texniki sənədlərdəki xətalara görədir).

2. Cavabdeh1 mərhum anası X5 “XX partiya qurultayı” kolxozunun 22 aprel 1971-ci il tarixli, 7 nömrəli ümumi iclasında qəbul edilmiş qərarla Lerik rayonunun Göydərə kəndində ayrılmış 0,05 ha torpaq sahəsinin konkret yerləşmə yerini göstərən torpaqayırma sxemi (torpaq sahəsinin sərhəd, yerləşmə, həndəsi ölçüləri və s. əks olunan) və ayrıc aktı (qonşu torpaq sahələri əks olunan, hər hansı bir istinad nöqtəsi olan və s.) mülki iş sənədlərinə əlavə olunmadığından və ya mövcud olmadığından həmin 0,05 ha torpaq sahəsinin sənəd üzrə sərhədlərini müəyyən etmək mümkün olmadı.

3. Cavabdeh1 faktiki istifadə etdiyi Lerik rayonunun Göydərə kəndində yerləşən torpaq sahəsinin sərhədləri və ölçüsü GPS vasitəsilə müəyyənləşdirildi. Həmin torpaq sahəsinin ölçüsünün 0,12 ha olması müəyyən edildi.

4. İddiaçı Lerik rayonu, Göydərə kəndindəki fərdi yaşayış evinə gedən avtomobil yolu kimi və Cavabdeh1 tərəfindən tutulduğu iddia edilən torpaq sahəsinin sərhədləri naturada müəyyən edildi. İddia edilən torpaq sahəsinin ölçüsünün 120 kv.m (5 m × 24 m) olması aşkar olundu (iddia edilən həmin sahə faktiki olaraq Cavabdeh1 hər tərəfdən hasarlanan həyətyanı torpaq sahəsinin daxilində yerləşir). Cavabdeh1 faktiki istifadəsində olan həyətyanı torpaq sahəsi Göydərə kəndi ərazisində “vətəndaşların qanuni istifadəsində olan həyətyanı torpaq sahələrinin özəlləşdirilməsinə dair” tərtib olunmuş kompleks yerquruluşu layihəsində öz əksini tapmadığından, eyni zamanda həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparılmadığından sözügedən torpaq sahəsinin elektron kadastr məlumat bazasına əsasən bələdiyyə mülkiyyətinə aid olması müəyyən edildi. Beləliklə, İddiaçı avtomobil yolu kimi iddia etdiyi torpaq sahəsi elektron baza məlumatlarına əsasən bələdiyyə mülkiyyətinə aiddir.

5. Cavabdeh1 tərəfindən tutulduğu iddia olunan yoldan başqa, İddiaçı yaşayış evinə başqa yerdən hər hansı avtomobil yolunun faktiki olaraq mövcud olması tədqiqat zamanı müşahidə edilmədi.

6. İddiaçı yaşayış evinə aparan iddia olunan yola alternativ, heç bir qonşunun həyətyanı sahəsinə müdaxilə etmədən başqa yolun açılmasının mümkün olub-olmamasını müəyyənləşdirmək mütəxəssisin imkanı xaricindədir. Mütəxəssis rəyinin verilməsinə görə 95 manat xidmət haqqı birinci iş üzrə İddiaçı nümayəndəsi Cavabdeh2 tərəfindən ödənilmişdir. İşdəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/6104 saylı, 02 fevral 2023-cü il tarixli Teymur Məmmədov tərəfindən verilmiş ekspert rəyində göstərilir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin Yerquruluşu təşkili şöbəsinin mühəndisi Qiyas Quliyevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən edilir: 1) Lerik rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 41 saylı qərarı əsasında JN-013A, KOD 80306168 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Lerik rayonu, Göydərə kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edildi. İddiaçı və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş həmin 0,12 ha həyətyanı torpaq sahəsinin Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə sənədindəki məkan göstəriciləri ilə onların faktiki istifadələrində olan torpaq sahəsinin məkan göstəriciləri arasında müəyyən qədər uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) mövcuddur (bu da islahat zamanı hazırlanmış texniki sənədlərdəki xətalara görədir). 2) Cavabdeh1 mərhum anası X5 “XX partiya qurultayı” kolxozunun 22 aprel 1971-ci il tarixli, 7 nömrəli ümumi iclasında qəbul edilmiş qərarla Lerik rayonunun Göydərə kəndində ayrılmış 0,05 ha torpaq sahəsinin konkret yerləşmə yerini göstərən torpaqayırma sxemi (torpaq sahəsinin sərhəd, yerləşmə, həndəsi ölçüləri və s. əks olunan) və ayrıc aktı (qonşu torpaq sahələri əks olunan, hər hansı bir istinad nöqtəsi olan və s.) mülki iş sənədlərinə əlavə olunmadığından və ya mövcud olmadığından həmin 0,05 ha torpaq sahəsinin sənəd üzrə sərhədlərini müəyyən etmək mümkün olmadı. 3) Cavabdeh1 faktiki istifadə etdiyi Lerik rayonunun Göydərə kəndində yerləşən torpaq sahəsinin sərhədləri və ölçüsü GPS vasitəsilə müəyyənləşdirildi. Həmin torpaq sahəsinin ölçüsünün 0,12 ha olması müəyyən edilmişdir. 4) İddiaçı Lerik rayonu, Göydərə kəndindəki fərdi yaşayış evinə gedən avtomobil yolu kimi və Cavabdeh1 tərəfindən tutulduğu iddia edilən torpaq sahəsinin sərhədləri naturada müəyyən edildi. İddia edilən torpaq sahəsinin ölçüsünün 120 kv.m (5 m × 24 m) olması aşkar olundu (iddia edilən həmin sahə faktiki olaraq Cavabdeh1 hər tərəfdən hasarlanan həyətyanı torpaq sahəsinin daxilində yerləşir). Cavabdeh1 faktiki istifadəsində olan həyətyanı torpaq sahəsi Göydərə kəndi ərazisində “vətəndaşların qanuni istifadəsində olan həyətyanı torpaq sahələrinin özəlləşdirilməsinə dair” tərtib olunmuş kompleks yerquruluşu layihəsində öz əksini tapmadığından, eyni zamanda həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparılmadığından sözügedən torpaq sahəsinin elektron kadastr məlumat bazasına əsasən bələdiyyə mülkiyyətinə aid olması müəyyən edildi. Beləliklə, İddiaçı avtomobil yolu kimi iddia etdiyi torpaq sahəsi elektron baza məlumatlarına əsasən bələdiyyə mülkiyyətinə aiddir. 5) Cavabdeh1 tərəfindən tutulduğu iddia olunan yoldan başqa, İddiaçı yaşayış evinə hal-hazırda faktiki istifadə etdiyi avtomobil yolu mövcuddur. Həmin yolun ortofoto görüntüsü mülki iş materialının 113-cü səhifəsinə əlavə edilmişdir. 6) İddiaçı yaşayış evinə aparan iddia olunan yola alternativ, heç bir qonşunun həyətyanı sahəsinə müdaxilə etmədən açıla biləcək olan yolun layihə sxemi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin mütəxəssisləri tərəfindən tərtib edilərək 08 noyabr 2018-ci il tarixli mütəxəssis rəyinə əlavə edilmişdir (mülki iş materialı 207-ci səhifə). Sxem rəyə əlavə olunur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Hazırkı işin hallarından görünür ki, İddiaçı öz yaşayış evinə gedib-gəlmək üçün yol kimi istifadə etdiyi və Cavabdeh1 tərəfindən tutulmuş sahənin zəbtdən azad olunmasını tələb edir. Birinci instansiya məhkəməsi isə 28 iyul 2017-ci il tarixli, 2(048)-105/2017 saylı qətnaməsi ilə Lerik rayon Aqrar İslahat Komissiyasının 04 iyun 1998-ci il tarixli, 41 saylı qərarı ilə JN-013A saylı Kod-80306168 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsinə gedən (baza məlumatlarına əsasən) 40 kv.m avtomobil və piyada yolunun Cavabdeh1 zəbtindən azad edilməsini qət etmişdir. Birinci instansiya məhkəməsi həmin qənaətə gələrkən Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 05 iyul 2017-ci il tarixli rəyə istinad etmişdir. Həmin rəydə qeyd edilir ki, İddiaçı və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş həyətyanı torpaq sahəsinə gedən avtomobil və piyada yolu Cavabdeh1 tərəfindən iddia olunan yerdən tutulmamış, lakin baza məlumatlarına əsasən, İddiaçı və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş həyətyanı torpaq sahəsinə gedən avtomobil və piyada yolunun başqa yerdən 40 kv.m hissəsi Cavabdeh1 tərəfindən tutulmuş və tutulmuş yerdə uçulmuş tikili mövcuddur. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun gəlmir. İddiaçı israr edir ki, cavabdeh onun yolunu özbaşına tutmuşdur. Məhkəmə isə yuxarıda qeyd olunan qeyri-müəyyən rəyə istinad etməklə hansısa 40 kv.m sahənin zəbtdən azad olunmasını qət etmişdir. İş materialları ilə də müəyyən edilir ki, iddiaçının açılmasını tələb etdiyi yol məhkəmə qətnaməsi ilə zəbtdən azad olunan sahə deyil. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normaları pozulduğundan və düzgün tətbiq edilmədiyindən, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən, apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsinə gedən 40 kv.m avtomobil və piyada yolunun cavabdehin zəbtindən azad edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyası bildirir ki, işdəki Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi 10 saylı Layihə-Tədqiqat İdarəsinin 22 may 2017ci il tarixli mütəxəssis rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 iyul 2017-ci il tarixli, 8340 nömrəli ekspert rəyi qeyri-müəyyən olduqlarından, "xxxx" MMC Cəlilabad Layihə-Tədqiqat İdarəsinin 08 noyabr 2018-ci il tarixli mütəxəssis rəyi, Məhkəmə Ekspertizası Mərkəzinin 26 noyabr 2018-ci il tarixli, 23930 nömrəli ekspert rəyi, Məhkəmə Ekspertizası Mərkəzinin 04 mart 2019-cu il tarixli, 5316 nömrəli ekspert rəyi natamam olduqlarından, "xxxx" MMC Cəlilabad Layihə-Tədqiqat İdarəsinin 25 iyun 2019-cu il tarixli mütəxəssis rəyi əsasında hər hansı ekspert rəyi verilmədiyindən, "xxxx" MMC-nin 19 dekabr 2019-cu il tarixli mütəxəssis rəyi həmin MMCnin torpaq mübahisələri ilə bağlı rəy vermək səlahiyyəti olmadığından, Məhkəmə Ekspertizası Mərkəzinin 21 yanvar 2020-ci il tarixli, 29234 nömrəli ekspert rəyi isə "xxxx" MMC-nin mütəxəssis rəyi əsasında verildiyindən, hazırkı iş üzrə mübahisənin həll edilməsi üçün mötəbər sübut olaraq qəbul edilə bilməz. Sonuncu apellyasiya baxışı zamanı əldə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2022ci il tarixli məktubu ilə təqdim olunmuş Qiyas Quliyev tərəfindən tərtib olunmuş mütəxəssis rəyinin və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/6104 saylı, 02 fevral 2023-cü il tarixli Teymur Məmmədov tərəfindən verilmiş ekspert rəyinin 5-ci və 6-cı suallarında ziddiyyətli nəticələr müəyyən edildiyindən, məhkəmə kollegiyası bu ziddiyyətin aradan qaldırılması üçün həmin rəyləri vermiş mütəxəssis və ekspertin məhkəmə iclasında dinlənilməsini və onlara suallar verilməsini zəruri hesab etmişdir. Məhkəmə kollegiyası həmin mütəxəssis və ekspert rəyini, eləcə də, onları vermiş mütəxəssis Qiyas Quliyevi və ekspert Teymur Məmmədovu dinlədikdən sonra, müəyyən edilmiş halları qarşılıqlı və əlaqəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, 02 fevral 2023-cü il tarixli ekspert rəyində 5-ci və 6-cı suallar üzrə gəlinən nəticə faktiki vəziyyətə uyğun deyil. Belə ki, iddiaçı və mütəxəssis bildirmişdir ki, ekspertin hazırda iddiaçının faktiki istifadə etdiyi avtomobil yolunun mövcud olması barədə gəldiyi nəticə əsaslı deyil, hazırda məcburiyyət nəticəsində iddiaçının müvəqqəti istifadə etdiyi həmin yol qonşularının mülkiyyətində olan pay torpaq sahəsindən açılmış olan və yol kimi istifadə edilməsi nəzərdə tutulmayan ərazidir. Bundan başqa, iddiaçının fərdi yaşayış evinə aparan iddia olunan yola alternativ, heç bir qonşunun həyətyanı sahəsinə müdaxilə etmədən yolun açılması da mümkün deyil. Belə ki, həm ekspert, həm də mütəxəssis alternetiv yolun açılması təklif edilən yerdə iddiaçıya məxsus tikili olduğunu bildirmiş, ekspert həmin tikilinin sökülməsi ilə yolun açıla biləcəyini qeyd etmişdir. İddiaçı isə onun tövləsindən sonra qonşuya məxsus hasarın və tikilinin yerləşdiyini bildirmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası 02 fevral 2023-cü il tarixli ekspert rəyində 5-ci və 6-cı suallara verilmiş cavablarla razılaşmır və ərazinin faktiki vəziyyəti barədə eksperti, mütəxəssisi və tərəfləri dinlədikdən sonra həmin suallarla bağlı belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən tutulduğu iddia olunan yoldan başqa, iddiaçının yaşayış evinə başqa yerdən hər hansı avtomobil yolu faktiki olaraq mövcud deyil və iddiaçının yaşayış evinə aparan iddia olunan yola alternativ, heç bir qonşunun həyətyanı sahəsinə müdaxilə etmədən yolun açılması mümkün deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, torpaq sahəsi — dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. Torpaq Məcəlləsinin 18-ci maddəsinə əsasən, şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edilir və ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər altındakı torpaq sahələri yaşayış məntəqələrinin torpaqlarının tərkibinə daxildir. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən, yaşayış məntəqələrinin torpaqlarından onların baş planlarına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə və eləcə də yerquruluşu-təsərrüfat planlarına müvafiq surətdə istifadə edilir. Torpaq Məcəlləsinin 47-ci maddəsinə əsasən, ümumi istifadədə olan torpaqlar bələdiyyə mülkiyyətinə aid olmaqla, ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Həmin Məcəllənin 55-ci maddəsində torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları göstərilmişdir. TM-in 67.4-cü maddəsinə əsasən, torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 84.3-cü maddəsinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. TM-in 111.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə təqdim olunmuş Qiyas Quliyev tərəfindən tərtib olunmuş mütəxəssis rəyindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/6104 saylı, 02 fevral 2023-cü il tarixli Teymur Məmmədov tərəfindən verilmiş ekspert rəyindən görünür ki, iddiaçının Lerik rayonu, Göydərə kəndindəki fərdi yaşayış evinə gedən avtomobil yolu kimi və cavabdeh tərəfindən tutulduğu iddia edilən torpaq sahəsinin ölçüsünün 120 kv.m (5 m × 24 m) olması (iddia edilən həmin sahənin faktiki olaraq cavabdehin hər tərəfdən hasarlanan həyətyanı torpaq sahəsinin daxilində yerləşməsi) və iddiaçının avtomobil yolu kimi iddia etdiyi torpaq sahəsinin elektron baza məlumatlarına əsasən bələdiyyə mülkiyyətinə aid olması müəyyən edilmişdir. Üçüncü şəxs qismində işə cəlb edilmiş Lerik rayon Kələxan bələdiyyəsinin mübahisə ilə bağlı mövqeyi öyrənilmiş, torpaq sahəsinin mülkiyyətində olduğu bələdiyyə tərəfindən həmin ərazinin həqiqətən həmişə yol kimi istifadə olunduğu və hazırda cavabdeh tərəfindən zəbt edildiyi, iddiaçının alternativ yoldan istifadə imkanlarının olmadığı təsdiq edilmişdir. Belə ki, işdəki Lerik rayon Kələxan bələdiyyəsinin sədri tərəfindən yazılaraq imzalanmış 22 iyun 2018-ci il tarixli rəydən göründüyü kimi, Lerik rayonunun Göydərə kənd sakini İddiaçı fərdi yaşayış evinə gedən avtomobil və piyada yolunun giriş və çıxışı hər iki tərəfdən 18 iyul 2016-cı il tarixində Cavabdeh1 tərəfindən daş parçaları və dəmir torla bağlanmışdır. İddiaçı və ailə üzvlərinin yaşayış evinə gedən yoldan 1968-ci ildən istifadə edilmişdir. Sözügedən yola baxış keçirilmiş, İddiaçı evinə başqa bir yerdən yol yoxdur. Məhkəmə kollegiyası bildirir ki, iddiaçının Lerik rayonu, Göydərə kəndindəki fərdi yaşayış evinə gedən avtomobil yolu olduğu və cavabdeh tərəfindən tutulduğu iddia edilən torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olması müəyyən edildiyindən, həmin yolun cavabdeh tərəfindən tutulması faktı təsdiq olunduğundan və mülkiyyətçi Lerik rayon Kələxan bələdiyyəsi tərəfindən də bu hal təsdiq edildiyindən, eləcə də, həm bələdiyyə tərəfindən verilmiş rəydən, həm də Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə təqdim olunmuş Qiyas Quliyev tərəfindən tərtib olunmuş mütəxəssis rəyindən göründüyü kimi, iddiaçının fərdi yaşayış evinə gedən hər hansı başqa yolun olmaması müəyyən edildiyindən, həmçinin, qonşu torpaq sahələrinə müdaxilə edilmədən bu cür yolun açılması imkanı olmadığından, iddia tələbi yolun açılması hissəsində təmin edilərək, cavabdeh tərəfindən tutulmuş və hər tərəfdən hasarlanmış iddiaçıya məxsus Lerik rayonunun Göydərə kəndindəki fərdi yaşayış evinə gedən, ölçüsü 120 kv.metr (5 m × 24 m) olan avtomobil yolu açılaraq (cavabdehin zəbtindən azad olunaraq) hərəkət sərbəstləşdirilməlidir. Məhkəmə kollegiyası iddia tələbinin mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı hissəsinə dair aşağıdakıları qeyd etməyi zəruri sayır: İddiaçı bildirmişdir ki, cavabdeh iddiaçının evinə gedən maşın yolunu tutaraq yersiz narazılıq yaratmaqla və iddiaçını söyüb təhqir etməklə onu əsəb gərginliyinə məruz qoymuş, iddiaçı mənəvi iztirab və sarsıntı keçirmiş, əsəbdən təzyiqinin qalxması ilə əlaqədar 2 dəfə təcili yardımdan həkim gəlib iddiaçıya yardım etmişdir. Bununla da, ona mənəvi zərər dəymiş, iddiaçı vurulmuş mənəvi zərəri 10000 manat məbləğində qiymətləndirmişdir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Mənəvi zərərin əvəzinin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli, 7 nömrəli Qərarının 8-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Hazırkı iş üzrə iddiaçı isə fiziki və mənəvi sarsıntılar keçirməsini, mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını təsdiq edən mötəbər sübutlar təqdim etməmiş, yalnız formal mülahizələrlə kifayətlənmişdir. İddiaçı ona mənəvi zərərin vurulması faktını təsdiq edən hər hansı mötəbər sübut təqdim etmədiyindən, iş materialları ilə də bu cür zərərin vurulması faktı müəyyən edilmədiyindən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi mənəvi zərərin əvəzinin ödənilməsinə dair hissədə iddia tələbini rədd etməkdə haqlı olmuşdur. İş materialları ilə mübahisəli sahənin əvvəllər də yol kimi istifadə edilməsini, cavabdehin iddiaçıya məxsus Lerik rayonunun Göydərə kəndindəki fərdi yaşayış evinə gedən və ölçüsü 120 kv.metr (5 m × 24 m) olan avtomobil yolunu tutması və hər tərəfdən hasarlaması və bu faktın bələdiyyənin, mütəxəssisin və ekspertin rəyi ilə təsdiq edilməsini, iddia edilən yoldan başqa iddiaçının fərdi yaşayış evinə gedən hər hansı başqa yolun olmamasını, qonşu torpaq sahələrinə müdaxilə edilmədən bu cür yolun açılması imkanının olmamasını nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsinə gedən 40 kv.m avtomobil və piyada yolunun cavabdehin zəbtindən azad edilməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi yolun açılması hissəsində təmin edilməli, qalan mübahisələndirilən hissədə, yəni mənəvi zərər tələbinə dair hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-in 117.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsində iki iş üzrə iddia ərizəsinə baxılmasını, hazırkı iş üzrə İddiaçı iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun onun özünə aid edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Sonuncu apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası xərclərini ödəməyə hazır olduğunu bildirdiyindən, onun tərəfindən mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 95 manat məbləğində xidmət haqqı iddiaçı tərəfin özünə aid edilməli, 10/6104 saylı, 02 fevral 2023-cü il tarixli ekspert rəyinə görə isə ekspertiza xərci kimi 50 manat iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə keçirilmiş ekspertizalar iddia tələbinin yolun açılması hissəsi ilə bağlı olduğundan və həmin hissədə iddia təmin edildiyindən, qalan məhkəmə xərcləri cavabdehdən tutulmalıdır. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.2, 385.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Lerik Rayon Məhkəməsinin 28 iyul 2017-ci il tarixli, 2(048)-105/2017 saylı qətnaməsi qismən - Lerik rayon Aqrar İslahat Komissiyasının 04 iyun 1998-ci il tarixli, 41 saylı qərarı ilə JN-013A saylı Kod-80306168 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsinə gedən (baza məlumatlarına əsasən) 40 kv.m avtomobil və piyada yolunun Cavabdeh1 zəbtindən azad edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilsin. Cavabdeh1 tərəfindən tutulmuş və hər tərəfdən hasarlanmış İddiaçı məxsus Lerik rayonunun Göydərə kəndindəki fərdi yaşayış evinə gedən, ölçüsü 120 kv.metr (5 m × 24 m) olan avtomobil yolu açılaraq (cavabdehin zəbtindən azad olunaraq) hərəkət sərbəstləşdirilsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə təqdim olunmuş mütəxəssis rəyinin verilməsinə görə iddiaçının nümayəndəsi tərəfindən ödənilmiş 95 manat xidmət haqqı iddiaçı tərəfin özünə aid edilsin. İddiaçı 10/6104 saylı, 02 fevral 2023-cü il tarixli ekspert rəyinin verilməsinə görə 50 manat məbləğində ekspertiza xərci tutularaq, X6, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesaba köçürülsün. Cavabdeh1 05 iyul 2017-ci il tarixli, 8340 nömrəli; 26 noyabr 2018-ci il tarixli, 23930 nömrəli; 04 mart 2019-cu il tarixli, 5316 nömrəli və 21 yanvar 2020-ci il tarixli, 29234 nömrəli ekspert rəylərinin verilməsinə görə cəmi 300 manat ekspertiza xərci tutularaq, X6, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesaba köçürülsün. Cavabdeh1 22 may 2017-ci il tarixli; 08 noyabr 2018-ci il tarixli və 25 iyun 2019-cu il tarixli mütəxəssis rəylərinin verilməsinə görə cəmi 280,50 manat xərc tutularaq, "xxxx" ASC-nin Xətai filialı, Kodu: 200071, VÖEN: **********, SWİFT kod: AİİBAZ2X, Müxbir hesab: AZ37NABZ013501**********1944, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi, VÖEN: **********, AZ23AİİB******************** nömrəli hesaba köçürülsün. Cavabdeh1 "xxxx" MMC-nin 19 dekabr 2019-cu il tarixli mütəxəssis rəyinin verilməsinə görə 350 manat xərc tutularaq, "xxxx" MMC, VÖEN: **********, "xxxx" ASC-nin Əməliyyat filialı, VÖEN: **********, M/h: AZ89NABZ********************, Kodu: 503314, S.W.İ.F.T. BİC: AMRAAZ22, H/h: AZ40AMRA******************** nömrəli hesaba köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, şikayət verilmədikdə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Samir Mayılov Hakimlər: Müşfiq Həsənov

Pərviz Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar