Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-31/2025 17.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X16 ibarət məhkəmə tərkibində, Əliyev Kamran Sabir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı 2 ha torpaq sahəsindən çıxarılma və maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli 2(020)-20/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxıb MÜƏYYƏNETDİ: Göyüşov X22 Həzi Xanlar oğluna qarşı 2 ha torpaq sahəsindən çıxarılma və maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə Beyləqan Rayon Məhkəməsinə müraciət etmiş və iddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X24 daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan, reyestr nömrəsi **********37 olan və qeydiyyat tarixi xx.xx.2018-ci il olan çıxarışa əsasən Beyləqan rayonunun Aşağı Çəmənli kəndi ərazisində yerləşən 2 hektar torpaq sahəsi tam olaraq xüsusi mülkiyyətinə verilmişdir. Cavabdeh xeyli müddətdir ki, torpağını qanunsuz zəbt etməklə torpaqdan çıxmır. O, cavabdehə mülkiyyətini təsdiq edən sənədlərini təqdim etməklə torpağından çıxmağını tələb etsə də, cavabdeh onun dediklərinə və sənədlərinə əhəmiyyət verməyərək qanunsuz torpağını zəbt etməkdə davam edir. Beyləqan Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli 2(020)-20/2023 saylı qətnaməsi ilə (hakim Ramiz Nurullayev) iddia təmin edilərək Cavabdeh Beyləqan rayonunun Aşağı Çəmənli kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X24 daşınmaz əmlakın çıxarışına əsasən dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan reyestr nömrəsi **********37 olan və qeydiyyat tarixli xx.xx.2018-ci il olan İddiaçı mülkiyyətinə verilmiş 2.0 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsindən çıxarılması, Cavabdeh tərəfindən həmin həmin torpaq sahəsi ilə bağlı iddaçıya törədilən maneənin aradan qaldırılması qət edilmişdir. Cavabdeh qətnaməsdən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(106)-1052/2023 nömrəli qərardadı ilə X10, X20 və X6 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinə (üçüncü şəxslər X13, X27 və İddiaçı) qarşı torpaq sahəsinə verilmiş plan-ölçülərin tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək hazırkı mülki iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin məktubundan görünür ki, məhkəmənin icraatında olmuş iddiaçılar X11, X4, X6 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı «plan və ölçü sənədinin ləğv edilməsi, KOD 60700038, JN-231 saylı Dövlət Aktında sıra ardıcıllığına əsasən plan və ödçü sənədinin hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair 2024-cü ildə 2-1(120)-1242/2024 nömrə ilə qeydiyyata alınmış inzibati iş üzrə iddia xx.xx.2024-cü il tarixli məhkəmə qərarı ilə təmin edilməmiş, həmin qərar xx.xx.2024-cü il tarixli məktubla proses iştirakçılarına göndərilmiş, xx.xx.2024-cü il tarixdə iddiaçı tərəfindən alınmışdır. Qeyd olunan məhkəmə aktından apellyasiya şikayəti verilməmiş, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(120)-1242/2024 nömrəli qərarı xx.xx.2024-cü il tarixdə qanuni qüvvəyə minmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə icraatın təzələnməsi qərara alınmışdır. İŞİNHALLARİ: İşdə olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti Hüquqlarının X24 daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Beyləqan rayonunun Aşağı Çəmənli kəndində yerləşən 2,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X17 mülkiyyətinə verilmiş, əmlak dövlət reyestrindən 36 saylı qeydiyyat nömrəsi ********** olan xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 03 mart 2023-cü il tarixli 10/358 saylı ekspertiza və mütəxəssis rəyindən görünür ki, İddiaçı mülkiyyətində olan Beyləqan rayonu Aşağı Çəmənli kəndində yerləşən Azərbaycan Respublkası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestru Xidməti Hüquqların X24 daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********37 olan Çıxarışla 2.0 ha torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. Həmin torpaq sahəsi Cavabdeh tərəfindən istifadə olunur. Cavabdeh istifadəsində olan torpaq sahəsinə aid Torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd mövcud olmadığına görə İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsi üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnamədə onun izahatını qısa, lakin həqiqi məzmuna uyğun olmayan formada vermiş, izahatı qətnamədə “akt ardıcıllığı pozulmuş, istifadəsində olan mübahisəli torpaq sahəsi ona məxsus olmasını bilib, oradan istifadə etmişdir. İddiaçının torpaq sahəsini zəbt etməmiş, oradan istifadə etmir. İddiaçı öz torpaq sahəsinin yerini dəqiq bilmir. Odur ki, qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir” kimi vermişdir. Əslində o, məhkəmədə bildirmişdir ki mübahisəli torpaq sahəsi mülkiyyət hüququ ilə X7, X2, X5 məxsus olmuş, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 22 oktyabr 2001-ci il tarixli 107 saylı qərarı ilə onların mülkiyyətinə verilmiş, həmin torpaq sahəsini o notarial olmasa da, tərəflərlə öz aralarında alqı-satqı etmiş, lakin notarial qaydada rəsmiləşdirməmişdir. Belə ki, həmin torpaq sahəsinin digər payçılara məxsus olan hissəsi satılmadığına görə alqı-satqını başa çatdırmaq mümiikün olmamışdır. Həmin torpaq sahəsi üzrə mülkiyyətçilər X10, X8, X1 Rayon Məhkəməsində X12, X21, İddiaçı qarşı pay torpaqlarının bölünüb verilməsi ilə bağlı iddia qaldırmış, iddia təmin edilmiş, həmin qətnamə qanuni qüvvəsini almış, həmin qətnamə ilə iddiaçıların Dövlət Aktı üzrə pay ardıcıllığı üzrə (3-4-5-ci adam olmaqla) payları müəyyən edilmiş, həmin qətnamə icra edilmiş, həmin torpaq sahəsini mülkiyyətçilər onun istifadəsinə vermiş, o heç kimin yerini zəbt etməmiş, mülkiyyətçilərin ona satdıqları torpaq sahəsini istifadə edir. İddiaçıya və cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinin dəlilləri üzrə mübahisələndirilən hissədə yoxlanılmasını düzgün hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X19 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. MM-in 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (TM) 48-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. TM-in 49-cu maddəsinə görə hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ – torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. TM-in 65.1-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. TM-in 67-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. TM-in 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. TM-in 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. TM-in 111-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən kollegiya qeyd edir ki, qanunvericiliyin imperativ normalarının tələbinə görə Azərbaycan Respublikasının vətəndaşı olan hər kəs daşınar və daşınmaz əmlakı mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilər ki, onların bu hüquqlarının dövlət qeydiyyatına alınması vacib şərtlərdən biridir. Mülkiyyət hüququnun və eləcə də daşınmaz əmlaka digər hüquqların qeydə alınmasının vacibliyi isə həmin hüquqlara dövlət tərəfindən verilən yüksək təminatla (qanunsuz qəsdlərdən qorunma) əlaqələndirilir. Ona görə də, mülkiyyət hüququnun tərkib hissəsini təşkil edən üç ünsürdən (sahiblik, istifadə və ya sərəncam) birinin pozulması istər milli qanunvericilik, istərsə də beynəlxalq qanunvericilik baxımından (Avropa Məhkəməsinin hüquqi mövqeyi) bütünlükdə mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilir. Məhkəmə tərkibi eyni zamanda diqqətə çatdırır ki, MM-in 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin normanın mənasından da göründüyü kimi, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi məcmu şəkildə aşağıdakı hallar mövcud olduqda mümkündür: birincisi, əmlakın mülkiyyətçinin faktiki sahibliyindən çıxması; ikincisi, əmlakın naturada mövcud olması və başqasının sahibliyində olması; üçüncüsü, tərəflər arasında müqavilənin və yaxud sair öhdəliyin olmaması. Bununla yanaşı, MM-in 157-ci maddəsi mülkiyyət hüququnun müdafiəsinin aşağıdakı üç üsulunu nəzərdə tutur: birincisi, mülkiyyət hüququnun tanınması; ikincisi, özgəsinin qanunsuz sahibliyindən əmlakın tələb edilməsi; üçüncüsü, mülkiyyətə qəsd və maneələrə son qoyulmasının tələb edilməsi. Məhkəmə tərkibi nəzərə çatdırır ki, məhz mülkiyyətçi yuxarıda adıçəkilən maddədə nəzərdə tutulmuş üsullardan istifadə edərək, öz mülkiyyətində olan əmlakın hər cür pozuntulardan müdafiə edilməsini təmin edir. Mülkiyyətçinin öz əmlakını başqasından geri tələb etmək hüququ onun iradəsindən asılı olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Mülkiyyəçinin öz əmlakını başqasının qanunsuz sahibliyindən tələb etməsi üçün məhkəməyə verdiyi iddia hüquq ədəbiyyatında vindikasiya iddiası adlanır. Vindikasiya iddiası (latın sözü olub, “vimdecere” sözündəndir və “zor tətbiq edəcəyini elan etmək” mənasını verir) mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədən kənar tələbdir. Bundan başqa, ekspert rəyinin sübut kimi qəbul oluna bilmə imkanına dair dəlil üzrə nəzərə alınmalıdır ki, MPM-in 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bu baxımdan, həmin məcəllənin 97.1-ci maddəsinin tələbinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Yuxarıda göstərilən prosessual normalardan irəli gələrək məhkəmə iş üzrə ekspertiza keçirərək müvafiq rəy əldə etmiş və yekun qərarında da məhz ona əsaslanmışdır. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 14, 76, 89, 217, 372, 384, 385, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli 2(020)-20/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-31/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-31/2025
17.06.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver