Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-314/2024 01.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "Unibank” X7 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Açar sözlər : kredit müqaviləsi üzrə borcun tutulması, pretenziyanın verildiyi tarixə borc dəyişdirildi. Şirvan şəhəri, 01 fevral 2024-cü il Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X6 (sədrlik edən, məruzəçi), X4 və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "Unibank” X7 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli, e-2(050)-2724/2023 saylı qətnaməsindən (hakim Habil Bəhmənov) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı "Unibank” KB ASC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək, Cavabdeh 1959.27 manat əsas borc, 483.73 manat faiz borcu, 34.41 manat cərimə borcu, cəmi 2477.41 manat və 45.18 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "Unibank” KB ASC-in hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh etiraz ərizəsinə əsasən məhkəmənin 09 avqust 2023-cü il tarixli qərardadı ilə məhkəmə araşdırması tələb olunduğu üçün iş üzrə iddia icraatına keçirilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə iddiaçı "Unibank” KB ASC arasında bağlanmış 6147sLKN/21 saylı kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən bank borcalana illik 26 faiz ödəmək şərti ilə xx.xx.2025-ci il tarixinədək kredit ayrılır. Kredit ilkin limiti 2000 manat təyin edilir. Bank borcalana bank hesabı açır və ödəniş kartı təqdim edir, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürür. Kredit xəttindən istifadəyə görə minimum 1% maksimum 6% komissiya haqqı hesablanır. Lakin borclu üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, nəticədə banka 1959.27 manat əsas borc, 483.73 manat faiz boru, 34.41 manat cərimə borcu, cəmi 2477.41 manat borcu yaranmışdır. Odur ki, həmin məbləğin cavabdehdən tutulmasını tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində cavabdeh iddiaya qarşı etiraz təqdim edərək, qeyd etmişdir ki, iddia tələbini qismən qəbul edir. Onun tərəfindən Banka mütəmadi olaraq ödənişlər olunmuşdur. Bank isə ondan faizlə birlikdə 2477,71 manat pul tələb edir. Lakin onun Banka cəmi 500 manat borcu vardır. Bank isə əsas məbləği və faiz məbləğini olduğundan çox şişirdilmiş şəkildə tələb edir. Masallı Rayon Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli, e-2(050)-2724/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 1959.27 manat əsas borcun, 483.73 manat faiz borcunun, 34.41 manat cərimə borcunun, cəmi 2477.41 manatın və 45.18 manat ödənilmiş dövlət rüsumunun tutularaq ‘‘Unibank” KB ASC-nin hesabına ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, Unibank KB ASC-dən 2021-ci il tarixdə 2000 manat kredit götürmüşdür. Krediti mütəmadi olaraq vaxtı-vaxtında ödəmişdir. Xəstəliyi ilə əlaqədar olaraq bir müddət aylıq ödənişlərini ödəyə bilməmişdir. Bu barədə banka rəsmi müraciətləri olmuşdur. Bankdan 06 aylıq kreditinin dondurulmasını xahiş etsə də bank ona heç bir güzəşt etməmişdir. Əksinə əsas və faiz məbləğini yüksək göstərərək məhkəməyə müraciət etmişdir. Məhkəmə heç bir araşdırma aparmadan bankın iddiasını təmin etmişdir. O, banka borcunu inkar etmir. Onun banka əsas və faiz məbləğlə birlikdə cəmi 1000 manat borcu vardır. O, bu borcunu havadan yazmır. Banka ödədiyi aylıq ödənişlərinin qəbzlərini saxlamışdır. Banka ödədiyi pulları ona verilən borc cədvəlindən çıxır və yerdə 1000 manat pul qalır. Banka olan 1000 manat pulunu tez bir zamanda bağlayacağıma söz verir. Lakin məhkəmə sadə hesablama üsulundan istifadə etməyərək bankın xeyrinə ədalətsiz bir qətnamə qəbul etmişdir. Bu ədalətsiz qətnamə onun bir ildən artıq əmək haqqının aradan getməsinə səbəb olmuşdur. Məhkəmə qətnaməsində bir cümlədə olsun belə əsaslandırmamışdır ki, hansı səbəbə görə ondan 2477 manat pul tutulmuşdur. Pulun tutulması qətnamədə konkret yazılmalıdır. Qətnamə isə ehtimallara istinad edilərək yazılmışdır. Sözügedən qətnamə hüquqlarımı pozduğundan ləğv edilməlidir. Birinci instansiya məhkəməsində borc məbləği düzgün müəyyən edilməmiş, məhkəmə-mühasibatlıq ekspertizası keçirilməmişdir. Buna görə də, həmçinin borc məbləğinin düzgün müəyyən olunması üçün məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsini zəruri hesab edir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında apellyasiya şikayətini əsassız hesab etmiş və birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh apellyasiya baxışına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda cavabdeh apellyasiya şikayətində 1000 manat borcu olduğunu bildirməklə, qətnaməni qismən, 1477.41 manat ondan iddiaçının xeyrinə tutulması hissəsində mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə apellyasiya şikayətinin dəlilləri üzrə mübahisələndirilən hissədə yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən əsaslıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İşdə olan xx.xx.2022-ci il tarixli 6147sLKN/21saylı kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh ilə iddiaçı "Unibank” KB ASC arasında bağlanmış kredit müqaviləsinə əsasən, iddiaçı cavabdehə illik 26 faiz ödəmək şərti ilə xx.xx.2025-ci il tarixinədək kredit ayırmış, kredit ilkin limiti 2000 manat təyin edilir. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh 19 iyul 2023-cü il tarixədək banka 1959.27 manat əsas borc, 483.73 manat faiz boru, 34.41 manat cərimə borcu, cəmi 2477.41 manat manat borcu yaranmışdır. İşdə olan 06 fevral 2023-cü il tarixli bildirişin surətindən görünür ki, ‘‘Unibank” KB ASC Cavabdeh borcun ödənilmədiyi tədqirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki "Unibank” KB ASC məhkəmədə iddia qaldırmaq üçün 45.18 manat dövlət rüsumu ödəmişdir. Apellyasiya baxışında iddiaçı "Unibank” KB ASC tərəfindən məhkəməyə təqdim olunmuş 30 yanvar 2024-cü il tarixli maliyyə arayışından müəyyən edilir ki, X3 6147sLKN/21 saylı kredit müqaviləsi üzrə pretenziya verildiyi 06 fevral 2023-cü il tarixinə 1959,27 AZN əsas borcu, 258,74 AZN faiz borcu, 8,29 AZN cərimə borcu, cəmi 2226,30 AZN borcu vardır. Beləliklə müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsi bağlanmış, müqavilə şərtlərinə uyğun olaraq iddiaçı cavabdehə illik 26 faiz ödəmək şərti ilə xx.xx.2025-ci il tarixinədək kredit ayırmış, kreditin ilkin limiti 2000 manat təyin edilmişdir. Kredit müqaviləsi üzrə cavabdeh öhdəliyi yerinə-yetirmədiyindən iddiaçı tərəf iddia ilə məhkəməyə müraciət etmiş və iddia verilən tarixə əsas, faiz və cərimə borcunu cavabdehdən tələb etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, kredit müqaviləsi üzrə ödənişlər etdiyini, cəmi 1000 manat borcunun qaldığını və borcun düzgün hesablanmadığını bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qisməndə olsa əsaslıdır. Belə ki, iddiaçı kredit müqaviləsi üzrə əsas, faiz və cərimə borcunu iddianın verildiyi tarixə yox, cavabdehə pretenziya xəbərdarlığını göndərildiyi tarixə tələb etməli idi. Belə olan halda da, birinci instansiya məhkəməsinin iddianı təmin etməsi əsassız olmuşdur. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, Masallı Rayon Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli, e-2(050)- 2724/2023 saylı qətnaməsi- Cavabdeh iddiaçı "Unibank” KB ASC-nin xeyrinə tutulmalı olan faiz və cərimə borcuna dair hissədə dəyişdirilməli, Cavabdeh "Unibank” KB ASC-nin xeyrinə tutulmalı olan faiz borcu 258,74 manat, cərimə borcu 8,29 manat müəyyən edilməklə, cəmi borc məbləği 2226,30 manat müəyyən edilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Həmin Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Kollegiya hesab edir ki, apelyasiya şikayətinin dəlilləri qətnamə ilə müəyyən olunan faiz borcu və cərimə borcunun məbləğinin apellyasiya qaydasında dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı iddia tələbi üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan aşağı olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.3, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Masallı Rayon Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli, e-2(050)-2724/2023 saylı qətnaməsi- Cavabdeh iddiaçı "Unibank” KB ASC-nin xeyrinə tutulmalı olan faiz və cərimə borcuna dair hissədə dəyişdirilsin. Cavabdeh "Unibank” KB ASC-nin xeyrinə tutulmalı olan faiz borcu 258,74 manat, cərimə borcu 8,29 manat müəyyən edilməklə, cəmi borc məbləği 2226,30 manat müəyyən edilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-314/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-314/2024
01.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver