Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-317/2023 23.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə; Babayev Eltac Fərman oğlunun katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, Füzuli Rayon Məhkəməsinin 2(064)267/2022 saylı, 16 mart 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 23 fevral 2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı ASC Cavabdeh qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək aşağıdakıları xahiş etmişdir:
1. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 2014-cü il 25 dekabr tarixli kredit müqaviləsi üzrə 18.858,18 ABŞ dolları əsas borc, 27.151,93 ABŞ dolları faiz borcu və 1.822,18 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə 47.832,29 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi,
2. Tutmanın Cavabdeh məxsus olan Sumqayıt şəhəri, Novxanı bağ massivi 1263g ünvanında yerləşən 2 otaqlı, 0.0345 ha torpaq sahəsi və üzərində yerləşən 69.0 kv.m ümumi sahədən ibarət bağ evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması və borcun Sumqayıt şəhəri, Novxanı bağ massivi 1263g ünvanında yerləşən, 2 otaqlı, 0.0345 ha torpaq sahəsi və üzərində yerləşən 69.0 kv.m ümumi sahədən ibarət bağ evinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi,
3. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi,
4. Cavabdeh məxsus olan Sumqayıt şəhəri, Novxanı bağ massivi 1263g ünvanında yerləşən, 2 otaqlı, 0.0345 ha torpaq sahəsi və üzərində yerləşən 69.0 kv.m ümumi sahədən ibarət bağ evinə yönəldikdə və o satıqldıqdan 1 ay sonra Cavabdeh və digər şəxslərin Sumqayıt şəhəri, Novxanı bağ massivi 1263g ünvanında yerləşən, 2 otaqlı, 0.0345 ha torpaq sahəsi və üzərində yerləşən 69.0 kv.m ümumi sahədən ibarət bağ evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh və digər şəxslərin həmin bağ evindən çıxarılmaları, həmin bağ evinin boşaldılması və banka təhvil verilməsi,
5. Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 25 dekabr 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını. İddia ərizəsi belə əsaslandırılmışdır ki, 2014-cü il 25 dekabr tarixli kredit müqaviləsinə əsasən Cavabdeh "xxxx" İKB ASC-nin “Sumqayıt” filialından illik 27%-lə 60 ay müddətinə 20.000 ABŞ Dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh mülkiyyətindəki Sumqayıt şəhəri, Novxanı bağ massivi 1263g ünvanında yerləşən 2 otaqlı, 0.0345 ha torpaq sahəsi və üzərində yerləşən 69.0 kv.m ümumi sahədən ibarət bağ evi 2014cü il 25 dekabr tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2014-cü il 25 dekabr tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2021-ci il yanvarın 19-dək Cavabdeh 2014-cü il 25 dekabr tarixli kredit müqaviləsi üzrə banka 18.858,18 ABŞ Dolları əsas, 27.151,93 ABŞ Dolları faiz, 1.822,18 ABŞ Dolları cərimə borcu olmaqla ümumilikdə 47.832,29 ABŞ Dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Cavabdehə dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq o, borcunu ödəməmişdir. Ona görə də, hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. Məhkəmə iclasında: İddiaçı ASC-nin nümayəndəsi M.Seyidov iddia ərizəsində qeyd edilənlərlə oxşar məzmunlu izahat verdi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh əvvəlki məhkəmə baxışı iclasında iddia tələbini qismən qəbul edərək kredit borcunun yüksək hesablandığını bildirərək azaldılmasını və iş üzrə müvafiq ekspertizaların keçirilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Füzuli Rayon Məhkəməsinin 2(064)267/2022 saylı, 16 mart 2022-ci il tarixli qətnaməsi ilə (Hakim: Y.Həşimov), iddianın qismən təmin edilməsi, tərəflər arasında bağlanmış xx.xx.2014cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, İddiaçı ASC-nin xeyrinə Cavabdeh 18.858,18 ABŞ dolları əsas borc, 27.151,93 ABŞ dolları faiz borcu və 500 ABŞ dolları cərimə borcu olmaqla cəmi 46.510,11 ABŞ dolları milli manat ekvivalentində pul, dövlət rüsumuna görə ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat və xidmət haqqına görə 20 manat tutulması, Cavabdeh mütəxəssis rəyinin verilməsi üçün çəkilmiş xərcə görə 200 manat pul tutularaq "xxxx" MMC-nin hesabına (AZ37NABZ**********00********) və ekspert xərcinə görə 100 manat tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ34CTRE********************) keçirilməsi, tutma Cavabdeh məxsus olan Sumqayıt şəhəri, Novxanı bağ massivi 1263g ünvanında yerləşən 2 otaqlı, 0.0345 ha torpaq sahəsi və üzərində yerləşən 69.0 kv.m ümumi sahədən ibarət evə yönəldilsin, həmin fərdi yaşayış evi açıq hərracdan satılsın və satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə olan borc ödənilsin. İpoteka predmetinin ilkin satış qiyməti 42.000 manat məbləğində müəyyən edilməsi, tutma Sumqayıt şəhəri, Novxanı bağ massivi 1263g ünvanında yerləşən 2 otaqlı, 0.0345 ha torpaq sahəsi və üzərində yerləşən 69.0 kv.m ümumi sahədən ibarət evə yönəldildikdə və o satıldıqda Cavabdeh və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər həmin yaşayış sahəsindən ən geci bir ay ərzində çıxarılmaları, iddia tələbinin digər hissədə rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi bu qənaətə gəlməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.7, 279, 295, 317.1, 319.1, 319.6, 385.1, 421.2, 442, 739-cu maddələrinə və İpoteka haqqında qanunun 59.3, 59.3.1, 59.3.2, 59.4-cü maddəsinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Belə ki, kredit müqaviləsi üzrə faiz borcu əsassız hesablanmış, ipoteka predmetinin qiyməti isə 90000 manat olsada birinci instansiya məhkəməsi mülkiyyətin dəyərinin 42000 manat məbləği ilə qiymətləndirilməsi ilə razılaşaraq qətnamə çıxarmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh Füzuli Rayon Məhkəməsinin 2(064)267/2022 saylı, 16 mart 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı “İddiaçı ASC tərəfindən cavabdehin apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı ASC-nin nümayəndəsi X2 apellyasiya icraatı zamanı cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə şifahi etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Füzuli Rayon Məhkəməsinin 2(064)267/2022 saylı, 16 mart 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Lakin cavabdeh məhkəmə kollegiyasına teleqram ünvanlayaraq məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bu səbəbdən məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Cavabdeh üzrlü səbəblərin nədən ibarət olmasını göstərməmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən məhkəmə icraatının tezliyini təmin etmək məqsədi ilə iş üzrə cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, Məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətinin dəlilləri həddində Füzuli Rayon Məhkəməsinin 2(064)267/2022 saylı, 16 mart 2022-ci il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 739-cu maddəsinə görə müqavilə iştirakçılarından bir tərəf (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyə, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürür. Həmin maddənin ikinci hissəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 269.7-ci maddəsinə görə, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. 319.1-ci maddəsinə əsasən əgər boclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipotekasaxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipotekasaxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir. 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun; 10.4-cü maddəsinə əsasən, ipoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. 33-cü və 36.1-ci maddələrində əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. İpoteka saxlayan bu qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 34.1.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. 39.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərək, qərarda ipoteka predmətinin ilkin satış qiymətini göstərməlidir. 39.3.3-cü maddəsinə əsasən, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərərfindən müəyyən edilir. 59.3.1 və 59.3.2-ci maddələrinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Füzuli Rayon Məhkəməsinin 2(064)267/2022 saylı, 16 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" İKB ASC-nin “Sumqayıt” filialından illik 27%-lə 60 ay müddətinə 20000 (iyirmi min) ABŞ dolları məbləğində kredit götürmüşdür. İş materiallarında olan xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin ödəniş cədvəlindən görünür ki, Cavabdeh 20000 ABŞ dolları məbləğində krediti hər ayın 25-də hissə-hissə olmaqla xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək ümumilikdə 36642.21 ABŞ dolları məbləğində ödəməli idi. İş materiallarında olan ipoteka müqaviləsindən görünür ki, borcun təminatı olaraq Cavabdeh mülkiyyətindəki Sumqayıt şəhəri, Novxanı bağ massivi 1263g ünvanında yerləşən 2 otaqlı, 0.0345 ha torpaq sahəsi və üzərində yerləşən 69.0 kv.m ümumi sahədən ibarət bağ evi ipoteka müqaviləsi əsasında yüklü edilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli kredit və ipoteka müqaviləsinə əlavədən görünür ki, tərəflər arasında kredit müqaviləsinə dəyişiklik aparılması barədə qarşılıqlı razılığa gələrək, müqavilənin müddətini 23 ay uzadaraq ümumilikdə ipoteka ilə təmin edilmiş öhdəliyin 83 ay 0 gün yəni xx.xx.2014-cü il tarixdən xx.xx.2021-ci il tarixədək icra edilməsini müəyyən etmişdirlər. İş materiallarında olan maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh kredit müqaviləsi əsasında 18858.18 manat əsas borc 27151.93 manat faiz borc, 1822.18 manat cərimə borcu olmaqla cəmi 47832.29 manat banka borcu vardır. İş materiallarında olan Sumqayıt şəhəri, Novxanı bağ massivi 1263g ünvanında yerləşən 2 otaqlı, 0.0345 ha torpaq sahəsi və üzərində yerləşən bağ evinin likvid dəyərinin müəyyən edilməsi haqqında hesabatdan görünür ki, ipoteka əsasında yüklü edilmiş mülkiyyətin dəyəri 42000 (qırx iki min) manat müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdən görünür ki, Cavabdeh mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi 1263g ünvanında yerləşən 2 otaqlı, 0.0345 ha torpaq sahəsi və üzərində yerləşən 69.0 kv.m ümumi sahədən ibarət bağ evinə tutmanın yönəldilməsinə dair bildiriş qeydə alınmışdır. İş materiallarında olan məhkəmə mühasibatlıq ekspertiziyasının rəyindən görünür ki, Cavabdeh kredit müqaviləsi əsasında 19900.50 ABŞ dolları əsas borc və 28349.17 ABŞ dolları faiz borcu olmaqla cəmi 48249.67 ABŞ dolları(qırx səkkiz min iki yüz qırx doqquz dollar altmış yeddi sent) iddiaçı "xxxx" ASC-yə borcu vardır. Məhkəmə kollegiyası işdə olan sübutlardan müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh iddiaçı "xxxx" İKB ASC-dən (hazırkı adı İddiaçı ASC) illik 27%-lə 60 ay müddətinə (sonradan müqavilənin müddəti 23 ay uzadılmışdır) 20.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh mülkiyyətindəki Sumqayıt şəhəri, Novxanı bağ massivi 1263g ünvanında yerləşən, 2 otaqlı, 0.0345 ha torpaq sahəsi və üzərində yerləşən 69.0 kv.m ümumi sahədən ibarət bağ evi xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Lakin cavabdeh həmin kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərini lazımınca yerinə yetirməmiş və müəyyən məbləğdə ödənişlər aparsa da 18.858,18 ABŞ dolları əsas borc, 27.151,93 ABŞ dolları faiz borcu və 1.822,18 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə 47.832,29 ABŞ dolları ödənilməmiş borcu qalmışdır. Belə olan halda, iddiaçı haqlı olaraq məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi icraatı zamanı cavabdeh iddianı qismən qəbul edərək kredit borcunun yüksək hesablandığını bildirərək azaldılmasını xahiş etmişdir. İş üzrə təyin olunaraq keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/8341 saylı rəyindən görünür ki, Cavabdeh xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən borcu 48.249,67 ABŞ dolları təşkil edir, o cümlədən əsas borc üzrə 19.900,50 ABŞ dolları və faiz borcu üzrə 28.349,17 ABŞ dolları borcun olduğu müəyyən edilmişdir. Öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinin tələbinə görə, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olunduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Kollegiyası hesab edir ki, borcun ödənilməsini təmin etmək üçün tutma ipoteka predmeti olan evə yönəldilməlidir. Tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinin 2.3-cü bəndinə əsasən, həmin müqavilə ilə ipoteka ilə yüklü edilmiş evin dəyəri həmin vaxtda 40.000 manat məbləğində qiymətləndirilmişdir. Lakin həmin qiymət 2014-cü ildə qoyulduğuna görə artıq 8 ilə yaxın müddət keçdiyindən və hazırda real vəziyyəti əks etdirmədiyindən məhkəmə tərəfindən ipoteka predmetinin hazırkı likvid dəyərinin müəyyən edilməsi üçün iş üzrə mütəxəssis rəyi alınmış və qeyd olunan əmlakın hazırda likvid dəyəri 42.000 manat məbləğində qiymətləndirilmişdir. Həmçinin kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi icraatı zamanı iddia tələbinin ev hərracda satıldıqdan 1 ay sonra cavabdeh N.Allahverdiyevanın evdən istifadə hüquqlarının itirilməklə çıxarılması, mənzilin boşaldılaraq alıcıya təhvil verilməsi hissəsini qismən təmin edilməsi hissəsi ilə razılaşaraq aşağıdakıları qeyd edir. İpoteka haqqında” AR Qanununun: 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. (xx.xx.2018-ci il tarixədək olan redaksiyada). Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “beləliklə iddia qismən təmin edilməli, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməli, İddiaçı ASC-nin xeyrinə Cavabdeh 18.858,18 ABŞ dolları əsas borc, 27.151,93 ABŞ dolları faiz borcu və 500 ABŞ dolları cərimə borcu olmaqla cəmi 46.510,11 ABŞ dolları milli manat ekvivalentində pul, dövlət rüsumuna görə ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat və xidmət haqqına görə 20 manat tutulması, Cavabdeh mütəxəssis rəyinin verilməsi üçün çəkilmiş xərcə görə 200 manat pul tutularaq "xxxx" MMC-nin hesabına (AZ37NABZ**********00********) və ekspert xərcinə görə 100 manat tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ34CTRE********************) keçirilməsi, tutma Cavabdeh məxsus olan Sumqayıt şəhəri, Novxanı bağ massivi 1263g ünvanında yerləşən 2 otaqlı, 0.0345 ha torpaq sahəsi və üzərində yerləşən 69.0 kv.m ümumi sahədən ibarət evə yönəldilsin, həmin fərdi yaşayış evi açıq hərracdan satılsın və satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə olan borc ödənilsin. İpoteka predmetinin ilkin satış qiyməti 42.000 manat məbləğində müəyyən edilməsi, tutma Sumqayıt şəhəri, Novxanı bağ massivi 1263g ünvanında yerləşən 2 otaqlı, 0.0345 ha torpaq sahəsi və üzərində yerləşən 69.0 kv.m ümumi sahədən ibarət evə yönəldildikdə və o satıldıqda Cavabdeh və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər həmin yaşayış sahəsindən ən geci bir ay ərzində çıxarılmaları, iddia tələbinin digər hissədə rədd edilmələri” qənaətinə gəlməsini qanuni və əsaslı hesab edir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları müəyyənləşdirmiş, iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş, ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/8341 saylı rəyinə əsasən Cavabdeh xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən borcu 48.249,67 ABŞ dolları təşkil edir, o cümlədən əsas borc üzrə 19.900,50 ABŞ dolları və faiz borcu üzrə 28.349,17 ABŞ dolları müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq ekspertiza rəyində müəyyən olunan borcun faiz hissəsində məbləği iddia tələbindən artıq olan hissəsini qəbul (iddia tələbindən kənara çıxmamış) etməmiş və müqavilə müddətinin sonuna (xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə dəyişiklik edilmiş müqavilənin müddətini 23 ay uzadaraq ümumilikdə ipoteka ilə təmin edilmiş öhdəliyin 83 ay 0 gün yəni xx.xx.2014-cü il tarixdən xx.xx.2021-ci il tarixədək müəyyən edilmişdir.) yəni maliyyə arayışında xx.xx.2021-ci il tarixə olan 27151,93 ABŞ dolları məbləğində tutmuş, həmçinin tələb olunan 1822.18 ABŞ dolları cərimə borcunu MM-nin 467-ci maddəsinin tələbləri baxımından əsas borca münasibətdə tələb olunan məbləğin tənəsübsuz surətdə yüksək dəbbə pulunu (tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak mənafelərini, hə də, bütün əsaslı mənafeləri nəzərə almışdır) azaldaraq 500 ABŞ dolları məbləğində müəyyən etmişdir. Kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır və hesab edir ki, gəlinən nəticə işin faktiki hallarına uyğun olmuşdur. Cavabdeh apellyasiya şikayətinin dəlillərində qeyd edir ki, bank cavabdehin bankdan götürdüyü kreditə görə yüksək məbləğdə faiz hesablanmış və cavabdehin ödədiyi 7000 ABŞ dolları ümumi borcdan çıxarılmamışdır həmçinin qeyd edir ki, mülkiyyətin dəyəri 90000 manat olsada birinci instansiya məhkəməsi mülkiyyətin 42000 manat məbləği ilə qiymətləndirilməsi ilə razılaşaraq qətnamə çıxarmışdır. Kollegiya cavabdehin apellyasiya şikayətinin birinci dəlili ilə razılaşmır və hesab edir ki , birinci instansiya məhkəməsi tələb üzrə tam və hərtərəfli araşdırma aparmış gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarətdir. Kollegiya cavabdehin ikinci dəlili ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi icraatı zamanı ipoteka predmetinin likvid dəyərinin müəyyən edilməsi üçün iş üzrə mütəxəssis - Qiymətləndirmə rəyi alınmış və müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi 1263g ünvanında yerləşən 2 otaqlı, 0.0345 ha torpaq sahəsi və üzərində yerləşən bağ evinin likvid dəyəri 42000 (qırx iki min) manat təşkil edir. Bundan başqa o, da nəzərə alınmalıdır ki, cavabdeh birinci instansiya məhkəməsi icraatı zamanı məhkəmə iclasında iştirak etmiş, mülkin likvid dəyəri ilə razılaşaraq mübahisələndirməmişdir. Hal-hazırda cavabdeh apellyasiya şikayətinin dəlillərində mülkin likvid dəyəri ilə razılaşmayaraq mübahisələndiriydən, kollegiya hesab edir ki, bu yeni sübutların toplanmasına yönəldiyindən apellyasiya şikayətinin bu dəlili əsaslı hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin tələblərinə əsasən Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Eyni zamanda o da nəzərə alınmalıdır ki, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir (maddə 78.4). İş üzrə araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdeh birinci instansiya məhkəmə baxışı iclasında iştirak etmişdir. Göründüyü kimi cavabdehin birinci instansiya məhkəməsində sübutlar təqdim etmək üçün kifayət qədər prosessual baxımdan imkanı olmuş və o, bu imkanından istifadə etməmişdir. Cavabdehin birinci instansiya məhkəməsində mübahisələndirməli olduğu halın apellyasiya məhkəməsindən hüquqi qiymət verilməsi barədə xahişi, apellyasiya icraatı mərhələsində əlavə sübut toplamağa yönəldiyindən və bu apellyasiya icraatının mahiyyətinə zidd olduğundan əsaslı hesab edilərək təmin edilə bilməz. Odur ki, göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin bu dəlilini də əsassız hesab etməklə, iş üçün əhəmiyyət kəsb etməyən formal mülahizə hesab edir. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qərarda təkralamağa zərurət görmür. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi və Füzuli Rayon Məhkəməsinin 2(064)267/2022 saylı, 16 mart 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Füzuli Rayon Məhkəməsinin 2(064)267/2022 saylı, 16 mart 2022-ci il tarixli qətnaməsi Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.