Məhkəmə qərarları › İş №2(106)-323/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-323/2024

30.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-323/2024 30.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X4 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, katib X3, İddiaçı, Cavabdeh və onun vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Biləsuvar Rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Biləsuvar Rayon Məhkəməsinin (hakim P.Əhmədov) 26 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh vurulmuş maddi ziyana görə 10000 (on min) manat və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat, cəmi 10030 (on min otuz) manat məbləğində pul vəsaitinin alınıb İddiaçı verilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. İşinhalları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh və X1, inəklərinin oğurlanması nəticəsində vurulmuş ziyana görə 10000 manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatın alınaraq ona verilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər əlbir olub onun 5 baş inəyini oğurlamışlar. X2 və Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə o, zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşmış və 07 may 2021-ci il tarixdə hökm çıxarılmışıdr. Onun 5 baş iribuynuzlu heyvanının oğurlanması nəticəsində ona 16000 manat məbləğdə ziyan dəymişdir. Dəymiş ziyandan 6000 manat ödənilmiş, 10000 manat ziyan isə ödənilməmişdir. Birinci instansiya məhkəməsində İddiaçı məhkəmədə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, yalnız Cavabdeh 10000 manat məbləğində vurulmuş ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh iştirak etmədiyindən onun iddiaya dair mövqeyi bəlli olmamışdır. Apellyasiyaşikayətinindəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, məhkəmə iddianı dəqiq araşdırmadan, dəyən ziyanın məbləğini müəyyənləşdirmədən, yalnız iddia ərizəsini qətnaməyə köçürməklə, iddiaçıya dəyən ziyanı yalnız ona aid etməklə qətnamə qəbul etmişdir. İzahatlar Prosessualməsələlər Apellyasiya baxışında Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh və onun vəkili və nümayəndəsi Vəkil izahatlarında göstərmişlər ki, cinayət işi üzrə vurulmuş ziyanın məbləği 15000 manat olduğu halda məhkəmə nə üçünsə ziyanı 16000 manat hesablanmışdır. Cəmi borc 15000 manat olmalı idi. Vurulmuş ziyandan isə 6000 manat ödənilib. Eyni zamanda, cavabdeh özü tək olmayıb bir neçə şəxslə oğurluq edib. 9000 manat müştərək qaydada tutulmalıdır. İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsi qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İzahatında bildirmişdir ki, ona maddi və mənəvi ziyan dəymişdir. Ona 16000 manat ziyan dəyib. 6000 manatı Fəday ödəmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası, məruzəçinin işin halları barədə məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Cəlilabad Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli 1(073)-6/2021 saylı hökmündən müəyyən edilir ki, X5 tanışı Cavabdeh ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək 05 iyul 2019-cu il tarixdə günorta saatlarında Cəlilabad rayonu Cəfərxanlı kəndi ərazisində yerləşən çöl otlaq sahəsindən İddiaçı məxsus hər birinin qiyməti 3000 manat olan 5 baş inəyi, cəmi 15000 manat dəyərində xeyli miqdarda özgənin əmlakını gizli olaraq talamaqla oğurlamışlar. Cəlilabad Rayon Məhkəməsinin həmin hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X5 04 avqust 2019-cu il tarixdən 19 mart 2020-ci il tarixinədək həbsdə saxlanıldığı 7 ay 15 gün müddəti, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına 01 (bir) günü 02 (iki) gün hesabı ilə hesablanmış və X2 üzərində qəti olaraq 01 il 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Hazırda iddiaçı cavabdehlərdən cinayət nəticəsində vurulmuş ziyanı tələb etmişdir. İddiaçının tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 1097-ci maddələri təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Qanunun tələbinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (Maddə 21.2) Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Kollegiyanın qənaətinə görə, iddiaçıya cavabdehin hərəkətlərin nəticəsində ziyan vurulması, cavabdehin hərəkətlərinin qanunazidd olması və bu hərəkətlərlə ziyan arasında səbəbli əlaqənin olması sübuta yetirilir. Cavabdehin əməli qüvvədə olan məhkəmənin hökmü ilə müəyyən edilir. Cəlilabad Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli hökmü ilə İddiaçı məxsus 5 baş inəyin oğurlanması və cəmi 15000 manat dəyərində xeyli miqdarda ziyan vurulması müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddiaçı yalnız Cavabdeh aid hissədə iddianı müdafiə etmiş, məhkəmə də həmin hissədə iddianı təmin etmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verməmişdir. Kollegiya hesab edir ki, vurulmuş zərərin ödənilməsi ilə bağlı iddiaçının tələbi haqlıdır. Bununla yanaşı, Kollegiya hesab edir ki, məhkəmə zərərin miqdarını hesablayarkən doğru nəticəyə gəlməmişdir. Belə ki, Cəlilabad Rayon Məhkəməsinin qanuni qüvvədə olan 07 may 2021-ci il tarixli hökmü ilə İddiaçı məxsus 5 baş inəyin oğurlanması nəticəsində ona 15000 manat dəyərində ziyan vurulması müəyyən edilir. İddiaçı tələbində ona vurulmuş ziyandan 6000 manat ödənildiyini bildirmişdir. Belə olan halda iddiaçıya ödənilməli məbləğ 10000 manat deyil, 9000 manat olmalıdır. Beləliklə, Kollegiya belə qənaətə gəlir ki, qətnamə dəyişdirilməli, iddia qismən təmin edilməli, Cavabdeh vurulmuş maddi ziyana görə 9000 (doqquz min) manat və dövlət rüsumunun əvəzi qismində 30 manat, cəmi 9.030 (doqquz min otuz) manat məbləğində pul vəsaiti alınıb İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.2, 385, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Biləsuvar Rayon Məhkəməsinin 26 avqust 2021-ci tarixli, 2(022)-725/2021 saylı qətnaməsi dəyişdirilsin. İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyana görə 9000 (doqquz min) manat və dövlət rüsumunun əvəzi qismində 30 manat, cəmi 9.030 (doqquz min otuz) manat məbləğində pul vəsaiti alınıb İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən qanunla müəyyən edilmiş qaydada və müddətdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar