Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-323/2025 23.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı İmişli Rayon İcra Hakimiyyətinin Cavabdeh oğluna qarşı “cinayət nəticəsində vurulmuş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Q Ə T N A M Ə S İ İş № 2(106)-323/2025 Açar sözlər: cinayət nəticəsində vurulmuş zərərin ödənilməsi tələbi. X1 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi ilə, İddiaçı İmişli Rayon İcra Hakimiyyətinin Cavabdeh qarşı cinayət nəticəsində vurulmuş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 01 oktyabr 2024-cü il tarixli, 2(036)-1831/2024 saylı (hakim M.Orxan) qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı İmişli Rayon İcra Hakimiyyətinin Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh üzərlərinə həbs qoyulmuş, müsadirə edilən əmlakları hesabına İmişli Rayon İcra Hakimiyyətinə vurulmuş 974.193 (doqquz yüz yetmiş dörd min yüz doxsan üç) manat ziyanın İmişli Rayon İcra Hakimiyyətinin yarımçıq qalmış inzibati binasının tikintisini başa çatdırmaq üçün İmişli Rayon İcra Hakimiyyətinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2019-cu il tarixli, 890 saylı Sərəncamı ilə İmişli Rayon İcra Hakimiyyəti üçün yeni inzibati binanın layihələndirilməsi və tikintisi üçün 1 000 000 (bir milyon) manat, Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2019-cu il tarixli, 1752 saylı Sərəncam ilə isə 3 000 000 (üç milyon) manat olmaqla, cəmi ******* (dörd milyon) manat vəsait ayrılmışdır. İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Cavabdeh 05 may 2020-ci il tarixdə törətdiyi cinayət əməllərinə görə həbs edildikdən sonra onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü, 228.1-ci, 308.1-ci, 308.2-ci, 311.3.2-ci, 311.3.3-cü və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin istintaqı zamanı müəyyən edilmişdir ki, Cavabdeh İmişli Rayon İcra Hakimiyyəti üçün yeni inzibati binanın tikintisinin aparılması məqsədi ilə İmişli Rayon İcra Hakimiyyəti aparatı tərəfindən 15 mart 2019-cu il tarixdə keçirilən dövlət satınalma müsabiqələrinin qalibi olmuş "xxxx" MMC-nin İmişli Rayon icra Hakimiyyətinin yeni inzibati binasının inşası ilə bağlı gördüyü işlərə görə xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində, həmin MMC-nin layihə rəhbəri X2 şəxsən özü üçün maddi nemət olan 974.193 (doqquz yüz yetmiş dörd min yüz doxsan üç) manat məbləğində külli miqdarda pul vəsaitini birbaşa yolla təkrarən rüşvət qismində istəyərək, aralarında olan razılığa əsasən vahid qəsdlə əhatə olunmaqla Səyalı Səfərova tərəfindən 28 iyul 2019-cu il tarixdən 11 aprel 2020-ci il tarixədək olan dövr ərzində tələb olunan rüşvət məbləğinin hissə-hissə onun göstərişlərini icra edən sürücüsü X9 və İmişli Rayon İcra Hakimiyyəti başçısı Aparatının baş mühasibi X13 təqdim etdikdən sonra sonuncudan, yəni 28 iyul 2019-cu il tarixdə Bakı şəhəri Dəniz Vağzalının qarşısında Cəmil Musayevdən 76.200 manat, 12 avqust 2019-cu il tarixdə Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi “Seabreaze" bağ massivində Cəmil Musayevdən 342.000 manat, 10 fevral 2020-ci il tarixdə İmişli rayon şəkər zavodunun həyətində Cəmil Musayevdən 15.000 manat, 04 mart 2020-ci il tarixdə İmişli rayon şəkər zavodunun həyətində Cəmil Musayevdən 51.393 manat, 14 mart 2020-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu ‘20 Yanvar” metro stansiyasının yaxınlığında Cəmil Musayevdən sürücüsü Elçin Məmmədov vasitəsilə 107.000 manat, 25 mart 2020-ci il tarixdə Bakı şəhəri Əzizbəyov rayonu Şüvəlan qəsəbəsində Səyalı Səforovadan sürücüsü Elçin Məmmədov vasitəsi ilə 170.000, 11 aprel 2020-ci il tarixdə kirayə yaşadığı İmişli rayon şəkər zavodunun yataqxanasında Cəmil Musayevdən 59.700 manat təhvil almaqla ümumilikdə 974.193 (doqquz yüz yetmiş dörd min yüz doxsan üç) manat məbləğində külli miqdarda rüşvət almışdır. Nəticədə İmişli Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının tikintisi üçün ayrılmış vəsaitin 974.193 (doqquz yüz yetmiş dörd min yüz doxsan üç) manat məbləği "xxxx" MMC-nin layihə rəhbəri Səyalı Səfərovadan alındığı və həmin vəsait yerində olmadığından binanın tikintisi bu günə qədər başa çatdırılmamışdır. Bütün bunlar istintaq və məhkəmə prosesində sübuta yetirilmiş, İmişli Rayon İcra Hakimiyyəti zərər çəkmiş hüquqi şəxs kimi tanınmış və İmişli Rayon İcra Hakimiyyətinin səlahiyyətli nümayəndəsi X24 zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi kimi məhkəmə prosesində iştirak etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 iyul 2022-ci il tarixli 1(101)-163/2022 saylı hökmü ilə Cavabdeh 12 (on iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və əmlakı müsadirə edilmişdir. Məhkəmənin hökmündə üzərlərinə həbs qoyulmuş müsadirə edilən əmlaklar hesabına zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və qalan hissəsini dövlət nəfinə alınması qeyd olunmuşdur. Cavabdeh vəkillərinin Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 iyul 2022-ci il tarixli, 1(101 )-163/2022 saylı hökmündən verilmiş apelyasiya şikayəti təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Məhkəmə iclasında iddiaçının nümayəndələri X15 və X16 ayrı-ayrılıqda iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişlər. Cavabdeh vəkili və ya nümayəndəsi vasitəsilə məhkəmə iclasında təmsil olunmamışdır. Lakin Cavabdeh məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim edərək iddia ərizəsini qəbul etmədiyini bildirmişdir. Etiraz ərizəsində göstərmişdir ki, tələbin cavabdeh olaraq ona heç bir aidiyyəti yoxdur. İddiaçı ona məxsus müsadirə edilmiş əmlakdan vurulmuş ziyanın ödənilməsini tələb edir, ancaq cavabdeh olaraq onu təqdim edir. Onun cavabdeh olaraq dövlətin müsadirə etdiyi əmlak üzərndə sərəncam vermək hüququ yoxdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-163/2022 saylı hökmü və həmin hökmü qanuni qüvvədə saxlayan məhkəmə qərarları ilə müəyyən edilmişdir ki, - cinayət işinin 01-ci cildinin 323-325-ci vərəqlərində olan 05 may 2020-ci il tarixli “şübhəli şəxsi dindirmə” protokolundan görünür ki, Cavabdeh müdafiəçisinin iştirakı ilə şübhəli şəxs qismində dindirilərkən göstərmişdir ki, İmişli RİH-nin yeni inzibati binasının tikintisini həyata keçirən "xxxx" MMC-in nümayəndəsi Səyalı Səfərovadan bu məqsədlə ayrılmış 4.000.000 manat məbləğində büdcə vəsaitinin 30 faizini “otkat”, yəni rüşvət şəklində ona qaytarılmasını tələb etmiş və Səyalı Səfərova ona həmin vəsaiti verməyə razı olmuşdur. Həmin razılığa əsasən X28 Musayevin vasitəsi ilə ona 28 iyul 2019-cu il tarixdə 76.200 manat, 12 avqust 2019-cu il tarixdə 152.900 manat, 08 fevral 2020-ci il tarixdə 342.000 manat, 14 fevral 2020-ci il tarixdə 39.400 manat və əlavə olaraq 15.000 manat, 14 mart 2020-ci il tarixdə isə onun tapşırığı əsasında sürücüsü Elçin Məmmədova Bakı şəhəri “20 Yanvar” metrostansiyasının yaxınlığında 137.000 manat təhvil verilmişdir. Beləliklə də Səyalı Səfərova həmin binanın tikintisi ilə bağlı ona ümumilikdə 984.600 manat pul vermişdir. Göründüyü kimi məhkəmə hökmündən iddia ərizəsinə köçürülən cinayət işi üzrə işin hallarından müəyyən olunur ki, iddia ərizəsində tələb edilən vəsaitə münasibətdə hüquqi araşdırma aparılaraq Bakı Ağır Cinayətlər xx.xx.2022-ci il tarixli, 1(101)- 163/2022 saylı hökmü və həmin hökmü həmin hissədə qüvvədə saxlayan məhkəmə qərarları ilə hüquqi qiymətləndirmə aparılmışdır. Yekun nəticədə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(101)-163/2022 saylı hökmü ilə həmçinin mülki iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülki iddiası təmin edilərək, mülki Cavabdeh 274.894,22 (iki yüz yetmiş dörd doxsan dörd manat iyirmi iki qəpik) manat məbləğində pul tutularaq mülki iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi, 6.354.384 manat məbləğində nağd pul vəsaitinin xüsusi müsadirə edilməsi, üzərlərinə həbs qoyulmuş müsadirə edilən əmlaklar hesabına zərərçəkmiş şəxslərə vurulmuş ziyan ödənilməsi, qalan hissəsi isə dövlət nəfinə alınmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-163/2022 saylı hökmü qeyd edilən hissədə dəyişdirilmədən saxlanılaraq hazırda qanuni qüvvəsini almışdır. Göründüyü kimi iddianın digər əsassızlığı bundan ibarətdir ki, iddia ərizəsində qeyd edilən məbləğin büdcəyə ödənilməsinə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-163/2022 saylı hökmündə qiymət verilmiş və müsadirə edilmiş əmlaklar hesabına ödənilməsi hökm edilmişdir. Hazırda iddiaçının artıq müəyyən edilmiş və hökmlə həll edilmiş məsələnin yenidən bu formada məhkəmə qaydasında müraciət edərək tələb edilməsi yol veriməzdir. İmişli Rayon Məhkəməsinin 01 oktyabr 2024-cü il tarixli, 2(036)-1831/2024 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh üzərlərinə həbs qoyulmuş, müsadirə edilən əmlakları hesabına İmişli Rayon İcra Hakimiyyətinə vurulmuş 974.193 (doqquz yüz yetmiş dörd min yüz doxsan üç) manat ziyan İmişli Rayon İcra Hakimiyyətinin yarımçıq qalmış inzibati binasının tikintisini başa çatdırmaq üçün İmişli Rayon İcra Hakimiyyətinin hesabına ödənilməsi və 1264.19 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı müsadirə edilmiş əmlakdan vurulmuş ziyanın ödənilməsini tələb edir, ancaq cavabdeh olaraq onu təqdim edir. Onun cavabdeh olaraq dövlətin müsadirə etdiyi əmlak üzərndə sərəncam vermək səlahiyyəti yoxdur. İddia ərizəsində qeyd edilən məbləğin büdcəyə ödənilməsinə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-163/2022 saylı Hökmündə qiymət verilmiş və müsadirə edilmiş əmlaklar hesabına ödənilməsi hökm edilmişdir. Hazırda iddiaçının artıq müyyən edilmiş və hökmlə həll edilmiş məsələnin yenidən bu formada məhkəmə qaydasında müraciət edərək tələb etməsi yol veriməzdir. Məhkəmə tərəfindən Cavabdeh üzərlərinə həbs qoyulmuş, müsadirə edilən əmlakları hesabına İmişli Rayon İcra Hakimiyyətinə vurulmuş 974.193 (doqquz yüz yetmiş dörd min yüz doxsan üç) manat ziyan İmişli Rayon İcra Hakimiyyətinin yarımçıq qalmış inzibati binasının tikintisini başa çatdırmaq üçün İmişli Rayon İcra Hakimiyyətinin hesabına ödənilmsi nəticəsinə gəlsə də işin halalrından müəyyən edilir ki, cavabdehə məxsus bütün əmlaklar müsadir edilmişdir, məhz müsadirə vedilən əmlaklar hesabına da dövlətə vurulan, o cümlədən dövlət qurumu olan icra hakimiyyətinə vurulan ziyanın ödənilməsi qət edilmişdir. Qalan əmlakların isə müsadirə edilməsi qət edilmişdir. Cavabdehin müsadirə edilən əmlaklar üzərində sərəncam vermək səlahiyyəti olmadığı halda məhkəmə cavabdehin üzərinə qanusuz olaraq bu öhdəliyi qoymuşdur. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumatl verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişlər. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmənin elektron kabinetinə ərizə yazaraq başqa məhkəmə iclasında iştirak etməsi səbəbindən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Lakin cavabdehin nümayəndəsi və vəkili başqa məhkəmə iclasında iştirak etməsi ilə bağlı müvafiq sənəd və ya məlumatları ərizəsinə əlavə etməməklə elektron kabinetə yerləşdirməmişdir. İddiaçı tərəf isə apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək hökm üzrə cavabdeh tərəfindən onlara vurulmuş ziyanın müəyyən olunduğunu, cinayət işinə baxılan zaman mülki iddia vermədiklərindən hazırda ayrıca mülki iddia ilə məhkəməyə müraciət etdiklərini bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam həcmdə mübahisələndirməklə, qətnamənin tamamilə ləğv edilməsini xahiş edir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam olaraq apellyasiya dəlilləri həcmində yoxlamağı zəruri hesab edir. Bu mövqe həm də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21-ci maddəsinə görə hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 82.4 Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi: 180.2-ci maddəsinə əsasən, şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. 181.1. Əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. 181.4. Cinayət mühakimə icraatı zamanı mülki iddia fiziki və ya hüquqi şəxsin adından onun nümayəndəsi tərəfindən verilə bilər. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli Qərarına əsasən: Qanunverici məhkəmənin icraatında olan mülki iş üzrə yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmünün, qərarının, qətnaməsinin, qərardadının preyudisial əhəmiyyəti olduğunu göstərmişdir. "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarına əsasən: “Qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə 2014-cü il 6 iyun tarixli Qərarı). Məhkəmənin qanuni qüvvəyə minmiş qərarları preyudisial əhəmiyyətə malikdir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 2015-ci il 15 iyul tarixli və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarları). Konstitusiya Məhkəməsi Plenumunun G.Əhmədovanın şikayəti üzrə 2019-cu il 24 iyul tarixli Qərarına əsasən: məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin (bundan sonra – CinayətProsessual Məcəlləsi) 65.1 və 65.4-cü maddələrinə əsasən, cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, kommersiya və ya inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına əsasən: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. İş üzrə mövcud olan sübutlar: İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-163/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü ilə hökm edilmişdir ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4, 228.1, 308.1, 308.2, 311.3.2, 311.3.3 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 11 (on bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddiməsul vəzifə tutma hüququndan məhrum edilməklə 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü maddələri ilə Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları ayrı-ayrılıqda qismən toplamaq, əlavə cəzanı isə əsas cəzaya birləşdirmək yolu ilə Cavabdeh qəti olaraq 03 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmin cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Cavabdeh cəzaçəkmə müddətinin əvvəli 05 may 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən cəza təyin edilməsin. Mülki iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülki iddiası təmin edilsin. Mülki Cavabdeh 274.894,22 (iki yüz yetmiş dörd min səkkiz yüz doxsan dörd manat iyirmi iki qəpik) manat məbləğində pul tutularaq mülki iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. X3 adına rəsmiləşdirilmiş və üzərlərinə həbs qoyulmuş Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsində yerləşən 55 №-li fərdi ev, Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi 943-cü məhəllə, bina 45 mənzil 47, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 16a mənzil 106 (Yeni qaydalarla H.Z.Tağıyev küçəsi 528 mərtəbə 13 mənzil 7), Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 16a mənzil 94 (Yeni qaydalarla H.Z.Tağıyev küçəsi 528 mərtəbə 12 mənzil 4), Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 16a mənzil 103 (Yeni qaydalarla H.Z.Tağıyev küçəsi 528 mərtəbə 13 mənzil 4), Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 16a mənzil 44 (Yeni qaydalarla H.Z.Tağıyev küçəsi 528 mərtəbə 6 mənzil 8), Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi Nardaran-Ləhiş yolunun 300 metrliyində yerləşən 32L №li ev, X3 adına rəsmiləşdirilmiş BMW X5 markalı Az **-CM-*** dövlət qeydiyyat nömrəli minik avtomobili, X5 adına rəsmiləşdirilmiş «X35 Rover» markalı Az **-KH-*** dövlət qeydiyyat nömrəli minik avtomobili, X3 təsisçisi olduğu "xxxx" MMC-yə sənədləşdirilmiş «BMW 740İ» markalı Az **-AZ-*** dövlət qeydiyyat nömrəli və «Bentley Continental GT» markalı Az **-PR-*** dövlət qeydiyyat nömrəli minik avtomobilləri, həmçinin Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Maliyyə İdarəsində saxlanılan 6.298.834 manat ekvivalentində 2.504.057 ABŞ dolları, 1.006.470 Avro, 365 İngilis funt sterlinqi, 60 İsveçrə frankı, 455 Türk lirəsi, 1.970 BƏƏ dirhəmi, 19.350 Rusiya rublu şəklində xarici valyutalar və 55.550 manat olmaqla, cəmi 6.354.384 manat məbləğində nağd pul vəsaiti xüsusi müsadirə edilsin. Üzərlərinə həbs qoyulmuş müsadirə edilən əmlaklar hesabına zərər çəkmiş şəxslərə vurulmuş ziyan ödənilsin, qalan hissəsi isə dövlət nəfinə alınsın. Cinayət işi üzrə ekspertiza xərclərinin və mütəxəssis fəaliyyətinin dəyəri 5.239,17 (beş min iki yüz otuz doqquz manat on yeddi qəpik) manat Cavabdeh tutulmaqla dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə olunmuş Cavabdeh 11 aprel 2020-ci il tarixdə yaşadığı İmişli şəkər zavodunun yataqxanasında olan mənzilində aparılan əməliyyat videoçəkilişi, Cavabdeh və onunla əlaqədar olan şəxslərlə telefon danışıqları, İmişli Rayon İcra Hakimiyyəti başçısı aparatinin baş mühasibi X11 istintaqa təqdim etdiyi qeydiyyat dəftəri, fleşkart tipli elektron daşıyıcıda saxlanılan «Respublika büdcəsi» adlı «exsel» tipli, «Hesabat 2019» və «Evler» adlı «word» tipli fayllar, İmişli şəhəri Şadlinskiy küçəsində inşa edilmiş 48 mənzilli yaşayış binasındakı mənzillər və onların sahibləri haqqında 08 vərəqdə məlumat vərəqi, X4 istintaqa təqdim etdiyi əmək haqqları mənimsənilən "xxxx" MMC ilə əmək müqaviləsi bağlamış İmişli rayonu üzrə ictimai işçilərin 03 vərəqdə siyahısı, İmişli rayonu üzrə "xxxx" MMC ödənişli ictimai işçilərin 2019- cü ilə aid əmək haqqı tabelləri, 2016-2018-ci illər üzrə İmişli Kommunal Xidmətlər Kombinatının ödənişli ictimai işçilərin tabel cədvəlləri, Kapital bank ASC tərəfindən xx.xx.2020-ci il tarixli 157000/2-4316 №-li məktubla göndərilmiş "xxxx" MMC vasitəsilə işə cəlb edilmiş, ümumilikdə 137 nəfər şəxsə məxsus əmək haqqı kartları üzrə bankomantlardan nağdlaşdırma əməliyyatlarını həyata keçirən şəxslərin foto görüntülərinin əks olunduğu 01 ədəd CD disk, şahid X6 istintaqa təqdim etdiyi fotojurnal sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası DTX Maddi-texniki təminat idarəsinin Silah-sursat anbarına təhvil verilmiş 177 ədəd 7.62 mm kalibrli patron Azərbaycan Respublikası DİN Maddi-texniki təminat idarəsinə təhvil verilsin, 4 ədəd 7.62 mm kalibrli patronun gilizi və 1 ədəd 7.62 mm kalibrli patronun mərmisi təyinatını itirdiyindən məhv edilsin. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-569/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, hökmdən məhkum edilmiş şəxs-mülki Cavabdeh müdafiəçisi X21, maraqlı şəxs X10, eyni zamanda digər maraqlı şəxs (hüquqi şəxs) "Xəzər-222” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi X7 və maraqlı şəxslərin (hüquqi şəxsin) nümayəndəsi (vəkil) X8 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 noyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 iyul 2022-ci il tarixli tarixli hökmü isə dəyişdirilmədən saxlanılmışdır. Həmçinin həmin qərarla qərara alınmışdır ki, kassasiya şikayəti qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4, 228.1, 308.1, 308.2, 311.3.2, 311.3.3 və 313-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilsin. Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2 və 313.3.3-cü maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 08 (səkkiz) ilədək, CM-nin 179.4-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti isə onun barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə - 08 (səkkiz) il 03 (üç) ayadək endirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən, Cavabdeh hazırki qərarla və 25 iyul 2022-ci il tarixli hökmlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 308.1 və 308.2-ci maddələri ilə təyin edilmiş əsas və həmin Məcəllənin 179.4, 308.1, 308.2, 311.3.2, 311.3.3-cü maddələri ilə təyin olunmuş əlavə cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Qərar kassasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, İmişli Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iddia tələbindən də göründüyü kimi iddiaçı Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-163/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qanuni qüvvəsini almış hökmü ilə Cavabdeh üzərlərinə həbs qoyulmuş, müsadirə edilən əmlakları hesabına İmişli Rayon İcra Hakimiyyətinə vurulmuş 974.193 (doqquz yüz yetmiş dörd min yüz doxsan üç) manat ziyanın İmişli Rayon İcra Hakimiyyətinin yarımçıq qalmış inzibati binasının tikintisini başa çatdırmaq üçün İmişli Rayon İcra Hakimiyyətinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş üzrə Cavabdeh məhkəmə hökmü ilə Cinayət Məcəlləsinin 179.4, 228.1, 308.1, 308.2, 311.3.2, 311.3.3-cü maddələri ilə məhkəmə hökmü ilə təqsirli bilinib məhkum edilməsini və qərarın qanuni qüvvəyə minməsini və həmin hökmün cavabdehə aid hissədə hazırki işdə preyudisial əhəmiyyət kəsb etdiyini nəzərə alaraq hesab edir ki, iddiaçı cavabdehdən cinayət yolu ilə əldə edilmiş 974.193 (doqquz yüz yetmiş dörd min yüz doxsan üç) manat məbləğində pul vəsaitini mülki məhkəmə qaydasında tələb etməkdə haqlıdır. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-163/2022 nömrəli 25 iyul 2022-ci il tarixli hökmü, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 noyabr 2022-ci il tarixli qərarı və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)- 569/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Cavabdeh İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyərkən xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar 2019-cu ilin iyun ayından 2020-ci ilin may ayınadək olan müddət ərzində İmişli Rayon İcra Hakimiyyəti aparatı tərəfindən keçirilən dövlət satınalma müsabiqələrinin qalibi olmuş "NTC Company” MMC-nin İmişli Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının inşası ilə bağlı gördüyü işlərə görə xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində, həmin MMC-nin layihə rəhbəri X2 şəxsən özü üçün maddi nemət olan 974.193 (doqquz yüz yetmiş dörd min yüz doxsan üç) manat məbləğində külli miqdarda pul vəsaitini birbaşa yolla təkrarən rüşvət qismində istəyərək, aralarında olan razılığa əsasən vahid qəsdlə əhatə olunmaqla Səyalı Səfərova tərəfindən 28 iyul 2019-cu il tarixdən 11 aprel 2020-ci il tarixədək olan dövr ərzində tələb olunan rüşvət məbləğinin hissə-hissə onun göstərişlərinin icra edən sürücüsü X9 və İmişli Rayon İcra Hakimiyyəti başçısı Aparatının baş mühasibi X14 təqdim etdikdən sonra sonunculardan yəni 28 iyul 2019-cu il tarixdə Bakı şəhəri Dəniz Vağzalının qarşısında Cəmil Musayevdən 76.200 manat, 12 avqust 2019-cu il tarixdə Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi «Seabreaze» bağ massivində Cəmil Musayevdən 152.900 manat, 08 fevral 2020-ci il tarixdə İmişli rayon şəkər zavodunun həyətində Cəmil Musayevdən 342.000 manat, 10 fevral 2020-ci il tarixdə İmişli rayon şəkər zavodunun həyətində Cəmil Musayevdən 15.000 manat, 04 mart 2020-ci il tarixdə İmişli rayon şəkər zavodunun həyətində Cəmil Musayevdən 51.393 manat, 14 mart 2020- ci il tarixdə Bakı şəhəri Yasamal rayonu “20 Yanvar” metro stansiyasının yaxınlığında Cəmil Musayevdən sürücüsü Elçin Məmmədov vasitəsilə 107.000 manat, 25 mart 2020-ci il tarixdə Bakı şəhəri Əzizbəyov rayonu Şüvəlan qəsəbəsində Səyalı Səfərovadan sürücüsü Elçin Məmmədov vasitəsi ilə 170.000 manat, 11 aprel 2020-ci il tarixdə kirayə yaşadığı İmişli rayon şəkər zavodunun yataqxanasında Cəmil Musayevdən 59.700 manat təhvil almaqla ümumilikdə 974.193 (doqquz yüz yetmiş dörd min yüz doxsan üç) manat məbləğində külli miqdar rüşvət almışdır. Həmin cinayət işi üzrə iddiaçı İmişli Rayon İcra Hakimiyyəti zərər çəkmiş şəxs qismində tanınmış, ona 974.193 (doqquz yüz yetmiş dörd min yüz doxsan üç) manat məbləğində maddi zərər dəyməsi bəhsi keçən hökmlə tam sübuta yetirilmişdir. Lakin, zərər çəkmiş şəxs məlum cinayət işinə baxarkən cavabdehə qarşı mülki iddia irəli sürmədiyindən müəyyən edilmiş dəymiş ziyan məbləği ona ödənilməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-163/2022 nömrəli 25 iyul 2022-ci il tarixli hökmü cavabdehə aid hissədə hazırki işdə preyudisial əhəmiyyət kəsb etdiyini nəzərə alaraq məhkəmə hesab etmişdirdir ki, iddia təmin edilərək cinayət əməli nəticəsində dəymiş 974.193 (doqquz yüz yetmiş dörd min yüz doxsan üç) manat maddi zərər ona ödənilməlidir. Cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-163/2022 saylı hökmü ilə hazırki iddia tələbinə qiymət verilmiş üzərinə həbs qoyulmuş və müsadirə edilmiş əmlaklar hesabına dəymiş zərər zərərçəkmişlərə ödənilməsi hökm edilmişdir. Hazırda iddiaçının artıq müəyyən edilmiş və hökmlə həll edilmiş məsələnin yenidən bu formada məhkəmə qaydasında müraciət edərək tələb edilməsi yol veriməzdir. Kollegiya apellyasiya şikayətinin qeyd edilən dəlillərinə münasibətdə qeyd edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-163/2022 saylı hökmündə zərər çəkmiş İmişli Rayon İcra Hakimiyyəti cinayət mühakimə icraatı zamanı mülki iddia ərizə ilə müraciət etmədiyi üçün cinayət əməli nəticəsində ona dəymiş maddi zərərin ödənilməsi məsələsinə hüquqi qiymət verilməmişdir. Həmin hökmlə yalnız digər zərərçəkmiş şəxs – mülki iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülki iddiası təmin edilmiş və mülki Cavabdeh 274.894,22 (iki yüz yetmiş dörd min səkkiz yüz doxsan dörd manat iyirmi iki qəpik) manat məbləğində pul tutularaq mülki iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi hökm edilmişdir. Yəni, hökmə də nəzər saldıqda müəyyən edilir ki, İmişli Rayon İcra Hakimiyyəti məlum cinayət işinə baxarkən iş üzrə Cavabdeh qarşı hər hansı mülki iddia irəli sürməmişdir. Buna görə də iddiaçı Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia ərizəsi vermədiyi üçün hazırda mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə və dəymiş maddi ziyanı tələb etməkdə haqlıdır. Buna görə də Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh üzərlərinə həbs qoyulmuş və müsadirə edilən əmlakları hesabına İmişli Rayon İcra Hakimiyyətinə vurulmuş 974.193 (doqquz yüz yetmiş dörd min yüz doxsan üç) manat məbləğində maddi ziyan İmişli Rayon İcra Hakimiyyətinin yarımçıq qalmış inzibati binasının tikintisini başa çatdırmaq üçün İmişli Rayon İcra Hakimiyyətinin hesabına ödənilməsi barədə iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1, 385.2, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Q ə t e t d i: Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(036)-1831/2024 saylı qətnaməsi Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə cavabdehə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-323/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-323/2025
23.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver