Məhkəmə qərarları › İş №2(106)-325/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-325/2025

04.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-325/2025 04.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Kərimov Tale Suliddin oğlundan ibarət məhkəmə tərkibində, Əsədzadə Əsəd Saməddin oğlunun katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh və onun nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə pulun tutulması tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(032)-520/2024 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxıb MÜƏYYƏNETDİ: Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(032)-520/2024 saylı qətnaməsi ilə (hakim Ceyhun Mustafayev) İddiaçı ASC-nin Cavabdeh qarşı xx.xx.2015-ci il tarixli RP/47094/53/26 nömrəli kredit sazişi müqaviləsi üzrə İddiaçı ASC-nin xeyrinə 1399.05 ABŞ dolları məbləğində əsas borcun, 2181.73 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 3580.78 ABŞ dolları məbləğində pulun Cavabdeh tutulması tələbinə dair iddiasının təmin edilməməsini, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsini qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı ASC apellyasiya şikayəti vermişdir. Mülki iş materialları 16 dekabr 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuş və xx.xx.2024-cü il tarixli 2(106)-2079/2024 saylı qərardadla mülki iş üzrə məhkəmə iclası şifahi icraat qaydasında xx.xx.2024-cü il tarixə təyin edilmişdir. İşin apellyasiya məhkəmə baxışı zamanı Şirvan Apellyasiya Məhkəməsinə xx.xx.2025-ci il tarixdə Şirvan Şəhər Məhkəməsindən məktub daxil olmuş və məktubda Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(032)-520/2024 saylı qətnaməsindən iddiaçı tərəfindən apellyasiya şikayəti verilməsi və həmin şikayət üzrə müvafiq prosessual hərəkətlərin aparılması üçün mülki işin geri qaytarılması xahiş edilmişdir. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə məhkəmədə izahat verərək Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(032)-520/2024 saylı qətnaməsindən iddiaçı tərəfindən apellyasiya şikayəti üzrə müvafiq prosessual hərəkətlərin aparılması üçün mülki işin geri qaytarılması məsələsinin həllini məhkəmənin mülahizəsinə həvalə etmişdir. Cavabdeh və onun nümayəndəsi Vəkil izahatlarında Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(032)-520/2024 saylı qətnaməsindən iddiaçı tərəfindən apellyasiya şikayəti üzrə müvafiq prosessual hərəkətlərin aparılması üçün mülki işin geri qaytarılması məsələsinin həllini məhkəmənin mülahizəsinə həvalə etmişlər. Kollegiya hesab edir ki, hazırkı halda mülki işin birinci instansiya məhkəməsinə göndərilməsi ilə bağlı həmin məhkəmə tərəfindən müvafiq müraciət olduğundan, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hazırkı - 2(106)-2079/2024 saylı mülki iş üzrə Apellyasiyanın mümkün hesab edilməsi barədə xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilməli, mülki iş apellyasiya baxışından çıxarılaraq Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(032)-520/2024 saylı qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə müvafiq prosessual hərəkətlərin aparılması üçün Şirvan Şəhər Məhkəməsinə qaytarılmalıdır. MPM-in 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. MPM-in 400-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyrimümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 263, 264, 384, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hazırkı - 2(106)-2079/2024 saylı mülki iş üzrə Apellyasiyanın mümkün hesab edilməsi barədə xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilsin, mülki iş apellyasiya baxışından çıxarılsın və Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(032)-520/2024 saylı qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə müvafiq prosessual hərəkətlərin aparılması üçün Şirvan Şəhər Məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar