Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-332/2025 03.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı, Cavabdeh Sərhəd oğlunun nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh Sərhəd oğluna qarşı cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılması, zəbt edilmiş torpağın azad olunması və qanunsuz hərəkətlərinə son qoyulması tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 2(049)-1136/2024 saylı, 23 oktyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh Sərhəd oğlunun nümayəndəsi-vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə 03 fevral 2025-ci il tarixdə baxaraq aşağıdakı qətnaməni qəbul etdi; İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı məxsus xx.xx.2022-ci il tarixli Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən verilmiş ********** saylı çıxarış sənətinə əsasən ailəsin mülkiyyətində olan Lənkəran rayonu, Girdəni kəndində yerləşən (0,40 ha) torpaq sahəsinin 3/2 hissəsində Cavabdeh tərəfindən qanunsuz tikilmiş (iki ədəd) evlərin cavabdehin hesabına sökülməsini, törədilən maneələrin aradan qaldırılması və torpağın qanunsuz zəbtindən azad olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandılmışdır ki, iddiaçı hazırda ailə üzvləri ilə birlikdə Lənkəran rayonu Girdəni kəndində qeydiyyatda olsa da, işi ilə əlaqədar Hacqabul rayonunda yerləşən Daxili Qoşunlarının yataxanasında yaşayır. Lənkəran Rayon Aqrar İslahat Komissiyasının qərarı ilə mülkiyyətinə torpaq sahəsi verilmişdir. Sözügedən torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Həmin torpağın sahəsi 0.40 ha təşkil edir. Demək olar ki, uzun müddətdir ki, cavabdeh ailə üzvlərinə məxsus torpaq sahəsini 3\2 hissəni qanunusuz zəbt etmişdir. Bundan sonra sözü gedən torpaq sahəsinə DƏDRX-nin Lənkəran şəhər Ərazi İdarəsinin əməkdaşları mülkiyyət hüquqlarının qeydiyyatı barədə texniki pasportun tərtib etmiş və müvafiq çıxarışın verilməsi məqsədi ilə faktiki yerində müayinə aparmaqla koordinat nöqtələri cavabdeh iddiaçıya məxsus torpaq sahəsini ayırılmağına imkan vermir. Cavabdehin torpağa dair mülkiyyət hüququ olmadan, ona maneələr yaradır. Dəfəflərlə dəqiqləşdirmiş, mövcud vəziyyətə uyğun həmin torpağın texniki pasportu tərtib etdikdən sonra xx.xx.2022-ci il tarixli çıxarış verilmişdir. İş üzrə Cavabdeh tərəfindən iddiaçının ailə üzvlərinə məxsus torpaq sahəsində iki ədəd qanunsuz tikili tikmişdir. Bu barədə Girdəni Bələdiyyəsinə və nümayəndəsinə müraciət etmişdir. Lakin torpağıma daxil olmağına imkan verməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə məhkəməyə rəy təqdim edilməsindən ötrü müayinənin (çöl ölçmə işlər) aparılmasına görə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr əməkdalarını Lənkəran rayonu Girdəni kəndində ailəsinə məxsus torpaq sahəsinə yerində baxış keçirilməsini baxış nəticəsində rəy verilməsinə köməklik edilməsini xahiş etmişdir. 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubla cavab olaraq göstərmişdi ki, yaranmış mübahisə ilə əlaqədar məhkəmədən müvafiq sorğu, bildirş və sərancam daxil olduğu təqdirdə, əsaslığı və qanuniliyi baxımında tərəfimizdən münasibət bildiriləcəkdir. Məhz bu səbəbdən cavabdehin qanunsuz və özbaşnalıq hərəkətlərindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı daha sonra Azərbaycan Respublikasının MülkiProsessual Məcəlləsinin (bundan sonra MPM) 53-cü maddəsinə əsasən məhkəməyə müraciət edərək iddia tələbinə dəqiqləşmə verərək ********** saylı çıxarışa sənətinə əsasən ailəsinin mülkiyyətində olan Lənkəran rayon Girdəni kəndində yerləşən (0,40 ha) torpaq sahəsinin mütəxəsisin rəyinin kordinantlarına uyğun 0.17 ha torpaq sahəsində tikilmiş (iki ədəd) evlərini Cavabdeh hesabına sökülməsi, törədilən manelərin aradan qaldırılması və torpağın qanunsuz zəbtindən azad olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında iddia ərizəsində göstərdiklərini təsdiq edib göstərdi ki, cavabdehə dəfələrlə bu barədə məlumat vermiş, habelə iş məhkəmə baxışında olan zaman mütəxəssis həmin əraziyə baxış keçirərkən yenə də razılığa gəlməyi təklif etsə də, cavabdeh ona get hara şikayət edirsən et demişdir. Hazırda o, özünə məxsus mülkiyyətindən istifadə edə bilmir. Göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil1 iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi Cavabdeh Sərhəd oğluna 08 oktyabr 2024-cü il tarixdə poçt vasitəsi ilə çatdırılsa da, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehi məhkəmə iclası barədə məlumatlandırılmış hesab edərək işə cavabdehin iştirakı olmadan baxmağı mümkün saymışdır İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Lənkəran Rayon Məhkəməsinin 2(049)-1136/2024 saylı, 23 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (Hakim: Murad Aslanov) İddiaçı iddiasının təmin edilməsi, xx.xx.2022-ci il tarixli Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən verilmiş ********** saylı çıxarış sənədinə əsasən İddiaçı birgə mülkiyyətində olan Lənkəran rayonu, Girdəni kəndində yerləşən (0,40 ha) torpaq sahəsinin 0.17 ha hissəsində Cavabdeh tərəfindən qanunsuz tikilmiş 2 (iki) ədəd evin cavabdehin hesabına sökülməsi və Cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılması, xx.xx.2022-ci il tarixli Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən verilmiş ********** saylı çıxarış sənədinə əsasən İddiaçı birgə mülkiyyətində olan Lənkəran rayonu, Girdəni kəndində yerləşən (0,40 ha) torpaq sahəsinin 0.17 ha hissəsinin Cavabdeh zəbtindən azad edilməsi, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun və mütəxəssis rəyi üçün ödənilmiş 95 manatın Cavabdeh Sərhəd oğlundan alınaraq İddiaçı verilməsi, iş üzrə məhkəmə tikinti-texniki ekspertizsının keçirilməsinə sərf edilmiş 50 manat məbləğində pulun Cavabdeh Sərhəd oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh Sərhəd oğlunun nümayəndəsi-vəkili Vəkil2 apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Ekspert rəyi verilərkən ilkin torpaq ayırma sənədləri araşdırılmamışdır. Belə ki, iddiaçı və ailə üzvlərinə məxsus 0,40 ha torpaq sahəsi həmişə eləcə də indi onların istifadəsindədir. Sadəcə yuxarıda qeyd etdiyim kimi yeni elektron xəritələr hazırlanarkən koordinatlar səhvən cavabdehin və onun üzvlərinin mülkiyyətində olan torpaq sahəsinin koordinatları üzərinə vurulmuşdur. Cavabdeh 2016-cı ildən qeyd edilən torpaq sahəsinə mülkiyyət hüququnu dövlət qeydiyyatına aldırmış və həmin vaxtdan torpaq sahəsini hasarlamışdır. Bu illər ərzində iddiaçı heç vaxt ona iddiaçının torpağından istifadə etməklə bağlı bir söz deməmişdir. 2022-ci ildən sonra DƏDRXdə yeni elektron xəritələr hazırlanarkən cavabdehə məxsus torpaq sahəsinin koordinatları iddiaçılara məxsus torpaq sahələrinin üzərinə işlənmişdir. Bununla bağlı cavabdeh tərəfindən Şirvan İnzibati Məhkəməsində müvafiq iddia qaldırılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh Mirzəyev X4 Rayon Məhkəməsinin 2(049)-1136/2024 saylı, 23 oktyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə şifahi etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini Lənkəran Rayon Məhkəməsinin 2(049)-1136/2024 saylı, 23 oktyabr 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Cavabdeh Sərhəd oğlunun nümayəndəsi-vəkili Vəkil2 apelyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, şikayətin təmin edilməsini, Lənkəran Rayon Məhkəməsinin 2(049)-1136/2024 saylı, 23 oktyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh Sərhəd oğluna məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, bu barədə hər hansı məlumat verməmişdir. Odur ki, məhkəmə kollegiyası məhkəmə icraatının tezliyini təmin etmək məqsədilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin iştirakı olmadan apelyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası Cavabdeh Sərhəd oğlunun apellyasiya şikayətinin dəlilləri həddində Lənkəran Rayon Məhkəməsinin 2(049)-1136/2024 saylı, 23 oktyabr 2024-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının; 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 140-cı maddəsinə əsasən Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 48.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir. 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. 238.3-cü maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3-cü maddəsinə əsasən isə özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin; 5.2-ci maddəsində göstərilir ki, mülkiyyət hüququnun subyektləri dövlət mülkiyyətində olan torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində-bələdiyyələr, xüsusi mülkiyyətdə torpaq sahələri üzərində Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. 49-cu maddəsinə əsasən, hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ - torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr əsasında yaranır. 111-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-1136/2024 saylı, 23 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, Apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq ********** saylı xx.xx.2022-ci il tarixli Çıxarışdan görünür ki, Lənkəran rayonu, Girdəni kəndində yerləşən 0,40 ha torpaq sahəsi 3/6 hissədə İddiaçı, 16 hissədə X1, 1/6 hissədə X3, 1/6 hissədə X2 mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş 31208 nömrəli qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət üçün 100 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş 072 nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən mütəxəssis rəyi üçün smetada nəzərdə tutulmuş 95 manat ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş 06 avqust 2024-cü il tarixli, 3-16-16/2-10/5842 nömrəli məhkəmə tiktinti-texniki ekspertiza rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********78 saylı mütəxəssis rəyinə əsasən, Araşdırma zamanı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********77 reyestr nömrəli Çıxarışla (ilkin hüquqmüəyyənedici sənəd JN-634 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında) İddiaçı və qeyrilərinin mülkiyyətlərində olan Lənkəran rayonu, Girdəni kəndi ərazisində yerləşən 0,40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Torpaqların elektron kadastr uçotu informasiya sistemindəki koordinatları ilə iddiaçının naturada göstərdiyi torpaq sahəsinin koordinatlarının üst-üstə düşməsi və konfiqurasiya fərqinin olmaması müəyyən olunmuşdur. Lakin sözügedən torpaq sahəsinin yerləşmə yerinin koordinatları əks olunan "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin naturaya uyğun gəlməyən DWG faylına əsasən tərtib olunması və bunun da faktiki vəziyyətdə iddiaçının naturada göstərdiyi torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməməsi müəyyən olunmuşdur. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3- 21-3-43/2-1747/2024 saylı mütəxəssis rəyinə əsasən, Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********77 reyestr nömrəli Çıxarışla (ilkin hüquqmüəyyənedici sənəd JN634 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında) İddiaçı və qeyrilərinin mülkiyyətlərində olan Lənkəran rayonu, Girdəni kəndi ərazisində yerləşən 0,40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş-gəliş yolunun mövcud olmaması müəyyən olunmuşdur. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-1747/2024 saylı mütəxəssis rəyinə əsasən, Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********77 reyestr nömrəli Çıxarışla (ilkin hüquqmüəyyənedici sənəd JN-634 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında) İddiaçı və qeyrilərinin mülkiyyətlərində olan Lənkəran rayonu, Girdəni kəndi ərazisində yerləşən 0,40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,17 ha hissəsinin Cavabdeh tərəfindən istifadə edilməsi müəyyən olunmuşdur. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2- 1747/2024 saylı mütəxəssis rəyinə əsasən, -Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli **********6 qeydiyyat nömrəli və **********77 reyestr nömrəli Çıxrışla (ilkin hüquqmüəyyənedici sənəd JN634 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında İddiaçı və qeyrilərinin mülkiyyətlərində olan Lənkəran rayonu,Girdəni kəndi ərazisində yerləşən 0,40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edilən 0,17 ha hissəsinin üzərində 2 (iki)ədəd fərdi yaşayış evinin və birbirinin bitişik 2 (iki) ədəd köməkçi tikilinin mövcud olması müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Birinci instansiya məhkəməsi icraatı zamanı müəyyən edilmişdir ki, Lənkəran Rayon Aqrar İslahat Komissiyasının qərarı ilə (********** saylı xx.xx.2022-ci il tarixli Çıxarışa əsasən) Lənkəran rayonu, Girdəni kəndində yerləşən 0,40 ha torpaq sahəsi 3/6 hissədə İddiaçı, 16 hissədə X1, 1/6 hissədə X3, 1/6 hissədə X2 mülkiyyətinə verilmişdir. Sözügedən torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Həmin torpağın sahəsi 0.40 ha təşkil edir. Demək olar ki, uzun müddətdir ki, cavabdeh ailə üzvlərinə məxsus torpaq sahəsinin 0.17 ha hissəni qanunusuz zəbt edərək həmin sahədə ev tikmişdir. Dəfələrlə cavabdehlə razılaşmağa çalışsa da cavabdeh onunla razılaşmamışdır. Cavabdeh torpağa dair mülkiyyət hüququ olmadan, ona maneələr yaradır. İş üzrə Cavabdeh tərəfindən iddiaçının ailə üzvlərinə məxsus torpaq sahəsində iki ədəd qanunsuz tikili tikmişdir. Bu barədə Girdəni Bələdiyyəsinə və nümayəndəsinə müraciət etmişdir. Lakin iddiaçının torpağa daxil olmağına imkan verilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə məhkəməyə rəy təqdim edilməsindən ötrü müayinənin (çöl ölçmə işlər) aparılmasına görə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr əməkdalarını Lənkəran rayonu Girdəni kəndində ailəsinə məxsus torpaq sahəsinə yerində baxış keçirilməsini baxış nəticəsində rəy verilməsinə köməklik edilməsini xahiş etmişdir. 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubla cavab olaraq göstərmişdi ki, yaranmış mübahisə ilə əlaqədar məhkəmədən müvafiq sorğu, bildirş və sərancam daxil olduğu təqdirdə, əsaslığı və qanuniliyi baxımında tərəfimizdən münasibət bildiriləcəkdir. Məhz bu səbəbdən cavabdehin qanunsuz və özbaşnalıq hərəkətlərindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə İddiaçı Cavabdeh Sərhəd oğluna qarşı iddia irəli sürərək, cavabdehin iddiaçının və onun ailə üzvlərinə məxsus torpaq sahəsində tikdiyi qanunsuz tikililərin sökülməsini, torpaq sahəsindən çıxarılmasını tələb edir. İddia tələbinin hüquqi əsasını Mülki məcəllənin 152.1,152.5 və 157.2-ci maddələri və Torpaq məcəlləsinin 84, 111-ci maddələri təşkil edir. İddia tələbi iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsində inşa edilmiş tikilinin sökülməsi barədədir. Bu iddia mülkiyyətin müdafiəsinə yönəlmişdir və bu tələblərə baxılarkən əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, daha sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı araşdırılmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Baxılan işdə də birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, mübahisəli torpaq sahəsi iddiaçının mülkiyyətinə torpaq islahatı aparılanda AİK-nin qərarı əsasında verilmişdir. Mülki Məcəllənin 14.2.2-ci maddəsində dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi müəyyən edilmişdir. Göründüyü kimi iddiaçının mülkiyyətinə torpaq sahəsinin verilməsi barədə qərar, torpaq sahəsi üzərində hüququn yaranması üçün Mülki Məcəllənin 14.2.2-ci maddəsində nəzərdə tutulan hüquqi əsasdır. İddiaçının subyektiv hüququ təsdiq olunduğuna görə sonrakı dəyərləndirmə iddiaçının torpaq sahəsində və ya onun bir hissəsində cavabdeh tərəfindən tikili inşa edilib edilməməsinin müəyyən edilməsindən ibarətdir. İşə baxmış birinci instansiya məhkəməsi bu halın müəyyən olunması üçün ekspertiza aparmaq yolu ilə müəyyən etmişdir ki, Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********77 reyestr nömrəli Çıxarışla (ilkin hüquqmüəyyənedici sənəd JN-634 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında) İddiaçı və qeyrilərinin mülkiyyətlərində olan Lənkəran rayonu, Girdəni kəndi ərazisində yerləşən 0,40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,17 ha hissəsinin Cavabdeh tərəfindən istifadə edilməsi müəyyən olunmuşdur. İddiaçı və qeyrilərinin mülkiyyətlərində olan Lənkəran rayonu,Girdəni kəndi ərazisində yerləşən 0,40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edilən 0,17 ha hissəsinin üzərində 2 (iki)ədəd fərdi yaşayış evinin və bir-birinin bitişik 2 (iki) ədəd köməkçi tikilinin mövcud olması müəyyən edilmişdir. Bu halda iddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsində təsbit edilmiş mülkiyyətində olan əmlaka başqa şəxslərin sahibliyinə yol verməmək, Mülki Məcəllənin 157.2-ci maddəsində müəyyən edilmiş özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək, habelə 180-ci maddəsində nəzərdə tutulmuş özbaşına inşa edilmiş tilinin sökülməsi üçün müraciət etmə hüquqlarından çıxış etməklə cavabdehin onun torpaq sahəsində inşa etdiyi tikilinin sökülməsini tələb etmək hüququ üçün əsaslar da yaranmışdır. Mülki Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmçinin Mülki Məcəllənin 152.6-cı maddəsində deyilir ki, hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 111-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Cavabdeh apellyasiya şikayətinin dəlillərində qeyd edir ki, 2022-ci ildən sonra DƏDRXdə yeni elektron xəritələr hazırlanarkən cavabdehə məxsus torpaq sahəsinin koordinatları iddiaçılara məxsus torpaq sahələrinin üzərinə işlənmişdir. Bununla bağlı cavabdeh tərəfindən Şirvan İnzibati Məhkəməsində müvafiq iddia qaldırılmışdır. Məhkəmə kollegiyası bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, apelyasiya şikayətinin dəlillərində cavabdeh tərəfindən Şirvan İnzibati Məhkəməsində yuxarıda qeyd edilən halla bağlı iddia qaldırılmasını təsdiq edən sübutlar əlavə edilməmişdir. Apellyasiya icraatı zamanı da cavabdeh tərəf bununla bağlı sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Kollegiya qeyd edir ki, cavabdeh tərəf əgər torpaq sahəsinin koordinatlarının düzgün müəyyən edilməməsi məsələsini mübahisələndirirsə, istər birinci instansiya məhkəməsində istərsə də apelyasiya icraatı zamanı həmin məsələ ilə bağlı məhkəmə qarşısında iddia qaldırmaq üçün kifayət qədər vaxt və imkana malik olmuşdur. Lakin cavabdehin bu hüquqdan istifadə etməməsi, apelyasiya şikayətində dəlil kimi qeyd etməsi, həmin dəlilin formal mülahizədən ibarət olduğunu təsdiq edir. Bundan əlavə kollegiya qeyd edir ki, ********** saylı xx.xx.2022-ci il tarixli Çıxarışdan görünür ki, Lənkəran rayonu, Girdəni kəndində yerləşən 0,40 ha torpaq sahəsi 3/6 hissədə İddiaçı, 16 hissədə X1, 1/6 hissədə X3, 1/6 hissədə X2 mülkiyyətindədir. Göründüyü kimi iddiaçının mübahisələndirdiyi torpaq sahəsi onun və ailə üzvlərinin birgə mülkiyyətindədir. Mülki Məcəllənin 213.6-cı maddəsinin tələbi baxımından ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ona görə də kolelgiya hesab edir ki, ümumi mülkiyyətdə olan torpaq sahəsi üzrə iddiaçının digər mülkiyyətçilərin adından iddia qaldırması hüquqa uyğundur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “cavabdeh tərəfindən iddiaçının torpaq sahəsindən qanunsuz istifadə etməklə orada iki ədəd tikili inşa etməsi məhkəmədə tam sübuta yetirildiyindən iddia təmin edilməlidir” qənaətinə gəlməsini qanuni və əsaslı hesab edir. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvəfiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Lənkəran Rayon Məhkəməsinin 2(049)-1136/2024 saylı, 23 oktyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh Sərhəd oğlunun nümayəndəsi-vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 2(049)-1136/2024 saylı, 23 oktyabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-332/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-332/2025
03.02.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver