Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-335/2023 03.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Neftçala Rayon Məhkəməsinin 2(053)-977/2022 saylı, 10 noyabr 2022-ci il tarixli qərardadından Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Neftçala RİH Mənzil-Kommunal X1rşı (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsi maraqlı şəxs kimi cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1, 9 saylı mənzilin iddiaçının adına mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Neftçala Rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli, 2(053)-977/2022 saylı qətnaməsi ilə iddia təmin edilmiş, ünvan 1 ünvanında yerləşən 9 saylı mənzilə İddiaçı mülkiyyət hüququ tanınmış və mənzil İddiaçı adına qeydiyyata alınmaqla ona dövlət reyestrindən Çıxarışın verilməsi qət edilmişdir. Neftçala Rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli, 2(053)-977/2022 saylı qətnaməsindən narazı qalan maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsi apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Neftçala Rayon Məhkəməsinin 2(053)-977/2022 saylı, 10 noyabr 2022-ci il tarixli qərardadı ilə (sədrlik edən hakim Əli Tağıyev) İddiaçı cavabdeh Neftçala Mənzil- Kommunal X2rşı “mənzilin sənədləşdirilməsi” tələbinə dair iddiası üzrə Neftçala Rayon Məhkəməsinin qəbul etdiyi 07 oktyabr 2022-ci il tarixli, 2(053)-977/2022 saylı qətnamədən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, apellyasiya şikayəti sözügedən qətnamədən apellyasiya şikayəti vermək hüququ olmayan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmişdir. Qərardaddan narazı qalan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsi şikayət vermiş, şikayətində Neftçala Rayon Məhkəməsinin 2(053)-977/2022 saylı, 10 noyabr 2022-ci il tarixli qərardadının ləğv edilməsini və apellyasiya şikayətinin aidiyyəti üzrə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Neftçala Rayon Məhkəməsi mübahisəli mənzilə mülkiyyət hüququ tanımaqla iddiaçının adına qeydiyyata alınaraq ona Dövlət reyestrindən çıxarış verilməsi öhdəliyini 13 saylı Ərazi İdarəsinin üzərinə qoymuşdur. Buna əsasən Ərazi İdarəsi qeyd edilən qətnamədən apellyasiya şikayəti vermişdir. Məhkəmə isə apellyasiya şikayəti vermə hüququnun olmadığını əsas gətirərək apellyasiya şikayətinin geri qaytarılması barədə qərardad qəbul etməklə Mülki Prosessual Məcəllənin 15.4-cü maddəsinin tələblərini pozmuşdur. Eyni zamanda, məhkəmə Ərazi İdarəsinin üzərinə öhdəlik qoymaqla İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinin tələblərini nəzərə almamışdır. Neftçala Rayon Məhkəməsinin 2(053)-977/2022 saylı, 15 dekabr 2022-ci il tarixli qərardadı ilə (sədrlik edən hakim Ceyhun Qədimov) şikayət rədd edilmiş, Neftçala Rayon Məhkəməsinin hazırkı iş üzrə 10 noyabr 2022-ci il tarixli qərardadı qüvvəsində saxlanılmış, hazırkı qərardadın surətinin 2(053)-977/2022 nömrəli mülki işlə birlikdə 7 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Neftçala Rayon Məhkəməsinin 2(053)- 977/2022 saylı, 10 noyabr 2022-ci il və 15 dekabr 2022-ci il tarixli qərardadları ləğv edilməli və Neftçala Rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli, 2(053)-977/2022 saylı qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə sonrakı prosessual hərəkətlər yerinə yetirilməlidir. Bununla bağlı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır: İş materiallarından görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsini maraqlı tərəf kimi göstərmiş, birinci instansiya məhkəməsi isə 13 saylı Şirvan Ərazi İdarəsini maraqlı şəxs kimi tanımış, bunu göndərilən məhkəmə bildirişlərində qeyd etmişdir. Bundan əlavə, birinci instansiya məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli, 2(053)- 977/2022 saylı məhkəmə baxışı iclasının protokolunda və həmin tarixli qətnamədə maraqlı şəxs olan 13 saylı Ərazi İdarəsinin nümayəndəsinin məhkəmə iclasına gəlmədiyini qeyd etmişdir. Qeyd edilənlərdən göründüyü kimi, birinci instansiya məhkəməsi apellyatoru maraqlı şəxs kimi tanımışdır. Neftçala Rayon Məhkəməsi 07 oktyabr 2022-ci il tarixli, 2(053)-977/2022 saylı qətnaməsində gəldiyi nəticə ilə dolayı yolla maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinin üzərinə vəzifə qoymuşdur. Mülki Prosessual Məcəllənin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Mülki Prosessual Məcəllənin 357.2-ci maddəsinə əsasən, həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermək hüququna hətta işdə işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malik olduğu halda, işdə iştiraka maraqlı şəxs qismində cəlb edilmiş və qətnamə ilə dolayı yolla üzərinə vəzifə qoyulmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinin apellyasiya şikayəti vermək hüququna malik olmaması ilə bağlı gəldiyi nəticə düzgün olmamışdır. Qeyd edilən maddələr baxımından Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinin də Neftçala Rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli, 2(053)-977/2022 saylı qətnaməsindən apellyasiya şikayəti vermək hüququ olmuşdur. Sadalananlara əsasən, məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətini MPM-in 363.1.1-ci maddəsinə istinad etməklə geri qaytarmaqda haqlı olmamışdır. Beləliklə, məhkəmə kollegiyası bildirir ki, şikayət təmin edilməli, Neftçala Rayon Məhkəməsinin 2(053)-977/2022 saylı, 10 noyabr 2022-ci il və 15 dekabr 2022-ci il tarixli qərardadları ləğv edilməli və Neftçala Rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli, 2(053)-977/2022 saylı qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə sonrakı prosessual hərəkətlər yerinə yetirilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 361, 363, 385.1, 397, 398.0.3 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş şikayət təmin edilsin. Neftçala Rayon Məhkəməsinin 2(053)-977/2022 saylı, 10 noyabr 2022-ci il tarixli və 15 dekabr 2022-ci il tarixli qərardadları ləğv edilsin. Neftçala Rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli, 2(053)-977/2022 saylı qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə sonrakı prosessual hərəkətlər yerinə yetirilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Samir Mayılov Hakimlər İlham Əsədov Tofiq Heydərov
Məhkəmə qərarları › İş №2(106)-335/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-335/2023
03.02.2023 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver