Məhkəmə qərarları › İş №2(106)-349/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-349/2023

11.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-349/2023 11.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Pərviz Tərlan oğlunun (sədrlik edən və məruzəçi) ilə, İmanov Cahid Fehruz oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət məhkəmə tərkibində, məhkəmə iclas katibi Məmmədov Samir Valeh oğlunun katibliyi, İddiaçı Üseyn oğlunun, Cavabdeh nümayəndəsi və vəkili Tapdıqov İlqar Məhərrəm oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli 2(036)-2396/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq MÜƏYYƏNETDİ: İmişli Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli 2(036)-2396/2022 saylı qətnaməsi ilə (hakim Ülvi Qənbərov) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilərək Cavabdeh 15000 manat məbləğdə pul vəsaitinin alınıb İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh tərəfindən İmişli Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli 2(036)- 2396/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. İŞİNHALLARİ: İddiaçı ərizəsində göstərmişdir ki, o, Kəlbəcər rayonunda olan məcburi köçkün kimi Tərtər rayonu Şıxarx kəndində məskunlaşmış və 2010-2021-ci illərdə Tərtər-Ağdərə yolu üstündə yerləşən kafedə işləmişdir. Cavabdeh həmin müddətdə Müdafiə Nazirliyinin Tərtər rayonu ərazisində yaradılmış hərbi hissəsində xidmət etmiş və onunla aralarında tanışlıq münasibətləri formalaşmışdır. Cavabdeh ailə vəziyyətində yaranan problemləri həll etməkdən ötrü 2020-ci ildə ondan 5000 manat və 2021-ci ildə 10000 manat məbləğdə borc pul almış və borcunu 2022-ci ilin mart ayınadək tam şəkildə qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh hər dəfə qeyd olunan məbləğləri alması barədə qəbz yazmış və imzalayaraq ona vermişdir. Lakin Cavabdeh oğlu üzərinə götürdüyü öhdəliyini icra etməyərək borcunu indiyədək qaytarmamışdır. Ona görə də, Cavabdeh 15000 manat məbləğdə əsas borc və 2000 manat məbləğdə əldən çıxmış fayda, cəmi 17000 manat məbləğdə pul vəsaitinin tutulub onun xeyrinə ödənilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, sübutları tam və obyektiv qiymətləndirməmiş və işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verərək düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, Cavabdeh 14 dekabr 2020-ci il tarixdə İddiaçı aylıq 15 faizlə 500 manat məbləğdə pul almış və bunun müqabilində 5000 manatlıq qəbzi imzalamışdır. Həmin vaxt o, "xxxx" ASC-yə məxsus əmək haqqı kartını iddiaçıya vermiş və iddiaçı 2021-ci ilin avqust ayına qədər onun əmək haqqısını almışdır. İddiaçı hər əmək haqqı köçəndə cavabdehə 300-400 manat məbləğində pul qaytarmışdır. Bundan başqa, Cavabdeh 02 mart 2021-ci il tarixdə İddiaçı aylıq 15 faizlə 3000 manat məbləğdə pul almış və bunun müqabilində 10000 manatlıq qəbzi imzalamışdır. Həmin vaxt da onun "xxxx" ASC-yə məxsus əmək haqqı kartı iddiaçıda olmuşdur. 2021-ci ilin avqust ayından əmək haqqı kartı "xxxx" ASC-yə məxsus kartla əvəz edilmişdir. Əmək haqqı kartı avqust ayında dəyişdirildikdən sonra həmin ilin noyabr ayına kimi o, əmək haqqısını tam özü almışdır. Lakin 2021-ci ilin noyabr ayından 2022-ci ilin iyun ayına kimi əmək haqqını "xxxx" ASC-yə məxsus kartdan İddiaçı tam olaraq çıxarmış və ona heç bir məbləğdə pul verməmişdir. Ümumilikdə, İddiaçı ona məxsus əmək haqqı kartlarından 1 il 6 ay müddətində 20000 manat məbləğdən çox miqdarda pul vəsaiti çıxarmışdır. Məhkəmə bu halları aydınlaşdırmayaraq, onun iştirakını təmin etməyərək əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi cavabdehin yazdığı əlyazma mətnləri ilə tərəflər arasında borc müqaviləsinin bağlandığı qənaətinə gələrək iddia tələbini əsassız təmin etmişdir. Halbuki, tərəflər arasında yazılı formada borc müqaviləsinin bağlanmasından söhbət gedə bilməz. Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, iddia edilən borc məbləği üç min manatdan çoxdur və buna görə də, tərəflər arasında yazılı formada borc müqaviləsi bağlanmalı idi, məhkəmə istinad olunan halları ümumiyyətlə araşdırmamışdır. Həmçinin məhkəmənin onun yazdığı əlyazma mətnlərini əsas götürərək tərəflər arasında borc müqaviləsinin bağlandığı qənaətinə gəlməsi və beləcə iddia tələbini təmin etməsi düzgün olmamışdır. Çünki həmin əlyazma mətnləri məcburiyyət qarşısında yalnız onun tərəfindən iddiaçının diqtəsi ilə tərtib olunub imzalanmışdır. Borc münasibəti isə adından da göründüyü kimi, müqavilə əsasında əmələ gəlir. Müqavilə isə elə bir əqddir ki, onun tərəfləri ikidən daha artıq olur. Yazılı əqd isə əqdin tərəflərinin imzaladıqları sənədin tərtibi yolu ilə bağlanmış sayılır. Bu mənada iş materiallarındakı əlyazma mətnlərini yazılı formada bağlanmış müqavilə hesab etmək mümkün deyildir. Cavabdeh nümayəndəsi və vəkili Tapdıqov İlqar Məhərrəm oğlu apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, İmişli Rayon Məhkəməsinin 28 sentyabr 2022ci il tarixli 2(036)-2396/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İddiaçı Üseyn oğlu izahatında apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirərək, apellyasiya şikayətinin təmin edilmədən, İmişli Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli 2(036)-2396/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçı izahatına əlavə olaraq göstərmişdir ki, onun tərəfindən "xxxx" ASC-yə məxsus Cavabdeh 4127-2081-2752-2505 saylı plastik kartından 17 mart 2021-ci il tarixdə 307 manat, 16 aprel 2021-ci il tarixdə 1678 manat, 19 may 2021-ci il tarixdə 690 manat, 16 iyul 2021-ci il tarixdə 1885 manat, ümumilikdə 4560 manat məbləğdə pul çıxarmışdır. Cavabdehin digər - "xxxx" ASC-yə məxsus Cavabdeh aid 416974******5244 nömrəli plastik kartdan yalnız bir dəfə - 19 may 2022-ci il tarixdə ATM vasitəsilə 1313 manat məbləğdə pul çıxarmış və həmin puldan 280 manat hissəsini özünə götürmüş, qalan hissəni isə Cavabdeh qaytarmışdır. Belə ki, "xxxx" ASC-nin 28 mart 2023-cü il tarixli Ödəniş kartı üzrə çıxarışdan və “CD” diskdə olan bank məlumatlarına dair fotolordan görünür ki, o, bankomatdan pul çıxarır və sayaraq Cavabdeh verir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, iş üzrə İmişli Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli 2(036)-2396/2022 saylı qətnaməsi borc məbləğinin tutulması hissədə dəyişdirilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdə olan 02 mart 2021-ci il tarixli yazılı formada tərtib edilmiş qəbzdən görünür ki, Cavabdeh İddiaçı Üseyn oğlundan 1 il müddətinə qaytarmaq şərtilə 10000 manat məbləğində borc qismində pul almışdır. İşdə olan 14 dekabr 2020-ci il tarixli qəbzin surətindən görünür ki, Cavabdeh İddiaçı Üseyn oğlundan 1 il müddətinə qaytarmaq şərtilə 5000 manat məbləğində borc qismində pul almışdır. İş materiallarında olan və apellyasiya icraatı zamanı əldə olunmuş "xxxx" ASC-nin 28 mart 2023-cü il tarixli Ödəniş kartı üzrə çıxarışdan və 1 ədəd “CD” diskdə olan bank məlumatlarından və fotolordan görünür ki, İddiaçı tərəfindən Cavabdeh məxsus 416974******5244 nömrəli plastik kartdan yalnız bir dəfə - 19 may 2022-ci il tarixdə ATM vasitəsilə 1313 manat məbləğdə pul çıxarılmışdır. İş materiallarında olan və apellyasiya icraatı zamanı əldə olunmuş "xxxx" ASC-yə məxsus Cavabdeh məxsus 4127-2081-2752-2505 saylı plastik kart üzrə 1 ədəd “CD” diskdə olan bank məlumatlarından və fotolordan görünür ki, İddiaçı tərəfindən həmin plastik kartdan 17 mart 2021-ci il tarixdə 307 manat, 16 aprel 2021-ci il tarixdə 1678 manat, 19 may 2021-ci il tarixdə 690 manat, 16 iyul 2021-ci il tarixdə 1885 manat, ümumilikdə 4560 manat məbləğdə pul çıxarılmışdır. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, hər bir iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi olaraq ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Hazırkı işdə tərəflər arasında borc müqaviləsindən irəli gələn hüquq münasibəti olmuş, İddiaçı Cavabdeh tərəfindən 14 dekabr 2020-ci il və 02 mart 2021-ci il tarixlərdə aldığı cəmi 15000 manat məbləğində pulu qaytarmadığı üçün ona qarşı borcun qaytarılması tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 739.1-ci maddəsinə əsasən iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 740.2-ci maddəsində qeyd edilir ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. MM-in 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. MM-in 529.3-cü maddəsinə görə əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. Tərəflər arasında borc münasibətinin olması, yəni cavabdehin iddiaçıdan qaytarmaq şərti ilə pul alması işin mübahisəsiz halıdır. Mübahisəli hal yalnız borc alınan məbləğ və həmin borca görə qaytarılan vəsaitdir. “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 13 iyul 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. İş materiallarından da göründüyü kimi, İddiaçı Cavabdeh vermiş olduğu 15000 manat məbləğdə borcun əvəzi olaraq Cavabdeh məxsus "xxxx" ASC-yə məxsus Cavabdeh aid 4127-2081-2752-2505 saylı plastik kartdan 17 mart 2021-ci il tarixdə 307 manat, 16 aprel 2021-ci il tarixdə 1678 manat, 19 may 2021-ci il tarixdə 690 manat, 16 iyul 2021-ci il tarixdə 1885 manat, ümumilikdə 4560 manat məbləğdə, habelə "xxxx" ASC-yə məxsus Cavabdeh aid 416974******5244 nömrəli plastik kartdan yalnız bir dəfə - 19 may 2022-ci il tarixdə ATM vasitəsilə 1313 manat məbləğdə pul vəsaiti çıxarmış və həmin məbləğin isə yalnız 280 manat hissəsini özünə götürdüyünü etiraf etmişdir. Belə ki, "xxxx" ASC-nin 28 mart 2023-cü il tarixli Ödəniş kartı üzrə çıxarışdan və “CD” diskdə olan bank məlumatlarına və fotolora əsasən İddiaçı bankomatdan pul çıxarıraq Cavabdeh verməsi müəyyən edilir. Beləliklə, iddiaçı hər iki plastik kartdan ümumilikdə 4840 manat məbləğdə pul vəsaiti çıxarmışdır ki, (4560+280=4840) cavabdehin borcu qismən ödənilmişdir. Bu da o, deməkdir ki, Cavabdeh İddiaçı qarşısında öz üzərinə götürdüyü öhdəliyi qismən icra etmişdir. Belə ki, iki yazılı müqavilə üzrə ümumilikdə 15000 manat borcdan 4840 manat hissəni qaytarmış, qalıq 10160 manat məbləğ isə ödənilməmiş qalmışdır. Bu faktı İddiaçı apellyasiya baxışı zamanı hər iki plastik kart üzrə bank məlumatlarının tədqiqi zamanı izahatı ilə də təsdiq etmişdir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). MPM-in 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə kollegiyası aparılmış məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi tərəflərin iştirakını təmin edərək çəkişmə əsasında hərtərəfli araşdırma apraraq işin faktiki hallarına düzgün qiymət verməmiş, nəticə etibarı ilə iş üzrə zəruri sübutların əldə edilməsini tərəflərə təklif etməmiş və yekun olaraq yanlış nəticəyə gəlmişdir. Beləliklə, kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlmir, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilməmişdir. Ona görə də, Cavabdeh qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, İmişli Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli 2(036)-2396/2022 saylı qətnaməsi 15000 manat pulun tutulması hissəsində dəyişdirilməlidir. MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14, 76, 78, 89, 217, 372, 376, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İmişli Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli 2(036)-2396/2022 saylı qətnaməsi Cavabdeh İddiaçı Üseyn oğlunun xeyrinə 15000 manat məbləğdə pul vəsaitinin tutulması hissəsində dəyişdirilsin və Cavabdeh 10160 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı Üseyn oğluna verilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar