Məhkəmə qərarları › İş №2(106)-351/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-351/2023

06.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-351/2023 06.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Ağcabədi Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 2(017)-938/2021 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağcabədi Rayon Məhkəməsinin 2(017)-938/2021 saylı, 09 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 118456,90 manat məbləğində əsas borc, 1000 manat məbləğində cərimə borcu olmaqla, cəmi 119456,90 manat məbləğində borcun və dövlət rüsumuna görə ödənilmiş 24 manat məbləğində pulun alınaraq İddiaçınə verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamə məhkəmənin 09 sentyabr 2021-ci il tarixli göndəriş məktubu ilə tərəflərə göndərilmişdir. Cavabdeh göndərilmiş qətnamə zərfi “Bu ünvanda yaşamır” qeydi ilə Ağcabədi Rayon Məhkəməsinə qayıtmışdır. Qətnamə əsasında 19 oktyabr 2021-ci il tarixində icra vərəqəsi verilmişdir. Ağcabədi rayon İcra və Probasiya şöbəsinin 29 oktyabr 2021-ci il tarixli qərarı ilə Ağcabədi Rayon Məhkəməsinin 2(017)-938/2021 saylı, 09 sentyabr 2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. 31 mart 2022-ci il tarixində Cavabdeh ərizə ilə Ağcabədi Rayon Məhkəməsinə müraciət edərək, hazırkı iş üzrə yekun məhkəmə qətnaməsinin təsdiq edilmiş surətinin ona təqdim edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun yalnız icra mərhələsində bu işlə bağlı məlumatı olmuşdur. Ağcabədi Rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli məktubu ilə Cavabdeh 31 mart 2022-ci il tarixli ərizəsinə əsasən Ağcabədi Rayon Məhkəməsinin 09 sentyabr 2021ci il tarixli, 2(017)-938/2021 saylı qətnaməsinin surəti təkrarən ona göndərilmişdir. Məktubun arxasına 19 aprel 2022-ci il tarixli reyestr əlavə edilmiş, lakin reyestr imzalanmamışdır. xx.xx.2022-ci il tarixində Cavabdeh yenidən Ağcabədi Rayon Məhkəməsinə müraciət edərək, iş üzrə yekun məhkəmə qətnaməsinin təsdiq edilmiş surətinin təqdim edilməsini xahiş etmişdir. Cavabdeh 28 noyabr 2022-ci il tarixində Ağcabədi Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli, 2(017)-938/2021 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Ağcabədi Rayon Məhkəməsinin 2(017)-938/2021 saylı, 30 noyabr 2022-ci il tarixli qərardadı ilə (sədrlik edən hakim Etibar Quliyev) Cavabdeh Ağcabədi Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli, 2(017)-938/2021 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, Ağcabədi Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli, 2(017)-938/2021 saylı qətnaməsinin surəti 31 mart 2022-ci il tarixində Cavabdeh məhkəməyə daxil olmuş ərizəsinə əsasən təkrarən ona göndərilmişdir. Cavabdeh apellyasiya şikayətini qanunla müəyyən edilmiş müddət keçdikdən (təxminən 1 il 2 ay) sonra verdiyindən apellyasiya şikayəti geri qaytarılmalıdır. Məhkəmə qeyd etmişdir ki, apellyasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin buraxılıb-buraxılmaması məsələsinin müzakirə olunması üçün məhkəmə qətnaməsinin göndərildiyi zərfin və ya onun surətinin apellyasiya şikayətinə əlavə olunması vacibdir. Qərardaddan narazı qalan cavabdeh 19 dekabr 2022-ci il tarixində şikayət vermiş, şikayətə prosessual müddətin bərpasına dair ərizə və apellyasiya şikayəti əlavə etmişdir. Ağcabədi Rayon Məhkəməsinin 2(017)-938/2021 saylı, 21 dekabr 2022-ci il tarixli qərardadı ilə Cavabdeh Ağcabədi Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 2(017)-938/2021 nömrəli qərardadından verdiyi şikayət və prosessual müddətin bərpa edilməsinə dair ərizə imzalanmadığına görə geri qaytarılmışdır. xx.xx.2022-ci il tarixində cavabdeh Sultanov X1 Rayon Məhkəməsinin 2(017)- 938/2021 saylı, 30 noyabr 2022-ci il tarixli qərardadından yenidən şikayət vermiş, şikayətində həmin qərardadın ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi ona rəsmi qaydada təqdim edilməmiş və buna əsasən də icra mərhələsində qeyd olunan qətnamənin mövcudluğundan məlumat əldə etmişdir. Bundan sonra isə o, qətnamənin rəsmi surətini məhkəmədən əlbəəl formada əldə etmişdir. Sonra isə apellyasiya şikayəti verilməsi üçün qanunvericiliklə müəyyənləşdirilmiş müddət ötürülmədən cavabdeh apellyasiya şikayəti vermişdir. Buna görə də o, apellyasiya şikayətinə hər hansı bir müddətin bərpasına dair ərizə əlavə etməmişdir. Qətnamənin cavabdehə rəsmi qaydada verilməsi tarixi məhz onun məhkəmədən əldə etdiyi tarixdir ki, onun qəbzi də iş materiallarında mövcuddur. Poçt qəbzi isə rəsmi qaydada cavabdehə qətnamə verilmədiyindən onda ümumiyyətlə mövcud deyil. Ağcabədi Rayon Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli, 2(017)-938/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin işlə birlikdə baxılması üçün 7 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Ağcabədi Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 2(017)-938/2021 saylı qərardadı ləğv edilməli və Ağcabədi Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin ötürülübötürülməməsi məsələsinə yenidən hüquqi qiymət verilməsi və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün mülki iş Ağcabədi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə kollegiyası bildirir ki, işə yenidən baxacaq olan birinci instansiya məhkəməsi Cavabdeh Ağcabədi Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli, 2(017)-938/2021 saylı qətnaməsinin rəsmi qaydada təqdim edildiyi tarixi müəyyənləşdirməlidir. Bu zaman nəzərə alınmalıdır ki, tərəflərin məhkəmə aktlarını aldığı tarixlərin sübuta yetirilməsi onların deyil, məhkəmənin üzərinə düşən bir vəzifədir. İş materiallarından görünür ki, Ağcabədi Rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli məktubu ilə Cavabdeh 31 mart 2022-ci il tarixli ərizəsinə əsasən Ağcabədi Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli, 2(017)-938/2021 saylı qətnaməsinin surəti təkrarən ona göndərilmişdir. Ağcabədi Rayon Məhkəməsi 30 noyabr 2022-ci il tarixli qərardadla apellyasiya şikayətini geri qaytararkən cavabdehə məhkəmə qətnaməsinin məhz 31 mart 2022-ci il tarixində göndərildiyinə istinad etsə də, qətnamənin surətinin cavabdehə çatdırılmasına dair iş materiallarına hər hansı sübut əlavə edilməmişdir. Odur ki, işə yenidən baxacaq olan birinci instansiya məhkəməsi bu məsələni araşdırmalı, bundan sonra cavabdeh tərəfindən Ağcabədi Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddəti ötürüb-ötürmədiyinə hüquqi qiymət verilməlidir. Odur ki, Ağcabədi Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 2(017)- 938/2021 saylı qərardadı ləğv edilməli, Ağcabədi Rayon Məhkəməsinin 09 sentyabr 2021ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin ötürülüb-ötürülməməsi məsələsinə yenidən hüquqi qiymət verilməsi və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün mülki iş Ağcabədi Rayon Məhkəməsinə göndərilməlidir. MPM-in 385.1.1.-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi əsasdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 385.1.1, 397, 398.0.2, 399 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Ağcabədi Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 2(017)-938/2021 saylı qərardadı ləğv edilsin. Ağcabədi Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin ötürülüb-ötürülməməsi məsələsinə yenidən hüquqi qiymət verilməsi və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün mülki iş Ağcabədi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Samir Mayılov Hakimlər İlham Əsədov Tofiq Heydərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar