Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-355/2025 30.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı əmlak və pul tələbinə dair İmişli Rayon Məhkəməsinin 17 oktyabr 2024cü il tarixli, 2(036)-1801/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İşin halları Tərəflər aralarında olan qarşılıqlı razılaşmaya əsasən, İddiaçı Cavabdeh ilə razılığa gələrək 2020-ci ildən etibarən Cavabdeh məxsus olan fermada cavabdehin qoyunlarını otarmağa başlamışdır. Onun əsas işi məhz cavabdehə məxsus olan qoyunları otarmaq və becərmək olmuşdur. O, xx.xx.2024-cü il tarixdən etibarən cavabdehə məxsus olan fermada çoban kimi fəaliyyətini dayandırmış və işdən ayrılmışdır. İşə birinci instansiya məhkəməsində baxılarkən dindirilmiş şahid X3 izahatında bildirdi ki, o, həmin fermada işləyir və heyvanlara baxır. Fermanın sahibi Cavabdeh Bakı şəhərində olduğu ərəfədə İddiaçı özünə məxsus heyvanları da götürüb getdi. Onlar tərəfindən İddiaçı təkidlə deyilsə də ki, fermanın sahibi gəlsin onunla razılaş sonra çıx get. İddiaçı heç bir məhəl qoymayaraq çıxıb getmişdir. Kimin heyvanları apardığını bilmir. Saymağı bilmədiyi üçün neçə heyvan apardığını bilmir. Özü heyvanları seçib yığmışdır. Fermanın sahibi gəlib heyvanları sayıb əskik olduğunu bildirəndən sonra məlumatı olmuşdur ki, heyvanlardan kəmdir. İşə birinci instansiya məhkəməsində baxılarkən dindirilmiş şahid X4 izahatında bildirdi ki, o, həmin fermada sağıcı işləyir. İddiaçı tanıyır onunla birlikdə işləmiş və onunla heç bir düşmənçiliyi və ədavatı yoxdur. Fermanın sahibi Cavabdeh Bakı şəhərindən gəlməyinə üç qalmışdır ki, Elman Həsənov heyvanlarını yığıb getdi. Elman Həsənov heyvanlara baxmırdı heyvanlar tələf olurdu. X10 bir baş iri buynuzlu və dörd baş xırda buynuzlu və iki quzusu olmuşdur. Onun yerinə başqa çoban gələcəyinə görə ona bildirilmişdir ki, heyvanlar qalsın özü getsin. Üç baş inək, iki keçi və üç qoyun özü ilə aparmışdır. Həmin fermada ölən heyvanın əvəzinə cavabdeh iddiaçı Elman Həsənova məxsus bir baş inəyi və bir baş qoyunu əvəz olaraq saxlanmışdır. Həmin heyvanları gəlib aparmamış və istəməmişdir. Həmin heyvanlar da tələf olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh olan dəyəri 1800 manat olan bir baş inəyin və dəyəri 350 manat olan bir baş qoyunun və ya onların dəyəri olaraq 2150 manat məbləğində pulun və zəhmət haqqı olan 350 manat pulun cəmi 2500 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, aralarında olan qarşılıqlı razılaşmaya əsasən Cavabdeh ilə razılığa gəlib 2020-ci ildən etibarən Cavabdeh məxsus olan fermada cavabdehin qoyunlarını otarmağa başlamışdır. Onun əsas işi məhz cavabdehə məxsus olan qoyunları otarmaq və becərmək olmuşdur. O, xx.xx.2024-cü il tarixdə cavabdehə məxsus olan fermadan çoban işləməkdən çıxmışdır. Lakin Cavabdeh ona bildirdi ki, onun yəni cavabdehin bir baş inəyini canavar yediyinə görə cavabdeh onun əmək haqqı olan 350 manat pulu, 1800 manat dəyərində bir baş iri buynuzlu inəyini və bir baş 350 manat dəyərində olan qoyununu onun canavar yemiş inəyinin əvəzi olaraq ona verməyəcəkdir. Halbuki, onun inəklərini saxlamaq, onlara nəzarət etmək onun işi deyildir. Cavabdehin inəyi saxlanc yerindən çıxıb qaçmış və gecə vaxtı həmin inəyi canavar yemişdir. O, yalnız Cavabdeh qoyunlarına baxırdı. İnəklərə baxmaq isə ona həvalə edilməmişdir, o, cavabdehin inəklərini saxlamağa, becərməyə, otarmağa və qorumağa borclu deyildir. Qeyd edir ki, cavabdehin ondan məcburi qaydada tutub aldığı bir baş inək fevral - mart aylarında balalamalı idi, bu günədək həmin inəyin artıq bir balası da var. Cavabdeh hərəkətləri qanunsuzdur. İmişli Rayon Məhkəməsinin (hakim Orxan Mahmud) 2(036)-1801/2024 saylı, 17 oktyabr 2024cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh bir baş iri buynuzlu inəyin dəyəri olan 1800 (bir min səkkiz yüz) manat və bir baş xırda buynuzlu qoyunun dəyəri olan 350 (üç yüz əlli) manat cəmi 2150 (iki min yüz əlli) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 41.5 manat (qırx bir manat əlli qəpik) məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091, 1092.1, 1092.2, 386, 157.2-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmış və hesab etmişdir ki, iddia tələbində qeyd olunmuş bir baş iri buynuzlu inəyin dəyəri olan 1800 (bir səkkiz yüz) manat və bir baş xırda buynuzlu qoyunun dəyəri olan 350 (üç yüz əlli) manat cəmi 2150 (iki min yüz əlli) məbləğində pul Cavabdeh alınaraq İddiaçı təhvil verilməlidir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində göstərmişdir ki, məhkəmə işi düzgün araşdırmamış qanunsuz qətnamə qəbul etmişdir. İddiaçı onun qohumudur. O, Bakı şəhərində yaşadığı üçün fermanın nəzarətini iddiaçıya tapşırmışdır. O, fermaya düzgün nəzarət etmədiyi və heyvanları nəzarətsiz buraxdığı üçün heyvanlar tələf olmuşdur. O, iddiaçının heyvanlarını saxlamamışdır, həmçinin qeyd edir ki, iddiaçı fermadan çıxıb gedərkən o, orada olmamış və o özü heyvanların hamısını yığıb aparmışdır. Qeyd edir ki, iddiaçının heyvanını saxlamamışdır. O, fermadan çıxıb gedərkən cavabdeh Bakı şəhərində olmuşdur. İddiaçı heyvanlarını apararkən ona heç kim mane olmamışdır. Ona görə də hesab edir ki, sözügedən qətnamə tam əsassızdır. Belə ki, məhkəmə prosesi zamanı şahid kimi dindirilmiş X5 və X3 da izahatlarında bildirmişlər ki, o, Bakı şəhərindən gəlməmişdən əvvəl iddiaçı öz heyvanlarını yığıb getmişdir. Belə olan halda necə olur ki, o, Bakı şəhərində olmasına baxmayaraq iddiaçının heyvanlarını saxlamışdır. Hazırkı halda məhkəmə bu halı araşdırmamışdır. Ona görədə hesab edir ki, işin halları yenidən araşdırılmalıdır. Məhkəmə tam hərtərəfli araşdırma aparmadan yalnız bir nəfər şahidin uydurma izahatını əsas tutaraq qeyri-qanuni qətnamə qəbul etmişdir. Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apelyasiya instansiyası məhkəməsində icraat Proses iştirakçılarının izahatı: Apellyasiya baxışında Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya baxışında İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuni və əsaslı olduğunu bildirərək, dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etsə də, iş üzrə iddia tələbinin təmin olunan hissəsini mübahisələndirdiyindən qətnamə həmin hissədə apellyasiya şikayətinin dəlilləri həddində yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas nolmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2.-ci maddəsinə Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1.-ci maddəsinə Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1.-ci maddəsinə bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Tərəflər arasında mübahisə predmeti- Cavabdeh olan dəyəri 1800 manat olan bir baş inək və dəyəri 350 manat olan bir baş qoyun və ya onların dəyəri olaraq 2150 manat məbləğində pul, zəhmət haqqı olan 350 manat pulun- cəmi 2500 manat pul məbləğidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə aşağıdakı kimi münasibət bildirir. Şikayətdə cavabdeh tərəf qeyd etmişdir ki, o, iddiaçının heyvanlarını saxlamamış, cavabdeh fermadan çıxıb edərkən cavabdeh Bakı şəhərində olmuşdur. İddiaçı bütün heyvanlarını aparmışdır. Ona görə də hesab edir ki, sözügedən qətnamə əsassızdır. Kollegiya qeyd edir ki, məhkəmə prosesində hər bir tərəf öz irəli sürdüyü tələbləri və etirazlarını əsaslandırmaq üçün müvafiq sübutlar təqdim etməlidir. Sübutetmə yükü iddiaçının və cavabdehin irəli sürdüyü faktların və hüquqi tələblərin əsaslandırılmasına xidmət edir. Hər bir tərəf öz mövqeyini təsdiq edən sübutları təqdim etməklə, iddia və ya etirazlarının hüquqi və faktiki əsaslarını sübut etməlidir. Lakin Cavabdeh apellyasiya şikayətində irəli sürdüyü dəlilləri əsaslandırmaq üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir. Buna görə də onun iddiaları yalnız subyektiv mülahizələrdən ibarət olmaqla, hüquqi və faktiki əsaslardan məhrumdur. Məhkəmə işə baxarkən yalnız tərəflər tərəfindən təqdim olunmuş və işin mahiyyətinə aidiyyəti olan sübutları nəzərə alır. Sübutların məhkəməyə təqdim edilməsi kifayət etmir; onlar eyni zamanda işin halları ilə əlaqəli olmalı və onların həqiqiliyinə, mötəbərliyinə şübhə yeri qalmamalıdır. Sübutlar qanuni qaydada əldə edilməli və prosessual normalara uyğun təqdim olunmalıdır. Qətnamənin çıxarılması zamanı məhkəmə iş üzrə toplanmış sübutları hərtərəfli, tam və obyektiv şəkildə qiymətləndirir. Hakim sübutların dəyərini müəyyən edərək, iş üçün əhəmiyyətli olan halların təsdiqlənib-təsdiqlənmədiyini araşdırır. Eyni zamanda, məhkəmə tərəflərin hüquqi münasibətini müəyyən edir və mübahisənin həlli üçün tətbiq edilməli olan qanun normalarını dəqiqləşdirir. Apellyasiya şikayətində cavabdeh qeyd etmişdir ki, məhkəmə prosesi zamanı şahid kimi dindirilmiş X5 və X3 da izahatlarında bildirdilər ki, o, Bakı şəhərindən gəlməmişdən əvvəl iddiaçı öz heyvanlarnı yığıb getmişdir. Belə olan halda necə olur ki, o, Bakı şəhərində ola-ola iddiaçının heyvanlarını necə saxlamışdır. Hazırkı halda məhkəmə bu halı araşdırmamışdır. Ona görə də hesab edir ki, işin halları yenidən araşdırılmalıdır. Məhkəmə tam hərtərəfli araşdırma aparmadan yalnız bir nəfər şahidin uydurma izahatını əsas tutaraq qeyri-qanuni qətnamə qəbul etmişdir. Əvvəla Kollegiya qeyd edir ki, məhkəmə haqlı olaraq X1 ifadəsini mötəbər sübut kimi qəbul etmişdir onun ifadəsini qiymətləndirərkən onun hadisəni necə, nə zaman və hansı şəraitdə müşahidə etdiyini nəzərə almış, ifadənin ardıcıllığını və məntiqi tutarlığını diqqətlə təhlil etmiş, məhkəməyə dəvəət olunmuş şahidin məhz cavabdeh tərəfindən dəvət olunmasını vurğulamışdır. Şahidin ifadəsində hüquqi əhəmiyyət daşıyan faktlarla üst-üstə düşməsi və mövcud sübutlarla uzlaşması ilə də təsdiq olunmuşdur. Həmçinin Məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilmiş şahid X5 ifadəsi iş üzrə mühüm sübutlardan biri kimi qiymətləndirilmiş və onun mötəbərliyinə heç bir əsaslı şübhə yaranmamışdır. X1 ifadəsində ziddiyyət və qeyri-müəyyənlik müşahidə olunmamış, ifadə işin halları ilə uyğunluq təşkil etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddianın hüquqi əsası kimi əsassız varlanma nəticəsində əldə edilənləri qaytarma vəzifəsi ilə əlaqədar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091 və 1092-ci maddələrinin nəzərdən keçirilməsi ilə bağlı gəldiyi qənaət düzgün olmuşdur. Belə ki, hüquqqoruyucu öhdəlik münasibətləri müqavilə əsasında əmələ gəlmir. Bu cür münasibətlər zərər vurmaqdan, ziyan yetirməkdən və ya əsassız varlanmadan əmələ gəlir. Həmin münasibətlər iki cür olur: delikt öhdəlik münasibətləri; əsassız varlanma ilə bağlı olan öhdəlik münasibətləri. Əsassız varlanma münasibətləri şəxsin hüquqi əsas olmadan, yəni qanunsuz əmlak əldə etməsidir. Qanunvericilik əsassız varlanmanın qarşısının alınması üçün həmin əmlakın və ya maddi dəyərinin geri qaytarılmasını tələb edir. Əsassız varlanma münasibətləri ədalət prinsipinə əsaslanaraq şəxslər arasında hüquqi balansın pozulmasının qarşısını almağa yönəlmişdir. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3cü bəndinə görə məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin həlli baxımından düzgün qənaətə gəlmişdir. Apellyasiya şikayətini təmin etmək üçün əsas yoxdur, odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirələn hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki halda mübahisələndirilən hissədə iddianın qiyməti Qanunla müəyyən edilmiş həddən az olduğu üçün qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qətetdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İmişli Rayon Məhkəməsinin 2(036)-1801/2024 saylı, 17 oktyabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-355/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-355/2025
30.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver