Məhkəmə qərarları › İş №2(106)-358/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-358/2024

14.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-358/2024 14.03.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Açar sözlər: icra qeydinin ləğv edilməsi, uydurma əqd X31 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə və üçüncü şəxs X10 iştirakları ilə, İddiaçı cavabdeh Xqarşı icra qeydinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, 2(073)-572/2023 saylı qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili X28 tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Xqarşı icra qeydinin ləğv edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cəlilabad rayon 1 saylı notariat Ofisinin xüsusi notariusu X14 tərəfindən verilmiş borcun ödənilməsi haqqında xx.xx.2023-cü il tarixli, 8İ-900 reyestr nömrəli icra qeydinin ləğv edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının tələbi onunla əsaslandırılmışdır ki, 16 sentyabr 2019-cu il tarixində onunla (İddiaçı ilə) X23 arasında bağlanmış kredit müqaviləsinə əsasən X23 ona (iddiaçıya) xx.xx.2021-ci il tarixədək qaytarmaq şərti ilə 40000 (qırx min) manat pul vermişdir. Kredit müqaviləsi bağlandıqdan sonra həmin pulu götürmüş və Elbəyi Bağırovun razılığı ilə yanında Elmidar Hətəmova vermişdir. Elmidar Hətəmov həmin vaxt onların yanında həmin pulu Elbəyi Bağırovdan borc aldığını, borcunu qaytaracağını, əldə etdiyi qazancdan aylıq 2000 manat Elbəyi Bağırova verəcəyini bildirmişdir. X32 aldığı pulu qaytarmadığından Elbəyi Bağırov pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Cəlilabad Rayon Məhkəməsinin qərardadı ilə X18 iş üzrə cavabdeh qismində cəlb olunmuşdur. Həmin məhkəmənin 18 mart 2021-ci il tarixli, 2(073)-222/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, X6 38000 (otuz səkkiz min) manat pulun alınıb iddiaçı X15 verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. xx.xx.2023-cü il tarixdə isə Cəlilabad rayon 1 saylı notariat ofisi tərəfindən həmin pulun ondan (iddiaçıdan) tutulması ilə əlaqədar icra qeydi verilmişdir. Bu barədə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən ona məlumat verilmişdir. Cəlilabad rayon 1 saylı notariat ofisinin xüsusi notariusu X14 tərəfindən təsdiq edilən icra qeydində onun (iddiaçının) borclu olduğu göstərilsə də, bununla bağlı məhkəmə qətnaməsi qəbul edilmiş və həmin icra qeydi əsassız olaraq verilmişdir. Həmin borc onun (iddiaçı) tərəfindən deyil, X18 tərəfindən ödənilməlidir. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində üçüncü şəxs X23 verdiyi izahatında göstərmişdir ki, onunla (X23 ilə) İddiaçı arasında bağlanmış kredit müqaviləsinə əsasən o iddiaçıya xx.xx.2021-ci il tarixədək qaytarmaq şərti ilə 40000 (qırx min) manat borc vermişdir. İddiaçı müəyyən edilmiş vaxtadək borcunu qaytarmadığına görə pul tələbinə dair iddia ərizəsi ilə Cəlilabad Rayon Məhkəməsinə müraciət etmişdir. Cəlilabad Rayon Məhkəməsinin qərardadı ilə X18 iş üzrə cavabdeh qismində cəlb edilmişdir. Həmin Məhkəmənin 18 mart 2021-ci il tarixli, 2(073)-222/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, X6 38000 (otuz səkkiz min) manat pulun alınıb ona (X15) verilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir. Hesab edir ki, kredit müqaviləsi üzrə borc İddiaçı tərəfindən ödənilməlidir. Buna görə də kredit müqaviləsinin əsasında icra qeydinin verilməsi üçün Cəlilabad rayon 1 saylı notariat ofisinə müraciət etmiş və həmin ofisin xüsusi notariusu tərəfindən xx.xx.2023-cü il tarixdə icra qeydi verilmişdir. Onunla (X23 ilə) İddiaçı arasında bağlanmış kredit müqaviləsi hazırda da qüvvədədir, həmin müqavilə etibarsız hesab edilməmiş, nə də ləğv edilməmişdir. İddianı əsassız hesab edir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində cavabdeh Cəlilabad rayon 1 saylı notariat ofisinin və üçüncü şəxs Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi iştirak etmədiyindən onlarin mövqeyi bəlli olmamışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı tərəf apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. “Notariat haqqında” Azərbaycan Respulikasl Qanunun 76-cı maddəsində göstərilir ki, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İddiaçı 16 sentyabr 2019-cu il tarixdə X7 xx.xx.2021-c iil tarixədək qaytarmaq şərti ilə 40000 manat pul almışdır. xx.xx.2023-cü il tarixdə X23 pulu almış və yazılı surətdə ərizə verərək, borcun X6 alınaraq tam şəkildə ödənildiyini bildirmişdir. Həmin borc üzrə iddiaçı əsas borclu deyil. Cəlilabad Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli qətnaməninə əsasən iddiaçı X10 iddiası əsasında iddia tələbi Cəlilabad rayonu, Alar kəndində yaşayan X11 qarşı yönəldilmiş və ondan 38 000 (otuz səkkiz min manat) pul və 30 manat dövlət rüsumu alınıb iddaçı X15 verilməsi qət edilmişdir. Hazırkı iş üzrə cavabdeh olan X18 məhkəmənin qətnaməsində göstəriən 38 min manat pulu ödəmədiyinə görə bir dəfə inzibati həbs cəzası almış, sonra isə materiallar Ədliyyə Nazirliyinin istintaq şöbəsinə göndərilərək onun barəsində CM-nin 306-cı maddəsi ilə cinayət işi başlanmışdır. Bütün bunlar icra şöbəsinin məmuru Elşən Əsədovun təqdimatı əsasında baş tutmuşdur. X3 məkəmənin hökmünə əsasən məhkum olunmuş və halhazırda məhkumluq həyatı daşıyır. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli X18 barəsində olan qətnamə ləğv edilməmiş və həmin qətnamədən nə apellyasiya şikayəti, nə də kasassiaya şikayəti olmamışdır. X4 xx.xx.2023-cü il tarixli ərizəsi ilə icra şöbəsinə müraciət edərək bildirmişdir ki, cavabdeh X18 38 min manat pul vəsaiti tam olaraq ona qaytarmışdır. Qanunun tələbinə görə borc mübahisəsiz olduqda icra qeydi verilə bilər. Hazırda borc ödənildiyindən eyni borc üzrə icra qeydinin verilməsi əsassızdır. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışında İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, vermiş olduqları apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə Əlavə olaraq göstərmişdir ki, xx.xx.2021-ci il tarixədə iddiaçı ilə E.Bağırov arasında bağlanmış kredit müqaviləsi üzrə mübahisə başqa bir məhkəmə prosesində, yəni Cəlilabad rayon məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(073)-222/2021 saylı qətnaməsi üzrə mübahisə predmeti olmuşdur. Belə ki, həmin qətnamədən müəyyən edilir ki, E.Bağırov ilk olaraq 40000 manat pul tələbi ilə İddiaçıa qarşı iddia qaldırmış, lakin məhkəmə prosesinin gedişində İddiaçı əsl olan cavabdeh X18 ilə əvəz edərək iddia tələbini E.Hətəmova qarşı müdafiə etmişdir. Məhkəmə araşdırama aparmış və Cəlilabad rayon məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(073)-222/2021 saylı qətnaməsi ilə xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş qalmış 38000 manat pul X6 Elbəyi Bağırovun xeyrinə tutulması qət edilmişdir. Qeyd etmək istəyir ki, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə mübahisə başqa bir məhkəmə prosesində mübahisələndirilmiş və həmin işin halları araşdırılaraq mübahisəyə mahiyyəti üzrə hüquqi qiymət verilmişdir. X18 həmin müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün əvvəlcə inzibati məsuliyyətə, sonra isə CM-nin 306-cı maddəsi üzrə cinayət məsuliyyətinə cəlb olunmuş və məhkum edilmişdir. Artıq qeyd edilən qətnamə icra edilmiş və kredit müqaviləsi üzrə pullar E.Bağırova ödənilmişdir. Lakin bütün bunlara baxmayaraq E.Bağırov yenidən notariusa müraciət edərək qeyd edilən mübahisəli xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli, 8İ- 900 reyestr nömrəli icra qeydinin verilməsinə nail olmuşdur. Həmçinin göstərmişdir ki, qeyd edilən kredit müqaviləsi üzrə öhdəliyə xitam verilməsi ilə bağlı İddiaçı Qaradağ rayon məhkəməsinə müraciət etmiş, məhkəmə özünün xx.xx.2023-cü il tarixli, 2(002)-2988 saylı qətnaməsində onun xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə hər hansı öhdəliyinin olmamasını bildirmiş, həmçinin göstərmişdir ki, həmin müqavilə üzrə borc məbləği digər şəxsdən X10 xeyrinə tutulmuşdur. Qaradağ rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(002)-2988 saylı qətnaməsi iddiaçının apellyasiya şikayəti əsasında baxılmış və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-701/2024 saylı qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Hal-hazırda hər iki qətnamə qanuni qüvvəsini almışdır. Bundan başqa göstərmişdir ki, notarius icra qeydini verərkən də bu sahədə olan qanunvericiliyin normalarına riayət etməmişdir. Belə ki, müəyyən edilir ki, icra qeydi xx.xx.2023-cü il tarixdə verilmişdir. E.Bağırovun icra qeydinin verilməsi ilə bağlı ərizəsi xx.xx.2022-cildə notariusa daxil olmuşdur. Qanuna əsasən tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Notarius tərəfindən onlara belə bir bildiriş göndərilmiş, lakin onlar tərəfindən notariusa məktub göndərilərək məktubun məzmununda Cəlilabad rayon məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(073)- 222/2021 saylı qətnaməsi ilə artıq mübahisəli kredit müqaviləsinə hüquqi qiymət verilməsi və sair məsələlərlə bağlı məlumat verilmişdir. Notarius həmin məktubu xx.xx.2024-cü ildə almasına baxmayaraq iş üzrə mübahisə olduğunu bildiyi halda məktubu aldıqdan 5 gün sonra, yəni xx.xx.2024-cü il tarixdə icra qeydi vermişdir. Göründüyü kimi Notarius əgər borcun mübahisəli olduğunu bilmişdir. Üçüncü şəxs X23 birinci instansiya məhkəməsində vermiş olduğu izahata oxşar izahat vermiş, həmçinin apellyasiya şikayətinin dəlillərinə qarşı etirazını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göstərmişdir ki, kredit müqaviləsi üzrə 40000 manat pulu Cavidə vermişdir. Vermiş olduğu borc ödənilmədiyindən Cavidə qarşı pul tələbi ilə məhkəməyə müraciət etmişdir. Lakin məhkəmədə İddiaçı əsl cavabdeh olan X18 ilə əvəz edərək iddia tələbini E.Hətəmova qarşı müdafiə etmiş və Cəlilabad rayon məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(073)- 222/2021 saylı qətnaməsi ilə xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş qalmış 38000 manat pul X6 onun xeyrinə tutulması qət edilmişdir. Elmidar isə borcu ödəmədiyindən onun barəsində araşdırma aparılmış və sonraa o CM-nin 306-cı maddəsi üzrə cinayət məsuliyyətinə cəlb edilmişdir. İndiyədək qeyd edilən pul məbləği tam olaraq ona ödənilməmişdir. Sonda Abşeron İcra və Probasıya şöbəsinə ərizə yazaraq icra sənədinin məhkəməyə qaytarılmasını xahiş etmiş və icra işi məhkəməyə qaytarılmışdır. Ona demişlər ki, pulu ona İddiaçı ödəməlidir. Ona görə hazırda Caviddən pulunu tələb edir. Qaradağ rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(002)-2988 saylı qətnaməsindən xəbərdardır, həmin qətnamədən apellyasiya şikayəti verməmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cəlilabad rayon 1 saylı Notariat Ofisinin notariusu məhkəməyə məktub göndərərək, iş çoxluğu ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cəlilabad rayon İcra və probasiya şöbəsinin nümayəndəsi apellyasiya baxışında iştirak etməmiş, məhkəməyə yazılı şəkildə icra sənədinin icra vəziyyətinə dair məktub göndərmişdir. Həmin məktubda qeyd edilmişdir ki, Cəlilabad Rayon Məhkəməsinin 2(073)- 222/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə cavabdeh X6 38000 manat pul və 30 manat dövlət rüsumu alınıb iddiaçı X19 verilməlidir. Cəlilabad rayon Məhkəməsinin qərarı icra olunması üçün xx.xx.2021-ci il tarixdə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə icrata başlama qərarı qəbul olunaraq tərəflərə və məhkəməyə məlumat verilmişdir. Borclunun əmlak vəziyyəti və gəlirləri yoxlanılmış, tələbin yönəldilə biləcəyi əmlakı və gəlirləri aşkar olunmamışdır. Olduğu yer məlum olmadığı üçün xx.xx.2021-ci il tarixdə borclu barəsində axtarış qərarı qəbul edilərək icra olunması üçün Cəlilabad rayon Polis Şöbəsinə göndərilmişdir. Cəlilabad rayon Polis Şöbəsində borclu barəsində 370746 saylı axtarış işi açılmışdır. xx.xx.2021-ci il tarixdə b orclu saxlanılaraq Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə təqdim edilmişdir. Borclunun izahatı alınmış, borcunun ödənilməsi tələb olunmuşdur. İcra məmurunun qanuni tələbini yerinə yetirmədiyi üçün borclu barəsində protokol tərtib edilərək baxılması üçün xx.xx.2021-ci il tarixdə Cəlilabad rayon Məhkəməsinə göndərilmişdir. Cəlilabad rayon Məhkəməsinin 3(073)-667/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən borclu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati həbs edilmişdir. Borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün xx.xx.2021-ci il tarixdə Cəlilabad rayon Məhkəməsinə təqdimat göndərilmişdir. Cəlilabad rayon Məhkəməsinin 8(073)-159/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadına əsasən borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmışdır. Qanuni qüvvəyə minmiş Məhkəmə qərarını qərəzli olaraq İcra etməyən X8 cinayət məsuliyyətinə cəlb edilməsi barədə təqdimat və ona əlavə edilmiş materiallar baxılması Azərbaycan Respublikası, Ədliyyə Nazirliyi, İstintaq İdarəsinə göndərilmişdir. Cəlilabad rayon Məhkəməsinin 1(073)-241/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən borclu X18 AR CM 306.1 -ci maddəsi ilə təqsirli bilinib 1 il 10 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Cəlilabad rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(073)-241/2022 saylı məktubunda Cəlilabad rayon Məhkəməsinin 1(073)-241/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən Şirvan Apellyasİya məhkəməsinə şikayət verildiyi bildirilmişdir. Şirvan Apellyasiya məhkəməsinin 1(106)-138/2023 saylı, xx.xx.2023-cü i! tarixli qərarına əsasən Cəiilabad rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, 1(073)- 241/2022 saylı hökmündən təqsirləndirilən şəxs X8 müdafiəçisi X20 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuşdur. Cəlilabad rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli 1(073)-241/2022 saylı hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmiş və ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Borclunun hal-hazırda Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 May küçəsi, bina 1, mənzil 47-də yaşadığı üçün icra sənədi icra olunmasından ötrü xx.xx.2023-cü il tarixdə icra sənədini ərazi adiyyatma göndərilməsi barədə qərar qəbul edilərək Abşeron rayon İcra Şöbəsinə göndərilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən məlumat verilmiş, lakin gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı apellyasiya şikayətində instansiya məhkəməsinin qətnaməsinin ləğvini, iddianın təmin edilməsini xahiş etməklə, qətnaməni tam olaraq mübahisələndirmişdir və kollegiya Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında formalaşan hüquqi mövqe baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddiaçıya münasibətdə apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi; Mülki Məcəllənin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Müqavilə əqdlərin bir növü kimi mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (Mülki Məcəllənin 389.1-ci maddəsi). Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dairAzərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli Qərarı. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarı. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan Bakı şəhəri 8 saylı notariat ofisində təsdiq edilmiş 16 sentyabr 2019-cu il tarixili ktedit müqaviləsindən görünür ki, X2 Cavid Ağabəy oğluna xx.xx.2021-ci il tarixədək qaytarmaq şərti ilə 40000 (qırx min) manat borc vermişdir. İşdə olan Bakı şəhəri 8 saylı notariat ofisində təsdiq edilmiş 04 noyabr 2019-cu il tarixli kredit müqaviləsinə edilən dəyişiklik barədə müqavilədən görünür ki, X10 16 sentyabr 2019-cu il tarixdə İddiaçı xx.xx.2021-ci il tarixədək qaytarmaq şərti ilə verdiyi 40000 (qırx min) manat borcun 20000 (iyirmi min) manatının xx.xx.2019-cu il tarixədək, qalan 20000 (iyirmi min) manatının isə xx.xx.2019-cu il tarixədək qaytarılması barədə tərəflər razılığa gəlmişlər. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(073)-222/2021 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia qismən təmin edilərək, X6 38000 (otuz səkkiz min) manat pulun və 30 (otuz) manat dövlət rüsumunun alınıb X15 verilməsi qət edilmişdir. İşdə olan Cəlilabad rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu X14 tərəfindən xx.xx.2023-cü il tarixli, reyestrdə 8İ-900 № ilə qeydə alınmış icra qeydindən görünür ki, 4 000 (qırx min) manat pul və 25 (iyirmi beş) manat dövlət rüsumu, cəmi 40025 (qırx min iyirmi beş) manat pul İddiaçı X10 xeyrinə tutulmalıdır. İşdə olan Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarından və həmin tarixli bildirişdən görünür ki, Cəlilabad rayon 1 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 8İ-900 nömrəli icra qeydi icraata qəbul edilmiş və İddiaçı icranı 10 gün müddətində könüllü təmin etməsi təklif edilmişdir. Apellyasiya baxışında Cəlilabad rayon 1 saylı Notariat Ofisindən məhkəməyə təqdim edilmiş, 29 dekabr 2022-ci il tarixli məktubdan müəyyən edilir ki, kreditor X23 ərizə ilə Notariat Ofisinə müraciət edərək 16 sentyabr 2019-cu il tarixli müqaviləsinin müddətinin bitdiyini, borclunun borcu icra etmədiyini bildirmiş və buna görə də, borcluya xəbərdarlıq edilmişdir. Notarius borc icra edilmədiyi üçün icra qeydi etmişdir. Abşeron rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarına görə 2(073)-222/2021 nömrəli icra sənədi tələbkar X16 xx.xx.2023-cü il tarixli ərizəsi əsas götürülməklə Cəlilabad rayon məhkəməsinə qaytarılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayəti əsaslıdır. Belə ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(073)-222/2021 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, E.X27 və İddiaçı dostu X12 vasitəsilə tanımışdır. Elçin Hətəmov onu qardaşı oğlu Elmidar Hətəmov və İddiaçılə tanış etmişdir. Elçin, Elmidar, Cavid və Elbəyi oturub məsləhət edərək xalça alveri etməyi qərara almışlar. Bundan sonra Notariusa getmişlər, lakin həmin vaxt Elmidar Hətəmovun üzərində şəxsiyyət vəsiqəsi olmadığından kredit müqaviləsi Cavid Nuralıyelə bağlanmışdır. Beləliklə də X23 ilə İddiaçı arasında 40 000 (qırx min) manat borc pula dair 16 sentyabr 2021-ci il tarixdə kredit müqaviləsi bağlanmış və kredit müqaviləsinə görə İddiaçı 40 000 (qırx min) manat pulu 16 sentyabr 2021-ci il tarixədək X15 qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsi bağlandıqdan sonra İddiaçı həmin pulu götürmüş və Elbəyi Bağırovun razılığı və iştirakı ilə Elçin Hətəmovun yanında xalça alveri etmək üçün X11 vermişdir. Elmidar Hətəmov həmin vaxt pulu X7 borc aldığını, borcunu qaytaracağını, əldə etdiyi qazancdan E.Bağırova da verəcəyini bildirmişdir. Lakin sonradan Elmidar Hətəmov borcu qaytarmadığından E.Bağırov ilk olaraq 40000 manat pul tələbi ilə Cəlilabad rayon məhkəməsində İddiaçıa qarşı iddia qaldırmış, lakin məhkəmə prosesinin gedişində İddiaçı əsl olan cavabdeh X18 ilə əvəz edərək iddia tələbini E.Hətəmova qarşı müdafiə etmişdir. Məhkəmə müvafiq araşdırama aparmış və Cəlilabad rayon məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(073)-222/2021 saylı qətnaməsi ilə xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş qalmış 38000 manat pul X6 Elbəyi Bağırovun xeyrinə tutulması qət edilmişdir. X18 həmin müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün əvvəlcə inzibati məsuliyyətə, sonra isə CM-nin 306-cı maddəsi üzrə cinayət məsuliyyətinə cəlb olunmuş və məhkum edilmişdir. Həmçinin qeyd edilən kredit müqaviləsi üzrə öhdəliyə xitam verilməsi ilə bağlı İddiaçı Qaradağ rayon məhkəməsinə müraciət etmiş, məhkəmə özünün xx.xx.2023-cü il tarixli, 2(002)-2988 saylı qətnaməsində onun xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə hər hansı öhdəliyinin olmamasını bildirmiş, həmçinin göstərmişdir ki, həmin müqavilə üzrə borc məbləği digər şəxsdən X10 xeyrinə tutulduğundan Cavid X1 qarşısında ödənilməmiş hər hansı öhdəliyi olmadığından iddianı təmin etməmişdir. (iş.v səh 173). Qaradağ rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(002)-2988 saylı qətnaməsinə iddiaçının apellyasiya şikayəti əsasında baxılmış və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-701/2024 saylı qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. X5 rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(002)-2988 saylı qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Hal-hazırda hər iki qətnamə qanuni qüvvəsini almışdır. Lakin bütün bunlardan sonra E.Bağırov yenidən notariusa müraciət edərək qeyd edilən mübahisəli xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli, 8İ- 900 reyestr nömrəli icra qeydinin verilməsinə nail olmuşdur. Göründüyü kimi xx.xx.2021-ci il tarixdə iddiaçı ilə E.Bağırov arasında bağlanmış kredit müqaviləsi üzrə mübahisə başqa bir məhkəmə prosesində, yəni Cəlilabad rayon məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(073)-222/2021 saylı qətnaməsi üzrə mübahisə predmeti olmuş, həmin məhkəmə prosesində E.Bağırov və İddiaçı arasında olan münasibət araşdırılmış və həmin münasibətlərə Cəlilabad rayon məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(073)-222/2021 saylı qətnaməsi hüquqi qiymət verilmişdir. Cəlilabad rayon məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(073)-222/2021 saylı qətnaməsindən Elbəyi Bağırov apellyasiya şikayəti verməmiş və həmin qətnamə artıq qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Kollegiya hesab edir ki, X23 ilə İddiaçı arasında 40 000 (qırx min) manat borc pula dair bağlanmış 16 sentyabr 2021-ci il tarixdə kredit müqaviləsi başqa əqdi pərdələmək məqsədi ilə bağlanan yalan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Kollegiya hesab edir ki, hazırkı işin maddi hüquqi əsasını MM-nin 340.2-ci maddəsi təşkil edir. Belə ki, MM-nin 340.2-ci maddəsinə görə yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dairAzərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, qeyd edilməlidir ki, yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Həmçinin Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Qanunvericiliyin müəyyən etdiyi forma (şəkil) tələbinin yerinə yetirilməməsi tərəflərə bu əsas ilə müqavilənin etibarsızlığını irəli sürmək haqqını verir. Lakin nəzərə alınmalıdır ki, digər haqların realizəsində olduğu kimi, əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər. Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Mülki Məcəllədə hər iki etibarsızlıq halına anlayış verilərək onların xüsusiyyətlərinə aydınlıq gətirilmişdir. Belə ki, Mülki Məcəllənin 337.2-ci maddəsinə görə, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Beləliklə, mübahisələndirmə dedikdə əqdin digər tərəfinə əqdin etibarsızlığı ilə bağlı iradə ifadəsinin bildirilməsi nəzərdə tutulur. Əqdi mübahisələndirən şəxsin iradə ifadəsini digər tərəfə bildirməsi baxımından qanunda hər hansı məcburi forma nəzərdə tutulmadığına görə, əqdin mübahisələndirilməsi bununla bağlı iradə ifadəsinin istənilən formada digər tərəfə bildirilməsi yolu ilə həyata keçirilə bilər. Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir. Göründüyü kimi X25 rayon məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(073)-222/2021 saylı qətnaməsi üzrə izahatında bildirmişdir ki, “o, Elmidar Hətəmov və İddiaçı dostu X12 vasitəsilə tanımışdır. Elçin, Elmidar, Cavid və o oturub məsləhət edərək xalça alveri etməyi qərara almışlar. Bundan sonra Notariusa getmişlər, lakin həmin vaxt Elmidar Hətəmovun üzərində şəxsiyyət vəsiqəsi olmadığından kredit müqaviləsi Cavid Nuralıyelə bağlanmışdır. Kredit müqaviləsi bağlandıqdan sonra İddiaçı həmin pulu götürmüş və onun razılığı və iştirakı ilə Elçin Hətəmovun yanında xalça alveri etmək üçün X11 vermişdir.” Müəyyən edildiyi kimi E.Bağırovla İddiaçı arasında bağlanmış kredit müqaviləsi əslində E.X22 arasında bağlanacaq əqdi pərdələmişdir. Tərəflərin özlərinin də etiraf etdiyi kimi 40000 manat pul vəsaiti əslində Elmidara verilməli idi və sonucda da Elmidara verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda şərh edilənlərə əsasən İddiaçı nümayəndəsi və vəkili X28 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Cəlilabad Rayon Məhkəməsinin 08 iyun 2023cü il tarixli, 2(073)-572/2023 saylı qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmələ iddia təmin edilməli, Cəlilabad rayonu 1 saylı Notariat Ofisinin xüsusi notariusu X17 tərəfindən verilən borcun ödənilməsi haqqında 29 yanvar 2023-cü il tarixli, 8İ-900 nömrəli icra qeydi etibarsız hesab edilməklə ləğv edilməlidir. Ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.2, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: İddiaçı nümayəndəsi və vəkili X28 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, 2(073)-572/2023 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Cəlilabad rayonu 1 saylı Notariat Ofisinin xüsusi notariusu X17 tərəfindən verilən borcun ödənilməsi haqqında 29 yanvar 2023-cü il tarixli, 8İ-900 nömrəli icra qeydi ləğv edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar