Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-364/2025 10.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Novruzova Aytən Nazim qızı (sədrlik edən, məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, İddiaçı MMQBKT-nın Cavabdeh qarşı verdiyi “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(064)-2171/2024 nömrəli qərardadından İddiaçı MMQBKT tərəfindən verilmiş şikayətin mümkünlüyünü yazılı icraat qaydasında yoxlayaraq müəyyənetdi: İddiaçı MMQBKT Cavabdeh qarşı iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə müraciət edərək Cavabdehdən cəmi 2645,16 manat məbləğində pulun və ödənilmiş 46,46 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulub ödənilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(064)-2171/2024 nömrəli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmış, ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmışdır. İddiaçı həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini və işin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Füzuli Rayon Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, iş materialları ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən şikayət qeyri-mümkün hesab edilməlidir. İş materiallarından görünür ki, İddiaçı MMQBKT qərardaddan şikayət verərkən dövlət rüsumu ödəməmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 361.3-cü maddəsinə əsasən şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə isə məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsi, məhkəmə aktının surətinin təkrar verilməsi zamanı dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 8.5-ci maddəsinə görə iş üzrə icraata xitam verilməsi, iddianın baxılmamış saxlanılması və məhkəmə cərimələrinin qoyulması, müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardaddan şikayət verilməsinə görə 50 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Qanunun 9.1.17-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi, iddianın baxılmamış saxlanılması, məhkəmə cərimələrinin qoyulması və müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardadlar istisna olmaqla, digər məhkəmə qərardadlarından verilən şikayətlər üzrə - işdə iştirak edən şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Hazırki mülki iş üzrə iddianın baxılmamış saxlanılması barədə qərardaddan şikayət verilməsinə baxmayaraq, şikayətə rüsumun ödənilməsini və ya iddiaçının rüsumdan azad edilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 267.1-ci maddəsinə görə məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. 267.2-ci maddəsinə görə işdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. 363.1.2-ci maddəsinə uyğun olaraq isə apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. 366.4.-cü maddəsinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iş materiallarında Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(064)-2171/2024 nömrəli qərardadından verilmiş şikayət üzrə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd şikayətə əlavə edilməməsinə baxmayaraq, şikayətə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 269-cu maddəsinə əsasən baxaraq mülki işi apellyasiya instansiya məhkəməsinə göndərmişdir. Beləliklə, kollegiya hesab edir ki, Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(064)- 2171/2024 nömrəli qərardadından İddiaçı MMQBKT tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilməli, zəruri prosessual hərəkətlərin həyata keçirilməsi üçün (şikayətin geri qaytarılması) mülki iş Füzuli Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 361, 363, 364 və 366-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, qəraraaldı: Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(064)-2171/2024 nömrəli qərardadından İddiaçı MMQBKT tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin və zəruri prosessual hərəkətlərin həyata keçirilməsi üçün mülki iş Füzuli Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə qanunla müəyyən edilmiş qaydada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(106)-364/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-364/2025
10.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver