Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-366/2023 07.03.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Kərimov Tale Suliddin oğlu və İmanov Cahid Fehruz oğlundan ibarət məhkəmə tərkibində, məhkəmə iclas katibi Məmmədov Samir Valeh oğlunun, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli 2(036)-2750/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İmişli Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli 2(036)-2750/2022 saylı qətnaməsi ilə (hakim Qurban Hacıyev) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı tərəfindən İmişli Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli 2(036)- 2750/2022 saylı qətnaməsindən apelyasiya şikayəti verilərək qətnaminin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir. İŞİN HALLARİ: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun həmkəndlisidir. İmişli Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 15 saylı qərarı ilə ona və ailə üzvlərinə kənd təssərrüfatı məhsulları istehsalı məqsədi ilə 3.59 hektar torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair xx.xx.2002-ci il tarixdə JN-0336 seriyalı 90700108 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Ailə üzvlərinin ümumi razılığı əsasında həmin torpaq sahəsinin istifadəsi ona həvalə edilmişdir. Bundan başqa, İmişli rayonu Qızılkənd bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 05 qərarı ilə Torpaqların alqısatqısına dair müqaviləyə əsasən xx.xx.2003-cü il tarixdə İmişli rayonu Qızılkənd kəndində kənd təssərrüfatı inkişafı məqsədi ilə 2.0 hektar torpaq sahəsini İmişli rayon Qızılkənd bələdiyyəsindən almış və həmin kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyət hüququ üzrə onun xüsusi mülkiyyətindədir. Torpaq sahəsinə dair ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli Rayon Şöbəsi tərəfindən Torpaq sahəsinin planı və ölçüsü verilmişdir. 2018-ci ildə Cavabdeh torpaq sahələrinin 1 (bir) il müddətinə ona icarəyə verilməsini xahiş etmiş və o, hər iki torpaq sahəsini həmin müddətə Cavabdeh icarəsinə vermişdir. Həmin müddət bitdikdən sonra o mülkiyyətində olan 3.59 və 2.0 hektar torpaq sahələrindən istifadə etmək qərarına gəlmişdir. Bundan sonra Cavabdeh dəfələrlə mülkiyyətində olan həmin torpaq sahələrindən çıxmağı tələb etsə də, cavabdeh ona məxsus torpaq sahələrindən çıxmaqdan imtina etmişdir. Buna görə də, o, Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və qanunazidd hərəkətlərə son qoyulması tələbinə dair iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət etmiş, Məhkəmənin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh onun xüsusi mülkiyyətində olan İmişli rayonu Qızılkənd kəndi ərazisində yerləşən 3.59 ha və 2.0 ha təssərrüfatı təyinatlı torpaq sahələrindən çıxarılması və torpaq sahələrindən istifadə etməsinə maneə olan qanunazidd hərəkətlərinə son qoyulması qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, İmişli Rayon Məhkəməsinin qeyd edilən xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, ondan 7513 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınıb Cavabdeh verilməsi qət edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qətnaməsi ilə onun tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilərək iddia qismən təmin edilmiş, ondan 4860 manat pulun Cavabdeh xeyrinə tutulması qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi xx.xx.2022-ci il tarixdə İmişli rayon icra və probasiya şöbəsinin əməkdaşları tərəfindən icra edilmiş, Cavabdeh onun xüsusi mülkiyyətində olan İmişli rayonu Qızılkənd kəndi ərazisində yerləşən 3.59 ha və 2.0 ha kənd təsərrüfatı təyinatı torpaq sahələrindən çıxarılmış və torpaq sahələrindən istifadə etməyinə maneə olan qanunazidd hərəkətlərə son qoyulmuşdur. Hazırda da həmin torpaq sahələri cavabdehin sahibliyində və istifadəsindədir. İmişli rayonu Qızılkənd kəndi ərazisində yerləşən 3.59 ha və 2.0 ha kənd təssərrüfatı təyinatı torpaq sahələri 4 il ərzində Cavabdeh qanunsuz olaraq sahiblik və istifadəsində olmuş, həmin müddətdə cavabdeh torpaq sahələrindən kənd təsərrüfatı əkini üçün istifadə etmiş və gəlir götürmüşdür. Cavabdeh 2019-cu ildə həmin torpaq sahəsində yonca bitkisi əkmiş, həmin ilin may, iyun, iyul və avqust ayları üzrə təxminən 3320 ədəd yonca presi əldə etmişdir. Həmin dövrdə yonca presinin 1 ədədinin qiyməti 1.90 manat olmuş, nəticədə cavabdeh təxminən 6308 manat gəlir əldə etmiş, həmin gəlirin 1234 manatı xərclərə sərf edilmiş, 5074 manat xalis gəlir əldə etmişdir. Bundan başqa, cavabdeh 2020-ci ildə həmin torpaq sahəsində yonca bitkisi əkmiş, həmin ilin may, iyun, iyul və avqust ayları üzrə təxminən 3450 ədəd yonca presi əldə etmişdir. Həmin dövrdə yonca presinin 1 ədədinin qiyməti 3.80 manat olmuş, nəticədə cavabdeh təxminən 13.110 manat gəlir əldə etmiş, həmin gəlirin 1250 manatı xərclərə sərf edilmiş, 11.860 manat xalis gəlir əldə etmişdir. Bundan başqa, cavabdeh 2021-ci ildə həmin torpaq sahəsində yonca bitkisi əkmiş, həmin ilin may, iyun, iyul və avqust ayları üzrə təxminən 3500 ədəd yonca presi əldə etmişdir. Həmin dövrdə yonca presinin 1 ədədinin qiyməti 3.60 manat olmuş, nəticədə cavabdeh təxminən 12.600 manat gəlir əldə etmiş, həmin gəlirin 1260 manatı xərclərə sərf edilmiş, 11.340 manat xalis gəlir əldə etmişdir. Bundan başqa, cavabdeh 2022-ci ildə həmin torpaq sahəsində yonca bitkisi əkmiş, həmin ilin may, iyun, iyul və avqust ayları üzrə təxminən 2000 ədəd yonca presi əldə etmişdir. Həmin dövrdə yonca presinin 1 ədədinin qiyməti 3.50 manat olmuş, nəticədə cavabdeh təxminən 7000 manat gəlir əldə etmiş, həmin gəlirin 1320 manatı xərclərə sərf edilmiş, 5680 manat xalis gəlir əldə etmişdir. Ümumilikdə, Cavabdeh 4 il ərzində torpaq sahələrindən istifadə nəticəsində təxminən 39.018 manat ümumi gəlir əldə etmiş, həmin gəlirin 5064 manatı xərcləri təşkil etmiş, 33.954 manat xalis gəlir əldə edilmişdir. Beləliklə, Cavabdeh 4 il ərzində həmin torpaq sahələrindən istifadə etməklə ümumilikdə 38.754 manat məbləğində gəlir əldə etmişdir. Cavabdeh 2019-2022-ci illər ərzində ona məxsus torpaq sahələrindən qanunsuz olaraq istifadə edərək gəlir əldə etdiyindən həmin gəlir ona verilməlidir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İmişli Rayon Məhkəməsi tərəfindən iddia tələbinin rədd edilməsinin əsası kimi onun öz tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə heç bir sübut təqdim etməməyi barədə gəlinən nəticə absurd olmaqla, iş materiallarına əlavə edilmiş sənədlərlə təkzib edilir. Belə ki, birinci instansiya məhkəməsi hazırki iddia tələbinin ədalətli və qanuni araşdırılması məqsədi ilə ilk öncə Cavabdeh onun mülkiyyətində olan torpaq sahələrini qanunsuz zəbt olaraq zəbt etməsi və oradan istifadə etməsi ilə bağlı iş üzrə mühüm əhəmiyyət kəsb edən faktlara diqqət yetirməli və əgər həmin faktlar iş materiallarına əlavə edilmiş məhkəmə və icra aktları ilə öz təsdiqini tapırdısa, o zaman artıq mənə vurulmuş ziyanın cavabdehdən tutulması məsələsinə hüquqi qiymət verməli idi. Lakin iddia tələbini araşdıran məhkəmə qeyd edilən məsələlər üzrə heç bir araşdırma aparmadan qanunsuz olaraq hesab etmişdir ki, iddia tələbi sübutlar təqdim edilmədiyindən əsassızdır. Birinci instansiya məhkəməsinin həmin mövqeyi tamamilə qanunsuz və əsassızdır. Belə ki, iş materiallarında olan İmişli Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001 -ci il tarixli 15 saylı qərarından göründüyü kimi ona və ailə üzvlərinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 3.59 hektar torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsinə dair xx.xx.2002-ci il tarixdə JN-0336 seriyalı 90700108 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Həmçinin İmişli rayonu Qızılkənd bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 05 saylı qərarı ilə Torpaqların alqı-satqısına dair müqaviləyə əsasən 08 aprel 2003-cü il tarixdə İmişli rayonu Qızılkənd kəndində kənd təsərrüfatı inkişafı məqsədi ilə 2.0 hektar torpaq sahəsini İmişli rayon Qızılkənd bələdiyyəsindən almışdır. Həmin kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyət hüququ üzrə onun xüsusi mülkiyyətində olmaqla, həmin torpaq sahəsinə dair ləğv edilmiş Azərbaycan Respublikasının Dövləi Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli Rayon Şöbəsi tərəfindən Torpaq sahəsinin planı və ölçüsü verilmişdir. 2018-ci ildə hər iki torpaq sahəsini 1 il müddətinə Cavabdeh icarəsinə vermişdir. Həmin müddət bitdikdən sonra o, mülkiyyətində olan 3.59 və 2.0 hektar torpaq sahələrindən istifadə etmək qərarına gələrək Cavabdeh dəfələrlə mülkiyyətində həmin torpaq sahələrindən çıxmağı tələb etsə də, cavabdeh ona məxsus torpaq sahələrindən çıxmaqdan imtina etmişdir. Buna görə də, o, Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və qanunazidd hərəkətlərə son qoyulması tələbinə dair iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət etmiş və İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2 (036)-730/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh xüsusi mülkiyyətində olan İmişli rayonu Qızılkənd kəndi ərazisində yerləşən 3.59 ha və 2.0 ha kənd təsərrüfatı təyinatı torpaq sahələrindən çıxarılması və torpaq sahələrindən istifadə etməyinə maneə olan qanunazidd hərəkətlərinə son qoyulması qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(106)-2824/2021 saylı qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(036)-730/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Cavabdeh ona qarşı pul tələbinə dair iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət etmiş, ondan 7513 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılması xahş etmişdir. İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(036)-1227/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, ondan 7513 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınıb Cavabdeh verilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(106)-3089/2021 saylı qətnaməsi ilə onun tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(036)-1227/2021 saylı qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilmiş, ondan 4860 manat pulun Cavabdeh xeyrinə tutulması qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(036)-730/2021 saylı qətnaməsi xx.xx.2022-ci il tarixdə İmişli rayon icra və probasiya şöbəsinin əməkdaşları tərəfindən icra edilmişdir. Göründüyü kimi, Cavabdeh onun mülkiyyətində olan torpaq sahələrini zəbt etməsi və istifadə etməsi faktları öz əksini tapmışdır. İmişli rayonu Qızılkənd kəndi ərazisində yerləşən 3.59 ha və 2.0 ha kənd təsərrüfatı təyinatı torpaq sahələri 4 il ərzində Cavabdeh qanunsuz olaraq sahiblik və istifadəsində olmuş, həmin müddətdə cavabdeh torpaq sahələrindən kənd təsərrüfatı əkini üçün istifadə etmiş və gəlir götürmüşdür. Ümumilikdə Cavabdeh 4 il ərzində torpaq sahələrindən istifadə nəticəsində təxminən 39.018 manat ümumi gəlir əldə etmiş, həmin gəlirin 5064 manatı xərcləri təşkil etmiş, 33.954 manat xalis gəlir əldə edilmişdir. Həmçinin Cavabdeh həmin torpaq sahələrini 4 il ərzində hər ilin 6 ayını mal-qara otarılması üçün başqa şəxslərə vermiş və hər ay üçün 200 manat pul almışdır. Bununla da, Cavabdeh hər ilin 6 ayı üçün 1200 manat olmaqla, cəmi 4 il ərzində həmin toıpaq sahələrini mal-qara otarılması üçün başqa şəxslərə verməklə ümumilikdə 4800 manat gəlir əldə etmişdir. Beləliklə, Cavabdeh 4 il ərzində həmin torpaq sahələrindən istifadə elməklə ümumilikdə 38.754 manat məbləğində gəlir əldə etmişdir. Cavabdeh ona məxsus torpaq sahələrini əkib-becərməsini və oradan gəlir götürməsini əvvəlki və hazırkı iş üzrə məhkəmə zamanı izahatlarında etiraf etmişdir. Lakin işə baxan birinci instansiya məhkəməsi təqdim edilmiş sübutları, həmçinin cavabdehin etirafını nəzərə almamış, bundan əlavə iş üzrə ətraflı araşdırma aparılmasını təmin etmədən 1 dəfə məhkəmə hazırlıq və 1 dəfə də məhkəmə baxışı iclası keçirilməklə işi yekunlaşdırmışdır. Birinci instansiya məhkəməsi tərəfindən ətraflı araşdırma aparılmamış, iş üzrə şahidlərin dindirilməsinə, iş üzrə dəymiş ziyanın məbləğinin müəyyən edilməsi üçün mütəxəssis cəlb edilməsinə və müvafiq məhkəmə ekspertizası keçirilməsinə şərait yaradılmamışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi iş üzrə qanuni və ədalətli qətnamə qəbul edilməsində və ətraflı araşdırma aparılmasında maraqlı olmamış, nəticədə iddia ərizəsinə əlavə edilmiş cavabdehin ona məxsus torpaq sahələrini zəbt etməsi, həmin torpaq sahələrindən istifadə edərək gəlir götürməsi ilə bağlı sübutları nəzərə almadan və dəymiş ziyanın dəqiq məbləğinin müəyyən edilməsi üçün araşdırma aparılmasına şərait yaratmadan yekun məhkəmə aktı çıxarmışdır. Buna baxmayaraq, işə baxan məlikəmə tərəfindən bu hallar nəzərə alınmadan həmin sübutlar iddia tələbinə dair qətnamə qəbul edilərkən nəzərə alınmamışdır. İddiaçı iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apelyasiya şikayətinin təmin edilməklə İmişli Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli 2(036)-2750/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh izahatında apelyasiya şikayətinin dəlillərinin əsassız olduğunu, ona görə də, apelyasiya şikayətinin təmin edilmədən, İmişli Rayon Məhkəməsinin 19 oktyabr 2022ci il tarixli 2(036)-2750/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin halları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apelyasiya şikayəti təmin olunmadan, mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli 2(036)-2750/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşdə olan İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(036)-730/2021 saylı qətnaməsindən görünür ki, Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və qanunazidd hərəkətlərə son qoyulması tələbinə dair iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət etmiş, həmin Məhkəmənin xx.xx.2021-ci il tarixli 2(036)-730/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh onun xüsusi mülkiyyətində olan İmişli rayonu Qızılkənd kəndi ərazisində yerləşən 3.59 ha və 2.0 ha təssərrüfatı təyinatlı torpaq sahələrindən çıxarılması və torpaq sahələrindən istifadə etməsinə maneə olan qanunazidd hərəkətlərinə son qoyulması qət edilmişdir. İşdə olan İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(036)1227/2021-ci il tarixli qətnamədən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbinə dair iddia ərizəsi təmin edilmiş cavabdeh İddiaçı 7513 manat məbləğində pulun alınaraq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh İddiaçı apellyasiya şikayəti vermiş, Şirvan Apellyasiya məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(106)-3089/2021 saylı qətnaməsinə əsasən cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(036)-1227/2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbi qismən təmin edilərək İddiaçı 4860 manat məbləğində pul vəsaitinin tutularaq Cavabdeh verilməsi qət edilmişdir. MPM-in 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına maddi hüquq normalarının tələbləri baxımından qiymət verərkən aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 3-cü bəndində göstərilmişdir ki, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. MPM-in 76.1 və 76.2-ci maddələrinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. MPM-in 89.1-ci maddəsinin tələbinə görə yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarına görə mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır; Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, həqiqətin müəyyən edilməsini təmin etmək məqsədi ilə formal həqiqət və prosessual qənaət prinsiplərinə istinadən İddiaçı birinci instansiya məhkəməsində olan proses zamanı, habelə apellyasiya şikayətinin dəlillərində qeyd etməsinə rəğmən sonradan ona məxsus torpaq sahələrinin qanunsuz istifadəsi nəticəsində Cavabdeh tərəfindən dəymiş ziyan və onun dəqiq məbləği barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmiş, habelə iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı mötəbər sübutun əldə edilməsi barədə vəsatət verməmiş və ya belə bir halın müəyyən edilməsi onun izahatından aşkar edilməmişdir. Beləcə, məhkəmədə toplanmış və araşdırılmış iş materialları ilə İddiaçı məxsus mübahisəli torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt olunaraq tələb edilən məbləğdə gəlir götürülməsi nəticəsində iddiaçıya hansı miqdarda və məbləğdə zərər vurulması halı müəyyən olunmur. Apellyasiya şikayətinin dəlili kimi göstərilir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, işin faktiki halları üzrə heç bir araşdırma aparmamış, iş üzrə təqdim olunmuş sübutlara obyektiv qiymət verməmişdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən apellyasiya şikayətinin göstərilən, heç bir sübuta əsaslanmayan və formal xarakter daşıyan bütün dəllilərini əsassız hesab edir. Habelə, məhkəmə tərəfindən dəyməsi iddia edilən və tələb edilən ziyanın dəqiq məbləğinin müəyyən edilməsi üçün araşdırma aparılmasına kifayət qədər şərait yaradılsa da, iddiaçı tərəfindən məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. MPM-in 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayətində göstərilən və heç bir mötəbər sübuta söykənməyən formal dəlillər hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Beləliklə, qeyd edilənlərə əsasən İddiaçı İzzətula oğlunun apellyasiya şikayəti təmin edilməməli, İmişli Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli 2(036)-2750/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı İzzətula oğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İmişli Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli 2(036)-2750/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-366/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-366/2023
07.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver