Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-369/2024 18.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X6 Əsədov, (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, katib X5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2018-ci il tarixdə anadan olmuş X1 üçün alimentin həcminin artırılaraq Cavabdeh hər ay hər bir uşaq üçün 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq ona (iddiaçıya) verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cəlilabad Rayon Məhkəməsinin (hakim Q.Paşayev) 14 iyul 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Məhkəmə Kollegiyası hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qeyrimümkün hesab edilməli və iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM-nin) 360-cı maddəsinin tələbinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İşin hallarından görünür ki, məhkəmənin qətnaməsi İddiaçı iş materiallarında olan ünvanına 10 avqust 2023-cü il tarixdə göndərilmişdir. İddiaçı apellyasiya şikayətini xx.xx.2023-cü il tarixdə qanunla müəyyən olunmuş müddətdə birinci instansiya məhkəməsinə təqdim etmiş və baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. X8 Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri mümkün hesab edilmiş, şikayətin geri qaytarılması üçün mülki iş Cəlilabad Rayon Məhkəməsinə göndərilmişdir. İddiaçı yenidən xx.xx.2023-cü il tarixdə apellyasiya şikayətini elektron kabinetə yükləmiş, lakin apellyasiya şikayətinə müddətin bərpasına dair ərizə əlavə etməmişdir. Azərbaycan Respublikasının MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. MPM-in 130.2-ci maddəsinə əsasən prosessual müddətlərin keçməsi prosessual vəzifələri yerinə yetirməkdən azad etmir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Azərbaycan Respublikasının MPM-nin 363.1.3-cü maddəsinin tələbinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-in 364-cü maddəsinin tələbinə görə, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Müəyyən edilir ki, iddiaçı apellyasiya şikayətini, birinci instansiya məhkəməsinin qətnaməsinin ona göndərildiyi tarixdən 3 aydan çox vaxt keçdikdən sonra məhkəməyə təqdim etmiş, bununla da apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Belə halda işə apellyasiya qaydasında baxılması üçün əsas yoxdur. Birinci instansiya məhkəməsi cavabdeh tərəfindən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əməl edilməsini yoxlamadan işi apellyasiya qaydasında baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Halbuki, apellyasiya şikayəti müddət ötürüldükdən sonra verildiyindən birinci instansiya məhkəməsi tərəfindən qaytarılmalı idi. Azərbaycan Respublikasının MPM-nin 366.2-ci maddəsinin tələbinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Kollegiya hesab edir ki, hazırkı iş üzrə apellyasiya şikayəti müddət ötürülməklə verildiyindən və müddətin bərpasına dair ərizə verilmədiyindən apellyasiya qeyri-mümkün hesab edilməlidir. Beləliklə, Kollegiya hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli, apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 365, 366, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qəraraaldı: Cəlilabad Rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş Cəlilabad Rayon Məhkəməsinə qaytarılsın. X4 Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına 10 gün müddətində kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(106)-369/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-369/2024
18.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver