Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-370/2025 05.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Saatlı Rayon Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, 2(055)-1085/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İşin halları İş materiallarında Cavabdeh etirazına əlavə etdiyi fotoşəkillərdə olan qəbzlərdən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə 140 manat Ləman Bəylərovanın kart hesabına köçürmüşdür. İş materiallarında cinayət işinin başlanmasının başlanmasının rədd edilməsi haqqında xx.xx.2023cü il tarixli qərardan görünür ki, X3 araşdırma zamanı verdiyi ifadəsində göstərmişdir ki, Cavabdeh avtomobili sığorta etmək adı ilə 240 manat pul almış, lakin sonradan işdən çıxdığı və ailəsində müəyyən problemlər yaranması səbəbindən sonuncunun avtomobilini sığorta etməmiş və pulu xərcləmişdir. İş materiallarında olan İddiaçı Nəsimi RPİ-nin 18-ci PB-nə verdiyi izahatın izahatında göstərmişdir ki, “...iş yoldaşım Cavabdeh avtomobili sığorta etmək üçün ona sığortada işləyəm bir nəfərin nömrəsin vermişdir. Onlar öz aralarında razılaşmışlar və Vidadi ona 240 manat pul vermişdir. Həmin şəxs Vidadinin maşınını sığorta etməmiş və Vidadi gəlib mənə hədə-qorxu gələrək 240 manat pulu məndən almışdır...” İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 240 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, hazırda Bakı şəhərində restoranların birində ayıq sürücü kimi çalışır. İşlədiyi restoranda administrator olan iş yoldaşı Cavabdeh öz avtomobilinin sığortalanmalı olduğunu bildirmiş, tezlikdə qaytaracağı vədi ilə ondan 240 manat məbləğində pulu borca götürmüşdür. Belə ki, o, ötən ilin avqust ayının sonlarında əldən 170 manat, kart vasitəsilə sentyabr ayının əvvəllərində 70 manat məbləğində pul vəsaitini cavabdehə borc olaraq vermişdir. Keçən müddət ərzində cavabdeh pulunu qaytarmamışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qaldım. Göstərilənlərə əsasən iddiasının təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək izahatında göstərmişdir ki, iddianı qəbul etmir. Belə ki, o, Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən “Cənnət Gəncə” restoranında inzibatçı işləyir. İddiaçı həmin restoranda işləmir, restoranın qarşısındakı dayanacaqda gəlib-gedən qonaqlara ayıq taksi xidməti göstərir. 2023-cü ilin iyun ayında Rafiqə bildirmişdir ki, şəxsi minik avtomobilini sığorta etdirmək istəyir. Rafiq ona demişdir ki, onun sığorta şirkətlərinin birində Ləman adlı tanışı var, o onun maşınını endirimli qiymətə sığorta edə bilər. Rafiq avtomobilin sənədlərini istəmiş, o, da Whatsapp vasitəsilə göndərmişdir. Ləman ona ödəniş kartının nömrəsini göndərmiş və xahiş etmişdir ödənişin 100 manatını ǝvəlcədən köçürsün, qalan 140 manatını da sığorta etdirəndə ödəsin. O, Rafiqdən soruşmuşdur ki, “Ləman niyə 100 manatı qabaqcadan istəyir? Birdən fırıldaqçı olar”. Rafiq demişdir ki, narahat olmasın, o, Ləmanı çoxdan tanıyır, o onun avtomobilini sığorta edəcəkdir. 100 manatı göndərsin, Ləman maşını sığorta etməsə, ödəyəcəyi 240 manat pul məbləğini ona özü qaytaracaqdır. O, bu işə cavabdehdir. O, Rafiqin dediyi kimi etmiş, əvvəlcə 100 manat daha sonra 140 manat pul məbləğini iddiaçının tanışı X1 hesabına köçürmüşdür. Ləman saxta mesajla onu inandırmışdır ki, avtomobilini sığorta etdirib. Bir müddət sonra yol polisi avtomobilini sığorta etdirmədiyinə görə cərimə etmişdir. O, Rafiqǝ bildirmişdir ki, Ləman onları aldadıb, indi o, nə etsin. Rafiq ona 240 manat pul verib demişdir ki, o, bu işə zamindir. Rafiq 240 manatın 70 manatını kart vasitəsilə, 170 manatın əlbəl vermişdir. O, Ləmanın qanunsuz hərəkətindən Daxili İşlər Nazirliyinin 102 xidmətinə şikayət etmişdir. Nəsimi rayon polis şöbəsinin 19-cu bölməsində təhqiqat başlanmışdır. X3 polis bölməsinə gələrək ondan aldığı 240 (iki yüz qırx) manat məbləğini şəxsi ehtiyacları üçün xərclədiyini etiraf etmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Saatlı Rayon Məhkəməsinin (hakim Vüqar Qasımov) 2(055)-1085/2024 saylı, 28 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 240 (iki yüz qırx) manat pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi, Cavabdeh dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manatın alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 1091,1092.1, 1092.2-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 88, 107 və 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmış və qeyd etmişdir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 240 manat məbləğində pul vəsaitinin 70 manatı cavabdehin kart hesabına köçürülmüş, qalan 170 manatını isə əlbəəl cavabdehə vermişdir. Cavabdeh isə heç bir hüquqi əsas olmadan və iddiaçının qarşısında heç bir tələb hüququ olmadan ödənilmiş pul vəsaitini əldə etmiş, bununla da o, əsassız varlanmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində göstərmişdir ki, işin hallarından aydındır ki, iddiaçı tərəflə aralarında 240 manat vəsaitin Ləman adlı şəxsə avtomobilin sığorta üçün göndərilməsi barədə razılıq olmuşdur. İddiaçı Ləman adlı həmin şəxsə zamin durmuş, avtomobili sığorta etmədiyi təqdirdə 240 manatı ona özü verəcəyini bildirmişdir. Lakin Ləman avtomobili sığorta etməmiş, xərcləmişdir. İddiaçı isə aralarında olan razılaşmaya əsasən həmin vəsaiti ona geri ödəmişdir. Bu, iddiaçı tərəfindən də təsdiq edilir. Beləliklə, aydın olur ki, aralarında borc mübahisəsi olmamışdır. Rafiq Ləmanın avtomobilini sığorta etməyəcəyi təqdirdə ona 240 manat vəsait verəcəyini bildirmiş, bu barədə aralarında şifahi razılıq olmuşdur. Sonradan tərəfindən həmin ödəniş ona edilmişdir. Saatlı Rayon Məhkəməsinin mövqeyinə görə, iddia tələbinin hüquqi əsası əsassız varlanmaya uyğun düşür. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı ilə aralarında hər hansı müqavilə bağlanmadığından əsassız varlanma əmələ gəlmişdir. Məgər tərəflər arasında müqavilənin olmaması, hüquqi əsas olmamasımı deməkdir? Hüquqi əsas yalnızca yazılı surətdə bağlanmış müqavilə hesab olunur? İşin hallarından və iddiaçının izahatından da aydın olur ki, İddiaçı zamin durduğu şəxsin – Ləmanın avtomobilimi sığorta etdirməyəcəyi halda 240 manatı ona geri qaytaracağını bildirmişdir. Bu barədə aralarında şifahi razılıq əldə olunmuşdur. Hansı ki, həmin razılıq həmin materialları ilə, həm iddiaçının etirafı ilə, həm də ən əsası Saatlı Rayon Məhkəməsinin 2(055)- 1085/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsində öz təsdiqini tapır. Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apelyasiya instansiyası məhkəməsində icraat Proses iştirakçılarının izahatı: Apellyasiya baxışında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuni və əsaslı olduğunu bildirərək, dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya baxışında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apellyasiya baxışının hədləri. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən qətnamə bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquq və vəzifələrin yaranmasına əsasdır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas nolmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2.-ci maddəsinə əsasən Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1.-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1.-ci maddəsinə əsasən bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2.-ci maddəsinə əsasən əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2.-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3.-cü maddəsinə əsasən varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İşin faktiki halları araşdırılarkən müəyyən edilmişdir ki, İddiaçı cavabdehin avtobilini sığorta etmək məqsədilə öz tanışı Ləman adlı xanımla Cavabdeh tanış etmişdir. Cavabdeh avtomobilini sığorta etmək məqsədilə 240 manat pulu Ləmana göndərmişdir. Lakin Ləman avtomobili sığorta etməmiş və həmin pulu öz ehtiyaclarına xərcləmişdir. Avtomobilinin sığorta olmadığı bilən cavabdeh həmin pulu iddiaçıdan tələb edərək almışdır. Həmçinin mübahisənin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında, ümumiyyətlə borc münasibətləri yaranmamış, iddiaçı cavabdehə verdiyi pul vəsaitini sonradan qaytarmaq məqsədilə verməmiş, cavabdehin isə aldığı pul vəsaitlərini qaytarmaq niyyəti ilə almamış və iddiaçıya da bu niyyət əvvəlcədən bəlli olmuşdur. İddiaçı cavabdehə pulu ona vurulmuş ziyanın əvəzi olaraq vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə aşağıdakı kimi münasibət bildirir. Apellyasiya şikayətində cavabdeh tərəf qeyd etmişdir ki, işin hallarından aydındır ki, iddiaçı tərəflə aralarında 240 manat vəsaitin Ləman adlı şəxsə avtomobilin sığorta üçün göndərilməsi barədə razılıq olmuşdur. İddiaçı Ləman adlı həmin şəxsə zamin durmuş, avtomobili sığorta etmədiyi təqdirdə 240 manatı ona özü verəcəyini bildirmişdir. Lakin Ləman avtomobili sığorta etməmiş, xərcləmişdir. İddiaçı isə aralarında olan razılaşmaya əsasən həmin vəsaiti ona geri ödəmişdir. Bu, iddiaçı tərəfindən də təsdiq edilir. Beləliklə, aydın olur ki, aralarında borc mübahisəsi olmamışdır. Rafiq Ləmanın avtomobilini sığorta etməyəcəyi təqdirdə ona 240 manat vəsait verəcəyini bildirmiş, bu barədə aralarında şifahi razılıq olmuşdur. Sonradan tərəfindən həmin ödəniş ona edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, iddia tələbinin hüquqi əsası əsassız varlanmadır. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı ilə aralarında hər hansı müqavilə bağlanmadığından əsassız varlanma əmələ gəlmişdir. Məgər tərəflər arasında müqavilənin olmaması, hüquqi əsas olmamasımı deməkdir? Hüquqi əsas yalnızca yazılı surətdə bağlanmış müqavilə hesab olunur? İşin hallarından və iddiaçının izahatından da aydın olur ki, İddiaçı zamin durduğu şəxsin – Ləmanın avtomobilini sığorta etdirməyəcəyi halda 240 manatı ona geri qaytaracağını bildirmişdir. Bu barədə aralarında şifahi razılıq əldə olunmuşdur. Kollegiya qeyd edir ki, mülki hüquq nəzəriyyəsinə və praktikaya əsasən, hər hansı bir razılaşmanın hüquqi qüvvəyə malik olması, o cümlədən onun tərəflər arasında hüquq və vəzifələr yaratması üçün onun müəyyən hüquqi əlamətlərə malik olması zəruridir. Lakin İddiaçı və Cavabdeh arasında baş vermiş sövdələşmə hüquqi əqdin zəruri əlamətlərindən məhrum olduğuna görə hər hansı bir öhdəlik yaratmır. Belə ki, əqdin zəruri əlamətləri aşağıdakılardır: -Əqd müəyyən hüquqi faktdır; -Əqd hüquqazidd olmayan hərəkətdir; -Əqd iradəvi hərəkətdir; -Əqd xüsusi olaraq müəyyən hüquqi nəticə əldə olunmasına yönələn fəaliyyətdir. Hüquqi nəticə güdməyən hərəkət əqd hesab olunmur. Mülki hüquqda əqdin mahiyyəti tərəflərin müəyyən hüquqi nəticəyə yönəlmiş iradə ifadəsindən ibarətdir. Lakin işin hallarından aydın olur ki, tərəflər arasında baş vermiş sövdələşmə sırf qeyri-rəsmi bir razılaşma xarakteri daşıyır və hər hansı hüquqi nəticə doğurmaq məqsədi ilə bağlanmamışdır. Sövdələşmənin əsas məqsədi sığorta məsələsinin həll edilməsi olub və bu da üçüncü şəxs – Ləman Bəylərovanın fəaliyyəti ilə bağlıdır. Belə olan halda, iddiaçının cavabdeh qarşısında hər hansı öhdəliyi yaranmır. Mülki hüquq münasibətləri müxtəlif hüquqi faktlar əsasında əmələ gəlir, dəyişir və ya xitam olunur. Bunlar mülki-hüquqi faktlar adlanır. Bu faktların əsas növünü mülki-hüquqi əqdlər təşkil edir. Mülkihüquqi fakt mənasında əqd dedikdə, mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişməsinə və ya xitam edilməsinə səbəb olan əsas başa düşülür. Bu baxımdan əqd fiziki və hüquqi şəxslərin mülki hüquqlarının və ya vəzifələrinin əmələ gəlməsinə, dəyişməsinə və ya xitam edilməsinə yönəldilmiş hərəkət (hüquqi faktın bir növü) kimi çıxış edir. Həmçinin razılaşmanın əqd, müqavilənin (əqdin) etibarlılığı üçün onun əhəmiyyətli şərtlərinin müəyyən edilməsi vacibdir. Buraya daxildir: -Müqavilənin predmeti. -Tərəflərin hüquq və vəzifələri. -İcra qaydası və müddəti. -Şərtlərin dəqiq müəyyən edilməsi. Lakin iddiaçı ilə cavabdeh arasında razılaşmanın bu əsas şərtləri yoxdur. Sövdələşmə yalnız şifahi formada ifadə olunmuş, lakin onun şərtləri, xüsusən də iddiaçının cavabdeh qarşısında hər hansı öhdəliyinin yaranmasını təsbit edən konkret müddəalar müəyyən edilməmişdir. Kollegiya qeyd edir ki, iddiaçının cavabdeh qarşısında Ləman Bəylərovanın hərəkətlərinə görə məsuliyyət daşıması hüquqi baxımdan əsassızdır. Mülki hüquqda bir şəxs yalnız öz öhdəliklərinə görə məsuliyyət daşıyır, başqa şəxsin (üçüncü şəxsin) hərəkətlərinə görə yalnız aşağıdakı hallarda məsuliyyət daşıya bilər: 1.Əgər öhdəlik münasibətləri çərçivəsində üçüncü şəxsin hərəkətlərinə görə zəmanət verilmişdirsə. 2.Əgər üçüncü şəxs əqdin icrasında vasitəçi qismində çıxış edirsə və onun fəaliyyəti bilavasitə əqdin predmetinə daxildirsə. 3.Qanunda birbaşa nəzərdə tutulmuşdursa. Mülki qanunveridiliyin tələbinə əsasən bir tərəfin digər tərəfdən pul vəsaiti tələb edə bilməsi üçün ya müqavilə olmalı, ya da həmin şəxsin pul vəsaitini qanunsuz və əsassız əldə etməsi sübuta yetirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. İşin hallarından müəyyən olunur ki, İddiaçı qanunsuz və əsassız şəkildə varlanmamışdır. Əksinə, o, sadəcə olaraq cavabdehi Ləman Bəylərovaya yönəltmişdir və bu hərəkətin özü hüquqi öhdəlik yaratmır. Kolegiya bir daha vurğulayır ki, iddiaçı və cavabdeh arasındakı sövdələşmə hüquqi baxımdan əqdin əsas əlamətlərindən məhrumdur və nəticə etibarilə iddiaçının cavabdeh qarşısında pul qaytarmaq öhdəliyi mövcud deyil. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddianın hüquqi əsası kimi əsassız varlanma nəticəsində əldə edilənləri qaytarma vəzifəsi ilə əlaqədar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091 və 1092-ci maddələrinin nəzərdən keçirilməsi ilə bağlı gəldiyi qənaət düzgün olmuşdur. Belə ki, hüquqqoruyucu öhdəlik münasibətləri müqavilə əsasında əmələ gəlmir. Bu cür münasibətlər zərər vurmaqdan, ziyan yetirməkdən və ya əsassız varlanmadan əmələ gəlir. Həmin münasibətlər iki cür olur: delikt öhdəlik münasibətləri; əsassız varlanma ilə bağlı olan öhdəlik münasibətləri. Əsassız varlanma münasibətləri şəxsin hüquqi əsas olmadan, yəni qanunsuz əmlak əldə etməsidir. Qanunvericilik əsassız varlanmanın qarşısının alınması üçün həmin əmlakın və ya maddi dəyərinin geri qaytarılmasını tələb edir. Əsassız varlanma münasibətləri ədalət prinsipinə əsaslanaraq şəxslər arasında hüquqi balansın pozulmasının qarşısını almağa yönəlmişdir. Hüquq nəzəriyyəsində və məhkəmə təcrübəsində hüquqi münasibətlərin yaranması üçün əsas şərtlərdən biri hüquqi niyyətin (lat. animus contrahendi) mövcud olmasıdır. Hüquqi niyyət dedikdə, şəxsin konkret bir hüquqi nəticə doğuracaq hərəkət etməyi və həmin nəticənin yaranmasını istəməsi başa düşülür. Əgər bu niyyət yoxdursa, edilən hərəkət hüquqi nəticələr doğurmur və hüquqi öhdəlik yaratmır. Kollegiya qeyd edir ki, İddiaçı Cavabdeh 240 manat məbləğində pul verərkən, onun məqsədi bağışlama və ya hər hansı müqavilə öhdəliyi yaratmaq olmamışdır. Bu məbləğ yalnız üçüncü şəxs olan Ləman Bəylərovanın Cavabdeh qarşısında öhdəliyini icra etmədiyi üçün verilmişdir, yəni iddiaçının iradəsi bu məbləği bağışlamaq məqsədini daşımırdı. Əgər bir hərəkət hüquqi niyyət olmadan həyata keçirilirsə, bu halda: -Bağışlama hesab edilmir – Bağışlama üçün şəxsin açıq-aşkar bağışlamaq niyyəti olmalıdır (Mülki Məcəllə, maddə 666). -Müqavilə münasibətləri yaranmır – Müqavilənin mövcud olması üçün tərəflərin razılığı və hüquqi niyyəti tələb olunur (Mülki Məcəllə, maddə 389.1). -Əsassız varlanma baş vermiş olur – Bir şəxs əsassız olaraq başqasının hesabına varlanmışsa, həmin şəxs əldə etdiyi məbləği geri qaytarmalıdır (Mülki Məcəllə, maddə 1092.1). Kollegiya izah edir ki, Cavabdeh maddi zərərə məruz qalması faktı danılmazdır, lakin bu zərərə görə iddiaçının deyil, üçüncü şəxs olan Ləman Bəylərovanın məsuliyyəti mövcuddur. Bu baxımdan, cavabdehin hüququ var ki, pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə məhz Ləman Bəylərovaya qarşı iddia ərizəsi ilə müraciət etsin. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin həlli baxımından düzgün qənaətə gəlmişdir. Apellyasiya şikayətini təmin etmək üçün əsas yoxdur, odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirələn hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki halda mübahisələndirilən hissədə iddianın qiyməti Qanunla müəyyən edilmiş həddən az olduğu üçün qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qətetdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Saatlı Rayon Məhkəməsinin 2(055)-1085/2024 saylı, 28 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-370/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-370/2025
05.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver