Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-372/2024 14.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Kərimov Tale Suliddin oğlu və Hüseynov Fikrət Cilingir oğlundan ibarət məhkəmə tərkibində, X10 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4) pul tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli 2(050)-544/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 10000 manat məbləğində pulun və ödənilmiş 120 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli 2(050)-544/2023 saylı qətnaməsi ilə (hakim Zeynal Zeynalov) iddia təmin edilmiş, Cavabdeh 10000 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh qətnaməndən apellyasiya şikayəti verərək onun ləğv olunması və iddianın rədd edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 04 avqust 2021-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh 10000 manat pul borc vermişdir. Cavabdeh ona pulu 27 dekabr 2021-ci il tarixdək qaytaracağını bildirmişdir. Lakin cavabdeh verdiyi vədi yerinə yetirməmişdir. O, cavabdehdən bir neçə dəfə pulunu tələb etsə də, cavabdeh pulu qaytarmaqdan yayınmışdır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ : Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı gəlini Dilarə Hüseynova onu evlərinə çağıraraq işlənmiş mebel əşyalarını ucuz qiymətə nisyə ona verilməsini təklif etmişdir. O da həmin əşyalara baxıb 1 ədəd taxt, 1 ədəd şfoner və 1 ədəd uşaq yatağı ümumilikdə qiyməti 1100 manat hesablanmışdır. Əşyaları da İddiaçı oğlu İlkin Hüseynov öz maşınında usta Bəşirlə evə gətirib, quraşdırmasını da özü həll etmişdir. Bundan sonra İddiaçı qiymətləri artıraraq 2000 manat məbləği tələb etmişdir. Sonra da Dilarə Hüseynova yenə onu evinə çağırıb bildirmişdir ki, “problem yoxdur. Qayınatam faizə pul verir. Əşyaların pulunu qayınatamdan götür yavaş-yavaş faizin verərsən”. Karantin rejimi mövcud idi. Mərhum yoldaşı Zamiqlə məsləhətləşib 2000 manat puldan əlavə 3000 manat da götürməyi fikirləşiblər. Beləliklə, mərhum həyat yoldaşı Zamiqlə Bəxtiyarın evinə gedib, gəlini Dilarədən 03 avqust 2021-ci il tarixdə 3000 manat, sonradan da 07 avqust 2021-ci il tarixdə də 2000 manat pul almışdır. Lakin iddiaçının qeyd etdiyi 04 avqust 2021-ci il tarixli kredit müqaviləsinə 10000 manat almağını təsdiq edən imzası ilə sənəd tərtib etmişdir. Bundan sonra İddiaçı onu və ailəsini şantaj edərək əlavə pullar almağa vadar etmişdir. Məcburiyyət qarşında qalıb 2 xəstə uşağının və xəstə ərinin pensiya kartını İddiaçı verdilər. Bu pensiyalar Bəxtiyarın verdiyi pulun faizini ödəmirdi deyə aylıq da ona verdiyini oğlu X3 hesab kartına pul ödəyirdilər. Hazırda həmin qəbzlərdən 6079 manatı təsdiq edən bank qəbzi vardır. Mərhum yoldaşı Zamiq əl ilə verdiyi də ümumilikdə 39000 manat təşkil edir. Beləliklə də, İddiaçı ailəyə etdiyi zülm mərhum həyat yoldaşı X9 31 dekabr 2022-ci il tarixdə dünyasını dəyişməsi ilə nəticələndi. Bütün kənd camaatı bu hadisəyə görə Bəxtiyarı qınadı. Yas mərasimində Bəxtiyar məscidin axundu Hacı Mirzə və mərasim iştirakçılarının qarşısında bildirmişdir ki, onun heç bir borcu yoxdur. Beləliklə, “yağış yağdı, izlər itdi”. Yoldaşı dünyasını dəyişən vaxt Bəxtiyar qorxusundan bağa kimi qınına çəkilmişdi. Sonradan sakitlik görüb iddia ərizəsi ilə ondan 10000 manat pul tələb edir. Bütün rayon camaatı bilir ki, Bəxtiyar hərəni bir formada tələyə salıb artıq pullar alır. Faizə pullar verir, heç bir vergi orqanında qeydiyyatdan keçməmişdir. Dövlətə xeyir vermədiyi halda, pulu dövlətin əli ilə almaq istəyir. Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, onlardan 10000 manat pul almamışdır. Qəbzdəki imza ona məxsusdur, lakin kağızı oxumadan imzalamışdır. Mərhum yoldaşı ona olan borcuları ödəyib bitirib, lakin bunu təsdiq edən hər hansı bir qəbzi iddiaçıdan almamışdır. Pulu ona mərhum yoldaşı ilə birlikdə gedib əlbəəl vermişlər. Yoldaşı musiqiçi olmuşdur. Özü əvvəl xadimə işləmiş, sonradan işdən çıxmışdır. İddiaçıya əlbəəl 31000 manat pul qaytarmışlar. Qalan ödənilən məbləğləri isə kartdan çıxarıblar. Kartla birlikdə ümumilikdə onlara 39000 manat məbləğində pul ödəmişlər. Birinci instansiya məhkəməsində işə ədalətli şəkildə baxılmamış, sübutları təmin edilməmişdir. Əfqan Şükürov qəssab, Şakir fotoqrafdır. Həmin şəxslərin yoldaşı ilə heç bir münasibəti olmamışdır. İddiaçı və onun ailəsi onlardan əlavə pullar almağa başlayandan sonra məcbur qalıb xəstə uşağına və xəstə ərinə məxsus olmuş 6768 6753 9293 0804 nömrəli pensiya kartını iddiaçıya vermişlər. Həmin pullar faizi ödəmədiyinə görə aylıq da iddiaçının oğlu İlkin Hüseynovun hesab kartına ödənişlər edilib. Həmin ödənişləri təsdiq edən müvafiq qəbzlər iş materiallarına əlavə edilmişdir. Hazırda həmin qəbzlərdən 6079 manatını təsdiq edən bank qəbzləri vardır. Mərhum yoldaşının onlara verdiyi pul isə ümumilikdə 39000 manat məbləğ təşkil edir. Məhkəməyə fotoşəklini təqdim etdiyi kart 3-cü qrup əlil mərhum yoldaşı X9 və xəstə uşağı X5 pensiya kartıdır. Sözügedən kart 2021-ci ilin dekabr ayından xx.xx.2023-cü ilədək iddiaçıda olmuşdur. 03 yanvar 2023-cü ildə kartı onlara qaytarıblar. Kart iddiaçıda olmuş və pul köçdükcə həmin pulu onlar bankomatdan çəkirmişlər. Məhkəmədə bu barədə bildirsə də, həmin kartdan iddiaçı yaxud onun oğlu tərəfindən nə qədər pul çıxarılması araşdırılmamışdır. İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, onlar (və ya səlahiyyətli nümayəndələri) məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Kollegiya cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin halları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmadan, Masallı Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli 2(050)-544/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarına görə mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır; Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. İş materiallarında olan 04 avqust 2021-ci il tarixli Borc müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 10000 manat məbləğində pulu borc vermiş, cavabdeh aldığı borc məbləğini 27 dekabr 2021-ci il tarixdə tam olaraq iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 17 aprel 2023-cü il tarixli 4/527 saylı ekspert rəyindən görünür ki, mülki işin 3-cü vərəqində İddiaçı ilə Cavabdeh adlarından olan 04 avqust 2021-ci il tarixli Borc Müqaviləsinin arxa tərəfində "Cavabdeh" hissəsində "İMZA:" qrafasındakı imza, "özum imzaladım" yazıları və "ehtiyacım olduqun həmkəndlim Bəxtiyar Huseyinovdan 10 Min onmin Manat borc pul aldim 2021 ci dekabr ayının 30 qaytaraca m öz imzamba tasdik edirəmə imza: Cavabdeh." yazıları və “imza:” qrafasındakı imza Cavabdeh tərəfindən icra olunmuşdur. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-372/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdehin vəsatəti əsasında X6 adına olan 6768 6753 9293 0804 nömrəli kart (kart hesabı) üzrə 2021-ci ilin avqust ayından 2023-cü ilin fevral ayınadək olan dövr ərzində pul vəsaitinin çıxarılmasına dair bankomat görüntüləri (foto və video) tələb edilmiş, lakin "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli 2024/111/12330 saylı məktubuna əsasən sorğu olunan dövrdə bankomatla aparılmış əmaliyyatlara dair görüntülərin saxlama müddəti bitdiyindən həmin görüntülər hazırda mövcud deyildir. Həmin tarixdən 1 il keçdiyi üçün bankomatda formalaşmış görüntülər avtomotik sistemdən silinmişdir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Hazırkı halda, cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də, məhkəmə kollegiyası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Hüquqi əsaslandırma: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 6.2-ci maddəsinə görə fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. MM-in 324.1-324.3-cü maddələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. MM-in 329.2-ci maddəsinə görə əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. MM-in 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Nəzərə alınmalıdır ki, MPM-in 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bu baxımdan, MM-in 739.1-ci maddəsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan redaksiyasına əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Habelə MM-in 740-ci maddəsində göstərilir ki, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, apellyasiya şikayətinin təmin edilərək qətnamənin ləğvi yaxud dəyişdirilməsi üçün heç bir hüquqi əsas yoxdur. Belə ki, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun gəlir, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən apellyasiya şikayətinin heç bir sübuta əsaslanmayan və formal xarakter daşıyan bütün dəllilərini əsassız hesab edir. Belə ki, cavabdeh apellyasiya şikayətində bildirmişdir ki, iddiaçıya olan borc ödənilmiş, borcun ödənilməsi üçün əlil olmuş mərhum ərinə və xəstə uşağına məxsus pensiya kartını iddaçıya vermiş, 2021-ci ilin dekabr ayından təxminən xx.xx.2023-cü ilədək kart iddiaçıda olmuş, beləcə hal-hazırda iddiaçıya bu müqavilə üzrə heç bir borcu yoxdur. Kollegiya apellyasiya şikayətinin dəlillərini, habelə cavabdehin izahatını tədqiq etdikdə müəyyən edir ki, cavabdehin etirazlarının əsası kimi istinad etdiyi hallar olaraq iddiaçıya olan borcu mərhum ərinin ödəyib bitirməsini, borcun ödənilməsi üçün əlil olan ərinə və xəstə uşağına məxsus pensiya kartını verməsini və kartın 2021-ci ilin dekabr ayından təxminən 03 yanvar 2023-cü ilədək iddiaçıda qaldığını bildirmişdir. Ancaq qeyd edilən hallar iş üzrə mötəbər sübutların məcmusu ilə təsdiqini tapmamışdır. Bununla yanaşı, cavabdehin vəsatəti əsasında Şirvan Apellyasiya Məhkəməsinin müvafiq qərardadının icrası üzrə "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 2024/111/8329 saylı cavab məktubuna əsasən həqiqətən də müxtəlif dövrlərdə adıçəkilən kart üzərindən müxtəlif məbləğlərdə məxaric əməliyyatları aparılmış, lakin bankomat görüntüləri silindiyindən bu əməliyyatların kim tərəfindən icra edilməsini müəyyən etmək mümkün olmamışdır. Belə olduğu halda, məxaric əməliyyatlarının iddiaçı tərəfindən icra edilməsi, yəni məxaric olmuş pul vəsaitinin iddia tələbinin əsasını təşkil edən borcun ödənilməsi üçün sərf edilməsi müəyyən edilmədiyindən cavabdehin borc üçün iddiaçıya kartı verməsi və kartdakı pulların iddiaçı tərəfindən mənimsənilməsi barədə dəlilləri əsaslı və mötəbər sübut kimi qəbul edilə bilməz. Hazırda cavabdeh tərəfindən borcun ödənilməsi ilə bağlı qəbz və ya bunu təsdiq edə biləcək başqa sübutlar təqdim edilmədiyindən kollegiya cavabdehin borcun ödənilməsi üçün bildirdiyi bütün halları əsassız hesab edir. Bundan başqa, iddiaçının oğlu X1 hesab kartına ödənişləri təsdiq edən müvafiq qəbzlərlə bağlı kollegiya qeyd edir ki, iddiaçı məhkəməyə teleqram ünvanlayaq cavabdehin ona olan borcunu geri qaytarmadığını, onun oğlu İlkinə də borcu olduğunu və dediyi pulları da məhz sonuncunun borcunu ödəmək üçün verdiyini bildirmişdir. Beləliklə, işdən görünür ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə olaraq apellyasiya şikayətinin dəlilləri üzrə işin bütün faktiki hallarını tam şəkildə araşdırmış və məhkəməyə təqdim olunmuş bütün sübutlara hüquqi qiymət vermişdir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası bildirir ki, ümumilikdə cavabdeh etirazının əsası olaraq iddiaçıya olan borcunun nə nağd şəkildə ödənilməsini, nə yuxarıda qeyd edilən plastik kartdan borcun ödənilməsi üçün iddiaçı tərəfindən pul vəsaitinin çıxarılmasını sübuta yetirə bilməmişdir. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayətində göstərilən və heç bir mötəbər sübuta söykənməyən formal dəlillər hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. MPM-in 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd edilənlərə əsasən cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Masallı Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli 2(050)-544/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 372, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli 2(050)-544/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, o, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-372/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-372/2024
14.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver