Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-374/2025 27.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Q Ə T N A M Ə S İ İş № 2(106)-374/2025 Açar sözlər: pul tələbi X4 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 20 noyabr 2024-cü il tarixli, e-2(073)-2820/2024 saylı qətnaməsindən (hakim O.Vəliyev) iddiaçı "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyətinin nümayəndəsi X2 tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı BOKT "xxxx" QSC Cavabdeh qarşı borcun ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 500 manat əsas borc, 128.89 manat faiz borcu, 75 manat cərimə və 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu, ümumilikdə 734.29 (yeddi yüz otuz dörd manat iyirmi doqquz qəpik) manat borcun tutularaq iddiaçı BOKT "xxxx" QSC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, BOKT "xxxx" QSC tərəfindən xx.xx.2023-cü il tarixli, 696-MUR-1141-23 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 8 ay müddətinə 500 (beş yüz) manat kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini lazımi qaydada yerinə yetirməmiş, nəticədə iddiaçı təşkilata hazırkı borcu yaranmışdır. Tələb edilməsinə baxmayaraq cavabdeh borcunu ödəməmişdir. Buna görə də iddiaçı təşkilat hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı təşkilat qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. İşə sadələşdirilmiş icraat qaydasında baxmış Cəlilabad Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli, e-2(073)-2820/2024 qətnamə ilə iddianın qismən təmin edilməsini, Cavabdeh 235.9 manat əsas borc, 53.33 manat faiz borcu, 75 manat cərimə, cəmi 364.23 (üç yüz altmış dörd manat 23 qəpik) manat borc, 30 (otuz) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat xidmət haqqı alınaraq iddiaçı BOKT "xxxx" QSC-nə ödənilməsini qət etmişdir. Cəlilabad Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin iddiaçı QSC-yə borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 696-MUR-1141-23 saylı “Kredit müqaviləsindən” irəli gəlir. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi həmin müqavilənin şərtlərinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin normalarının tələblərinə istinad edərək hazırkı iddianı irəli sürmək üçün QSCnin hüququ yaranmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarında qeyd edilmiş hüquqi mövqeyini əsas götürmüş Cəlilabad Rayon Məhkəməsi hesab etmişdir ki, müqavilə tərəfinə pretenziya ünvanlandığı vaxtdan etibarən müqavilə ləğv edilmiş hesab edilir. Bununla da, müqavilə ləğv edilmiş gündən sonrakı dövrə aid mövcud olmayan müqaviləyə görə öhdəliklərin tələb edilməsi istisna edilir. Nəticə etibarilə, öhdəlik müqavilə ləğv olunduğu günə qədər olan hissədə təmin edilə bilər. Yəni, öhdəlik müvafiq pretenziya məktubunda göstərilən həddə təmin edilməlidir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, Cəlilabad Rayon Məhkəməsinin 20 noyabr 2024-cü il tarixli, e-2(073)-2820/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qət edilən məbləği BOKT "xxxx" QSC-nin Cavabdeh göndərdiyi 19 aprel 2024- cü il tarixli, 1482/24 saylı xəbərdarlıq məktubunda qeyd olunan 235,90 manat əsas borcu, 53,33 manat faiz borcu və 75 manat cərimə borcuna uyğun olaraq müəyyən etmişdir. Halbuki xəbərdarlıq məktubunda qeyd olunan məbləğ Cavabdeh 19 aprel 2024-cü il tarixinə gecikmədə olan borc məbləği idi. Belə ki, tərəflər arasında bağlanmış 696-MUR-1141-23 saylı, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə görə cavabdehə 8 ay müddətinə 500,00 manat kredit verilmişdir. İş materiallarına əlavə edilməş hesabdan çıxarışdan göründüyü kimi cavabdeh qeyd olunan kredit müqaviləsi üzrə heç bir ödəniş etməmişdir. S özügedən xəbərdarlıq məktubu isə kredit müqaviləsi rəsmiləşdirildikdən sonratəxmini 5 ay sonra göndərilmiş, həmin xəbərnamədə cavabdehin xx.xx.2024-cü il tarixinə olan gecikmədə olan əsas borc, faiz borcu, cərimə borcu məbləğləri qeyd olunmuşdur. Xəbərdarlıqda tələb olunan gecikmədə olan borc məbləğləri cavabdeh tərəfindən icra olunacağı təqdirdə, tərəflər arasında bağlanmış kredit müqaviləsi öhdəlikləri kredit müqaviləsinə əlavə olunmuş ödəniş cədvəlinə uyğun tənzimlənə bilərdi. Yəni həmin xəbərnamədə cavabdehdən kredit müqaviləsi üzrə olan ümumi borc tələb edilməmişdir. Məhkəməyə təqdim olunan maliyyə arayışı isə kredit müqaviləsinin 2.1.1-ci bəndinin tələblərinə uyğun olaraq tərtib olunmuşdur. Kredit müqaviləsinin 2.1.1-ci maddəsinə əsasən, Borcalan bu Müqaviləyə və onun əlavə (lər)sinə uyğun olaraq ödəniş məbləğlərini ödəmədikdə vaxtında ödəmədikdə kreditin vaxtından əvvəl tam ödənilməsini Borcalandan tələb edə bilər. Göründüyü kimi məhkəmə qanunsuz və əsassız olaraq kredit müqaviləsi üzrə cavabdehin əsas qalıq borcu olan 500 manatın belə cavabdehdən tutulub iddiaçıya ödənilməsini təmin etməmiş iddiaçının qanunla qorunan mənafelərinə zidd olaraq 364.23 manat ümumi borc məbləğinin cavabdehdən tutulmalı olduğu qənaətinə gəlmişdir. Qətnamə iddiaçının qanunla qorunan mənafelərinin kobud şəkildə pozulması ilə çıxarılmışdır. Hər bir halda halda məhkəmə iş materiallarında olan sübutları qanunvericiliyə uyğun olaraq ətraflı tədqiq etməli, iş materiallarınaəlavə olunan sənədlər üzrə düzgün araşdırmaaparmalı idi. Qeyd olunanlara əsasən hesab etmişdir ki, Cəlilabad rayon məhkəməsi iddaçı tərəfindən təqdim edilən sübutları araşdırmamış, işdə olan materiallara düzgün baxış keçirməmiş və işin hərtərəfli, tam və obyektiv tədqiq etməyərək Azərbaycan Respublikası mülki qanunvericiliyinin müddəalarını pozaraq ədalətsiz nəticə çıxartmışdır. Bu səbəblərdən ləğv edilməli, iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3-cü maddəsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarının qərarı aldı hissəsinin 4-cü bəndinə qeyd olunur: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Cəlilabad Rayon Məhkəməsi Konstitutsiya Məhkəməsi Plenumunun bu normasını düzgün tövsif etməmiş, iş materiallarına əlavə olunan xx.xx.2024-cü il tarixli maliyyə arayışında müəyyən olunan gecikdirilmiş ümumi gecikdirilmiş annuitet borcu əsas borc 500.00 AZN (Beş yüz manat 00 qəpik), fazi borcu 128.89 AZN (Yüz iyirmi səkkiz manat 89 qəpik), cərimə borcu 75.00 AZN (yetmiş beş manat 00 qəpik) nəzərə almamışdır. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadla apellyasiya şikayəti üzrə apellyasiyanı mümkün hesab etmiş və işə yazılı icraat qaydasında (iş üzrə tərəflərin iştirakı olmadan) baxılmasını qərara almışdır. xx.xx.2025-ci il tarixdə iddiaçının nümayəndəsi Əliəsgər Axundov tərəfindən işə şifahi məhkəmə icraatı qaydasında baxılmasına dair vəsatət Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Həmin vəsatət əsaslı hesab edilərək təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya baxışının şifahi qaydada (iş üzrə tərəflərin iştirakı ilə) baxılması qərara alınmışdır. İddiaçı QSC-nin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi. İş üzrə cavabdeh işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da, apellyasiya baxışına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etməklə o qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçıya münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Mülki işə tətbiq edilən hüquq: Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik 5 faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Mülki Məcəllənin 448-ci maddəsinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Cəlilabad Rayon Məhkəməsinin qətnaməsi təmin olunmayan hissədə ləğv edilməli və həmin hissədə iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarından görünür ki, BOKT "xxxx" QSC tərəfindən xx.xx.2023-cü il tarixli, 696-MUR-1141-23 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 8 ay müddətinə 500 (beş yüz) manat kredit verilmişdir. İş materiallarından görünür ki, cavabdeh həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımı qaydada icra etməmiş, QSC-yə olan borcunu ödəməmişdir. Nəticədə onun iddiaçı QSC-yə borcu yaranmış, QSC həmin məbləğlərin ödənilməsi ilə bağlı cavabdehə xx.xx.2024-cü il tarixdə xəbərdarlıq məktubu göndərsə də, cavabdeh borcunu ödəməmişdir. İşin hallarından görünür ki, cavabdeh iddiaçı QSC qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, ona olan borcunu lazımı qaydada və məbləğdə ödəməmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı təşkilata 500 manat əsas borcu, 128.89 faiz borcu, 75 manat cərimə, cəmi 703.89 (yeddi yüz üç manat səksən doqquz qəpik) manat borcu vardır. İşdə olan xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cavabdehin iddiaçıya 235.9 manat əsas borc, 53.33 faiz borcu, 107.09 cərimə borcu, cəmi 396.32 manat borcunun olmasını bildirmiş, 5 təqvim günü ərzində qeyd edilən məbləğin ödənilməsini cavabdehdən tələb etmiş, əks halda müqavilənin ləğv edilməsi, cəmi borcun və çəkilən digər xərclərin tam olaraq ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. İddianı qismən təmin etmiş Rayon Məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmiş hüquqi mövqeni əsas götürərək belə qənaətə gəlmişdir ki, müqavilə tərəfinə pretenziya ünvanlandığı vaxtdan etibarən müqavilə ləğv edilmiş hesab edilir. Bununla da, müqavilə ləğv edilmiş gündən sonrakı dövrə aid mövcud olmayan müqaviləyə görə öhdəliklərin tələb edilməsi istisna edilir. Nəticə etibarilə, öhdəlik müqavilə ləğv olunduğu günə qədər olan hissədə təmin edilə bilər. Yəni, öhdəlik müvafiq pretenziya məktubunda göstərilən həddə təmin edilməlidir. Belə ki, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarında qeyd edilmiş hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Cəlilabad Rayon Məhkəməsinin bu mövqeyi ilə razılaşmayan Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçı QSC tərəfindən cavabdehə göndərilmiş xx.xx.2024-cü il tarixli məktubu ilə cavabdehə xx.xx.2024-cü il tarixinə olan 235.9 manat məbləğində əsas, 53.33 manat məbləğində faiz, 75 manat məbləğində cərimə borclu olmaqla, ümumilikdə 364.23 manat yaranmış borcun 5 təqvim günü müddətində ödəməyi təklif edilmiş, əks təqdirdə “Kredit müqaviləsinin” 5 təqvim günü müddətində ləğv olunacağı və məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Göründüyü kimi həmin məktubda müqavilənin gələcəkdə ləğv olunacağı və məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Bu hal isə onu deməyə əsas verir ki, müqavilə tərəfi olan cavabdehə ünvanlanmış həmin məktubun tarixindən etibarən “Kredit müqavilənin” ləğv edilmiş hesab edilməsi ilə bağlı Rayon Məhkəməsinin mövqeyi düzgün deyil. Rayon Məhkəməsi həmin əsasla iddianı qismən təmin etməkdə haqlı olmamışdır. Cavabdeh tərəfin iddiaya və apellyasiya şikayətinə etiraz təqdim etməməsini nəzərə alan Məhkəmə iş materiallarına və borcun məbləği ilə bağlı iddiaçı tərəfin hesablamalarına əsaslanaraq hesab edir ki, QSC-nin iddiası əsas və faiz borcunun məbləğinə münasibətdə tam əsaslıdır. Cavabdehdən tutulmalı olan cərimə borcuna gəldikdə isə Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin tələblərinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (maddə 462.1.). Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər (maddə 462.3.). Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər (maddə 465.2.). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (maddə 467.). Qeyd edilən maddi hüquq normalarının tələblərindən çıxış edən Məhkəmə Kollegiyası hesab edir ki, cərimə borcu əsas borc məbləğinə mütənasib olduğundan 75 manat məbləğində müəyyən edilməklə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Müəyyən edilir ki, iddiaçı məhkəməyə müraciət edərək Cavabdeh 500 manat əsas borc, 128.89 manat faiz borcu, 75 manat cərimə və 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu, ümumilikdə 734.29 (yeddi yüz otuz dörd manat iyirmi doqquz qəpik) manat borcun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş baxan birinci instansiya məhkəməsi qəbul etdiyi xx.xx.2024-cü il tarixli, e-2(073)- 2820/2024 qətnamə ilə iddianın qismən təmin etmiş, Cavabdeh 235.9 manat əsas borc, 53.33 manat faiz borcu, 75 manat cərimə, cəmi 364.23 (üç yüz altmış dörd manat 23 qəpik) manat borc, 30 (otuz) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat xidmət haqqı alınaraq iddiaçı BOKT "xxxx" QSC-nə ödənilməsini qət etmişdir. Görümdüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddiaçının iddia tələbi 500 manat əsas borca münasibətdə (500-235.9=264.1) 264.1 manat hissədə, 128.89 manat faiz borcuna münasibətdə (128.89-53.33=75.56) 75.56 manat hissədə təmin edilməmişdir. Odur ki, qeyd edilənləri, MPM-in 385-ci maddəsinin tələblərini və MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərini nəzərə alan Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Cəlilabad Rayon Məhkəməsinin 20 noyabr 2024-cü il tarixli, e-2(073)-2820/2024 qətnaməsi iddianın təmin edilməyən 264,10 manat (iki yüz altmış dörd manat on qəpik) əsas borc, 75,56 manat (yetmiş beş manat əlli altı qəpik) faiz borcu hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək iddiaçı Embafinans BOKT QSC-nin iddiası həmin hissədə təmin edilməlidir. İddiaçı "xxxx" BOKT QSC-nin apellyasiya şikayəti təmin edildiyindən, Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat MPMin 119.1-ci maddəsinin tələbinə əsasən cavabdehdən iddiaçı QSC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər Hazırki iş üzrə iddianın qiyməti isə beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 385.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyətinin apellyasiya şikayəti təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin 20 noyabr 2024-cü il tarixli, e-2(073)-2820/2024 saylı qətnaməsi iddianın təmin edilməyən 264,10 manat (iki yüz altmış dörd manat on qəpik) əsas borc, 75,56 manat (yetmiş beş manat əlli altı qəpik) faiz borcu hissəsində ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Həmin hissədə iddia təmin edilərək Cavabdeh 264,10 manat (iki yüz altmış dörd manat on qəpik) əsas borc, 75,56 manat (yetmiş beş manat əlli altı qəpik) faiz borcu, cəmi 339,66 (üç yüz otuz doqquz manat, 66 qəpik) pul vəsaiti tutularaq iddiaçı "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyətin ödənilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 15 (on beş) manat Cavabdeh tutularaq iddiaçı "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyətinə ödənilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz
Məhkəmə qərarları › İş №2(106)-374/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-374/2025
27.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver