Məhkəmə qərarları › İş №2(106)-384/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-384/2023

02.03.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-384/2023 02.03.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh, onun nümayəndəsi Nümayəndə iştirakları ilə, Saatlı Rayon Məhkəməsinin 2(055)912/2022 saylı, 18 noyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 02 mart 2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə nikah dövründə Saatlı rayonu Əhmədbəyli kəndində tikdikləri və qeydiyyatda olduğu fərdi yaşayış evindən və həyətyanı təsərrüfat tikililərindən və həmçinin həyətyanı sahədən ona istifadə hüququnun verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, cavabdehlə 1995-ci ildə el adəti ilə evlənib ailə həyatı quraraq 1997-ci ildə nikahlarını rəsmiləşdirmişlər. 1995-ci ildə ailə həyatı qurduqdan sonra onlar cavabdehin ataanasından qalan, Saatlı rayonu Əhmədbəyli kəndində yerləşən fərdi yaşayış evində yaşamışlar. Təxminən dörd il əvvəl onlar yaşadıqları evi sökmüş, həmin evin yerləşdiyi həyətyanı sahədə yeni fərdi yaşayış evi, hazırda yaşayış hüququ tələb etdiyi fərdi yaşayış evini tikdirmişlər və uşaqları ilə birlikdə həmin evdə yaşamışlar. Bir neçə il sonra cavabdehlə aralarında olan münasibət kəskinləşdiyi üçün ayrılmışlar və cavabdeh onu birgə yaşadıqları evdən qovmuşdur. Daha sonra, məhkəmə qətnaməsi ilə aralarında olan nikah qeydi pozulmuşdur. O hesab edir ki, cavabdehlə yaşadıqları fərdi yaşayış evini birgə təsərrüfat dövründə əldə etdikləri üçün onun da həmin evə yaşayış hüququ vardır. Ona görə də birgə nikah dövründə Saatlı rayonu Əhmədbəyli kəndində tikdikləri və qeydiyyatda olduğu fərdi yaşayış evindən və həyətyanı təsərrüfat tikililərindən və həmçinin həyətyanı sahədən ona istifadə hüququnun verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək izahatında göstərdi ki, Cavabdeh onun qardaşıdır. İddiaçı ilə cavabdeh evlənib ailə həyatı quraraq cavabdehin ata-anasından qalan və Saatlı rayonu Əhmədbəyli kəndində yerləşən fərdi yaşayış evinə köçərək orada yaşamışlar. Bundan təxminən dörd il əvvəl həmin ev sökülmüş və həmin evin yerləşdiyi həyətyanı sahədə hazırda iddiaçının yaşayış hüququ tələb etdiyi fərdi yaşayış evi tikilmişdir. Lakin həmin evi iddiaçı deyil, o, özü tikmişdir. Qardaşı fiziki və əqli cəhətdən xəstə olduğu üçün ona həmişə köməklik göstərmişdir. Bacısı Maraqlı şəxs razılığı ilə evdə qardaşı Cavabdeh, onun arvadı İddiaçı və onların uşaqları yaşamışlar. Həmin yaşayış evi cavabdehin anası mərhum X5 və Maraqlı şəxs mülkiyyətində olan həyətyanı torpaq sahəsində yerləşir. X1 vəfat etmişdir. İddiaçı ilə cavabdehin yaşadığı fərdi yaşayış evi isə cavabdehin bacısı Maraqlı şəxs mülkiyyətindədir. Hazırki iddia tələbi Cavabdeh qarşı deyil, əsl cavabdeh olan Maraqlı şəxs qarşı qaldırılmalı idi. Belə ki, iddiaçı ilə cavabdehin yaşadığı fərdi yaşayış evinə və həmçinin həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsinə Cavabdeh mülkiyyət hüququ yoxdur. Ona görə də iddiaçının Cavabdeh qarşı qaldırdığı iddia əsassız olduğundan iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs Maraqlı şəxs izahatında göstərdi ki, Cavabdeh onun qardaşı, İddiaçı isə qardaşının keçmiş arvadıdır. İddiaçı ilə cavabdeh evlənib ailə həyatı quraraq cavabdehin ata-anasından qalan və Saatlı rayonu Əhmədbəyli kəndində yerləşən fərdi yaşayış evinə köçmüşlər. Təxminən dörd il əvvəl yaşadıqları ev sökülmüş və həmin evin yerləşdiyi həyətyanı sahədə hazırda iddiaçının yaşayış hüququ tələb etdiyi fərdi yaşayış evi tikilmişdir. Həmin fərdi yaşayış evi iş üzrə cavabdeh olan qardaşının deyil, onun mülkiyyətindədir. Qardaşı Cavabdeh fiziki və əqli cəhətdən xəstə olduğu üçün böyük qardaşı Nümayəndə həmişə Davuda köməklik göstərmişdir. Evi də böyük qardaşı Nümayəndə tikdirmişdir və onun razılığı ilə həmin evdə qardaşı Cavabdeh, onun arvadı İddiaçı və onların uşaqları yaşamışlar. Həmin fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsi isə onun və mərhum anası X2 mülkiyyətinə verilmişdir. Göstərdiyi hallar torpağın mülkiyyətə verilməsinə dair JN 021A KOD 90803038 saylı şəhadətnamədə və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda öz təsdiqini tapmışdır. O, özü hazırda mülkiyyətində olan fərdi yaşayış evində yaşamır, lakin iddiaçının həmin evə köçməyinə razı deyil. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Saatlı Rayon Məhkəməsinin 2(055)912/2022 saylı, 18 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (Hakim:İ.Abuşov), İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun verilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməsi, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 50 (əlli) manat dövlət rüsumu İddiaçı aid edilməsi qət edilmişdir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Mənzil Məcəlləsinin 30.4-cü maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Gəlinən nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. Saatlı Rayon Məhkəməsinin 2(055)912/2022 saylı, 18 noyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən iddiaçının apellyasiya şikayətinə etiraz daxil olmamışdır d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, Saatlı Rayon Məhkəməsinin 2(055)912/2022 saylı, 18 noyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya icraatı zamanı izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini, Saatlı Rayon Məhkəməsinin 2(055)912/2022 saylı, 18 noyabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya icraatı zaman izahat verərək, izahatında məhkəmə kollegiyasında ədalətli qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, kollegiya Saatlı Rayon Məhkəməsinin 2(055)912/2022 saylı, 18 noyabr 2022-ci il tarixli qətnaməsini İddiaçı apellyasiya şikayətinin dəlilləri həddində, qanuniliyini yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 13-cü mаddəsinin 1-ci bəndinə əsаsən Аzərbаycаn Respublikаsındа mülkiyyətin tохunulmаzdır və dövlət tərəfindən müdаfiə оlunur. Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 29-cu mаddəsinə əsаsən hər kəsin mülkiyyət hüququ vаrdır. Mülkiyyət hüququ qаnunlа qоrunur. Heç kəs məhkəmənin qərаrı оlmаdаn mülkiyyətindən məhrum edilə bilməz. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 152.1-ci mаddəsinə əsаsən mülkiyyət hüququ-subyektin оnа mənsub əmlаkа (əşyаyа) öz istədiyi kimi sаhib оlmаq, оndаn istifаdə etmək və оnа dаir sərəncаm vermək üzrə dövlət tаnınаn və qоrunаn hüquqdur. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 157.2 mаddəsinə əsаsən mülkiyyətçi özgəsinin qаnunsuz sаhibliyindən öz əmlаkını geri tələb edə bilər. Əgər mülkiyyət qəsd və yа bаşqа mаneələr əşyаnı götürmədən və yа оndаn məhrum etmədən törədilirsə, mülkiyətçi qəsd edəndən bu hərəkətlərə sоn qоymаğı tələb edə bilər. Bu cür hərəktlər dаvаm etdirildikdə mülkiyyətçi həmin hərəkətlər sоn qоyulmаsını məhkəmə vаsitəsilə tələb edə bilər. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 27 iyul 2001-ci il tarixli qərarında göstərmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu X. Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 11 iyul 2014-cü il qərarında bildirmişdir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlər qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər digər ailə üzvülərinin yaşayış hüquqnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.7-ci maddəsinə əsasən mülkiyyətçi ilə razılaşma əsasında yaşayış sahəsindən istifadə edən vətəndaş belə razılaşmanın şərtlərinə müvafiq olaraq hüquqlara malikdir və müvafiq olaraq vəzifə və məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Saatlı Rayon Məhkəməsinin 2(055)912/2022 saylı, 18 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayəti ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakıları qeyd edir. Belə ki, Saatlı Rayon Məhkəməsinin 18 iyul 2022-ci il tarixli 2(055)-241/2022 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh X6 arasında 04 mart 1997-ci il tarixdə Saatlı rayon Əhmədbəyli KİN-də bağlanmış 09 saylı nikah qeydi pozulmuşdur. İş materiallarına əlavə olunmuş torpağın mülkiyyətə verilməsinə dair JN 021A KOD 90803038 saylı şəhadətnamənin surətindən görünür ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli 08 saylı qərarı ilə 0,31 hektar həyətyanı torpaq sahəsi X2 və Maraqlı şəxs mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə olunmuş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Saatlı rayonu Əhmədbəyli kəndində 0,31 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 146 kv.m sahəsi olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında Maraqlı şəxs məxsusdur. İş materiallarına əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 30 noyabr 2005-ci il tarixdə ölmüşdür. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə tərəflər arasında yaranan münasibət mənzildə istifadə hüququn yaranması və həmin mənzilə köçürülməsi ilə bağlı olmuşdur. İddia tələbinin hüquqi əsası keçmiş Mənzil Məcəlləsinin (xx.xx.2009-cu il tarixədək qüvvədə olan qüvvədə olan) 123-cü maddəsi, hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsi, Mülki Məcəllənin 228-ci maddəsi təşkil edir. İddiaçının iddia tələbinin mahiyyətindən müəyyən edilir ki, o, cavabdehlə 1995-ci ildə el adəti ilə evlənib ailə həyatı quraraq 1997-ci ildə nikahlarını rəsmiləşdirmişlər. 1995-ci ildə ailə həyatı qurduqdan sonra onlar cavabdehin ata-anasından qalan, Saatlı rayonu Əhmədbəyli kəndində yerləşən fərdi yaşayış evində yaşamışlar. Təxminən dörd il əvvəl onlar yaşadıqları evi sökmüş, həmin evin yerləşdiyi həyətyanı sahədə yeni fərdi yaşayış evi, hazırda yaşayış hüququ tələb etdiyi fərdi yaşayış evini tikdirmişlər və uşaqları ilə birlikdə həmin evdə yaşamışlar. Bir neçə il sonra cavabdehlə aralarında olan münasibət kəskinləşdiyi üçün ayrılmışlar və cavabdeh onu birgə yaşadıqları evdən qovmuşdur. Daha sonra, məhkəmə qətnaməsi ilə aralarında olan nikah qeydi pozulmuşdur. O hesab edir ki, cavabdehlə yaşadıqları fərdi yaşayış evini birgə təsərrüfat dövründə əldə etdikləri üçün onun da həmin evə yaşayış hüququ vardır. Ona görə də birgə nikah dövründə Saatlı rayonu Əhmədbəyli kəndində tikdikləri və qeydiyyatda olduğu fərdi yaşayış evindən və həyətyanı təsərrüfat tikililərindən və həmçinin həyətyanı sahədən ona istifadə hüququnun verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehin nümayəndəsinin iddiaya münasibətindən müəyyən edilir ki, iddiaçı ilə cavabdeh evlənib ailə həyatı quraraq cavabdehin ata-anasından qalan və Saatlı rayonu Əhmədbəyli kəndində yerləşən fərdi yaşayış evinə köçərək orada yaşamışlar. Bundan təxminən dörd il əvvəl həmin ev sökülmüş və həmin evin yerləşdiyi həyətyanı sahədə hazırda iddiaçının yaşayış hüququ tələb etdiyi fərdi yaşayış evi tikilmişdir. Lakin həmin evi iddiaçı deyil, o, özü tikmişdir. Qardaşı fiziki və əqli cəhətdən xəstə olduğu üçün ona həmişə köməklik göstərmişdir. Bacısı Maraqlı şəxs razılığı ilə evdə qardaşı Cavabdeh, onun arvadı İddiaçı və onların uşaqları yaşamışlar. Həmin yaşayış evi cavabdehin anası mərhum X5 və Maraqlı şəxs mülkiyyətində olan həyətyanı torpaq sahəsində yerləşir. X1 vəfat etmişdir. İddiaçı ilə cavabdehin yaşadığı fərdi yaşayış evi isə cavabdehin bacısı Maraqlı şəxs mülkiyyətindədir. Hazırki iddia tələbi Cavabdeh qarşı deyil, əsl cavabdeh olan Maraqlı şəxs qarşı qaldırılmalı idi. Belə ki, iddiaçı ilə cavabdehin yaşadığı fərdi yaşayış evinə və həmçinin həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsinə Cavabdeh mülkiyyət hüququ yoxdur. Ona görə də iddiaçının Cavabdeh qarşı qaldırdığı iddia əsassız olduğundan iddianın təmin edilməməsini xahiş edir. Mənzilə şəxsin hüquqlarını müəyyənləşdirən keçmiş Mənzil Məcəlləsinin (xx.xx.2009-cu il tarixədək qüvvədə olan qüvvədə olan) 123-cü maddəsi, hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsi, Mülki Məcəllənin 228ci maddəsi ailə üzvünü nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu X. Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 11 iyul 2014-cü il qərarında bildirmişdir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun həll edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 1995-ci ildə ailə həyatı qurduqdan sonra cavabdehin ata-anasından qalan, Saatlı rayonu Əhmədbəyli kəndində yerləşən fərdi yaşayış evində yaşaması, sonradan isə yəni xx.xx.2022-ci il tarixdən Saatlı rayonu Əhmədbəyli kəndində 0,31 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 146 kv.m sahəsi olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında Maraqlı şəxs və X3 adına xüsusi mülkiyyət kimi qeydiyata alınması, iddiaçı ilə mülkiyyətçi arasında hüqquq və vəzifələrin həcminin dəyişməsinə səbəb olmuşdur. Belə olan halda isə 2009-cu ilin oktyabr ayının 1-dən sonra mülkiyyətçi ilə mülkiyyətçinin ailə üzvü olmayan şəxs arasında yaranmış mübahisələr Mənzil Məcəlləsinin 30.7-ci maddəsinə əsasən həll edilməlidir. Ona görə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəalarının müqayisəli təhlilinə əsasən digər (vətəndaş) şəxs mülkiyyətçinin (hazırki mübahisəyə uyğun olaraq qayınatanın) ailə üzvü (digər qohumların da ailə üzvü hesab edilməsi də nəzərə alınmaqla) hesab edilə bilməz. Belə olan halda, digər (vətəndaşlar) şəxslər yalnız Mənzil Məcəlləsinin 30.7-ci maddəsinə əsasən mülkiyyətçi ilə razılaşma əsasında yaşayış sahəsindən istifadə edən subyekt – vətəndaş kimi qəbul edilməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən edir ki, İddiaçı və Cavabdeh birgə nikah dövründə yaşadıqları fərdi yaşayış evi Cavabdeh deyil, Maraqlı şəxs mülkiyyətindədir. Həmin fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsi isə əvvəllər Maraqlı şəxs və mərhum X2 mülkiyyətinə verilmişdir, hazırda isə Maraqlı şəxs mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Kollegiya işdə olan sübutlardan müəyyən edir ki, iddiaçının yaşayış hüququ tələb etdiyi fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi Maraqlı şəxs mülkiyyətində olduğundan 31 oktyabr 2022-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında məhkəmə tərəfindən iddiaçıya hazırkı cavabdehin əsl cavabdeh olan fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin mülkiyyətçisi Maraqlı şəxs ilə əvəz etməyi və həmin şəxsin əsl cavabdeh qismində işə cəlb edilməsi təklif edilsə də, iddiaçı buna razı olmamış, iddiasının Cavabdeh qarşı baxılmasını məhkəmədən tələb etmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.2-ci maddəsini əsas tutaraq iddia ərizəsində göstərilən tələb üzrə işə baxmağı mümkün hesab etmiş və həmçinin Maraqlı şəxs üçüncü şəxs qismində işə cəlb edilmişdir. Kollegiya həmçinin müəyyən etmişdir ki, İddiaçı Cavabdeh keçmiş arvadı olmaqla onun keçmiş ailə üzvü olmuşdur və Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Lakin məhkəmə iclasında tədqiq olunmuş torpağın mülkiyyətə verilməsinə dair JN 021A KOD 90803038 saylı şəhadətnamə ilə və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla iddiaçının tələb irəli sürdüyü fərdi yaşayış evi və həyətyanı torpaq sahəsinin hazırda Cavabdeh deyil, Maraqlı şəxs mülkiyyətində olması təsdiq olunmuşdur və iddiaçı Qəmbərova X4 Dürdanə Əli qızının ailə üzvü deyildir. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia məhz iddiaya cavab verilməli olmayan şəxsə verildiyindən və iddiaçı əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz olunmasına razı olmadığından iddiaçının Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun verilməsi tələbinə dair iddiası əsaslı hesab edilə bilməz. İddiaçı apellyasiya şikayətinin dəlilində qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən Maraqlı şəxs mübahisəli evə çıxarışın əldə edilməsi faktı aydınlaşdırılmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin yuxarıda göstərilən dəlili ilə bağlı qeyd edir ki, iş materiallarında olan (səh.56) Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Saatlı rayonu Əhmədbəyli kəndində 0,31 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 146 kv.m sahəsi olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında Maraqlı şəxs məxsusdur və hazırda qeyd olunan çıxarışın əldə edilməsinin qanunsuzluğu mübahisənin predmeti olmamışdır. Odur ki, kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyi “İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun verilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir” ilə razılaşır, hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmış və gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Kollegiya iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab etməklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslandığından iş üzrə Saatlı Rayon Məhkəməsinin 2(055)912/2022 saylı, 18 noyabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Saatlı Rayon Məhkəməsinin 2(055)912/2022 saylı, 18 noyabr 2022-ci il tarixli qətnaməsi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar