Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-385/2025 09.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedici Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun tutulması» tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli, 2(049)-1659/2020 saylı qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedici Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq məhkəmə tərkibi MÜƏYYƏN E T D İ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedici Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1450 manat əsas, 879,86 manat faiz, 1042,80 manat cərimə, 216,60 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra ( Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla , cəmi 3589,26 manat məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll olunması üçün ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli, 2(049)-1659/2020 saylı qətnaməsi ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedici Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun tutulması» tələbinə dair iddiasının təmin edilməməsi və iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedici Əmanətlərin Sığortalanması Fondu Lənkəran Rayon Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli, 2(049)-1659/2020 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli, 2(049)-1659/2020 saylı qərardadı ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedici Əmanətlərin Sığortalanması Fondunun verdiyi apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedici Əmanətlərin Sığortalanması Fondu tərəfindən şikayət verilmişdir. Lənkəran Rayon Məhkəməsinin 23 iyul 2024-cü il tarixli, 2(049)-1659/2020 saylı qərardadı ilə Lənkəran Rayon Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli, 2(049)- 1659/2020 saylı qərardadından iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedici Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Lənkəran Rayon Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli, 2(049)-1659/2020 saylı qərardadından iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedici Əmanətlərin Sığortalanması Fondu tərəfindən yenidən şikayət (prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə birlikdə) verilmişdir. Lənkəran Rayon Məhkəməsinin 12 avqust 2024-cü il tarixli, 2(049)-1659/2020 saylı qərardadı ilə Lənkəran Rayon Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli, 2(049)- 1659/2020 saylı qərardadından şikayət verilməsi üçün prosessual müddətin iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedici Əmanətlərin Sığortalanması Fonduna münasibətdə buraxılmamış hesab edilməsi, Lənkəran Rayon Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli, 2(049)-1659/2020 saylı qərardadının ləğv edilməsi və Lənkəran Rayon Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli, 2(049)-1659/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mülki işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(106)- 1736/2024 saylı qərardadı ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 oktyabr 2024-cü il tarixli, 2(106)-1736/2024 saylı qərardadının ləğv edilməsi, Lənkəran Rayon Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli, 2(049)-1659/2020 nömrəli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedici Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi və mülki işin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-363-cü maddələrinin tələblərinin yerinə yetirilməsi və sonrakı prosessual hərəkətlər edilməsi üçün apellyasiya baxışından çıxarılmaqla Lənkəran Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedici Əmanətlərin Sığortalanması Fondu Lənkəran Rayon Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli, 2(049)-1659/2020 saylı qətnaməsindən yenidən apellyasiya şikayəti ((prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə birlikdə) vermişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(049)-1659/2020 saylı qərardadı ilə Lənkəran Rayon Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli, 2(049)- 1659/2020 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(049)-1659/2020 saylı qərardadı ilə Lənkəran Rayon Məhkəməsinin 09 sentyabr 2020-ci il, 2(049)-1659/2020 saylı qətnaməsindən şikayət verilməsi üçün prosessual müddətin İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna münasibətdə buraxılmamış hesab edilməsi və hazırki qərardad qanuni qüvvəyə mindikdən sonra Lənkəran Rayon Məhkəməsinin 09 sentyabr 2020-ci il, 2(049)-1659/2020 saylı qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 tərəfindən verilmiş apellyasiya şikayətinin mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə tərkibi hesаb edir ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, Lənkəran Rayon Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli, 2(049)- 1659/2020 saylı qətnaməsindən ilk dəfə xx.xx.2020-ci il tarixdə iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, həmin apellyasiya şikayəti geri qaytarılmışdır. Bundan sonra sözügedən qətnamədən iddiaçı tərəfindən yenidən verilmiş apellyasiya şikayəti (prosessual müddətin bərpası barədə ərizə ilə birlikdə) xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Göründüyü kimi ilkin apellyasiya şikayətinin verilməsindən 4 il müddət keçməsinə baxmayaraq birinci instansiya məhkəməsi apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsi barədə ərizənin təmin və ya rədd edilməsi barədə qərardad qəbul etməli olduğu halda, yanlış qənaətə gələrək apellyasiya şikayəti verilməsi üçün prosessual müddəti iddiaçıya münasibətdə buraxılmamış hesab edərək apellyasiya şikayətini baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı mаddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd edilən halları araşdırmadan, iddiaçı tərəfindən qətnamədən apellyasiya şikayətinin vermə müddətinin buraxılıbburaxılmamasını müəyyən etmədən, bir sözlə apellyasiya şikayətinin MPM-ə uyğunluğunu yoxlamadan şikayəti baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366.1-ci mаddəsinə əsаsən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci mаddəsində deyilir ki, əgər аpellyаsiyаnın mümkünlüyü üçün əsаslаr yоxdursа, о qəbul оlunmаmış hesаb edilə bilər. Həmin Məcəllənin 366.4-cü maddəsinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 363.1.5-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə və həmin Məcəllənin 363.1.1-1.-ci mаddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366.1-ci mаddəsinə əsаsən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 366.2-ci mаddəsində deyilir ki, əgər аpellyаsiyаnın mümkünlüyü üçün əsаslаr yоxdursа, о qəbul оlunmаmış hesаb edilə bilər. Həmin Məcəllənin 366.4-cü maddəsinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 fevral 2007-ci il qərarında göstərilmişdir ki, “Ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur.” Habelə Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında prosessual müddətlərlə bağlı hüquqi mövqeyini açıqlayaraq göstərmişdir ki, “Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə tərkibi hesаb edir ki, Lənkəran Rayon Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli, 2(049)-1659/2020 saylı qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedici Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti üzrə аpellyаsiyа qeyri-mümkün hesаb edilməli və iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedici Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün Lənkəran Rayon Məhkəməsinə qaytarılmalıdır. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Həmin Məcəllənin 400-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 263-264, 363, 366, 400, 402-403 və 405-ci mаddələrinin tələblərini rəhbər tutаrаq, məhkəmə kоllegiyаsı Qərаrааldı: Lənkəran Rayon Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli, 2(049)-1659/2020 saylı qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedici Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti üzrə аpellyаsiyа qeyrimümkün hesаb edilsin. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedici Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün Lənkəran Rayon Məhkəməsinə qaytarılsın. Qərаrdаd işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2(106)-385/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-385/2025
09.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver