Məhkəmə qərarları › İş №2(106)-386/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-386/2023

28.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-386/2023 28.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Kərimov Tale Suliddin oğlu və İmanov Cahid Fehruz oğlundan ibarət məhkəmə tərkibində, məhkəmə iclas katibi Məmmədov Samir Valeh oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli 2(049)-2460/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli 2(049)-2460/2022 saylı qətnaməsi ilə (hakim Toğrul Məmmədov) İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası qismən təmin edilmiş, 24 may 2012-ci il tarixdə anadan olmuş Sadıxov İbrahim Samid oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün Lənkəran Rayon Məhkəməsinin 20 fevral 2017-ci il tarixli 2(049)-844/2017 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq hər ay 175 manat sabit pul məbləğində müəyyən edilməsi və həmin məbləğdə aliment uşaq yetkinlik yaşına çatanadək Cavabdeh alınıb İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh tərəfindən Lənkəran Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli 2(049)-2460/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi və alimentin miqdarının 136 manatda saxlanılmasına dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbi ilə məhkəməyə müraciət edərək 24 may 2012-ci il tarixdə anadan olmuş Sadıxov İbrahim Samid oğlunun saxlanması üçün Lənkəran Rayon Məhkəməsinin 20 fevral 2017-ci il tarixli 2(049)- 844/2017 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq 193 manat məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2011-ci ildə ailə qurmuş və birgə nikahlardan 24 may 2012-ci il tarixdə bir uşaqları anadan olmuşdur. Cavabdehlə ailə qurduqdan sonra əvvəllər münasibətləri normal olsa da, sonradan aralarında sözsöhbətlər olmuş və bunun nəticəsində 2015-ci ilin sentyabr ayından faktiki olaraq ayrılmışlar. Cavabdehlə ailənin bərpası mümkün olmadığından ondan boşanmaq üçün məhkəməyə müraciət etmiş və Lənkəran Rayon Məhkəməsinin 19 fevral 2016-cı il tarixli qətnaməsi ilə cavabdehlə onun arasında bağlanmış nikah qeydi pozulmuş, birgə nikahdan anadan olmuş İbrahim adlı uşağın onun yanında qalması müəyyən edilmişdir. Nikahı pozularkən cavabdeh ona hər ay uşağını saxlamaq üçün aliment ödəyəcəyini bildirdiyi üçün həmin vaxt o, ondan aliment tələb etməmişdir. Ayrıldığı vaxtdan bəri cavabdeh bir valideyn kimi uşağı ilə maraqlanmadığından ona heç bir qayğı göstərmədiyi üçün o, aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmiş, Lənkəran Rayon Məhkəməsinin 20 fevral 2017-ci il tarixli 2(049)-844/2017 saylı qətnaməsinə əsasən iddia tələbi təmin edilərək, Cavabdeh 24 may 2012-ci il tarixdə anadan olmuş İbrahim adlı uşağın saxlanması üçün hər ay 136 manat alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Hazırda uşağının artan tələbatı ilə bağlı alimentin məbləğinin artırılması barədə məhkəməyə müraciət edir. O, işləmədiyi üçün uşağın tələbatlarını ödəyə bilmir. Artıq qətnamənin qəbulundan 5 il keçmiş, bu müddət ərzində ölkədə və dünyada baş vermiş qiymət artımı, bunun nəticəsində də uşağın tələbatları da artmışdır. Çünki, oğlu İbrahim artıq məktəblidir və onun təhsil xərclərini ödənilməsində də çətinlik çəkir. Təkbaşına uşağı təmin etməkdə maddi cəhətdən çətinlik çəkməsinə baxmayaraq, cavabdeh könüllü olaraq uşağın saxlanmasında ona heç bir maddi köməklik göstərmir. Cavabdeh Rusiya Federasiyasında da işləyir və yaxşı qazanc əldə edir. Bir sözlə, cavabdeh ödədiyi 136 manat alimetdən başqa uşağına heç bir maddi yardım göstərmir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Qədirli Nuriyyə Qadir qızı Lənkəran Rayon Məhkəməsinə alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Həmin məhkəmə işin hallarını düzgün araşdırmamış və alimentin miqdarının artırılaraq 175 manat müəyyən olunması haqqında qətnamə qəbul etmişdir. İddiaçının özünün də təsdiq etdiyinə əsasən aliment vaxtıvaxtında tam olaraq ödənilir və heç bir gecikməyə yol verilmir. Lakin hazırkı qətnamə gələcək aylarda onun aliment borcunun yaranması və ödənişlərin dayandırılmasına səbəb olacaqdır. Bundan əlavə, məhkəmə qətnamə qəbul edən zaman işin hallarını düzgün araşdırmamış, yeni ailə qurmağını və həmin nikahdan da bir azyaşlı övladının olmasını nəzərə almamışdır. Təbii ki, qazanc övladları arasında bərabər hissədə bölünməlidir. Lakin məhkəmə qətnaməsi digər övladının əvvəlki yaşayış səviyyəsinin kobud şəkildə pozulmasına xidmət edir. Həmçinin, ümumi məhkəmə praktikası da onu göstərir ki, kənd və şəhər yerlərində təyin olunan alimentin miqdarı həmin əraziyə uyğun hesablanır. Lakin məhkəmə alimentin miqdarını artıran zaman iddiaçı və cavabdehin harada yaşaması hissəsinə toxunmamış və ümumi şablon yanaşma etmişdir. Özü fiziki qüsurludur və 3-cü qrup əlillik statusu var. Həkim rəyinə əsasən yalnız yüngül işlərdə çalışa bilər. Səhhətində olan problemlərə baxmayaraq, fiziki işlərdə çalışaraq övladının alimentini zamanında ödəyir. Alimentin miqdarının artırılması gələcəkdə aliment öhdəliyini icra edə bilməyəcəyi üçün bir əsasdır. Aliment təyin olunan və ya artırılan zaman aliment ödəyən şəxsin maddi və diqqətəlayiq olan digər halları nəzərə alınmalı idi. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə araşdıraraq belə hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Lənkəran Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli 2(049)-2460/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarına əlavə edilmiş Lənkəran Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(049)-844/2017 saylı qətnaməsindən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü Sadıxov İbrahim Samid oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 136 manat sabit pul məbləğində alimentin tutulub Qədirli Nuriyyə Qadir qızına verilməsi qət edilmişdir. MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (AM) 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-in 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələbindən görünür ki, uşaqlarını saxlamaq, onların qayğısına qalmaq valideynlərin konstitusiya ilə müəyyən edilmiş vəzifələridir. Əgər valideynlərdən biri uşaqların saxlanılmasında iştirak etmirsə, uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutula bilər. Valideynlərdən tutulan alimentin məbləği və tutulması qaydası aliment verməyə borclu olan valideynin qazancının dəyişən olub-olmamasından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilə bilər. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarından görünür ki, Lənkəran Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli 2(049)-2460/2022 saylı qətnaməsi əsasında xx.xx.2012-ci il təvəllüdlü Sadıxov İbrahim Samid oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 136 manat sabit pul məbləğində tutulan alimentin həcminin artırılaraq 175 manat sabit pul məbləğində müəyyən edilməsi və həmin pul vəsaitinin hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh hər ay tutulub İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh isə apellyasiya şikayəti verərək, İddiaçı ilə nikahlarına xitam verildikdən sonra yeni ailə qurduğunu, yeni nikahdan bir övladı dünyaya gəlməsini, fiziki qüsurlu olduğu üçün yalnız yüngül işlərdə çalışa bildiyini əsas gətirməklə iddia tələbinin qismən təmin edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticənin əsassız olduğunu göstərmişdir. AM-in 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. AM-in 75.1-ci maddəsinin tələbinə görə qanunverici uşaqların saxlanmasını, onların maddiməişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıb-yaşamamasından asılı olmayaraq uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. 02 sentyabr 1990-cı il tarixdə qüvvəyə minmiş “Uşaq Hüquqları Haqqında Konvensiya”nın 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları onlara əsas qayğı obyektidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, uşaqların gündəlik zəruri qida və digər zəruri ehtiyaclarının artması hamıya bəlli olan hal olmaqla, həmin ehtiyacların təmin edilməsində valideynlərin hər biri bərabər məsuliyyət daşıyırlar. Uşaqların ehtiyaclarının artması, yetkinlik yaşına çatmayan övladın tələbatının artması mübahisə predmeti ola bilməz. Hazırda ananın uşağın qayğısına qalması, uşağın zəruri ehtiyaclarının və layiqli həyat şəraitinin təmin edilməsinə cəhd etməsi işin mübahisə doğurmayan halıdır. Nəzərə alınmalıdır ki, 2023-cü il yanvarın 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” 09 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Valideynlər arasında nikah pozulduqdan sonra uşağın kimin yanında qalmasından asılı olmayaraq, uşağın ən yaxşı marağının ona göstərilən yüksək maddi və mənəvi qayğıdan ibarət olduğunu, eyni zamanda uşaqların saxlanılmasında hər iki valideynin bərabər hüquq və vəzifələrə malik olduğunu nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə azyaşlı 24 may 2012-ci il təvəllüdlü Sadıxov İbrahim Samid oğlunun anası İddiaçı yanında yaşaması, cavabdehi bir valideyn olaraq azyaşlı uşağın tərbiyəsi və onun maddi-məişət tələbatlarının təmin edilməsi sahəsində valideyn vəzifəsindən azad etmir. Qeyd olunan halları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı və cavabdehin birgə nikahlarından 24 may 2012-ci il tarixdə doğulmuş Sadıxov İbrahim Samid oğlunun maddi tələbatlarının ödənilməli olmasını, eyni zamanda işin diqqətəlayiq hallarını nəzərə almaqla cavabdehdən hər ay bir uşağın saxlanması üçün məhkəmə qətnaməsi ilə alimentin miqdarının hər ay bir uşaq üçün 175 manat müəyyən edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuş, həm də cavabdehin hazırkı maddi və ailə vəziyyəti nəzərə alınmışdır. Bundan əlavə, alimentin ayda bir uşaq üçün 175 manat miqdarında müəyyən edilməsi alimentin qəti müəyyən edilməsi kimi başa düşülməməlidir. Belə ki, bu hal hazırkı vəziyyətdə uşağın artan tələbatı və eləcə də aliment verənin maddi və ailə vəziyyəti, eləcə də digər diqqətəlayiq maraqları nəzərə alınmaqla təyin edilmiş alimentin miqdarının dəyişdirilməsi imkanından gələcəkdə nə cavabdehi, nə də iddiaçını məhrum edir. AM-in 112.1-ci maddəsinin tələbinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, apellyasiya şikayətinin dəlilləri ailə qanunvericiliyinin yuxarıda qeyd olunan tələbləri və mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki halları nəzərə alınmaqla qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Qeyd edilməlidir ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə yekun nəticəyə gəlir ki, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan işin bütün faktiki halları aydınlaşdırılmış, məhkəmənin qətnamədə göstərilmiş nəticələri işin həqiqi hallarına uyğun gəlir. Ona görə də, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Lənkəran Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli 2(049)-2460/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14.2, 77.1, 217.2, 372, 385.2, 392, 393 və 402.1ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli 2(049)-2460/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar