Məhkəmə qərarları › İş №2(106)-389/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-389/2025

23.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-389/2025 23.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, İsazadə Salman Raqif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Saatlı Rayon Məhkəməsinin 18 noyabr 2024-cü il tarixli 2(055)-920/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxıb MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Saatlı Rayon Məhkəməsinə müraciət edərək 7200 manat məbləğdə pulun, ödənilmiş 92 manat dövlət rüsumunun və 100 manat xidmət haqqının cavabdehdən alınmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Saatlı rayonunun Orta Muğan kəndində Anar adlı şəxsin sexində avtomobil təmiri və rənglənməsi ilə məşğul olur. Cavabdeh 15 fevral 2023-cü il tarixdə “VAZ-21074” markalı ** HE *** dövlət qeydiyyat nişanlı avotomobili ona verməyi, avtomobildə xırda işlər gördükdən sonra satıb 2023-cü ilin mart ayının sonuna kimi ona 7200 manat pul verəcəyini təklif etdiyindən cavabdehin təklifi ilə razılaşaraq özünə məxsus həmin avtomobili sonuncuya vermişdir. Vaxt tamam olduqdan sonra cavabdehdən pulu tələb etdikdə cavabdeh ziyana düşdüyünə görə ondan bir neçə dəfə vaxt istəmiş, lakin yenə də nəticə olmamışdır. O da cavabdehin onu aldatdığını görüb avtomobilə görə verdiyi etibarnaməni ləğv etdirmiş və avtomobilin üzərinə həbs qoyulması barədə polisə müraciət etmişdir. Bundan sonra 2023-cü ilin aprel ayında Nuhəli Kərimovun, Rəhim Hətəmovun, Anar Allahverdiyevin, Cavabdeh və onun iştirakı 29 aprel 2023-cü il tarixdə Nuhəli Kərimov tərəfindən akt və iltizam tərtib edilmiş və cavabdeh akta və iltizama imza edərək ona 7200 manat borclu olmasını təsdiq etmişdir. Lakin hal-hazıradək cavabdeh pulu qaytamamışdır. 29 aprel 2023-cü il tarixli akt və iltizam iddia tələbinin əsaslı olmasını bir daha təsdiq edir. Dəfələrlə cavabdehdən pulunu tələb etsə də, müsbət nəticə əldə etməmişdir. Odur ki, məcbur qalıb hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Saatlı Rayon Məhkəməsinin 18 noyabr 2024-cü il tarixli 2(055)-920/2024 saylı qətnaməsi (hakim Mirlətif Sadıqov) ilə iddianın təmin edilməsini, Cavabdeh 7200 manat məbləğdə pul alınaraq İddiaçı verilməsi, iddiaçı tərəfindən ödənilmiş 92 manat dövlət rüsumu və 100 manat vəkil xidmət haqqı, cəmi 192 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək iddianın təmin edilməməsi və qətnamənin ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İ Ş İ N H A L L A R İ: 29 aprel 2023-cü il tarixli Nuhəli Kərimov, İddiaçı, Rəhim Hətəmov, Anar Allahverdiyev və Cavabdeh imzası ilə tərtib edilmiş iltizamdan görünür ki, Cavabdeh İddiaçı 7200 manat borclu olduğunu təsdiq etmişdir. 29 aprel 2023-cü il tarixli Nuhəli Kərimov, İddiaçı, Rəhim Hətəmov, Anar Allahverdiyev, Anar Əsgərov və Cavabdeh imzası ilə tərtib edilmiş aktdan görünür ki, Cavabdeh İddiaçı 7200 manat borclu olduğunu təsdiq etmişdir. Anar Səfərxanlı tərəfindən məhkəməyə ünvanlanmış 16 noyabr 2024-cü il tarixli ərizədən görünür ki, Anar Səfərxanlı 29 aprel 2024-cü il tarixdə tərtib edilmiş akta imza etmiş, bu zaman Cavabdeh İddiaçıa 7200 manat pul verəcəyini təsdiq etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 yanvar 2024-cü il tarixli 4/1915 nömrəli rəyindən görünür ki, 29 aprel 2023-cü il tarixli aktın üz tərəfinin sonunda “Cavabdeh” yazıları önündəki imzanın və arxa tərəfində olan iltizamın orta hissəsində “4.Cavabdeh” yazıları qarşısındakı imzanın və həmin iltizamın sonunda “Cavabdeh” yazıları qarşısındakı imzanın Cavabdeh tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 aprel 2024-cü il tarixli 4/360 nömrəli rəyindən görünür ki, 29 aprel 2023-cü il tarixli aktın sonunda “Cavabdeh” yazıları önündəki imzanın və iltizamın orta və aşağı hissəsində “4. Cavabdeh”, “Cavabdeh” yazıları qarşısındakı imzaların Cavabdeh tərəfindən icra olunubolunmamasını müəyyən etmək mümkün olmadı. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tələb olunan məbləğin borc haqqı olaraq tələb olunması ilə bağlı iddia məhkəmə qətnaməsi ilə təmin edilmişdir. Qətnamədə məhkəmə tərəflər arasında borc müqaviləsinin, yazılı razılaşmanın, digər mötəbər sübutların olmamasına baxmayaraq, iddiaçıya cavabdehdən borcun tutulması tələbinə dair iddia təmin edilmişdir. Lakin hazırkı halda iddiaçı tərəfindən sözügedən borc verdiyi ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Göstərilənlərə sübut qismində kim tərəfindən yazıldığı qeyri-müəyyən olan sadə əlyazma qəbzdir. Bununla yanaşı, sözügedən məhkəmə qərar qəbul edərkən həmin sadə qəbzə və iddiaçının qanunsuz və əsassız mülahizələrinə və izahatına əsaslanmışdır. Bununla da, iddia tələbin sübuta yetirilməsi qeyri-mümkün və qanuna ziddir. İşin obyektiv həlli üçün yanlış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Bu baxımdan da, iddiaçı iddia ərizəsində cavabdehə müəyyən məbləğldə pul verməsini göstərsə də, yalnız mülahizələr və ifadələr ilə iddia tələbinin əsaslılığı sübuta yetirilməsi üçün kifayət deyil. Məhkəmə heç bir mötəbər sübut olmadan, araşdırma aparmadan əsassız qərar qəbul etmişdir. Məhkəmə bu halları nəzərə almadan hüquqlarının kobud formada pozulmasını bilə-bilə qərar qəbul etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, cavabdehlə əvvəlki dövrlərdə yaxın münasibətləri mövcud olmuşdur. Mübahisəli avtomobil satılması məqsədilə cavabdehə verilmişdir. Lakin cavabdeh avtomobili satmış, əldə etdiyi pul vəsaitini isə qumarda uduzmuşdur. Dəfələrlə pul vəsaitinin qaytarılması tələb edilsə də, bu tələblər nəticəsiz qalmışdır. Cavabdeh maşın ustası kimi fəaliyyət göstərir və iddiaçının yaşadığı kənddən təxminən 10–12 km məsafədə yaşayır. Uzun müddətdir ki, tərəflər birbirləri ilə qarşılaşmamışlar. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları hərtərəfli şəkildə tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilərək iddia tələbi yeni əsasla təmin edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmasını düzgün hesab edir. Məhkəmə tərkibi qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edibetməməsi yoxlanılarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması çox vacibdir. Habelə işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Buna görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi həmin normaya uyğun yoxlanılmalıdır. Qeyd edilənlərə əsasən tərkib hesab edir ki, birinci instansiya məhkəməsi mübahisə predmeti ilə bağlı tərəflər arasındakı qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. İlk öncə, məhkəmə tərkibi bildirir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Tələbin qanuni əsası dedikdə, qanunun elə müddəası başa düşülür ki, o, bir tərəfə qarşı tərəfdən nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. Məhkəmənin vəzifəsi ilk növbədə qanunun mətni ilə işdən, yəni ayrı-ayrı tələblərin qanuni əsaslarının tapılmasından, onların dispozisiya şərtlərinin müəyyənləşdirilməsindən və lazım olduğu halda onların hüquqi mənasını təfsirin köməkliyi ilə aydınlaşdırmaqdan ibarətdir. Sonrakı mərhələdə məhkəmə qanunda yetərincə mücərrəd və ümumi formulə edilmiş dispozisiya şərtlərini konkret hala tətbiq etməlidir. Bununla bərabər, məhkəmə tərkibi hüquqi müəyyənlik prinsipinə də toxunmağı zəruri hesab edir. Bu prinsip hüququn aliliyinin əsas xüsusiyyətlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu isə öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiq edənin hərəkətlərinin isə qabaqcadan bilməsinə imkan verməlidir. Bu prinsip azadlıq və toxunulmazlıq hüququnun məhdudlaşdırılması şərtlərinin milli qanunvericilikdə aydın və dəqiq təsbitini, hüquq tətbiq etmə praktikasının qanunun eyni cür və dürüst təfsirinə əsaslanmasını, müxtəlif məhkəmə qərarlarında hüququn tətbiqi məsələlərində ardıcıllığın gözlənilməsini, yəni qanunun tətbiqi təcrübəsinin şəxslər üçün gözlənilən olmasını nəzərdə tutur. Bu səbəbdən də, işə baxan məhkəmələr hüquqi müəyyənlik prinsipinin yüksək səviyyədə gözlənilməsi və məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi baxımından hüququn tətbiqində tərəflərin mövqeyindən və hüquqi əsaslandırmasından asılı deyildir. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi apellyasiya qaydasında yoxlanılarkən, iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, məhkəmə tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının düzgün tətbiq olunmaması müəyyən edilmişdir. Məhkəmə tərkibi bütün iş materiallarını araşdıraraq və sübutlara hərtərəfli qiymət verərək hesab edir ki, iddia əsaslı olmuş, lakin birinci instansiya məhkəməsi tərəflər arasında cərəyan edən mövcud münasibətlərə yanlış olaraq alğı-satqı müqaviləsinə dair maddi hüquq normalarını tətbiq etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 881.1 və 881.2-ci mddələrinə görə barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyrimüəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər; Barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. MPM-in 882-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir Məhkəmə tərkibi eyni zamanda qeyd edir ki, apellyasiya şikayətində tərəflər arasında borc münasibətlərinin mövcud olmaması barədə dəlillər göstərilsə də, məhkəməyə bu faktı təsdiq edəcək hər hansı mötəbər sübutlar məcmusu təqdim edilməmişdir. Hazırkı iddia tələbinin əsasında duran borc məbləği yazılı sənədlərdə öz əksini tapmış və cavabdeh tərəf həmin borcun mövcudluğunu öz imzası ilə təsdiqləmişdir (etiraf etmişdir). X2 Məhkəməsinin 24 fevral 2025-ci il tarixli qərardadı əsasında təyin edilmiş məhkəməxətşünaslıq ekspertizası üzrə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertizanın aparılması üçün əlavə tədqiqat obyektlərinin və iş üzrə materialların təqdim edilməsi barədə vəsatəti icra edilməsi üçün xəbərnaməli məktubla poçt vasitəsilə Cavabdeh göndərilmiş, hətta vəsatətin icra üçün sonuncu ilə mobil telefon vasitəsilə dəfələrlə əlaqə saxlanılmış, ancaq onun icrasına nail olmaq mümkün olmamışdır. O da qeyd edilməlidir ki, Cavabdeh MPM-in 97.5-ci maddəsinin nəticələri də izah edilmişdir. Belə ki, MPM-in 97.5-ci maddəsinə görə tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğvi üçün əsasdır. Beləliklə, tərkib hesab edir ki, birinci instansiyası məhkəməsi tərəflər arasında mövcud faktiki münasibətlərə düzgün hüquqi qiymət vermədiyi üçün qətnamə maddi hüquq normalarının tətbiqi hissəsində qanuni və əsaslı sayıla bilməz. MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Bununla yanaşı, MPM-in 107 və 119.1-ci maddələrinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 402- ci maddələrini rəhbər tutub QƏTETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Saatlı Rayon Məhkəməsinin 18 noyabr 2024-cü il tarixli 2(055)-920/2024 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Cavabdeh 7200 (yeddi min iki yüz) manat məbləğdə pul vəsaiti alınaraq İddiaçı ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 92 (doxsan iki) manat dövlət rüsumu və 100 (yüz) manat vəkil xidmət haqqı, cəmi 192 (yüz doxsan iki) manat məbləğdə pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddət ərzində şikayət verilməzsə, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar