Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-39/2023 17.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Pərviz Tərlan oğlu (sədrlik edən və məruzəçi), İmanov Cahid Fehruz oğlu və Mayılov Samir İlham oğlundan ibarət məhkəmə tərkibində, məhkəmə iclas katibi Məmmədov Samir Valeh oğlunun katibliyi ilə, İddiaçı1 BOKT ASC-nin cavabdehlər Cavabdeh3, Dəmirova Yeganə Hüseyn qızı, Cavabdeh4 və Ağayeva Fərqanə Hüseyn qızına qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Dəmirova Xanım Reman qızı, Dəmirov Reman Telman oğlu, Hüseynova Nəhayət Şəmsəddin qızı, Hüseynli Aysu Nurlan oğlu, Hüseynli Cahid Nurlan oğlu və Hüseynli Zəhra Nurlan qızı) kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Hacıqabul Rayon Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli 2(071)-44/2020 saylı qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı1 BOKT ASC Hacıqabul Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh1 01 oktyabr 2012-ci il tarixli 1184/12/PB saylı kredit müqaviləsinə əsasən 7387,72 manat əsas borc, 4255,11 manat hesablanmış faiz borcu, 11852,73 manat dəbbə borcu olmaqla, cəmi 23495,56 manat; 17 dekabr 2015-ci il tarixli 123/15/PBŞ saylı kredit müqaviləsi üzrə 13399,40 manat əsas borc, 4964,56 manat hesablanmış faiz borcu, 16270,14 manat dəbbə borcu olmaqla, cəmi 34634,10 manat məbləğdə pul vəsaitinin, 30 manat məbləğdə ödənilmiş dövlət rüsumunun və ipoteka predmetinə tutma yönəldilməsinə görə ödənilmiş 31 manat məbləğdə dövlət rüsumu tutularaq İddiaçı1 BOKT ASC-yə ödənilməsi, 01 oktyabr 2012-ci il tarixli 1184/12/PB saylı kredit müqavilələri üzrə tələbin Cavabdeh1 məxsus olan Hacıqabul rayonunun Qarasu kəndində yerləşən 0,72 ha torpaq sahəsindəki 386,2 kv.m ümumi, 142,2 kv.m yaşayış, 244 kv.m yardımçı sahədən ibarət 2 mərtəbəli 6 otaqlı fərdi yaşayış evinə (MA seriyalı ******* nömrəli, **********05-110301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2012-ci il qeydiyyat tarixli çıxarışa əsasən) yönəldilməsi, mənzildə yaşayanlar Cavabdeh1, Cavabdeh3, Hüseynova (Dəmirova) Yeganə Hüseyn qızının, Cavabdeh4 və Hüseynova (Ağayeva) Fərqanə Hüseyn qızının fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməklə evdən çıxarılmaları və fərdi yaşayış evinin məcburi boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə 01 oktyabr 2012-ci il tarixli 1184/12/PB saylı və 17 dekabr 2015-ci il tarixli 123/15/PBŞ saylı kredit müqavilələri imzalanmışdır. 01 oktyabr 2012-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 36 ay müddətinə illik 29 faiz ödəmək şərtilə 30000 manat, 17 dekabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə isə 36 ay müddətinə illik 6 faiz ödəmək şərtilə 15000 manat məbləğdə kredit verilmişdir. 01 oktyabr 2012-ci il tarixli 1184/12/PB saylı və 17 dekabr 2015-ci il tarixli 123/15/PBŞ saylı kredit müqavilələrinin təminatı kimi 01 oktyabr 2012-ci il tarixli 1184/12/PB saylı ipoteka müqaviləsi və 17 dekabr 2015-ci il tarixli ipoteka müqaviləsinə Əlavə №2 imzalanmışdır. İpoteka müqaviləsinə əsasən Hacıqabul rayonunun Qarasu kəndində yerləşən Cavabdeh1 məxsus 0,72 ha torpaq sahəsindəki 386,2 kv.m ümumi, 142,2 kv.m yaşayış, 244 kv.m yardımçı sahədən ibarət 2 mərtəbəli 6 otaqlı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmiş (MA seriyalı ******* nömrəli, **********05-110301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2012-ci il qeydiyyat tarixli çıxarışa əsasən) ipoteka müqaviləsi və onlara edilən əlavələr notariusda təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Borcun qaytarılması barədə Cavabdeh1 dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, öhdəliklərin icra edilməsindən qəsdən yayınmışdır. Cavabdeh1 01 oktyabr 2012-ci il tarixli 1184/12/PB saylı kredit müqaviləsinə əsasən 7387,72 manat əsas borc, 4255,11 manat hesablanmış faiz borcu, 11852,73 manat dəbbə borcu olmaqla, cəmi 23495,56 manat; 17 dekabr 2015-ci il tarixli 123/15/PBŞ saylı kredit müqaviləsi üzrə 13399,40 manat əsas borc, 4964,56 manat hesablanmış faiz borcu, 16270,14 manat dəbbə borcu olmaqla, cəmi 34634,10 manat məbləğdə kredit borcu vardır. Hacıqabul Rayon Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli 2(071)-44/2020 saylı qətnaməsi (hakim Həmid Əzizov) ilə iddianın qismən təmin edilməsi, Cavabdeh1 01 oktyabr 2012-ci il tarixli 1184/12/PB saylı kredit müqaviləsinə əsasən 7387,72 manat əsas borc, 4255,11 manat hesablanmış faiz borcu, 52,73 manat dəbbə borcu olmaqla, cəmi 11695,56 manat; 17 dekabr 2015-ci il tarixli 123/15/PBŞ saylı kredit müqaviləsi üzrə 13399,40 manat əsas borc, 4964,56 manat hesablanmış faiz borcu, 270,14 manat dəbbə borcu olmaqla, cəmi 18574,10 manat məbləğində pul vəsaitinin, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun və ipoteka predmetinə tutma yönəldilməsinə görə ödənilmiş 31 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı1 BOKT ASC-yə ödənilməsi, 01 oktyabr 2012-ci il tarixli 1184/12/PB saylı kredit müqavilələri üzrə tələbin Cavabdeh1 məxsus olan Hacıqabul rayonunun Qarasu kəndində yerləşən 0,72 ha torpaq sahəsindəki 386,2 kv.m ümumi, 142,2 kv.m yaşayış, 244 kv.m yardımçı sahədən ibarət 2 mərtəbəli 6 otaqlı fərdi yaşayış evinə (MA seriyalı ******* nömrəli, **********05-110301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2012-ci il qeydiyyat tarixli çıxarışa əsasən) yönəldilməsi, Hacıqabul rayonunun Qarasu kəndində yerləşən 0,72 ha torpaq sahəsindəki 386,2 kv.m ümumi, 142,2 kv.m yaşayış, 244 kv.m yardımçı sahədən ibarət 2 mərtəbəli 6 otaqlı fərdi yaşayış evinin dəyərinin 91000 manat qiymətlə hərraca çıxarılaraq açıq hərracda satılmaqla borcun ödənilməsinə yönəldilməsi, Hacıqabul rayonunun Qarasu kəndində yerləşən 0,72 ha torpaq sahəsindəki 386,2 kv.m ümumi, 142,2 kv.m yaşayış, 244 kv.m yardımçı sahədən ibarət 2 mərtəbəli, 6 otaqlı fərdi yaşayış evində yaşayanlar Cavabdeh1, Cavabdeh3, Hüseynova (Dəmirova) Yeganə Hüseyn qızının, Cavabdeh4 və Hüseynova (Ağayeva) Fərqanə Hüseyn qızının fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməklə evdən çıxarılmaları və fərdi yaşayış evinin məcburi boşaldılması qət edilmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Hüseynova (Dəmirova) Yeganə Hüseyn qızı, Cavabdeh4 və Hüseynova (Ağayeva) Fərqanə Hüseyn qızı Hacıqabul Rayon Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli 2(071)-44/2020 saylı qətnaməsindən apellyasiya şikayəti vermişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışlar ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını araşdırmamış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamaqla maddi və prosessual hüquq normalarını pozulması nəticəsində qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Odur ki, Hacıqabul Rayon Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli 2(071)-44/2020 saylı qətnaməsinin ləğv edilməsi və ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin məzmunundan görünür ki, cavabdehlər qətnaməni həm tələbin borcla bağlı hissəsini, həm də tələbin ipoteka predmetinə yönəltmə ilə bağlı hissəsini mübahisələndirmişlər. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (sədrlik edən və məruzəçi hakim Tofiq Heydərov) 22 iyun 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilərək, fərdi yaşayış evinin açıq hərracdan ilkin satış qiyməti - likvid dəyəri 86000 manat müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə “İpoteka haqqında” Qanunun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli 01 saylı qərardadına istinad edərək göstərmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmetinə tutma yönəldilərkən ipoteka predmetinin ilkin satış qiymətinin əmlakın bazar dəyəri deyil, likvid dəyərinin götürülməli olmasını nəzərə almamışdır. Məhkəmə təqdim edilmiş rəyə əlavəni nəzərə alaraq fərdi yaşayış evinin açıq hərracdan ilkin satış qiymətini - likvid dəyərini 86000 manat məbləğ müəyyən etmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (sədrlik edən hakim Əhməd Nurməmmədov) 13 dekabr 2021-ci il tarixli 2(102)-6466/2021 saylı qərarına əsasən kassasiya şikayəti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1281/2021 nömrəli iş üzrə 22 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 13 dekabr 2021-ci il tarixli 2(102)-6466/2021 saylı qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya baxışının hədlərini və hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyini pozmuş, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verən cavabdehlər qətnaməni həm borcun tutulması hissəsini, həm də tələbin ipoteka predmetin yönəldilməsi hissəsini mübahisələndirmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin qətnaməni yoxlayarkən apellyasiyanın hədlərinə yanlış qiymət vermiş, birinci instansiya məhkəməsinin qətnaməsinin yalnız ipoteka predmetinin ilkin satış qiymətinin mübahisələndirilməsini göstərmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinin “xahiş etdim” hissəsindən görünür ki, cavabdehlər birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini, ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi və digər hallara hüquqi qiymət verməklə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Göründüyü kimi, verilmiş şikayətdə həm ilkin satış qiyməti, həm də digər hallara hüquqi qiymət verilməklə yeni qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Bundan başqa, “Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 08 oktyabr 2020-ci il tarixli 03/2020 nömrəli qərardadının 61-ci bəndində qeyd edilmişdir ki, “...məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğvinin tələb edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda, bu bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dispozitivlik prinsipinə zidd olaraq yoxlanılması, digər tərəfdən isə məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının əsassız məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Təsadüfi deyil ki, MPM-in 372.6-cı maddəsi birinci instansiya məhkəməsinin qətnaməsini əsaslılığını onun həm düzünə, həm də məhz dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur”. Apellyasiya şikayətinin məzmunundan cavabdehlərin həm tələbin borcla bağlı hissəsini, həm də tələbin ipoteka predmetinə yönəltmə ilə bağlı hissəsini mübahisələndirməsi müəyyən edilir. Lakin apellyasiya instansiyası məhkəməsi məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi barədə istinad olunan qərardadın tələblərini pozaraq birinci instansiya məhkəməsinin qətnaməsinin yalnız ipoteka predmetinin ilkin satış qiyməti hissədə yoxlanılması qənaətinə gəlmişdir. Halbuki, şikayətin nəticə hissəsinə görə də, cavabdehlər təkcə ilkin satış qiyməti ilə bağlı hissəni deyil, digər hallara da hüquqi qiymət verilməsini göstərmişdir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi apellyasiya baxışının hədlərini müəyyən edərkən şikayətin məzmununa nəzər yetirməli idi. Bundan başqa, apellyasiya instansiyası qətnamənin təsviri-əsaslandırıcı hissəsində apellyasiya baxışının hədlərini müəyyən edərkən birinci instansiya məhkəməsinin qətnaməsinin yalnız ipoteka predmetinin ilkin satış qiymətnin müəyyən edilməsi hissədə yoxlanılmasını göstərmiş, lakin məhkəmə özünün mövqeyinə zidd olaraq qətnamənin nəticə hissəsində qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılmasını göstərmişdir ki, bu qalan hissənin hansı hissə olması qətnamənin təsviri-əsaslandırıcı hissəsindən də müəyyən edilmir. İstinad edilən qərardadın 62-ci bəndində qeyd edilmişdir ki, “...apelyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilibmübahisələndirilmədiyinə diqqət yetirməlidilər”. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 5-ci bəndinə əsasən məhkəmə qətnaməsi savadlı, hüquqi cəhətdən düzgün tərtib edilməli, onda anlaşılmayan ifadələr yazılmamalı, hüquqi ifadələr yerində və dəqiq işlədilməlidir. Apellyasiya instansiyası məhkəməsi qeyd edilən qərarın tələblərinə əməl etməyərək, hüququn tətbiqi ilə bağlı məhkəmə təcrübəsinin vahidliyini pozmuşdur. MPM-in 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən, maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.6-cı maddəsinə görə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, qətnamə və ya qərardad Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun maddi və ya prosessual hüquq normalarının tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına, habelə bu Məcəllənin 418-1.3-cü maddəsində nəzərdə tutulan Ali Məhkəmənin mülki və kommersiya kollegiyalarının mübahisəli hüquqi məsələyə dair hüquqi mövqeyinə zidd olsun və həmin izahlarda təsbit olunmuş hüquqi mövqedən fərqli yanaşmanın tətbiqi zərurəti kifayət qədər əsaslandırılmasın. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin məzmununa əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin hansı hissədə mübahisləndirdiyini, hesablanmış faiz və cərimə borclarının müqavilə müddətində, yaxud iddia qaldırılan tarixə kimi hesablanmasını müəyyən etməli və apellyasiya şikayətinin dəlilərinə qiymət verərək mübahisələndirilən hissədə qətnaməni apellyasiya qaydasında yoxlamalıdır. İşdə iştirak edən şəxslərə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, onlar və ya səlahiyyətli nümayəndələri məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan apelyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab etmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşdə olan İddiaçı1 BOKT ASC və Cavabdeh1 arasında 01 oktyabr 2012-ci il tarixli 1184/12/PB saylı və 17 dekabr 2015-ci il tarixli 123/15/PBŞ saylı kredit müqavilələri imzalanmış, 01 oktyabr 2012-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 36 ay müddətinə illik 29 faiz ödəmək şərtilə 30000 manat, 17 dekabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə isə 36 ay müddətinə illik 6 faiz ödəmək şərtilə 15000 manat məbləğlərdə kredit verilmişdir. İşdə olan 01 oktyabr 2012-ci il tarixli 1184/12/PB saylı və 17 dekabr 2015-ci il tarixli 123/15/PBŞ saylı kredit müqavilələrinin təminatı kimi 01 oktyabr 2012-ci il tarixli 1184/12/PB saylı ipoteka müqaviləsi və 17 dekabr 2015-ci il tarixli ipoteka müqaviləsinə Əlavə № 2 imzalanmış, ipoteka müqaviləsinə əsasən Hacıqabul rayonunun Qarasu kəndində yerləşən Cavabdeh1 məxsus 0,72 ha torpaq sahəsindəki 386,2 kv.m ümumi, 142,2 kv.m yaşayış, 244 kv.m yardımçı sahədən ibarət 2 mərtəbəli 6 otaqlı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmiş (MA seriyalı ******* nömrəli, **********05-110301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2012-ci il qeydiyyat tarixli çıxarışa əsasən) ipoteka müqaviləsi və onlara edilən əlavələr notariusda təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. İşdə olan Cavabdeh1 İddiaçı1 BOKT ASC-yə 01 oktyabr 2012-ci il tarixli 1184/12/PB saylı kredit müqaviləsinə əsasən 7387,72 manat əsas borc, 4255,11 manat hesablanmış faiz borcu, 11852,73 manat dəbbə borcu olmaqla, cəmi 23495,56 manat; 17 dekabr 2015ci il tarixli 123/15/PBŞ saylı kredit müqaviləsi üzrə 13399,40 manat əsas borc, 4964,56 manat hesablanmış faiz borcu, 16270,14 manat dəbbə borcu olmaqla, cəmi 34634,10 manat məbləğdə kredit borcu vardır. İşdə olan 03 iyul 2020-ci il tarixli ƏEM/17-226/20 nömrəli "xxxx" MMC tərəfindən verilmiş ekspert rəyindən və 18 iyul 2021-ci il tarixli ƏEM/17-226/20 nömrəli "xxxx" MMC tərəfindən Şirvan Apellyasiya Məhkəməsinə ünvanlanmış rəyə əlavədən görünür ki, Hacıqabul rayonunun Qarasu kəndində yerləşən ona məxsus 0,72 ha torpaq sahəsindəki 386,2 kv.m ümumi, 142,2 kv.m yaşayış, 244 kv.m yardımçı sahədən ibarət 2 mərtəbəli 6 otaqlı fərdi yaşayış evinin 03 iyul 2020-ci il tarixə bazar dəyəri 91000 manat məbləğ təşkil edir. 03 iyul 2020-ci il tarixə fərdi yaşayış evinin likvid dəyəri 86000 (səksən altı min) manat məbləğ təşkil edir. Apellyasiya instansiya məhkəməsində təqdim edilmiş sənədlərdən; İşə əlavə edilmiş Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 20 aprel 2022-ci il tarixdə vəfat etmişdir. İşə əlavə edilmiş Hacıqabul rayonunun Qarasu KİDN-nin 07 aprel 2023-cü il tarixli 129 nömrəli Arayışından görünür ki, Cavabdeh1 məxsus Hacıqabul rayonunun Qarasu kəndində yerləşən evdə aşağıdakı şəxslər yaşayırlar: Cavabdeh5, Cavabdeh4, Dəmirova Xanım Reman qızı, Dəmirov Reman Telman oğlu, Hüseynova Nəhayət Şəmsəddin qızı, Hüseynli Aysu Nurlan oğlu, Hüseynli Cahid Nurlan oğlu və Hüseynli Zəhra Nurlan qızı. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 oktyabr 2022-ci il tarixli rəyinə əsasən 17 dekabr 2015-ci il tarixli 123/15/PBŞ saylı kredit müqaviləsi üzrə müqavilənin son tarixinə - 17 dekabr 2018-ci il tarixli Cavabdeh1 əsas və faiz borcu 14610 manat 62 qəpik məbləğ təşkil edir. Yəni, 13361,34 manat əsas borc, 1249,29 manat hesablanmış faiz borcu vardır. 01 oktyabr 2012-ci il tarixli 1184/12/PB saylı kredit müqaviləsi üzrə müqavilənin son tarixinə - 01 oktyabr 2015-ci il tarixli Cavabdeh1 əsas və faiz borcu 14973 manat 73 qəpik məbləğ təşkil edir. Qeyd: Hesabdan çıxarış məlumatlarına əsasən 01 oktyabr 2015-ci ildən sonra ödənilmiş 11146 manat 50 qəpik məbləğdə kredit ödənişi hesablamada nəzərə alınmamışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 fevral 2023-cü il tarixli rəyinə əsasən 01 oktyabr 2012-ci il tarixli 1184/12/PB saylı kredit müqaviləsi üzrə maliyyə arayışının verildiyi tarixə - 08 noyabr 2019-cu il tarixə Cavabdeh1 əsas borc üzrə 3827 manat 23 qəpik, faiz borcu üzrə 0.00 manat məbləğdə borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Bundan əlavə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. MPM-in 420-ci maddəsinin tələbinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, qanunvericiliklə kassasiya məhkəməsinin məcburi olan göstərişlər vermək səlahiyyətinin müəyyənləşdirilməsinin məqsədlərindən biri apellyasiya məhkəməsinin aktlarının çıxarılması zamanı yol verilmiş səhvlərin işə apellyasiya qaydasında yenidən baxılarkən təkrarlanmasının qarşısının alınmasından ibarətdir. Digər tərəfdən, kassasiya məhkəməsi qanunun tətbiqinin düzgünlüyünü yoxlayarkən və onu təfsir edərkən yalnız iş üzrə buraxılan səhvləri düzəltmir, həmçinin məhkəmə təcrübəsini hüquq normalarının dəqiq və vahid qaydada tətbiq olunmasına istiqamətləndirir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası hazırkı mülki işin hallarına və apellyasiya şikayətinin dəlillərinə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında ehtiva olunan məcburi göstərişlərə uyğun olaraq, hərtərəfli hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətində həm ilkin satış qiyməti, həm də digər hallara hüquqi qiymət verilməklə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Yəni, şikayətin nəticə hissəsində cavabdehlər təkcə ilkin satış qiyməti ilə bağlı hissəni deyil, digər hallara da hüquqi qiymət verilməsini göstərmişdir. Belə olan halda, ilkin olaraq şikayətin məzmununa nəzər yetirildikdə orada hesablanmış faiz və cərimə borclarının müqavilə müddətində, yaxud iddia qaldırılan tarixə kimi hesablanması və apellyasiya şikayətinin bütün dəlillərinə qiymət verilərək mübahisələndirilən hissədə qətnaməni apellyasiya qaydasında yoxlanılmasının tələb edildiyi aşkar olur. Məhkəmə kollegiyası cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti üzrə araşdırma üzrə qeyd edir ki, birinci və apellyasiya instansiya məhkəmələrində qanunun tələblərinə uyğun olaraq təqdim və əldə olunaraq məhkəmə iclasında tədqiq edilmiş iş üzrə sübutlara əsasən müəyyən olunur ki, Hacıqabul Rayon Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli 2(071)-44/2020 saylı qətnaməsi 01 oktyabr 2012-ci il tarixli 1184/12/PB saylı kredit müqaviləsinə əsasən hesablanmış əsas və faiz borcu hissələrdə dəyişdirilməlidir. Belə ki, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 08 fevral 2023cü il tarixli rəyinə əsasən adıçəkilən müqavilə üzrə maliyyə arayışının verildiyi tarixə əsas borc üzrə 3827 manat 23 qəpik, faiz borcu üzrə 0.00 manat məbləğdə borc mövcuddur. Kollegiya diqqətə çatdırır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 oktyabr 2022-ci il tarixli rəyinə əsasən 17 dekabr 2015-ci il tarixli 123/15/PBŞ saylı kredit müqaviləsi üzrə müqavilənin son tarixinə - 17 dekabr 2018ci il tarixli Cavabdeh1 əsas və faiz borcu 14610 manat 62 qəpik məbləğ təşkil edir. Yəni, 13361,34 manat əsas borc, 1249,29 manat hesablanmış faiz borcu vardır. Habelə, həmin rəyə əsasən 01 oktyabr 2012-ci il tarixli 1184/12/PB saylı kredit müqaviləsi üzrə kredit müqaviləsinin son tarixinə - 01 oktyabr 2015-ci il tarixli Cavabdeh1 əsas və faiz borcu 14973 manat 73 qəpik məbləğ təşkil edir. Hesabdan çıxarış məlumatlarına əsasən 01 oktyabr 2015-ci ildən sonra ödənilmiş 11146 manat 50 qəpik məbləğdə kredit ödənişi hesablamada nəzərə alınmamışdır. Bu baxımdan, iş üzrə yenidən ekspertiza təyin edilmiş, 08 fevral 2023-cü il tarixli ekspert rəyinə görə 01 oktyabr 2012-ci il tarixli 1184/12/PB saylı kredit müqaviləsi üzrə maliyyə arayışının verildiyi tarixə - 08 noyabr 2019-cu il tarixə Cavabdeh1 əsas borc üzrə 3827 manat 23 qəpik, faiz borcu üzrə 0.00 manat məbləğdə borcunun mövcud olması müəyyən edilmişdir. MPM-in 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 13 dekabr 2021-ci il tarixli 2(102)-6466/2021 saylı qərarında öz əksini tapmış müvafiq göstərişlərə Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin tələbləri baxımından dəyərləndirərkən nəzərə alır ki, iş üzrə digər hallara hüquqi qiymət verilməklə yanaşı, həm də həm ipoteka predmetinin ilkin satış qiymətinə dair hissədə dəyərləndirmə aparılmalıdır. Şikayət verən şəxs olaraq cavabdehlərin faktiki olaraq mübahisələndirmədiyi hissənin dispozitivlik prinsipinə zidd olaraq yoxlanılması, digər tərəfdən isə məhkəmə aktından şikayət verməmiş digər şəxslərin - hazırkı halda üçüncü şəxslərin hüquqlarının əsassız məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Belə ki, Hacıqabul Rayon Məhkəməsinin iş üzrə 06 oktyabr 2020-ci il tarixli 2(071)- 44/2020 saylı qətnaməsi ilə ipoteka predmeti olan Hacıqabul rayonunun Qarasu kəndində yerləşən 0,72 ha torpaq sahəsindəki 386,2 kv.m ümumi, 142,2 kv.m yaşayış, 244 kv.m yardımçı sahədən ibarət 2 mərtəbəli 6 otaqlı fərdi yaşayış evinin dəyərinin 91000 manat qiymətlə hərraca çıxarılaraq açıq hərracda satılmaqla borcun ödənilməsinə yönəldilməsi qət edilməsinə rəğmən iş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş 03 iyul 2020-ci il tarixli ƏEM/17-226/20 nömrəli ekspert rəyindən və "xxxx" MMC tərəfindən 18 iyul 2021-ci il tarixli ƏEM/17-226/20 nömrəli Şirvan Apellyasiya Məhkəməsinə ünvanlanmış rəyə əlavədən görünür ki, Hacıqabul rayonunun Qarasu kəndində yerləşən ona məxsus 0,72 ha torpaq sahəsindəki 386,2 kv.m ümumi, 142,2 kv.m yaşayış, 244 kv.m yardımçı sahədən ibarət 2 mərtəbəli 6 otaqlı fərdi yaşayış evinin 03 iyul 2020-ci il tarixə bazar dəyəri 91000 manat məbləğ təşkil edir. 03 iyul 2020-ci il tarixə fərdi yaşayış evinin likvid dəyəri 86000 manat məbləğ təşkil edir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 08 oktyabr 2020-ci il tarixli 03/2020 nömrəli qərardadının 61-ci bəndində göstərilmişdir ki, məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğvinin tələb edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda, bu bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dispozitivlik prinsipinə zidd olaraq yoxlanılması, digər tərəfdən isə məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının əsassız məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Habelə, MM-in 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. MM-in 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Bundan başqa, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-cü maddəsinə əsasən ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Həmin qanunun 33-cü maddəsinə görə borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini cavabdehlər tərəfindən müqavilə üzrə öhdəliyin lazımınca icra etməməsi ilə əsaslandırmışdır. Həmçinin, məhkəmə kollegiyası diqqətə çatdırmağı zəruri hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsinə dair gəldiyi nəticədən apellyasiya şikayəti verən cavabdehlər ipoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyənləşdirilmədiyini mübahisələndirməklə onun daha artıq qiymətə satılmasına nail olmağa cəhd etmişlər. Beləliklə, nəzərə alınsa ki, apellyasiya şikayəti cavabdehlər tərəfindən verilmişdir, o zaman mübahisələndirilən hissənin dəyişdirilməsi həm cavabdehlərin, həm də dispozitivlik prinsipinə zidd olaraq məhkəmə aktından şikayət verməmiş digər şəxslərin, yəni hazırkı iş üzrə çıxarılmış qətnaməni mübahisələndirməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətində ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində mübahisələndirilməsi ilə əlaqədar, eyni zamanda, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinə yalnız mübahisələndirilən hissədə Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin tələbləri daxilində baxılaraq lazımi hüquqi qiymət verilməlidir. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi huququ konstitusiya hüquq və azadlıqlarının təminatlarına əsaslanır. Bu təminatın əsas mexanizmlərindən biri kimi çıxış edən MPM-də ədalət mühakiməsinin həyata keçirilməsinin konstitusiya prinsipləri öz əksini tapmış, hər kəsin Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqlarının səmərəli müdafiəsi nəzərdə tutulmuşdur. Bunun üçün isə mülki prosessual qanunvericiliyində məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yuxarı instansiya məhkəmələri tərəfindən yoxlanılmasının prosessual qaydaları müəyyən edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarında, həmçinin göstərilir ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Lakin qanunverici məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Məsələ məhkəmənin həqiqəti nəyin bahasına olursa olsun, hətta tərəflərin istəyinin ziddinə üzə çıxarmaq vəzifəsindən deyil, bunu necə və hansı məqsədlə müəyyən etməsindən ibarətdir. Əgər məhkəmənin fəallığı çəkişmə prinsipindən kənara çıxmırsa, qarşısını almırsa, əksinə onun təmin edilməsində vasitəçilik edirsə, bu zaman belə fəallıq yolverilən, bəzi hallarda isə zəruri hesab edilməlidir. MPM-in 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Beləliklə, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə birinci instansiya məhkəməsinin tədqiq edilmiş sübutlar üzrə gəldiyi nəticəyə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi 01 oktyabr 2012-ci il tarixli 1184/12/PB saylı kredit müqaviləsinə əsasən hesablanmış əsas və faiz borcu hissələrdə dəyişdirilməli, qətnamənin apellyasiya şikayətinə əsasən digər hissələrdə, eləcə də, ipoteka predmetinin dəyərinin müəyyən edilməsi və dəbbə pulu (cərimə) məbləğinin tutulmasına dair hissələrdə dəyişdirilməsi yaxud ləğvi əsasları müəyyən edilmir. MPM-in 384.0.3-cü maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Hacıqabul Rayon Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli 2(071)-44/2020 saylı qətnaməsi 01 oktyabr 2012-ci il tarixli 1184/12/PB saylı kredit müqaviləsi üzrə əsas borcun və faiz borcunun tutulması hissələrdə dəyişdirilməli, əsas borcun məbləği 3827 manat 23 qəpik və faiz borcunun məbləği isə 0.00 manat müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, MPM-in 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, 13 oktyabr 2022-ci il tarixli məhkəməmühasibatlıq ekspertizasının tədqiqinin dəyərini təşkil edən 200 manat, 08 fevral 2023-cü il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının tədqiqinin dəyərini təşkil edən 200 manat, ümumilikdə 400 manat məbləğində pul vəsaitinin 200 manat hissəsi cavabdehlər Cavabdeh3, Dəmirova Yeganə Hüseyn qızı, Cavabdeh4 və Ağayeva Fərqanə Hüseyn qızından, 200 manat hissəsi isə İddiaçı1 BOKT ASC-dən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və MPM-in 14, 76, 77, 89, 217, 218, 372, 384, 385, 387.1, 392, 393 və 402-ci maddələrinin tələblərini rəhbər tutaraq Q Ə T E T D İ: Cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilsin. Hacıqabul Rayon Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli 2(071)-44/2020 saylı qətnaməsi 01 oktyabr 2012-ci il tarixli 1184/12/PB saylı kredit müqaviləsi üzrə əsas borcun və faiz borcunun tutulması hissədə dəyişdirilərək, əsas borcun məbləği 3827 (üç min səkkiz yüz iyirmi yeddi) manat 23 (iyirmi üç) qəpik və faiz borcunun məbləği isə 0.00 (sıfır) manat məbləğ müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. 13 oktyabr 2022-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının tədqiqinin dəyərini təşkil edən 200 (iki yüz) manat, 08 fevral 2023-cü il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının tədqiqinin dəyərini təşkil edən 200 (iki yüz) manat, ümumilikdə 400 (dörd yüz) manat məbləğində pul vəsaitinin 200 (iki yüz) manat hissəsi cavabdehlər Cavabdeh3, Dəmirova Yeganə Hüseyn qızı, Cavabdeh4 və Ağayeva Fərqanə Hüseyn qızından, 200 (iki yüz) manat hissəsi isə İddiaçı1 BOKT ASC-dən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-39/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-39/2023
17.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver