Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-393/2023 19.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, Cavabdeh və onun nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Neftçala Rayon Məhkəməsinin 2(053)-236/2022 saylı, 18 noyabr 2022ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsassız olaraq əldə edilmiş 6500 manat pul vəsaitinin, 105 manat ödənilmiş dövlət rüsumunun əvəzinin və 2000 manat hazırkı iddia üzrə vəkilə (nümayəndəyə) çəkilmiş xərcin əvəzinin, cəmi 8605 manat vurulmuş maddi ziyanın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, artıq 20 ilə yaxındır, Bakı şəhərinin Suraxanı rayonu və Abşeron rayonu ərazilərində müxtəlif vətəndaşlarla müvafiq podrat müqavilələri bağlayaraq onlara sifariş əsasında fərdi yaşayış evlərinin tikintisini həyata keçirir. İddiaçı fərdi sahibkardır (VÖEN: **********) və “Günəşli İnşaat” loqosu altında fəaliyyət göstərir. Cavabdeh iddiaçı ilə bağlanmış 10 fevral 2019-cu il tarixli əmək müqaviləsinə əsasən iddiaçı tərəfindən işə götürülmüş və menecer vəzifəsinə təyin edilmişdir. Onun əsas vəzifəsi rəhbəri olduğu ofisdə cari inzibati işlərin aparılması olmuşdur. Yəni ofisə gələn müştərilərin qarşılanması, onlara sifariş əsasında istədikləri fərdi yaşayış evlərinin tikintisinin həyata keçirilməsi haqqında məlumatların (müqavilə şərtləri, xidmət haqqının ödənilməsi qaydası, hansı torpaq üzərində tikinti işlərinin aparılması və tikintinin necə təhvil verilməsi barədə) verilməsi onun tərəfindən icra edilməli idi. Lakin cavabdeh 07 yanvar 2022-ci il tarixində qəflətən şəxsi ərizə ilə müraciət edərək, həmin işdən könüllü olaraq çıxmaq istədiyini bildirmiş və iddiaçı işəgötürən olaraq onun ərizəsi əsasında Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 a bəndinə əsasən, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr vermişdir. İddiaçı səhhəti ilə əlaqədar bir neçə gün iş yerində olmadığı müddətdə, dəqiq olaraq xx.xx.2021-ci il tarixində iddiaçının rəhbərlik etdiyi ofisə (iş yerinə) Özbəkistan Respublikasının vətəndaşı Şahid1 adlı şəxs sifarişçi qismində fərdi yaşayış evinin tikintisinin həyata keçirilməsi üçün müraciət etmişdir. Həmin şəxs hazırda Azərbaycan Respublikası, Yevlax rayonu, Aşağı Bucaq kəndində qeydiyyatda olmaqla müvəqqəti yaşamaq üçün icazəyə malikdir. Şahid1 iş yerində qəbul edən cavabdeh ondan nağd şəkildə heç bir hüquqi əsası olmadan və iddiaçının bu haqda məlumatı olmadığı halda öz vəzifə səlahiyyətlərini aşaraq, 6500 manat pul vəsaitini alıb özü üçün mənimsəyərək, sifarişçi ilə iddiaçının adından tərtib etdiyi xx.xx.2021-ci il tarixli podrat müqaviləsinin bağlanmasına (əslində podratçı kimi müqaviləyə imza atan cavabdehin özüdür) nail olmuşdur. Bu faktın üstü Şahid1 28 yanvar 2022-ci il tarixində ofisə gəlib aylıq 420 manat ödənişi həyata keçirən zaman açılmış və Şahid1 öz xətti ilə yazdığı izahatında bu faktı təsdiq etmişdir. Beləliklə, müəyyən edilmişdir ki, cavabdeh xx.xx.2021-ci il tarixində iddiaçının adından istifadə edərək, onun adından eyni tarixli podrat müqaviləsini özbaşına olaraq tərtib edib Şahid1 adlı şəxsdən ilkin ödəniş kimi 6500 manat pul vəsaitini almış, lakin həmin pulun alınması barədə iddiaçıya məlumat verməmiş və həmin vəsaiti özbaşına mənimsəyərək ofisin xəzinəsinə mədaxil etməmişdir. Məhz bu əməli nəticəsində cavabdeh hazırda əsassız varlanmış şəxs sayılır. Bu faktlar onu sübut edir ki, cavabdehin tələsik 07 yanvar 2022-ci il tarixində işdən çıxmaq barədə ərizə verməsi və həmin vaxtdan iş yerinə gəlməməsi məhz onun iddiaçıya qarşı etdiyi qanunsuz hərəkətlərə görədir. İddiaçı tərəfindən cavabdehə bu məsələnin məhkəmədənkənar qaydada həll edilməsi dəfələrlə təklif edilsə də, bu təkliflər cavabsız qalmışdır. Odur ki, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırkı iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 105 manat dövlət rüsumu və vəkil (nümayəndə) xərcinin ödənilməsinə görə 2000 manat ödənilmişdir. Həmin xərclər də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Sonradan İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsassız olaraq varlanmış şəxs qismində tutulacaq məbləğin cəm şəkildə əldə etdiyi 14100 manat pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia tələbinin qalan hissələrini (dövlət rüsumu və məhkəmə xərci) dəyişdirmədiyini bildirərək, həmin pul vəsaitlərinin də cavabdehdən tutulmasını xahiş etmişdir. İddiaçı tələbin həcminin artırılması barədə ərizəsini onunla əsaslandırmışdır ki, iddia ərizəsi məhkəməyə təqdim edildikdən sonra, 16 fevral 2022-ci il tarixində Şahid3 adlı şəxs iddiaçının iş yerinə gələrək sifarişçi qismində fərdi yaşayış evinin tikintisi üçün iddiaçı ilə bağlanmış podrat müqaviləsinin olduğunu və həmin müqaviləyə istinad edərək buna əsasən tərtib edilmiş cədvəl üzrə növbəti aylıq ödənişinin həyata keçirilməsini bildirmişdir. Həmin vaxt iddiaçı tərəfindən Şahid3 ilə birgə iş yerində aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixində cavabdeh iddiaçının iştirakı və məlumatı olmadan öz vəzifə səlahiyyətlərini aşaraq iddiaçının adından ikinci şəxslə də, yəni Şahid3 ilə də podrat müqaviləsi bağlamışdır. Həmin müqavilənin şərtlərinə uyğun olaraq, Şahid3 üçün 2 sot torpaq üzərində ümumi sahəsi 50 kv.m olan fərdi yaşayış evinin tikintisi həyata keçirilməlidir. Müqaviləyə əlavə olunan ödəniş cədvəlinə uyğun olaraq xx.xx.2020-ci il tarixdə sifarişçi tərəfindən ilkin olaraq 2000 manat, daha sonra isə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək aybaay olmaqla 5600 manat, yəni cəmi bu vaxta kimi ilkin ödənişlə birlikdə 7600 manat pulun cavabdehə ödənilməsi faktı aşkar edilmişdir. Beləliklə, müəyyən edilmişdir ki, cavabdeh xx.xx.2020-ci il tarixində iddiaçının adından istifadə edərək, onun adından eyni tarixli podrat müqaviləsini özbaşına olaraq tərtib edib Şahid3 ümumilikdə 7600 manat pul vəsaitini almış, lakin həmin pulun alınması barədə iddiaçıya məlumat verməmiş və həmin vəsaiti özbaşına mənimsəyərək ofisin xəzinəsinə mədaxil etməmişdir. Məhz bu əməli nəticəsində cavabdeh hazırda əsassız varlanmış şəxs sayılır. Bu faktlar iddiaçıya əsas verir ki, cavabdehə qarşı ilkin redaksiyada məhkəməyə təqdim etdiyi iddia tələbinin həcmini artırsın. Neftçala Rayon Məhkəməsinin 2(053)-236/2022 saylı, 18 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Əli Tağıyev) iddia qismən təmin edilmiş, Cavabdeh 11840 manat məbləğində, iddiaya görə vəkilə (nümayəndəyə) ödənilmiş 2000 manat məbləğində, cəmi 13840 manat məbləğində pulun, 105 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, Cavabdeh 26,52 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə keçirilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 110 manat məbləğində pulun Cavabdeh alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Neftçala Rayon Məhkəməsinin 2(053)-236/2022 saylı, 18 noyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 70 manat dövlət rüsumunun və 1500 manat vəkil xərcinin iddiaçıdan tutularaq cavabdehə ödənilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi heç bir əsaslandırma etmədən, iddiaçı və şahidlərin ziddiyyətli ifadələrinə heç bir münasibət bildirmədən, işin həqiqi hallarını araşdırmadan, iddia ərizəsində qeyd olunanları olduğu kimi qətnaməyə köçürərək iddia tələbini təmin etmişdir. Mübahisəli podrat müqavilələri iddiaçının adından cavabdeh tərəfindən imzalanmasına baxmayaraq, etibarlı müqavilələrdir. Birincisi, ofisə müraciət edən şəxslərlə onun adından müqavilə bağlanması üçün iddiaçı şifahi olaraq cavabdehə və digər işçilərinə səlahiyyət vermişdir. Həmçinin, ofisdə olmadığı müddətdə müqavilə bağlamaq və ödənişləri vətəndaşlardan qəbul etmək üçün fərdi sahibkar kimi ona məxsus olan möhürdən istifadə etməyə icazə vermişdir. Bundan əlavə, həmin müqavilələri etibarlı edən daha önəmli fakt isə iddiaçı onun adından bağlanmış müqavilələrdən xəbərdar olduqdan sonra, həmin müqavilələri bəyənərək münasibətləri davam etdirmiş, hətta bir neçə dəfə həmin müqavilələr üzrə yüksək məbləğlərdə ödənişlər qəbul etmişdir. İşin hallarından göründüyü kimi, iş üzrə şahid qismində dindirilmiş şəxslərin izahatları ilə iddiaçının izahatı bir-biri ilə ziddiyyət təşkil edir. İddiaçı xx.xx.2021-ci il tarixdə həmin gün ümumiyyətlə işdə olmamasını və pul vəsaitinin ona verilməməsini qeyd etsə də, bu hal iş üzrə şahidlərin verdiyi izahatlarla ziddiyyət təşkil edir. İş üzrə şahid qismində izahat vermiş Şahid2 və Şahin Əliyev iddiaçının həmin gün işə gəldiyini təsdiq etmişlər. Belə ki, Şahin Əliyev izahatında qeyd etmişdir ki, İddiaçı yanında usta kimi işləyir. xx.xx.2021-ci il tarixində iddiaçı ilə əlaqə saxlamış, iddiaçı həmin gün müqavilə bağlandığı üçün axşam pul olacağını bildirmişdir. Həmin gün onlar ofisə gedərək maaşlarını almışlar. Eyni zamanda, Şahid2 izahatında qeyd etmişdir ki, xx.xx.2021-ci il tarixdə müqavilə bağlandığı üçün cavabdeh ilə işdən sonra ofisdə qalaraq iddiaçının ofisə gəlməsini gözləmiş, iddiaçı ofisə gəldikdən sonra cavabdeh pulu ona vermiş və birlikdə işdən getmişlər. Lakin məhkəmə pul hissəsində Şahid2 izahatını təhrif edərək, pulun verildiyini görmədiyini qeyd etmişdir. İddia ərizəsində iddiaçı qeyd edir ki, xx.xx.2021-ci il tarixli müqavilənin bağlanmasından xəbərsiz olmuş, yalnız Şahid1 xx.xx.2022-ci il tarixində aylıq ödəniş etmək üçün ofisə yaxınlaşdığı zaman bundan məlumatlı olmuşdur. İddiaçının bu əsası iş üzrə şahidlər Şahid1 və Şahid2 izahatları ilə ziddiyyət təşkil edir. Belə ki, hər iki şahid izahatında qeyd etmişdir ki, müqavilə bağlanan zaman cavabdeh iddiaçı ilə telefon vasitəsilə əlaqə saxlayaraq (telefon səsi diktafonda olaraq) Şahid1 müqavilə bağlamaq üçün müraciət etdiyini, yanında uşağı olduğu üçün çox gözləyə bilmədiyini qeyd etmişdir. İddiaçı da öz növbəsində cavabdehə müqavilə bağlamasını və ödənişi ondan qəbul etməsini bildirmişdir. Şahid1 daha sonra izahatında qeyd edir ki, iddiaçının sürücüsü Fərman adlı şəxs həmin gün onu aparıb ev tikintisi üçün nəzərdə tutulmuş torpaq sahəsini göstərmişdir. Məhkəmə şahid izahatları ilə iddiaçının izahatları arasındakı ziddiyyətlərə heç bir münasibət bildirməmişdir. Bütün bu hallar bir daha onu təsdiq edir ki, iddiaçının xx.xx.2021-ci il tarixində bağlanmış müqavilədən xəbəri olmuş, müqavilə onun razılığı ilə bağlanmış və pul vəsaiti ona həmin gün təhvil verilmişdir. Bununla yanaşı, iddiaçının həmin müqavilə üzrə münasibətləri davam etdirməsi, müxtəlif vaxtlarda Şahid1 həmin müqavilə üzrə dəfələrlə ödəniş qəbul etməsi, həmin müqaviləni bəyənməklə yanaşı, müqavilə üzrə ödənmiş bütün vəsaitləri qəbul etdiyini təsdiq edir. Əksi olduğu halda, iddiaçı sonrakı ödənişləri Şahid1 qəbul etməməli, əqdin etibarlılığını mübahisələndirməli idi. İddia tələbinin digər hissəsi ondan ibarətdir ki, xx.xx.2020-ci il tarixdə Şahid3 ilə də müqavilə bağlayaraq ondan ilkin olaraq 2000 manat, daha sonra isə 6050 manat pulun alındığını iddia edərək, həmin pul vəsaitlərini cavabdehdən tələb etmişdir. İddia tələbinin həcmi artırıldıqdan sonra cavabdehə işlə tanış olmaq üçün yetəri qədər şərait yaradılmamış və öz müdafiəsini lazımınca həyata keçirə bilməmişdir. xx.xx.2020-ci il tarixdə Şahid3 ilə bağlanmış müqavilə üzrə ilkin ödəniş 2000 manat məbləğ cavabdeh tərəfindən qəbul edilsə də, sonrakı ödənişlər onun vasitəsilə həyata keçirilməmişdir. Sonrakı ödənişləri Şahid3 ofisin digər işçisi X1 ödəmiş və iddiaçı tərəfindən çıxarılmışdır (həmin kart ümumiyyətlə ofisdə müqavilə üzrə pulların sifarişçilər tərəfindən ödənilməsi təyinatı ilə istifadə edilirdi). Cavabdeh həmin müqavilə üzrə ilkin ödəniş kimi aldığı 2000 manat pulu iddiaçının sürücüsü vasitəsilə ona təhvil vermiş və sonrakı münasibətləri isə onlar özləri davam etdirmişlər. İddia tələbinin bu hissəsi ilə bağlı Şahid3 məhkəməyə şahid qismində cəlb edilməmiş, məhkəmə qanunsuz olaraq kim tərəfindən tərtib olunduğu bəlli olmayan əlyazmanı Şahid3 izahatı kimi mötəbər sübut olaraq qəbul etmişdir. Müqavilə üzrə tərəflərin sonrakı münasibətlərini müəyyən etmək, həmçinin iddiaçının iddia etdiyi kimi Şahid3 tanıyıb-tanımadığını müəyyən etmək üçün sonuncunun məhkəməyə şahid kimi cəlb olunması zəruridir. xx.xx.2020-ci il tarixli müqavilə üzrə ödəniş cədvəlində cavabdehin imzası olsa da, həmin pullar nağd şəkildə ödənilməmiş, X1 (ofis kartına) göndərilmişdir. Cədvəldəki imzalar sadəcə dövri ödənişləri qeydə almaq üçün edilmişdir. Cavabdeh hər iki müqaviləni iddiaçının razılığı və icazəsi ilə bağlamış, həmin müqavilə üzrə aldığı 6500 manat (Şahid1) və 2000 manat (Şahid3) pul vəsaitini müqavilə bağlanan gün ona təhvil vermişdir. Başqa sözlə, cavabdeh hər hansı pul vəsaiti əldə etmədiyi üçün (əsassız varlanmadığı üçün) ona qarşı hazırkı iddia əsaslı ola bilməz. İşə baxan birinci instansiya məhkəməsi xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrin etibarlı olubolmamasına heç bir münasibət bildirməmişdir. Məhkəmə Mülki Məcəllənin 360-cı maddəsini hazırkı mübahisəyə tətbiq edərək, əqdləri etibarlı hesab etməli idi. Belə ki, işin hallarından göründüyü kimi, iddiaçı ilk növbədə cavabdehin müqaviləni bağlaması və pul vəsaitini qəbul etməsi üçün razılıq vermiş (telefonda, şahid ifadələri bu halı təsdiq edir), daha sonra həmin müqavilələr üzrə münasibəti davam etdirərək müqavilə üzrə özü şəxsən pul qəbul etmişdir. Belə ki, xx.xx.2021-ci il tarixli müqavilə üzrə xx.xx.2022-ci il tarixdə 420 manat, xx.xx.2022-ci il tarixdə 420 manat, xx.xx.2022-ci il tarixdə 420 manat, xx.xx.2022-ci il tarixdə 300 manat pul vəsaitlərini iddiaçı şəxsən Şahid1 qəbul edərək münasibətlərini davam etdirmişdir. Eyni zamanda, xx.xx.2020-ci il tarixli müqavilə üzrə sonrakı ödənişlər də ofisin digər işçisi X1 ödənilmiş və iddiaçı tərəfindən çıxarılmışdır. İddiaçı həmin müqavilə üzrə də münasibətləri davam etdirmişdir. Məhkəmə Mülki Məcəllənin 1091.1-ci maddəsinə istinad edərək cavabdehin müqavilələr üzrə aldığı ilkin ödənişi mənimsəyərək əsassız varlandığı nəticəsinə gəlmişdir. Məhkəmənin bu mövqeyi tamamilə yanlışdır. Həm iddiaçının müqavilələri sonradan bəyənərək davam etdirməsi, həm də şahid ifadələri birmənalı olaraq təsdiq edir ki, həmin pul vəsaiti müqavilə bağlanan gün iddiaçıya verilmişdir. Məhkəmə MPM-in 121.1-ci maddəsinin tələblərini kobud şəkildə pozaraq, vəkilə (nümayəndəyə) çəkilmiş xərc adı altında cavabdehdən iddiaçının xeyrinə 2000 manat əlavə pul tutmuşdur. İş materiallarında olan "xxxx" MMC-nin mədaxil qəbzindən görünür ki, iddiaçı 2000 manat xidmət haqqı ödəmişdir. Həmin ödənişə dair müqavilə iş materiallarına əlavə olunmamışdır. Bundan əlavə, "xxxx" MMC-nin iddiaçıya hansı xidməti göstərdiyi də məlum deyil. Belə ki, qeyd olunan hüquq norması yalnız vəkilə və nümayəndəyə çəkilən xərcin əvəzinin ödənilməsini nəzərdə tutur. MPM-in 69.1-1-ci maddəsinə görə, fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil ola bilər. Qanunun tələbinə görə, "xxxx" MMC iddiaçının nümayəndəsi və vəkili ola bilməzdi. Buna görə də ona hər hansı məqsədlə ödənilmiş pulun cavabdehdən tələb edilməsi və bu tələbin təmin edilməsi ciddi prosessual pozuntudur. Məhkəmə prosesində iddiaçının nümayəndəsi və vəkili qismində X13 çıxış etmişdir. İş materiallarında olan vəkil orderindən göründüyü kimi, X13 “Fides” Vəkil Bürosunun üzvüdür. Yəni iddiaçı tərəfindən nümayəndəyə və vəkilə çəkilmiş xərc yalnız “Fides” Vəkil Bürosuna ödənilmiş həcmdə tələb edilə bilərdi. Apellyasiya məhkəməsinin iclasında Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək bildirdi ki, İddiaçı öz adına VÖEN-i olsa da, o, ofis tutaraq “Günəşli İnşaat” adı altında fəaliyyət göstərir. Cavabdeh də həmin ofisdə satış meneceri kimi işləmişdir. Cavabdehin əsas işi elanların və reklamların yerləşdirilməsi olmuşdur. İddiaçının özü çox vaxt ofisdə olmamış, gələn müştəriləri cavabdeh qarşılamışdır. Belə müştərilərdən biri də Şahid1 olmuşdur. O, ofisə gəlməzdən əvvəl iddiaçı ilə telefonla danışıqları aparmış, sonradan ofisə gəlmişdir. 21 dekabr 2021-ci il tarixində Şahid1 ofisə gəlmiş, iddiaçını gözləməyə başlamış, bir xeyli gözlədikdən sonra uşağı ağladığından daha artıq ofisdə qala bilməmiş, cavabdeh onun yanında iddiaçıya telefonla zəng edib səsi mikrofonda Şahid1 eşidə biləcəyi şəkildə qoymuş, iddiaçı bu zaman müqaviləyə onun yerinə qol çəkməsini və ilkin ödənişi götürməsini cavabdehə bildirmişdir. Həmin gün – xx.xx.2021-ci ildə təxminən axşam saatlarında iddiaçı ofisə gəlmiş, cavabdeh çeki və pulu iddiaçıya təqdim etmişdir. Bütün bunlar olarkən ofisdə qeyri-rəsmi işləyən Şahid2 da orada olmuş, olanları görmüşdür. Şahid2 birinci instansiya məhkəməsinə yazılı və şifahi qaydada izahat verərək cavabdeh tərəfindən pulun iddiaçıya təqdim edildiyini şəxsən gördüyünü bildirsə də, sonradan məlum olmuşdur ki, birinci instansiya məhkəməsi onun izahatını təhrif edərək protokolda Şahid2 izahatında cavabdehin sözügedən pulu iddiaçıya verməsini görmədiyini qeyd etmişdir. Cavabdeh bundan sonra Şahid1 heç bir ödəniş qəbul etməmiş, onun tərəfindən sonrakı ödənişlər də iddiaçının verdiyi kart hesabına edilmiş, cavabdeh isə ödənişlərin edilib-edilməməsini iddiaçı ilə dəqiqləşdirdikdən sonra onun tapşırığına əsasən ödəniş cədvəlində imza etmişdir. Cavabdeh həmçinin bildirdi ki, o, birinci instansiya məhkəməsində icraat aparılarkən iddia tələbinin həcminin artırılmasından xəbərsiz olmuş, tələbin həcminin artırılması barədə ərizənin surəti ona təqdim edilməmiş, ona mahiyyətini bilmədiyi bəzi sənədlər imzalatdırılmış, Şahid3 ilə bağlanılmış müqavilə üzrə hər hansı araşdırma aparılmamışdır. Bu səbəbdən də Şahid3 tərəfindən ona pulun verilməsi ilə bağlı məsələlərin araşdırılması üçün onu məhkəmə iclasında şahid kimi izahatının dinlənilməsi üçün təqdim edə bilməmişdir. Şahid3 19 dekabr 2020-ci il tarixində ofisə gəlmiş, yenə də cavabdeh iddiaçının tapşırığı ilə podrat müqaviləsini imzalamış və 2000 manat ödənişi qəbul etmiş, bundan sonra həmin pulu iddiaçıya vermişdir. Şahid3 ofisə gələnədək podrat müqaviləsinin şərtlərini İddiaçı özü ilə razılaşdırmışdır. Şahid3 tərəfindən cavabdehə verilmiş 2000 manat məbləğində ilkin ödənişin iddiaçıya təhvil verilməsini həmin vaxt ofisdə olan Əsmər Rəhimli də görmüşdür. Şahid3 tərəfindən sonrakı ödənişlər isə ya birbaşa iddiaçının özünə, yaxud da iddiaçının özündə saxladığı və X4 adına olan karta köçürülməklə edilmişdir. Şahid3 sonrakı aylıq ödənişləri etdikdən sonra hər dəfə ofisə gəlmiş, cavabdeh iddiaçıya zəng edərək ödənişin edilməsini dəqiqləşdirmiş, onun tərəfindən ödəniş edilməsini yalnız iddiaçı təsdiq etdikdən sonra cavabdeh ödənişin qeydiyyatını aparmaqla cədvəldə imza etmişdir. Cavabdeh həmçinin qeyd etdi ki, İddiaçı bir sıra vətəndaşlara qarşı dələduzluq etməsi, pulu alıb sifarişləri icra etməməsi və bir evi bir neçə şəxsə satması səbəbindən onun barəsində hüquq-mühafizə orqanlarına şikayətlər olunmuş, bu barədə araşdırmalar aparılır. İddiaçı isə hazırkı iddianın verilməsi ilə həmin ittihamlardan yayınmaq istəyir. O, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi Vəkil apellyasiya şikayətinin və cavabdehin izahatının məzmununa uyğun çıxış etdi. O, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin 05 aprel 2023-cü il tarixli iclasında dinlənilmiş Şahid2 çıxış edərək bildirmişdir ki, o, İddiaçı rəhbərlik etdiyi “Günəşli İnşaat” adlı ofisdə Cavabdeh ilə birlikdə bir müddət qeyri-rəsmi şəkildə satış meneceri kimi işləmişdir. 21 dekabr 2021-ci il tarixində Şahid1 adlı müştəri ofisə gəlmiş, ev tikdirmək istədiyini və İddiaçıla danışdığını bildirmişdir. Şahid1 ofisə gəldikdə İddiaçı ofisdə olmamış, Şahid1 bir müddət onu gözləmişdir. Lakin sonradan uşağı ağladığına görə daha artıq gözləyə bilmədiyindən Cavabdeh İddiaçı telefonla zəng edərək mikrofona qoymuş, iddiaçı cavabdehə onun yerinə müqavilə bağlamasını və müştəri Şahid1 ilkin ödənişi qəbul etməsini tapşırmışdır. Bundan sonra, cavabdeh Şahid1 ilə müqaviləni bağlamış və 6500 manat ilkin ödənişi ondan qəbul etmişdir. İddiaçı həmin gün axşam pulu cavabdehdən götürəcəyinə görə cavabdeh də ofisdə tək gözləməsin deyə Şahid2 da onunla birlikdə gözləmişdir. İddiaçı axşam saatlarında ofisə gəldikdə cavabdeh iddiaçının otağında Şahid1 verdiyi 6500 manat məbləğində ilkin ödənişi sayaraq ona təhvil vermişdir. Şahid2 həmin vaxt iddiaçıya çay verdiyinə görə cavabdehin həmin məbləğdə pulu iddiaçıya verməsini şəxsən görmüşdür. O, birinci instansiya məhkəməsinin iclasında da cavabdeh tərəfindən pulun iddiaçıya verildiyini gördüyünü qeyd etsə də, məhkəmə onun ifadəsini təhrif etmiş, protokol və qətnamədə düzgün göstərməmişdir. Halbuki, məhkəməyə verdiyi yazılı izahatında da o, pulun verildiyini gördüyünü bildirmişdir. Apellyasiya məhkəməsinin 05 aprel 2023-cü il tarixli iclasında dinlənilmiş Şahid3 çıxış edərək bildirmişdir ki, o, ev almaq istəmiş, lakin pulu az olduğundan ən səmərəli variantı tapmağa çalışmışdır. Bu zaman onu hazırkı iş üzrə İddiaçıla əlaqələndirmişlər. O, iddiaçının telefon nömrəsini taparaq onunla əlaqə saxlamış, müqavilə bağlamaq istədiyini bildirmişdir. Onlar telefonda razılaşmışlar ki, podrat müqaviləsi əsasında o, iddiaçıya ilkin ödəniş kimi 2000 manat, sonra isə hissə-hissə ödəniş edəcək, iddiaçı isə onun sifarişi əsasında ev tikəcəkdir. İddiaçı ona ofisinin yerini bildirmiş, o da həmin ofisə getmişdir. O, ofisə getdikdə iddiaçı orda olmamışdır. Bu zaman iddiaçı ilə əlaqə saxlamış, iddiaçı ona ofisdə olan Cavabdeh ilə müqaviləni bağlamasını və 2000 manat ilkin ödənişi də ona etməsini bildirmişdir. O, ilkin ödəniş olaraq 2000 manatı cavabdehə ödəmiş, sonrakı ödənişləri isə iddiaçının özünün tapşırığı ilə X4 adına olan kart hesabına köçürmüşdür. İddiaçı ilə razılaşmışlar ki, ödənişləri ona etdikdən sonra o, ofisə gedərək, ödənişin edilməsini ödəniş cədvəlində qeyd etdirməsi üçün cavabdehə müraciət etsin. O, sonrakı ödənişləri etdikdən sonra iddiaçının tapşırığına uyğun olaraq hər dəfə ofisə getmiş, cavabdeh onun yanında iddiaçıya zəng edərək ödənişin edilib-edilməməsini dəqiqləşdirdikdən sonra ödəniş cədvəlindəki müvafiq qrafanı imzalamışdır. O, cavabdehə yalnız 2000 manat məbləğində ilkin ödənişi vermiş, qalan ödənişləri isə ona etməmişdir. Lakin sonradan o, müqavilə üzrə ödənişləri etməsinə baxmayaraq, iddiaçının hər hansı tikinti ilə məşğul olmadığını görmüşdür. İddiaçı isə bütün məsuliyyəti cavabdehin üzərinə yıxmağa çalışmışdır. Apellyasiya məhkəməsinin 19 aprel 2023-cü il tarixli iclasında dinlənilmiş şahid X10 çıxış edərək bildirmişdir ki, 2020-ci ilin sentyabr-oktyabr aylarından 2021-ci ilin avqust ayınadək, təxminən bir ilə yaxın müddətdə “Günəşli İnşaat” adlı ofisdə işləmişdir. Belə ki, o, 2020-ci ilin ortalarında iş axtarmış, sonradan həmin ofisdə qeyri-rəsmi işləməyə başlamış, ofisin müdiri olan İddiaçı ona maaş vermişdir. O, ofisdə menecer işləmiş, işi isə elanların yerləşdirilməsi ilə bağlı olmuşdur. Bildirdi ki, ofisdə işlədiyi müddətdə Cavabdeh da onunla birlikdə işləmişdir. 2020-ci ilin dekabr ayında müştəri Şahid3 ofisə gəlmiş, müqavilə bağlamaq istədiyini və İddiaçıla danışdığını cavabdehə bildirmiş, bundan sonra müqavilə bağlayaraq 2000 manat ilkin ödənişi həmin gün cavabdehə vermişdir. İddiaçı həmin gün sonradan ofisə gəlmiş, cavabdeh də 2000 manat pulu elə həmin gün ofisin ümumi otağında iddiaçıya vermişdir. Cavabdeh pulu iddiaçıya onun yanında sayıb verdiyinə görə verilmiş məbləğin 2000 manat olduğunu dəqiq bilir. Həmçinin, qeyd etdi ki, Şahid3 sonrakı ödənişləri bir çox digər müştərilər kimi İddiaçı özündə saxladığı kartın hesabına etmişdir. Ödənişləri etdikdən sonra isə hər dəfə ofisə gəlmiş, iddiaçının tapşırığına əsasən cavabdeh tərəfindən ödəniş cədvəlində imza edilmişdir. Əslində isə həmin sonrakı ödənişlər Cavabdeh deyil, İddiaçı özünə edilirdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. İş materiallarına əlavə edilmiş telefonoqramdan göründüyü kimi, iddiaçı ilə telefon vasitəsilə əlaqə saxlanılmış, o, məhkəmə iclasında iştirak etməyəcəyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Bundan sonra MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmaqla düzgün olmayan qətnamənin qəbul edilməsinə, işin hallarının tam və hərtərəfli araşdırılmamasına və sübutların düzgün qiymətləndirilməməsinə istinad edərək, qətnamənin tam ləğv edilməsini xahiş etdiyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab etdi. Məhkəmə kollegiyası bildirir ki, işin faktiki hallarının hərtərəfli araşdırılması mülki işin qanuni həlli baxımından böyük əhəmiyyət kəsb etməsinə baxmayaraq, birinci instansiya məhkəməsi qanunvericiliyin tələbləri çərçivəsində araşdırmanı hərtərəfli və tam aparmamış, sübutları müqayisəli şəkildə təhlil etməmiş, sübutlar arasında ziddiyyətli məqamlara nəzər yetirməmiş, nəticə etibarilə MPM-in 88-ci maddəsinin tələblərini pozmuş, beləliklə də, MPM-in 387.1-ci maddəsində nəzərdə tutulmuş qaydada prosessual hüquq normasının pozulmasına yol verməklə düzgün olmayan qətnamə qəbul etmişdir. MPM-in 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Belə ki, iş materiallarının 38-ci vərəqində olan Şahid2 əlyazma şəklində verdiyi izahatında xx.xx.2021-ci il tarixində cavabdehin Şahid1 adlı müştərinin verdiyi ödənişi iddiaçıya verdiyini gördüyünü bildirsə də, birinci instansiya məhkəməsinin 10 iyun 2022-ci il tarixli məhkəmə iclasının protokolunda şahid qismində dindirilmiş Şahid2 ifadəsində onun pul verilməsini görmədiyi əks olunmuşdur. Birinci instansiya məhkəməsi həmin ziddiyyətli izahatları müqayisəli təhlil etməmiş, cavabdehin lehinə olan sübutun hansı səbəbdən qəbul edilmədiyini qətnamədə göstərməmiş, qətnamədə cavabdehdən tutularaq iddiaçıya verilməsini qət etdiyi məbləğlərin hansı qaydada hesablandığını və necə müəyyən edildiyini əsaslandırmamışdır. Əksinə, təkrarən apellyasiya məhkəməsinin iclasında şahid qismində dindirilərkən Şahid2 onun izahatının birinci instansiya məhkəməsi tərəfindən təhrif edildiyini bildirmişdir. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, mülki-prosessual qanunvericiliyin müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Bununla yanaşı, iş materiallarından görünür ki, iddiaçı tələbin həcminin artırılmasına dair ərizəni işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşdıqdan sonra təqdim etsə də, birinci instansiya məhkəməsi bu halı nəzərə almamışdır. Həmçinin, tələbin Şahid3 ilə əlaqəli hissəsini məhkəmə ümumiyyətlə araşdırmamış, bu barədə iddiaçının və cavabdehin mövqeyini məhkəmə iclasında müəyyənləşdirməmiş, həmin hissədə nəticəyə gələrkən hansı sübutlara və aparılmış araşdırmaya istinad etdiyini göstərməmişdir. Məhkəmə kollegiyası cavabdeh tərəfi dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, sübutlara obyektiv hüquqi qiymət verərək hesab etdi ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə tamamilə ləğv edilməli, birinci instansiya məhkəməsi tərəfindən, eləcə də, yeni əldə edilmiş sübutlar əsasında iddia tələbinin rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyası iddiaçının tələbini 3 hissədə qiymətləndirməyi məqsədəuyğun sayır: 1) cavabdehin Şahid1 ilə bağlanmış müqavilə nəticəsində əsassız olaraq əldə etdiyi 6500 manat pul tələbi; 2) cavabdehin Şahid3 ilə bağlanmış müqavilə nəticəsində əsassız olaraq əldə etdiyi 7600 manat pul tələbi; 3) vəkilə (nümayəndəyə) çəkilmiş xərc olaraq 2000 manat və ödənilmiş dövlət rüsumuna görə 105 manat pul tələbi. Məhkəmə kollegiyası iddianın cavabdehin Şahid1 ilə bağlanmış müqavilə nəticəsində əsassız olaraq əldə etdiyi 6500 manat pul tələbi ilə bağlı hissəsinə dair aşağıdakıları qeyd etməyi zəruri sayır: İşdəki podratçı İddiaçı ilə sifarişçi Şahid1 Djanbagıshevna arasında bağlanmış 21 dekabr 2021-ci il tarixli podrat müqaviləsindən görünür ki, sifarişçi Abşeron rayonu, X11 ərazisində 2 sot torpaq sahəsində ümumi sahəsi 56 kv.m olan və müqaviləyə əlavə olunan layihəyə əsasən fərdi yaşayış evinin təmirsiz tikintisini sifariş edir, podratçı sifarişçinin sifariş etdiyi layihəyə uyğun evin tikintisini öz üzərinə götürür. Müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, xx.xx.2021-ci il tarixində sifarişçi 6500 manat məbləğində ilkin ödəniş etmişdir. xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixində hər dəfə 420 manat olmaqla ödənişlər edilmişdir. İş materiallarının 38-ci vərəqində olan Şahid2 tərəfindən əlyazma şəklində verilmiş izahatdan görünür ki, o, 21 dekabr 2021-ci il tarixində Hövsan qəsəbəsində yerləşən Günəşli tikinti ofisində menecer vəzifəsində işlədiyini, həmin gün Şahid1 adlı müştərinin yoldaşı və uşaqları ilə ödənişlə bağlı müqavilə bağlamağa gəldiklərini, Günəşli tikinti ofisinin müdiri İddiaçı həmin gün işə gecikdiyini, baş menecer Cavabdeh İddiaçı zəng edərək ona müştərinin gözlədiyi barədə xəbərdarlıq etdiyini bildirmişdir. O qeyd etmişdir ki, İddiaçı Cavabdeh müqaviləni özünün bağlamasını və ödənişi Şahid1 özünün götürməsini demişdir. İddiaçı ofisə gələnə qədər Şahid2 da ofisdə olmuş, o gəldiyi zaman Cavabdeh müqavilə bağladığı sənədi və Şahid1 verdiyi 6500 manat ödənişi İddiaçı təhvil vermişdir. İş materiallarının 39-cu vərəqində olan Cavabdeh yazdığı əlyazma ərizədə iddiaçının iddia ərizəsində 21 dekabr 2021-ci il tarixində işdə olmaması ilə bağlı bildirdiklərinin həqiqət olmadığını qeyd etmiş, həmin gün Şahid1 ofisə gəldiyini, uşağı olduğu üçün tələsdiyini, bu barədə iddiaçıya zəng vuraraq məlumat verdiyini, iddiaçının ona müqaviləni imzalamağı, çek yazaraq müştərini yola salmağı tapşırdığını, həmin gün axşam saatlarında Sədaqət xanımın şahidliyi ilə Şahid1 verdiyi 6500 manat məbləğində pulu iddiaçıya təhvil verdiyini bildirmişdir. Cavabdeh ərizədə şahidlərin və dəlillərin yoxlanılmasını xahiş etmişdir. İş materiallarının 81-ci vərəqində olan Şahid1 tərəfindən yazılmış əlyazmada, o, 21 dekabr 2021-ci il tarixində podrat müqaviləsi bağladığını, müqaviləni onunla Cavabdeh imzaladığını, 6500 manat pulu Cavabdeh ödədiyini bildirmiş, əlyazmanı imzası ilə təsdiq etmişdir. Birinci instansiya məhkəməsinin 10 iyun 2022-ci il tarixli məhkəmə iclasında şahid qismində dinlənilmiş Şahid1 izahatında bir müddət əvvəl ev tikilməsi üçün “Günəşli inşaat” ofisinə müraciət etdiyini, cavabdehlə telefonla əlaqə saxladığını və torpaq yeri aldığını, həmin ofisə gedib ofisin sahibi olan iddiaçını xeyli gözlədiklərini, uşağı ağladığına görə iddiaçının tez gəlməsini xahiş etdiyini, cavabdehin iddiaçıya telefonla zəng edərək, səsi mikrofona qoyduğunu, iddiaçının cavabdehə gec gələcəyini və pulu götürməsini dediyini eşitdiyini, müqavilə bağlayaraq pulu əri ilə birlikdə baş menecer olan cavabdehə verdiklərini, daha sonra iddiaçının sürücüsü Fərman adlı şəxsin avtomobillə gəlib onları torpaq sahəsinə apararaq yaşayış evinin tikiləcəyi yeri göstərdiyini bildirmişdir. Birinci instansiya məhkəməsinin 10 iyun 2022-ci il tarixli məhkəmə iclasında şahid qismində dinlənilmiş X9 izahatında iddiaçının tikinti firmasında hörgü ustası kimi işlədiyini, 21 dekabr 2021-ci il tarixində iddiaçının onlara 8-ci mikrorayonda iş olduğunu, iddiaçının müqavilə bağlandığı üçün axşam pul olacağını dediyini, axşam gedib maaşlarını aldıqlarını bildirmişdir. Birinci instansiya məhkəməsinin 10 iyun 2022-ci il tarixli məhkəmə iclasında şahid qismində dinlənilmiş X6 və X5 bənzər məzmunda çıxış edərək izahatlarında cavabdehin sonuncunun qohumu olduğunu, 21 dekabr 2021-ci il tarixində cavabdehi işdən götürüb getməli olduqlarını, lakin cavabdehin iddiaçını gözlədiyini bildirdiyini, həmin vaxt iddiaçının da işdə olduğunu, cavabdehin müqavilə bağlanarkən aldığı pulu iddiaçıya verdiyini bildirdiyini, həmin gün cavabdeh və menecer Şahid2 axşam saat doqquzun yarısında işdən çıxdıqlarını, gec çıxma səbəblərinin müqavilə bağlandığından müqavilənin və aldığı pulun cavabdeh tərəfindən iddiaçıya verilməsi üçün onu gözləməli olduqlarını bildirdiyini qeyd etmişlər. Birinci instansiya məhkəməsinin 10 iyun 2022-ci il tarixli məhkəmə iclasında şahid qismində dinlənilmiş Şahid2 izahatında “Günəşli inşaat” ofisində menecer işlədiyini, iddiaçının ofisin rəhbəri olduğunu, cavabdehin həmin ofisdə baş menecer işlədiyini, 21 dekabr 2021-ci il tarixində cavabdeh ilə bir yerdə olarkən cavabdehin iddiaçıya zəng edərək müştərinin gəldiyini və 6500 manat pul verdiyini bildirdiyini, sonra İbrahim Şıxəliyevin arvadı Gülüzər Rəhimli ilə cavabdehi aparmaq üçün gəldiyini, lakin həmin gün bağlanan müqaviləni və alınan pulu cavabdeh iddiaçıya verəcəyi üçün onu gözlədiyindən işdən gec çıxdıqlarını, daha sonra iddiaçının gəldiyini bildirmiş, lakin pul verildiyini görmədiyini qeyd etmişdir. Cavabdeh apellyasiya şikayətində məhkəmə iclasının 10 iyun 2022-ci il tarixli protokolunda Şahid2 ifadəsinin təhrif olunduğunu bildirmişdir. İş materiallarının 38-ci vərəqindəki Şahid2 tərəfindən yazılmış izahatı və cavabdehin apellyasiya şikayətinin qeyd edilən dəlilini nəzərə alan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iclasında Şahid2 yenidən dinlənilməsini zəruri hesab etmişdir. Apellyasiya məhkəməsinin 05 aprel 2023-cü il tarixli iclasında yenidən dinlənilmiş Şahid2 çıxış edərək bildirmişdir ki, o, İddiaçı rəhbərlik etdiyi “Günəşli İnşaat” adlı ofisdə Cavabdeh ilə birlikdə bir müddət qeyri-rəsmi şəkildə satış meneceri kimi işləmişdir. 21 dekabr 2021-ci il tarixində Şahid1 adlı müştəri ofisə gəlmiş, ev tikdirmək istədiyini və İddiaçıla danışdığını bildirmişdir. Şahid1 ofisə gəldikdə İddiaçı ofisdə olmamış, Şahid1 bir müddət onu gözləmişdir. Lakin sonradan uşağı ağladığına görə daha artıq gözləyə bilmədiyindən Cavabdeh İddiaçı telefonla zəng edərək mikrofona qoymuş, iddiaçı cavabdehə onun yerinə müqavilə bağlamasını və müştəri Şahid1 ilkin ödənişi qəbul etməsini tapşırmışdır. Bundan sonra, cavabdeh Şahid1 ilə müqaviləni bağlamış və 6500 manat ilkin ödənişi ondan qəbul etmişdir. İddiaçı həmin gün axşam pulu cavabdehdən götürəcəyinə görə cavabdeh də ofisdə tək gözləməsin deyə Şahid2 da onunla birlikdə gözləmişdir. İddiaçı axşam saatlarında ofisə gəldikdə cavabdeh iddiaçının otağında Şahid1 verdiyi 6500 manat məbləğində ilkin ödənişi sayaraq ona təhvil vermişdir. Şahid2 həmin vaxt iddiaçıya çay verdiyinə görə cavabdehin həmin məbləğdə pulu iddiaçıya verməsini şəxsən görmüşdür. O, birinci instansiya məhkəməsinin iclasında da cavabdeh tərəfindən pulun iddiaçıya verildiyini gördüyünü qeyd etsə də, məhkəmə onun ifadəsini təhrif etmiş, protokol və qətnamədə düzgün göstərməmişdir. Halbuki, məhkəməyə verdiyi yazılı izahatında da o, pulun verildiyini gördüyünü bildirmişdir. Beləliklə, tələbin cavabdehin Şahid1 ilə bağlanmış müqavilə nəticəsində əsassız olaraq əldə edildiyi iddia edilən 6500 manat pula dair hissəsi ilə bağlı məhkəmə kollegiyası bildirir ki, iddiaçının 21 dekabr 2021-ci il tarixində işə gəlməsi şahidlərin hər birinin ifadəsi ilə təsdiq edilir. Bundan başqa, cavabdehin iddiaçının məlumatı olmadan Şahid1 ilə müqavilə bağlaması halı da şahidlər Şahid1 və Şahid2 ifadələri ilə təkzib olunur. Belə ki, hər iki şahid cavabdehin iddiaçıya telefonla zəng edib səsi mikrofona qoyaraq müştərinin (Şahid1) gəldiyini, müqavilə bağlamaq üçün gözləyə bilmədiyini bildirdiyini, iddiaçının isə cavabdehə müqavilə bağlamağı və ödənişi qəbul etməyi tapşırdığını eşitdiklərini bildirmişdir. Müəyyən edilir ki, cavabdeh 21 dekabr 2021-ci il tarixində Şahid1 ilə bağlanılmış podrat müqaviləsini iddiaçının tapşırığı əsasında imzalamış və 6500 manat məbləğində ödənişi Şahid1 qəbul etmişdir. Şahid2 apellyasiya məhkəməsinin iclasında çıxış edərkən Şahid1 tərəfindən ödənilmiş 6500 manat məbləğində pulun cavabdeh tərəfindən iddiaçıya təhvil verildiyini şəxsən gördüyünü bildirmişdir. Bununla yanaşı, birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X9 izahatında 21 dekabr 2021-ci il tarixində iddiaçının onlara müqavilə bağlandığı üçün pul olacağını bildirdiyini və axşam maaşlarını aldıqlarını qeyd etmişdir. Qeyd edilənlər onu göstərir ki, bağlanmış podrat müqaviləsi üzrə Şahid1 tərəfindən edilmiş 6500 manat məbləğində ilkin ödəniş cavabdeh tərəfindən qəbul edilmiş olsa da, cavabdeh həmin məbləği 21 dekabr 2021-ci il tarixində axşam saatlarında iddiaçıya təhvil vermişdir. Odur ki, məhkəmə kollegiyası 21 dekabr 2021-ci il tarixli podrat müqaviləsi üzrə Şahid1 tərəfindən ödənilmiş 6500 manat məbləğində ilkin ödənişin cavabdeh tərəfindən əsassız olaraq əldə edilməsi və həmin pulun iddiaçıya təhvil verilməməsi ilə bağlı iddia ərizəsinin dəlilini əsassız hesab edir və bildirir ki, qeyd edilən məbləğin cavabdeh tərəfindən iddiaçıya 21 dekabr 2021-ci il tarixində təhvil verilməsi Şahid2 ifadəsi ilə təsdiq olunur. İddiaçı isə Şahid1 ilə bağlanmış müqavilədən xəbərsiz olduğunu və ilkin ödəniş olaraq ödənilmiş 6500 manat məbləğində ödənişin cavabdeh tərəfindən ona təqdim edilmədiyini təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmiş, yalnız formal mülahizələrlə kifayətlənmişdir. Qeyd edilənlərlə yanaşı, məhkəmə kollegiyası onu da bildirməyi zəruri sayır ki, birinci instansiya məhkəməsi qətnaməsində 21 dekabr 2021-ci il tarixində cavabdehin iddiaçının adından istifadə edərək Şahid1 ilə bağladığı eyni tarixli podrat müqaviləsi əsasında sonuncudan 5240 manat məbləğində pul vəsaiti aldığını müəyyən etsə də, həmin məbləğdə pulun alınmasını hansı sübuta əsasən müəyyən etdiyini əsaslandırmamışdır. Sadalananlara əsasən, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətini Şahid1 ilə bağlanmış müqavilə üzrə 6500 manat pul tələbinə dair hissədə əsaslı hesab edir və belə nəticəyə gəlir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir. İndi isə məhkəmə kollegiyası iddianın cavabdehin Şahid3 ilə bağlanmış müqavilə nəticəsində əsassız olaraq əldə etdiyi 7600 manat pul tələbi ilə bağlı hissəsinə dair aşağıdakıları qeyd etməyi zəruri sayır: İşdəki podratçı İddiaçı ilə sifarişçi Şahid3 arasında bağlanmış 29 dekabr 2020-ci il tarixli podrat müqaviləsindən görünür ki, sifarişçi Abşeron rayonu, X11 ərazisində 2 sot torpaq sahəsində ümumi sahəsi 50 kv.m olan və müqaviləyə əlavə olunan layihəyə əsasən fərdi yaşayış evinin tam təmirli tikintisini sifariş edir, podratçı sifarişçinin sifariş etdiyi layihəyə uyğun evin tikintisini öz üzərinə götürür. Müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, xx.xx.2020-ci il tarixində sifarişçi 2000 manat məbləğində ilkin ödəniş etmişdir. Daha sonra, xx.xx.2021-ci il tarixində 600 manat, xx.xx.2021-ci il tarixində 600 manat, xx.xx.2021-ci il tarixində 600 manat, xx.xx.2021-ci il tarixində 200 manat, xx.xx.2021-ci il tarixində 400 manat, xx.xx.2021-ci il tarixində 600 manat, xx.xx.2021-ci il tarixində 600 manat, xx.xx.2021-ci il tarixində 400 manat, xx.xx.2021-ci il tarixində 600 manat, xx.xx.2021-ci il tarixində 600 manat, xx.xx.2021-ci il tarixində 400 manat ödəniş edilmişdir. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, iddia tələbinin həcmi artırıldıqdan sonra cavabdehə işlə tanış olmaq üçün kifayət qədər şərait yaradılmamış və o, öz müdafiəsini lazımınca həyata keçirə bilməmişdir. Şahid3 məhkəməyə şahid qismində cəlb edilməmiş, məhkəmə qanunsuz olaraq kim tərəfindən tərtib olunduğu bəlli olmayan əlyazmanı Şahid3 izahatı kimi mötəbər sübut olaraq qəbul etmişdir. Odur ki, sonuncunun məhkəməyə şahid kimi cəlb edilməsi zəruridir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin qeyd edilən dəlili ilə razılaşaraq belə hesab edir ki, iddia tələbinin bu hissəsi ilə bağlı birinci instansiya məhkəməsi tərəfindən araşdırma aparılmadığından, işin hərtərəfli və tam tədqiqinə lazımi şərait yaradılmadığından Şahid3 şahid qismində cəlb olunmalıdır. Apellyasiya məhkəməsinin 05 aprel 2023-cü il tarixli iclasında şahid kimi dinlənilmiş Şahid3 öz izahatında 29 dekabr 2020-ci il tarixli podrat müqaviləsi üzrə ilkin ödəniş kimi 2000 manat məbləğində pulun həqiqətən də iddiaçının tapşırığı ilə cavabdehə verildiyini, sonrakı ödənişlərin isə iddiaçının verdiyi kart nömrəsinə göndərildiyini bildirmişdir. Beləliklə də, iddiaçı cavabdehin əsassız olaraq müqavilə üzrə Şahid3 7600 manat məbləğində pulu ələ keçirdiyini bildirsə də, Şahid3 öz çıxışında cavabdehə yalnız 2000 manat əlbəəl ödədiyini, onun tərəfindən edilmiş növbəti ödənişlərin məhz iddiaçının verdiyi kart hesabına köçürüldüyünü qeyd etmişdir. Bununla da, Şahid3 cavabdehə yalnız 2000 manat ödəniş etməsi və iddiaçının Şahid3 ilə bağlanmış podrat müqaviləsindən xəbərdar olması müəyyən edilmişdir. Apellyasiya məhkəməsinin 19 aprel 2023-cü il tarixli iclasında şahid qismində dinlənilmiş X10 öz izahatında bildirmişdir ki, 2020-ci ilin sentyabr-oktyabr aylarından 2021ci ilin avqust ayınadək, təxminən bir ilə yaxın müddətdə “Günəşli İnşaat” adlı ofisdə cavabdehlə birlikdə işləmişdir. 2020-ci ilin dekabr ayında müştəri Şahid3 ofisə gəlmiş, müqavilə bağlamaq istədiyini və İddiaçıla danışdığını cavabdehə bildirmiş, bundan sonra müqavilə bağlayaraq 2000 manat ilkin ödənişi həmin gün cavabdehə vermişdir. İddiaçı həmin gün sonradan ofisə gəlmiş, cavabdeh də 2000 manat pulu elə həmin gün ofisin ümumi otağında iddiaçıya vermişdir. Cavabdeh pulu iddiaçıya onun yanında sayıb verdiyinə görə verilmiş məbləğin 2000 manat olduğunu dəqiq bilir. Əsmər Rəhimli həmçinin qeyd etmişdir ki, Şahid3 sonrakı ödənişləri bir çox digər müştərilər kimi iddiaçının özündə saxladığı kart hesabına etmişdir. Ödənişləri etdikdən sonra isə hər dəfə ofisə gəlmiş, iddiaçının tapşırığına əsasən cavabdeh tərəfindən ödəniş cədvəlində imza edilmişdir. Əslində isə həmin sonrakı ödənişlər Cavabdeh deyil, İddiaçı özünə edilirdi. Beləliklə, X2 Səməd Əli oğlu tərəfindən müqavilə üzrə cavabdehə verilmiş 2000 manat məbləğində pulun cavabdeh tərəfindən elə müqavilə bağlanan gün iddiaçıya təhvil verildiyini təsdiq etmişdir. Qeyd edilənlər onu göstərir ki, bağlanmış podrat müqaviləsi üzrə Şahid3 tərəfindən edilmiş 2000 manat məbləğində ilkin ödəniş cavabdeh tərəfindən qəbul edilmiş olsa da, cavabdeh həmin məbləği müqavilənin bağlandığı gün – 29 dekabr 2020-ci il tarixində iddiaçıya təhvil vermiş, həmin müqavilə üzrə iddiaçının bildirdiyi qalan 5600 manat məbləğində ödəniş isə cavabdehə deyil, iddiaçının Şahid3 bildirdiyi kart hesabına köçürülmüşdür. Odur ki, məhkəmə kollegiyası 29 dekabr 2020-ci il tarixli podrat müqaviləsi üzrə Şahid3 tərəfindən ödənilmiş 2000 manat məbləğində ilkin ödənişin və sonrakı ödənişlər üzrə 5600 manat olmaqla, cəmi 7600 manatın cavabdeh tərəfindən əsassız olaraq əldə edilməsi və həmin pulun iddiaçıya təhvil verilməməsi ilə bağlı iddia ərizəsinin dəlilini əsassız hesab edir və bildirir ki, qeyd edilən məbləğin 2000 manat hissəsinin cavabdeh tərəfindən iddiaçıya 29 dekabr 2020-ci il tarixində təhvil verilməsi şahid Əsmər Rəhimlinin ifadəsi ilə təsdiq olunur. İddiaçı isə Şahid3 ilə bağlanmış müqavilədən xəbərsiz olduğunu və ilkin ödəniş olaraq ödənilmiş 2000 manat, sonrakı ödənişlər kimi ödənilmiş 5600 manat, cəmi 7600 manat məbləğində ödənişin cavabdeh tərəfindən ona təqdim edilmədiyini təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmiş, yalnız formal mülahizələrlə kifayətlənmişdir. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, ödəniş cədvəlində ödənişlərin edildiyi tarixə olan qrafanın cavabdeh tərəfindən imzalanması özlüyündə həmin pulun cavabdehə verilməsi faktını təsdiq edən hal kimi çıxış edə bilməz. Belə ki, apellyasiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid3 da öz izahatında müqavilə üzrə sonrakı ödənişləri iddiaçının özünün tapşırığı ilə X4 adına olan kart hesabına köçürdüyünü, ödənişləri iddiaçıya etdikdən sonra ofisə gedərək, ödənişin edilməsini ödəniş cədvəlində qeyd etdirməsi üçün cavabdehə müraciət etməsi barədə iddiaçı ilə razılaşdıqlarını, özünün sonrakı ödənişləri etdikdən sonra iddiaçının tapşırığına uyğun olaraq hər dəfə ofisə getdiyini, cavabdehin isə onun yanında iddiaçıya zəng edərək ödənişin edilib-edilməməsini dəqiqləşdirdikdən sonra ödəniş cədvəlindəki müvafiq qrafanı imzaladığını bildirmişdir. Həmçinin, apellyasiya məhkəməsi tərəfindən şahid qismində dindirilmiş Əsmər Rəhimli də izahatında Şahid3 sonrakı ödənişləri bir çox digər müştərilər kimi iddiaçının özündə saxladığı kart hesabına etdiyini, ödənişləri etdikdən sonra isə hər dəfə ofisə gəldiyini, iddiaçının tapşırığına əsasən cavabdeh tərəfindən ödəniş cədvəlində imza edildiyini, əslində həmin sonrakı ödənişlərin Cavabdeh deyil, İddiaçı özünə edildiyini bildirmişdir. Sadalananlarla yanaşı, məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri sayır ki, birinci instansiya məhkəməsi qətnamədə 29 dekabr 2020-ci il tarixində cavabdehin iddiaçının adından istifadə edərək Şahid3 ilə bağladığı eyni tarixli podrat müqaviləsi əsasında sonuncudan ümumilikdə 6600 manat məbləğində pul vəsaiti aldığını müəyyən etsə də, həmin məbləğdə pulun alınmasını hansı sübuta əsasən müəyyən etdiyini əsaslandırmamışdır. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətini Şahid3 ilə bağlanmış müqavilə üzrə 7600 manat pul tələbinə dair hissədə əsaslı hesab edir və və belə nəticəyə gəlir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir. İşdəki 4/1022 saylı, 4 avqust 2022-ci il tarixli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, 2(053)-236/2022 nömrəli mülki işin 60-61-ci və 63-64-cü vərəqələrində olan İddiaçı ilə Şahid1 arasında olan 21 dekabr 2021-ci il tarixli podrat müqaviləsinin hər səhifəsinin sonundakı “Podratçı” qrafasındakı imzalar, i/v 65-66-da olan 21 dekabr 2021-ci il tarixdə bağlanmış podrat müqaviləsinə əsasən görülən işlər siyahısının hər səhifəsinin sonunda “Podratçı” qrafasındakı imzalar, i/v 67-68-də olan 27 noyabr 2021-ci il tarixli ödəniş cədvəlinin 1-ci vərəqəsinin üz tərəfinin yuxarı və aşağı sağ hissəsində “Podratçı.İmza” qrafalarındakı imzalar, 2-ci vərəqəsində “İmza; Podratçı Məmmədov F” qrafasındakı imza, i/v 70-74-cü vərəqələrində olan İddiaçı ilə Şahid3 arasında olan 29 dekabr 2020-ci il tarixli podrat müqaviləsinin hər səhifəsinin sonundakı “Podratçı” qrafalarındakı imzalar, 75-76-cı vərəqələrində olan 29 dekabr 2020-ci il tarixli ödəniş cədvəlinin 1-ci vərəqəsinin üz tərəfində yuxarı sağ hissəsində “Podratçı.İmza” qrafasındakı imza, orta hissəsində “Podratçı İmza” qrafasındakı yuxarıdan aşağı istiqamətdə 1-5-ci, 9-11-ci imzalar, aşağı sağ küncündəki imza, 2-ci vərəqədə “Podratçı” qrafasındakı imza, i/v 77-78-də olan 29 dekabr 2020-ci il tarixdə bağlanmış podrat müqaviləsinə əsasən görülən işlər siyahısının hər səhifəsinin sonundakı “Podratçı” qrafalarındakı imzalar – Cavabdeh tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, 2(053)-236/2022 nömrəli mülki işin 67-68-ci vərəqələrində olan 27 noyabr 2021-ci il tarixli ödəniş cədvəlinin 1-ci vərəqəsinin üz tərəfinin orta hissəsində “Podratçı.İmza” qrafasındakı imzalar, 75-76-cı vərəqələrində olan 29 dekabr 2020-ci il tarixli ödəniş cədvəlinin 1-ci vərəqəsinin üz tərəfində orta hissəsində “Podratçı İmza” qrafasındakı yuxarıdan aşağı istiqamətdə 6-8-ci imzalar Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 110 manat təşkil edir. İşdəki xx.xx.2019-cu il tarixində sistemə daxil edilmiş əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Cavabdeh işəgötürən İddiaçı ilə xx.xx.2019-cu il tarixində əmək müqaviləsi bağlamış, iş yeri kimi “Günəşli İnşaat” fərdi evlərin və torpaqların alğı-satqı ofisi göstərilmiş, iş yerinin əlavə iş yeri olduğu qeyd edilmişdir. İşdəki xx.xx.2021-ci il tarixində sistemə daxil edilmiş əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixində yenidən işəgötürən İddiaçı ilə əmək müqaviləsi bağlamış, iş yeri kimi “Günəşli İnşaat” ofisi göstərilmiş, iş yerinin əsas iş yeri olduğu qeyd edilmişdir. İşdəki xx.xx.2022-ci il tarixində sistemə daxil edilmiş əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, işəgötürən İddiaçı ilə işçi Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə xx.xx.2022-ci il tarixində Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a bəndinə əsasən xitam verilmişdir. Məhkəmə kollegiyası iddia ərizəsinin 6500 manat və 7600 manat məbləğində pulun cavabdeh tərəfindən əsassız şəkildə əldə edilməsi ilə bağlı dəlilinə dair bildirir ki, hazırkı iş üzrə Cavabdeh əsassız varlanmış şəxs olması halı müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Cavabdehin Şahid1 tərəfindən ona ödənilmiş 6500 manat məbləğində ilkin ödənişi və Şahid3 tərəfindən ona ödənilmiş 2000 manat məbləğində ilkin ödənişi iddiaçı (cavabdehin işəgötürəni) İddiaçı tapşırığı əsasında bağladığı podrat müqaviləsi üzrə qəbul etməsi, həmin ödənişlərin cavabdeh tərəfindən qəbul edildiyi gündə də iddiaçıya təhvil verilməsi faktı işin müəyyən edilmiş halları ilə öz təsdiqini tapdığından və Mülki Məcəllənin 1091-ci maddəsində nəzərdə tutulmuş şərtlər hazırkı iş üzrə mövcud olmadığından, cavabdehin əsassız varlanmış şəxs hesab edilməsi mümkün deyil. Məhkəmə kollegiyası Şahid3 tərəfindən sonrakı ödənişlər şəklində cavabdehə ödənildiyi iddia edilən 5600 manat məbləğində pulun iddiaçının verdiyi kart hesabına köçürülməsini Şahid3 və Əsmər Rəhimlinin ifadələri ilə müəyyən etdiyindən həmin pul məbləği ilə bağlı da cavabdehin əsassız varlanmış şəxs hesab edilməsi üçün əsasların olmadığı nəticəsinə gəlir. İndi isə məhkəmə kollegiyası iddianın vəkilə (nümayəndəyə) çəkilmiş xərc olaraq 2000 manat və ödənilmiş dövlət rüsumuna görə 105 manat pul tələbi ilə bağlı hissəsinə dair aşağıdakıları qeyd etməyi zəruri sayır: İş materiallarının 7-ci vərəqində olan "xxxx" MMC-nin 000912 nömrəli, 04 fevral 2022-ci il tarixli kassa məxaric orderi qəbzindən görünür ki, İddiaçı tərəfindən Neftçala Rayon Məhkəməsində hüquqlarının müdafiəsi üçün həmin MMC-yə 2000 manat məbləğində pul ödənilmişdir. İş materiallarının 6-cı vərəqində olan 04 fevral 2022-ci il tarixində icra edilmiş ********* nömrəli mədaxil qəbzinin surətindən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 105 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Birinci instansiya məhkəməsi bu hissədə sübutları və işin hallarını düzgün qiymətləndirməyərək iddianı təmin etməklə yanlış nəticəyə gəlmişdir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı Neftçala Rayon Məhkəməsində hüquqlarının müdafiəsi üçün "xxxx" MMC-yə 2000 manat məbləğində pul ödədiyinə dair qəbzi təqdim etsə də, iş materiallarının 36-37-ci vərəqlərində olan etibarnamə və vəkil orderindən görünür ki, birinci instansiya məhkəməsində iddiaçının hüquqları “Fides” Vəkil Bürosunun vəkili olan X13 tərəfindən müdafiə olunmuşdur. Belə olan halda isə "xxxx" MMC-nin hazırkı iş üzrə iddiaçının hüquqlarının müdafiəsi üçün hansı hüquqi xidməti göstərməsi qeyri-müəyyən olaraq qalmışdır. Birinci instansiya məhkəməsi isə bu hala düzgün qiymət verməmişdir. Məhkəmə kollegiyası bu məsələ ilə bağlı cavabdehin apellyasiya şikayətinin dəlilini əsaslı hesab edir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115.0.5-ci və 115.0.6-cı maddələrinə əsasən, nümayəndələrə və vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə kollegiyası bildirir ki, hazırkı iş üzrə iddiaçının pul tələbinə dair hissələrdə iddiası rədd edildiyindən, məhkəmə xərcləri ilə bağlı hissədə də iddia tələbi rədd edilməlidir. Eləcə də, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 110 manat məbləğində pul vəsaiti iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Bundan başqa, cavabdeh apellyasiya şikayətində apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 70 manat dövlət rüsumunun və 1500 manat vəkil xərcinin iddiaçıdan tutularaq cavabdehə ödənilməsini xahiş etmişdir. İş materiallarının 163-cü vərəqində olan 20 dekabr 2022-ci il tarixində icra edilmiş ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, hazırkı iş üzrə apellyasiya şikayətinin verilməsinə görə cavabdeh tərəfindən 70 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarının 159-161-ci vərəqlərində olan cavabdehlə “Kredo” Vəkil Bürosunun direktoru X7 və Vəkil arasında bağlanmış 17 dekabr 2022-ci il tarixli, 800 nömrəli hüquqi yardımın göstərilməsi haqqında müqavilənin 2.1-ci bəndindən görünür ki, hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 1500 manat müəyyən olunur və bir ay müddətində ödəniləcəkdir. İş materiallarının 164-165-ci vərəqlərində olan ödəniş qəbzlərinin surətlərindən görünür ki, hüquqi yardımın göstərilməsinə görə “Kredo” Vəkil Bürosunun hesabına ödənilməli olan cəmi 1500 manat məbləğində pul cavabdeh tərəfindən ödənilmişdir. İş materiallarından görünür ki, cavabdehin nümayəndəsi olan Vəkil cavabdehin adından apellyasiya şikayətini tərtib edərək imzalamış, apellyasiya məhkəməsinin 05 aprel 2023-cü il və 19 aprel 2023-cü il tarixli iclaslarında iştirak edərək cavabdehin hüquqlarını müdafiə etmişdir. MPM-in 107-ci, 115.0.5-ci, 115.0.6-cı, 119.1 və 121.1-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə kollegiyası bildirir ki, apellyasiya şikayəti təmin edildiyindən, apellyasiya şikayətinin verilməsinə görə cavabdeh tərəfindən ödənilmiş 70 manat məbləğində dövlət rüsumu və hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 1500 manat məbləğində pul İddiaçı tutularaq Cavabdeh ödənilməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. MPM-in 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.2, 385.1, 387.1, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Neftçala Rayon Məhkəməsinin 2(053)-236/2022 saylı, 18 noyabr 2022-ci il tarixli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair”, həmçinin, nümayəndəyə (vəkilə) göstərdiyi xidmətə görə çəkildiyi iddia edilən 2000 manatın cavabdehdən tutulmasına dair iddiası təmin edilməsin. Hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə ödənilmiş 105 manat məbləğində dövlət rüsumu İddiaçı özünə aid edilsin. 4/1022 saylı, 4 avqust 2022-ci il tarixli ekspert rəyinin verilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 110 manat məbləğində ekspertiza xərci İddiaçı tutularaq, X3, kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ**********0000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesaba köçürülsün. Apellyasiya şikayətinin verilməsinə görə cavabdeh tərəfindən ödənilmiş 70 manat məbləğində dövlət rüsumu və hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 1500 manat məbləğində pul İddiaçı tutularaq Cavabdeh ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov Hakimlər: İlham Əsədov Tofiq Heydərov
Məhkəmə qərarları › İş №2(106)-393/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-393/2023
19.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver