Məhkəmə qərarları › İş №2(106)-394/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-394/2024

20.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-394/2024 20.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Kərimov Tale Suliddin oğlu və X5 ibarət məhkəmə tərkibində, X15 oğlunun katibliyi, Cavabdeh vəkili Nümayəndə1 və nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı X4 Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair mülki iş üzrə Hacıqabul Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli 2(071)-461/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Hacıqabul Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli 2(071)-461/2023 saylı qətnaməsi ilə (hakim Zaur Hüseynov) iddianın qismən təmin edilməsi, Şirvan Apellyasiya Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli 2(106)-2176/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması, 25 oktyabr 2016-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay 180 manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh 30 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək Hacıqabul Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli 2(071)-461/2023 saylı qətnaməsinin ləğv edilməsi, iddia rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(071)-2176/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş 160 manat alimentin miqdarının artırılaraq, cavabdehdən X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Hacıqabul rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edilərək Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(071)-367/2017 saylı qətnamə ilə təyin edilmiş hər ay 136 manat sabit pul məbləğində alimentin miqdarının dəyişdirilməsi, tərəflərin birgə faktiki nikahlarından doğulmuş övladının - xx.xx.2016-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 193 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi miqdarı dəyişdirilmiş, alimentin tutulmasının qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanması qət edilmişdir. Cavabdeh qətnamədən narazı qalaraq apelyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(106)-2176/2022 saylı qətnaməsinə əsasən Cavabdeh apelyasiya şikayəti qismən təmin edilmiş, Hacıqabul rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(071)-664/2022 saylı qətnaməsi dəyişdirilmiş, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(071)-367/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş və xx.xx.2016-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay tutulan alimentin miqdarı 160 manat müəyyən edilmişdir. Aliment miqdarının yetkinlik yaşına çatmamış övladı üçün 160 manatdan 220 manat miqdara qədər artırılmasını istəyir. Belə ki, təyin edilmiş aliment məbləği müasir dövrün tələbatlarını ödəmir və cavabdeh qeyd edilən aliment məbləğindən artıq əlavə heç bir maddi köməklik göstərmir. Uşaq orta məktəbdə təhsil alır və ona görə məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə uşaqlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2023-cü il üçün hər uşaq üçün 220 manat müəyyən edilmişdir. Cavabdeh nümayəndəsi vəkil Nümayəndə1 iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, cavabdehin 2022-ci ilin noyabr ayından onun maddi vəziyyətində müsbətə doğru irəliləyiş olmamış, yəni əməkhaqqında artım olmamışdır. Əlavə olaraq, 2023-cü ildə onun yeni nikahından bir övladı doğulmuşdur. İddiaçı hal-hazırda Hacıqabul Mərkəzi Rayon X2 Şöbəsində mütəxəsis işləməklə 447 manat əməkhaqqı alır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şirvan Apellyasiya Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli qətnaməsi qəbul edildikdən sonra iddiaçının ailə vəziyyətində heç bir dəyişiklik olmamış, yəni 2022-ci ildə gəlir vergiləri tutulduqdan sonra İddiaçı 447 manat əmək haqqı alırdı. 2023-cü ildə isə iddiaçının özünün qeyd etdiyi kimi əmək haqqı 15 faiz artırılmış və əmək haqqı 540 manat olmuşdur. Hər ay iddiaçı 160 manat aliment alır. Beləliklə, iddiaçının ailə büdcəsi 700 manat olmuş və hər ailə üzvünə düşən gəlir 350 manata bərabər olmuşdur. Onun ailə üzvləri mməhkəməyə təqdim etdiyi sənədlərdən göründüyü kimi 3 nəfərdən ibarətdir. 2023-cü ildə onun yeni nikahından bir övladı doğulmuşdur. Onun əmək haqqından gəlir vergiləri və 160 manat aliment məbləği tutulduqdan sonra 3 nəfər ailə üzvü ilə birlikdə ona 572 manat məbləğdə pul qalır ki, bununla da, adambaşına 190 manat məbləğdə pul düşür. Belə olan halda sosial ədalət prinsipi pozulur. Belə ki, 2023cü il üçün uşaqlar üçün minimum yaşayış meyarı 220 manat məbləğdə müəyyən edilmişdir. Lakin indiki halda, açıq-aşkar görünür ki, uşaqlardan birinin minimum saxlanma xərci 350 manat, digəri üçün isə 190 manatdır. Hal-hazırkı qətnamədən sonra isə bu tarazlıq daha da pozulacaqdır. Əlavə olaraq, 2022-ci ildə iddiaçı özünə məxsus mənzili olduğu halda, ipoteka ilə mənzil almış və bu halı məhkəmə iclasında qabardaraq hər ay banka 361 manat məbləğdə pul ödədiyini bildirmişdir. Bundan əlavə, iddiaçı bildirmişdir ki, uşağı məktəbə maşınla göndərdiyi üçün əlavə pul xərcləyir. İddiaçı alimentin artırılması hesabına öz əmlak vəziyyətini, özünün həyat səviyyəsini yaxşılaşdırır. 2023-cü ildə büdcə təşkilatlarında işləyən şəxslərin əmək haqqının 15 faiz artırılması nəzərdə tutulmuş, lakin onun maaşında heç bir artım olmamışdır. Belə olan halda birinci instansiya məhkəməsi bu hala da qiymət verməyərək yenə də iddiaçının tələbini haqlı hesab etmişdir. Göründüyü kimi qanunvericilik hansı hallarda alimentin müəyyən edilmiş miqdarında dəyişiklik edilməsini konkret olaraq göstərmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili Nümayəndə1 izahatında bildirmişdir ki, iddiaçı tibbi müəssisəsində işləyir. Cavabdehin gəlirlərində hər hansı bir dəyişiklik yoxdur. Cavabdeh yenidən ailə qurmuşdur və bir övladı var. İddianın heç bir hüquqi əsası yoxdur. O, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdir ki, qanunvericiliyə əsasən tərəflərdən hər hansı birinin maddi vəziyyətində dəyişiklik olduğu təqdirdə, alimentin artırılması barədə iddia qaldırmaq olar. Cavabdehin isə gəlirlərində hər hansı bir artım yoxdur, əksinə iddiaçının əməkhaqqı artırılmışdır. Cavabdeh ailəlidir və bir övladı dünyaya gəlmişdir. İddiaçı X8 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə iddiaçı X4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə araşdıraraq belə hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Hacıqabul Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli 2(071)-461/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, iş materiallarında olan 16 noyabr 2016-cı il tarixli AZ-İİİ 835793 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin nikahından xx.xx.2016-cı il təvəllüdlü X13 doğulmuşdur. Şəhadətnamənin ata adı qrafasında Cavabdeh, ana adı qrafasında isə İddiaçı qeyd edilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(106)- 2176/2022 saylı qətnaməsindən görünür ki, Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 160 manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı verilməsi qət olunmuşdur. İş materiallarında olan xx.xx.2023-ci il tarixli AZ-İV 854807 nömrəli doğum haqqında şəhadətnamənin surətinən görünür ki, Cavabdeh X3 ilə faktiki nikahından xx.xx.2023-ci il tarixdə X6 doğulmuşdur. İş materiallarında olan əmək haqqına dair xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdən hal-hazıradək Hacıqabul rayon X11 Resusları Şöbəsində mütəxəssis işləməklə aylıq əmək haqqı 447 manat təşkil edir. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən cavabdeh Həsənov X9 Operating Company LTD Şirkətində 754 manat məbləğində əmək haqqı alır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarından görünür ki, Hacıqabul Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli 2(071)-461/2023 saylı qətnaməsi ilə Şirvan Apellyasiya Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli 2(106)- 2176/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması, 25 oktyabr 2016-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay 180 (yüz səksən) manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh isə apellyasiya şikayəti verərək, iddiaçı X8 ilə nikahlarına xitam verildikdən sonra yeni ailə qurduğunu, yeni nikahdan bir övladı dünyaya gəlməsini əsas gətirməklə iddia tələbinin qismən təmin edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticənin əsassız olduğunu göstərmişdir. MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (AM) 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. AM-in 75.1-ci maddəsinin tələbinə görə qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıb-yaşamamasından asılı olmayaraq uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. AM-in 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-in 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələbindən görünür ki, uşaqlarını saxlamaq, onların qayğısına qalmaq valideynlərin konstitusiya ilə müəyyən edilmiş vəzifələridir. Əgər valideynlərdən biri uşaqların saxlanılmasında iştirak etmirsə, uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutula bilər. Valideynlərdən tutulan alimentin məbləği və tutulması qaydası aliment verməyə borclu olan valideynin qazancının dəyişən olub-olmamasından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilə bilər. 02 sentyabr 1990-cı il tarixdə qüvvəyə minmiş “Uşaq Hüquqları Haqqında Konvensiya”nın 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları onlara əsas qayğı obyektidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, uşaqların gündəlik zəruri qida və digər zəruri ehtiyaclarının artması hamıya bəlli olan hal olmaqla, həmin ehtiyacların təmin edilməsində valideynlərin hər biri bərabər məsuliyyət daşıyırlar. Uşaqların ehtiyaclarının artması, yetkinlik yaşına çatmayan övladın tələbatının artması mübahisə predmeti ola bilməz. Hazırda ananın uşağın qayğısına qalması, uşağın zəruri ehtiyaclarının və layiqli həyat şəraitinin təmin edilməsinə cəhd etməsi işin mübahisə doğurmayan halıdır. Valideynlər arasında nikah pozulduqdan sonra uşağın kimin yanında qalmasından asılı olmayaraq, uşağın ən yaxşı marağının ona göstərilən yüksək maddi və mənəvi qayğıdan ibarət olduğunu, eyni zamanda uşaqların saxlanılmasında hər iki valideynin bərabər hüquq və vəzifələrə malik olduğunu nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə azyaşlı xx.xx.2016-cı il təvəllüdlü X7 anası X4 yanında yaşaması, cavabdehin maddi vəziyyətində 2022-ci ildən bəri müsbət dəyişikliklərin olmaması azyaşlı uşağın tərbiyəsi və onun maddi-məişət tələbatlarının təmin edilməsi sahəsində uşaqların yaşayış minimumunun hər il artan səviyyəsi baxımından cavabdehi valideyn olaraq vəzifəsindən azad etmir. Qeyd olunan halları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2016-cı il təvəllüdlü X1 üçün cavabdehdən məhkəmə qətnaməsi ilə alimentin miqdarının artırılaraq 180 manat müəyyən edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Bundan əlavə, hər hansı alimentin təyini onun qəti müəyyən edilməsi kimi başa düşülməməlidir. Belə ki, bu hal hazırkı vəziyyətdə uşağın artan tələbatı və eləcə də aliment verənin maddi və ailə vəziyyəti, eləcə də digər diqqətəlayiq maraqları nəzərə alınmaqla təyin edilmiş alimentin miqdarının dəyişdirilməsi imkanından gələcəkdə nə cavabdehi, nə də iddiaçını məhrum edir. AM-in 112.1-ci maddəsinin tələbinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, apellyasiya şikayətinin dəlilləri ailə qanunvericiliyinin yuxarıda qeyd olunan tələbləri və mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki halları nəzərə alınmaqla qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə yekun nəticəyə gəlir ki, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan işin bütün faktiki halları aydınlaşdırılmış, məhkəmənin qətnamədə göstərilmiş nəticələri işin həqiqi hallarına uyğun gəlir. Ona görə də, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Hacıqabul Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli 2(071)-461/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14.2, 77.1, 217.2, 372, 385.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hacıqabul Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli 2(071)-461/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar