Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-395/2025 10.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş əsas yolun açılması, həmin yol üzərində inşa edilən tikilinin sökülməsi, yola qeyri-qanuni müdaxilənin qadağan edilməsi və torpaqdan çıxarılma tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 2(020)-40/2022 saylı, 21 fevral 2022-ci il tarixli qətnaməsindən üçüncü şəxs Beyləqan rayon Birinci Şahsevən bələdiyyəsinin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətlərini nəzərdən kecirərək, MÜƏYYƏN ETDİ: Beyləqan Rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli, 2(020)-40/2022 saylı qətnaməsi ilə (sədrlik edən hakim Seyfəli Seyfullayev) iddia təmin edilərək, Cavabdeh tərəfindən zəbt edilmiş əsas yolun açılması, həmin yolun üzərində inşa edilən tikilinin sökülməsi və yola qeyriqanuni müdaxilənin qadağan edilməsi və torpaqdan çıxarılması, iş üzrə ekspertiza dəyərini təşkil edən 300 manat məbləğində pulun Cavabdeh alınıb Azərbaycan Respublikası “X1” MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan üçüncü şəxs Beyləqan rayon Birinci Şahsevən bələdiyyəsi apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Beyləqan Rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli, 2(020)-40/2022 saylı qətnaməsinin ləğv edilməsinə və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Bundan sonra MPM) 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Mülki iş materialları 09 yanvar 2025-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuş, mülki işə 2(106)395/2025 nömrə verilmiş və apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması 10 yanvar 2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə kollegiyası Beyləqan Rayon Məhkəməsinin 2(020)-40/2022 saylı, 21 fevral 2022-ci il tarixli qətnaməsindən üçüncü şəxs Beyləqan rayon Birinci Şahsevən bələdiyyəsinin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh qarşı zəbt olunmuş yolun açılması, yolun üzərində inşa edilən tikilinin sökülməsi, qeyri-qanuni müdaxilənin qadağan edilməsi və torpaq sahəsindən çıxarılmasını (hazırki idddia tələbinin irəli sürülməsinə əsas iddiaçının xx.xx.2013cü il tarixli çıxarışla icarəsinə verilmiş Beyləqan rayonu 1-ci Şahsevən kəndi ərazisində yerləşən 0.64ha torpaq sahəsində olan təsərrüfatına gedən yolun cavabdeh tərəfindən bağlanması və həmin yolun üzərində tikili tikilməsi ilə əlaqədar yaradılmış maneə olmuşdur) xahiş etmiş, onun tələbi Beyləqan rayon məhkəməsinin 21 fevral 2022-ci il tarixli, 2(020)- 40/2022 saylı qətnaməsi ilə təmin olunmuşdur. Beyləqan rayon Birinci Şahsevən bələdiyyəsi qətnamənin maraqlarına toxunduğu qənaətinə gələrək apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Beyləqan Rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli, 2(020)-40/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə, Beyləqan Rayon Məhkəməsinin 2(020)-40/2022 saylı, 20 sentyabr 2023-cü il tarixli qərardadı ləğv edilmiş və Beyləqan Rayon məhkəməsinin 21 fevral 2022-ci il tarixli, 2(020)-40/2022 saylı qətnaməsindən Beyləqan rayon 1-ci Şahsevən Bələdiyyəsinin sədri Maraqlı şəxs2 verdiyi apellyasiya şikayətinin bələdiyyənin hüquqlarına toxunub-toxunmamasının araşdırılması və həmin məsələyə hüquqi qiymət verilməsi üçün iş materialları Beyləqan Rayon Məhkəməsinə qaytarılmışdır. Beyləqan Rayon məhkəməsinin 07 yanvar 2024-cü il tarixli, 2(020)-40/2022 saylı qərardadı ilə, Beyləqan Rayon məhkəməsinin 21 fevral 2022-ci il tarixli, 2(020)-40/2022 saylı qətnaməsindən Beyləqan rayon 1-ci Şahsevən Bələdiyyəsinin sədri Maraqlı şəxs2 verdiyi apellyasiya şikayəti geri qaytarılmış, daha sonra isə Beyləqan rayon Birinci Şahsevən bələdiyyəsi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə birinci instansiya məhkəməsi bu hal üzrə düzgün dəyərləndirmə aparmadan Beyləqan rayon Birinci Şahsevən bələdiyyəsinin Beyləqan rayon məhkəməsinin 21 fevral 2022-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətini qəbul edilən qətnamə ilə onun hüquq və vəzifələrinə toxunan şəxs tərəfindən verilən apellyasiya şikayəti kimi qəbul etmiş və işə mahiyyəti üzrə baxılması üçün Şirvan apellyasiya məhkəməsinə göndərmiş, həmin qərardada Beyləqan rayon məhkəməsinin 21 fevral 2022-ci il tarixli qətnaməsinin Beyləqan rayon Birinci Şahsevən bələdiyyəsinin hansı hüquq və vəzifələrinə toxunduğu müəyyən edilməmiş, əksinə verilmiş apellyasiya şikayətinin dəlilləri bələdiyyənin özünün deyil, iş üzrə cavabdehin hüquqlarının müdafəsinin məhkəmədə təsdiqinə yönəlmiş, bununla da, yuxarıda qeyd olunan MPM-in 357-ci maddəsinin tələblərini pozmuşdur. Belə olan halda Beyləqan rayon Birinci Şahsevən bələdiyyəsi tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlüyü üçün əsaslar yaranmımış olur. Hazırda Beyləqan Rayon Məhkəməsinin 2(020)-40/2022 saylı, 21 fevral 2022-ci il tarixli qətnaməsindən üçüncü şəxs Beyləqan rayon Birinci Şahsevən bələdiyyəsinin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən yenidən apelyasiya şikayəti verilmişdir. Kollegiya qeyd edir ki, MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. MPM-nin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. 357.2-ci maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. İş materiallarından görünür ki, İddiaçı iddia tələbinin hüquqi əsasını məhz xx.xx.2013-cü il tarixli çıxarışla icarəsinə verilmiş Beyləqan rayonu 1-ci Şahsevən kəndi ərazisində yerləşən 0.64ha torpaq sahəsində olan təsərrüfatına gedən yolun cavabdeh tərəfindən bağlanması və həmin yolun üzərində tikili tikilməsi ilə əlaqədar maneənin yaradılmasından ibarətdir. İşə baxan Beyləqan Rayon Məhkəməsi ekspertiza təyin edərək iddiaçının mübahisələndirdiyi yolun cavabdeh tərəfindən zəbt edilib-edilməməsini, həmin yolun üzərində qanunsuz tikilinin olubolmamasını araşdırmış və müəyyən etmişdir ki, iddiaçının mübahisələndirdiyi yol cavabdeh tərəfindən zəbt edilərək üzərində qanunsuz tikili inşa edilmişdir. Hazırda Beyləqan rayon Birinci Şahsevən bələdiyyəsi qətnamənin maraqlarına toxunduğu qənaətinə gələrək apelyasiya şikayəti vermiş və hesab etmişdir ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi bələdiyyənin mülkiyyətində olduğundan onun ümumiyyətlə iddia vermək hüququ yoxdur. Belə ki, mübahisəli 0.64ha torpaq sahəsi icarə müqaviləsi əsasında iddiaçıya verilmiş və həmin torpaq sahəsi iddiaçının mülkiyyətində deyildir. Ona görə də iddiaçı cavabdehə qarşı belə bir iddia tələbi ilə məhkəməyə müraciət edə bilməz. Kollegiya Beyləqan rayon Birinci Şahsevən bələdiyyəsi tərəfindən verilən apelyasiya şikayətini nəzərdən keçirərək müəyyən edir ki, əvvəla qətnamənin hansı hissədə bələdiyyənin maraqlarına toxunduğunu müəyyən etmək mümkün deyildir. Belə ki, ilk öncə qeyd edilməlidir ki, Mülki Məcəllənin 158.4-cü (Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir) maddəsinin tələbləri baxımından iddiaçı ona icarə müqaviləsi əsasında verilmiş və hüququ qeyd alınmış torpaq sahəsindən istifadə hüququna cavabdeh tərəfindən maneə yaradıldığı qənaətinə gəlmiş və məhkəmədə iddia qaldırmışdır, yəni iddiaçının hüququnun müdafiəsi onun mülkiyyət hüquqlarının pozulmasından irəli gəlmişdir. Belə ki, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur (MM 157.8). Beyləqan Rayon Məhkəməsi tərəfindən də iddia əsaslı hesab edilərək təmin edilmişdir. Bundan sonra cavabdeh qətnamədən apelyasiya şikayəti vermiş, müddəti ötürməklə verdiyindən şikayət geri qaytarılmışdır. Daha sonra cavabdeh apelyasiya şikayəti verməmiş və qətnamə ilə razılaşmışdır. Bələdiyyə isə apelyasiya şikayəti verərək, torpaq sahəsinin iddiaçının icarəsində olduğunu, ona görə də iddiaçının tələb irəli sürmək hüququnun olmadığını qeyd etmişdir. Lakin yuxarıda göstərildiyi kimi iddiaçı icarə hüququ əsasında istifadə etdiyi torpaq sahəsinə münasibətdə mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı iddia qaldırmışdır, yəni iddiaçın iddia tələbi yolveriləndir. Lakin Beyləqan rayon Birinci Şahsevən bələdiyyəsi apelyasiya şikayətində dolayı yolla sanki cavabdehin hüquqlarının müdafiəçisi kimi çıxış edərək, iddiaçının ümumiyyətlə iddia qaldırmaq hüququnu olmadığını bildirmiş və qətnamənin onun hüquqlarına toxunduğu qənaətinə gəlmişdir. Halbuki qətnamənin üçüncü şəxslərin hüququna toxunması dedikdə dolayı yolla həmin şəxslərə mənsub olan hüquqların məhdudlaşdırılması başa düşülür. Doğrudur, iddiaçının hüquqlarının pozulduğunu iddia etdiyi 0.64ha torpaq sahəsi Beyləqan rayon Birinci Şahsevən bələdiyyəsinin mülkiyyətindədir, lakin torpaq sahəsinin mülkiyyətçisinin bələdiyyə olması həmin torpaq sahəsini qanuni əsaslarla icarəyə götürmüş və istifadə hüququna malik olan iddiaçının nəinki digər şəxslərin, hətta bələdiyyənin özünün də yaratdığı qanunsuz maneələrdən mülkiyyət hüququnun müdafiəsi ilə bağlı iddia qaldırmaq hüququnu aradan qaldırmır. Ona görə də bələdiyyənin yuxarıda qeyd edilən əsasla qətnamənin maraqlarına toxunmasını iddia etməsi düzgün deyildir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qeyrimümkün hesab edilərək MPM-nin 357-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün mülki iş materialı ilə birlikdə Beyləqan Rayon Məhkəməsinə qaytarılmalıdır. Apelyasiya şikayətinin yoxlanılması zamanı bu qərardadda qeyd olunan hallar nəzərə alınmalı, məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilmlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361-363, 366.2 və 400-402-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,, QƏRARA ALDİ: Beyləqan Rayon Məhkəməsinin 2(020)-40/2022 saylı, 21 fevral 2022-ci il tarixli qətnaməsindən üçüncü şəxs Beyləqan rayon Birinci Şahsevən bələdiyyəsinin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş materialı apellyasiya şikayətinin MPM-nin 357-363-cü maddələrinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün Beyləqan Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-395/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-395/2025
10.01.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver