Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-398/2023 20.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı və X1 Cavabdeh qarşı "pul" tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Açar sözlər: pul tələbi X16 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı (Cavabdeh əvvəlki məhkəmə iclasında iştirak etmişdir) və onun vəkili X9 iştirakları ilə, İddiaçılar İddiaçı və X1 Cavabdeh qarşı "pul" tələbinə dair iddiası üzrə Hacıqabul Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 2(071)-893/2022 saylı qətnaməsindən (hakim V.Hacıyev) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçılar İddiaçı və X5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 22.800 manat borc və ödənilmiş 158,40 manat dövlət rüsumu olmaqla, cəmi 22.958,40 manat pulun tutularaq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Tələb onunla əsaslandırılmışdır ki, onlar Cavabdeh ayrı-ayrı vaxtlarda borca pul vermişdir. Onun cavabdehə verdiyi pullar anası Hafizəyə və Turanə Abuşovaya məxsus olmuşdur. O, pulları Bəkirə Turanənin qardaşı Anar vasitəsilə vermişdir. Bir müddət əvvəl o və Turanə Abuşova pulu tələb etmək üçün Cavabdeh yaşadığı Hacıqabul rayon Abdulabad kəndinə getsələr də, orada Bəkir, Bəkirin qardaşı Şamo və Turanənin qardaşı Anar onlara pulun verilməyəcəyini bildirmişlər və onları vurub təhqir edərək qovmuşlar. Bu barədə Hacıqabul RPŞ-nin TB-ndə araşdırma aparılmış və cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərarda Cavabdeh ondan və anası Hafizədən aldığı pulların bir qismini etiraf etmişdir. Bəşir Həsənov qərarda qeyd olunmuş 9.000 manat pul vəsaitindən əlavə ona borclu olduğu 13.800 manat pulu da qaytarmır. Bu barədə Bəşir Həsənovun əlyazması da vardır. Qeyd olunan əlyazmadakı imza Cavabdeh məxsusdur. Cavabdeh pulu ödəməkdən yayınmış, hər dəfə müxtəlif bəhanələr gətirir və nəticədə onlara olan borcunu qaytarmır. O, dəfələrlə cavabdehə zəng edərək pulunu tələb etsə də, cavabdeh hər dəfə ona olan borcunu sonra verəcəyini bildirmiş, lakin bu günə kimi borcunu ödəməmişdir. Odur ki, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək iddiasının təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh iştirak etməmişdir. Hacıqabul Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 2(071)-893/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh yazılı müqaviləyə (qəbzə) əsasən aldığı 13.800 manat borc və ödənilmiş 158,40 manat dövlət rüsumu olmaqla, cəmi 13.958,40 (on üç min doqquz yüz əlli səkkiz manat qırx qəpik) manat pul tutularaq iddiaçılar İddiaçı və X2 ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsi qətnaməsinin qismən 13800 manat borc və 158.40 manat dövlət rüsumu olmaqla cəmi 13958.40 manat pulun tutulması hissəsində ləğv edilərək, iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Mübahisəli məsələyə baxmış birinci instansiya məhkəməsi qanunvericiliyin göstərilən tələblərinə riayət etməmiş, mübahisənin maddi-hüquqi əsasını düzgün müəyyən etməmiş, işin hallarını tam və hərtərəfli aydınlaşdırmamış, işdəki sübutları müqayisəli şəkildə tədqiq etməmiş, bununla da işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. beləliklə, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin qanuniliyi və əsaslılığı kontekstindən işə yanaşdıqda belə nəticəyə gəlmək olur ki, sübutlar tam, hərtərəfli və obyektiv qiymətləndirilməmiş, iş üzrə məhkəmənin gəldiyi nəticə həqiqəti əks etdirmir və məhkəmənin qənaəti qanunsuz və əsassızdır. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəməyə ünvanladığı apellyasiya şikayətindən imtina etməsi barədə ərizəsini müdafiə etmədiyini bildirmişdir. Göstərmişdir ki, məhkəməyə apellyasiya şikayətindən imtina etməsi barədə özü ərizə göndərmişdir. Lakin sonradan evdə məsləhət etdikdən sonra qərara gəlmişdir ki, apellyasiya şikayətini müdafiə etsin. O, apellyasiya şikayətini müdafiə edərək göstərmişdir ki, həqiqətəndən borca pul almış, lakin o borcunu artıqlaması ilə ödəmişdir. İşdə olan yazılı qəbzə baxaraq bildirmişdir ki, həmin qəbzdəki imzalar ona məxsusdur. Həmin imzalar borcunun qaytarması ilə bağlıdır. Göstərmişdir ki, iddiaçılara borcunun qaytarılması ilə əlaqədar özünün və dosti Sələddinin əmək haqqı kartlarını vermişdir. Hazırda onun iddiaçılara heç bir borcu yoxdur, əksinə iddiaçıların ona borcu vardır. Məhkəmədə iddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirib, birinci instansiya məhkəməsində verdiyi izahatla oxşar məzmunda izahat verərək, təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, cavabdehə verilən pullar ona və anası Hafizəyə məxsus olmuşdur. Birinci instansiya məhkəməsinin qətnaməsində qət edilən 13800 manat pulun nə qədərinin anasına, qalanın da ona aid olması müəyyən olunmasa da qətnamədən şikayət etməmişlər. Vəkili X14 apellyasiya şikayətini əsassız hesab etdi. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdehin apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilmiş hissəsinə münasib olaraq 90 manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Belə ki, Cavabdeh tərəfindən yazılmış və imzalanmış qəbzdən görünür ki, Cavabdeh İddiaçı ümumilikdə 13.800 manat borc pul almışdır. xx.xx.2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan müəyyən edilir ki, Həsənov X10 RPŞ-də verdiyi izahatda X8 və İddiaçı tanıdığını, İddiaçı anası Hafizədən 9000 manat faizə pul aldığını, 2 il ərzində faiz ilə Hafizəyə 37.500 manat pul ödədiyini, bütün pul alış verişlərinin dəftərə yazıldığını, həmin dəftərin şəkillərinin Hafizədə olduğunu, faizi ödədikcə Hafizənin ondan yenidən pul istədiyini, Nənəqızdan anası Hafizəyə onun əvəzinə faiz borcunu ödəməsini və geri qaytaracağını dediyini, beləliklə Hafizə və Nənəqızın qarşısında onlara görə borclanmış olduğunu, onlara həddindən artıq faiz ödədədiyi üçün pulu ödəməkdən imtina eldiyini, xx.xx.2022-ci il tarixdə saat 14 radələrində Turanənin ona zəng edərək, həyətlərinə gələcəyini və onu kənddə biabır edəcəyini dediyini, onun isə əvəzində Turanəyə ona borcunun olmadığını bildirdiyini və Turanənin qardaşı Anara zəng edərək, bu barədə məlumat verdiyini göstərmişdir. Bundan başqa o, həmin vaxt Şirvan şəhərində olduğunu, orada işlərini yekunlaşdırdıqdan sonra saat 20 radələrində Hacıqabul rayonu Abdulabad kəndində qayıtdığını, yolda Turanə Abuşova ilə rastlaşmadığını, Turənəni döymədiyini və ona heç bir xəsarət yetirmədiyini göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi ona münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İş materiallarına əlavə olunmuş "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 2023/111/2379 nömrəli məktubundan görünür ki, məktubunuza əlavə edilmiş qərarda qeyd edilmiş məlumata əsasən araşdırma aparılmışdır. Təqdim edilən məlumatlar üzrə qərarda qeyd edilmiş dövr üzrə Cavabdeh, X3 istifadəsində olan əmək haqqı kartlarndan çıxarışlar və ATM vasitəsilə aparılan nağdlaşdırma əməliyyatlarına dair mövcud görüntülər Sizə təqdim edilir. Təqdim edilən məlumatlar üzrə qərarda qeyd edilən X6 və X7 adına əmk haqqı kartl aşkar olunmadı. Kollegiya "xxxx" ASC tərəfindən təqdim edilən görüntülər üzrə araşdırma aparmış və müəyyən etmişdir ki, təqdim edilən görüntülərdə iddiaçı tərəfindən hər hansı pul məbləği çıxarılmamışdır. Kollegiya həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsində qət edilən 13800 manat pulun nə qədərinin Hafizəyə, nə qədərinin isə Nənəqıza aid olması müəyyən olunmamışdır. Kollegiya bu uyğunsuzluğu aşkar etmiş, lakin iddiaçılar tərəfindən mübahisələndirilmədiyindən kollegiya bu məsələyə münasibət bildirməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki tələb üzrə iddianın qiyməti 5000 manatdan çoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hacıqabul Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 2(071)-893/2022 saylı qətnaməsi Cavabdeh apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-398/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-398/2023
20.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver