Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-398/2024 04.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi hakim), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Səfərov Rəşad Ramazan oğlunun katibliyi, Cavabdeh2 nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Şirvan şəhəri 1 saylı Notariat ofisinə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “əmlakda payın müəyyən edilməsi, vəsiyyətnamə üzrə vərəsəlik hüququnun tanınması, vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və mülkiyyət hüququ haqqında şəhadətnamənin iddiaçıya verilməsinin notariat ofisinə həvalə edilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 2(032)- 859/2023 saylı, 22 noyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN ETDİ: Şirvan Şəhər Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli, 2(032)-859/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Ceyhun Mustafayev) iddia qismən təmin edilərək, İddiaçı mərhum əri X1 miras qalmış ünvan 1 ünvanında yerləşən 0.05 ha torpaq sahəsinin ½ hissəsinə İddiaçı birgə nikah dövründə əldə edilmiş əmlak hesab olunmaqla mülkiyyət hüququnun tanınması və mülkiyyət hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyinin Şirvan şəhəri 1 saylı Notariat ofisinin üzərinə qoyulması, həmin əmlakın ¼ hissəsi üzərində vəziyyətnamə üzrə və 1/16 hissəsi üzərində qanun üzrə vərəsəlik hüququnun tanınması (ümumilikdə ümumi əmlak üzərində ümumi payı 13/16) və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Şirvan şəhər 1 saylı Notariat ofisinin üzərinə qoyulması, İddiaçı məhrum əri X1 miras qalmış ünvan 2 ünvanında 0.05 ha torpaq sahəsində yerləşən bağ evinin ½ hissəsinə İddiaçı birgə nikah dövründə əldə edilmiş əmlak hesab olunmaqla mülkiyyət hüququnun tanınması və mülkiyyət hüququ haqqında şəhadətnamə verilməsi öhdəliyinin cavabdeh Şirvan şəhər 1 saylı Notariat ofisinin üzərinə qoyulması, əmlakın ¼ hissəsi üzərində vəsiyyətnamə üzrə və 1/16 hissəsi üzərində qanun üzrə vərəsəlik hüququnun tanınması (ümumilikdə ümumi əmlak üzərində ümumi pay 13/16) və vərəsəlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Şirvan şəhər 1 saylı Notariat ofisinin üzərinə qoyulması, Şirvan şəhəri, Xəqani küçəsi, bina 30, 18 saylı (yeni qaydalarla AZ 1800 Şirvan şəhəri, Xəqani Şirvani küçəsi 262 M4 m2) mənzilin 1/5 hissəsinə X2 payının müəyyən edilməsi, X2 1/5 hissədə payının 4/8 hissəsinə vəsiyyət üzrə və 1/8 hissəsinə qanun üzrə İddiaçı vərəsəlik hüququnun tanınması və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Şirvan şəhər 1 saylı Notariat ofisinin üzərinə qoyulması, mərhum X2 Şirvan şəhəri, Xəqani küçəsi, bina 30, 18 saylı (yeni qaydalarla AZ1800 Şirvan şəhəri, Xəqani Şirvani küçəsi 262 M4 m2) mənzilin miras əmlak üzrə payı müəyyən edilmiş 1/5 hissəsinin 3/8 hissəsinin digər 3 vərəsələr, yəni X3, Cavabdeh4 və Cavabdeh3 arasında bölüşdürülməsi və vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi öhdəliyinin cavabdeh Şirvan şəhər 1 saylı Notariat ofisinin üzərinə qoyulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 yanvar 2024-cü il tarixli, 2(106)- 398/2024 saylı qərardadı ilə İddiaçı cavabdehlər Şirvan şəhəri 1 saylı Notariat ofisinə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “əmlakda payın müəyyən edilməsi, vəsiyyətnamə üzrə vərəsəlik hüququnun tanınması, vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və mülkiyyət hüququ haqqında şəhadətnamənin iddiaçıya verilməsinin notariat ofisinə həvalə edilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 2(032)-859/2023 saylı, 22 noyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilməklə icraata qəbul edilmişdir. Apellyasiya şikayəti üzrə mülki işə məhkəmədə baxılarkən iddiaçının vəkili Vəkil1 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Şirvan Apellyasiya Məhkəməsində İddiaçı cavabdehlər Şirvan şəhəri 1 saylı Notariat ofisinə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “əmlakda payın müəyyən edilməsi, vəsiyyətnamə üzrə vərəsəlik hüququnun tanınması, vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və mülkiyyət hüququ haqqında şəhadətnamənin iddiaçıya verilməsinin notariat ofisinə həvalə edilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 2(032)-859/2023 saylı, 22 noyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılır. Apellyasiya qaydasında mübahisələndirilən Şirvan Şəhər Məhkəməsinin 2(032)-859/2023 saylı, 22 noyabr 2023-cü il tarixli qətnaməsində olan yanlışlığın düzəldilməsi barədə ərizə ilə Şirvan Şəhər Məhkəməsinə müraciət edilmişdir. Qətnamədə yanlışlığın düzəldilməsi barədə ərizəyə Şirvan Şəhər Məhkəməsində baxılması üçün Şirvan Apellyasiya Məhkəməsində baxılan 2(106)-398/2024 saylı mülki işin apellyasiya baxışından çıxarılaraq Şirvan Şəhər Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Həmçinin, Şirvan Şəhər Məhkəməsinin Şirvan Apellyasiya Məhkəməsinə ünvanlanmış 04 aprel 2024-cü il tarixli, 2(032)-859/2023 saylı məktubundan görünür ki, Şirvan Şəhər Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Şirvan şəhəri 1 saylı Notariat ofisinə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “əmlakda payın müəyyən edilməsi, vəsiyyətnamə üzrə vərəsəlik hüququnun tanınması, vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və mülkiyyət hüququ haqqında şəhadətnamənin iddiaçıya verilməsi vəzifəsinin notariat ofisinə həvalə edilməsi tələbinə dair” Şirvan Şəhər Məhkəməsinin 2(032)-859/2023 saylı, 22 noyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə 07 yanvar 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Şəhər Məhkəməsinə 04 aprel 2024-cü il tarixdə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 tərəfindən qətnamənin nəticə hissəsindəki yanlışlığın aradan qaldırılmasından ötrü ərizə ilə müraciət edilmişdir. Müraciətlə əlaqədar müvafiq prosessual hərəkətlərin aparılması üçün 2(032)-859/2023 nömrəli mülki işin Şirvan Şəhər Məhkəməsinə qaytarılması ilə bağlı aidiyyəti üzrə göstəriş verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 228.1-ci və 228.2-ci maddələrinə əsasən, çıxarılmış qətnaməni elan etmiş hakim, bu Məcəllənin 249 və 250-ci maddələrində nəzərdə tutulmuş əsaslarla ləğv edilmiş qiyabi qətnamə istisna edilməklə, onu ləğv etməyə və ya dəyişdirməyə haqlı deyildir. Hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə və ya qərardadda buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. Düzəlişlər etmək məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi düzəlişlər etmək məsələsinə baxmağa mane olmur. Qeyd edilən maddədən göründüyü kimi, qəbul edilmiş qətnamədə buraxılan yanlışlığın aradan qaldırılması onu elan etmiş hakim tərəfindən həyata keçirilməlidir. Bu səbəbdən də məhkəmə kollegiyası iddiaçının vəkilinin ərizəsini və Şirvan Şəhər Məhkəməsinin qeyd edilən məktubunu nəzərə alaraq belə hesab edir ki, qətnamədə buraxılmış yanlışlığın aradan qaldırılması ilə bağlı ərizəyə baxılması üçün mülki işin Şirvan Şəhər Məhkəməsinə qaytarılması zəruridir. Mülki Prosessual Məcəllənin 384.0.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, iddiaçının vəkilinin ərizəsini və Şirvan Şəhər Məhkəməsinin 04 aprel 2024-cü il tarixli məktubunu nəzərə alaraq hesab edir ki, Şirvan Şəhər Məhkəməsinin 2(032)-859/2023 saylı, 22 noyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul edilməsi barədə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 yanvar 2024-cü il tarixli, 2(106)-398/2024 saylı qərardadı ləğv edilməli və mülki iş apellyasiya baxışından çıxarılmaqla Şirvan Şəhər Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 384.0.6 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şirvan Şəhər Məhkəməsinin 2(032)-859/2023 saylı, 22 noyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul edilməsi barədə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 yanvar 2024-cü il tarixli, 2(106)-398/2024 saylı qərardadı ləğv edilsin və mülki iş apellyasiya baxışından çıxarılmaqla Şirvan Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-398/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-398/2024
04.04.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver