Məhkəmə qərarları › İş №2(106)-398/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-398/2025

29.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-398/2025 29.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: borc pul tələbi) Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-3102/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 10.000 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 120 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2022-ci ilin fevral ayında əvvəllər tanıdığı Masallı şəhər sakini Cavabdeh ona yaxınlaşaraq borcu olduğundan pula ehtiyacı olduğunu və yaxın vaxtlarda qaytaracağını bildirərək ondan borca pul istəmiş, ona inandığından razılaşmış və borcu ona yalnız müqavilə ilə verə biləcəyini bildirmiş, sonuncu da onunla razılaşmışdır. xx.xx.2022-ci ildə borc müqaviləsi bağlayaraq Zaura 10.000 manat borc vermişdir. Müqavilə bağlayarkən aralarında belə razılaşmışlar ki, həmin pulu Zaur ona 4 aya qaytaracaqdır. Lakin, Cavabdeh ondan aldığı pulu həmin tarixə geri qaytarmamışdır. Müqavilə üzrə götürmüş öhdəliklərini cavabdeh pozduğundan bir neçə dəfə telefon danışıqları olmuş, lakin heç bir nəticəsi olmamışdır. Odur ki, cavabdehə verdiyi xx.xx.2022-ci il tarixli borc müqaviləsi üzrə 10.000 manat pulun və dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-3102/2024 saylı qətnaməsi (hakim C.Abdullayev) ilə iddia təmin edilmiş, Cavabdeh 10.000 manat və dövlət rüsumu kimi ödənilmiş 120 manat, cəmi 10.120 (on min bir yüz iyirmi) manat pulun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; 15 fevral 2022-ci il tarixli yazılı “borc müqaviləsi”ndən görünür ki, Cavabdeh İddiaçı 4 ay müddətinə qaytarmaq şərti ilə 10.000 manat borc almışdır. Müqavilədə iddiaçı və cavabdehin adlarının qarşısında imzalar vardır. Lakin cavabdeh müqavilə üzrə icranı gecikdirmiş, öhdəliyin şərtlərini pozmuşdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır. Tərəflər arasında 10.000 manat pulun borc verilməsi ilə müqavilənin formasına riayət edilməklə yazılı formada etibarlı müqavilə bağlanmışdır. Məhkəmə qeyd edir ki, tərəflər arasında yazılı “Borc” müqaviləsi bağlanmış, cavabdeh üçün həmin müqavilə əsasında borclu kimi mülki hüquq və vəzifələr yaranmışdır, o, həmin müqavilə üzrə icranı gecikdirdiyi üçün öhdəliyin şərtlərini pozmuşdur, ona görə də iddiaçı 10.000 manat pul tələbində haqlıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 427.3, 442, 445.2, 739.1, 739.2, 527.1, 529.1-ci maddələri, Mülki Prosessual Məcəllənin 4.1, 119.1, 14.2, 77.1, 77.3, 78.1, 80, 88, 217.4cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətlərinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, borc müqаviləni imzаlаmаmışdır. Ümumiyyətlə İlkin Hüsеynzаdə ilə аrаsındа hər hаnsı bоrc münаsibəti оlmаmışdır. Müqаvilə bаğlаnаn ərəfədə İlkin Hüsеynzаdənin аtаsı Bəхtiyаr Hüsеynоvun qаynаtаsı İltizаm Rəhimоvа 1000 mаnаt pul bоrc vеrməsini və təminаt kimi onun da bununlа bаğlı sənədi imzаlаmаğını bildirib, оnun dеdiyi sözləri yаzmаqlа imzа еtmişdir. Həmin vахt bunun Bəхtiyаrın qаynаtаsınа vеrəcəyi pul ilə bаğlı оlmаsını hеsаb еtmişdir. Onun yanında Bəхtiyаr qаynаtаsınа pul vеrməmişdir. Sоnrаdаn isə аydın оlur ki, onun imzа еtdiyi sənədə əlаvə sənəd tikməklə, rəqəmlər isə 10000-ə düzəliş еdilməklə, guyа onun İlkindən 10000 mаnаt bоrc pul аlmаğı kimi müqаvilə hаzırlаnmışdır. Hаlbuki nəinki İlkindən hər hаnsı məbləğdə pul bоrc аlmаmışdır. Sоnrаdаn İlkin özü də sоsiаl şəbəkədə vidео yаyаrаq аtаsı Bəхtiyаrın аyrı-аyrı şəхsləri аldаdаrаq оnun аdındаn sахtа müqаvilələr tərtib еtdirməsini bildirmişdir. İddiа vеrilən ərəfədə və məhkəmə iclаslаrı gеdərkən iddiаçı ölkə hüdudlаrındаn kənаrdа, kоnkrеt оlаrаq Türkiyə Rеspublikаsındа оlmuşdur. Bеlə оlаn vəziyyətdə suаl оlunur, iddiа ərizəsini kim imzаlаmış, оnun аdındаn tеlеqrаmı kim vurmuşdur. Birinci instansiya məhkəməsi isə bunlаrı аrаşdırmаmış, İlkinin аdındаn səlаhiyyəti оlmаyаn şəхsin vеrdiyi iddiа ərizəsi üzrə düzgün оlmаyаn qətnаmə qəbul еtmişdir. Mübаhisəli bоrc müqаviləsində аdımın qаrşısındа оlаn imzаnın və оrаdаkı əl yаzılаrının ona məхsus оlub-оlmаmаsının, həmin yаzılаrın mətnində, rəqəmlərdə sоnrаdаn düzəliş еdilib-еdilməməsinin müəyyən еdilməsi iş üçün əhəmiyyət kəsb еtməklə хüsusi bilik tələb еtdiyindən iş üzrə məhkəmə хətşünаslıq еkspеrtizаsının təyin еdilməsi zəruri оlmаsınа bахmаyаrаq birinci instаnsiyа məhkəməsi bunu еtməmişdir. Nəticədə qеyd оlunаn prоsеssuаl hüquq nоrmаsının tələbləri pоzulmuşdur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı məhkəməyə teleqram ünvanlayaraq ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin Azərbaycan Respublikası Mülki Məcəllənin MM-in 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, hallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə görə, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir Həmin Məcəllənin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər; iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Cavabdehin apellyasiya şikayətindən görünür ki, apellyator Apellyasiya şikayətinin təmin edilməklə Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-3102/2024 saylı qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarındakı hüquqi mövqeyinə və formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilibedilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olubolmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-3102/2024 saylı qətnaməsini apellyasiya şikayətlərinə münasibətdə apellyasiya şikayətlərinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)- 3102/2024 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə tərkibi iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 10.000 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 120 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında yazılı “Borc” müqaviləsi bağlanmış, cavabdeh üçün həmin müqavilə əsasında borclu kimi mülki hüquq və vəzifələr yaranmışdır, o, həmin müqavilə üzrə icranı gecikdirdiyi üçün öhdəliyin şərtlərini pozmuşdur, ona görə də iddiaçı 10.000 manat pul tələbində haqlıdır. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. ilk növbədə qeyd edilməlidir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmə tərkibi hesab edir ki, iddiaçının tələblərinin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsi çıxış edir. Bu maddəyə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə tərkibi qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması cavabdehin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə tərkibi hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddiaya düzgün hüquqi qiymət verilmişdir. Mülki Məcəllənin “Öhdəliklərin əmələ gəlmə əsasları” adlı 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Odur ki, mülki hüquq münasibətinin bir növü kimi hər hansı öhdəlik hüquq münasibəti yalnız müqavilə bağlandıqda və ya qanunda nəzərdə tutulmuş hallar baş verdikdə (özgə işləri tapşırıqsız aparıldıqda və əsassız varlanma baş verdikdə) və yaxud mülki hüquq pozuntusu (delikt) törədildikdə yarana bilər. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətlərin həqiqi mahiyyətini, həmin münasibətlərdən doğan öhdəlikləri və müvafiq olaraq da tətbiq olunmalı olan maddi hüquq normasını düzgün müəyyən etmiş, eləcə də tətbiq etdiyi maddi hüquq normasını, tərəflərin öhdəliklərinin dairəsini tənzimləyən MM-nin müvafiq maddələrini hazırki işin mübahisəsiz olan faktiki halları baxımından düzgün şərh etmişdir. Aparılmış araşdırmalarla da müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh 10000 (on min) manat məbləğində pulu borc vermiş, cavabdeh aldığı borc məbləğini 4 ay müddətində iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Beləliklə də müəyyən olunur ki, hazırkı iş üzrə iddiaçı ilə cavabdeh arasında borc müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Şikayətin ilk dəlili ondan ibarətdir ki, mübаhisəli bоrc müqаviləsində аdımın qаrşısındа оlаn imzаnın və оrаdаkı əl yаzılаrının ona məхsus оlub-оlmаmаsının, həmin yаzılаrın mətnində, rəqəmlərdə sоnrаdаn düzəliş еdilib-еdilməməsinin müəyyən еdilməsi iş üçün əhəmiyyət kəsb еtməklə хüsusi bilik tələb еtdiyindən iş üzrə məhkəmə хətşünаslıq еkspеrtizаsının təyin еdilməsi zəruri оlmаsınа bахmаyаrаq birinci instаnsiyа məhkəməsi bunu еtməmişdir. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayətinin bu dəlili əsassızdır. Belə ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(106)-398/2025 saylı qərardadı ilə hazırki iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası keçirilməsi və tərəflərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinin tələblərinin izah edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən məhkəməyə 18 aprel 2025-ci il tarixli, 290/2025 nömrəli ekspert vəsatəti daxil olmuşdur. Vəsatətdə göstərilmişdir ki, məhkəmə-xətşünaslıq ekspertizasının aparılması və rəy verilməsi üçün Cavabdeh kiril hərfləriylə yazılmış 03-05 sənəddə sərbəst xətt və imza nümunələri və 05-07 sənəddə eksperimental xətt və imza nümunələri ekspertə təqdim edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən məhkəməyə 21 fevral 2025-ci il tarixli, 290/2025 nömrəli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumat verilmişdir. Məlumatda göstərilmişdir ki, Cavabdeh kiril hərfləriylə yazılmış 03-05 sənəddə sərbəst xətt və imza nümunələri və 05-07 sənəddə eksperimental xətt və imza nümunələri ekspertə təqdim edilmədiyindən məhkəmə-xətşünaslıq ekspertizasının aparılması və rəy verilməsi mümkün olmamışdır. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiya məhkəməsi dəfələrlə cavabdehlə ekspert vəsatətinin icrası ilə əlaqədar telefon əlaqəsi yaratmağa çalışsa da, cavabdehlə əlaqə yaratmaq mümkün olmamışdır. Ekspertiza keçirilməsi mümkün olmadığından iş üzrə icraat təzələnmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Göründüyü kimi cavabdeh xətt nümunələrini təqdim etməmişdir. Deməli: - Ekspertizanın keçirilməsinə əngəl yaradır. - Sübut hüququndan istifadə etmir. - İşin nəticəsində maraqlı olmadığını nümayiş etdirir. Beləliklə məhkəmə tərkibi hesab edir ki, cavabdehin ekspertizanın keçirilməsini əngəlləməsi cavabdehin öz əleyhinə hüquqi nəticə kimi qiymətləndirilməlidir. Belə olan halda, əlavə sübutlar əldə edilməsi iddiaçının hərəkətləri nəticəsində mümkün olmadığından məhkəmə mövcud sübutlar əsasında işə baxmağa haqlıdır. Hazırki iş üzrə mövcud olan sübutlar əsasında aydın olur ki, tərəflər arasında yazılı “Borc” müqaviləsi bağlanmış, cavabdeh üçün həmin müqavilə əsasında borclu kimi mülki hüquq və vəzifələr yaranmışdır, o, həmin müqavilə üzrə icranı gecikdirdiyi üçün öhdəliyin şərtlərini pozmuşdur. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Bundan başqa cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, iddiа vеrilən ərəfədə və məhkəmə iclаslаrı gеdərkən iddiаçı ölkə hüdudlаrındаn kənаrdа, kоnkrеt оlаrаq Türkiyə Rеspublikаsındа оlmuşdur. İddiа ərizəsini kimin imzаlаması və оnun аdındаn kimin tеlеqrаm vurması şübhəlidir. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, bu dəlil iddiaçının hüquq subyektivliyini və ərizənin legitimliyini şübhə altına almağa yönəlmişdir. Lakin bu dəlilin hüquqi nəticə doğurması üçün sübutla dəstəklənməsi vacibdir. Cavabdeh “İddiaçı Türkiyədə idi” deyirsə, bunu sübut etməlidir. (məsələn, sərhəd keçid sənədi, pasport hərəkəti və s.). Lakin cavabdeh şikayətin bu dəlili ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə tərkini qeyd edir ki, iddiaçı ərizədəki imzanın özünə aid olduğunu inkar etmirsə, sənəd hüquqi qüvvəyə malik sayılır və əlavə sübuta ehtiyac qalmır. Bu halda: İddiaçı öz iddia ərizəsini inkar etməmişdir Ərizə rəsmi qeydiyyatdan keçmiş, məhkəmə tərəfindən qəbul olunmuşdur. Deməli cavabdehin şikayətinin bu dəlili hüquqi əhəmiyyət kəsb etmir. Cavabdeh apellyasiya şikayətində borc məbləğinin 1000 manat olduğunu, lakin sonradan müqavilədə dəyişiklik edərək 10000 manat qeyd etdiklərini qeyd etmişdir. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayətinin bu dəlili də əsassızdır. Belə ki, müqavilənin zahiri görünüşündə heç bir dəyişiklik, silinmə, əlavəetmə və ya düzəliiş əlamətləri yoxdur. Əksinə məbləğ həm rəqəmlə, həm də sözlə (mötərizədə) eyni şəkildə yazılıb. Məhkəmə tərkibi qeyd edir ki, yazılı sübutlar sənəd formasında rəsmiləşdirilir və onların orjinallığı, bütövlüyü və dəyişdirilməmiş olması əsas götürülür (əgər əksini göstərən sübut təqdim edilməyibsə). Göründüyü kimi müqavilədə heç bir düzəliş, pozuntu,əlavənin izi yoxdur. Məbləğ rəqəmlə və yazı ilə qeyd olunub (10000 (on min manat)). Bu sənədin bütöv və dəyişdirilməmiş olduğunu göstərir. Əgər tərəf sənədə düzəliş olunduğunu bildirirsə, o bunu sübut etməlidir. Lakin cavabdeh bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Eyni zamanda cavabdeh xətşünaslıq ekspertizasının keçirilməsi üçün xətt və imza nümunələrini təqdim etməmiş, ekpertizanın keçirilməsinə şərait yaratmamışdır. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qeyd etmişdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Konstitusiyanın Preambulasında öz əksini tapan qanunun alilliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə məhkəmə tərkibi iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, maddi hüquq normalarının tətbiqində səhvə yol verməmişdir. Ona görə də məhkəmə tərkibi hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-3102/2024 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-3102/2024 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası AliMəhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar