Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-412/2025 17.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Cəlilabad Rayon Məhkəməsinin 2(073)- 1523/2024 saylı, 15 noyabr 2024-cü il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə Şirvan Apelyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-in ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 oğundan qarşı müştərək qaydada 21 oktyabr 2019-cu il tarixli, 010- 7266145NK211019-01 saylı kredit müqaviləsi üzrə 1660.58 manat əsas borc, 702.39 manat faiz borcu, 0.08 cərimə borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusa Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 170.66 manat faiz borcu olmaqla, cəmi 2533.71 manat borcun və 45.34 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq LPO İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 25 iyun 2024-cü il tarixli, 2(073)-1523/2024 saylı qətnaməsi ilə, iddia qismən təmin edilərək, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 21 oktyabr 2019-cu il tarixli, 010- 7266145NK211019-01 saylı kredit müqaviləsi üzrə 1660.58 manat əsas borc, 702.39 manat faiz borcu, 0.08 manat cərimə borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusa Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 100 manat faiz borcu olmaqla, cəmi 2463.05 manat borcun və 42.18 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq LPO İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh2 apellyasiya şikayəti verərək, Cəlilabad Rayon Məhkəməsinin 25 iyun 2024-cü il tarixli, 2(073)-1523/2024 saylı qətnaməsinin dəyişdirilərək, iddianın əsas və faiz borcu hissəsində azaldılması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli, 2(073)-1523/2024 saylı qərardadı ilə, Cəlilabad Rayon Məhkəməsinin Məhkəməsinin 25 iyun 2024-cü il tarixli, 2(073)- 1523/2024 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 361-ci maddəsində nəzərdə tutulmuş tələblərə riayət edilmədən verildiyindən (müəyyən edilmiş müddət ötürülməklə verildiyindən, apellyasiya şikayətinə müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə olunmadığından və Mülki Prosessual Məcəllə ilə müəyyən edilmiş apellyasiya şikayətinin formasına uyğun olmadığından) geri qaytarılmışdır. Cavabdeh2 07 noyabr 2024-cü il tarixdə məhkəməyə apellyasiya şikayəti və eyni zamanda ərizə göndərərək, Cəlilabad Rayon Məhkəməsinin 25 iyun 2024-cü il tarixli, 2(073)- 1523/2024 saylı qətnaməsinin dəyişdirilərək, iddianın əsas və faiz borcu hissəsində azaldılması barədə yeni qətnamə qəbul edilməsini və həmin qətnamədən apellyasiya şikayəti verilmə müddətinin ötürülməmiş hesab edilməsini xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1523/2024 saylı, 15 noyabr 2024-cü il tarixli qərardadı ilə cavabdehin apellyasiya şikayəti verilmə müddətinin ötürülməmiş hesab edilməsinə dair vəsatəti təmin edilməmişdir. Qərardaddan narazı qalan Cavabdeh2 şikayət verərək qərardadın ləğv edilməsini, əks təqdirdə şikayətin 7 gün müddətində işlə birlikdə Apellyasiya instansiya məhkəməsinə göndərilməsinin təmin edilməsini xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1523/2024 saylı, 25 dekabr 2024-cü il tarixli qərardadı ilə, Cavabdeh2 Cəlilabad rayon məhkəməsinin 15 noyabr 2024-cü il tarixli, 2(073)- 1523/2024 saylı qərardadının ləğv edilməsinə dair şikayətinin təmin edilməməsi və şikayətin mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin qərardadının tədqiqindən müəyyən edilir ki, məhkəmə ərizənin təmin edilməməsini qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini (cavabdehin qətnamədən qanunla apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş prosessual müddəti üzrlü ötürməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməməsi.) üzürlü hesab etməməsi ilə əlaqələndirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 397.1-ci maddəsinə əsasən bu məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. İş materiallarından görünür ki, Cəlilabad Rayon Məhkəməsinin 25 iyun 2024-cü il tarixli, 2(073)-1523/2024 saylı qətnaməsi 13 avqust 2024-cü il tarixdə rəsmi qaydada poçt göndərişi barədə xəbərnaməyə imza etməklə Cavabdeh2 təqdim edilmiş, cavabdeh tərəfindən apellyasiya şikayəti 15 sentyabr 2024-cü il tarixdə verilmiş, lakin, apellyasiya şikayəti Cəlilabad Rayon Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli qərardadı ilə müddət ötürülməklə verildiyindən (cavabdeh tərəfindən qətnamə 13.08.202-cü il tarixdə alınmış, apelyasiya şikayəti xx.xx.2024-cü il tarixdə verilmişdir), o cümlədən müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar apellyasiya şikayətinə əlavə olunmadığından geri qaytarılmış, həmin qərardad cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə xəbərnaməyə imza etdirilməklə qəbul edilmiş, 07 noyabr 2024-cü il tarixdə cavabdeh tərəfindən yenidən apellyasiya şikayəti və apellyasiya şikayəti verilmə (ərizənin başlığı buraxılmış müddətin bərpa edilməsi təşkil edir.) müddətinin ötürülməmiş hesab edilməsi barədə vəsatət verilmişdir. Göründüyü kimi cavabdeh tərəfindən ilk dəfə verilmiş apelyasiya şikayəti müddət ötürülməklə verildiyindən məhkəmə tərəfindən geri qaytarılmışdır. Bununla bağlı kollegiya qeyd edir ki, cavabdehin ilk dəfə verdiyi apelyasiya şikayəti geri qaytarıldığından sonradan verdiyi apelyasiya şikayəti mahiyyət etibarı ilə ilk verilmə kimi qəbul edilməlidir. Yəni məhkəmənin qərardadı ilə qaytarılmış apelyasiya şikayəti üzrə hüquqi nəticələr aradan qalxdığından cavabdehin müddətin ötürülməmiş hesab edilməsini xahiş etməsi yolverilən hesab edilə bilməz. Həmçinin kollegiya onu da nəzərdən qaçırmır ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti 17 sentyabr 2024-cü il tarixdə geri qaytarılmış, bundan sonra cavabdeh 2 aya yaxın müddət sonra yenidən apelyasiya şikayəti vermiş, lakin şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddəti üzrlü səbəbdən ötürdüyünə dair sübutlarını təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin aktından apellyasiya instansiya məhkəməsinə şikayət etmək hüququ cavabdehin konstitusion hüququdur və o, bu hüququnu qanunvericilikdə nəzərdə tutulmuş müddətdə istifadə edə bilər. Lakin cavabdeh tərəfindən apellyasiya şikayəti isə müddət ötürülməklə verilmişdir. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Göründüyü kimi cavabdeh Quliyev X1 Rayon Məhkəməsinin 25 iyun 2024-cü il tarixli, 2(073)-1523/2024 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının üzrlü olmasını təsdiq edəcək sübutları ərizəsinə əlavə edə bilməmişdir. Bu isə onu deməyə əsas verir ki, cavabdeh qanunvericiliyin ona verdiyi imkanlardan qanunla müəyyən olunmuş qaydada və müddətdə istifadə etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə kollegiyası cavabdehin qətnamədən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpasına dair ərizəsinin (vəsatətin) dəlillərini araşdıraraq və işi nəzərdən keçirərək hesab edir ki, qeyd edilən qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət bərpa edilməsinə dair ərizə (vəsatət) rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Birinci instansiya məhkəməsi ərizəni müzakirə edərək, iş materiallarında olan müvafiq sənədləri araşdıraraq hesab etmişdir ki, ərizə əsassızdır. Belə ki, cavabdeh apellyasiya şikayəti verilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual müddəti üzrsüz səbəbdən ötürmüşdür. Cavabdehin ərizəsində göstərdiyi hallar apelyasiya şikayətinin verilməsi üçün müddətin bərpası üçün üzrlü hal hesab oluna bilməz. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Göründüyü kimi, qanunla müəyyən edilmiş prosessual müddət, işdə iştirak edən şəxsin ərizəsi əsasında hər bir halda deyil, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə bərpa edir. Sadalanan qanunvericilik aktı normalarına əsasən kollegiya hesab edir ki, qətnamədən apellyasiya şikayəti verilmə müddəti ötürüldüyündən və həm də üzrsüz səbəbdən ötürüldüyündən, iddiaçının qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsi təmin edilməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 363.1.3cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Məhkəmə kollegiyası şikayətin dəlilləri üzrə yekun dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizənin təmin edilməməsi qənaətinə gələrkən prosessual normaları düzgün tətbiq və təfsir etdiyindən, şikayət təmin edilməməli, gəlinən nəticə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 128, 130, 263, 264, 360, 365, 397,398, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1523/2024 saylı, 15 noyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-412/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-412/2025
17.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver