Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-417/2024 16.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X2 ibarət məhkəmə tərkibində, X5 oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli e-2(036)-2337/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəlməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib Cavabdeh İddiaçı ASC-nin xeyrinə 2879.73 manat əsas borc, 13.23 manat faiz borcu və 48.93 manat dövlət rüsumu tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş “Kio Rio” markalı, ağ rəngli, ** FJ *** dövlət nömrə nişanlı minik avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılaraq satışdan əldə olunmuş vəsaitin borcun ödənilməsinə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli e-2(036)-2337/2023 saylı qətnaməsi ilə iddia təmin olunaraq Cavabdeh 2879.73 (iki min səkkiz yüz yetmiş doqquz manat yetmiş üç qəpik) manat əsas borcun, 13.23 (on üç manat iyirmi üç qəpik) manat faiz borcunun və ödənilmiş dövlət rüsumuna görə 48.93 (qırx səkkiz manat doxsan üç qəpik) manat məbləğində pulun tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka ilə yüklü edilmiş “Kio Rio” markalı ** FJ *** dövlət nömrə nişanlı minik avtomobilinin açıq hərracdan satılaraq satışdan əldə olunmuş vəsaitin kredit borcunun ödənilməsinə yönəldilməsi, ipoteka predmetinin hərracdan ilkin satış qiyməti 16454,0 (on altı min dörd yüz əlli dörd) ABŞ dollarının manat məzənnəsi məbləğində müəyyən edilməsi qət edilmişdir. İddiaçı ASC tərəfindən apellyasiya şikayəti verilərək İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(036)-2337/2023 saylı qətnaməsinin ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməsi və ipoteka predmetinin ilkin satış qiymətinin (likvid qiyməti) müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilməsi xahiş edilmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçının nümayəndəsi Nümayəndə ərizə ünvanlayaraq bildirmişdir ki, Cavabdeh xx.xx.2019-cu il tarixli 116838-1-8578/3 saylı "Avtomobil krediti müqaviləsi" üzrə İddiaçı ASC-yə olan borcunu ödəmişdir. Ona görə də İddiaçı ASC-nin Cavabdeh qarşı xx.xx.2019-cu il tarixli 116838-1-8578/3 saylı "Avtomobil krediti müqaviləsi"-nə əsasən yaranmış tələblər üzrə Bankın “iddiadan imtina barədə” ərizəsini təsdiq edərək, hazırkı iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. MPM-in 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apelyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. MPM-in 370.2-ci maddəsinin tələbinə görə ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. MPM-in 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. MPM-in 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Yuxarıda qeyd olunan müki prosessual hüquq normalarının hazırkı münasibətə tətbiqi məhkəmə kollegiyasına belə nəticəyə gəlməyə əsas verir ki, məhkəməyə ünvanlanmış iddia tələbindən yazılı şəkildə imtina ərizəsi İddiaçı ASC iradə ifadəsi olmaqla, iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə tərəfindən imzalanmışdır. Kollegiya qeyd edir ki, iddiaçıya iddiadan imtinanın hüquqi nəticələri aydındır, hazırkı imtina qanuna zidd deyil və iddiaçıların hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Beləliklə, məhkəmə kollegiyası belə yekun nəticəyə gəlir ki, mülki iş üzrə İddiaçı ASC-nin iddiadan imtinası qəbul edilməli, İmişli Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli e-2(036)- 2337/2023 saylı qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və MPM-in 14.2, 217.2, 191, 370 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə R A R A A L D İ: İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiadan iş üzrə İddiaçı ASC-nin imtina ərizəsi qəbul edilsin. İmişli Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli e-2(036)-2337/2023 saylı qətnaməsi qətnaməsi ləğv edilsin. İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(106)-417/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-417/2024
16.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver